Azərbaycan Respublikası Hökuməti və
Azərbaycan Respublikası Hökuməti və
Yunanıstan Respublikası Hökuməti arasında
dəniz nəqliyyatına dair Saziş
Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti (bundan sonra - Razılığa Gələn Tərəflər),
Azad ticarət gəmiçiliyi prinsipləri əsasında beynəlxalq gəmiçiliyin inkişafında əməkdaşlığı nəzərə alaraq və iki ölkə arasında ticarət gəmiçiliyi sahəsində əməkdaşlığın inkişafını arzulayaraq,
Beynəlxalq hüquq prinsiplərini və xüsusilə də Razılığa Gələn Tərəflərin üzv olduğu beynəlxalq konvensiyaları əsas tutaraq,
hazırkı Sazişi imzalamaq qərarına gəldilər.
Maddə 1
Bu Sazişin məqsədləri üçün:
(1) “Razılığa Gələn Tərəfin gəmisi” termini Razılığa Gələn Tərəfin bayrağı altında üzən və bu Razılığa Gələn Tərəfin Gəmi reyestrində qeydiyyatdan keçmiş hər hansı gəmini nəzərdə tutur.
Xxxxx bu terminə aşağıdakılar daxil edilmir:
(a) hərbi gəmilər və Hərbi Dəniz Qüvvələrinin yardımçı gəmiləri;
(b) xüsusi inzibati və dövlət funksiyalarım icra edən gəmilər;
(c) xxxx tədqiqat gəmiləri;
(d) balıqçı gəmiləri.
(2) “Heyət üzvü” termini gəmi heyəti siyahısına daxil xxxx və gəmi bortunda gəminin idarə edilməsi ilə əlaqəli xidmətlərdə və vəzifələrdə çalışan şəxsi nəzərdə tutur.
(3) “Kabotaj” termini Razılığa Gələn Tərəfin hər hansı birinin limanları arasında xxx və sərnişinlərin daşınmasını nəzərdə tutur. Bu terminə mənşəyi və çatdırılacaq ünvanlarının hara olmasından asılı olmayaraq və yüklərin qaimə (yüklərin bütün əlamətlərini özündə əks etdirir) ilə müşayiət olunub-olunmamasına baxmayaraq, Razılığa Gələn Tərəflərdən birinin hər hansı limanından həmin Razılığa Gələn Tərəfin digər limanına birbaşa və ya dolayı yolla istənilən məhsulun daşınması da daxil edilir. Eyni müddəalar, hətta bilet vasitəsilə səyahət edən sərnişinlərə də aid edilir.
(4) “Beynəlxalq dəniz nəqliyyatı” termini yalnız Razılığa Gələn Tərəfin ərazisindəki yerlər arasında fəaliyyət göstərən gəmilər istisna olmaqla istənilən gəmi daşınmasını nəzərdə tutur.
(5) “Ərazi” termini dedikdə, müvafiq olaraq Azərbaycan Respublikası və Yunanıstan Respublikasının ərazisi nəzərdə tutulur.
(6) “səlahiyyətli orqan” termini aşağıdakıları nəzərdə tutur:
- Azərbaycan Respublikası üçün Dövlət Dəniz Administrasiyası;
- Yunanıstan Respublikası üçün Dənizçilik, Adalar və Balıqçılıq Nazirliyi.
Maddə 2
Razılığa Gələn Tərəflər gəmiçilik üzrə əlaqələrinin inkişafını naviqasiya azadlığı, azad və ədalətli rəqabət prinsipləri üzərində qurmalı, eləcə də beynəlxalq dəniz nəqliyyatı və ticarətinə mənfi təsir göstərə biləcək hər hansı hərəkətlərdən çəkinməlidirlər. Ayrı-seçkiliyə yol verməmə prinsipi digər Razılığa Gələn Tərəfin ərazisində Razılığa Gələn Tərəflərdən birinin bayrağı altında üzən gəmiləri istismar edən vətəndaşlar və ya hüquqi şəxslərin kommersiya fəaliyyətlərinə tətbiq edilməlidir.
