ƏSASNAMƏ
Layihə
Azərbaycan Respublikası Prezidentinin 20 -ci il tarixli, xxxxx Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının Kiçik və Xxxx Sahibkarlığın İnkişafı Dövlət Agentliyi haqqında
ƏSASNAMƏ
1.Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Kiçik və Xxxx Sahibkarlığın İnkişafı Dövlət Agentliyi – KOSİDA (bundan sonra – “Agentlik”) Azərbaycan Respublikası Prezidentinin -ci il
tarixli xxxxx Fərmanı ilə yaradılıb.
1.2. Agentlik Azərbaycan Respublikasında kiçik və xxxx sahibkarlığın dəstəklənməsi və inkişaf etdirilməsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ-hüquqi aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
1.4. Agentlik bu Əsasnamədə nəzərdə tutulan vəzifə və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və özünün region şöbələri vasitəsilə həyata keçirir.
1.5. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən bilavasitə və öz səlahiyyətləri çərçivəsində mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.6. Agentlik öz fəaliyyətini qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının, həmçinin azad sahibkarlıq mühitinin qorunması, şəffaflıq, peşəkarlıq və xidmətdə nizam-intizam prinsipləri əsasında qurur.
1.7. Agentlik müstəqil balansa, dövlət mülkiyyətində xxxx əmlaka, bank hesablarına, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.8. Agentliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.9. Agentliyin baş idarəsi Bakı şəhərində yerləşir. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında, Xankəndi, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Şəki və Qəbələ şəhərlərində Agentliyin müvafiq şöbələri fəaliyyət göstərir.
2.Agentliyin vəzifələri
Agentliyin əsas vəzifələri aşağıdakılardır:
2.1. Ölkədə kiçik və xxxx sahibkarlığın inkişafı məsələləri üzrə dövlət və vətəndaş cəmiyyəti arasında dialoqun və qarşılıqlı münasibətlərin yaxşılaşmasına nail olmaq;
2.2. Kiçik və xxxx sahibkarlığın sahibkarlığın uğurlu inkişafına imkan verən qanunvericilik və normativ-hüquqi bazanı təkmilləşdirmək;
2.3. Ölkənin iqtisadi və sosial ehtiyaclarının qarşılanmasında kiçik və xxxx müəssisələrin payının və fəaliyyətinin artırılmasına nail olmaq;
2.4. Kiçik və xxxx müəssisələrin rəqabət güclərinin və səviyyələrinin yüksəlməsinə nail olmaq;
2.5. Kiçik və xxxx biznesin, o cümlədən qadın ailə biznesinin həyat qabiliyyətini və uğurlu inkişafını təmin etmək üçün əməli yardım göstərmək.
2.6. Agentliyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.Agentliyin fəaliyyət istiqamətləri
Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün aşağıdakı istiqamətlərdə fəaliyyətləri təşkil edir:
3.1. Kiçik və xxxx sahibkarlıq müəssisələrinin üzləşdiyi problemləri tədqiq etmək;
3.2. Kiçik və xxxx sahibkarlıq müəssisələrinin qanuni fəaliyyətlərini maneəsiz həyata keçirmələrinə nəzarət etmək;
3.3. Kiçik və xxxx sahibkarlıq müəssisələri ilə dövlət orqanları arasında mübahisəli məsələləri araşdırmaq və qanunvericiliyin pozulması hallarını aşkar etdikdə onların aradan qaldırılması üçün qanunla müəyyən edilmiş tədbirlər görmək;
3.4. Kiçik və xxxx sahibkarlığın dəstəklənməsi və inkişaf etdirilməsi üçün vacib normativ- hüquqi bazanın daim təkmilləşdirilməsini və zənginləşdirilməsini təmin etmək;
3.5. Kiçik və xxxx sahibkarlığa dövlət dəstiyinin təmin edilməsi üçün qanun, qayda, təlimat və digər sənədlərin layihələrini hazırlamaq və təsdiq edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etmək;
3.6. Kiçik və xxxx sahibkarlığı dəstəkləyəcək milli siyasət təşəbbüsü irəli sürmək;
3.7. Maliyyə əldə etməkdə kiçik və xxxx sahibkarlıq subyektlərinə yardım etmək;
3.8. Kiçik və xxxx sahibkarlıq subyektləri tərəfindən dövlət maliyyələşdirilməsi üçün təqdim edilən biznes layihələrinin texniki və səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə rəy vermək;
3.9. Beynəlxalq və yerli qeyri-hökumət maliyyə təşkilatlarının müraciətləri əsasında kiçik və xxxx ölçülü biznes layihələrini maliyyələşdirilmə üçün tövsiyə etmək;
3.10. İnstutsional və hüquqi islahatlar üçün vəkillik etmək;
