MÜNDƏRİCAT
MÜNDƏRİCAT
MÜNDƏRİCAT | 2 |
SIĞORTA SİNİFİ | 4 |
ANLAYIŞLAR. | 4 |
FƏSİL I. ÜMUMİ MÜDDƏALAR. | 5 |
Maddə 1. SIĞORTAÇI | 5 |
Maddə 2. SIĞORTALI | 5 |
Maddə 3. FAYDALANAN ŞƏXS | 5 |
Maddə 4. SIĞORTANIN PRDEMETİ | 5 |
Maddə 5. HAVA GƏMİSİ | 5 |
FƏSİL II. SIĞORTA TƏMİNATI. | 5 |
Maddə 6. SIĞORTA RİSKLƏRİ | 5 |
Maddə 7. SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR | 5 |
Maddə 8. SIĞORTANIN ƏRAZİSİ | 6 |
FƏSİL III. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQI. | 6 |
Maddə 9. SIĞORTA MƏBLƏĞİ | 6 |
Maddə 10. SIĞORTA HAQQI | 6 |
Maddə 11. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ | 6 |
FƏSİL IV. SIĞORTA MÜQAVİLƏSİ. | 7 |
Maddə 12. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI | 7 |
Maddə 13. SIĞORTA MÜQAVİLƏSİ BAĞLANILAN ZAMAN SIĞORTALI TƏRƏFİNDƏN BİLDİRİLMƏLİ XXXX FAKTLAR | 7 |
Maddə 14. SIĞORTAÇININ SORĞUSU | 7 |
Maddə 15. ƏLAVƏ ŞƏRTLƏR | 7 |
Maddə 16. SIĞORTA MÜQAVİLƏSİNİN QAYDALAR ÜZƏRİNDƏ ÜSTÜNLÜYÜ | 7 |
Maddə 17. SIĞORTA MÜQAVİLƏSİNİN MÜDDƏTİ | 7 |
Maddə 18. SIĞORTA RİSKİNİN ARTMASI | 7 |
Maddə 19. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ | 8 |
Maddə 20. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏ İLƏ BAĞLI XƏBƏRDAR ETMƏ | 8 |
Maddə 21. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ | 8 |
FƏSİL V. SIĞORTA HADİSƏSİ ZAMANI EDİLƏCƏK HƏRƏKƏTLƏR. | 9 |
Maddə 22. SIĞORTA HADİSƏSİ HAQQINDA MƏLUMAT VERMƏK | 9 |
Maddə 23. ZƏRƏRİN QARŞISININ ALINMASI VƏ HƏCMİNİN AZALDILMASI | 9 |
Maddə 24. SIĞORTAÇI TƏRƏFİNDƏN NƏZARƏT | 9 |
Maddə 25. SIĞORTA HADİSƏSİNİN SÜBUT OLUNMASI | 10 |
FƏSİL VI. ÖDƏNİLƏN ZƏRƏRLƏR. | 10 |
Maddə 26. ƏVƏZİ ÖDƏNİLƏCƏK ZƏRƏRLƏR | 10 |
Maddə 27. GƏMİYƏ DƏYƏN ZƏRƏR | 10 |
Maddə 28. ÜÇÜNCÜ ŞƏXSLƏR QARŞISINDA MƏSULİYYƏT | 11 |
Maddə 29. ZƏRƏRİN AZALDILMASI MƏQSƏDİLƏ ÇƏKİLƏN XƏRCLƏR | 11 |
Maddə 30. SIĞORTA HADİSƏSİNİN ARAŞDIRILMASI MƏQSƏDİLƏ ÇƏKİLƏN XƏRCLƏR | 11 |
Maddə 31. QİSMƏN SIĞORTA | 11 |
FƏSİL VII. SIĞORTA ÖDƏNİŞİ. | 11 |
Maddə 32. TƏLƏB OLUNAN SƏNƏDLƏR | 11 |
Maddə 33. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI QAYDASI | 11 |
Maddə 34. SIĞORTA ÖDƏNİŞİNDƏN SIĞORTA HAQQININ TUTULMASI | 12 |
Maddə 35. QALIQLARA XXXX HÜQUQUN KEÇMƏSİ | 12 |
Maddə 36. SIĞORTA ÖDƏNİŞİ VERMƏKDƏN İMTİNA | 12 |
Maddə 37. AZADOLMA | 12 |
Maddə 38. SUBROQASİYA | 12 |
