Contract
Sığorta təminatının qüvvədə olduğu ərazi | Bütün Dünya |
Bu sığorta şəhadətnaməsi ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının 16.05.2024-cü il tarixli Qərar № 20/4 nömrəli qərarı ilə təsdiq edilmiş “ Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”na (bundan sonra “Qaydalar” adlandırılacaq) uyğun olaraq aşağıdakılara təminat verilir: - sığortalının ölməsi; - sığortalının xəstəlik və ya bədbəxt hadisə nəticəsində orqanizminin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyin müəyyən edilməsi; - sığortalının xəstəlik və ya bədbəxt hadisə nəticəsində orqanizminin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyin müəyyən edilməsi; - sığortalının xəstəlik və ya bədbəxt hadisə nəticəsində orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyin müəyyən edilməsi. | |
Sığorta müddəti | Kredit müddətinə əsasən formalaşır |
1. Bu sığorta şəhadətnaməsi üzrə “Qaydalar”ın 14.6.2.-ci yarımbəndinə uyğun olaraq kredit müqaviləsi üzrə borcun ödəniş qrafikində (bundan sonra “kredit ödəniş qrafiki”) nəzərdə tutulmuş qaydada azalmasına uyğun olaraq azalan sığorta məbləği tətbiq edilir. Yəni sığorta hadisəsinin baş verdiyi tarixə sığorta məbləğinin həcmi kredit ödənişi qrafikində sığorta hadisəsi baş verdiyi tarixə qalıq borc məbləği həcmində müəyyən edilir. 2. “Qaydalar”ın tələbləri nəzərə alınmaqla, sığorta ödənişinin həcmi “Təminatlar” və “Sığorta ödənişi verilərkən nəzərə alınan və sığorta ödənişinin həcminə təsir edən digər məqamlar”a əsasən müəyyənləşdirilir. 2.1. Təminatlar üzrə: 2.1.1. sığortalının ölməsi halında - qalıq borc məbləğində, birdəfəlik sığorta ödənişi şəklində; 2.1.2. Yuxarıdakı cədvəldə “Sığorta təminatı” hissəsində qeyd edilən sığorta riskləri nəzərə alınmaqla, sığortalının xəstəlik və ya bədbəxt hadisə nəticəsində orqanizminin funksiyalarının pozulması ilə əlaqədar əlilliyinin müəyyən olunması halında: 2.1.2.1. sığortalıya müddətsiz əlillik təyin olunduqda – qalıq borc məbləğinin ona təyin olunan orqanizmin funksiyalarının pozulması xxxxx həcmində, birdəfəlik sığorta ödənişi şəklində; 2.1.2.2. sığortalıya müddətli əlillik təyin olunduqda – əlillik müəyyən edilmiş dövr ərzində kreditin ödəniş qrafikinə uyğun olaraq, hər dövr üzrə ödənilməli borc məbləğinin sığortalının ona təyin olunan orqanizminin funksiyalarının pozulması xxxxx həcmində aylıq ödənilir. Aylıq şəkildə verilən ümumi sığorta ödənişinin cəmi məbləği əlillik təyin olunan tarixdə mövcud xxxx qalıq borc məbləğinin sığortalıya təyin olunan orqanizmin funksiyalarının pozulması xxxxx ilə ifadə olunan məbləğini aşmamalıdır. 3. Bu sığorta müqaviləsinə əsasən aşağıdakılar sığorta hadisəsi hesab edilmir: 3.1. sığortalının orqanizminin funksiyalarının pozulması ilə əlaqədar sığorta müqaviləsi bağlananadək ona əlillik dərəcəsinin təyin olunması; 3.2. sığorta müqaviləsi bağlananadək sığortalının orqanizminin funksiyalarının pozulmasına səbəb xxxx bədbəxt hadisənin baş verməsi ilə əlaqədar ona sığorta müqaviləsi müddətində əlillik dərəcəsinin təyin olunması; 3.3. xəstəlik səbəbindən sığortalının orqanizminin funksiyalarının pozulması ilə əlaqədar sığorta müqaviləsinin bağlanmasından öncə əlillik dərəcəsinin təyin olunması üçün səlahiyyətli dövlət orqanına (qurumuna) ünvanlandığı müraciəti üzrə ona sığorta müqaviləsi bağlandıqdan sonra 6 (altı) ay ərzində əlillik dərəcəsinin təyin olunması. 