Contract
xxx.xxxxxxx.xxx internet səhifəsində fəaliyyət göstərən, fiziki olaraq Türkiyə Respublikası, İgdir, şəhərində yerləşən “Expargo MMC” (sonradan “Daşıyıcı” adlana- caq) ilə Xxxxxxx.xxx internet səhifəsində qeydiyyatdan keçərək, Expargo MMC-nin təklif elədiyi daşınma xidmətlərindən istifadə etmək istəyən Azərbaycan Respublikası vətəndaşları (sonradan “İstifadəçi” adlanacaq) arasında:
E le k t r o n M ü q a vi lə
1. xxx.xxxxxxx.xxx ünvanında qeydiyyatdan keçən hər bir Azərbaycan Respublikası vətəndaşı aşağıda qeyd olunan şərtləri və qaydaları qəbul edir.
2. “Daşıyıcı” yalnız şəxsi istifadə üçün sifariş edilən əşyaların daşınması ilə məşğuldur. Kommersiya məqsədli daşınmalar üçün müraciətlər qəbul olunmur.
3. “Daşıyıcı” və “İstifadəçi” arasındakı razılığa müvafiq olaraq, Türkiyə Respublikasının Hopa şəhərində “Daşıyıcı”-ya məxsus anbara daxil xxxx bağlamaların, Azərbaycan Respublikası Bakı şəhərinə nəqliyyatı “Daşıyıcı” tərəfindən təmin edilir. “Daşıyıcı” sözü gedən bağlamaları birbaşa “Daşıyıcı”-ya məxsus avtomobillərdə və yaxud müqavilə əsasında digər şirkətlərə və sahibkarlara etibar edə bilər.
4. “İstifadəçi” nəqliyyat zamanı müvafiq gömrük orqanları tərəfindən tələb olunan sənədləşməni “Daşıyıcı”-ya etibar edir. Sənədləşmə zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən tələb olunan məlumatların “Daşıyıcı”-ya təqdim olunması zəruridir.
5. “Sifarişçi”-nin nəzərinə çatdırılır ki, Sifarişin dəyəri 30 gün ərzində 1.000 (bir min) ABŞ dolları məbləğinədək olduqda, gömrük orqanları tərəfindən Sifarişçidən gömrük rüsumu tutulmur. Sifarişin dəyəri 30 (otuz) təqvim günü ərzində 1.000 (bir min) ABŞ dolları məbləğindən artıq olarsa, Sifarişçi-nin gömrük rüsumu ödəmək öhdəliyi yarana bilər.
6. Sifariş edilən malların sığortalanması “Daşıyıcı” tərəfindən həyata keçirilmir və buna görə “Daşıyıcı” heç bir məsuliyyət daşımır.
7. Sifariş əsasında daşınan bağlamadakı əşyanın qüsurlu olmasına görə “Daşıyıcı” heç bir məsuliyyət daşımır. Bu kimi hallarda “Sifarişçi” problemin aradan qaldırması üçün əşyadakı qüsurlara görə iddiasını ancaq Satıcıya qarşı irəli sürə bilər.
8. Sifariş edilmiş bağlama “Daşıyıcı”-nın ofisinə daxil olduqdan sonra “Daşıyıcı” tərəfindən “Sifarişçi”-yə bu barədə e-mail vasitəsilə məlumat veriləcək. E-mail ilə “Sifarişçi”-yə məlumat verildikdə, “Sifarişçi” “Daşıyıcı” tərəfindən rəsmi qaydada məlumatlandırılmış hesab ediləcək. “Sifarişçi” bağlamanı “Daşıyıcı”- nın Xxxxxx Xxxxxxx 31/10 ünvanında yerləşən ofisindən götürəcək. Əgər Sifarişçi bağlamanın birbaşa ünvanına çatdırılmasını istəyərsə, bu zaman ödənişli kuryer xidmətindən istifadə edə bilər.
