Təkliflər sorğusuna dəvət
Təkliflər sorğusuna dəvət
Azərbaycan Respublikası Təhsil Nazirliyi Sizi, Dövlət ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin əlavə təhsili üzrə təlimlərin satın alınmasına dair tenderdə iştirak etməyə dəvət edir.
Təkliflər sorğusu 6 lot üzrə keçirilir:
Lotlar | Xidmətlərin adı | Müdavim lərin sayı (nəfər ilə) | Təlimin həcmi (akadem ik saat ilə) |
I Lot Riyaziyyat fənnini tədris edən müəllimlər üçün ixtisasartırma təlimləri | Ümumi xxxx təhsil səviyyəsində riyaziyyat müəllimləri üçün məktəbdaxili qiymətləndirmənin təşkili metodikası üzrə ixtisasartırma təlimi | 2000 | 36 |
Ümumi xxxx və xxx xxxx təhsil səviyyəsində çalışan riyaziyyat müəllimləri üçün riyazi situasiya tapşırıqlarının hazırlanması metodikası üzrə ixtisasartırma təlimi | 5000 | 36 | |
II Lot Təbiət fənlərini tədris edən müəllimlər üçün məktəbdaxili qiymətləndirmənin təşkili metodikası üzrə ixtisasartırma təlimləri | Ümumi xxxx təhsil səviyyəsində fizika müəllimləri üçün məktəbdaxili qiymətləndirmənin təşkili metodikası üzrə ixtisasartırma təlimi | 1000 | 36 |
Ümumi xxxx təhsil səviyyəsində biologiya müəllimləri üçün məktəbdaxili qiymətləndirmənin təşkili metodikası üzrə ixtisasartırma təlimi | 1000 | 36 | |
Ümumi xxxx təhsil səviyyəsində coğrafiya müəllimləri üçün məktəbdaxili qiymətləndirmənin təşkili metodikası üzrə ixtisasartırma təlimi | 1000 | 36 | |
III Lot Humanitar fənləri tədris edən müəllimlər üçün məktəbdaxili qiymətləndirmənin təşkili metodikası üzrə ixtisasartırma təlimləri | Ümumi xxxx təhsil səviyyəsində Azərbaycan dili müəllimləri üçün məktəbdaxili qiymətləndirmənin təşkili metodikası üzrə ixtisasartırma təlimi | 2000 | 36 |
Ümumi xxxx təhsil səviyyəsində xarici dil müəllimləri üçün məktəbdaxili qiymətləndirmənin təşkili metodikası üzrə ixtisasartırma təlimi | 1000 | 36 | |
Ümumi xxxx təhsil səviyyəsində tarix müəllimləri üçün məktəbdaxili qiymətləndirmənin təşkili metodikası üzrə ixtisasartırma təlimi | 1000 | 36 | |
Ümumi xxxx təhsil səviyyəsində yazı işinin təşkili metodikası üzrə ixtisasartırma təlimi | 2125 | 36 | |
IV Lot İbtidai təhsil səviyyəsində tədris aparan müəllimlər üçün ixtisasartırma təlimləri | İbtidai təhsil səviyyəsində məktəbdaxili qiymətləndirmənin təşkili metodikası üzrə ixtisasartırma təlimi | 1000 | 36 |
İbtidai təhsil səviyyəsində şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası üzrə ixtisasartırma təlimi | 2000 | 36 | |
İbtidai təhsil səviyyəsində sinfin idarəedilməsi üzrə ixtisasartırma təlimi | 2000 | 24 | |
İbtidai təhsil səviyyəsində musiqi fənninin tədrisi metodikası üzrə ixtisasartırma təlimi | 500 | 36 |
V Lot İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu, ehtiyat dərsliklərin tətbiqi və metodikası üzrə ixtisasartırma təlimi. | İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu, ehtiyat dərsliklərin tətbiqi və metodikası üzrə ixtisasartırma təlimi | 5000 | 72 |
VI Lot İbtidai sinif müəllimləri üçün məktəbəhazırlıq qruplarında işin təşkili metodikası üzrə fərdi ixtisasartırma təlimləri (mentorluq xidməti) | İbtidai sinif müəllimləri üçün məktəbəhazırlıq qruplarında işin təşkili metodikası üzrə fərdi ixtisasartırma təlimləri (mentorluq xidməti) | 4500 | 18 |
İddiaçıların ixtisas uyğunluğu göstəriciləri ilə bağlı aşağıdakı sənədləri 25 sentyabr 2019-cu il 16:00 tarixinədək Təhsil Nazirliyinə təqdim edilməlidir.
1. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
2. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
3. Xxxxxxxxxx son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
4. Xxxxxxxxxx son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
5. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmasının təsdiqi kimi İddiaçının ali təhsil və ya əlavə təhsil müəssisəsi olmasının sənədli sübutu;
6. Satınalma prosedurunun başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yalnış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamasının təsdiqi kimi məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat.
Tender təklifi keyfiyyət və maliyyə (qiymət) təkliflərindən ibarətdir. Keyfiyyət və maliyyə (qiymət) təklifləri hər bir lot üzrə ayrı-ayrı zərflərdə və eyni tarixdə təqdim olunmalıdır. Keyfiyyət təklifi üzərində satınalan təşkilatın və iddiaçının adı, ünvanı, xxxxx nömrəsi qeyd olunmuş bir ədəd “əsli” və bir ədəd “surəti” ayrı-ayrı bağlı, imzalanmış və möhürlənmiş zərflərdə (qutularda) təqdim olunmalıdır. Təlimlərin həyata keçirilməsi üçün təklif olunan ümumi yanaşmanın təsviri, iş planı, təlimin proqramı və metodiki vəsait, təlimçilərin tərcümeyi-halları (CV-ləri) keyfiyyət təklifinin tərkib hissəsi kimi təqdim olunmalıdır.
İddiaçı iştirak etdiyi hər bir lot üzrə maliyyə təklifini, təklifin təqdimat vərəqəsini, təklifin dəyərinin 1 (bir) %-i həcmində xxxx bank təminatını “Dövlət satınalmaları haqqında” Qanunun və Şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq bir ədəd “əsli” və bir ədəd “surəti” ayrı-ayrı zərflərdə olmaqla ümumi bir zərfdə təqdim edir. Hər bir zərf üzərində
satınalan təşkilatın və iddiaçının adı, ünvanı, xxxxx nömrəsi qeyd olunmaqla iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.
İddiaçılar tender təklifini (zərflər açıldığı gündən sonra 30 bank günü qüvvədə olmalıdır) və tender təklifinin qiymətinin 1 (bir) %-i həcmində bank təminatını (qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü xxx olmalıdır)
27 sentyabr 2019-cu il, saat 16.00-dək tender komissiyasına təqdim etməlidirlər. Keyfiyyət və maliyyə (qiymət) təklifləri xxxx bağlamaların (zərflərin) açılışı 30 sentyabr 2019-ci il saat 15.00-da Təhsil Nazirliyində keçirilir (iddiaçıların nümayəndələri tender iclasında iştirak edə bilərlər).
Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilir. Tendernun prosedur qaydaları, təkliflərin təqdim edilməsi və təkliflərin qiymətləndirilməsi və müqayisəsi “Şərtlər toplusu”nda öz əksini tapır. Tender iştirakçısı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu, “Əsas şərtlər toplusu”nun məzmunu, o cümlədən iştirakçılar üçün təlimatlar, tender sənədlərinin formaları, müqavilə şərtləri, texniki şərtlər və s. ilə xxxxx olmalıdır. İddiaçının bu sənədlər və tender təklifi haqqında tam təsəvvürü, məlumatı olmaması və “Şərtlər toplusu”nun tələblərinə uyğun gəlməyən təklif verməsi onun təklifinin kənarlaşdırılması ilə nəticələnə bilər.
İddiaçılar iştirak etdiyi lot(lar) üzrə yalnız bir tender təklifi verə bilər.
Təklifləri qiymətləndirərkən və müqayisə edərkən “Şərtlər toplusu”nda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 xxxxx həcmində güzəştli düzəliş tətbiq edilir.
İddiaçıların təklifi, həmçinin tender ilə əlaqədar bütün yazışmalar və sənədlər Azərbaycan dilində həyata keçirilməlidir. Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.
Xidmətlər satınalma müqaviləsinin imzalanması tarixindən 6 ay ərzində başa çatdırılmalıdır.
Əlavə məlumat üçün tender üzrə əlaqələndirici Xxxxxxxx Xxxxxxxxxx müraciət etmək olar. Əlaqə məlumatları:
Ünvan: Bakı xxxxxx, Xxxxx xxxxxxxxx 00 Telefon: 000-00-00 (daxili 5296)
e-mail: xxxxxxxx.xxxxxxxx@xxx.xxx.xx