Maddə 3
1. Müvafiq milli qanunvericilik çərçivəsində Razılığa Gələn Tərəflər ölkələrinin səlahiyyətli orqanları arasında daimi əməkdaşlığı qoruyub saxlamaq və inkişaf etdirmək məqsədi ilə bütün səyləri əsirgəmirlər. Xüsusilə, hər iki Razılığa Gələn Tərəf dənizçilik məsələləri barədə məlumatları səlahiyyətli orqanlarla müzakirə və mübadilə etmək barəsində razılığa gəlirlər.
2. Səlahiyyətli orqanların adları və ya vəzifələri ilə bağlı hər hansı dəyişiklik edildiyi təqdirdə, Razılığa Gələn Tərəflər diplomatik kanallar vasitəsilə müvafiq bildirişlər göndərməlidirlər.
Maddə 4
Razılığa Gələn Tərəflər imkanları çərçivəsində dəniz nəqliyyatının inkişafı məqsədi ilə bir-birlərini texniki yardımla təmin etmək barəsində razılığa gəlirlər. Bu məqsədlə də Razılığa Gələn Tərəflər gəmiçilik və əlaqəli müvafiq müəssisə və təşkilatlar arasında əlaqələrin və əməkdaşlığın inkişafına stimul verməli və bu inkişafı sürətləndirməlidirlər.
Maddə 5
1. Razılığa Gələn Tərəflər beynəlxalq dəniz nəqliyyatında azad və ədalətli rəqabət prinsiplərinə əməl etmək barəsində razılığa gəlirlər. Buraya xüsusilə aşağıdakılar daxildir:
a) Azərbaycan Respublikası və Yunanıstan Respublikası gəmilərinin Razılığa Gələn Tərəflərin limanları arasında, eləcə də onların və üçüncü tərəflərin limanları arasında xxx və sərnişin daşınmaları zamanı maneəsiz hərəkətini təmin etmək;
b) Razılığa Gələn Tərəflərin milli qanunvericiliyinə müvafiq olaraq, gəmilərin dəniz və çay nəqliyyatı xidmətlərini sərbəst şəkildə həyata keçirə bilmələrini təmin etmək,
c) Razılığa Gələn Tərəflərin limanları arasında dəniz ticarətinin inkişafına mane ola biləcək maneələrin aradan qaldırılması üzrə bir-birləri ilə əməkdaşlıq etmək;
d) Razılığa Gələn Tərəflərin gəmilərinin onların və üçüncü tərəfin limanları arasındakı dəniz ticarətində iştirakına mane xxxx addımlardan çəkinmək;
e) Razılığa Gələn Tərəflərin gəmilərində tam və ya hissə-hissə beynəlxalq xxx və ya sərnişinlərin nəzərdə tutulmuş daşınmaları ilə bağlı birtərəfli məhdudiyyətləri aradan qaldırmaq;
f) Razılığa Gələn Tərəflər arasında mövcud xxxx ikitərəfli xxx bölgüsü üzrə razılaşmalar olduğu təqdirdə istənilən xxx bölgüsü razılaşmasını ləğv etmək.
2. Bu maddənin 1-ci hissəsinin müddəaları üçüncü tərəfin bayrağı altında üzən gəmilərin Razılığa Gələn Tərəflərin limanları arasındakı dəniz ticarətində iştirak hüququna təsir etmir.
3. Bu maddədə qeyd edilmiş heç bir müddəa Razılığa Gələn Tərəfin ticarət donanmalarının kommersiya rəqabəti əsasında beynəlxalq ticarətdə sərbəst iştirakının təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər görməsinə mane olmur.