Maddə 39. ÜÇÜNCÜ ŞƏXSLƏR TƏRƏFİNDƏN ZƏRƏRİN ÖDƏNİLMƏSİ | 13 |
Maddə 40. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI | 13 |
HАVА GƏMİSİNİN АQRЕQАTLАRININ DƏYƏRİNİN HАVА GƏMİSİNİN DƏYƏRİNDƏKİ ХÜSUSU ÇƏKİLƏRİNİN CƏDVƏLİ. | 14 |
HАVА NƏQLİYYАTI VАSİTƏLƏRİNİN SIĞОRTАSI ÜZRƏ TАRİF DƏRƏCƏLƏRİNİN HЕSАBLАNMАSI. | 15 |
HAVA NƏQLİYYATI VASİTƏLƏRİNİN TAM SIĞORTASI QAYDALARI
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
SIĞORTA SİNİFİ
Bu Qaydalarla müəyyən olunan sığorta növü sinfinə görə hava nəqliyyatı vasitələrinin sığortası və hava nəqliyyatı vasitələrinin mülki məsuliyyətinin sığortası siniflərinə aiddir.
ANLAYIŞLAR
Əgər bu Qaydaların məzmununda başqa hal nəzərdə tutulmamışdırsa, bu qaydalarda istifadə olunmuş termin və ifadələr aşağıdakı mənaları daşıyır:
ÜMUMİ ANLAYIŞLAR
Sığortaçı - Qanunvericilik və bu Qaydalar əsasında əmlakın sığortasını həyata keçirən "Azəbaycan Sənaye Sığorta" ASC;
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;
Sığorta olunan - sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs; Bu qaydalarda və sığorta müqaviləsində sığortalıya aid edilən bütün müddəalar sığorta olunana da eyni dərəcədə aid edilir;
Sığorta obyekti - sığorta olunanın əmlaka mülkiyyət, ondan istifadə və ona sərəncam vermək hüququ ilə bağlı əmlak mənafeləri;
Sığorta predmeti - sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır.
Sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığortanın müddəti - sığorta təminatının qüvvədə olduğu müddət;
Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta tarifi - sığorta haqqının sığorta məbləğindən faizlə ifadə olunmuş dərəcəsi;
Sığorta haqqı - risklərin qəbul edilməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığortanın ərazisi - sığorta təminatının qüvvədə olduğu ərazi.
XÜSUSİ ANLAYIŞLAR
Tam məhv olma - əmlakın bərpa oluna bilməyəcək dərəcədə faktiki məhv olması;
Tam Konstruktiv məhv olma - əmlakın elə bir vəziyyətə düşməsidir ki, onun xilas edilməsi və ya bərpası iqtisadi cəhətdən səmərəli deyil, belə ki, bu əməliyyatların aparılmasından sonra onun xilas edilməsi və ya bərpasına çəkilən xərclər əmlakın öz dəyərini aşır.
FƏSİL I. ÜMUMİ MÜDDƏALAR
Maddə 1. SIĞORTAÇI.
Bu Qaydalar əsasında sığortanı həyata keçirən sığorta şirkəti “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyətidir.
Maddə 2. SIĞORTALI.
