KOMPENSASİYALARIN ÖDƏNİLMƏSİ ÜÇÜN AGENT MÜQAVİLƏSİ
KOMPENSASİYALARIN ÖDƏNİLMƏSİ ÜÇÜN AGENT MÜQAVİLƏSİ
Bundan sonra birlikdə “Tərəflər” adlanacaq, ayrılıqda “ƏSF” adlanacaq nizamnamə əsasında fəaliyyət göstərən İcraçı Direktor şəxsində, Əmanətlərin Sığortalanması Fondu bir tərəfdən, “Agent Bank” adlanacaq nizamnamə əsasında
fəaliyyət göstərən
şəxsində,
Bank Açıq
(Qapalı) Tipli Səhmdar Cəmiyyəti digər tərəfdən “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa, Əmanətlərin Sığortalanması Fondunun “Əmanətçilərə kompensasiyaların ödənilməsi üçün agent bankın seçilməsinə dair Qaydaları”na və “Kompensasiya proseduruna dair Qaydaları”na uyğun olaraq aşağıdakı şərtlərlə bu müqaviləni bağladılar.
I. ÜMUMİ MÜDDƏALAR
Maddə 1.
1.1. Tərəflər anlayırlar ki, Əmanətlərin sığortalanması haqqında Qanuna (bundan sonra
- ƏSQ) müvafiq olaraq, ƏSF Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən banklarda fiziki şəxslərin yerləşdirmiş olduğu əmanətləri qoruyur və sığorta hadisəsi baş verdiyi zaman qorunan əmanətçilərə kompensasiya ödənişini həyata keçirir.
1.2. Müflis olmuş bankın əmanətçilərinə kompensasiyaların ödənilməsi Əmanətlərin Sığortalanması haqqında Azərbaycan Respublikası Qanununa və Əmanətlərin Sığortalanması Fondunun “Kompensasiya Proseduruna dair” Qaydalarına uyğun şəkildə həyata keçirilməlidir.
Maddə 2.
Tərəflər anlayırlar ki, banka (bundan sonra – Bank) münasibətdə sığorta hadisəsi baş vermişdir və ƏSF bu müqavilənin 1-ci maddəsinə uyğun olaraq qorunan əmanətlərə görə kompensasiyanın ödənilməsi üçün öhdəlik daşıyır.
II. MÜQAVİLƏNİN PREDMETİ
Maddə 3.
Agent Bank XXX-xxx adından və onun hesabına Bankın qorunan əmanətçilərindən kompensasiya məbləğinin ödənişi üçün ərizələri qəbul etməyi və həmin əmanətçilərə kompensasiya ödənişini ƏSQ-nin 26, 27 və 28-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirməyi öhdəsinə götürür.
Maddə 4.
Qorunan əmanətçilərdən ərizələrin qəbulu və kompensasiyaların ödənilməsi qaydası və şərtləri ƏSF-nin “Kompensasiya proseduruna dair” Qaydalarla müəyyən olunur və bu barədə qərarın verilməsi ƏSF-yə məxsusdur. ƏSQ-nin 2.1.2-ci maddəsində nəzərdə tutulmuş əmanətlər qorunan əmanətlər, 2.1.5-ci maddəsində nəzərdə tutulmuş əmanətçilər qorunan əmanətçilər hesab olunmur və onlara görə kompensasiya ödənilmir.
III. KOMPENSASİYA MƏBLƏĞİNİN KÖÇÜRÜLMƏSİ QAYDASI
Maddə 5.
5.1 ƏSF kompensasiya olunan ümumi məbləğin 25%-i miqdarında pul vəsaitini xxxxx olaraq bu Müqavilə imzalandığı tarixdən 3 (üç) iş günü ərzində Agent Bankın hesabına köçürür. Agent Bankın balansı xxxxx olaraq köçürülmüş məbləğin 20%-nə endikdə, ƏSF kompensasiya olunan ümumi məbləğin növbəti 50%-i miqdarında pul vəsaitini, bu hissədə də balans 20%-ə endikdə son olaraq kompensasiya olunan ümumi məbləğin qalıq 25%-i miqdarında pul vəsaitini 2 (iki) iş günü ərzində Agent Bankın hesabına köçürür.
5.2 Kompensasiya olunan məbləğin köçürülməsi üçün Agent Bank 3 (üç) valyuta üzrə
- Azərbaycan Respublikasının Milli Bankında (bundan sonra – Milli Bank) AZN, ABŞ dolları və Avroda xüsusi hesab açmalıdır. Kompensasiya olunan məbləğ göstərilən valyutaların hər birinə nisbətdə ayrılıqda 5.1-ci maddədə göstərilən qaydada köçürülür. Digər valyutada yerləşdirilmiş qorunan əmanətlərə görə kompensasiya məbləği 5.1-ci maddədə göstərilmiş qaydada ABŞ dolları və ya Avro ilə köçürülür.
IV. AGENT BANKIN ÖHDƏLİKLƏRİ
Maddə 6.