Maddə 6
Hər bir Razılığa Gələn Tərəfin gəmiləri yükün bir hissəsinin boşaldılması məqsədi ilə digər Razılığa Gələn Tərəfin limanına daxil olarkən, həmin ölkənin qanun və qaydalarına riayət edildikdən sonra, göstərilən yükün istər həmin ölkədə, istərsə də başqa bir ölkədə yerləşən digər bir limana daşınması nəzərdə tutulan hissəsini digər Razılığa Gələn Tərəfin oxşar hallarda öz gəmilərinə tətbiq etdiyi ödənişlər istisna olmaqla, hər hansı əlavə məbləğ tutulmadan gəmidə saxlaya və ya digər bir gəmiyə köçürə bilər.
Eyni şəkildə Razılığa Gələn Tərəflərin gəmiləri xarici limanlara çatdırılması təyin edilmiş yükün digər Razılığa Gələn Tərəfin öz gəmilərinə tətbiq etdiyi vergilərdən başqa hər hansı digər ödəniş alınmadan tam və ya bir hissəsinin yüklənməsi üçün digər Razılığa Gələn Tərəfin bir və ya daha xxx limanlarına daxil ola bilər.
Maddə 7
1. Hər bir Razılığa Gələn Tərəf limanlara sərbəst giriş, lövbərə durma yerinin təyin edilməsi, liman vasitələrindən tam istifadə, xxx əməliyyatları, yüklərin başqa gəmiyə köçürülməsi, sərnişinlərin mindirilməsi və düşürülməsi, bütün rüsumların və yığımların ödənilməsi, naviqasiya üzrə xidmətlərin istifadəsi və digər adi kommersiya əməliyyatlarının icrası ilə bağlı olaraq öz gəmilərinə yaratdığı imkanları digər Razılığa Gələn Tərəfin gəmilərinə də yaradır.
2. Bu maddənin 1-ci hissəsində göstərilmiş müddəalara aid edilmir:
(a) xarici gəmilərin daxil olmasına açıq olmayan limanlara;
(b) xarici vətəndaşların ölkəyə daxil olması və qalması üzrə qaydalara;
(c) Razılığa Gələn Tərəflərin milli bayrağı altında üzən gəmiləri və ya müəssisə və təşkilatları üçün nəzərdə tutulmuş fəaliyyətə, xüsusilə kabotaj, dəniz balıqçılığı, bələdçi xidməti, yedəkləmə, gəmi xilası və dənizçilik işində yardım kimi fəaliyyətlərə;
(d) Razılığa Gələn Tərəflərdən heç birinə onun gəmilərinə aid edilən icbari bələdçi xidməti tələblərindən azad olunma səlahiyyətini digər Razılığa Gələn Tərəfin gəmilərinə;
(e) immiqrasiya və immiqrantların daşınmasına.
Maddə 8
1. Bu Sazişin hər hansı maddəsində başqa hal nəzərdə tutulmadıqda, Razılığa Gələn Tərəflər gəmiçiliklə əlaqədar bir-birlərinə ən əlverişli rejimi tətbiq edirlər.
2. Bu maddənin 1-ci hissəsinin müddəaları hər hansı növ İqtisadi İnteqrasiya Sazişlərinin iştirakçısı olduğuna görə Razılığa Gələn Tərəf üçün nəzərdə tutulan üstünlüklərə tətbiq edilmir.
Maddə 9
Razılığa Gələn Tərəflər öz qanunvericilikləri və liman qaydaları, həmçinin beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri çərçivəsində dəniz gəmiçiliyinin asanlaşdırılması və ona yardım göstərilməsi, gəminin lazımsız ləngiməsinin qarşısının alınması və gömrük işinin, sanitariya, polis və liman rəsmiləşdirilməsinin və digər rəsmiləşdirilmənin həyata
keçirilməsinə mümkün qədər köməklik göstərmək və sadələşdirmək üçün lazımi tədbirlər görür.
