Dividend siyasəti
“Yapı Kredi Bank Azərbaycan” QSC-nin Müşahidə Şurasının 19 İyul 2018-ci il tarixli protokolunun No.06/2018 qərarı ilə təsdiq edilmişdir. |
Müşahidə Şurasının Sədri Xxxxxx Xxxx |
“Yapı Kredi Bank Azərbaycan” QSC
Dividend siyasəti
Bakı – 2018
1. Ümumi müddəalar
1.1 Bu Siyasət Azərbaycan Respublikası Mülki Məcəlləsinə, ‘‘Banklar Haqqında’’ Azərbaycan Respblikasının Qanununa və “Yapı Kredi Bank Azərbaycan” QSC-nin (bundan sonra Bank) nizamnaməsinə əsasən hazırlanmış və Xxxxxx dividendlərin ödənilmə şərtlərini və minimal həcmini, ödənmə ardıcıllığını, dividendlərin ödənilməsinə yönəldiləcək mənfəətin hissəsinin müəyyənləşdirmə mexanizmini müəyyən edir.
1.2 Bu Siyasətin məqsədi səhmdarları və digər maraqlı tərəfləri Bankın dividend siyasəti haqqında məlumatlandırmaqdır.
2. Dividend siyasəti anlayışı
2.1 Dividend siyasəti-bankın xalis mənfəətdən istifadə istiqamətində apardığı siyasətdir.
2.2 Dividend siyasəti bankın ümumi maliyyə strategiyasının bir hissəsi kimi, səhmlərin bazar dəyərinin qalxması baxımından, istifadə edilən və kapitallaşdırılan mənfəət arasında optimal nisbəti müəyyən etməkdən ibarətdir. Dividend siyasəti bankın kapital bazarındakı vəziyyətinə, xüsusilə də səhmlərin qiymətinə ciddi təsir edir.
2.3 Adi səhm üzrə dividend dedikdə, Bankın xalis mənfəətinin səhmdarlara hər bir səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülən hissəsi başa düşülür. Dividend səhmdarların pul gəliridir.
2.4 İmtiyazlı səhm üzrə dividend dedikdə, Bankın təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, imtiyazlı səhm sahiblərinə, bir qayda olaraq, səhmin nominal dəyərinin xxxxx xxxxx şəklində ödənilən vəsaitdir. Həmin vəsaitin ödənilməsini təmin etmək üçün Bank öz vəsaitləri hesabına xüsusi fondlar yarada bilər.
2.5 Bankın Nizamnaməsində digər hallar nəzərdə tutulmayıbsa, Bank rüblük, yarımillik, və ya maliyyə ilinin nəticələrinə əsasən illik dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır.
2.6 İstənilən növdən və ya kateqoriyadan xxxx səhmlər üzrə dividendlərin ödənilməsinə dair qərar verilməsi, bankın öhdəliyi deyil, hüququdur. Əgər Bankın xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalının miqdarından azdırsa və ya dividendlərin ödənilməsi nəticəsində az olacaqsa, Bank dividendləri elan edə və ödəyə bilməz.
2.7 Elan edilmiş dividendlərin səhmdarlara ödənilməsi Bankın öhdəliyidir. Bank bu öhdəliyinin icra edilməməsinə görə Azərbaycan Respublikasının Qanunvriciliyinə əsasən səhmdarlar qarşısında məsuliyyət daşıyır.
2.8 Əgər Bank tərəfindən səhmdarlara dividendlərin ödənilməsi ilə əlaqədar hər hansı bir problem yaranarsa və həmin problemin həlli Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmayıbsa, belə problemlər səhmdarların maraqları nəzərə alınmaqla həll edilməlidir.
3. Dividendlərin həcminin hesablanması qaydası
3.1 Dividend manatla, hər bir səhm üçün hesablanır.
3.2 Hər bir səhmə düşən dividendin həcmini hesablamaq üçün dividendlərin ödənilməsinə ayrılan xalis mənfəət adi və tam ödənilmiş səhmlərin faktiki sayına bölünür. Bu zaman bankın balansında öz xxxxx xxxx səhmlər nəzərə alınmır. Dividendlər hesablanarkən səhmlərin hər bir növü və nominalı üzrə hər səhmə düşən məbləğ eyni olmalıdır.
3.3 Bank adi səhmlər üzrə dividendlərin hesablanmasını (bölüşdürülməsini) imtiyazlı səhmlərin bütün növləri üzrə dividendlərin hesablanmasından (bölüşdürülməsindən) sonra həyata keçirir.
3.4 Dividendlərin hesablanmasında (bölüşdürülməsində) ilk növbəlilik hüququ verən imtiyazlı səhmlər üzrə dividendlər digər imtiyazlı səhmlər üzrə dividendlərdən əvvəl bölüşdürülür.
3.5 Dividendin həcmi maliyyə ilinin xxxx mənfəətin həcminə əsasən müəyyən edilir. Əgər səhmdarlara il ərzində aralıq dividendlər ödənilibsə, onda bu rəqəm səhmdarların ümumi yığıncağının qərarına əsasən maliyyə ilinin nəticələrinə əsasən elan edilmiş dividend məbləğindən çıxılır.
3.6 Səhmdarların ümumi yığıncağının qərarına əsasən illik dividendlərin ödənilməsi məqsədilə xalis mənfəətdən hər hansı bir faiz müəyyən edilə bilər.
4. Dividendlərin elan olunmasına dair qərarın qəbulu
4.1 Bank rüblük, yarımilllik, və ya maliyyə ilinin nəticələrinə əsasən illik dividendlərin verilməsinə dair qərar qəbul edə bilər.
4.2 Rüblük, yarmillik və ya maliyyə ilinin nəticələrinə əsasən illik dividendlərin ödənilməsinə və ya ödənilməməsinə dair qərar müvafiq dövrün sona çatmasından sonra üç ay ərzində qəbul edilə bilər. Dividendlərin ödənilməsinə,həmçinin dividendin kateqoriyasına görə dividendlərin ödəniş formasına dair qərar Müşahidə Şurasının tövsiyəsinə əsasən Səhmdarların Ümumi Yığıncağı tərəfindən qəbul edilir.
4.3 Maliyyə ilinin nəticələrinə görə zərər/mənfəətin dividend şəklində səhmdarlar arasında bölüşdürülməsinə dair qərar ilkin olaraq Müşahidə Şurasının iclasında müzakirə edilir və qəbul edildikdən sonra, Səhmdarların Ümumi Yığıncağına çıxarılır.
4.4 Dividendlərin ödənilməsinə dair qərarla aşağıdakılar müəyyən edilməlidir;
• Dividendlərinin ödənişi elan edilən səhmlərin kateqoriyası və növü;
• Hər hansı bir səhm kateqoriyası və növü üçün dividendin həcmi;
• Ödənişin müddəti;
• Ödənişin növü.
4.5 Dividendlərdən hər hansı vergilərin tutulması qanunvericilikdə nəzərdə tutulmuşdursa,səhmdarlardan tutulacaq vergilər nəzərə alınmadan dividendlər elan edilir.
5. Dividendlərin ödənilməsinə məhdudiyyətlər
• 5.1 Bank aşağıdakı hallarda səhmlər üzrə dividendlərin ödənişini elan edə bilməz;
o Bankın nizamnamə kapitalı tam ödənilənədək;
o Əgər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bank müflis elan edilibsə və ya dividendlərin ödənilməsi bankın müflis olmasına səbəb olarsa;
o Əgər dividendlərin ödənilməsi haqda qərar qəbul edildiyi gündən bankın xalis aktivləri onun nizamnamə kapitalından az olarsa və ya dividendlərin ödənilməsi nəticəsində az olacaqsa,ehtiyyat fondu və nizamnamədə nəzərdə tutulmuş güzəştli səhmlərin dəyərindən az olarsa;
o Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.
5.2 Bank səhmlər üzrə elan edilmiş dividendləri aşağıdakı hallarda ödəməyə bilər;
o Əgər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bank müflis elan edilibsə və ya dividendlərin ödənilməsi bankın müflis olmasına səbəb olarsa;
o Əgər dividendlərin ödənildiyi gün bankın xalis aktivləri onun nizamnamə kapitalından az olarsa,ehtiyyat fondu və nizamnamədə nəzərdə tutulmuş güzəştli səhmlərin dəyərindən az olarsa;
o Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.
5.3 Dividendlərin ödənilməsinə məhdudiyyətlər başa çatdıqdan sonra bank müəyyən müddət üzrə xalis mənfəətdən dividendləri ödəyir.