2.1. Hər hansı hüquqi şəxs və fəaliyyət qabiliyyətli fiziki şəxs Sığortalı qismində çıxış edə bilər.
2.2. Sığortalının fəaliyyətinə onun işçisinin, vəzifəli şəxslərinin, digər nümayəndələrinin, Qanuna, müqaviləyə, vəzifə təlimatlarına, etibarnaməyə və ya qanunvericiliklə müəyyən olunmuş digər qaydada Sığortalının adından çıxış etmək üçün səlahiyyətləndirilmiş şəxslərin hərəkətləri aid edilir.
Maddə 3. FAYDALANAN ŞƏXS.
3.1. Sığorta müqaviləsi, sığortada maraqlı xxxx digər şəxsin (Xxxxxxxxxx şəxsin) xeyrinə də bağlana bilər.
3.2. Sığorta müqaviləsinin Xxxxxxxxxx şəxsin xeyrinə bağlanması Sığortalını müqaviləsi üzrə öhdəliklərindən azad etmir.
3.3. Bu Qaydalarla və sığorta müqaviləsi ilə Sığortalıya aid xxxx bütün müddəalar sığorta təminatından istifadə etmək niyyətində xxxx Xxxxxxxxxx şəxsə də eyni dərəcədə aid edilir.
Maddə 4. SIĞORTANIN PREDMETİ.
Bu Qaydalar üzrə sığortanın predmetləri hava nəqliyyatı ilə xxxxx xxxx aşağıdakı maraqlardır:
4.1. hava gəmisi,
4.2. üçüncü şəxslər qarşısında məsuliyyət.
Maddə 5. HAVA GƏMİSİ.
5.1. Hava gəmisi dedikdə sərnişin və xxx daşımalarında, həmçinin dərman və su səpmək üçün nəzərdə tutulan mühərrikli uçan vasitələr (təyyarə, vertolyot, aerobus və s.) başa düşülür.
5.2. Hərbi məqsədlər üçün nəzərdə tutulan hava gəmilərinə bu Qaydalar əsasında sığorta təminatı verilmir.
5.3. Sığorta təminatına hava gəmisinin korpusu, mühərrik sistemi, mexanizmləri, təchizatları və əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmursa, hava gəmisi xüsusi məqsədlər üçün istifadə olunduğu halda, bu məqsədlər üçün xxxxx xxxx adi cihazlar başa düşülür.
FƏSİL II. SIĞORTA TƏMİNATI
Maddə 6. SIĞORTA RİSKLƏRİ.
6.1. Sığorta hadisələri sığorta müqaviləsi ilə müəyyən edilir.
6.2. Bu Sığorta ilə aşağıdakı hadisələr nəticəsində sığorta predmetinin məhv olmasına və ya zədələnməsinə təminat verilir:
6.1.1. hava gəmisinin qəzaya uğraması;
6.1.2. yanğın, partlayış, ildırım;
6.1.3. fırtına, qasırğa və ya digər təbii fəlakətlər;
6.1.4. hava gəmisinin mühərrikinin və ya təchizatlarının qəzası;
6.1.5. hava gəmisinin xəbərsiz xxxxx düşməsi;
6.1.6. üçüncü şəxslərin istənilən qeyri-qanuni və ya qərəzli hərəkətləri;
Maddə 7. SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR.
