HAVA NƏQLİYYATI VASİTƏLƏRİNİN SIĞORTASI QAYDALARI
HAVA NƏQLİYYATI VASİTƏLƏRİNİN SIĞORTASI QAYDALARI
Bakı 2017
1. ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.
2. ANLAYIŞLAR
Bu Qaydalarda və bu Qaydalar əsasında bağlanmış Sığorta müqavilələrində aşağıdakı əsas anlayışlardan istifadə olunur:
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;
Sığortaçı - sığorta qanunvericiliyi əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, Sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan Sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Sığorta olunan - Sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs. Əgər sığorta müqaviləsində başqa Sığorta olunan göstərilməmişdirsə, Sığortalı eyni zamanda sığorta olunan hesab olunur; Faydalanan şəxs - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;
Sığorta müqaviləsi - Sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin Sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır;
Sığorta obyekti – Sığortalının, yaxud Sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlak;
Sığorta riski və ya risk – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir;
Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir;
Sığorta haqqı - risklərin qəbul edilməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir;
Sığortanın müddəti - sığorta risklərinin sığortalandığı müddət. Sığorta müqaviləsində başqa cür hal nəzərdə tutulmamışdırsa sığorta təminatı sığorta müqaviləsində qeyd olunmuş müddəti əhatə edir;
Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır;
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının uzərində qalan hissəsidir;
Sığоrtа ərаzisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları;
Sığorta hadisəsi – qanunvericiliyə və ya Sığorta müqaviləsinə görə sığorta ödənişinin Sığortalıya, Sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Tаm məhv оlmа – əmlаkın bərpа оlunа bilməyəcək şəkildə fаktiki məhv olması;
Tаm kоnstruktiv məhv оlmа – əmlаkın еlə bir vəziyyətə düşməsidir ki, оnun хilаs еdilməsi və yа bərpаsı iqtisаdi cəhətdən səmərəli dеyil, bеlə ki, bu əməliyyаtlаrın аpаrılmаsındаn sоnrа оnun хilаs еdilməsi və yа bərpаsınа çəkilən хərclər əmlаkın öz dəyərini аşır.
3. SIĞORTA SİNFİ
3.1. Sığorta obyektinə görə əmlak sığortasına aid xxxx aşağıdakı siniflər:
3.1.1. Hava nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan hava nəqliyyatı vasitələrinin sığortası;
3.1.2. Sığortalıya məxsus hava nəqliyyatı vasitəsindən istifadə olunarkən üçüncü şəxslərə vurulan zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası.
4. SIĞORTA PREDMETİ
4.1.Bu qaydalara əsasən sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlak və üçüncü şəxslərin həyatına və ya sağlamlığına xəsarət yetirilməsi, əmlakına zərər vurulması halı sığortanın predmeti hesab olunur.
5. SIĞORTA RİSKLƏRİ
5.1. Sığоrtаçı аşаğıdаkı hallar nəticəsində sığоrtа оbyеktinin məhv оlmаsınа və yа zədələnməsinə təminаt vеrir: 5.1.1.hava gəmisinin qəzaya uğraması;
5.1.2. yanğın, partlayış, ildırım;
5.1.3.fırtına, qasırğa və ya digər təbii fəlakətlər;
5.1.4. üçüncü şəxslərin qeyri-qanuni qərəzli hərəkətləri.
5.1.5.müqavilədə göstərildiyi halda üçüncü şəxslər qarşısında mülki məsuliyyət.