6. Dividendi almaq hüququ xxxx şəxslər
6.1 Hər dividend ödənişi üçün Bankın bankın səhmdarlarla iş aparan müvafiq struktur bölməsi səhmlər üzrə dividend almaq hüququ xxxx səhmdarların siyahısını tərtib edir.
6.2 Səhmlər üzrə dividend almaq hüququ xxxx şəxslərin siyahısı, dividendlərin ödənilməsi barədə qərar qəbul edildikdən sonra,yəni hansı səhmlərə dividend ödəniləcəyi müəyyən edildikdən sonra tərtib edilir. Bu siyahı səhmdarların yığıncağında iştirak edəcək şəxslərin siyahısı tərtib edildiyi, dividendlərin ödənilməsinə dair qərar qəbul edildiyi gün hazırlanır.
6.3 Dividend almaq hüququ xxxx səhmdarların siyahısına səhmdarların reyestrində qeydiyyatına alınmış (nominal səhmdarlar nəzərə alınmadan) şəxslər və siyahının tərtib edildiyi tarixə nominal səhmdarların xeyrinə səhm saxladıqları şəxslərin adları salınır.
6.4 Əgər bir səhmin bir neçə sahibi varsa və onlar arasında bağlanmış müqavilədə digər hal nəzərdə tutulmayıbsa, onda dividend mütənasib qaydada bölünür.
7. Dividendlərin ödənilməsinin forma və müddətləri
7.1.Elan olunmuş dividendlər 2 (iki) ay ərzində səhmdarlara ödənilir.
7.2.Dividendlər ödəniş gününə xxxx səhmin sonuncu sahibinə ödənilir. Səhmlərin sonuncu sahibi dedikdə, sonuncu reyestrdən çıxarışda göstərilən səhmdarlar nəzərdə tutulur.
7.3.Mənfəət hər bir səhmdara həmin səhmdara sahib olduğu adi səhmlərin sayına müvafiq olaraq bölüşdürülür.
7.4.İdarə Heyəti elan olunmuş dividendlərin səhmdarlara ödənilməsini təmin etməlidir. 0.0.Xxxx, dividendlərin ödənilməsi qaydası, tarixi və yeri barədə mətbuat orqanlarında və
özünün internet saytında məlumat dərc edir.
7.6.Səhmdar onun dividendlər almaq hüququna xxxxx xxxx şəxslər siyahısına daxil olunması, həmçinin dividendlərin ödənilməsi qaydası, tarixi və yeri barədə sorğu ilə Banka müraciət edə bilər. Bu halda Bank sorğunun daxil olduğu tarixdən etibarən 5 (beş) iş günü ərzində səhmdara müvafiq cavab göndərməlidir.
7.7.Bu Siyasətin 5.1-ci bəndində göstərilən hallarda Səhmdarların Ümumi Yığıncağının qərarı olduğu halda belə Bank elan olunmuş dividendləri səhmdarlara ödəyə bilməz.
7.8.Bu Siyasətin 7.6-cı bəndində göstərilən hallar aradan qaldırıldıqda, Bank 2 (iki) ay ərzində elan olunmuş dividendləri səhmdarlara ödəməlidir.
7.9. Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən müvafiq tələb qoyulduqda, dividendlərin ödənilməsi Palatanın razılığı ilə həyata keçirilə bilər.
8. Səhmlərə dividendlərin hesablanması qaydası
8.1 Aşağıdakı səhmlərə dividend hesablanılmır və ödənilmir;
• Yerləşdirilməmiş;
• Bankın balansına cəlb edilmiş;
• Bankın balansına alınmış;
• Səhmdarların öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən Bankın ixtiyarına qayıdan səhmlər;
• Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.
8.2 Hər bir səhmdara düşən dividendlərin həcmi, bir səhmə düşən dividend məbləğini müvafiq səhmdarın sahib olduğu səhmlərin sayına vurmaqla müəyyən edilir.
8.3 Hər bir səhm növü və tipi üzrə hesablanılmış dividendlərin həcmi, hesablanarkən vergüldən sonra xxxx qəpiklər yuvarlaq rəqəmədək yuvarlaqlaşdırılmalıdır.
9. Dividendlərin ödənilməsinin təşkili
9.1 Səhmdarlara dividendlərin ödənilməsinin təşkili, kordinasiyası və bununla əlaqədar xxxx bütün tədbirlər bankın səhmdarlarla iş aparan müvafiq struktur bölməsi həyata keçirir.
