Sığorta haqqının qaytarılması Nümunə Maddələri

Sığorta haqqının qaytarılması. 3.1. Gəmi hər hansı bir təhlükəsiz limanda 30 ardıcıl gün ərzində körpüyə bağlı (hərəkətsiz) qalarsa, illik inzibati xərclər üçün müəyyən edilmiş məbləğ çıxılmaqla, dayanacaqda olduğu müddətdə Sığortaçıya ödənilən sığorta haqqının 70%-i qaytarılır (dayanacağa qoyulan gün və dayanacaqdan çıxarılan gün birlikdə bir gün hesablanır).
Sığorta haqqının qaytarılması. 18.1 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
Sığorta haqqının qaytarılması. 12.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqları ona qaytarır, əgər bu tələb sığortaçının sığorta qaydalarını pozması ilə bağlıdırsa, o, sığorta haqlarını sığortalıya bütünlüklə qaytarır. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığortalının sığorta haqlarını bütünlüklə qaytarır; əgər bu tələb sığortalının sığorta qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
Sığorta haqqının qaytarılması. 3.1 Gəmi hər hansı bir təhlükəsiz limanda 30 ardıcıl gün ərzində körpüyə bağlı (hərəkətsiz) qalarsa, illik inzibati xərclər üçün müəyyən edilmiş məbləğ çıxılmaqla, dayanacaqda olduğu müddətdə Sığortaçıya ödənilən sığorta haqqının 90%-i qaytarılır (dayanacağa qoyulan gün və dayanacaqdan çıxarılan gün birlikdə bir gün hesablanır).
Sığorta haqqının qaytarılması. 16.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır;
Sığorta haqqının qaytarılması. 18.1 Sığorta müqaviləsinə (Qrup halında sığorta zamanı həm də Müqaviləyə hər hansı bir Sığorta predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (Qrup halında sığorta zamanı həm də Müqavilənin hər hansı bir Sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb Sığortaçının Sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta haqlarını (Qrup halında sığorta zamanı həm də Müqavilənin hər hansı bir Sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
Sığorta haqqının qaytarılması. Maddə 13.
Sığorta haqqının qaytarılması. Sığorta müqaviləsinin (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir Sığorta olunana münasibətdə) Sığortalının təşəbbüsü ilə xitam olunması halında, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini, həmçinin Sığortalı ilə baş vermiş sığorta hadisəsi nəticəsində çəkilən tibbi xərclərin məbləğini çıxmaqla müqavilənin istifadə olunmamış müddət üzrə gün hesabı prorata əsasında müəyyən olunmuş sığorta haqqını Sığortalıya qaytarır.

Related to Sığorta haqqının qaytarılması

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Yekun müddəalar Maddə 15