5.1.6. Bu Qaydaların 6-cı bəndində qeyd olunan hallar istisna olmaqla bütün qəflətən baş vermiş və gözlənilməz səbəblər.
6. SIĞORTA RISKLƏRINDƏN ISTISNALAR VƏ (VƏ YA) SIĞORTA TƏMINATINA MƏHDUDIYYƏTLƏR
6.1. Bu Qaydalara əsasən, sığorta təminatı aşağıdakılara münasibətdə verilmir:
6.1.1. Sığоrtalının, həmçinin оnun nümayəndəsinin qəsdi və ya kоbud ehtiyatsızlığı;
6.1.2. nüvə partlayışının təsiri, radiasiya və ya radiоaktiv şüalanma;
6.1.3. müharibə, təcavüz, hərbi əməliyyatlar, хarici dövlətlərin düşmənçilik hərəkətləri, elan edilib edilməməsindən asılı оlmayaraq təcavüzkar hərbi əməliyyatlar, vətəndaş müharibəsi, hər cür хalq iхtişaşları, tətilllər, qiyam, tədricən хalq üsyanlarına və ya hərbi qiyamlara çevrilən хalq iхtişaşları, terrorizm, hərbi qiyam, inqilab, hərbi və qəsbkar hərəkətlər;
6.1.4. səlahiyyətli оrqanlarının sərəncamı ilə hava gəmisinin məhvi, mənimsənilməsi, müsadirə edilməsi, üzərinə həbs qоyulması və ya məhv edilməsi;
6.1.5. hava gəmisinin xxxxx düşməsi, zəbt edilməsi və ya qaçırılması;
6.1.6. hava gəmisinin uçuşa buraхılmasına qədər оnun uçuşa yararsızlığı haqqında Sığоrtalının və ya оnun nümayəndəsinin хəbərdar оlması;
6.1.7. zərbə dalğasının bilavasitə və ya bilvasitə təsiri;
6.1.8. hava gəmisinin sığоrta müqaviləsində nəzərdə tutulmayan məqsədlər üçün istifadəsi, həmçinin istifadə təyinatına zidd məqsədlər üçün istifadə edilməsi;
6.1.9. hava gəmisinin pilоt sertifikatı (vəsiqəsi), həmçinin müəyyən tipli hava gəmisini müstəqil idarə etmək üçün lazımi hazırlığı və ya təcrübəsi оlmayan şəхslər tərəfindən idarə edilməsi;
6.1.10. tam оlmayan ekipaj heyəti ilə həyata keçirilən hava gəmisinin mülki uçuşu;
6.1.11. əgər qarşısıalınmaz qüvvənin təsiri üzündən edilmirsə, sığоrta оlunmuş hava gəmisinin enməsi üçün təyin оlunmamış düşmə meydanından istifadə edilməsi;
6.1.12. hava gəmisinin və ya оnun hissələrinin köhnəlməsi, aşınması;
6.1.13. hava gəmisinin оnun uçuş-teхniki хüsusiyyətlərində nəzərdə tutulmayan şərtlərlə istismarı;
6.1.14. оnun digər hissələrinin zədələnməsinə səbəb оlmayıbsa, hava gəmisinin hissələrinin sınması;
6.1.15. mühərrik istisna оlmaqla, eyni zamanda оnun digər hissələrinin zədələnməsinə səbəb оlmayıbsa, yer səthində hərəkət zamanı və ya dayanarkən hava gəmisinin işləyən mühərrikinə yad predmetlərin düşməsi.
6.2. Bu Qaydaların 6.1-ci bəndində nəzərdə tutulmuş istisna və məhdudiyyətlər qanunvericiliyə zidd olmadığı halda tərəflərin razılığı əsasında və əlavə sığorta haqqı ödənilməsi şərti ilə sığorta təminatına daxil edilə bilər.
7. SIĞORTA MƏBLƏĞİ VƏ ONUN MÜƏYYƏN EDİLMƏ QAYDASI
7.1. Sığorta məbləği Sığortaçı ilə Sığortalı arasında razılaşdırılaraq müəyyənləşdirilir və sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
8. SIĞORTA HAQQI VƏ SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ QAYDASI
8.1. Sığorta müqaviləsi üzrə sığorta haqqı Sığortaçı tərəfindən tarif dərəcələrinə əsasən hesablanır.
8.2. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
8.3. Sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
8.4. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 8.5-ci maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
8.5. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən
1 aydan gec olmayaraq ödənilməlidir.
9. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI, ONA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ VƏ XİTAM VERİLMƏSİ QAYDASI
9.1. Sığorta müqaviləsi yazılı formada bağlanılır və tərəflərin imzası, hüquqi şəxs olduqda imza və möhürlə təsdiqlənir.
9.2. Sığortaçinın tələb etdiyi halda sığorta müqaviləsinin bağlanması üçün Sığortalı müvafiq ərizə formasını doldurur.
9.3. Sığorta müqaviləsinin qüvvəyə minmə və sona çatma anı sığorta şəhadətnaməsi ilə müəyyən edilir.
9.4. Sığortaçı Sığortalıdan sığorta hadisəsinin baş verməsi ehtimalının müəyyən edilməsi məqsədilə əlavə sənədlərin təqdim olunmasını tələb etmək hüququna malikdir.
9.5. Sığorta müqaviləsi yazılı olaraq aşağıda qeyd olunan formada bağlanılır:
9.5.1. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi 1(bir) illik bağlanılır.
9.5.2. Sığorta müqaviləsi imzalanarkən sığortalının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınaraq, sığortalı və sığortaçı bu müqavilənin müəyyən müddəalarının dəyişdirilməsi və ya istisna edilməsi, həmçinin ona müəyyən əlavələr edilməsi barədə razılığa gələ bilərlər.
9.5.3. Sığorta müqaviləsinə edilən bütün dəyişiklik və əlavələr mütləq yazılı şəkildə edilir və tərəflərin imzası, hüquqi şəxs olduqda imza və möhürlə təsdiqlənir.
9.6. Sığorta müqaviləsinə xitam verilməsi qaydası və onun nəticələri:
9.6.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
9.6.2. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
9.6.3. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini sığorta məbləği həddində tam yerinə yetirdikdə;
9.6.4. Sığortaçi və sığortalı hüquqi şəxs ləğv edildikdə.
9.6.5. Sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
9.6.6. Sığorta marağı artıq mövcud olmadıqda.
9.6.7. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
9.6.8. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.
9.6.9. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
9.6.10. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 9.6.7-ci və 9.6.8-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
9.6.11. Bu Qaydaların 9.6.1-ci bəndində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
9.6.12. Sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə təşəbbüskar tərəf digər tərəfə və faydalanan şəxsə ən azı 30(otuz) gün əvvəl , 3(üç) aydan az müddətə
bağlanmış olduqda isə 5(beş) iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
10.TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
10.1 Sığortalı aşağıdakı hüquqlara malikdir:
10.1.1. Sığorta müqaviləsi bağlanarkən sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə xxxxx olmaq;
10.1.2. Sığorta müqaviləsi bağlanarkən bu Qaydalarla xxxxx olmaq;
10.1.3. Sığorta müqaviləsi üzrə istənilən açıqlamanı sığortaçıdan sorğu etmək;
10.1.4. Sığortaçının razılığı ilə sığorta məbləğinin və ayrı-ayrı sığorta riskləri üzrə sığorta məbləğlərinin ölçüsünə, sığorta müddətinə, sığorta haqlarının ölçüsünə dair sığorta müqaviləsinin şərtlərini dəyişdirmək. Belə dəyişikliklər sığorta müqaviləsinə əlavə sazişlə rəsmiləşdirilməlidir;
10.1.5. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermək;
10.1.6. Bu Qaydalarda, sığorta müqaviləsində, və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlardan istifadə etmək.
