SAZİŞ
Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında dəniz gəmiçiliyi haqqında
SAZİŞ
Bundan sonra Tərəflər adlanan Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti,
aralarındakı ticarət gəmiçilik fəaliyyətlərini bərabərlik və qarşılıqlı fayda prinsipləri çərçivəsində inkişaf etdirməyi və beynəlxalq gəmiçiliyin inkişaf etdirilməsinə töhfə vermək arzusu ilə aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1. Məqsədlər
Bu Sazişin məqsədləri:
▪ Tərəflər arasında dəniz gəmiçiliyi əlaqələrinin inkişaf etdirilməsi,
▪ Gəmilərin hərəkətinin təhlükəsizliyi məsələsində yüksək səviyyəli əlaqələndirmənin təşkil olunması və onun təhlükəsizliyinin artırılması,
▪ Tərəflərdə mövcud xxxx gəmi inşa, təmir və texniki təmir müəssisələrinin istifadə edilməsinin təşviq edilməsi,
▪ Tərəflər arasındakı tam ticari və iqtisadi əlaqələrin inkişaf etdirilməsi və artırılması,
▪ Azərbaycanda mövcud limanların yenidən tikilməsi və modernləşdirilməsi baxımından dəniz gəmilərinin təmini, texniki təchizatı və Azərbaycan Dənizçilik Təşkilatının xidməti işçilərinin təhsilini də nəzərdə tutan şəkildə əməkdaşlıq edilməsidir.
Maddə 2. Terminlər
Bu Sazişin məqsədlərinə uyğun olaraq:
1. «Bir tərəfin gəmisi» termini, bu Tərəfin gəmi registrində qeydiyyatdan keçmiş və müvafiq Tərəfin qanunvericiliyinə uyğun olaraq onun bayrağını daşıyan müxtəlif tipli ticarət gəmisini ifadə edir. Ancaq, bu termin hərbi gəmilərə, silahlı qüvvələrin xidmətində xxxx digər gəmilərə, hidroqrafiya, okeanoqrafiya və xxxx- tədqiqat gəmilərinə, balıqçılıq gəmilərinə, ticarət məqsədilə istifadə olunmayan gəmilərə, liman xidmətlərinə məxsus, xüsusilə də losman bələdçiliyi, yedəyəalma xidmətləri və limanlara giriş-çıxışlarda yol göstərən, xilasetmə və dənizdə müşaiyət edən gəmilərə və təhlükəli tullantılar daşıyan ticarət gəmilərinə aid deyil.
2. «Gəmi heyətinin üzvü» termini hər iki Tərəfdən həyata keçirilə biləcək beynəlxalq müqavilələrə uyğun olaraq, səfər zamanı gəmidə, gəminin idarəsi, istismarı və ona xidmətlə bağlı əlaqədar vəzifələrin yerinə yetirilməsi məqsədilə və adı heyət üzvlərinin siyahısında qeyd edilən gəmi kapitanı, gəmi zabitləri, heyət və xidmət edən digər şəxsləri ifadə edir.
3. «Sərnişinlər» termini, sərnişin siyahısına daxil xxxx və gəminin hərəkəti və ya ona xidməti zamanı gəmidə hər hansı bir işlə məşğul olmayan və işləməyə cəlb edilməyən şəxs mənasını daşıyır.
4. «Gəmiçilik müəssisələri» termini, Milli Gəmiçilik Registrindəki gəmi sahiblərinin nümayəndələri istisna olmaqla, Tərəflər birinin ərazisində daimi iqaməti xxxx Gəmiçilik müəssisəsini, təşkilatını və yaxud onların sahiblərini əhatə edir.
5. «Limanlar» termini, daşımalar üçün gəmi xidmətlərinə rəsmi olaraq icazə verilən və beynəlxalq dəniz gəmiçiliyinə açıq xxxx yerlər mənasını daşıyır.
6. «Səlahiyyətli orqanlar» terminini:
▪ Azərbaycan Respublikası Hökuməti Tərəfindən Xəzər Dəniz Gəmiçiliyi;
▪ Türkiyə Respublikası Hökuməti Tərəfindən Nazirlər Kabinetinin Dənizçilik Müşavirliyini ifadə edir.
Maddə 3. Tətbiq etmə sahəsi
1. Bu Saziş, 2-ci maddənin 1-ci bəndində əks etdirilmiş müddəaların qüvvəsi saxlanmaq şərtilə, Azərbaycan Respublikası ərazisində və Türkiyə Respublikası ərazisindəki dəniz gəmiçiliyi fəaliyyətlərinin hamısına tətbiq edilir.
Bununla bərabər bu Sazişin müddəaları kabotaja və Tərəflərdən hər birinin qüvvədə xxxx qanun, nizamnamə və qaydalarına uyğun olaraq, öz bayrağını daşıyan gəmilər üçün nəzərdə tutulan fəaliyyətləri və xüsusilə də liman xidmətləri, yedəyəalma, losmanlıq bələdçiliyi, xilasetmə əməliyyatları və dənizdə yardım, tərəflərin balıqçılıq fəaliyyətlərinə tətbiq edilə bilməz.
Maddə 4. Həyata keçirmə ilə əlaqədar müddəalar
Tərəflər dəniz ticarət gəmiçiliyi azadlığı prinsipinə sadiq olduqlarını təsdiq edirlər. Tərəflər, ölkələri arasında gəmiçilik fəaliyyətlərinin inkişafına mane xxxx maneələrin aradan qaldırılması və bu fəaliyyətlərdən irəli gələn müxtəlif gəmiçilik fəaliyyətlərində əməkdaşlıq etmək üçün razılıq əldə etmişlər.
Maddə 5. Limanlarda Gəmilərə tətbiq olunan rejim
1. Tərəflərdən hər biri, öz limanlarında, limana qəbul sərbəst şəkildə giriş, qalma imkanı və gediş, liman qurğularının istifadəsi ilə əlaqədar olaraq öz gəmilərinə tətbiq etdiyi rejimi digər Tərəfin gəmilərinə də eyni səviyyədə təmin edəcək, o cümlədən naviqasiya ilə əlaqədar digər məsələlərdə və ticarət fəaliyyətləri sahəsində digər Tərəfin gəmilərinə, gəmi heyətlərinə, sərnişinlərinə və yüklərinə öz gəmilərinə tətbiq etdiyi eyni rejimi tətbiq edəcəkdir. Bu müddəa, xüsusilə yükləmə və boşaltmanın asanlaşdırılması və doklarda yer ayrılması məqsədini daşıyır.
2. Tərəflər, limanlarla əlaqədar öz qanunvericilik, nizamnamə və qaydaları çərçivəsində, gəmilərin limanlarda gözləmə vaxtlarını qısaltmaq və göstərilən limanlarda qüvvədə xxxx idari, gömrük və tibbi xidməti asanlaşdırmaq məqsədi ilə lazımi tədbirləri görəcəklər.
3. Bu maddədə öz əksini xxxxx müddəalar, üçüncü dövlətlərin bayrağını daşıyan gəmilərə, Tərəflərin limanları və üçüncü dövlətlərin limanları arasında həyata keçirilən dəniz daşımalarına tətbiq edilmir.
Maddə 6. Gəmilərin Mənsubiyyəti və Gəmi Sənədləri
1. Tərəflərdən hər biri, digər Tərəfin səlahiyyətli orqanları tərəfindən onun qanun və qaydalarına uyğun olaraq tərtib olunmuş digər Tərəfin gəmilərində xxxx sənədlərdə qeyd olunan gəmilərin mənsubiyyətini tanıyır.
2. Tərəflərdən birinin səlahiyyətli orqanları tərəfindən, öz bayrağını daşıyan gəmilər üçün verilən və ya tanınan gəmi sənədləri digər Tərəfdən də tanınacaqdır.
3. 1969-cu il tarixli «Gəmilərin Tonnajlarını Ölçmə Haqqında Beynəlxalq Müqaviləyə» və ya qüvvədə xxxx qanunvericiliyə görə tərtib edilmiş tonnaj sənədləri xxxx Tərəflərin hər birinin gəmiləri, digər Tərəfin limanlarında yenidən ölçülərdən azad ediləcəkdir. Tərəflərdən birinin tonnaj ölçü sistemini dəyişməsi halında bu Tərəf, ekvivalent şərtləri bildirmək məqsədi ilə digər Tərəfi bu dəyişikliklər barədə xəbərdar edəcəkdir.
Maddə 7. Gəmi Heyət Üzvlərinin Şəxsi Vəsiqələri
Tərəflərdən hər biri, digər Tərəfin səlahiyyətli orqanları tərəfindən gəmi heyət üzvlərinə verilmiş şəxsi vəsiqələri tanıyır. Bu şəxsi vəsiqələr, Azərbaycan Respublikasının verdiyi
«Dənizçi Kitabçası», Türkiyə Respublikasının verdiyi «Gəmi Adamı Çüzdanı»dır.
Maddə 8. Gəmi Heyətlərinin Qarşı Tərəfin Limanlarında Hüquq və Vəzifələri
1. Bu Sazişin 7-ci Maddəsinə müvafiq, şəxsi vəsiqələrə xxxxx xxxx, 2-ci maddədə göstərildiyi kimi, adları gəmi kapitanı tərəfindən limanın səlahiyyətli orqanlarına verilən gəmi heyəti siyahısında xxxx heyətin üzvləri, gəmi limanda olduğu zamanda viza almayaraq sahilə çıxa bilər və limanın yerləşdiyi ərazidə qala bilər.
