Müqavilənin predmeti Nümunə Maddələri

Müqavilənin predmeti. 1.1 Universitet, ödənişli əsaslarla müvafiq təhsil proqramına uyğun olaraq Biznesin idarə edilməsi/İqtisadiyyat/Maliyyə üzrə bakalavr ali peşə ixtisas təhsili verməyi, Təhsilalan təhsil almağı və Universitetin müəyyənləşdirdiyi bu müqavilənin 1.2-ci bəndində qeyd olunan qiymətlər üzrə təhsil haqqının və tələbə xərclərinin və 1.3-cü maddədə qeyd olunmuş təhsil haqqı artımlarının özü və ya sponsoru tərəfindən “ADA” Universitetinin hesabına keçirilməsini öhdəsinə götürür.
Müqavilənin predmeti. 2.1. Bank Müştərinin yazılı və ya bu Ümumi Şərtlərdə nəzərdə tutulmuş digər qaydada edilmiş müraciətinə əsasən aşağıdakı bank xidmətlərini (bundan sonra hər biri ayrı-ayrılıqda “Bank Xidməti”, birlikdə isə “Bank Xidmətləri” adlandırılacaqdır) göstərə bilər:
Müqavilənin predmeti. 1.1 Universitet, ödənişli əsaslarla müvafiq təhsil proqramına uyğun olaraq Kompüter elmləri/Kompüter mühəndisliyi/İnformasiya texnologiyaları/Riyaziyyat/Elektrik və Elektronika mühəndisliyi üzrə bakalavr ali peşə ixtisas təhsili verməyi, Təhsilalan təhsil almağı və Universitetin müəyyənləşdirdiyi bu müqavilənin 1.2-ci bəndində qeyd olunan qiymətlər üzrə təhsil haqqının və tələbə xərclərinin və 1.3-cü maddədə qeyd olunmuş təhsil haqqı artımlarının özü və ya sponsoru tərəfindən “ADA” Universitetinin hesabına keçirilməsini öhdəsinə götürür.
Müqavilənin predmeti. “Təmsilçi” tərəfindən, “Sifarişçi”nin tapşırığı ilə idxal, ixrac, tranzit və digər gömrük prosedurları altında onun adından və öz adından rəsmiləşdirilməsi tələb olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı “Qiymətlərin razılaşdırılması protokolu”nda sadalanan xidmətlərin göstərilməsi. Göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırkı Müqavilənin tərkib hissəsi xxxx “Qiymətlərin razılaşdırılması protokolu”nda müəyyən edilmişdir (əlavə olunur).
Müqavilənin predmeti. Tərəflər Cəmiyyətin elektron portalında yerləşdirilmiş satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçıların istehsal potensialına dair məlumatlarından və Nazirliyin əmlakından Cəmiyyətin istifadə etməsini, həmin məhsul istehsalçılarının fəaliyyətinin monitorinqinin aparılmasında Nazirliyin qurumları tərəfindən Cəmiyyətə dəstəyin göstərilməsini, ərzaq məhsullarının istehsalçıları (satıcıları) və təklif olunan məhsullar barədə məlumatların (qiymət təklif edildiyi halda qiymətinin də) müəyyən edilmiş müddətlərdə elektron portalda yerləşdirilməsini, habelə istehsalçının elektron portalda göstərilən istehsal həcmini yerinə yetirmək imkanında olmaması müəyyən edildikdə, bununla əlaqədar Cəmiyyətin elektron portalında xxxx məlumatlarda düzəlişlərin edilməsi məqsədi ilə birgə tədbirlərin həyata keçirilməsini təmin edirlər.
Müqavilənin predmeti. 1.1. İcraçı bu Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə Sifarişçinin təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə Sifarişçini təmin etməyi öz öhdəsinə götürür.
