KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİNİN MƏHSULLARININ SIĞORTASI QAYDALARI
KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİNİN MƏHSULLARININ SIĞORTASI QAYDALARI
BAKI – 20112
KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİNİN MƏHSULLARININ SIĞORTASI QAYDALARI
1. ÜMUMİ ƏSASLAR
Bu Qaydalar «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanuna, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsaslanaraq kənd tesərrüfatı bitkilərinin məhsulların sığortası sahəsində münasibətləri tənzimləyir, sığorta müqavilələrinin bağlanmasını, sığorta haqlarının və ödənişlərinin verilməsini müəyyən edir.
2. SIĞORTANIN OBYEKTİ, SIĞORTA PREDMETİ YƏ SIĞORTA SİNİFİ
2.1. Sığorta obyekti - mülkiyyət formasından asılı olmayaraq kənd təsərrüfatı istehsalçıların (sığortalıların) onlara məxsus kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin məhsulları ilə bağlı əmlak mənafeləridir;
2.2. Sığortanın predmeti - sığortaya cəlb olunan kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin məhsullarıdı;
2.3. Sığortanın sinifı - kənd təsərrüfatı bitkilərinin sığortası sinifıdir.
3. SIĞORTA MƏBLƏĞİ VƏ TARİFLƏRİ
3.1. Kənd təsərrüfatı bitkilərinin məhsullarının sığorta dəyəri - sığorta müqavilələrinin bağlandığı ildən əvvəlki beş il ərzində əkin sahələrindən alınmış kənd təsərrüfatı bitkilərinin xxxx məhsuldarlığı əsasında istehsal olunmuş məhsulun proqnozlaşdırılan bazar qiymətlərindən asılı olaraq müəyyən edilməlidir. 5 illik məhsuldarlıq haqqında məlumat olmadıqda sığorta etdirənin axırıncı il əkdiyi sahədən aldığı faktiki məhsuldarlıqdan, o olmadıqda isə rayon üzrə keçən ilin faktiki xxxx məhsuldarlığından istifadə olunur;
3.2. Bu növ sığorta üzrə tariflər sığortaçı tərəfindən müəyyən edir.
4. SIĞORTA RİSKLƏRİ
Kənd təsərrüfatı və çoxillik əkmələrin məhsulları - yanğın,dolu, sel və şaxta vurması hadisələrindən sığortalanır.
Bu qaydalara görə yuxarıda göstərilən sığorta hadisələri nəticəsində kənd təsərrüfatı bitkilərinin məhsullarının zədələnməsi və məhv olması ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına dəyən zərərlərə sığorta təminatı verilir.
5. SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR VƏ MƏHDUDİYYƏTLƏR
5.1. Bu qayadalara görə aşağıda qeyd edilən bitki və məhsullar sığorta edilmir:
- istixanalar və onlarda yetişdirilən məhsullar;
- gül-bəzək, tingüklər, şitilliklər və çoxillik otların məhsulları.
5.2. Aşağıdakı hallarda sığorta təminatı verilmir :
a) quraqlıq hadisəsi nəticəsində itkilərə görə;
b) partlayış nəticəsində əmələ gələn itkilərə görə;
v) xalq hərəkatı, inqilab, tətil, üsyan və bunların qarşısını almaq və ya təsirlərini azaltmaq üçün səlahiyyətli orqanlar tərəfindən görülən tədbirlər nəticəsində yaranmış itkilər;
q) terror aktları və hərbi əməliyyatlar nəticəsində dəymiş itkilər;
d) təii itkilər;
ğ) xəstəliklər və ziyanvericilər nəticəsində əmələ gələn itkilər;
e) radiasiya və radioaktiv birləşmələrin və bunların nəticəsində hərbi və inzibati tədbirlərin aparılmasından əmələ gələn itkilər;
ə) müharibə, xarici düşmən hərəkatları, hər hansı döyüş, hərbi və inzibati tədbirlər nəticəsində dəymiş itkilər;
i) məhsulun vaxtında toplanmamasına görə itkilər;
j) səlahiyyətli orqanlar tərəfindən kənd təsərrüfatı bitkisinin əkilmiş sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində əmələ gələn itkilər.
6. SIĞORTA MÜQAVİLƏLƏRİ
6.1. Tərəflərin razılığı ilə bağlanmış sığorta müqaviləsi üzrə sığorta hadisələri nəticəsində dəyən zərərin ödənilməsində sığorta məbləğinin 10%-ı miqdarında «azadolma» (zərər məbləğinin sığorta təminatına daxil olmayan hissəsi) müəyyən edilir.
6.2. Sığorta müqaviləsi sığortalının iki nüsxədən ibarət təklifnaməsi (1 xxxxx əlavə) əsasında bağlanır. Təklifnamənin bir nüsxəsi sığorta haqları və onun ödənilmə müddəti göstərilməklə sığortalıya göndərilir. Təklifnamənin bir nüsxəsini aldıqdan sonra sığortalı 10 gün müddətində sığorta haqqının ödənilməsini təmin etməlidir. Təklifnamənin ikinci nüsxəsi sığortaçıda qalır.
6.3 Kənd təsərrüfatı bitkiləri və çoxillik əkmələrin məhsulunun sığortası üzrə müqavilə hər bir bitkinin bütün əkin sahəsi üçün bağlanır.
6.4 Bitkilərin və çoxillik əkmələrin məhsulunun sığortası üzrə müqavilələr əkin sahələrində cücərtilər (yaşıllaşma) alındıqdan, bağlarda isə tumurcuqların oyanmasından və meyvə ağaclarında çiçəklənmənin başa çatmasından sonra əkin sahəsində baxılmaqla və müəyyən edilmiş təqvim müddətləri nəzərə alınmaqla bağlanır.
6.5 Aşağıdakı hallarda müqavilə bağlana bilməz :
- kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin təqvim müddəti keçdikdə ;
- əkin sahələrində cücərtilərin normal çıxışı olmadıqda ;
- meyvə və bağlarda normal tumurcuqlar və çiçəklənmə olmadıqda ;
6.6 Kənd təsərrüfatı bitkiləri və çoxillik əkmələrin məhsulunun dəyəri 70% miqdarında sığorta olunur.
6.7. Əkin sahəsi və məhsulun yığımı barədə müvafiq İcra Hakimiyyəti orqanlarının (statistika, ərazi nümayəndəliyi və ya kənd təsərrüfatı orqanlarına) 01 yanvar vəziyyətinə məlumat
verməyən kənd təsərrüfatı bitkiləri məhsulunun istehsalı ilə məşğul xxxx hüquqi və fiziki şəxslərin əkin sahələri sığorta edilmir.
6.8. Sığorta müqaviləsi üzrə sığorta təminatının müddəti sığorta haqqı ödənildiyi gün saat 2400 başlayır və həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat 2400 başa çatır.
Sığortaçı tərəfindən 5 gün müddətində sığortalıya sığorta şəhadətnaməsi (2 xxxxx əlavə) verilir.
İkinci müddət üzrə sığorta haqları müəyyən edilmiş vaxtda daxil olmadıqda müqavilə 3 aydan (büdcə vəsaiti hesabına ödənilənlər istisna olmaqla) sonra qüvvədən düşür. Sığortalıya müqavilə üzrə ikinci müddətin sonuna 10 gün qalmış həmin müddət üçün sığorta haqlarının ödənilməsi barədə xəbərdarlıq edilir.
6.9. Müqavilə üzrə sığorta ödənişi tam sığorta məbləğində ödənildikdə müqavilə bitmiş hesab edilir və bu barədə sığorta etdirənə xəbər verilir. Həmin müqavilə üzrə sığorta ödənişi tam məbləğdə ödənilməzsə, onda şərtləşdirilmiş sığorta məbləği ilə verilmiş sığorta ödənişi arasındakı fərq miqdarında müqavilədə göstərilən müddətin axırına kimi qüvvədə qalır.
6.10. Müəyyən edilmiş sığorta haqqı 50 %-dən az daxil olduqda müqavilələr baş tutmamış sayılır və müqavilələr üzrə daxil olmuş sığorta haqları 10 gün müddətində sığortalıya qaytarır.