4. Sığortalının xəstəlik və ya bədbəxt hadisə nəticəsində orqanizminin funksiyalarının pozulması ilə əlaqədar əlilliyinin müəyyən olunması təminatı üzrə hadisələrin baş verməsinə münasibətdə, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində yalnız orqanizmin funksiyalarının pozulması faizinin artmasına görə yuxarı faiz aralığı xxxx (31-60 faiz aralığı, 61- 80 faiz aralığı və 81-100 faiz aralığı) üzrə əlilliyinin (mövcud olduğu təqdirdə) müəyyən olunması sığorta hadisəsi hesab olunur. Sığorta ödənişi verilərkən nəzərə alınan və sığorta ödənişinin həcminə təsir edən digər məqamlar: 5. Sığorta olunana orqanizminin funksiyasının pozulmasına görə müddətli əlillik müəyyən edildiyi təqdirdə, Sığortaçı tərəfindən sığorta ödənişi ödəniş cədvəlinə uyğun olaraq hissəvi kredit ödənişləri başladığı təqdirdə, həmin hissəvi kredit ödənişlərinə uyğun olaraq hissəvi şəkildə verilir. Əgər sığorta olunana orqanizminin funksiyasının pozulmasına görə müddətli əlillik müəyyən edilən zaman ödəniş cədvəlinə əsasən hissəvi kredit ödənişi başlamamışdırsa, Sığortaçı həmin tarixə qədər heç bir ödəniş həyata keçirmir. Əgər ödəniş cədvəlinə uyğun olaraq hissəvi kredit ödənişləri başlayana qədər sığorta olunana orqanizminin pozulmasına görə müəyyən edilən müddətli əlillik istənilən səbəbdən qüvvədən düşərsə, Sığortaçı heç bir ödəniş həyata keçirmir. 6. Sığortaçı qeyd edilən təminatlar üzrə kredit ödəniş qrafikinə uyğun olaraq Sığortalının son ödəniş etməli olduğu tarixdən hadisə baş verən günədək hesablanan kredit faizlərinin ödənilməsini də öz öhdəsinə götürür. |
7. Kredit ödəniş qrafiki üzrə müəyyən edilmiş məbləğ sığorta məbləğindən artıq olarsa, sığorta ödənişi sığorta məbləği həcmində həyata keçirilir. Heç bir halda faizlər daxil olmaqla sığorta ödənişinin həcmi sığorta məbləğinin həcmindən xxx xxx bilməz. Sığortaçı kreditin gecikdirilməsi ilə əlaqədar cərimə və s. məbləğlərə görə heç bir məsuliyyət daşımır. 7.1. Sığorta hadisəsi ilə bağlı Sığortaçı ona son sənədlər təqdim edildikdən sonra sığorta ödənişinin həyata keçirilməsinə “Qaydalar”da nəzərdə tutulmuş vaxtdan əlavə vaxt sərf etdikdə, həmin müddətə hesablanmış faizlər də onun tərəfindən ödənilir. 8. Sığortaçı tərəfindən sığorta ödənişi ölüm halında ölüm tarixindən, əlillik halında isə orqanizmin funksiyasının məhdudlaşması müvafiq səlahiyyətli orqan tərəfindən təsdiqləndiyi tarixdən etibarən hesablanaraq ödənilir. 9. Sığorta ödənişi şəhadətnamə imzalandığı gün qüvvədə xxxx şərtlər əsasında gələcək dövrlər üzrə nəzərdə tutulmuş kredit ödəniş qrafikinə (əsas və faiz borclarını göstərən cədvəl) əsasən həyata keçirilir. 10. Şəhadətnamə qüvvədə olduğu müddətdə Kredit müqaviləsinin şərtlərinə restrukturizasiya edilərsə (əsas borc məbləği, illik faiz dərəcəsi, kredit müddəti, əsas borc və faiz ödənişi şərtləri, müqavilə üzrə kredit ödəniş qrafiki və s. dəyişdirilərsə) həyata keçirilmiş dəyişikliklərə uyğun olaraq bu Şəhadətnamayə əlavə və dəyişiklik edilməmişdirsə, bu zaman Sığortaçı sığorta ödənişini kredit müqaviləsinin şəhadətnamə imzalanan tarixdə qüvvədə xxxx şərtlər əsasında gələcək dövrlər üzrə nəzərdə tutulmuş kredit ödəniş qrafikinə əsasən həyata keçirir. Əgər restrukturizasiyadan sonra kredit müqaviləsi üzrə faktiki borc məbləği restrukturizasiyadan əvvəlki kredit ödəniş qrafikinə əsasən ödənilməli xxxx xxxx məbləğindən az olarsa, Sığortaçı faktiki borc məbləğini əsas götürərək borcverənə ödəniş həyata keçirir, yerdə qalan vəsait borcalanın vərəsələrinə ödənilir. 11. Kredit müqaviləsi üzrə tələbin güzəşti həyata keçirildikdə yeni borcverən bu sığorta şəhadətnaməsi üzrə faydalanan şəxs qismində çıxış edir. 12. Şəhadətnamə üzrə sığorta haqqı və sığorta məbləği xarici valyutada göstərildikdə, sığorta ödənişi Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş tarixinə rəsmi məzənnəsi əsasında manat ekvivalenti ilə həyata keçirilir. 13. Kredit öhdəliyi tam ödənildikdən sonra artıq qalan vəsait üzrə hesablanmış sığorta ödənişinin qalıq hissəsi faydalanan şəxsin qərarına əsasən əmək qabiliyyətinin itirilməsi halında Sığortalı/Sığorta olunana, ölüm halında isə Sığorta olunanın vərəsələrinə ödənilir 14. Sığorta müqaviləsi qüvvədə olduğu müddət ərzində qanunvericiliyə dəyişiklik olduğu təqdirdə, Sığortaçı Sığorta müqaviləsi qüvvəyə minən tarixə qüvvədə xxxx əlillik meyarlarına əsasən sığorta hadisəsinin tənzimlənməsini və ödənişin verilməsini həyata keçirəcəkdir. |