3.11. Kiçik biznesi qanunların ədalətsiz tətbiqindən və korrupsiyadan qorumaq üçün mexanizmlər işləyib hazırlamaq;
3.12. Qadın sahibkarlıq fəaliyyətini dəstəkləmək və təşviq etmək.
3.13. Kiçik və xxxx sahibkarlığın dəstəklənməsi və inkişafına yardım üzrə müxtəlif təlim proqramları tərtib etmək və həyata keçirmək;
3.14. Kiçik və xxxx sahibkarlıq fəaliyyətinin təşkili və aparılması üzrə təşkilati və metodiki kömək göstərmək, məsləhətlər vermək, kurslar təşkil etmək;
3.15. Kiçik və xxxx sahibkarlıq subyektlərinin Agentliklə operativ əlaqə qurmasına xidmət göstərən vahid telefon nömrəsi ilə təchiz edilmiş “Qaynar xətt” mərkəzini yaratmaq və onun fəaliyyətini təmin etmək;
3.16. Kiçik və xxxx sahibkarlıqla məşğul xxxx iş adamları ilə regionlarda vaxtaşırı görüşlər təşkil etmək;
3.17. Agentliyin fəaliyyəti barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə təbliğat və təşviqatı təmin etmək;
3.18. Kiçik və xxxx sahibkarlığa dövlət dəstəyi üzrə digər ölkələrin müvafiq qurumları ilə əlaqələr qurmaq və bu sahədə beynəlxalq təcrübəni öyrənmək;
3.19. Agentliyin özü və fəaliyyəti üzərində şəffaflığı təmin etmək.
3.20. Hüququ baza və potensial dəyişikliklərlə bağlı ictimai məlumatlılığı artırmaq;
3.21. Agentliyin vebsaytını hazırlamaq və məlumatlarla daim zənginləşdirilməsini təmin etmək.
3.22. Öz fəaliyyəti üzrə illik hesabatları hazırlamaq və Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;
3.23. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər fəaliyyətləri yerinə yetirmək.
4.Agentliyin hüquqları
Agentliyin öz vəzifə və fəaliyyətlərini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:
4.1. Öz səlahiyyətləri çərçivəsində kiçik və xxxx sahibkarlıq fəaliyyətini tənzimləyən normativ hüquqi aktların yaradılmasında və təkmilləşdirilməsində iştirak etmək, hazırlamaq və təsdiq etmək;
4.2. Kiçik və xxxx sahibkarlığın dəstəklənməsi və inkişaf etdirilməsi istiqamətində dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
4.3. Kiçik və xxxx ölçülü biznes layihələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə əlaqədar təkliflər vermək, qanunla müəyyən edilmiş qaydada müsabiqə və tenderlər təşkil etmək;
4.4. Kiçik və xxxx sahibkarlıq subyektlərinin fəaliyyətlərinin qanuniliyinə nəzarət etmək, mübahisəli məsələləri araşdırmaq və qanunvericiliyin pozulması hallarının qarşısını almaq məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tədbirlər görmək;
4.5. Dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.6. Kiçik və xxxx sahibkarlığın dəstəklənməsi və inkişaf etdirilməsi məqsədi ilə beynəlxalq maliyyə təşkilatları tərəfindən Agentliyə ayrılan qrantlardan və kreditlərdən istifadə etmək;
4.7. Kiçik və xxxx sahibkarlıq fəaliyyətlərinin maliyyələşdirilməsində istər sahibkarlıq subyektləri, istərsə də dövlət və qeyri-dövlət maliyyələşdirmə təşkilatları tərəfindən qanun pozuntularına yol verilməsi halları müəyyən olunduqda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmək;
4.8. Qanunvericiliklə müəyyən edilmiş qaydada xarici ölkələrin dövlət və qeyri-dövlət təşkilatları ilə əməkdaşlıq etmək;
4.9. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz vəzifələrinin yerinə yetirilməsi, o cümlədən normativ hüquqi aktların işlənib hazırlanması, ekspertizaların keçirilməsi və məsləhətləşmələrin aparılması üçün dövlət orqanlarından mütəxəssislər dəvət etmək və ya müstəqil ekspertləri müqavilə əsasında işə cəlb etmək;
4.10. Ölkədə kiçik və xxxx sahibkarlığın dəstəklənməsi və inkişaf etdirilməsi ilə bağlı mütəmadi monitorinqlər təşkil etmək;
4.11. Kiçik və xxxx sahibkarlıq sahəsində xxxx-texniki, iqtisadi və normativ hüquqi məlumat bazalarını yaratmaq, məsləhət xidmətlərinin göstərilməsini təşkil etmək, bu sahədə əldə olunmuş yenilikçi təcrübəni öyrənmək və geniş yaymaq məqsədi ilə müvafiq tədbirlər keçirmək, məlumatlar vermək və bülletenlər dərc etdirmək;