Maddə 10
1. Razılığa Gələn Tərəflərdən biri tərəfindən verilən və ya qəbul olunan gəminin mənbə ölkəsini təsdiq edən sənədləri və digər gəmi sənədlərini digər Razılığa Gələn Tərəf qəbul edir. Təhlükəsizlik sektoruna aid olduğundan, Razılığa Gələn Tərəflər onlar tərəfindən verilmiş və onların gəmilərinə aid xxxx müvafiq sertifikatları bu sertifikatların qüvvədə xxxx müvafiq beynəlxalq konvensiyaya uyğun gəlməsi şərtilə tanıyır.
2. Razılığa Gələn Tərəflərin bayrağı altında üzən Ölçü Şəhadətnaməsi ilə təchiz olunmuş gəmilərinin digər Razılığa Gələn Tərəfin limanlarında yenidən ölçülmür və Şəhadətnamədə qeyd olunan rəqəmlər yuxarıda qeyd olunan sənədlərin gəmilərin ölçülməsinə dair qüvvədə xxxx beynəlxalq konvensiyalara müvafiq olaraq verilməsi şərtilə hər hansı növdə xxxx xxxxx yığımında hesablamalar üçün əsas kimi qəbul edilir.
24 metrdən aşağı xxxx gəmilərin milli qanunvericiliyə əsasən verilmiş Ölçü Şəhadətnaməsi qarşılıqlı olaraq tanınır. Xüsusilə, ətraf mühitə zərər vurmayan təcrid olunmuş ballast çəni və ya ikigövdəli neft tankerləri üçün liman və bələdçi xidməti rüsumları azaldılır.
(a) Beynəlxalq Dəniz Təşkilatının A 748(18) Qətnaməsinə müvafiq olaraq, gəmilərin yükgötürmə qabiliyyətindən təcrid olunmuş ballast çəninin həcmini və ya ikili gövdənin sahəsini çıxmaqla; və ya
(b) Gəminin ümumi tutumunda göstərilən təcrid olunmuş ballast çəninin həcminin və ya ikili gövdənin sahəsinin xxxxx nisbətində güzəşt edilməklə.
3. Məhkəmənin qərarı ilə məcburi satışdan başqa, Razılığa Gələn Tərəflərin hər ikisinin gəmiləri gəminin aid olduğu Razılığa Gələn Tərəfin səlahiyyətli orqanları tərəfindən verilən və həmin Razılığa Gələn Tərəfin qeydiyyatından çıxarılmasını təsdiq edən sertifikat təqdim edilmədən digər Razılığa Gələn Tərəfin Registrində qeydiyyata alına bilməz.
Maddə 11
1. Hər bir Razılığa Gələn Tərəf digər Razılığa Gələn Tərəfin səlahiyyətli orqanları tərəfindən həmin Razılığa Gələn Tərəfin dövlətinin vətəndaşı xxxx gəmi heyət üzvləri üçün verilən şəxsiyyət sənədlərini tanımalı və şəxsiyyət sənədlərinə xxxxx xxxx şəxslərə bu Sazişin 12-ci və 13-cü maddələrində qeyd olunan şərtlər daxilində orada göstərilən hüquqları verir.
Bu şəxsiyyət sənədləri aşağıdakılardır:
- Azərbaycan Respublikasında:
Azərbaycan pasportu və dənizçinin şəxsiyyət sənədi;
- Yunanıstan Respublikasında:
Yunan pasportu və yunan dənizçi kitabı.
2. Bu Sazişin 12-ci və 13-cü maddələrinin müddəaları, Razılığa Gələn Tərəflərin dövlətinin vətəndaşı olmayan, xxxxx Dəniz Gəmiçiliyinin Asanlaşdırılmasına dair Konvensiyanın (1965) və ona əlavələrin və ya Beynəlxalq Əmək Təşkilatının müvafiq konvensiyalarının müddəalarına uyğun şəxsiyyət sənədinə malik şəxslərə şamil olunur.