Aşağıdakı hallar nəticəsində sığorta predmetinin məhv olması və ya zədələnməsi Sığorta təminatına daxil edilmir:
7.1. Sığortalının, həmçinin onun nümayəndəsinin qəsdən edilmiş hərəkətləri və ya müəyyən olunmuş texniki təhlükəsizlik, o cümlədən hava gəmisinin idarə olunması üzrə müəyyən olunmuş xxxxx və qaydalara əməl etməməsi;
7.2. Nüvə partlayışının təsiri, radiasiya və ya radioaktiv şüalanma;
7.3. Müharibə, təcavüz, hərbi əməliyyatlar, xarici dövlətlərin münaqişəsi, elan edilib edilməməsindən asılı olmayaraq təcavüzkar hərbi əməliyyatlar, vətəndaş müharibəsi, hər cür xalq ixtişaşları, tətilllər, qiyam, tədricən xalq üsyanlarına və ya hərbi qiyamlara çevrilən xalq ixtişaşları, hərbi qiyam, inqilab, hərbi və qəsbkar hərəkətlər;
7.4. Dövlət orqanlarının sərəncamı ilə hava gəmisinin ləğvi, mənimsənilməsi, müsadirə edilməsi, üzərinə həbs qoyulması və ya məhv edilməsi;
7.5. Hava gəmisinin zəbt edilməsi və ya çağırılması;
7.6. Hava gəmisinin uçuşa buraxılmasına qədər onun uçuşa yararsızlığı haqqında Sığortaçının və ya onun nümayəndəsinin xəbərdar olması;
7.7. Partlayış zərbəsi dalğasının bilavasitə təsiri;
7.8. Hava gəmisinin təyinatı üzrə istifadə edilməməsi, həmçinin sığorta müqaviləsində və ya sığorta müqaviləsinin bağlanması üçün ərizə formasında nəzərdə tutulmayan məqsədlər üçün istifadəsi;
7.9. Hava gəmisinin pilot sertifikatı (vəsiqəsi), həmçinin müəyyən tipli hava gəmisini müstəqil idarə etmək üçün lazımi hazırlığı və ya təcrübəsi olmayan şəxslər tərəfindən idarə edilməsi;
7.10. Tam olmayan heyət ilə həyata keçirilən mülki hava gəmisinin uçuşu;
7.11. Qəzanın qarşısının alınması məqsədilə zəruri məcburi hallar istisna olmaqla, hava gəmisinin enişi üçün təyin olunmamış düşmə meydanından istifadə edilməsi ;
7.12. Hava gəmisinin və ya onun hissələrinin köhnəlməsi, aşınması;
7.13. Hava gəmisinin onun uçuş-texniki xüsusiyyətlərində nəzərdə tutulmayan şərtlərlə istismarı;
7.14. Hava gəmisinin sınaq uçuşları zamanı qəzaya uğraması;
7.15. Yer səthində hərəkət zamanı və ya dayanarkən hava gəmisinin işləyən mühərrikinə yad predmetlərin düşməsi.
Maddə 8. SIĞORTANIN ƏRAZİSİ.
Əgər sığorta müqaviləsində sığortanın ərazisi və ya marşrut göstərilmişdirsə, yalnız həmin ərazilərdə və ya marşrut üzrə baş verən sığorta hadisələri bu sığorta təminatına daxil edilir.
FƏSİL III. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQI Maddə 9. SIĞORTA MƏBLƏĞİ.
9.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir.
9.2. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta məbləği hər bir sığorta hadisəsi üçün verilən sığorta təminatı üzrə ödənişin maksimum miqdarını müəyyən edir.
Maddə 10. SIĞORTA HAQQI.
10.1. Sığorta haqqı sığorta müqaviləsində göstərilən müddətdə və qaydada Sığortalı tərəfindən Sığortaçıya ödənilir.
10.2. Sığorta haqqının miqdarı sığorta tariflərinə əsasən hesablanır.
Maddə 11. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ.
11.1. Sığorta haqqının ödənildiyi gün onun Sığortaçının bank hesabına və ya nağd ödəmə zamanı kassasına daxil olduğu gün hesab olunur.
11.2. Sığorta haqqı Sığortaçının bank hesabına daxil olduğu və ya Sığortaçı tərəfindən nağd ödəniş formasında alındığı gün ödənilmiş hesab olunur. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının razılaşdırılmış ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Sığorta haqqı və ya onun razılaşdırılmış hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmamaq şərtilə yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Başqa cür razılaşma olmadığı halda, sığorta haqqı (və ya onun hər iki tərəfin razılaşdığı ilk hissəsi) göstərilən müddət ərzində Sığortaçıya ödənilmədikdə, həmin müddət bitdiyi andan Sığorta müqaviləsinə xitam verilir.
