Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin qarşılıqlı münasibətləri Nümunə Maddələri

Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin qarşılıqlı münasibətləri. 19.1. Sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar barədə Sığortaçıya məlumat verməlidir.
Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin qarşılıqlı münasibətləri. 17.1. Sığortalı Sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar (məsələn, podratcıların əvəz edilməsi, işlərin yerinə yetirilmə müddətlərinin dəyişməsi, layihənin əhəmiyyətli dərəcədə dəyişilməsi və yaxud layihədən əhəmiyyətli dərəcədə kənarlaşmalar, sığorta ərazisində kontrakt işləri ilə əlaqədar olmayan digər işlərin aparılması və digər oxşar hallar) barədə Sığortaçıya məlumat verməli, eləcə də öz hesabına baş verən halda zəruri xxxx bütün əlavə ehtiyatlılıq tədbirlərini həyata kecirməlidir.
Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin qarşılıqlı münasibətləri. 29.1.Sığortalı Sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, sığorta riskinin artması ilə bağlı bütün hallar, xüsusən də aşağıdakı hallar barədə Sığortaçıya təxirə salınmadan məlumat verməlidir: 29.1.1.İcarə və ya hər hansı digər mülki-hüquq müqaviləsi əsasında Avtonəqliyyat vasitəsinin və (və ya) onun əlavə avadanlığının üçüncü şəxslərə verilməsi, həmçinin girov müqaviləsinə əsasən Avtonəqliyyat vasitəsinin yüklü edilməsi; 29.1.2.Avtonəqliyyat vasitəsinə mülkiyyət hüququnun ücüncü şəxslərə keçməsi; 29.1.3.Avtonəqliyyat vasitəsinin sığorta hadisəsi hesab olunmayan hadisə nəticəsində ciddi zədələnməsi və ya məhv olması; 29.1.4.Avtonəqliyyat vasitəsinin ərizə formasında göstərilmiş məqsədlərdən fərqli məqsədlər ücün istifadə edilməsi; 29.1.5.Avtonəqliyyat vasitəsinin Dövlət Yol Polisi orqanlarında qeydiyyatdan çıxarılması və ya Avtonəqliyyat vasitəsinin Dövlət Yol Polisi orqanlarında təkrar qeydiyyata salınması; 29.1.6.Avtonəqliyyat vasitəsinin qeydiyyat sənədlərinin itirilməsi, oğurlanması və ya dəyişdirilməsi; 29.1.7.Avtonəqliyyat vasitəsinin gövdəsinin və ya mühərrikinin dəyişdirilməsi; 29.1.8.Avtonəqliyyat vasitəsinin açarlarının itirilməsi; 29.1.9.Sığorta müqaviləsinin şərtlərinə müvafiq olaraq, Səlahiyyətləndirilmiş sürücülərin siyahısında dəyişikliklərin edilməsi;

Related to Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin qarşılıqlı münasibətləri

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Yekun müddəalar Maddə 15

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;