Preambula Nümunə Maddələri

Preambula. Bundan sonra birlikdə “Razılığa gələn Tərəflər” və fərdi olaraq “Razılığa gələn Tərəf” və ya “Tərəf” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti, 2007-ci ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tərəfdaşlıq və əməkdaşlıq Sazişi”nə əsaslanaraq, 1992-ci ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”dən irəli gələn hüquqlarını və öhdəliklərini qəbul edərək, dərin dostluq və qardaşlıq ruhu ilə, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin (bundan sonra “Saziş”) onlar arasında iqtisadi və ticarət əlaqələri üçün yeni bir mühit yaradacağını anlayaraq, bu Sazişin məzmununun tədricən genişlənəcəyinə və qarşılıqlı maraq doğuran yeni sahələri əhatə edəcəyinə inananaraq, ikitərəfli qarşılıqlı sərfəli ticarət mübadiləsinin artırılmasının və yaxın iqtisadi tərəfdaşlığın gücləndirilməsinin iqtisadi və xüsusi faydalar gətirəcəyinə və Razılığa gələn Tərəflərin xalqlarının həyat səviyyəsini yaxşılaşdıracağına qəti inanaraq, Razılığa gələn Tərəflərin digər ikitərəfli, regional və ya çoxtərəfli sazişlərindən irəli gələn hüquqlarının və öhdəliklərinin bu Sazişin müddəalarının təsiri altına düşməyəcəyini nəzərə alaraq, Türkiyənin 1963-cü il 12 sentyabr tarixində “Türkiyə Respublikası ilə Avropa İqtisadi Birliyi arasında Assosiasiyanın yaradılması haqqında Saziş”i imzaladığını nəzərə alaraq, öz iqtisadiyyatlarının gələcək inkişafını təşviq etmək məqsədilə ticarət edilə bilən malların diversifikasiyası ehtiyacını vurğulayaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Preambula. 1. Çatdırılma Müqaviləsinin icrası və Bolt Qida Platformasının istifadəsi zamanı Bolt və Kuryer fərdi məlumatları ayrı-ayrı fərdi məlumatların mülkiyyətçiləri olaraq bir-biri ilə bölüşürlər.
Preambula. 1. Baş Ofisi aşağıda qeyd edilmiş ünvanda yerləşən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (bundan sonra - FAO): Xxxxx xxxxx Terme di Caracalla 00153 Roma şəhəri, İtaliya və Baş Ofisi aşağıda göstərilən, həmçinin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən (bunda sonra - KTN) təmsil olunan Azərbaycan Respublikası Hökuməti: Hökumət Evi Üzeyir Hacıbəyov küçəsi, 80 AZ 1000 Bakı, Azərbaycan birlikdə “Tərəflər” kimi tanınırlar (Tərəflər müvafiq qaydada başa düşülür):
Preambula. 1. Bu Standart Şərtlər, şəraitdən irəli gələrək, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 fevral 1994-cü il tarixdə, 203 sayla lisenziyaların mərkəzi reyestrinə daxil edilmiş, Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən “Yelo Bank” ASC (bundan sonra- Bank) tərəfindən fiziki şəxslərin sahibkarlıq fəaliyyətinə aid edilməyən müvafiq bank məhsulları və xidmətlərdən (bank hesabı, əmanət, ödəniş kartları, kredit və digər bank xidmətləri) sonuncuların istifadə etmək niyyətlərini bildirdikləri və ya istifadə etdikləri halda onların Bankla münasibətlərini tənzimləyəcəkdir.
Preambula. 1. Bu Şərtlər Toplusu, şəraitdən irəli gələrək, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 fevral 1994-cü il tarixdə, 203 sayla lisenziyaların mərkəzi reyestrinə daxil edilmiş, Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən “Yelo Bank” ASC (bundan sonra - Bank) tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul xxxx fiziki şəxslərə və hüquqi şəxslərə müvafiq bank məhsulları və xidmətlərdən (bank hesabı, əmanət, ödəniş kartları, kredit və digər bank xidmətləri) sonuncuların istifadə etmək niyyətlərini bildirdikləri və ya istifadə etdikləri halda onların Bankla münasibətlərini tənzimləyəcəkdir.