2. Yuxarıda göstərilən gəmi heyətinin üzvləri sahilə çıxıb, gəminin bortuna qayıdarkən nəzarətdən keçməlidirlər.
Maddə 9. Gəmi Heyətinin Tranzit Keçidi və Qalma Hüquqları
1. 7-ci Maddəyə qeyd olunan, şəxsi vəsiqələrə xxxxx xxxx heyət üzvləri gəmi təyinat əmri olduğu təqdirdə, hər bir Tərəfin ölkəsinə giriş şərtlərini yerinə yetirərək və lazım olduqda viza alaraq, istər bu Tərəfin limanında xxxx gəmiyə təyin olunduğu vəzifəyə getmək üçün, istərsə də öz ölkəsinə qayıtmaq üçün digər Tərəfin ölkəsindən tranzit keçid hüququna sahibdir.
2. 7-ci Maddəyə uyğun şəxsi vəsiqələrə xxxxx xxxx heyət üzvü, digər Tərəfin limanında xəstəlik səbəbləri, xidmət məqsədləri və ya səlahiyyətli yerli orqanlar tərəfindən qəbul edilən hər hansı səbəblər üzündən gəmidən getdiyi təqdirdə, həmin yerli orqanlar əlaqədar şəxsə xəstəxanaya götürüldüyü zaman ölkədə qalmaq, öz ölkəsinə qayıtmaq və ya digər bir limana getmək üçün lazımi icazəni verəcəkdir.
3. Tərəflər milli qanunvericilik çərçivəsində, 7-ci Maddədə göstərilən vəsiqəyə xxxxx xxxx, xxxxx arzuoluənmaz şəxs kimi qəbul edilən şəxslərin öz ərazilərinə girmələrini qadağan etmək hüququnü özlərində saxlayırlar.
Maddə 10. Gəmi Heyəti ilə Əlaqədar Qanunla Təqib Etmə
1. Tərəflərdən birinin ədliyyə orqanlarının, gəminin bayrağını daşıdığı ölkənin Konsulluğunun məc`ul şəxslərinin təsdiqi və ya tələbi olmayınca, digər Tərəf gəmisində Kapitan ilə heyət arasında əmək haqqına və ya xidmət müqaviləsindən irəli gələn mübahisələrə baxmaq səlahiyyəti yoxdur.
2. Tərəflərdən birinin gəmisi digər Tərəfin limanında olduğu zamanda, gəminin yerləşdiyi ərazinin yerli, idarə və ədliyyə orqanları aşağıdakı hallar istisna olmaqla gəmidə baş verən pozuntular səbəbi ilə müdaxilə edə bilməzlər:
a) Əgər müdaxilə barədə xahiş gəmi səlahiyyətli şəxsi və ya onun razılığı ilə edilmişdirsə;
b) Baş verən hüquq pozuntusu və ya nəticələri sahildəki və ya limandakı sabitliyi və ictimai asayişi pozan və ya əhalinin təhlükəsizliyinə təhlükə yaratdığı halda;
v) Hüquq pozuntusu, heyət üzvü olmayan bir şəxsə qarşı və ya heyət üzvü olmayan bir şəxs tərəfindən törədilmişsə;
q) Narkotik maddələr və silah qaçaqmalçılığının qarşısının alınması üçün qanunla təqib etmə zərurəti yarandığı halda.
3. Bu Maddənin tələbləri, hər iki Tərəf üçün qüvvəyə minmiş beynəlxalq müqavilələr çərçivəsində yerli orqanların gömrük qanunvericiliyi ilə müəyyən edilən tədbirləri, əhalinin sağlamlığı, gəmilərin və limanların təhlükəsizliyi, insan həyatının qorunması, xxx təhlükəsizliyi, xaricilərin ölkəyə qəbul, təhlükəli tullantıların daşınması və dənizin çirklənməsinin qarşısının almasına yönəldilən digər mühafizə tədbirlərini həyata keçirmə hüquqlarına xələt gətirməyəcək.
Maddə 11. Təhlükəyə Düşən Gəmilər
1. Tərəflərdən birinin gəmisinin, digər Tərəfin sahilində sahilə atılması və ya saya oturması və yaxud hər hansı bir fəlakətə uğraması təqdirdə, bu Tərəfin səlahiyyətli orqanları:
▪ Gəminin bayrağını daşıdığı ölkənin Diplomatik və Konsulluq nümayəndəsinə vəzifələrini yerinə yetirməsi üçün xəbər verəcəkdir.
