İş Stansiyalarının və Portativ Cihazların Təhlükəsizliyi Nümunə Maddələri

İş Stansiyalarının və Portativ Cihazların Təhlükəsizliyi. IBM əməkdaşları Müştəri Məlumatlarına daxil olmaq üçün istifadə edilə biləcək iş stansiyaları ilə bağlı müəyyən qaydalara riayət etməlidirlər. İş stansiyalarının: ● İTBD tərəfindən müəyyən edilmiş aktual Antivirus mühafizəsi olmalıdır (xüsusi anti-virus proqramı tələb olunur). Viruslar skan edilməli və avtomatik olaraq cədvəlləşdirilməlidir; ● Sistemə giriş şifrəsinin mühafizə rejimi aktiv olmalıdır; ● 30 dəqiqə və ya daha az (bəzi hallarda 15 dəqiqə) müddətə quraşdırılmış klaviatura/ekran kilidi olmalıdır; ● Məxfi informasiyanı ehtiva edə bilən hər hansı Lotus Notes məlumatlar bazası üçün şifrələmə parametrindən istifadə etməlidir; ● Əgər qurğu sərt disk şifrəsini dəstəkləyirsə, xxxxxx xxx şifrələnməsindən istifadə edilmədikdə sərt disk şifrəsi aktiv olmalıdır. ● Təhlükəsizlik düzəlişləri ilə avtomatik olaraq yenilənmiş vəziyyətdə saxlanmalıdır; ● Tərkibində təsdiqlənməmiş və ya uyğun olmayan proqram təminatı və ya məlumatlar olmamalıdır; ● Yalnız əvvəlcədən təsdiqlənmiş, ilkin açıq koda xxxxx xxxx proqram təminatından istifadə edilməlidir. Təsdiqlənmə prosesi yalnız sınaqdan keçirilmiş və təhlükəsiz proqram təminatından istifadə edildiyindən və IBM-in tətbiq edilən istifadə şərtlərinə əməl etdiyindən əmin olmaq üçün nəzərdə tutulmuşdur; ● Təhlükəsizlik tələblərinə uyğunluğu yoxlaya bilən və IBM-in son istifadəçi qurğularını idarə etməsinə yardım edən xüsusi monitorinq proqramları quraşdırılmalıdır (məsələn, Tivoli End Point Manager); ● İBM intraşəbəkəsinə məsafədən giriş imkanı üçün İTBD tərəfindən təsdiq edilmiş, xüsusi Virtual özəl şəbəkəyə (VPN) malik olmalıdır. Bu cür giriş imkanı XXXX tərəfindən müəyyənləşdirilmiş dərəcədə şifrələnir; ● IBM tərəfindən təsdiq edilmiş müştəri fayervolu quraşdırılmalı və işlək vəziyyətdə olmalıdır. ● İTBD tərəfindən təsdiq edilmədikdə, İnternetdə eyni dərəcəli qurğular arasında fayl mübadiləsi proqramlarından istifadə edilməməlidir; ● İcazəsiz və ya təsdiq olunmamış girişin heç bir formasından istifadə edilməməlidir; ● Qeydiyyatdan keçirilmiş MAC ünvanına malik olmalı; və ● Proqram təminatının daxili paylanma sistemindən (ISSI, IBM Standard Software Installer) IBM-in tələb olunan proqram təminatının təsdiqlənmiş versiyalarını əldə etməlidir. IBM şirkəti IBM-in biznes məqsədləri üçün istifadə edilmiş və ya qismən istifadə edilmiş istənilən şəxsi aktivləri (məsələn, noutbukları və ya mobil telefonları) müsadirə etmək hüququnu özündə saxlayır. Bu cür müsadirə, məsələn, tədqiqata kömək üçün icra edilə bilər.

Related to İş Stansiyalarının və Portativ Cihazların Təhlükəsizliyi

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Yekun müddəalar Maddə 15

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;