FƏSİL IV. SIĞORTA MÜQAVİLƏSİ. Maddə 12. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI.
12.1. Sığorta müqaviləsinə görə sığortaçı sığorta hadisəsi zamanı sığortalıya sığorta ödənişi verməyi, Sığortalı isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqını ödəməyi öhdəsinə götürür. Sığorta müqaviləsi tərəflərin bu qaydalar əsasında yazılı formada tərtib etməsi, qarşılıqlı imzalaması və ya sığortalının bu qaydalar ilə razı olduğunu təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən sığortalıya sığorta müqaviləsinin verilməsi yolu ilə bağlanır.
12.2. Əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, Sığorta müqaviləsi sığorta xxxxx xxx və ya onun ilk hissəsi ödənildiyi andan qüvvəyə minir.
Maddə 13. SIĞORTA MÜQAVİLƏSİ BAĞLANAN ZAMAN SIĞORTALI TƏRƏFİNDƏN BİLDİRİLMƏLİ XXXX FAKTLAR.
13.1. Sığorta müqaviləsi bağlanarkən Sığortalı xxxxxx baş vermə ehtimalının müəyyən edilməsi və sığorta hadisəsi zamanı mümkün itkilərin həcminin hesablanması üçün mühüm əhəmiyyət daşıyan və xəbərdar olduğu bütün halları Sığortaçıya bildirməyə borcludur.
13.2. Hər bir xxxxx xxxxx xxxxxx dedikdə, Sığortaçı ilə təklifnamədə razılaşdırılan minimum fakt və şərtlər (xxxxx bunlarla məhdudlaşmayan) başa düşülməlidir.
Maddə 14. SIĞORTAÇININ SORĞUSU.
Sığortalı, sığorta müqaviləsinin bağlanması üçün Sığortaçı tərəfindən müəyyən olunan formada (ərizə formasında) göstərilən sualları tam və düzgün cavablandırmalıdır. Sualların düzgün cavablandırılmaması, əgər sığorta riskinin qiymətləndirilməsində əhəmiyyətə malikdirsə, Sığortaçıya öz vəzifələrinin icrasından imtina etmək hüququ qazandırır.
Maddə 15. ƏLAVƏ ŞƏRTLƏR.
Sığorta müqaviləsində bu Qaydalara zidd olmayan əlavə şərtlər müəyyən oluna bilər. Həmçinin Sığortalı sığorta müqaviləsini bu Qaydalarla müəyyən olunan təminatlardan hamısını, birini və ya bir neçəsini seçməklə bağlaya bilər.
Maddə 16. SIĞORTA MÜQAVİLƏSİNİN QAYDALAR ÜZƏRİNDƏ ÜSTÜNLÜYÜ
Sığorta müqaviləsi bağlanarkən Sığortalı və Sığortaçı bu Qaydaların müəyyən müddəalarının dəyişdirilməsi və ya istisna edilməsi, həmçinin ona müəyyən əlavələr edilməsi barədə razılığa gələ bilərlər. Bu Qaydalarda nəzərdə tutulmuş istisnalar və məhdudiyyətlər qanunvericiliyə zidd olmadığı hallarda tərəflərin razılığı ilə sığorta təminatına daxil edilə bilər.
Maddə 17. SIĞORTA MÜQAVİLƏSİNİN MÜDDƏTİ.
17.1. Sığorta müqaviləsi müəyyən müddət üçün bağlanılır.
17.2. Sığorta yalnız sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrinə təminat verir.
17.3. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.
Maddə 18. SIĞORTA RİSKİNİN ARTMASI.
18.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığortalı sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi hallarda baş verən, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə biləcək və ona məlum xxxx digər bütün dəyişikliklər haqqında Sığortaçıya təxirə salmadan məlumat verməlidir.