▪ Öz bayrağını daşıyan bir gəmiyə təmin edəcəyi mühafizəni və yardımı eyni səviyyədə yuxarıda adı çəkilən gəmiyə, gəmi heyətinə, sərnişin və gəmi yükünə də təmin edəcəkdir.
2. Xilasetmə fəaliyyətləri və bunların təşkili, Dənizdə Axtarma və Xilisetmə haqqındakı 1979-cu il tarixli Beynəlxalq SAR Müqaviləsinə (Hamburq) və əlaqədar milli qanunvericiliyə uyğun olaraq həyata keçiriləcəkdir.
Maddə 12. Dənizçilik Şirkətlərinin Gəlir və Digər Alacaqlarının Köçürülməsi
1. Tərəflərdən hər biri, digər Tərəfin gəmiçilik şirkətlərinə, öz dövlət sərhədləri daxilində dəniz xxx daşımasından əldə edilən gəlir və digər qazanclardan, ödənişləri həyata keçirməklə istifadə imkanını təmin edəcək.
2. Tərəflərdən hər biri, milli qanun və qaydaları çərçivəsində eyni şirkətlərə, öz ərazisində həyata keçirilməsi zəruri xxxx və yuxarıda göstərilən bütün ödənişlərin hesab edilməsindən sonra növbəti alınan gəlir və digər alacaqların digər Tərəfin ərazisinə köçürmə haqqını tanıyır.
3. Tərəflər Saziş çərçivəsində icra edilən daşımaların həyata keçirilməsində, beynəlxalq hüquqda nəzərdə tutulan sığorta və vurulmuş ziyanın ödənilməsinə dair müddəalara riayət edəcəklər.
Maddə 13. Müştərək Dəniz Komissiyası
1. Tərəflər aşağıda göstərilən məqsədlərlə Müştərək Dəniz Komissiyasını yaratmağı qərara aldılar:
▪ Bu Sazişin səmərəli yerinə yetirilməsi ilə əlaqədar məsələlərin müzakirəsi;
▪ Dəniz gəmiçiliyində qarşılıqlı maraq kəsb edən məsələlər barədə görüşlər keçirmək və fikir mübadiləsi aparmaq;
▪ Tərəflər arasında dəniz ticarətinin inkişafına kömək etmək;
2. Müştərək Dəniz Komissiyası, Tərəflərdən birinin istəyi ilə mütəmadi olaraq Tərəflərin birinin ərazisində toplanacaq.
3. Müştərək Dəniz Komissiyası, Tərəflərin hər birinin müvafiq səlahiyyətli Hökumət orqanlarının tərəfindən təyin edilən üç nümayəndədən təşkil olunur.
Maddə 14. Anlaşılmazlıqlar
Bu Sazişin həyata keçirilməsi və təfsiri ilə əlaqədar olaraq ortaya çıxan anlaşılmazlıqlar, Tərflərin səlahiyyətli orqanları arasında qarşılıqlı anlaşma əsasında həll edilir.
Anlaşılmazlıqlar davam edəcəyi təqdirdə, onlar diplomatik vasitələrlə həll ediləcək.
Maddə 15. Beynəlxalq Öhdəliklərə Bağlılıq
Bu Sazişin heç bir müddəası, Tərəflərdən hər birinin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrin, regional tənzimləmələrin və milli qanunvericiliklərinin həyata keçirilməsindən irəli gələn hüquq və öhdəliklərinə xələl gətirməyəcək.
Maddə 16. Qüvvəyə Minmə — Ləğv edilmə
1. Bu Saziş, Tərəflərin qarşılıqlı olaraq zəruri qanunvericilik qaydalarının yerinə yetirilməsinin başa çatmasını bildirən son bildiriş tarixindən qüvvəyə minir.
2. Bu Saziş, qüvvəyə mindiyi tarixdən etibarən beş il müddətində qüvvədə qalacaq və bu müddətin bitməsindən sonra avtomatik olaraq hər dəfə bir il müddətinə uzadılacaq.
3. Bununla belə bu Saziş istənilən vaxt diplomatik yolla ləğv oluna bilər. Bu halda, ləğv etmə haqqında bildirişin digər Tərəfindən alınmasından altı ay sonra bu Saziş qüvvəsini itirəcəkdir.
Ankarada, 1997-ci ilin may ayının 5-də hər ikisi eyni qüvvəyə malik olmaqla Azərbaycan və türk dillərində iki əsl nüsxədə tərtib edilmişdir.
Hökumətləri tərəfindən onların proseduralarına uyğun olaraq səlahiyyət verilmiş aşağıda imza edən şəxslər bu Sazişi imzalamışlar.