Sığorta haqqının ödənilməsi ilə əlaqədar şərtlər |
1. Bu sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə sığorta haqqı sığortalı tərəfindən birdəfəlik şəkildə ödənilir. 2. Sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta şəhadətnaməsi buraxıldığı tarixdən 1 ay ərzində ödənilməlidir. 3. Sığorta haqları və ya onun müqavilə ilə razılaşdırılmış hissəsi nəzərdə tutulmuş ödənilmə qaydasına uyğun olaraq vaxtında ödənilməzsə, Sığortaçı müqaviləyə vaxtından əvvəl xitam verə bilər. |
Digər şərtlər |
1. Bu şəhadətnamə “Qaydalar”a əsasən tərtib edilmişdir. Sığortalı bu şəhadətnaməni təsdiqləməklə “Qaydalar”xx xxxxx olmasını bildirir. “Qaydalar” “PAŞA Həyat Sığorta” ASC-nin rəsmi saytında (xxx.xxxxx-xxxx.xx) yerləşdirilmişdir. “Qaydalar” ilə bu şəhadətnamə arasında hər hansı uyğunsuzluq olarsa, “Qaydalar” əsas götürüləcəkdir. Sığorta şəhadətnaməsi və “Qaydalar” birlikdə sığorta müqaviləsini əmələ gətirir. 2. Şəhadətnamədən irəli gələn məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. 3. Sığorta müqaviləsi sığorta müddətinin başlanma tarixindən qüvvəyə minir və sığorta təminatının bitmə tarixindən öz hüquqi qüvvəsini itirir. Sığorta şəhadətnaməsinin (müqaviləsinin) buraxılma tarixi sığorta müddətinin başlanma tarixindən fərqlənərsə və sığorta hadisəsi hesab edilə bilən hal və ya hadisə sığorta müddətinin başlanma tarixinə qədər baş verərsə: 3.1. Sığortaçı tərəfindən heç bir sığorta ödənişi verilmir; 3.2. Sığorta haqqı əvvəlcədən ödənildiyi halda, həmin vəsait Sığortalıya və ya onun Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq təyin edilmiş vərəsələrinə qaytarılır. 4. Sığortalı təsdiqləyir ki, müvafiq elektron sistem vasitəsilə doldurduğu ərizə forması bu sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilir, tam hüquqi qüvvəyə malikdir, həmin ərizə formasında qeyd etdiklərinin hüquqi nəticələri ilə razılaşır. Sığortalı ərizə formasında qeyd etdiyi məlumatlarda sığorta təminatının başlanma tarixinə qədər hər hansı dəyişiklik olarsa, bu barədə sığortaçını məlumatlandırmalıdır. Dəyişiklik barədə sığortaçının məlumatlandırılmaması, həmin dəyişiklik nəticəsində baş vermiş hadisəyə görə sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsasdır. 5. Şəhadətnamə və onun əlavələri, habelə ərizə forması aşağıdakı üsullardan biri ilə təsdiq edildikdə onun şərtləri hüquqi qüvvəyə malikdir: 5.1. Əl imzası və möhür (sığortaçıya münasibətdə) ilə; 5.2. Əl imzası və möhürün (sığortaçıya münasibətdə) skan və ya digər vasitə ilə surətinin çıxarılması yolu ilə və ya əl imzasının digər analoqu ilə; 5.3. Elektron formada olduğu təqdirdə, sığortaçı tərəfindən elektron imza, sığortalı tərəfindən elektron imza və ya sığorta haqqının ödənilməsi yolu ilə. 6. Sığortaçı tərəfindən müvafiq səlahiyyət verildiyi təqdirdə, sığorta müqaviləsinin təsdiqlənməsi sığorta agenti tərəfindən həyata keçirilə bilər. 7. Müqavilə elektron formada buraxıldığı təqdirdə, sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının “Qaydalar” və sığorta şəhadətnaməsinin, ərizə formasının şərtləri ilə xxxxx olmasını, “Qaydalar” və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin və ərizə formasının bağlanması faktını təsdiqləyir. Sığorta şəhadətnaməsinin bu bəndinin etibarsızlığı bütün sığorta müqaviləsinin etibarsızlığına səbəb olur və müvafiq olaraq sığortaçını sığorta ödənişi etmək öhdəliyindən azad edir. |