Sığorta müqaviləsinin qüvvəyə minməsi Nümunə Maddələri

Sığorta müqaviləsinin qüvvəyə minməsi. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, Sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
Sığorta müqaviləsinin qüvvəyə minməsi. Sığorta müqaviləsində başqa qayda müəyyən edilməyibsə, Sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra, özündə əks etdirdiyi sığorta müddətinin başlanma tarixi kimi göstərilən tarixdən qüvvəyə minir. Xxxxx Sığortaçının məsuliyyəti, bunlardan hansının daha tez baş verməsindən asılı olaraq, ya kontrakt işlərinin başlanması ya da sığorta olunmuş əmlakın Sığorta müqaviləsində göstərilən tikinti meydançasına boşaldılması anından tez olmayaraq başlayır.
Sığorta müqaviləsinin qüvvəyə minməsi. Sığorta Müqaviləsi KA-nın işə yararlığının təsdiq olunmasından dərhal sonra (amma sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən gec olmamaq şərti ilə) qüvvəyə minir.
Sığorta müqaviləsinin qüvvəyə minməsi. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.

Related to Sığorta müqaviləsinin qüvvəyə minməsi

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Yekun müddəalar Maddə 15

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri: