Rollara Əsaslanan Giriş Nümunə Maddələri

Rollara Əsaslanan Giriş. IBM-in daxili təhlükəsizlik xidmətlərində sistemdə xxxx məlumat növünə, istifadəçinin bilməli olduğu məlumatlara, hüquqi və/və yaxud müqavilə öhdəliklərinə əsaslanan təhlükəsizliyə dair tələbləri təsvir edən girişə nəzarət siyasəti vardır. Giriş sorğusunun təsdiqlənməsi, nəzərdən keçirilməsi və ləğv edilməsi formal olaraq bu mülahizələrin nəzərə alınması ilə müəyyənləşdirilir. IBM giriş hüququna və eyniləşdirmə məlumatlarının idarə edilməsinə dair bütün vacib halların nəzarət jurnalını aparır. IBM-in işçi sistemləri giriş üçün eyniləşdirmə tələb edirlər. Buna şəbəkə qurğuları, serverlər, iş stansiyaları və bəzi proqram növləri daxildir. Bəzi sistemlər istifadəçi Eyniləşdiricisi və şifrə, yaxud rəqəmsal şəhadətnamə, digərləri isə çoxamilli eyniləşdirmə (şifrə üstəgəl biometrik skanlama, yaxud şifrə üstəgəl təhlükəsizlik açarı breloku kimi “bir sizin bildiyiniz, bir də olduğunuz və ya malik olduğunuz bir şey”) tələb edirlər. Çoxamilli eyniləşdirmə ictimai şəbəkə üzərindən girilə bilən istənilən system və yaxud system səlahiyyəti verilmiş istənilən imtiyazlı istifadəçi üçün tələb olunur. Şifrə qaydaları tətbiq olunur. Şifrələr müəyyən bir uzunluğa malik olmalı və müvafiq hərflər, açar sözlər, rəqəmlər və digər xüsusi simvollardan ibarət olmalıdır. Bundan əlavə, müəyyən bir sıra yanlış cəhdlərdən sonra girişə qadağa kimi şifrənin səhv yığılması cəhdlərinə dair qüvvədə xxxx qaydalar vardır. Avtomatlaşdırılmış alətlər (mümkün olduqca) şifrənin dəyişdirilməsini və şifrəyə dair qaydaları istifadəçilərə xatırladır. Müddətli olmayan şifrələrin istifadəsinə, xxx məhdud istisnalar xaricində (məsələn, noutbukun sərt diskinin şifrələri istisna təşkil edir, xxxxx bu şifrələr yalnız drayver çıxarıldığı və yenidən “xarici” nəzarətçiyə qoşulduğu zaman çalışmağa başlayırlar), adətən yol verilmir. Eyniləşdirmə üçün istifadə olunan rəqəmsal sertifikatlar IBM-in İTBD tərəfindən təsdiqlənmış sertifikasiya mərkəzindən verilmiş olmalıdırlar.

Related to Rollara Əsaslanan Giriş

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Yekun müddəalar Maddə 15

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;