Obyektlər və Girişə Nəzarət Nümunə Maddələri

Obyektlər və Girişə Nəzarət. Fiziki təhlükəsizlik Müştəri Məlumatlarının qorunmasının əsas aspektidir. IBM sistem aktivlərinə və infrastruktur komponentlərinə girişi məhdudlaşdırmaq üçün girişə nəzarət mexanizmlərindən istifadə edir. Açarlar, şifrəli kilidlər, girişə elektron nəzarət sistemləri, qorunan giriş məntəqələri və, bəzi hallarda, biometrik nəzarət mexanizmləri birlikdə IBM-in istifadə edə biləcəyi girişə fiziki nəzarət vasitələrinə nümunədir. Girişə Nəzarət (“GN”) Sahəsi IBM-ə məxsus olmayan obyektdə yerləşdiyi hallarda, təhlükəsizliyə dair tələblər ətraflı şəkildə müqavilə ilə təsbit olunur və bu cür obyektin sahibi həmin tələblərə riayət etməyə dair razılaşır. GN-lər obyektlərin, məzmunun və insanların eyniləşdirilməsi və qorunması üçün İTBD tərəfindən müəyyən edilmiş meyarlar toplusuna uyğun olaraq təsnif edilir. GN-lərə giriş qeydə alınır və qeyd jurnalları IT təhlükəsizliyi üzrə tövsiyələrə uyğun olaraq ya avtomatik texniki alətlərin köməyilə, ya da manual qaydada nəzərdən keçirilir. Sənədlər, o cümlədən təhlükəsizliyin yoxlanılmasına dair təsdiqedici sənəd IBM-in dünya üzrə sənəd idarəetmə siyasətlərinə uyğun olaraq qorunub saxlanılmalıdır. Hər bir GN-in aşağıdakı təhlükəsizlik siyasətinə cavabdeh xxxx eyniləşdirilmiş sahibi vardır. GN-lərin məğul olduqları vaxt belə kilidlənməsi tələb olunur. Müvafiq sahə üçün səciyyəvi xxxx təhlükəsizlik prosedurları sənədləşdirilməli və sınaqdan keçirilməlidir. İşçilərə yalnız biznes cəhətdən əsaslandırılmış hallarda GN-lərə fiziki giriş icazəsi verilir. Şəxsin vəzifə funksiyalarından asılı olaraq, giriş hüququ obyektin yalnız bir hissəsinə verilə bilər.

Related to Obyektlər və Girişə Nəzarət

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Yekun müddəalar Maddə 15

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;