18.2. Xxxxxx artmasına təsir edən hallar barəsində məlumatı aldıqdan sonra Sığortaçı sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya xxxxx riskə mütənasib olaraq əlavə sığorta haqqının ödənilməsini tələb etmək hüququna malikdir.
18.3. Əgər Sığortalı sığorta müqaviləsinə edilən dəyişikliklərlə razılaşmazsa və yaxud əlavə sığorta haqqı ödəməkdən imtina edərsə, sığorta müqaviləsi riskdəki bu dəyişikliyin baş verdiyi andan etibarsız sayılır.
Maddə 19. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ.
19.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
19.1.1. Sığorta predmeti artıq mövcud olmadıqda;
19.1.2. Qanunla müəyyən edilən hallar istisna olmaqla, sığortalı hüquqi şəxs ləğv olunduqda;
19.1.3. Sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə, sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
19.1.4. Sığortalanmış əmlak özgəninkiləşdirilərkən, sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə;
19.1.5. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
19.1.6. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
19.1.7. Sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
19.1.8. Sığorta marağı artıq mövcud olmadıqda;
19.1.9. Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
19.2. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, mülki məsuliyyət sığortası üzrə müqavilə məhkəmənin müvafiq qərarının qüvvəyə mindiyi andan xitam verilmiş hesab edilir, digər hallarda isə belə sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.
Maddə 20. SIĞORTA MÜQAVILƏSINƏ VAXTINDAN ƏVVƏL XITAM VERMƏ ILƏ BAĞLI XƏBƏRDAR ETMƏ.
20.1. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı tərəflərin bir-birini xəbərdar etmə öhdəliyi:
20.1.1. Bu qaydaların 19.1-ci və 19.2-ci maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda, müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
20.1.2. Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
Maddə 21. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ.
21.1. Sığorta müqaviləsinə sığortaçı tərəfindən vaxtından əvvəl xitam verilə bilər. Bu halda:
21.1.1. Əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır, əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
21.1.2. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığortaçı sığorta haqqını sığortalıya qaytarmır.
21.1.3. Sığorta müqaviləsinə məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu qaydaların 21.1.2-ci və 21.2.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
21.2. Sığorta müqaviləsinə sığortalı tərəfindən vaxtından əvvəl xitam verilə bilər. Bu halda:
21.2.1. Sığortalı, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçıdan həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarının ona qaytarmasını tələb edir, əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçıdan sığorta haqlarını bütünlüklə sığortalıya qaytarılmasını tələb edir.
21.2.2. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması bu qaydaların 21.1.1-ci və 21.2.1-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
21.3. Sığorta predmeti və hadisəsi barəsində Sığortalıdan doğru və aydın məlumat verməsini tələb edir, Sığortalının bildirdiyi məlumatın yanlış və ya yarımçıq olması məlum olarsa:
21.3.1. Sığortalı bu hərəkəti qəsdən etmişdirsə, Sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən müvafiq müddət ərzində sığorta müqaviləsini ləğv edə bilər və sığorta hadisəsi baş verərsə, ödəniş verməkdən imtina edə bilər. Belə xxxx xxxxx bu qaydaların 21.1.1 və 21.1.2-ci maddəsinin tələblərinə əsasən ödəniş həyata keçirilir.
21.3.2. Sığortalı hərəkətinin qəsdən etmədiyi müəyyən olarsa, Sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən müvafiq müddət ərzində sığorta müqaviləsini ləğv edə bilər, həmçinin sığorta müqaviləsinin şərtlərini dəyişdirə və ya əlavə sığorta haqqı almaqla sığorta müqaviləsini qüvvədə saxlaya bilər.
FƏSİL V. SIĞORTA HADİSƏSİ ZAMANI EDİLƏCƏK HƏRƏKƏTLƏR. Maddə 22. SIĞORTA HADİSƏSİ HAQQINDA MƏLUMAT VERMƏK.
22.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Sığorta müqaviləsində məlumat verməyin müddəti və yaxud üsulu göstərilmişdirsə, o müəyyən olunmuş müddətdə və həmin üsulla həyata keçirilməlidir.
22.2. Sığortalı Bu qaydaların 22.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və ya dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməməlidir.
22.3. Sığortalı baş verən hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat verməyə və qanunvericiliklə ona aid edilmiş bütün öhdəlikləri yerinə yetirməyə borcludur.
Maddə 23. ZƏRƏRİN QARŞISININ ALINMASI VƏ HƏCMİNİN AZALDILMASI.
23.1. Sığorta hadisəsi zamanı Sığortalı mümkün zərərin qarşısını almaq və miqdarını azaltmaq üçün bütün ağlabatan və mümkün tədbirləri görməlidir.
23.2. Belə tədbirlər həyata keçirilərkən Sığortalı Sığortaçıdan aldığı təlimatları yerinə yetirməlidir.
Maddə 24. SIĞORTAÇI TƏRƏFİNDƏN NƏZARƏT.
24.1. Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar Sığortalının bütün hərəkətləri üzərində nəzarət etmək və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır.
24.2. Sığortalı sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta obyektini Sığortaçı baxış keçirənə qədər sığorta hadisəsindən sonra düşdüyü vəziyyətdə saxlamağa borcludur.
24.3. Təmirin yeri təmir başlanana qədər Sığortaçı ilə razılaşdırılmalıdır.
24.4. Sığortalı sığorta hadisəsinə aid bütün sənədləri və məlumatı Sığortaçıya təqdim etmək, həmçinin hadisənin digər iştirakçılarının və sığorta hadisəsi ilə bağlı məsələlərə baxan səlahiyyətli dövlət orqanlarının bütün hərəkətləri barədə təxirə salınmadan məlumat vermək öhdəliyi daşıyır.
24.5. Sığortalı Sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət etməyə, saziş imzalamağa və ya vəd verməyə haqlı deyildir.
24.6. Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda Sığortaçı öz hesabına Sığortalının maraqlarını təmsil və müdafiə etməyə haqlıdır.
Maddə 25. SIĞORTA HADİSƏSİNİN SÜBUT OLUNMASI.
25.1. Sığorta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin ölçüsünü sübut etmək Sığortalının vəzifəsidir.
25.2. Sığorta hadisəsi faktının və şəraitinin, eyni zamanda zərərin miqdarının sübut edilməsi üçün Sığortalı malik olduğu və həmçinin qanunvericiliyə və adi təcrübəyə müvafiq olaraq əldə etməli bütün sənədləri Sığortaçıya təqdim etməyə borcludur.
FƏSİL VI. ÖDƏNİLƏN ZƏRƏRLƏR. Maddə 26. ƏVƏZİ ÖDƏNİLƏCƏK ZƏRƏRLƏR.
Sığortaçı sığorta hadisələri nəticəsində yaranan aşağıdakı zərərləri ödəyir:
26.1. Sığorta predmetinə dəyən birbaşa zərərləri:
26.1.1. Hava gəmisinə dəyən real zərəri;
26.1.2. Səbəb olduğu ziyanın əvəzinin ödənilməsi üçün Sığortalının üzərinə qoyulan məbləği;
26.2. Sığortaçı tərəfindən ödəniləcək zərərlərin həcminin azaldılması və ya qarşısının alınması məqsədilə çəkilən zəruri və məqsədyönlü xərcləri;
26.3. Sığorta hadisəsinin səbəbini və şəraitini araşdırmaq, həmçinin Sığortaçı tərəfindən ödənilməli xxxx zərərin miqdarını müəyyən etmək məqsədilə çəkilən zəruri xərcləri.
Maddə 27. HAVA GƏMİSİNƏ DƏYƏN ZƏRƏR.