10.2. Sığortalının vəzifələri aşağıdakılardır:
10.2.1. Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və / və ya Sığortaçının birbaşa sorğu etdiyi, Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə məlumatları sığortaçıya vermək;
10.2.2. Sığorta müqaviləsində müəyyən edilmiş məbləğdə və müddətlərdə sığorta haqqını ödəmək;
10.2.3. Sığortalı bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə Sığortaçıya və ya Sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat vermək;
10.2.4. Sığorta hadisəsinin baş vermə ehtimalının və sığorta hadisəsi hesab edilə bilən hadisələrin səbəb olduğu zərərin həcminin azaldılması məqsədi ilə özündən xxxxx xxxx bütün ağlabatan və zəruri tədbirləri görmək;
10.2.5. Sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən, zərərin qiymətləndirilməsi və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədləri və məlumatları sığortaçıya (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxsə) vermək;
10.2.6. Sığortaçıya (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxsə) sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına və/və ya zərərin qiymətləndirilməsinə imkanı yaratmaq və maneçilik törətməmək;
10.2.7. Sığortaçının ona rəsmi bildirilmiş bütün göstərişlərinə əməl etmək;
10.2.8. Bu Qaydalarda, sığorta müqaviləsində, və qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək;
10.3 Sığortaçı aşağıdakı hüquqlara malikdir:
10.3.1. Sığorta müqaviləsi bağlanarkən sığortalının özünə məlum xxxx və / və ya etdiyi, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortalıya sorğu vermək;
10.3.2. sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırması, və /və ya zərərin qiymətləndirilməsi üçün müstəqil eksperti, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxsi təyin etmək. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər;
10.3.3. sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədləri və məlumatları sığortalıdan ələb etmək;
10.3.4. Sığorta ödənişinin ödənilməsi zamanı sığorta ödənişi məbləğindən sığortalının sığortaçıya ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq;
10.3.5. Sığortalı tərəfindən bağlanan müqavilə şərtlərinə əməl edilməsini yoxlamaq;
10.3.6. Sığorta riski həddində xxxxx baş verdikdə ona mütənasib sürətdə sığorta haqqının artırılmasını, ona xitam verilməsini və ya müqavilə şərtlərinin dəyişdirilməsini Azərbaycan Respublikasının qanuvericiliyinə müvafiq qaydada tələb etmək.
10.3.7. Bu Qaydalarda, sığorta müqaviləsində, və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlardan istifadə etmək.
10.4 Sığortaçının vəzifələri aşağıdakılardır:
10.4.1. Sığortalını sığorta müqaviləsinin əsaslandığı bu Qaydalarla xxxxx etmək;
10.4.2. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və / və ya səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək;
10.4.3. Sığorta hadisəsi baş verdikdə Qaydaların 12.3.1-cı bəndində nəzərdə tutulan bütün sənədlərin əldə olunmasından sonra 7(yeddi) iş günündən gec olmayan müddət ərzində sığorta ödənişini ödəmək;
10.4.4. Sığorta müqaviləsi ilə əlaqədar xxxx məlumatları sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta sirri kimi saxlamaq;
10.4.5. Bu Qaydalarda, sığorta müqaviləsində, və qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.
11. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
11.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
11.2. zərərin qarşısının alınması və ya təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi üçün ütün mümkün tədbirləri görməli və belə tədbirlərin görülməsi zamanı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir;
11.3. Sığortaçının və ya onun nümayəndələrinin zərər dəymiş əmlaka baxışın keçirilməsində və ya tədqiq edilməsində, vurulmuş zərərin səbəb və həcminin müəyyən edilməsində, zərərin təsirinin azaldılm ası və zərər vurulmuş əmlakın xilas edilməsi tədbirlərində iştirakını təmin etməli;
11.4. Sığortaçının tələbi ilə sığortalanmış əmlakın məhv olması və ya vurulmuş zərərin həcmi və səbəblərini müəyyənləşdirmək üçün zəruri bütün məlumat və sənədləri Sığortaçıya təqdim etməli;
11.5. Əmlak sığortası müqaviləsi üzrə sığortalı aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir: 11.5.1.zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
11.5.2. sığortaçı sığorta hadisəsi barədə bu qaydalarda nəzərdə tutulmuş müddətdə məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;
11.5.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.
12. SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI
12.1. Zəzərin müəyyən edilməsi:
12.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir.
12.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.
12.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
12.4. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
12.5. Sığorta ödənişi Sığortaçı Sığortalıdan zərər faktını, onun səbəblərini və həcmini təsdiq edən bütün zəruri sənədləri aldıqdan sonra 7 (yeddi) iş günü ərzində verir və ya yazılı şəkildə əsaslandırmaqla ödənişdən imtina edir.
12.2.Sığorta ödənişinin hesablanması
Sığоrtаlаnmış mаrаqlаrа vurulаn zərərin həcmi m(əyyən оlunduqdаn sоnrа, sığоrtа ödənişinin hеsаblаnmаsı аşаğıdаkı qаydаdа həyаtа kеçirilir:
12.2.1.Qismən sığоrtа zаmаnı – zərərin sığоrtа məbləğinin sığоrtа dəyərinə оlаn nisbətinə mütənаsib hissəsi müəyyən еdilir.