9.2 İstənilən səmdar onun adının dividend ödəniləcək şəxslərin siyahısından çıxarılmasına və ya salınmasına, həmçinin dividendlərin hesablanması qaydasına dair, hesablanılmış dividendlərə görə faizlərin ödənilməsinə dair və dividendlərin ödənilmə formasına dair öz təkliflərini banka təqdim edə bilər.
9.3 Bank dividendlərin elan edilməsinə dair məlumatı, ödəniş üsulu və tarixi barədə məlumatı kütləvi informasiya vasitələrində və Bankın korporativ saytında yerləşdirir. Bank dividend almaq hüququ xxxx bütün səhmdarları şifarişli məktub göndərməklə və ya şəxsən imzalamaqla dividendlərin elan edilməsi barədə məlumatlandıra bilər.
9.4 Məlumatda aşağıdakılar əks etdirilməlidir;
• Dividendlərin ödənilməsinə dair qərar qəbul edən orqanın adı;
• Dividendlərin elan edilmə tarixi;
• Dividend almaq hüququ xxxx şəxslərin siyahısı və onun tərtib edilmə tarixi;
• Ödəniləcək dividendin həcmi;
• Dividendin ödənilmə forması;
• Dividendin ödənilmə tarixi;
• Dividendin ödənilmə üsulu, əgər dividend nəğd şəkildə ödənilirsə ödənişin həyata keçirildiyi ünvan;
• Dividendin gəlir vergisi tutulduqdan sonra və ya əvvəl ödənildiyinə dair məlumat;
• Dividendlərin ödənilməsinə dair məlumat (bu barədə qərar qəbul edilən tarixdən 15 gündən gec olmayaraq açıqlanmalıdır).
9.5 Bank dividendlərin ödənişini təşkil etmək və həyata keçirmək üçün kənar bir təşkilatda (daha sonra mətndə ödəniş üzrə agent) cəlb edə bilər. Dividend ödənişinə agentin cəlb edilməsi bankın səhmdarlar qarşısında dividendlərin ödənilməsi öhdəliyindən azad etmir.
9.6 Bank dividendlərin ödənişi üçün ödəniş üzrə agent cəlb etmək üçün agentlə hər iki tərəfin hüquq və vəzifələrini özündə əks etdirən müqavilə imzalamalıdır.
9.7 Ödəniş üzrə agenti İdarə Heyətinin sədri seçir. Bunun üçün o banka daha sərfəli şərtlərlə müqavilə bağlamaq üçün müsabiqə keçirə bilər.
9.8 Bank Siyasətin 9.3 bəndində nəzərdə tutulan qaydada dividendlərin ödənişinə agentin cəlb edilməsinə, agentin dəyişdirilməsi və ya yenisi ilə əvəz edilməsi barədə məlumatı səhmdarların nəzərinə çatdırır.
10. Dividendlərin ödənilməsi
10.1 Bank səhmdarlara dividend ödəyərkən vergi agenti kimi çıxış edir. Bank Azərbaycan Republikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada dividend almaq hüququ xxxx səhmdarlardan müvafiq vergini tutur və büdcəyə köçürür.
10.2 Dividend səhmdarlara qanunvericilikdə nəzərdə tutulmuş vergilər tutulduqdan sonra ödənilir.
11 Elan olunmuş dividendlərin ödənilməsinə görə Bankın məsuliyyəti
11.1 Bank elan olunmuş hər bir səhm növü üzrə dividend ödəməyə borcludur.
11.2 Əgər Bank öhdəliyini icra etmirsə və səhmdarlar elan edilmiş səhmlər üzrə dividendlərini ala bilmirlərsə, onlar məhkəmə yolu ilə öz hüquqlarını tələb edə bilərlər.
12. Yekun müddəalar
12.1. Bu Siyasət Müşahidə Şurası tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir.
12.2 Əgər bu Siyasətin hər hansı bir bəndi və ya maddəsi Azərbaycan Respublikasının qanunvericiliyi və ya Bankın nizamnaməsi ilə ziddiyyət təşkil edirsə, onda həmin bənd və ya maddəyə müvafiq dəyişikliklər edilənədək işdə Azərbaycan Respublikasının Qanunvericiliyi rəhbər tutulmalıdır.