6.1. Agent Bank sığorta hadisəsinin baş verməsi ilə bağlı ƏSF tərəfindən kütləvi informasiya vasitələrində bildirişin verildiyi tarixdən 1 (bir) il ərzində Bankın qorunan əmanətçilərindən ərizələri qəbul etməli və kompensasiya ödənişlərini həyata keçirməlidir.
6.2. Agent Bank qorunan əmanətçinin ərizəsini və “Əmanətlərin sığortalanması haqqqında” Qanunun 28-ci maddəsinə uyğun olaraq əmanətini təsdiq edən sənədləri lazımi qaydada yoxlamalı və ərizənin əmanətçidən qəbul edildiyi gün kompensasiya ödənişini həyata keçirməlidir.
6.3. Agent Bank bu müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmək üçün regionlar üzrə kifayət qədər filial şəbəkəsinə, ərizə qəbulu və kompensasiya ödənişini həyata
keçirəcək ixtisaslı, operativ və müştərilərlə sərbəst işləmək bacarığına xxxxx xxxx insan resurslarına, ƏSF ilə “online” sistemdə işləmək və informasiyaların operativ ötürülməsi üçün yüksək səviyyədə daxili və internet şəbəkə sisteminə, kompüter və çap avadanlıqlarına, xxxxx aparatlarına, İT üzrə mütəxəssislərə və ƏSF tərəfindən göndərilən məlumat bazasını dəstəkləyən proqram təminatına malik olmalıdır.
6.4. Agent Bank kompensasiya ödənişi üçün ƏSF tərəfindən köçürülmüş kompensasiya məbləğini 5-ci maddəyə uyğun olaraq Milli Bankdakı xüsusi hesablarında saxlamalıdır.
6.5. Agent Bank bu Müqavilənin 5-ci maddəsinə uyğun olaraq köçürülmüş kompensasiya məbləğini bu Müqavilədə göstərilməyən məqsədlər üçün istifadə etməyəcəyinə dair öhdəlik götürür.
6.6. Bu Müqavilənin 6.4-cü maddəsinin tələbləri Agent Bank tərəfindən pozulduğu təqdirdə, Agent Bank başqa məqsədlər üçün istifadə etdiyi məbləğin 10 xxxxx həcmində Xxxxx cərimə ödəyir və bu halda Milli Bank tərəfindən həmin vəsaitin hesablarından mübahisəsiz silinməsinə dair razılıq verir.
Maddə 7.
7.1. Agent Bank bu müqavilə üzrə öhdəliklərini icra edərkən müqavilənin ayrılmaz tərkib hissəsi sayılan ƏSF-nin “Kompensasiya proseduruna dair” Qaydalarına əməl etməyi və ƏSF-nin kompensasiya ödənişi ilə bağlı tapşırıqlarını vicdanla yerinə yetirməyi öhdəsinə götürür.
7.2. Agent Bank bu müqavilə üzrə öhdəlikləri şəxsən icra etməli və bu müqavilədən irəli gələn tapşırıqların icrasını hər hansı üçüncü şəxslərə tapşırmamalıdır.
Maddə 8.
8.1. Agent Bank işçiləri tərəfindən əmanətçilərdən ərizələrin qəbulu və kompensasiyaların ödənilməsi zamanı hər hansı saxtakarlıq və qanun pozuntularına yol verilməməsini təmin etməyi öhdəsinə götürür.
8.2. Agent Bank anlayır ki, ƏSF tərəfindən ona ötürülən məlumatlar bank sirridir və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həmin məlumatların yayılması mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Agent Bank ona həvalə olunmuş bank xxxxx xxxx məlumatların qorunmasını və yayılmamasını öhdəsinə götürür. Bunun üçün Agent Bank kompensasiya prosesinə cəlb edilmiş işçilərindən məxfi informasiyanın yayılmaması barədə iltizam almalı və ƏSF-yə təqdim etməlidir.
Maddə 9.
Agent Bank ƏSF-nin “Kompensasiya proseduruna dair” Qaydalarına uyğun olaraq ƏSF- yə ərizələrin qəbulu və kompensasiyaların ödənilməsi ilə bağlı gündəlik hesabat verməyi və ƏSF-nin sorğusu əsasında hər hansı informasiyanı verməyi öhdəsinə götürür.
V. ƏSF-NİN ÖHDƏLİKLƏRİ
Maddə 10.
10.1. ƏSF “Kompensasiya proseduruna dair” Qaydalara uyğun olaraq hər bir qorunan əmanətçi və əmanətlər haqqında məlumatı Agent Banka verməyi öhdəsinə götürür.
10.2. ƏSF əmanətçilər və əmanətlər haqqında məlumat dəyişikliyi olduqda bu barədə 1 (bir) iş günündən gec olmamaqla Agent Banka dərhal məlumat verməlidir.
10.3. Agent Bank tərəfindən kompensasiya ödənişinin vaxtı-vaxtında həyata keçirilməsi üçün bu Müqavilənin 5-ci maddəsində nəzərdə tutulmuş vəsaitləri Agent Bankın hesablarına həmin maddədə göstərilən qaydada köçürməlidir.