9. Sifariş olunan bağlamanın “Daşıyıcı”-nın ofisinə daxil olması barədə “Sifarişçi”-yə məlumat verildiyi andan etibarən 7 (yeddi) təqvim günü ərzində
“Sifarişçi” bağlamanı təhvil almadığı təqdirdə, hər gün üçün 0,50 AZN (sıfır manat, 50 qəpik) saxlama haqqı hesablanır. Sifarişçi “Daşıyıcı” qarşısında bütün maddi öhdəliklərini ödəyənədək bağlamanı təhvil ala bilməz.
10. Sifariş olunan bağlamanın ofisdən təhvil alınması barədə “Daşıyıcı” tərəfindən “Sifarişçi”-yə bu barədə məlumat verildiyi andan etibarən, bağlama 3 (üç) ay ərzində Sifarişçi tərəfindən təhvil alınmadığı təqdirdə, bağlamadakı əmlak “Daşıyıcı”nın mülkiyyətinə keçir.
11. Sifariş olunan bağlamanın çatdırılma haqqı 2 meyar üzrə (çəki və həcm) hesablanır. Tərəflərinin cəmi 100 sm-ə qədərdirsə, çatdırılma haqqı çəki üzrə, 100 sm-dən çoxdursa həcmə görə hesablanır. Həcm mezarına əsasən ödəniş en*hündürlük*uzunluq/8000 standartı tətbiq olunur.
12. Əgər sifariş Daşıyıcı tərəfindən (link vasitəsilə) veriləcəksə, məhsulun ümumi qiymətinin üzərinə 5% bank komissiyası əlavə edilir.
13. Çatdırılma ödənişləri hər bir bağlama üçün ayrılıqda hesablanır.(Sifarişiniz bir neçə bağlamada gələrsə hər bağlama üçün ayrı ayrılıqda hesablanır.).
14. Bağlamalar təhvil alınarkən ödənişi tam formada bütün bağlamalar üçün olunmalıdır.
15. Dərmanların, elektronika avadanlıqlarının və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların daşınması həyata keçirilmir.
16. Dövlət Gömrük Komitəsi tərəfindən qadağan olunmuş və yaxud şəxsi istifadə üçün nəzərdə tutulmayan yüklərin daşınması qəti qadağandır. Daha ətraflı məlumatı Dövlət Gömrük Komitəsinin internet səhifəsindən əldə etmək mümkündür. xxxx://xxxxxxx.xxx.xx/xx/xxxxxxx-xxxx/xxxxxxxx-xxxxxxxxx- kecirilmesi/
17. Yuxarıda qeyd olunan şərtləri pozduqları üçün DGK tərəfindən müsadirə olunan və yaxud rüsuma cəlb edilən bağlamalarla bağlı “Daşıyıcı” heç bir məsuliyyət daşımır.
Sifarişçi ilə aparılan bütün chat yazışmalarının, habelə Sifarişçiyə aid “Daşıyıcı”-ya bəlli xxxx məlumatların, “Daşıyıcı”nın çağrı mərkəzinə (call center) olunan zənglərin arxivləşdirilməsi aparılır və konfidensiallıq “EXPARGO” tərəfindən qorunur.
EXPARGO MMC-nin rekvizitləri (Türk Dilində): Ticari Unvan: EXPARGO
Mukellef Ad Soyad: Xxxxxx Xxxx
Vergi No: 0720700310, Vergi Dairesi: Igdir, Ticaret Sicil No: 6547, Oda Sicil No: 8043 Mersis No: 4913287688600001
Iş Adresi: Baglar Mah. Xxxxxx xxx. No28/8 Merkez/Igdir Turkiye
Depo Adresi: Ortahopa Mah. Xxxxx Cad. Naili Apt. B Blok No:16, Artvin, Turkiye
Banka hesap bilgileri:
Türkiye İş Bankası A.Ş. Merkez/IĞDIR Şubesi TRY: XX00 0000 0000 0000 0000 0000 00
EUR: XX00 0000 0000 0000 0000 0000 00
USD: XX00 0000 0000 0000 0000 0000 00