4.12. Öz səlahiyyətləri daxilində və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada kiçik və xxxx sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə, bu sahə ilə əlaqədar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət edilməsinə, beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə dair müəyyən edilmiş qaydada müvafiq təkliflər və məlumatlar təqdim etmək;
4.13. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5.Agentliyin təşkilati quruluşu
5.1. Agentliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.2. Dövlət Agentliyinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən sədr rəhbərlik edir. Sədr Dövlət Agentliyinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır və Azərbaycan Respublikasının Prezidenti qarşısında hesabatlıdır.
5.3. Agentliyin sədri aşağıdakı səlahiyyətlərə malikdir: 5.3.1.Agentliyin işini təşkil edir və ona rəhbərlik edir;
5.3.2.Agentliyin əmlakına və vəsaitinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verir;
5.3.3.Agentlikdə kargüzarlığın qanunvericiliyə uyğun olaraq aparılmasını təmin edir;
5.3.4.Agentlikdə mühasibat uçotu və hesabat işlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmasını təşkil və ona nəzarət edir;
5.3.5.Agentliyin aparatının struktur bölmələrinin və tabeliyində xxxx qurumların əsasnamələrini təsdiq edir, tabeliyində xxxx hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;
5.3.6.Müəyyən edilmiş struktur, əmək haqqı fondu və işçilərin say həddi daxilində Agentliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
5.3.7.Agentliyin mərkəzi aparatının və tabeliyində xxxx qurumların işçilərini işə qəbul edir və işdən azad edir, onların barəsində qanunvericilikdə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
5.3.8.Səlahiyyətləri çərçivəsindəAgentliyin aparatının və onun tabeliyində xxxx qurumların fəaliyyətinə dair icrası məcburi xxxx əmrlər, sərəncamlar verir, müvafiq təlimatları və digər normativ hüquqi aktları imzalayır (təsdiq edir), onların icrasını təşkil edir və yoxlayır;
0.0.0.Xxərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər hüquqları həyata keçirir.
5.3.10. Agentliyin sədri vəzifələrinin müvəqqəti olaraq icrasını müavininə tapşıra bilər.
5.4. Agentliyin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən bir müavini vardır.
5.5. Agentlikdə sədrdən (kollegiya sədri), vəzifəsinə görə kollegiyanın tərkibinə daxil xxxx sədr müavinindən, qurumlarının rəhbərlərindən ibarət xxxx kollegiya yaradılır. Kollegiyanın tərkibinə mütəxəssislər də daxil edilə bilər.
5.5.1.Agentliyin kollegiya üzvlərinin sayı və şəxsi heyəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
5.5.2.Agentliyin kollegiyası öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.
5.5.3.Kollegiyanın iş qaydasını sədr müəyyənləşdirir və iclasları sədr tərəfindən mütəmadi olaraq çağırılır.
5.5.4.Agentliyin kollegiyası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
5.5.5.Agentliyin kollegiyasının iclaslarına digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.
5.5.6.Agentliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
5.5.7.Kollegiyanın qərarları protokolla rəsmiləşdirilir və bir qayda olaraq sədrin əmri ilə həyata keçirilir.
5.5.8.Kollegiyanın sədri və kollegiya üzvləri arasında fikir ayrılığı olduqda, kollegiyanın sədri öz əsaslandırılmış qərarını həyata keçirir və bu haqda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir.
5.6. Agentliyin Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında, Xankəndi, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Şəki və Qəbələ şəhərlərində fəaliyyət göstərən müvafiq şöbələri Kiçik və Xxxx Sahibkarlığın İnkişafı Dövlət Agentliyi ümumi strukturuna daxildir.