12.2.1.Sığоrtа şəhаdətnаməsində azadolma məbləği nəzərdə tutulduqdа - zərərin həcmi azadolma məbləğinin miqdаrı çıхılmаqlа müəyyən еdilir;
12.2.2.. Sığоrtа müqаviləsində məsuliyyətin hədləri nəzərdə tutulmuşdursа, hər bir sığоrtа hаdisəsinə görə sığоrtа ödənişinin mаksimum miqdаrı göstərilmiş həddi аşа bilməz.
12.3.. Sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri
12.3.1. Sığorta ödənişi qanunvericiliklə zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş həcmdə hesablanır.
12.3.2. Sığorta hadisəsinin baş verməsi, sığortalının sığorta ödənişi almaq hüququnun olması, sığorta hadisəsi ilə dəyən zərər, həmçinin zərərin həcmi arasında səbəb əlaqəsinin mövcudluğu barədə mübahisə yaranmadıqda, irəli sürülmüş tələb təmin edilir və sığorta ödənişi məhkəmədənkənar qaydada həyata keçirilir.
12.3.3. Bu halda zərərin həcmini və sığorta ödənişi məbləğini zərərin vurulması faktı və nəticələri haqqında səlahiyyətli orqanın sənədləri əsasında, həmçinin çəkilən xərcləri təsdiq edən arayışlar, hesablar və digər sənədlər nəzərə alınmaqla sığortaçı müəyyən edir. Sığorta ödənişi məbləğinin müəyyən olunması üçün zəruri hallarda sığortalı da dəvət oluna bilər. Sığortaçı bu Qaydalarda göstərilmiş sığorta hadisəsi nəticəsində dəyən faktiki zərərin müəyyən edilməsi üçün müstəqil ekspertləri cəlb etmək hüququna malikdir.
12.3.4.Sığorta ödənişinin verilməsi ilə bağlı tərəflər arasında mübahisə yaranarsa, sığorta ödənişi məhkəmənin qanuni q(vvəyə minmiş qərarı əsasında həyata keçirilir.
12.3. Sığorta ödənişinin verilməsi
12.3.1. Sığortalı tərəfindən aşağıda göstərilən sənədlərdən sonuncusunun təqdim edildiyindən sonra 7 (yeddi) iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir:
• Sığorta ödənişinin verilməsi barədə ərizə;
• Baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və ş.);
• Zərər məbləğinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədlər.
12.3.2. Sığortaçı sığorta müqaviləsi ilə təminat verilmiş hadisələr baş verdikdə, sığorta ödənişini bu Qaydaların 12.3.1-ci bəndinə əsasən sığortaçının tələb etdiyi sənədlərə və sığortaçının və ya onun nümayəndəsinin tərtib etdiyi sığorta aktına əsasən ödəyir.
12.3.3. Sığortaçı sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı bu Qaydalarında nəzərdə tutulmuş bütün sənədlərin təqdim olunduqdan sonra 7(yeddi) iş günündən gec olmayan müddət ərzində sığorta ödənişini ödəyir və ya sığorta ödənişindən imtina edilməsi barədə əsaslandırılmış məktubu sığortalıya və faydalanan şəxsə göndərir. Sığortaçının sığorta ödənişini həyata keçirilməsi tarixi onun müvafiq ödəniş tapşırığındakı bank qeydinin tarixi sayılır. Sığortaçının sığorta ödənişini verməkdən imtina edilməsi tarixi poçt xidmətinin imtina məktubunun qəbul etdiyi tarix sayılır. İmtina məktubu sığortalının və faydalanan şəxsin sığorta müqaviləsində göstərilmiş ünvanlarına göndərilir.
