MƏSULİYYƏT Nümunə Maddələri

MƏSULİYYƏT. 26.1. İstifadəçi Xxxxx Bankçılıqda qeydiyyat zamanı daxil etdiyi məlumatların tam və düzgün olduğunu, bütün məlumatların onun özünə məxsus olduğunu təsdiq edir. Hər hansı məlumatın səhv daxil edilməsinə və ya ona məxsus olmayan məlumatın daxil edilməsinə və bununla bağlı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür.
MƏSULİYYƏT. 13.1. Kuryer, Çatdırılma Müqaviləsinin icrası və Çatdırılma Müqaviləsi çərçivəsində təqdim olunan hər hansı iddialar üçün təkbaşına məsuliyyət daşıyır. Bolt, Çatdırılma Müqaviləsinin yerinə yetirilməməsinə və ya düzgün yerinə yetirilməməsinə görə və Çatdırılma Müqaviləsinin icrası zamanı yaranan yol hərəkəti qaydaları pozuntuları və ya yol-nəqliyyat hadisəsi üçün məsuliyyət daşımır.
MƏSULİYYƏT. 9.1. Sifariş edilmiş Malın keyfiyyəti və kəmiyyətində hər hansı qüsurlar və ya Alğı-satqı Müqaviləsinin icrasında digər çatışmazlıqlara görə yalnız Tərəfdaş məsuliyyət daşıyır və Bolt ona görə (qidaya qarşı hər hansı allergik reaksiyalar və ya hər hansı digər sağlamlıq məsələlərinə görə məsuliyyət daxil olmaqla) hər hansı məsuliyyət qəbul etmir.
MƏSULİYYƏT. Bu İstifadə Şərtlərində başqa cür şərtləndirilməmişsə, Şirkət İstifadəçinin aşağıdakı səbəblərdən məruz qaldığı itkilərə, zərərlərə, gecikmələrə və ya çətinliklərə görə məsuliyyət daşımır: • Bu İstifadə Şərtləri və ya Xidmətlər, • Xidmətlərlə bağlı İstifadəçi tərəfindən təqdim edilən və ya təqdim edilə biləcək istənilən göstərişlər. Şirkət yalnız özünün etinasızlığı (kommersiya standartları əsasında müəyyən olunmalıdır) nəticəsində İstifadəçinin məruz qaldığı itkilərə, zərərlərə, gecikmələrə və ya çətinliklərə görə məsuliyyət daşıyır. Şirkət heç bir halda, hətta əgər Şirkət etinasızlığa yol verərsə, iddianın əsaslandırılmasından asılı olmayaraq İstifadəçinin məruz qaldığı məlumat itkisinə və ya hər hansı dolayı, vasitəli, xüsusi, artırılmış, cərimə və ya cəza xarakterli heç bir zərərlərə görə nə bütövlüklə, nə də qismən (biznesin hər hansı yolla dayandırılması, mənfəət, məlumat, imkanlar, gəlirlər, nüfuz itkisi və ya hər hansı digər kommersiya və ya iqtisadi itki) məsuliyyət daşımır, hətta əgər Şirkət belə zərərlərin ehtimalı barədə əvvəlcədən məlumat təqdim etmişsə. Bundan əlavə Şirkət, heç bir halda, hətta əgər ciddi etinasızlığa yol verərsə, İstifadəçinin aşağıdakı səbəblərdən məruz qaldığı istənilən itki və ya zərərlərə görə məsuliyyət daşımır: • Üçüncü tərəflərin fəaliyyəti, fəaliyyətsizliyi (və heç bir belə Üçüncü Tərəf Şirkətin agenti kimi fəaliyyət göstərən hesab olunmayacaq); • İstifadəçinin Şirkətə təqdim etdiyi hər hansı məlumatlarda (o cümlədən daxil olma məlumatları) və hər hansı Üçüncü Tərəfin təqdim etdiyi məlumatlarda səhvlər, xətalar, buraxılmalar, qeyri- dəqiqliklər və ya digər uyğunsuzluqlar (İstifadəçinin yeni versiyanın əldə etməməyi daxil olmaqla); • Şirkətin nəzarətində olmayan hər hansı səbəbdən (digərlərdən savayı hər hansı sistem sıradan çıxması və ya texniki xətaları) Şirkətin İstifadəçi qarşısında öhdəsinə götürdüyü hər hansı öhdəliklərinin yerinə yetirilməməsi və ya yerinə yetirilməsində yaranan gecikmələr, səhvlər, dayanmalar; • Xidmətlərə daxil olmaqda və ya onlardan istifadə etməkdə yaranan hər hansı gecikmələr və ya buna müvəffəq olmamaq (gecikdirilmiş haqlar kimi istənilən ödəmələr və ya İstifadəçinin Üçüncü Tərəflərə ödəməli ola biləcəyi əlavə faiz); • İstifadəçinin Şirkətin internet saytından çıxması və hər hansı Üçüncü Tərəfin internet saytına qoşulması və ya çıxması və ya istifadəsi; • Bu İstifadə Şərtlərinə uyğun olaraq İstifadəçinin öhdəsinə düşən təhlükəsizlik də daxil olmaqla hər hansı öhdəliklərin yerinə yetirilmə...
MƏSULİYYƏT. Maddə 34
MƏSULİYYƏT. M a d d ə 2 6
MƏSULİYYƏT. Bank İstifadəçinin və ya 3-cü şəxslərin sistemdə apardıqları əməliyyatların nəticəsində İstifadəçiyə dəymiş ziyana və ya zərərə görə (Bankın səhvi nəticəsində dəymiş ziyan istisna olmaqla) hər hansı məsuliyyət daşımır. Bank aşağıdakı hallarda İstifadəçinin sistemdə apardığı əməliyyatlar ilə əlaqədar yaranan hər hansı itkilərə, ziyan və zərərə, gecikmələrə görə məsuliyyət daşımır: • əməliyyatın aparılması qanunvericiliyin, Mərkəzi Bankın normativ-hüquqi sənədlərinin, Bankın daxili qaydalarının tələblərinə zidd olduqda; • əməliyyatla bağlı məlumat natamam və ya məlumatın düzgünlüyü şübhə doğurduğu halda və istifadəçi bu barədə məlumatlı (və ya məlumatlı olmalı idi) olduğu halda; • istifadəçiyə sistemdə maliyyə əməliyyatının aparılması ilə əlaqədar qanunvericiliyin tələblərinə əsasən 3-cü tərəfdən qadağa qoyulduğu halda; • sistemdə əməliyyatların aparılması internet provayderin texniki problemlərinin mövcudluğunda irəli gələrək mümkün olmadığı halda; • fors major halının baş verməsi ilə əlaqədar əməliyyatın aparılması mümkün olmadığı halda. Bank Sistemə girişin maneəsiz olacağı və ya yubanma, yaxud problem olmayacağına zəmanət vermir, Sistemlə birlikdə və ya əlaqədə istifadə oluna bilən istənilən üçüncü tərəf proqram təminatı üçün məsuliyyət daşımır. İstifadəçi razılaşır ki, Bank sistem vasitəsilə göstərdiyi elektron əməliyyatların və xidmətlərin nəticələrinə hər hansı zəmanət vermir.
MƏSULİYYƏT 

Related to MƏSULİYYƏT

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Yekun müddəalar Maddə 15

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri: