Contract
Asan İmza xidməti və bu xidmət çərçivəsində istifadə ilə bağlı münasibətlər bu qaydalar, həmçinin müvafiq Abunə Müqaviləsinin şərtləri ilə tənzimlənəcək.
• "Azercell Telekom" MMC, Abunə Müqaviləsinin məzmunundakı şərtlərə uyğun olaraq Abunə Müqaviləsini dəyişdirə bilər və belə hallarda yenilənmiş Abunə Müqaviləsi qüvvəyə mindikdən sonra tətbiq ediləcək. Bu qaydalar, “Asan İmza xidmətinə qoşulma/imtina” forması abunəçi tərəfindən təsdiqləndiyi gündən etibarən qüvvəyə minir və müvafiq Abunə müqaviləsi qüvvədə olduğu müddət ərzində qüvvədə qalır. “Asan İmza xidmətinə qoşulma/imtina” formasına, bu qaydlara, həmçinin xidmətin şərtlərinə əlavə və dəyişiklər Abunə Müqaviləsində nəzərdə tutulan qaydada həyata keçirilə bilər.
• Bu qaydalar abunəçi tərəfindən “Asan İmza xidmətinə qoşulma/imtina” forması təsdiqləndiyi gündən etibarən qüvvəyə minir, müvafiq Abunə müqaviləsi qüvvədə olduğu müddət ərzində və ya Asan İmza xidmətindən imtina edilənədək (xidmətə qoşulma üçün müəyyən edilmiş müddət çərçivəsində) qüvvədə qalır. “Asan İmza xidmətinə qoşulma/imtina” formasına, həmçinin xidmətin şərtlərinə əlavə və dəyişiklər Abunə Müqaviləsində nəzərdə tutulan qaydada həyata keçirilə bilər. Xxxxxxx tərəfindən “Asan İmza xidmətinə qoşulma/imtina” forması ilk dəfə imzalanaraq Asan İmza xidmətinə qoşulduqdan etibarən, “Azercell Telekom” MMC tərəfindən təmin olunan xidmətlərdən istifadə, Asan İmza xidmətindən istifadə, bu xidmət vasitəsi ilə həyata keçirilən əməliyyatlar, müvafiq əməliyyatlara uyğun tariflər, təhlükəsizlik şərtlərinə əməl edilməsi daxil olmaqla, abunəçi təsdiq edir ki, o, müvafiq qaydalar ilə tanışdır, onları başa düşür və qəbul edir. Asan İmza xidmət ilə əlaqədar bütün risklər məhz nömrə adına rəsmiləşdirilmiş abunəçinin üzərindədir, cihaz(lar)xxx, o cümlədən xidmətdən hər hansı səbəbdən üçüncü şəxslərin (cihazın oğurlanması və itirilməsi halları da daxil olmaqla) istifadəsi nəticəsində yaranan hallara görə abunəçi cavabdehlik daşıyır. Asan İmza xidməti üzərindən həyata keçirilən bütün əməliyyatlar, o cümlədən xidmətin müddəti bitdikdən sonra SMS vasitəsi ilə Asan İmza xidmətindən istifadə müddətinin növbəti dövrü uzadılması ilə bağlı hallar abunəçinin iradəsini əks etdirir və edilən bütün müraciətlər, həyata keçirilən əməliyyatlar və göndərilən SMS-lər Abunəçinin (hər hansı səbəbdən baş verməsindən asılı olmayaraq, həmçinin 3-cü şəxslərin müdaxiləsi halları da daxil olmaqla) rəsmi müraciəti hesab edilir.
• Abunəçi Xxxx Xxxx xidmətinə ilk dəfə qoşulmaq üçün Müştəri Xidmətləri ofislərinin təmsilçilərinə müraciət edərək, tələb olunan ödənişi həyata keçirməklə müvafiq xidmətə 3 (üç) ildən xxx olmayan müddətdə qoşula bilər. 3 (üç) illik müddət bitdikdən sonra abunəçi “Asan İmza” xidməti aktiv xxxx nömrədən aidiyyatı qısa nömrəyə seçilmiş açar sözünü göndərmək ilə xidmətdən istifadə müddətini növbəti müddətə uzadılmasını təmin edə bilər. “Azercell Telekom” MMC-yə müvafiq ödəniş həyata keçdikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən Abunəçiyə müvafiq sertifikatın verillməsi üçün müraciət edilməlidir, müvafiq sertifikatın verilməməsinə görə “Azercell Telekom” MMC məsuliyyət daşımır. Nömrədə Xxxx Xxxx xidməti aktivləşdirildikdən sonra və Asan İmza xidmətindən tam imtina edənədək (xidmətə qoşulma üçün müəyyən edilmiş müddət çərçivəsində) Asan İmza xidmətindən istifadə edilib-edilməməsindən asılı olmayaraq Abunəçi “Azercell Telkom” MMC-yə xidmət haqqını ödəyir. Qoşulmanı və seçdiyi Asan İmza xidmətinin növünü təsdiq edən müvafiq sənədin abunəçiyə verilməsi təmin edilir.
• Asan İmza xidmətinin aktiv edildiyi nömrədən digər nömrəyə köçürülməsi nəzərdə tutulmur. Asan İmza xidmətinin göstərilməsinin 3 (üç) il müddətindən daha əvvəl dayandırılması üçün Abunəçi Müştəri Xidmətlərinə müraciət edə bilər.
• Asan İmza xidmətinə Fakturasız (SimSim) və Fakturalı xətt sisteminə aid nömrələr qoşula bilər. Asan İmza xidmətinə yalnız borcu olmayan və rabitə xətti ikitərəfli açıq xxxx nömrə ilə qoşulma mümkündür. Abunəçi Asan İmza xidmətinə qoşulan zaman, istifadəsində xxxx nömrəyə Asan İmza xidmətinin tətbiqi imkanı xxxx SIM kartını əldə etmək üçün adi qaydada və tariflərə uyğun olaraq SIM kart dəyişikliyini həyata keçirir. Xxxx Xxxx xidməti çərçivəsində, abunəçiyə Asan İmza xidmətini dəstəkləyən SIM kart, o cümlədən Asan İmza PİN və PUK kodları vasitəsilə fiziki imzasını mobil elektron imza ilə əvəz edilməsi imkanı təqdim edilir. Xxxx Xxxx xidməti vasitəsilə abunəçilər dövlət və özəl qurumlar tərəfindən təqdim olunan çoxlu xxxxx elektron xidmətlərdən yararlana, “Asan İmza” vasitəsilə müxtəlif saytlar və portallara giriş əlyetərliyi və imzalama imkanına sahib ola bilərlər. “Asan İmza” mobil elektron imza vasitəsilə elektron sənədləri imzalamaq üçün AsanDoc proqram təminatının yüklənilməsinə ehtiyac vardır. İmzalama təlimatı portalda yerləşdirilmişdir. Asan İmza xidmətinə qoşulan nömrələrdə məlumat mübadiləsi SMS üzərindən təmin ediləcək.
• Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri
Mərkəzi tərəfindən Abunəçiyə müvafiq sertifikatın verilməsindən imtina edildikdə, Abunəçi “Azercell Telekom” MMC-dən Asan İmza SIM kartını əldə etdiyi gündən etibarən 2 (iki) həftə ərzində Asan İmza xidmətinə qoşulmaq üçün əvvəlcədən ödədiyi vəsaiti (SIM kart dəyişikliyi üçün tələb olunan məbləğlər istisna olmaqla) xxxx ala bilər. Əks halda, o cümlədən nömrədə aktivləşdirilmiş Asan İmza xidmətindən istifadə olunmadıqda, Asan İmza xidmətinə qoşulmaq üçün ödənilən müvafiq xidmət xxxxx xxxx qaytarılmır.
• Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi ilə abunəçi arasında imzalanan müqavilə və sənədlərdə qeyd olunan hallarda, bu xidmətin vaxtından əvvəl dayandırılması istisna olunmur. Bu xxxx xxxxxx Abunəçi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi arasında bağlanmış müqavilə ilə tənzimlənir, belə hallara görə “Azercell Telekom” MMC cavabdehlik daşımır. Asan İmza xidməti ilə bağlı hər hansı mübahisələrə və / və ya Abunəçinin 3-cü şəxslərə qarşı tələblərinə (3-cü şəxslərin Abunəçiyə qarşı tələbləri də daxil olmaqla digər hallarda da) görə “Azercell Telekom” MMC heç bir halda Abunəçi qarşısında cavabdeh deyil və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən göstərilən xidmətlərə görə cavabdehlik daşımır.
• Nömrədə Xxxx Xxxx xidməti abunəçi tərəfindən Müştəri Xidmətləri ofislərinə gələrək və ya sms vasitəsilə aktiv edildikdən dərhal sonra xidmətdən istifadə edilməsi üçün aylıq (Fakturasız xətt sisteminə aid nömrələrində hər 30 gün üçün) abunə haqqı (3 il müddət ərzində) tutulur. Abunə Müqaviləsinin şərtlərinə müvafiq olaraq nömrəyə xidmət göstərilməsinə məhdudiyyət (nömrənin rabitə xəttinin iki tərəfli bağlanması halı) qoyulduğu anadək abunə haqları (hər hansı səbəbdən Abunəçinin müvafiq xidmətlərdən istifadə edib-etməməsindən asılı olmayaraq) hesablanır.
• Asan İmza xidməti aktiv edildiyi 3 (üç) il müddəti ərzində, nömrəyə xidmət göstərilməsi hər hansı səbəbdən (Xxxxxxxxxx öz istəyi ilə, nömrənin başqa şəxsin adına keçirilməsi ilə, Xxxxxxxxxx öhdəliklərini yerinə yetirməməsi, borc yarandığı, o cümlədən Fakturasız xətt sistemində ödənişlərin vaxtında yerinə yetirilməməsi və sair hallar ilə əlaqədar) müvafiq Abunə Müqaviləsinə xitam verilməsi ilə əlaqədar məhdudlaşdırıldıqda, Asan İmza xidməti də ləğv edilir. Bundan sonra nömrəyə xidmətin göstərilməsi yenidən aktivləşdirildikdə Asan İmza xidmətinin bərpa edilməsi nəzərdə tutulmur. Xxxxxxx Xxxx Xxxx xidmətinə yenidən qoşulmaq üçün Müştəri Xidmətləri ofislərinin təmsilçilərinə müraciət edərək, tələb olunan ödənişi həyata keçirməklə müvafiq qaydada Asan İmza xidmətinə qoşula bilər.
• Fakturalı xətt sisteminə aid nömrələrdə, bu Əlavə qüvvəyə mindiyi andan etibarən, yuxarıda müəyyən edilmiş 3 (üç) illik müddət ərzində Abunəçi hər ay aylıq abunə haqqı ödəyəcəkdir. Bu məbləğ digər xidmət haqları ilə yanaşı müvafiq nömrəyə görə faktura dövrünün sonunda çıxan aylıq hesab fakturada öz əksini tapır və həmin fakturada öz əksini tapmış son ödəmə tarixinədək Xxxxxxx tərəfindən ödənilir. Bu ödənişlər ilə bağlı öhdəlik Abunəçi tərəfindən tam və lazımınca icra edilmədikdə, Abunəçi “Azercell Telekom” MMC qarşısında müvafiq həcmdə borclu hesab edilir və bu zaman müvafiq Abunə Müqaviləsində nəzərdə tutulan qaydada ödənişləri həyata keçirməlidir. Fakturasız xətt sisteminə aid nömrələrdə balansda mövcud xxxx vəsaitdən əvvəlcədən aylıq (hər 30 gün üçün) xidmət haqqı çıxılmaqla Asan İmza xidmətindən istifadə imkanı əldə edilir. Fakturasız xətt sisteminə aid nömrələrdə balansda aylıq (hər 30 gün üçün) xidmət haqqı çıxılması üçün kifayət qədər vəsait olmadıqda Asan İmza xidmətinindən yararlanmaq imkanı dayanıdırlır, müvafiq həcmdə ödənişlər həyata keçirildikdən sonra aylıq (hər 30 gün üçün) xidmət haqqı çıxılmaqla Asan İmza xidmətindən avtomatik olaraq istifadə imkanı bərpa olunacaq.