6.11. Kənd təsərrüfatı məhsullarının sığortası üçün bağlanmış müqavilə üzrə sığortalıya verilmiş sığorta şəhadətnaməsi itirildikdə ona itirilmiş şəhadətnamənin dublikatı verilir.
6.12. Əmlakını (məhsulunu) üç və daha artıq illər ərzində ardıcıl olaraq tam dəyərində sığortalamış, xxxxx sığorta ödənişi almamış sığortalılara sığorta haqqından 3 il müddətinə - 10%, 4 il müddətinə-20%, 5 il müddətə isə - 30% məbləğində güzəşt verilir.
6.13. Bağlanılmış sığorta müqavilələri üzrə sığorta haqları nəğdi və nəğdiyyəsiz qaydada ödənilir.
6.14. Müqavilə üzrə sığorta haqları bir dəfəyə, yaxud 2 müddətə ödənilir. Xxxxxxxx təklifnamənin bir nüsxəsini aldıqdan sonra sığorta haqqının 50%-ni l0 gün müddətinə, qalan sığorta haqqını isə 3 ay (büdcə vəsaiti hesabına ödənilənlər istisna olmaqla) ərzində ödəməlidir.
7. SIĞORTAÇININ HÜQUQ VƏ VƏZİFƏLƏRİ
7.1. Kənd təsərrüfatı bitkilərinin çıxış alınmasına baxış keçirmək;
7.2. Sığorta hadisəsi nəticəsində dəyən zərər məbləğini qanunvericiliyə uyğun olaraq müəyyən etmək;
7.3. Əgər sığorta olunmuş əmlaka (məhsula) ziyan üçüncü şəxsin təqsiri üzündən dəymişdirsə, onda sığorta ödənişi vermiş sığortaçı (təqsirkara qarşı) subroqasiya hüququndan istifadə etməklə zərər məbləğini tələb edə bilər.
7.4. Sığortalını qaydaların şərtləri ilə xxxxx etmək;
7.5. Sığorta haqqı daxil olduqdan sonra sığortalıya sığorta şəhadətnaməsi verir;
7.6. Dəymiş zərəri müəyyən edir və sığorta ödənişinin verilməsını təmin edir.
7.7. Sığortaçı sığorta təklifnaməsinin bir nüsxəsini vaxtında sığortalıya çatdırır;
7.8. Sığorta haqqından güzəşti müəyyən edir;
7.9. Kənd təsərrüfatı bitkisinin məhsulunun məhv olması barədə məlumat aldıqdan sonra sığorta ödənişinin verilməsini təmin edir ;
7.10. Sığorta etdirənə sığorta ödənişinin verilməməsinin səbəbi barədə məlumat verir
7.11. Müqavilə üzrə sığorta haqlarının 2-ci ödəmə müddətinin başa çatmasına 10 gün qalmış sığortalını xəbərdar edir.
7.12. Qanunvericiliklə nəzərdə tutulmuş digər hüquq və vəzifələr.
8. SIĞORTALININ HÜQUQ VƏ VƏZİFƏLƏRİ
8.1. Sığorta qaydaları ilə xxxxx olmaq;
8.2. Sığorta hadisəsi baş verdikdə sığorta ödənişini tələb etmək;
8.3. Hesablanmış sığorta haqqını müəyyən olunmuş müddətlərdə ödəmək;
8.4. Sığorta hadisəsi barədə təxirəsalmadan sığortaçıya məlumat vermək;
8.5. Sığorta ödənişi ilə əlaqədar tələb olunan sənədləri təqdim etmək;
8.6. Zərərin qarşısının alınması üçün zəruri tədbirlər görmək, əmlakın qorunub saxlanması, yanğından mühafizəsinə və aqrotexniki qaydalara riayət etmək;
8.7. Zədələnmiş əmlakların qalıqlarının sığortaçıya təqdim etmək;
8.8. Qanunvericiliklə nəzərdə tutulmuş digər hüquq və vəzifələr.
9. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ
Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
9.1. Müqavilənin qüvvədə olduğu müddət bitdikdə;
9.2. Sığorta etdirən sığorta haqqını müəyyən edilmiş müddətdə ödəmədikdə;
9.3. Hüquqi şəxs ləğv edildikdə;
9.4. Məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;
9.5. Sığorta obyektinin mövcudluğu bitdikdə;
9.6. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığortaçı ləğv edildikdə;
9.7. Müqavilə üzrə sığorta ödənişi tam verildikdə.
9.8. Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
10. SIĞORTA MÜQAVİLƏSİNİN ETİBARSIZ SAYILMASI
10.1. Sığorta müqaviləsi aşağıdakı hallarda etibarsız sayılır:
10.l.l. | Sığorta predmeti müsadirə edildikdə; | |
10.1.2. | Müqavilə bağlandığı anda sığorta obyekti mövcud olmadıqda; | |
10.1.3. | Sığorta müqaviləsi ilə əmlak onun həqiqi dəyərindən | artıq məbləğdə |
sığortalandıqda ; | ||
10.1.4. | Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda. |
11. İKİLİ (ÇOXQAT) SIĞORTA
11.1. Sığorta məbləği sığorta müqaviləsi bağlandığı andakı - sığorta dəyərindən xxx olduğu halda (ikili və ya çoxqat halında), həmin müqavilə sığorta məbləğinin sığorta dəyərindən artıq xxxx hissəsində etibarsızdar.
11.2. Sığortalı tərəfindən qanunsuz gəlir tələb etmək məqsədilə bir və ya bir neçə sığorta müqaviləsi əsasında onun həqiqi dəyərindən artıq məbləğə sığorta etdirildikdə, bu məqsədlə
11.3. bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Bu halda sığortalının qanunsuz gəlir əldə etmək məqsədi məhkəmə qaydasında sübut edilməlidir.
12. QİSMƏN SIĞORTA
Kənd təsərrüfatı bitkilərinin sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir
13. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ
13.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
13.1.1. Sığorta predmeti artıq mövcud olmadıqda;
13.1.2. Aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv edildikdə;
13.1.2.1. Sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu habelə sığorta hadisəsi baş verənədək sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri mülki qanunvericiliklə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir;
13.1.2.2. Qanunverilikdə və ya müqavilədə başqa şərtlər müəyyən edilməmişdirsə, sığortalının hüquq və vəzifələri sığorta predmeti xxxx xxxxx əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəsinə həm onun özünün, həm də sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir;
13.1.2.3. Sığortalı xxxx hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə onun həmin müqavilə üzrə hüquq və vəzifələri qanunvericiliyə uyğun olaraq müvafıq hüquq varisinə keçir.
13.1.3. Sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
13.1.4. Sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilə bilər;
13.1.5. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
13.1.6. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
13.1.7. Sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
13.1.8. Sığorta marağı artıq mövcud olmadıqda.
14. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏ İLƏ BAĞLI XƏBƏRDAR ETMƏ
14.1. Bu qaydaların 13-cü maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
14.2. Sığorta qanunvericiliyində və ya sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi 5 ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərilməlidir.
15. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ
15.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
15.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
15.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyı halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafıq olaraq bu qaydaların 15.11 və
15.2. maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
16. SIĞORTA ÖDƏNİŞİ VƏ ONUN HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR
16.1. Kənd təsərrüfatı məhsulları sığorta hadisələri nəticəsində tam məhv olduqda zərər məbləği müqavilədə qəbul edilmiş sığorta məbləğini təşkil edir.
16.2. Sığortalı kənd təsərrüfatı bitkisinin əkin sahəsini faktiki səpildiyindən xxx göstərdiyi halda zərərin miqdarı sığorta müqaviləsində göstərilən əkin sahəsinə görə müəyyən edilir və ödənilir.
16.3. Sığorta ödənişi, məhsulun 1 sentnerinin təklifnamədə göstərilən qiyməti əsasında hesablanır.
16.4. Kənd təsərrüfatı məhsulları sığorta hadisəsi nəticəsində tam məhv olduqda və ya bir hissəsi məhv olduqda 1 hektarın əkin sahəsi məhsulunun dəyəri nəzərə alınmaqla məhsulun sığortalanma xxxxx miqdarında ödənilir.
16.5. Təbii fəlakətlər nəticəsində əkin sahəsi zədələnərək məhsuldarlıq aşağı düşdüyü halda sığorta ödənişi məhsul toplandıqdan sonra xxxx rnəhsuldarlıq müqavilədə nəzərdə tutulmuş məhsuldarlıqdan çıxılmaqla, itirilmiş məhsulun dəyərinin sığortalanma xxxxx miqdarında ödənilir.
