ƏLAVƏ SAZİŞ
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında 1998-ci il iyulun 17-də Ankara şəhərində
imzalanmış Sazişə dəyişikliklərin edilməsi ilə əlaqədar
ƏLAVƏ SAZİŞ
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti, Tərəflərin sosial müdafiə sahəsində qanunvericiliklərində baş vermiş dəyişiklikləri nəzərə alaraq, Sazişdə aşağıdakı dəyişikliklərin edilməsi barədə razılığa gəldilər.
Maddə 1
Sazişin 2-ci maddəsinin 1-ci hissəsinin (a) bəndinə aşağıdakı redaksiyada yeni a.5 yarımbəndi əlavə edilmişdir:
"a.5. Bir əmək müqaviləsinə əsasən işləyən sığortalılar üçün tətbiq edilən İşsizlik sığortası haqqında Qanun".
Ma d d ə 2
2 Sazişin 2-ci maddəsinin 1-ci hissəsinin (b) bəndinin b.2 yarımbəndi aşağıdakı şəkildə dəyişdirilmişdir:
"b.2. Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu".
Maddə 3
Sazişin 2-ci maddəsinin 1-ci hissəsinin (b) bəndinin b.3 yarımbəndi aşağıdakı şəkildə dəyişdirilmişdir:
"b.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi".
Maddə 4
Sazişin 2-ci maddəsinin 1-ci hissəsinin (b) bəndinin b.4 yarımbəndi çıxarılmışdır.
Maddə 5 Sazişin 24-cü maddəsi aşağıdakı şəkildə dəyişdirilmişdir:
"1. Tərəflərdən birinin qanunvericiliyinə görə yardımlardan istifadə hüququ sığortalılıq
müddətlərinin tamamlanması şərtinə bağlıdırsa, bu Tərəfin səlahiyyətli idarəsi, digər Tərəfin qanunvericiliyinə müvafiq olaraq, ötmüş sığortalılıq müddətlərini eyni vaxta təsadüf etməmək şərtilə qəbul edir.
2. Yardımların miqdarı, müddəti və ödəmə formaları yardım edən Tərəfin dövlətinin qanunvericiliyinə əsasən müəyyən edilir".
Maddə 6
Bu Xxxxx Xxxxx, onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili hüquqi prosedurların yerinə yetirilməsi barədə Tərəflərin yazılı bildirişlərinin mübadiləsi tarixindən qüvvəyə minir və Saziş qüvvədə olduğu müddət ərzində qüvvədə qalır.
Bu Xxxxx Xxxxx Bakı şəhərində 2006-cı il sentyabrın 18-də hər biri Azərbaycan və türk dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.