• Asan İmza xidmətinə qoşulan nömrə/nömrələrə, müvafiq Abunə Müqaviləsinin şərtlərinə uyğun olaraq xidmət göstərilməsinə məhdudiyyət qoyulduqda, həmin nömrə/nömrələrdə Asan İmza xidmətindən istifadə avtomatik olaraq dayandırılır və xidmət göstərilməsinə qoyulmuş məhdudiyyət aradan qaldırıldıqda Asan İmza xidmətindən də avtomatik olaraq istifadə imkanı bərpa olunacaq.
• Xxxxxxx əldə etdiyi cihazlarda, həmçinin nömrələrdə Asan İmza xidmətindən istifadə ilə əlaqədar sazlanmanı yalnız "Azercell Telekom" MMC-nin tövsiyə etdiyi qaydada həyata keçirilməsini təmin edir. Abunəçi qoşulduğu Asan İmza xidməti ilə əlaqədar bütün riskləri öz üzərinə götürür. Asan İmza xidmətindən hər hansı səbəbdən 3-cü şəxslərin (nömrənin və ya cihazın oğurlanması və ya itirilməsi halları da daxil olmaqla) istifadəsinə görə abunəçi məsuliyyət daşıyır. Asan İmza xidməti ilə əlaqədar nömrədə istifadə olunan cihazların (mobil telefon, planşet və s.) sazlanması, müxtəlif proqram təminatlarının avtomatik yenilənməsi, zəmanət şərtləri ilə bağlı, həmçinin xidmətin keyfiyyəti, mahiyyəti, əsası, əhəmiyyəti və digər hallar ilə bağlı, o cümlədən istifadə, təhlükəsizlik qaydaları və s. barədə "Azercell Telekom" MMC cavabdehlik daşımır. Hər hansı səbəbdən (o cümlədən cihazın xüsusiyyətləri, həmçinin yeni texnologiyaların tətbiqi və sair hallar da daxil olmaqla) Asan İmza
xidmətindən (o cümlədən xidmətin müddəti bitdikdən sonra SMS vasitəsi ilə Asan İmza xidmətindən istifadə müddətinin növbəti dövrü uzadılması ilə bağlı hallara görə) baş verən istifadəyə görə cavabdehlik abunəçi üzərindədir. • Asan İmza xidmətindən istifadə edən nömrə Fakturalı Xətt sistemindən Fakturasız (SimSim) xətt sisteminə keçdikdə (bu zaman tariflərə uyğun olaraq tələb olunan SIM kart dəyişikliyi həyata keçirilməklə) bu xidmətdən yararlana biləcəkdir.
• Abunəçi nömrəsində müvafiq Abunə Müqaviləsinin şərtlərinə uyğun olaraq təqdim edilən digər hər hansı telekommunikasiya xidmətlərindən olduğu kimi dəyişikliksiz istifadə edəcəkdir. Abunəçi rouminqdə olarkən Asan İmza xidmətindən yararlana biləcəkdir. Bu zaman Asan İmza xidmətinin göstərilməsinə görə xidmət haqqının tutulması rouminq tarifləri çərçivəsində həyata keçiriləcək.
• Azərbaycan Respublikası qanunvericiliyinə, Abunə Müqaviləsinə əsasənAsan İmza xidməti çərçivəsində istifadəyə götürülən nömrələrdə yaranan borcların, tətbiq ediləcək gecikmə faizinin, həmçinin digər cərimələrin ödənilməsinə görə Xxxxxxx cavabdehlik daşıyır.