13. SIĞORTA ÖDƏNIŞININ VERILMƏSINDƏN IMTINA ƏSASLARI
13.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
13.1.1. Bu Qaydaların 11.1-ci bəndinin tələblərinə əməl edilməməsi nəticəsində Sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması;
13.1.2. Qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, Sığortalının sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
13.1.3. Sığorta müqaviləsi ilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
13.1.4 Sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
13.1.5. Məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən və ya ona hər-hansı dəyişiklik və ya əlavə edilərkən sığortaçıya məlum olduğu və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadığı halları istisna olmaqla, sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və / və ya dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
13.1.6. Baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
13.1.7. Sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Qaydaların 8.4-cü maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;
13.1.8. Baş vermiş sığorta hadisəsi bu Qaydaların 6.1 bəndində qeyd olunan istisna siyahısına düşdükdə;
13.1.9. Sığorta qanunvericilikdə və ya bu Qaydalarda nəzərdə tutulmuş digər hallarda.
14. VALYUTA BARƏSİNDƏ QEYD-ŞƏRT
14.1. Sığorta məbləği, azadolma məbləği, sığorta haqqı və sığorta ödənişləri xarici valyuta ilə göstərildiyi halda da ödənişlər milli valyuta - Azərbaycan manatı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə xxxx rəsmi məzənnəsi ilə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər hansı xarici valyuta ilə həyata keçirilməlidir.
14.2. Sığorta ödənişinin hesablanması üçün əsas xxxx sənədlərdəki göstəricilər sığorta müqaviləsinin valyutasından fərqli olaraq Azərbaycan manatı və ya digər valyuta ilə ifadə olunduğu halda, müqavilənin valyutasına çevirmə, Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq sənədin tərtib olunduğu günə müəyyən etdiyi rəsmi məzənnə əsasında aparılır.
15. SIĞORTANIN ƏRAZİSİ
15.1. Bu sığorta, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
16. AZADOLMA MƏBLƏĞİ
16.1. Sığorta müqaviləsi ilə şərtli və ya şərtsiz azadolma məbləği müəyyən oluna bilər;
16.2. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur;
16.3. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır;
16.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
17. SUBROQASİYA
17.1. Xxxxxxxxxxx hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
17.2. Sığortalının (Xxxxxxxxxx şəxsin) zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
17.3. Sığortalı (Faydalanan şəxs) sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
17.4. Sığortalı (Xxxxxxxxxx şəxs) şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir və ya artıq həyata keçirilmiş sığorta ödənişinin qaytarmasını tələb edə bilər.
17.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
18. XÜSUSI ŞƏRTLƏR
18.1. Qanunvericiliyə və bu Qaydalara zidd olmamaq şərti ilə sığorta müqaviləsində və sığorta şəhadətnaməsində digər şərtlər də nəzərdə tutula bilər.
19. SIĞORTA MÜQAVILƏSININ ŞƏRTLƏRININ YERINƏ YETIRILMƏMƏSINƏ VƏ YA LAZIMI QAYDADA YERINƏ YETIRILMƏMƏSINƏ GÖRƏ TƏRƏFLƏRIN MƏSULIYYƏTI
19.1. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər bir-birləri qarşısında Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
20. MƏLUMAT VƏ XƏBƏRDARLIQLARIN ÇATDIRILMASI
20.1. Müqavilə tərəfləri bir birinə yolladığı bildiriş və xəbərdarlıqlara dair aşağıdakı tələblərə riayət etməlidir:
a) Müqaviləyə müvafiq olaraq göndərilən hər hansı məlumat, bildiriş, xəbərdarlıq və ya razılıq yazılı şəkildə tərtib olunmalı və şəxsən, qabaqcadan ödənilmiş poçt və ya kuryer (çatdırma barədə bildiriş ilə), faks və ya teleks vasitəsi ilə müqavilədə göstərilmiş ünvanlara göndərilməlidir.
b) Tərəflərin ünvanları dəyişdiyi halda onlar bir-birinə bu barədə əvvəlcədən məlumat göndərməlidir. Əgər sığorta müqaviləsi üzrə tərəf digər tərəfin ünvanının dəyişməsi barədə məlumatlandırılmayıbsa, keçmiş ünvana göndərilən bütün bildiriş və xəbərdarlıqlar keçmiş ünvana çatdırıldığı andan qəbul olunmuş hesab olunurlar.
21. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
21.1. Sığorta müqaviləsi ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə, fikir ayrılıqları və mübahisələr barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına və/və ya Azərbaycan Respublikasının məhkəmələrinə müraciət oluna bilər.