16.6. Təbii fəlakətlər nəticəsində əkin sahəsinin zədələnməsi və ya məhv olması barədə müəyyən olunmuş müddətdə məlumat aldıqdan sonra sığorta fılialı bu barədə dərhal Şirkətə məlumat verməlidir. Şirkətin nümayəndəsinin iştirakı və ya müvafiq göstərişi təmin edildikdən sonra sənədlər rəsmiləşdirilir.
16.7. Sığorta etdirən risk baş verdiyi zaman öz öhdəliklərini yerinə yetirməzsə və bu zərərin miqdarının artmasına səbəb olarsa, sığortaçının verəcəyi ödənişdən xxxxx bu nisbət çıxılır.
16.8. Sığorta ödənişi, sığorta olunmuş əmlakın məhv olması (zədələnməsi) səbəbləri və şəraiti haqqında səlahiyyətli orqanlardan bütün lazımi sənədləri aldıqdan, sığorta ödənişinə dair müvafiq forma akt tərtib edildikdən sonra 30 gün müddətində verilir.
16.9. Sığortalanmış kənd təsərrüfatı əmlakına (məhsuluna) zərər vurulmasına səbəb olmuş hadisənin baş verməsini təsdiq edən səlahiyyətli orqanın (qurumun ) arayışı və s. təsdiqedici sənədlər sığortaçı tərəfindən tələb edilir.
16.10. Sığota ödənişi sığorta etdirənin bankdakı hesablaşma hesabına köçürmə yolu ilə və ya nəğdi qaydada ödənilir.
17. SIĞORTA ÖDƏNİŞİNDƏN İMTİNANIN ƏSASLARI
Sığorta ödənişi aşağıdakı hallarda verilmir:
17.1. Sığorta hadisəsi müqavilə üzrə sığorta haqqı ödənildikdən əvvəl baş verdikdə;
17.2. Sığorta hadisəsi sığortalının məqsədli və ya onun ailə üzvlərinin qərəzli hərəkətləri nəticəsində baş verdikdə;
17.3. Sığorta hadisəsi sığortalının hüquq-mühafizə, məhkəmə orqanlarının qərarı ilə sübut olunmuş cinayət əməlləri və hərəkətləri nəticəsində baş verdikdə;
17.4. Sığorta hadisəsi hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər nəticəsində baş verdikdə;
17.5. Sığortaçı tərəfindən sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırılmasına sığortalı və ya faydalanan şəxs tərəfindən maneçilik törədildikdə;
17.6. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərəri müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum edildikdə;
17.7. Baş vermiş hadisə qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə;
17.8. Sığortalı toplanmış məhsulun miqdarını düzgün göstərmədikdə;
17.9. Kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin məhsullarının becərilməsində aqrotexniki qaydalara riayət olunmadıqda;
17.10. Yanğından mühafizə qaydalarına əməl edilmədikdə;
17.11. Əkin sahələrinin müvafiq qanunvericilik akta və ya təlimatlara uyğun qorunub saxlanması təmin edilmədikdə;
17.12. Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
18. TƏRƏFLƏRİNİN MƏSULİYYƏTİ
Əgər sığortalı, sığorta hadisəsinin baş verməsində təqsirkar şəxsdən, habelə, məhkəmə və ya hüquq-mühafizə orqanlarının qərarına görə zərər vuran və ya bunun üçün məsuliyyət daşıyan şəxsdən dəymiş zərər məbləğini tam almışdırsa, sığortaçı sığorta ödənişini vermək vəzifəsindən azad edilir.
19. MÜBAHİSƏLƏRİN HƏLLİ
Bu sığorta qaydalarının icrasından irəli gələn bütün mübahisəli məsələlər və fikir ayrılıqları tərəflər arasında qarşılıqlı anlaşma və razılaşma yolu ilə həll edilir.
Tərəflər qaydaların icrasından irəli gələn mübahisəli məsələlər barəsində razılığa gələ bilmədikdə, həmin mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə yolu ilə həll edilir.