Preambula. Preambula müqavilənin giriş hissəsinə deyilir. Burada, adətən, müqavilənin məqsədləri əks olunur. Müqavilənin ayrı-ayrı müddəalarının təfsiri zamanı preambula müəyyən rol oynaya bilər. Müqavilənin bu hissəsində tərəflərin müqavilənin obyekti ilə xxxxx xxxx hüquq və vəzifələri ifadə olunur. Əsas hissə ardıcıl olaraq bölmə və ya fəsillərdən, maddələrdən, hissələrdən, bəndlərdən və yarımbəndlərdən ibarət olur.
Preambula. 1924-cü il 29 noyabr tarixində imzalanmış beynəlxalq Saziş vasitəsilə İspaniya, Fransa, Yunanıstan, Macarıstan, İtaliya, Lüksemburq, Portuqaliya və Tunis hökumətləri Beynəlxalq Şərab Ofisini yaratmaq məqsədi ilə bir xxxxx gəldilər. 1958-ci il 4 sentyabr tarixində üzv dövlətlərin qərarına əsasən təşkilatın adı dəyişdirilərək Beynəlxalq Üzüm və Şərab Ofisi adlandırılmışdır. 2001-ci il 3 aprel tarixinə 45 dövlət bu hökumətlərarası təşkilatın üzvüdür. Beynəlxalq Üzüm və Şərab Ofisinin Baş Assambleyasının 1997-ci il 5 dekabr tarixində Buenos Xxxxx (Argentina) şəhərində keçirilmiş sessiyasında qəbul edilmiş COMEX 2/97 qətnaməsində Baş Assambleya Beynəlxalq Üzüm və Şərab Ofisini yeni beynəlxalq şəraitə uyğunlaşdırmaq qərarına gəldi. Dünyanın üzüm və şərab sektorunun gələcəyini təmin etmək və bu sahədə yaranan problemləri aradan qaldırmaq məqsədi ilə təşkilatın missiyaları, kadr, maddi və büdcə resurslarının, müvafiq hallarda prosedur və əməliyyat qaydalarının uyğunlaşdırılması da buraya daxildir. Yuxarıda qeyd olunmuş Sazişin 7-ci maddəsinin icrası olaraq, Fransa Respublikasının Hökuməti 36 üzv dövlətin xahişi əsasında 2000-ci il 14, 15, 22 iyun və 2001-ci il 3 aprel tarixlərində Paris şəhərində üzv dövlətlərin Konfransını çağırdı. Bu məqsədlə bundan sonra "Tərəflər" adlandırılacaq Beynəlxalq Üzüm və Şərab Ofisinin üzv dövlətləri, aşağıdakılar barədə razılığa gəldilər:
Preambula. A. Çexiya Respublikasının Hökuməti Çexiya şirkətlərinin ixracını dəstəkləmək məqsədilə 14 mart 1995-ci il tarixində Dövlət dəstəyi vasitəsilə İxracın Sığortalanması və Maliyyələşdirilməsi haqqında 58/1995 №-li Aktı: 166/1993 №-li Aktın Əlavəsi qismində çıxış edən və mətninə 60/1998 №-li Akt, 188/1999 №-li Akt və 282/2002 №-li Akt (bütövlükdə 417/2002 №-li Akta əsasən yenidən dəyişdirilmiş və təsdiq olunmuşdur) vasitəsilə düzəlişlər edilmiş Baş Audit Ofisi haqqında Aktı qəbul etmişdir. Qeyd olunmuş qanunvericilik aktları “Çeska eksportni banka, a.s.” bankını ixrac layihələri çərçivəsində rəsmi şəkildə təsdiq olunmuş maliyyələşdirməni təmin etməyə səlahiyyətləndirir.
Preambula. Bundan sonra "Razılığa gələn Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti; 1944-cü il dekabrın 7-də (16/09/1323) Çikaqoda imzalanmış Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın iştirakçıları olaraq; öz müvafiq əraziləri arasında və üzərində hava əlaqəsini yaratmaq məqsədi ilə, yuxarıda qeyd olunan Konvensiyaya əlavə olaraq Saziş bağlamaq üçün aşağıdakılar barədə razılığa gəldilər:

Related to Preambula

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Yekun müddəalar Maddə 15