Qarşılıqlı əməkdaşlıq üçün maraq kəsb edən sahələr Nümunə Maddələri

Qarşılıqlı əməkdaşlıq üçün maraq kəsb edən sahələr. Tərəflər arasında əməkdaşlıq, məlumat mübadiləsi, həmçinin qarşılıqlı maraq dairəsində xxxx mineral ehtiyat yataqlarının birgə işlənilməsi üzrə layihə və fəaliyyətlərin yerinə yetirilməsində işbirliyi vasitəsilə həyata keçiriləcəkdir. Tərəflərin qarşılıqlı olaraq razılaşdırdıqları hər hansı bir texniki əməkdaşlıq razılaşması bu AM-nun tərkib hissəsi ola bilər. Memorandumun 1-ci Maddəsinə əsasən Tərəflər Azərbaycan Respublikasında mineral ehtiyat yataqlarının tədqiqi və işlənməsi üzrə fəaliyyətləri təşviq edəcək və asanlaşdıracaqlar. Tərəflər əməkdaşlıq fəaliyyətlərində və layihələrdə özəl sektorun iştirak etməsi üzrə qarşılıqlı razılığa gəlmişlər. Memorandumun 1-ci Maddəsinə əsasən Tərəflər Azərbaycan Respublikasında mineral ehtiyat yataqlarının tədqiqi və işlənməsi üzrə fəaliyyətləri təşviq edəcək və asanlaşdıracaqlar. Tərəflər əməkdaşlıq fəaliyyətlərində və layihələrdə özəl sektorun iştirak etməsi üzrə qarşılıqlı razılığa gəlmişlər. Hazırkı AM çərçivəsində həyata keçirilən əməkdaşlıq fəaliyyətləri və layihələr Tərəflərin maliyyə dəstəyinə və kadr imkanlarına uyğunlaşdırılacaqdır. Layihələr, proqramlar və digər əməkdaşlıq fəaliyyətləri Tərəflər arasında xüsusi razılaşmalar və fərdi proqramlar əsasında həyata keçiriləcəkdir. Hər bir razılaşmaya ətraflı fəaliyyət proqramı və iştirakçıların texniki ixtisaslaşma üzrə fəaliyyət istiqamətləri, mülkiyyətlə bağlı məlumatın saxlanılması, mübadilə olunması və istifadəsi, nəticələr əsasında əqli mülkiyyətlə bağlı anlaşmalar, eləcə də əldə olunacaq nəticələrə müvafiq olaraq hər bir layihənin istənilən xüsusi mövzusu daxil olunmalıdır.

Related to Qarşılıqlı əməkdaşlıq üçün maraq kəsb edən sahələr

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Yekun müddəalar Maddə 15

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;