Əsasnaməsi
Azərbaycan Respublikasının
əmək və əhalinin sosial müdafiəsi nazirinin “ ” 2022-ci il tarixli
nömrəli əmri ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Əmək siyasəti şöbəsinin
Əsasnaməsi
I. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (bundan sonra - Nazirlik) Aparatının struktur bölməsi xxxx Əmək siyasəti şöbəsi (bundan sonra - Şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində respublikada əmək münasibətləri, əməyin ödənilməsi və əməyin mühafizəsi sahəsində Nazirliyin hüquq və vəzifələrinə aid edilən məsələlərlə bağlı fəaliyyəti təmin edir. Şöbə əmək münasibətləri, əməyin ödənilməsi və əməyin mühafizəsi sahəsində normayaratma təşəbbüsü ilə çıxış edir, fəaliyyət istiqamətinə uyğun olaraq normativ hüquqi aktların layihələrinin hazırlanmasında, onların aidiyyəti dövlət orqanları ilə razılaşdırılmasında, eləcə də Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak edir, digər dövlət orqanları tərəfindən təklif olunan layihələrə fəaliyyət istiqamətinə uyğun olaraq rəy verir.
1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”ni və Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin (bundan sonra - Nazir) əmr və sərəncamlarını, Nazirliyin Kollegiya qərarlarını, digər qanunvericilik aktlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin Aparatının digər struktur bölmələrinin, strukturuna daxil xxxx və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bundan sonra - Nazirliyin struktur bölmələri), eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, işçilərin və işəgötürənlərin birlikləri və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
II. Şöbənin fəaliyyət istiqamətləri
2.1. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. əmək münasibətləri, əməyin ödənilməsi və əməyin mühafizəsi sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və qanunvericiliyə uyğun olaraq həmin siyasətin həyata keçirilməsini təmin etmək; aidiyyəti dövlət orqanları ilə birlikdə əmək münasibətləri, əməyin ödənilməsi və əməyin mühafizəsi sahəsində normativ-hüququ aktların layihələrinin və əmək qanunvericiliyinə əlavə və dəyişiklik edilməsi üzrə təklif və layihələrin hazırlanmasında qanunvericiliyə uyğun olaraq iştirak etmək;
2.1.2. Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyətinə dəstək vermək, əmək münasibətləri, əməyin ödənilməsi və əməyin mühafizəsi sahəsi üzrə normativ hüquqi aktların Üçtərəfli Komissiyada müzakirə edilməsi təşəbbüsü ilə çıxış etmək, sosial partnyorlar arasında əlaqələndirməni təmin etmək və sosial tərəfdaşlığın inkişafı üçün səy göstərmək;
2.1.3. Nazirliyə müraciət edən hüquqi və fiziki şəxslərə öz səlahiyyətləri daxilində metodiki yardım göstərmək, yerlərdə əməyin ödəniş sisteminin əmək qanunvericiliyinə uyğun olaraq qurulmasını təmin etmək;
2.1.4. əmək haqqı islahatları həyata keçirilərkən Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının layihələrinin hazırlanmasını, eləcə də Azərbaycan Respublikasının Əmək Məcəlləsindən irəli gələn normativ hüquqi aktların (Vahid Tarif İxtisas Sorğu Kitabçalarının və s.) layihələrinin hazırlanmasını və təkmilləşdirilməsini təmin etmək;
2.1.5. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
III. Şöbənin vəzifələri
3.1. Şöbənin bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq əsas vəzifələri aşağıdakılardır:
3.1.1. öz səlahiyyətləri daxilində əməyin ödənilməsi, əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsinin təmin edilməsi sahələrində mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların fəaliyyətini əlaqələndirmək, habelə işəgötürənlərə əməyin təşkili və ödənilməsi, əməyin mühafizəsi işinin təşkilində köməklik göstərmək;
3.1.2. əmək qanunvericiliyinin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarına və Dəyişdirilmiş Avropa Sosial Xartiyasına uyğunlaşdırılması barədə təkliflər vermək;
3.1.3. fəaliyyət istiqamətlərinə uyğun sahələrdə digər dövlət orqanları, müəssisə, idarə təşkilatlar tərəfindən hazırlanmış normativ hüquqi aktların layihələri ilə bağlı rəy və təkliflər vermək;
3.1.4. mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlara əməyin ödənilməsi, əmək münasibətləri və əməyin mühafizəsi üzrə öz səlahiyyətləri daxilində izahatlar vermək;
3.1.5. fəaliyyət istiqamətləri üzrə təşkilatı-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
3.1.6. öz səlahiyyətləri daxilində dövlətlərarası müqavilə layihələrinin hazırlanmasında iştirak etmək, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və sazişlərin həyata keçirilməsini təmin etmək;
3.1.7. öz səlahiyyətləri daxilində əmək münasibətlərini tənzimləmək və sosial əməkdaşlığın normativ hüquqi bazasını inkişaf etdirmək;
3.1.8. əməyin ödənilməsi və tarif sistemlərinin təkmilləşdirilməsi, minimum əməkhaqqı məbləğinin mərhələlərlə artırılması və inkişaf etməkdə xxxx ölkələrdə mövcud xxxx səviyyəyə çatdırılması üzrə təkliflər vermək;