Müqavilənin predmeti. 1. “Vəkalət xxxx” Müqavilədə göstərilən qaydada və şərtlərlə “Vəkalət verən”in adından və onun vəsaiti hesabına aşağıdakıları (və ya onlardan hər hansı birini) yerinə yetirməyi öz öhdəsinə götürür: 1.1. imzalanacaq əqdlərin şərtlərini təhlil edərək rəy tərtib etmək, bu əqdləri imzalamaq, həmin əqdlər üzrə vəzifələri icra etmək, hüquqları həyata keçirmək, digər hərəkətləri yerinə yetirmək; 1.2. hüquqi şəxsin, onun filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması ilə əlaqədar işlər görmək, bununla bağlı hüquqi şəxsin nizamnaməsinin, filial və nümayəndəliklərin əsasnaməsinin və digər zəruri sənədlərin layihələrini hazırlamaq; 1.3. xüsusi razılığın (lisenziyanın), icazənin, sertifikatın, şəhadətnamənin və s. bu kimi sənədlərin aidiyyəti dövlət orqanlarından alınmasını təmin etmək; 1.4. bütün növ əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının rəsmiləşdirilməsini, o cümlədən bu hüquqları təsdiq edən sənədlərin aidiyyəti dövlət orqanlarından alınmasını təmin etmək; 1.5. kommersiya təmsilçiliyi ilə bağlı hərəkətləri yerinə yetirmək; 1.6. əmlakın, sənədlərin, möhür və ştampların və s. təhvil-təslimini həyata keçirmək; 1.7. banklarda və bank olmayan kredit təşkilatlarında hesablar açmaq, bu hesablar üzrə hesablaşmalar aparmaq; 1.8. qiymətli kağızlar üzrə hüquqların həyata keçirilməsi, vəzifələrin icrası ilə əlaqədar hüquqi hərəkətləri yerinə yetirmək; 1.9. vəsiyyətnamənin icrası, mirasın qəbul edilməsi, bölünməsi, vəsiyyət tapşırığının icrası ilə əlaqədar hüquqi hərəkətləri yerinə yetirmək; 1.10. təsisçi (səhmdar) səlahiyyətlərini həyata keçirmək; 1.11. əmlak bölgüsü ilə bağlı hüquqi hərəkətləri yerinə yetirmək; 1.12. hüquqi şəxsin ləğvi və yenidən təşkili ilə bağlı hüquqi hərəkətləri yerinə yetirmək.
Müqavilənin predmeti. 1.1. Bu Müqaviləyə əsasən Cəmiyyət elektron portalında göstərilən ərzaq məhsullarının alınmasına dair elanın şərtlərinə uyğun gələn və bu Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə İcraçının təklifini qəbul edir. 1.2. Cəmiyyət bu Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 1.3. Aşağıdakı sənədlər bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur:1.3.1. “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılmış Müqavilə əsasında alınacaq ərzaq məhsullarının miqdarı və qiymət cədvəli (1 nömrəli cədvəl);
Müqavilənin predmeti. 1.1. Hüquqi Məsləhət Xidmətinin göstərilməsi üzrə Qaydalara (bundan sonra “Qaydalar” adlanacaq) müvafiq olaraq Şirkət Müştəri tərəfindən seçilmiş Tarif planına uyğun olaraq kənardan hüquqi və onunla əlaqədar digər xidmətlərin (servis, məlumatların ötürülməsi xidməti) (bundan sonra “Xidmət” adlanacaq) Müştəriyə təqdim olunmasını öhdəsinə götürür, Müştəri isə onları qəbul etməyi və ödəməyi öz öhdəsinə götürür.
Müqavilənin predmeti. 1.1. Bu Müqaviləyə əsasən Cəmiyyət elektron portalında göstərilən ərzaq məhsullarının alınmasına dair elanın şərtlərinə uyğun gələn və bu Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə İcraçının təklifini qəbul edir. 1.2. Cəmiyyət bu Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 1.3. Aşağıdakı sənədlər bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur: 1.3.1. “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılmış Müqavilə əsasında alınacaq ərzaq məhsullarının miqdarı və qiymət cədvəli (1 nömrəli cədvəl); 1.3.2. bağlanılmış Müqaviləyə əsasən ərzaq məhsullarının istehsalçıları və ya satıcıları tərəfindən “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinə ərzaq məhsullarının təqdim edilməsi cədvəli (2 nömrəli cədvəl).