Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi,
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi,
Azərbaycan Respublikası Təhsil Nazirliyi
və Fransa Dövlət Ali və Xxxx təhsilinin Təşkili Mərkəzi (CNOUS) arasında
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Fransaya göndərilən tələbələrə ayrılan təqaüdlərin
inzibati idarəedilməsı barədə Saziş
Xarici ölkələrin təqaüdçüləri
Bir tərəfdən, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Bakı şəhəri, Xxxxxx xxxxxx 00 və Azərbaycan Respublikasının Təhsil Nazirliyi Xətai 49 ünvanında yerləşən, müvafiq olaraq İqtisadi İnkişaf Xxxxxx cənab Xxxxxx Xxxxxxx və Təhsil Xxxxxx cənab Xxxxx Xxxxxxxx tərəfindən təmsil olunan bundan sonra “Sifarişçi” adlandırılacaq,
Digər tərəfdən, Fransa Dövlət Ali və Xxxx təhsilinin Təşkili Mərkəzi, (CNOUS) - 00 XXXX X’XXXXX – 00000 XXXXX ünvanında yerləşən və onun direktoru cənab Xxx-Xxxxxxx XXXXXX tərəfindən təmsil olunan və bundan sonra “CNOUS Mərkəzi” adlandırılacaq tərəflər aşağıdakılar barədə razılığa gəlirlər :
Maddə 1. Sazişin məqsədi
Hazırki Sazişin məqsədi, Sifarişçi tərəfindən Fransada Proqramın təqaüdçüləri, tələbə və stajorların təhsili üçün ayrılmış vəsaitlərin inzibati və maliyyə idarəedilməsinin şərtlərini və imkanlarını təyin etməkdir. Maliyyə vəsaitlərinin idarəedilməsi məsuliyyətini Sifarişçi CNOUS Mərkəzinə həvalə edir.
CNOUS MƏRKƏZI TƏRƏFİNDƏN GÖSTƏRİLƏN XİDMƏTLƏR
Maddə 2. Tələbələrin qarşılanması və Təhsil yerinə yola salınmaları
Sifarişçi tərəfindən verilən vəsait əsasında, CNOUS Mərkəzi aşağıdakı xidmətləri
öz üzərinə götürür:
2.1 Qüvvədə xxxx və nəzərdə tutulan şərtlərə uyğun olaraq hər təqaüdçünü Parisdə qarşılamaq.
2.2 Əgər tələbələrin təhsil müəssisələri Parisdən kənarda yerləşirsə və onları gəldikləri gün həmin əyalətə göndərmək mümkün deyilsə, Parisdə bir gecə qalmaqlarını təmin etmək.
2.3 Hər tədris ili bitdiyində, həmin tələbələrin Parisdən əyalətə gediş və gəlişi
üçün, onları dəmir yol biletləri ilə (DY 2-ci sinif biletlər) təmin etmək.
Maddə 3. Sosial müdafiə və sığorta
3.1 Fransaya gəldikləri zaman, tələbələr tibbi müayinədən keçmək üçün Xarici vətəndaşların qəbulu və Miqrasiyalar üzrə Dövlət Agentliyinə (ANAEM/OMİ) müraciət etməlidirlər.
3.2 Xarici vətəndaşların qəbulu və Miqrasiyalar üzrə Dövlət Agentliyindən sertifikat alandan sonra, CNOUS Mərkəzi, Sifarişçi tərəfindən ayrılmış vəsaitlər hesabına tələbələrin sosial müdafiəsini (icbari tibbi sığorta və Fransada təhsil xxxx tələbələr üçün nəzərdə tutulan digər sosial güzəştlər ) təmin edir və onların Qarşılıqlı Sığorta Tələbə Cəmiyyətinə üzv olunmaqlarına yardım göstərir. Həmin Qarşılıqlı Sığorta Tələbə Cəmiyyətinə üzv olunmaq məcburidir.
3.3 Sifarişçi, sosial sığortanın xroniki xəstəliklərə, anadangəlmə şikəstliyə, bədən qüsurlarına, eləcə də Fransaya gəlmədən öncə baş verən bədbəxt hadisələrin nəticəsi xxxx xəstəliklərə aid olmadığı barədə tələbələrə məlumat verməyi öz üzərinə götürür.
3.4 Dəqiqləşdirilir ki, tələbələrin ailələrinin Fransaya gəlişi və yaşayış şərtləri üzrə məsuliyyət yalnız tələbənin öz üzərinə düşür, Sosial müdafiə və CNOUS Mərkəzinin təmin etdiyi Qarşılıqlı Sığorta Tələbə Cəmiyyətinin xidmətləri tələbənin yalnız özünə aiddir və ailə üzvlərinə aid edilmir.
Maddə 4. İnzibati yardım
CNOUS Mərkəzi aşağıdakıları üzərinə götürür:
4.1 Qüvvədə xxxx şərtlərə uyğun olaraq Ali Təhsilin Təşkili Mərkəzinin (CNOUS) çərçivəsində göstərilən xidmətlərdən tələbələrə istifadə etmək hüququ vermək (universitet yeməkxanalarından istifadə və CNOUS Mərkəzinin Regional Filiallarının mədəni tədbirlərində iştirak etmək).
4.2 Xarici vətəndaşın statusunu müəyyən edən şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı hər cür inzibati işləri asanlaşdırmaq və müvafiq köməklik göstərmək
4.3 Tələbənin yaşayış yeri tapmasına yardım etmək (boş yerlərin olmasından asılı olaraq tələbə şəhərciyində, əks təqdirdə yataqxanada və ya şəhərdə).
4.4 Tələbənin pedaqoji müvəffəqiyyətləri və imtahan nəticələri haqqında Sifarişçini məlumatlandırmaq. CNOUS Mərkəzi Sifarişçiyə müntəzəm şəkildə tələbələrin təhsil göstəriciləri barədə sənədlər göndərəcək.
Maddə 5. Universitetə yazılmaq və təhsil haqqının ödənilməsi
Sifarişçi tərəfindən verilən məbləğ əsasında CNOUS Mərkəzi universitetə yazılmaq və təhsil haqqının ödənilməsini öz üzərinə götürür.
Maddə 6. Tələbələrin aylıq vəsaitlərinin verilməsi
6.1 CNOUS, razılaşdırılmış illik büdcə əsasında, Xxxxxxxxx tərəfindən müəyyən edilmiş aylıq vəsaiti tələbələrin hesabına köçürməyi öz üzərinə götürür.
6.2 Bu vəsait hər ayın birinci iş günləri köçürülür.
6.3 Bir neçə il ərzində təhsil xxxx tələbələr üçün universitet tətilləri zamanında aylıq vəsait saxlanılacaq və bu tətillər vaxtı onların öz ölkələrinə gəlməsi üçün Sifarişçinin istəyi əsasında yol xərclərinin (avia biletlərin əldə edilməsi) ödənilməsi məsələsinə baxıla bilər.
SİFARİŞÇİNİN ÖHDƏLİKLƏRİ
Maddə 7. CNOUS Mərkəzinə verilməli sənədlər.
7.1 Sifarişçi hər tədris ili üçün 15 iyul ayından gec olmayaraq növbəti tədris ili üçün nəzərdə tutulan tələbələrin inzibati və pedaqoji sənədlərinin toplusunu CNOUS Mərkəzinə göndərməyi üzərinə götürür.
7.2 Bu toplu aşağıdakı sənədlərdən ibarət olmalıdır :
• Doğum haqqında şəhadətnamə
• Tələbənin şəxsiyyətini təsdiq edən sənəd (soyadı, adı, cinsi, doğulma tarixi və ailə vəziyyəti)
• Fransız dilinin xxxxx səviyyəsini təsdiq edən sənəd. Fransız dilinin xxxxx səviyyəsi kifayət qədər yüksək olmayan tələbələr üçün intensiv fransız dili kursları nəzərdə tutula bilər.
• Diplomların surəti
• Tərcümeyi hal
• Tələbənin Fransada təhsil almaq proqramının layihəsi
• Lazım olarsa, tələbənin fransız tədris müəssisələrinə müraciət etməsini təsdiq edən yazışmalar və ya artıq qəbul olunmasını təsdiq edən sənədlər
Bu sənədlər fransız dilində tərtib olunmalı və ya Azərbaycan Notariusunda təsdiq olunan tərcümə ilə müşaiət olmalıdır.
7.3 Sifarişçi təqaüdçüyə Fransada qarşılanmaq və qalmaq şərtləri barədə məlumat verməlidir.
7.4 Sifarişçi təqaüdçünün gəlişinin dəqiq tarixi barədə ən azı 1 ay əvvəl CNOUS Mərkəzini xəbərdar etməlidir.
MALİYYƏ ŞƏRTLƏRİ
Maddə 8. Sifarişçi tərəfindən nəzərdə tutulan məbləğin CNOUS Mərkəzinə ödənilməsi
8.1 CNOUS Mərkəzi hər il 1 iyul tarixindən gec olmamaq şərtilə, növbəti tədris ili üçün xərclərin və idarəetmə haqqının təxmini büdcəsini tərtib edəcək, o şərtlə ki, Sifarişçi iyun ayının 30-xxx əvvəl CNOUS Mərkəzinə aşağıdakı məlumatları çatdırır :
- yeni tələbələr haqqında məlumat;
- Fransada təhsil xxxx tələbələrin təqaüdlərinin dayandırılması və ya uzadılması barədə qərar.
8.2 CNOUS Mərkəzi, zərurət yarandığı halda, il ərzində büdcəyə düzəlişlərin edilməsi barədə məlumatları Sifarişçiyə təqdim edəcəkdir; bu düzəlişlər 2, 3, 5 və 6-cı maddələrdə nəzərdə tutulan xərclərin və ya tələbələrin sayının dəyişilməsi ilə xxxxx xxx bilər.
8.3 CNOUS Mərkəzi tərəfindən təqdim olunan büdcə layihəsinə irad və təkliflərini bildirmək üçün Sifarişçiyə 15 günlük müddət verilir. Bu müddət ərzində Xxxxxxxxx tərəfindən heç bir cavab verilməzsə, büdcə təsdiq olunmuş hesab ediləcəkdir. Tərəflər arasında razılaşdırılmış və imzalanmış illik nəzərdə tutulmuş ön faktura (smeta) xərcləri bu Sazişin ayrılmaz bir hissəsidir. Bundan sonra Sazişə əlavə ediləcəkdir.
8.4 Aşağıda göstərilən müddətdə Sifarişçi nəzərdə tutulmuş büdcəyə əsaslanaraq, bütün xidmətlərin ödənilməsi üçün xxxxx xxxx məbləği CNOUS Mərkəzinin hesabına köçürür. Bu müddətlər aşağıdakılardır:
- Avqust ayının 1-ə qədər büdcənin 50%-i;
- Qalan 50% isə xxxx tədris ilinin fevral ayının 1-dək.
- İl ərzində büdcə dəyişiklikləri baş verərsə, həmin vəsait 1 ay keçdikdən sonra
ödənilməlidir.
Pul köçürmələri aşağıdakı bank rekvizitlərinə avro valyutasında ediləcəkdir:
Monsieur l’Agent Comptable du CNOUS Paierie Générale du Trésor
Code banque : 10071 Code guichet : 75000
N° compte : 00001000033 Clé R.I.B. : 78
IDENTIFIANT INTERNATIONAL : FR 76 1007 1750 0000 0010 0003 378 BIC : XXXXXXXXXXX
8.5 Əgər Sifarişçi nəzərdə tutulan müddətdə tələb olunan məbləği ödəməzsə, CNOUS Mərkəzi tərəfindən tələbələrə heç bir vəsait verilməyəcək.
Maddə 9. CNOUS Mərkəzinin xidmətlərinin ödənilməsi
CNOUS Mərkəzinə ümumi xidmətlərə görə veriləcək məbləğ, hər bir tələbə üzrə ayda 50 avro miqdarında təyin edilir. Bu məbləğə illik büdcə tərtib olunan zaman yenidən baxıla bilər.
Maddə 10.CNOUS Mərkəzi tərəfindən ödəmələr
Sifarişçi tərəfindən CNOUS Mərkəzinin hesabına köçürülən büdcənin kifayət qədər olduğu halda, CNOUS Mərkəzi aşağıdakı ödəmələri öz üzərinə götürür:
- tələbələrin hesabına aylıq vəsaitin köçürülməsini təmin edilməsi (maddə 6)
- üçüncü şəxslərə: 2, 3 və 5-ci maddələrdə nəzərdə tutulan xidmətlərə aid xxxx bütün vəsaitlərin ödənilməsi.
Maddə 11. Hesabat
11.1 CNOUS Mərkəzi hər təqvim rübündən sonrakı ikinci ay ərzində Sifarişçiyə öz maliyyə idarəçiliyi barədə hesabatı təqdim edəcək :
- Sifarişçi üçün çəkilmiş xərclər və CNOUS Mərkəzinin idarəetmə xərcləri barədə məlumat ;
- Sifarişçi ilə CNOUS Mərkəzi arasında razılaşdırılmış büdcə hesabatının vəziyyəti barədə məlumat ;
- 11.2 Sazişin müddəti bitən zaman CNOUS Mərkəzi Sifarişçiyə sazişin bitməsindən 6 ay sonra tələbələr üçün çəkilmiş və CNOUS Mərkəzinin idarəetmə xərcləri barədə, eləcə də, Sifarişçinin büdcəsinin vəziyyəti barədə hesabat göndərir.
Əgər Xxxxxxxxx tərəfindən verilən məbləğin CNOUS Mərkəzinin çəkilmişi real xərclər və idarəetmə haqqından az olması müəyyən olunarsa, Sifarişçi bu hesabatı xxxx kimi həmin qalıq borcu CNOUS Mərkəzinin Mühasibinə köçürəcək.
Əks halda, CNOUS Mərkəzi bu hesabatı göndərəndən sonrakı semestr ərzində
Sifarişçiyə artıq qalan məbləği qaytaracaq.
MÜDDƏTİN BİTMƏSİ
Maddə 12
Hazırki Xxxxx hər iki tərəfin onu imzaladığı tarixdən etibarən qüvvəyə minir. O, hər il xəbərdarlıq edilmədən avtomatik olaraq uzadıla bilər.
Maddə 13
Bu Saziş, bu və ya digər tərəfin istəyi ilə ləğv edilə bilər, bu şərtlə ki, Sazişin dayandırılması xxxx universitet ili bitəndən sonra olsun. Sazişin ləğv müddəti 6 aydır və bu barədə xəbərdarlıq digər tərəfə yazılı şəkildə bildirilir və bu xəbərdarlığın alınmasını təsdiq edən sənədlə qəbul edilir.
Sifarişçi adından :
İqtisadi İnkişaf Xxxxxx Heydər Xxxxxxx
Təhsil Xxxxxx Xxxxx Mərdanov
CNOUS Mərkəzi adından : Direktor Xxx-Xxxxxxx XXXXXX
“ “ tərtib olunmuşdur.
CNOUS Mərkəzinin maliyyə nəzarətçisi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi,
Azərbaycan Respublikası Təhsil Nazirliyi
və Fransa Dövlət Ali və Xxxx təhsilinin Təşkili Mərkəzi (CNOUS) arasında
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Fransaya göndərilən tələbələrə ayrılan təqaüdlərin inzibati idarəedilməsı barədə
Saziş
2007-2008 tədris ili üçün ön faktura (smeta)
Əsas : 12 ay üçün bir illik təqaüd
Göstərilən xidmətin növü | Xxxxx edilən məbl |
Maddə 2, paraqraf 1 və 2 – Parisdə qarşılama razılaşmış giymətlə Aeroportda qarşılama: 60 avro Sifarişçinin istəyindən asılı olaraq : Şəxsi qarşılama və ya xüsusi qarşılama imkanları var | 60 avro |
Maddə 2, paraqraf 3 – Əyalətə yola salma (iki tərəfə gediş-gəliş) 160 avro x 1 tələbə | 160 avro |
Maddə 3 – Sosial müdafiə 28 yaşından aşağı tələbə : 429 avro (2006-2007-ci ilin üzvlük haqqı) 28 yaşından yuxarı tələbə : 576 avro (2006-2007-ci ilin üzvlük haqqı) 2007-2008 tədris ili üçün göstərilən məbləğə yenidən baxılacaq | 429 avro |
Maddə 5 – Universitetə yazılmaq haqqı YAZILMAQ HAQQI : Təhsil müəssisəsindən asılıdır 2006-2007-nin haqqı : 162 avro Lisans dərəcəsi üçün, 211 avro Master dərəcəsi üçün TƏHSİL HAQQI : Təhsil müəssisəsindən asılıdır 2007-2008 tədris ili üçün göstərilən məbləğə yenidən baxılacaq | 211 avro |
Maddə 6 – Bir tələbə üçün aylıq vəsait Paris Universitetləri üzrə : 850 avro x 12 ay Əyalət Universitetləri üzrə : 700 avro X 12 ay | 10 200 avro мц нф 8 400 avro |
Maddə 9 – CNOUS mərkəzinə təqaüdləri idarəetmə haqqı 50 avro x 12 ay = 600 avro | 600 avro |
BIR TƏLƏBƏ ÜÇÜN CƏMI | 11 660 avro (Paris) мц нф 9 860 avro (Əyalət) |