3.1.9. büdcədən maliyyələşdirilən təşkilatlarda çalışan işçilərin, о cümlədən dövlət qulluğunun ümumi və xüsusi növləri üzrə dövlət qulluqçularının, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin əməyinin ödənilməsi sistemləri, növləri və məbləğləri üzrə təkliflər vermək;
3.1.10. Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları və Avropa Sosial Xartiyası üzrə aidiyyəti hesabatları və məlumatları hazırlamaq;
3.1.11. Dövlət Əməyin Mühafizə Fondunun vəsaitləri hesabına əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsi üçün təkliflər hazırlamaq;
3.1.12. Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını hazırlamaq;
3.1.13. Baş Kollektiv Sazişin bağlanılması ilə əlaqədar layihənin hazırlanmasına dair təkliflər vermək;
3.1.14. normativ hüquqi aktlarda edilən dəyişikliklərlə əlaqədar Tarif İxtisas Sorğu Kitabçalarını təkmilləşdirmək;
3.1.15. uşaq əməyi ilə bağlı dövrü hesabatların hazırlanmasında iştirak etmək;
3.1.16. dövlət proqramlarından və Beynəlxalq Əmək Təşkilatı və sosial tərəfdaşlar arasında dövrü olaraq bağlanılan ölkə proqramından irəli gələn aidiyyəti məsələlərin icrasını təmin etmək və hesabatlar hazırlamaq;
3.1.17. aidiyyəti qurumlarla birlikdə əmək sahəsi üzrə proqnozların hazırlanmasında iştirak etmək, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
3.1.18. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, müəssisə, idarə və təşkilatlardan daxil xxxx müraciətlərə və sorğulara qanunvericiliyə uyğun müddətdə və qaydada baxılmasını təmin etmək;
3.1.19. şöbənin əməkdaşları tərəfindən xidməti məlumatların və dövlət sirrinin qorunmasını təmin etmək;
3.1.20. Şöbənin iş planı, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq;
3.1.21. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
3.1.22. Nazir tərəfindən verilən tapşırıqların icrasını təmin etmək.
IV. Şöbənin hüquqları
4.1. Xxxx öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. Nazirliyin struktur bölmələri tərəfindən normativ-hüquqi aktların, beynəlxalq müqavilələrin, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında aidiyyəti üzrə iştirak etmək və müvafiq təkliflər vermək;
4.1.2. Şöbəyə daxil olmuş sənədlər üzrə fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq;
4.1.3. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Nazirliyin struktur bölmələrinə müvafiq sorğular vermək və onlardan müvafiq məlumatları (sənədləri) almaq;
4.1.4. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Nazirliyi dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və mənafelərini müdafiə etmək;
4.1.5. Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müvafiq səviyyəli yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;
4.1.6. fəaliyyət istiqamətlərinə uyğun digər dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi barədə təkliflər vermək;
4.1.7. Nazirliyin struktur bölmələri tərəfindən hazırlanmış sənədlər üzrə rəy vermək;
4.1.8. fəaliyyət istiqamətlərinə uyğun qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V. Şöbənin fəaliyyətinin təşkili
5.1. Şöbənin strukturu və əməkdaşlarının xxxx Xxxxx tərəfindən müəyyən və təsdiq edilir. Şöbə bilavasitə Nazirə tabedir və onun qarşısında hesabat verir. Xxxxx tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs Şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.
5.2. Şöbənin strukturuna Əməyin ödənilməsi və əmək münasibətləri və Əmək şəraiti və əməyin mühafizəsi sektorları daxildir.
5.3. Xxxxxxx fəaliyyətinə Nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs (şöbə müdiri) rəhbərlik edir. Şöbə müdiri Şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.4. Şöbə müdiri:
5.4.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.4.2. tabeliyində xxxx sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət edilməsinə nəzarət edir;
5.4.3. Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir;
5.4.4. Şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, Xxxx tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən hüquqi aktların vaxtında və lazımi səviyyədə icrasını təmin edir;
5.4.5. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərin görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir;
5.4.6. Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin struktur bölmələrindən zəruri məlumat və sənədləri alır;
5.4.7. Şöbəyə daxil xxxx müraciətlərə (ərizə, şikayət və təklif) qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
5.4.8. şöbədə kargüzarlığın aparılmasını və məxfilik rejimini təmin edir;
5.4.9. Şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
5.4.10. Şöbənin fəaliyyəti barədə Nazirə hesabat verir;
5.4.11. Şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;
5.4.12. Nazirin tapşırığı ilə tədbirlərdə Nazirliyi təmsil edir.
5.5. Şöbə müdirinin Nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini (müavinləri) vardır.
5.6. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.7. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavinihəyata keçirir.
5.8. Xxxxxxx digər əməkdaşları Xxxxx tərəfindən vəzifəyə təyin və vəzifədən azad
edilir.
5.9. Xxxxxxx əməkdaşları onlara tapşırılmış işlərin vaxtında və keyfiyyətlə yerinə
yetirilməsinə və bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
VI. Şöbənin strukturuna daxil xxxx sektorların vəzifələri
6.1. Əməyin ödənilməsi və əmək münasibətləri sektorunun vəzifələri
aşağıdakılardır:
6.1.1. öz səlahiyyətləri daxilində əməyin ödənilməsi və əmək münasibətləri sahələrində mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların fəaliyyətini əlaqələndirmək, habelə işəgötürənlərə əməyin təşkili və ödənilməsi işinin təşkilində köməklik göstərmək;
6.1.2. əmək qanunvericiliyinin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Konvensiyalara uyğunlaşdırılması barədə təkliflər vermək, normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək;
6.1.3. fəaliyyət istiqamətləri üzrə təşkilatı-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək, digər dövlət orqanları, müəssisə, idarə təşkilatlar tərəfindən hazırlanmış hüquqi akt layihələri ilə bağlı rəy vermək;
6.1.4. mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlara əməyin ödənilməsi, əmək münasibətləri üzrə öz səlahiyyətləri daxilində izahatlar vermək;
6.1.5. öz səlahiyyətləri daxilində əmək münasibətlərini tənzimləmək və sosial əməkdaşlığın normativ hüquqi bazasını inkişaf etdirmək;
6.1.6. öz səlahiyyətləri daxilində dövlətlərarası müqavilə layihələrinin hazırlanmasında iştirak etmək, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və sazişlərin həyata keçirilməsini təmin etmək;
6.1.7. əməyin ödənilməsi və tarif sistemlərinin təkmilləşdirilməsi, minimum əməkhaqqı məbləğinin mərhələlərlə yüksəldilməsi üzrə təkliflər vermək;
6.1.8. büdcədən maliyyələşdirilən təşkilatlarda çalışan işçilərin, о cümlədən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin əməyinin ödənilməsi sistemləri, növləri və məbləğləri üzrə təkliflər vermək;
6.1.9. Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları və digər beynəlxalq təşkilatlarla bağlanmış müqavilələr üzrə aidiyyəti hesabatları və məlumatları hazırlamaq;
6.1.10. aidiyyəti qurumlarla birlikdə ölkənin sosial-iqtisadi inkişafı sahəsində proqnozların hazırlanmasında iştirak etmək, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
6.1.11. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil xxxx müraciətlərə və sorğulara qanunvericiliyə uyğun baxılmasını təmin etmək;
6.1.12. Şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların və dövlət sirrinin qorunmasını təmin etmək;
6.1.13. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
6.2. Əmək şəraiti və əməyin mühafizəsi sektorunun vəzifələri
aşağıdakılardır:
6.2.1. əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi üzrə vahid dövlət siyasətinin həyata keçirilməsində öz səlahiyyəti daxilində iştirak etmək;
6.2.2. beynəlxalq təcrübə nəzərə alınmaqla öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinin, xüsusilə əməyin mühafizəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsini təmin etmək;
6.2.3. Dövlət Əməyin Mühafizəsi Fondunun vəsaitlərinin səmərəli istifadə edilməsi üzrə təkliflər vermək;
6.2.4. Respublikada əməyin mühafizəsinin idarəedilməsi sisteminin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
6.2.5. fəaliyyət istiqamətləri üzrə təşkilatı-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək, digər dövlət orqanları, müəssisə, idarə təşkilatlar tərəfindən hazırlanmış hüquqi akt layihələri ilə bağlı rəy vermək;
6.2.6. öz səlahiyyətləri daxilində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlara əməyin mühafizəsi üzrə izahatlar vermək, habelə işəgötürənə əməyin mühafizəsi işinin təşkilinə köməklik göstərmək;
6.2.7. dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə iş yerlərinin attestasiyası sənədlərinə rəy vermək;
6.2.8. öz səlahiyyətləri daxilində sosial əməkdaşlığı əlaqələndirmək, sosial əməkdaşlığın normativ-hüquqi bazasını inkişaf etdirmək;
6.2.9. Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları və beynəlxalq təşkilatlarla bağlanmış müqavilələr üzrə aidiyyəti hesabatları və məlumatları hazırlamaq;
6.2.10. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil xxxx müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək.