SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANILMASI, ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ, XİTAM VERİLMƏSİ Nümunə Maddələri

SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANILMASI, ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ, XİTAM VERİLMƏSİ. 9.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANILMASI, ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ, XİTAM VERİLMƏSİ. 6.1. Sığorta müqaviləsinə görə sığortaçı sığorta hadisəsi zamanı sığortalıya sığorta ödənişi verməyi, Sığortalı isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqını ödəməyi öhdəsinə götürür. Sığorta müqaviləsi tərəflərin bu qaydalar əsasında yazılı formada tərtib etməsi, qarşılıqlı imzalaması və ya sığortalının bu qaydalar ilə razı olduğunu təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən sığortalıya sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlanır.
SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANILMASI, ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ, XİTAM VERİLMƏSİ. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Sığorta müqaviləsi tərəflərin bu qaydalar əsasında yazılı formada tərtib etməsi, qarşılıqlı imzalaması və ya sığortalının bu qaydalar ilə razı olduğunu təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən sığortalıya sığorta müqaviləsinin verilməsi yolu ilə bağlanır. Sığorta müqaviləsinə ediləcək əlavə və dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərin qarşılıqlı razılaşması yolu ilə həyata keçirilir. Sığorta müqaviləsi müəyyən müddət üçün bağlanılır. Sığorta yalnız müqavilənin (şəhadətnamənin) qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrinə təminat verir. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır. Azərbaycan Respublikasının qanunvericiliyində əqdlərin etibarsızlığı ilə bağlı ümumi əsaslarla və aşağıdakı hallarda sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır: sığorta müqaviləsi sığortaçının və ya sığortalının adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandıqda; sığorta fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan və ya müvafiq sığorta növünü aparmağa icazəsi olmayan şəxs sığortaçı qismində müvafiq sığorta müqaviləsini bağladıqda (bu halda ödənilmiş sığorta haqları tam həcmdə sığortalıya qaytarılır); Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək sığortaçının və həmin şəxsin razılığı ilə onu dəyişdirmək hüququna malikdir. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir: Müqavilənin qüvvədə olduğu müddət bitdikdə; Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə; Sığortalı sığorta haqqını müqavilədə müəyyən edilən qaydada ödəmədikdə; Məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə; Sığorta predmeti artıq mövcud olmadıqda; Aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda: sığorta müqaviləsini bağlamış sığortalı sığorta m...

Related to SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANILMASI, ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ, XİTAM VERİLMƏSİ

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Yekun müddəalar Maddə 15

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;