10.4. Agent Bankı “Kompensasiya proseduruna dair” xüsusi olaraq hazırlanmış proqram təminatı ilə və Agent Bankın ödəniş mütəxəssislərinin sayına uyğun olaraq, təhvil-təslim aktına əsasən ştamplarla təmin etməyi öhdəsinə götürür.
Maddə 11.
11.1. ƏSF Agent Xxxx tərəfindən qorunan əmanətçilərə ödənilmiş kompensasiya məbləğinin ...... %-i məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürür. Xidmət haqqı hər ayın sonunda hesablanır və xidmət haqqının ödənilməsi Agent Bankın hesab fakturası ƏSF tərəfindən alındıqdan 3 (üç) iş günü ərzində Agent Bankın hesabına köçürmə yolu ilə həyata keçirilməlidir.
11.2. ƏSF tərəfindən ödənilən xidmət haqqı kompensasiyanın ödənilməsi ilə bağlı Agent Bankın çəkmiş olduğu xərcləri də əhatə edir və bu kimi xərclərin əvəzi əlavə olaraq ƏSF tərəfindən ödənilmir.
VI. MÜQAVİLƏYƏ DƏYİŞİKLİK EDİLMƏSİ VƏ XİTAMI
Maddə 12.
12.1. Tərəflərin qarşılıqlı razılığı ilə bu Müqaviləyə əlavə və dəyişikliklər edilə bilər.
12.2. Bu Müqaviləyə aşağıdakı hallarda xitam verilir:
12.2.1. Agent Xxxxxx sığorta hadisəsi baş verməsi və ya baş verməsi təhlükəsi yarandığı barədə Milli Bankdan ƏSF-yə bildiriş daxil olduqda;
12.2.2. Bütün qorunan əmanətçilər və ya əmanətlər barədə kompensasiyanın ödənişi həyata keçirildikdə;
12.2.3. Agent Bankın regionlar üzrə qorunan əmanətçilərə xidmət göstərən 3 (üç) və ya daha artıq filialı bağlandıqda və həmin filialları digərləri ilə əvəz etmək mümkün olmadıqda;
12.2.4. Tərəflərin hər xxxxx xxxx bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya natamam olaraq yerinə yetirdikdə.
12.3. Ümumi qorunan əmanətlərin 75%- i həcmində kompensasiya ödənişi həyata keçirildikdə ƏSF bu Müqavilənin 5-ci maddəsində göstərilmiş son kompensasiya məbləğinin Agent Banka köçürülməsini həyata keçirmədən müqaviləyə vaxtından əvvəl xitam verə bilər və kompensasiyaların ödənişini özü həyata keçirə bilər.
12.4. Bu Müqavilənin 12.2.3, 12.2.4 və 12.3-cü maddələrində göstərilən əsaslarla müqavilə ləğv edildikdə ƏSF 1 (bir) həftə əvvəl Agent Banka müqavilə üzrə münasibətlərə xitam verilməsi ilə bağlı bildiriş göndərir.
12.5. Bu Müqaviləyə xitam verildikdə Agent Bank ƏSF-yə 3 (üç) iş günü ərzində maliyyə hesabatı da daxil olmaqla, əmanətçilərdən ərizələrin qəbulu və kompensasiyaların ödənilməsi ilə bağlı yekun hesabat təqdim edir. Tərəflər arasında təhvil-təslim aktı tərtib edilir və Agent Bank ƏSF-yə kompensasiyaların ödənilməsi ilə bağlı bütün sənədləri, proqram təminatını, ştampları təhvil verir və kompensasiyaların ödənilməmiş hissəsi ƏSF-nin hesabına 3 (üç) iş günü ərzində köçürür.
12.6. Agent Bank bu Müqavilə üzrə öhdəliklərini pozduğu hallarda ƏSF-yə dəymiş zərəri tam həcmdə ödəməlidir.
VII. YEKUN MÜDDƏALAR
Maddə 13.
Bu Müqaviləyə edilmiş əlavə və dəyişikliklər Tərəflərin hər biri tərəfindən təsdiq edildikdən sonra hüquqi qüvvəyə malikdir və müqavilənin ayrılmaz tərkib hissəsi sayılır.
Maddə 14.
14.1. Bu Müqavilənin tələblərinin pozulmasına görə Tərəflər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
14.2. Tərəflər arasında bu Müqavilədən irəli gələn mübahisələr danışıqlar yolu ilə həll edilir. Danışıqlar bir nəticə vermədiyi təqdirdə mübahisələrin həlli Azərbaycan Respublikasının məhkəmələri vasitəsi ilə həyata keçirilir.
Maddə 15.
Bu Müqavilə eyni hüquqi qüvvəyə xxxxx xxxx Azərbaycan dilində 2 (iki) nüsxədə tərtib edilmişdir və Tərəflər imzaladıqdan və təsdiq etdikdən sonra hüquqi qüvvəyə minir.
VIII. TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANI VƏ REKVİZİTLƏRİ
ƏSF AGENT BANK
.......... ..................
........... ...................
İcraçı Direktor İdarə Heyətinin sədri
_