Maddə 12
1. Bu Sazişin 11-ci maddəsində qeyd olunan dənizçi şəxsiyyət sənədinə xxxxx xxxx Razılığa Gələn Tərəflərin gəmi heyətinin üzvlərinə gəmi digər Razılığa Gələn Tərəfin limanında xxxx xxxxx vizasız limanımüvəqqəti olaraq tərk etməyə icazə verilməlidir, o halda ki, kapitan həmin limanda qüvvədə xxxx qaydalara uyğun olaraq, müvafiq səlahiyyətli orqanlara heyətin siyahısını versin.
2. Sahilə gedərkən və gəmiyə qayıdarkən, yuxarıda qeyd olunan şəxslər həmin limanda qüvvədə xxxx sərhəd və gömrük yoxlanışından keçirilirlər.
Maddə 13
1. Bu Sazişin 11-ci maddəsində qeyd olunan dənizçinin şəxsiyyət sənədinə xxxxx xxxx şəxslərə öz gəmilərinə qoşulmaq və ya digər gəmiyə köçürülmək, öz gəmilərinə qoşulmaq üçün tranzitlə digər ölkəyə keçmək, vətəninə qayıtmaq, fövqəladə hallar və ya digər Razılığa Gələn Tərəfin orqanlarının təsdiq etdiyi digər məqsədlər üçün hər hansı nəqliyyat vasitəsilə Razılığa Gələn Tərəfin dövlətinin ərazisinə sərnişin kimi daxil olmağa və ya ərazini tərk etməyə icazə verilir.
2. Bu maddənin 1-ci hissəsində qeyd olunan bütün hallarda dənizçi mümkün qədər qısa müddət ərzində digər Razılığa Gələn Tərəfin səlahiyyətli orqanları tərəfindən verilməli xxxx müvafiq vizalara malik olmalıdır.
Maddə 14
1. Bu Sazişin 11-13-cü maddələrinin müddəaları nəzərə alınmaqla, Razılığa Gələn Tərəflərin xarici vətəndaşların ölkəyə daxil olması, qalması və ölkəni tərk etməsi ilə əlaqədar milli qanunvericiliyi Razılığa Gələn Tərəflərin ərazilərində tam qüvvədədir.
2. Razılığa Gələn Tərəflər arzuolunmaz hesab etdiyi dənizçinin əraziyə daxil olmasını və qalmasını rədd etmək hüququnu özündə saxlayır.
3. Bu Sazişin 12-ci və 13-cü maddələrinin müddəaları, həmçinin heyət üzvü olmayan və heyətin siyahısına daxil edilməyən, xxxxx Razılığa Gələn Tərəfin gəmisinin göyərtəsində xxxx, səyahət zamanı xidmət və ya işlə əlaqədar vəzifələrə cəlb edilən və adı xüsusi siyahıya daxil xxxx şəxslərə də tətbiq edilir.
Maddə 15
1. Razılığa Gələn Tərəflərin gəmi sahibləri gəmilərinə bayrağı altında üzdükləri Razılığa Gələn Tərəfin milli qanunvericiliyinə müvafiq olaraq, digər Razılığa Gələn Tərəfin vətəndaşı xxxx dənizçiləri işə götürə bilər.
2. Gəmi sahibləri və dənizçilər öz aralarında azad şəkildə işəgötürmənin şərtlərinə dair razılığa gəlirlər və həmin şərtlər işəgötürməyə dair müqaviləyə daxil edilir. İşəgötürmənin şərtləri Razılığa Gələn Tərəflərdən birinin Gəmi Sahiblərinin Birliyi və digər Razılığa Gələn Tərəfin Dənizçilər Federasiyası və ya həmin digər Razılığa Gələn Tərəfin dövlət orqanları arasında imzalanmış kollektiv razılaşma əsasında müəyyən oluna bilər.
3. Razılığa Gələn Tərəfin bayrağı altında üzən gəmilər digər Razılığa Gələn Tərəfin limanına daxil olarkən və ya digər Razılığa Gələn Tərəfin ərazi və ya daxili sularında olduğu təqdirdə, həmin Razılığa Gələn Tərəf bu gəmilərin göyərtəsində işləyən dənizçilərin əvəz olunması və ya vətənlərinə qayıtmasına yardım etməlidir.
Maddə 16
1. Razılığa Gələn Tərəflərin ikisindən birinin gəmi heyətinin üzvləri gəmi digər Razılığa Gələn Tərəfin daxili sularında olarkən gəminin göyərtəsində qanun pozuntusuna yol verərsə, bu Razılığa Gələn Tərəfin səlahiyyətli orqanları bayraq dövlətinin səlahiyyətli diplomatı və ya konsulluq məmurlarının razılığı olmadan aşağıdakılar istisna olmaqla onu məhkəməyə cəlb etmir:
(a) bu cinayətin nəticəsi ikinci Razılığa Gələn Tərəfin ərazisinə təsir göstərdikdə;
(b) qanun pozuntusu digər Razılığa Gələn Tərəfdə sülhü, ictimai asayişi və ya təhlükəsizliyi pozan növdədirsə;
(c) narkotik maddələrin qeyri-qanuni ticarətinin aradan qaldırılması üçün təqib zəruridirsə;
(d) gəmi kapitanı cinayəti törədənə qarşı ittiham irəli sürərsə;
(e) qanun pozuntusu həmin gəmi heyətinin üzvü olmayan başqa xxxxxx qarşı törədilmişdirsə.
2. (a) 1-ci hissə nəzərə alındığı halda, digər Razılığa Gələn Tərəfin səlahiyyətliləri tərəfindən hər hansı bir tədbir görülməzdən əvvəl Razılığa Gələn Tərəfin bayrağı altında üzən gəminin müvafiq diplomatik və ya konsul rəsmisinə öncədən bildiriş verilir.
(b) fövqəladə vəziyyətlərdə adıçəkilən tədbirlər görülən zaman yuxarıda göstərilmiş bildiriş tətbiq oluna bilər.
(c) Bu maddənin 1-ci hissəsinin müddəaları Razılığa Gələn Tərəflərin orqanlarının onların milli qanunvericiliyinə əsasən yoxlama və ya təhqiqat həyata keçirilməsinə aid xxxx məsələlərdə hüquqlarına təsir etmir.
3. Cinayət, mülki və intizam yurisdiksiyalarını tətbiq edərkən, hər bir Razılığa Gələn Tərəf qarşı tərəfin gəmisinin saxlanılmasının qarşının alınması üçün bütün zəruri tədbirləri görür. Bu cür saxlanılma tamamilə zəruri olduğu halda Tərəflər bu saxlanılmanı minimuma endirməli və ya zəmanət verildiyi halda gəminin səfərə çıxmasına icazə verməlidirlər.
4. Razılığa Gələn Tərəfin digər Razılığa Gələn Tərəfin bayrağı altında üzən gəminin cəlb olunduğu qəzanı və ya insidenti araşdırdığı halda BDT/BƏT-nin müvafiq təlimatları nəzərə alınmaqla, dənizçilərlə ədalətli rəftar olunmasına müvafiq diqqət yetirilməlidir.
Maddə 17
Razılığa Gələn Tərəflərin hüquq və/və ya inzibati orqanları bayraq dövlətinin müvafiq diplomatik və ya konsul rəsmilərinin xahişi olmadan digər Razılığa Gələn Tərəfin gəmi heyəti üzvünün işəgötürmə müqaviləsi ilə əlaqədar heç bir mülki tədbir görməməlidir. Əmək haqlarının ödənilməməsi ilə bağlı heyətin istənilən üzvünün şikayətinə münasibətdə tətbiq edilən beynəlxalq müddəaları məhdudlaşdırmayaraq, Razılığa Gələn Tərəflər şikayətçinin gəminin bayrağı altında üzdüyü digər Razılığa Gələn Tərəfin səlahiyyətli diplomatik və ya konsul rəsmilərinin yardımından istifadəsini təmin etmək səylərini əsirgəməmək barədə razılığa gəlir.
Maddə 18
1. Razılığa Gələn Tərəflərin hər hansı birinin gəmisi qəzaya uğrayarsa, saya oturarsa, sahilə yan alarsa və ya digər Razılığa Gələn Tərəfin sahilində hər hansı bədbəxt hadisə ilə rastlaşarsa, bu gəmi və xxx qeyd olunan Razılığa Gələn Tərəfin ərazisində onun milli gəmiləri və yüklərinə yaradılan şəraitdən yararlanır.
2. Gəmi, onun heyəti, xxx və sərnişinlərə istənilən vaxtda milli gəmilərə verilən həcmdə yardım və kömək göstərilir.
3. Bu maddənin 1-ci hissəsində qeyd olunan boşaldılmış və qorunan, digər Razılığa Gələn Tərəfin dövlətinin ərazisində istifadə və istehlak üçün çatdırılmalı olmayan xxx və əşyalardan heç bir gömrük rüsumu tutulmur.
4. Qəzaya uğrayan və ya saya oturan gəminin bütün hissələri, qırıntıları və ya aksesuarları və bütün cihazları, avadanlıqları, fəlakət zamanı bu gəmi tərəfindən atılmış yüklər də daxil olmaqla xilas edilmiş yüklər, satışdan əldə olunan gəlirlər, qəzaya uğramış və ya saya oturan gəminin göyərtəsindən tapılmış bütün sənədlər gəminin sahibinə və ya onun nümayəndələrinə onların tələbi əsasında verilir.
5. Bu maddənin müddəaları Razılığa Gələn Tərəflərin hər hansı birinin və ya Razılığa Gələn Tərəfdən və ya onun səlahiyyətli nümayəndələrindən gəminin xilas olunması və ya gəmi, heyət, sərnişinlərə və yükə yardım göstərilməsi müqabilində müvafiq kompensasiya tələb etmək hüququna təsir etmir.
Maddə 19
Bu Sazişin müddəaları Avropa Birliyinə üzvlük ilə əlaqədar olaraq Yunanıstan Respublikasının öhdəliklərinə, həmçinin Razılığa Gələn Tərəflərin dəniz məsələlərinə aid qüvvədə xxxx beynəlxalq konvensiya və sazişlərdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
Maddə 20
Bu Sazişin icrası və ya təfsirində yaranan fikir ayrılığı diplomatik kanallar vasitəsilə danışıqlar əsasında həll olunacaqdır.
Maddə 21
Razılığa Gələn Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişin ayrılmaz hissəsi xxxx və 22-ci maddəsi ilə müəyyən olunmuş qaydada qüvvəyə minən ayrıca Protokollarla rəsmiləşdirilən əlavələr və dəyişikliklər edilə bilər.
Maddə 22
Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Razılığa Gələn Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır. Razılığa Gələn Tərəflərin hər biri diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim etməklə, bu Sazişin qüvvəsini ləğv edə bilər. Saziş belə bildiriş alındığı tarixdən 12 (on iki) ay sonra qüvvədən düşmüş hesab edilir.
Bu Saziş Bakı şəhərində, 2011-ci il “5” aprel tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, yunan və ingilis dillərində olmaqla imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsirində fikir ayrılığı olduqda, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Bütün deyilənləri təsdiq edərək, aşağıdakı şəxslər bu Sazişi imzaladılar.
Azərbaycan Respublikası | Yunanıstan Respublikası |
Hökuməti adından | Hökuməti adından |