27.1. Hava gəmisinə dəyən zərər aşağıdakı kimi müəyyən edilir:
27.1.1. məhv olduqda (tam və ya konstruktiv) - sığorta hadisəsi baş verən andakı bazar qiyməti həcmində;
27.1.2. təmir olunduqda -
27.1.2.1. əgər hava gəmisi tam təmir edilərsə - təmir xərcləri həcmində; əgər hava gəmisi qismən təmir edilərsə - təmir xərcləri, həmçinin hava gəmisinin tam təmir xərclərindən artıq olmamaqla, onun təmir olunmayan zədələrinin səbəb olduğu bazar qiymətindəki ucuzlaşma həcmində;
27.1.2.2. əgər sığorta müddəti ərzində hava gəmisi təmir edilməz və xarab vəziyyətdə satılmazsa - hava gəmisinin tam təmir xərclərindən artıq olmamaqla, onun təmir olunmayan zədələrinin səbəb olduğu bazar qiymətindəki ucuzlaşma həcmində.
27.2. Sığorta müddəti ərzində hava gəmisinin hər hansı təmir olunmamış zədədən irəli gələn tam məhv olması (sığorta hadisəsi və ya digər səbəb nəticəsində) halında həmin zədəyə görə sığorta ödənişi verilmir.
27.3. Ayrı-ayrı hissələrin dəyişdirilməsi zərurəti yarandıqda, zərər köhnəlmə dəyəri çıxılmaqla, dəyişdirilən eyni hissələrin bazar dəyəri həcmində müəyyən edilir.
27.4. Sığortaçının seçiminə görə əmlakın təmir xərcləri ya ixtisaslaşmış ekspert təşkilatı tərəfindən hazırlanmış, tələb olunan təmirin (bərpanın) qiymətinin ilkin smetası (hesablanması, qiymətləndirilməsi) əsasında, ya da real təmir faktına əsasən müəyyən olunur.
27.5. Əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, aşağıdakı zərərlərin əvəzi ödənilmir:
27.5.1. güc qurğularına, sistemlərinə və avadanlıqlarına dəymiş zərərin 10 xxxxx;
27.5.2. hava gəmisinin gövdəsinə, qanadlarına, quyruq hissəsinə və şassisinə dəymiş zərərin 25 xxxxx.
27.6. Sığortaçı sığorta olunmuş əmlaka dəymiş zərərin əvəzini yuxarıda göstərildiyi kimi müəyyən edildmiş qaydada hər bir sığorta hadisəsi üzrə sığorta məbləği həddində ödəyir.
Maddə 28. ÜÇÜNCÜ ŞƏXSLƏR QARŞISINDA MƏSULİYYƏT.
28.1. Vurduğu zərərə görə Sığortalının üzərinə qoyulmuş məbləği Sığortaçı ödəyir.
28.2. Sığortaçı üçüncü şəxsə vurulmuş zərərə görə məsuliyyətlə bağlı Sığortalının üzərinə qoyulmuş aşağıdakı məbləğləri ödəmir:
28.1.1. əldən çıxmış fayda və ya digər dolayı zərərləri;
28.1.2. mənəvi zərəri.
Maddə 29. ZƏRƏRİN AZALDILMASI MƏQSƏDİLƏ ÇƏKİLƏN XƏRCLƏR.
29.1. Sığortaçı tərəfindən əvəzi ödənilməli xxxx zərərləri azaltmaq məqsədilə Sığortalının çəkdiyi xərclər, həmin xərclərin digər zərərlərlə birlikdə sığorta məbləğini aşa bilməsindən asılı olmayaraq, Sığortaçı tərəfindən ödənilir, bu şərtlə ki, belə xərclər zərurət və ya Sığortaçının göstərişlərini yerinə yetirmək məqsədilə ortaya çıxmış olsun.
29.2. Sığortaçı zərərlərin qarşısını almaq və ya azaltmaq məqsədilə Sığortalının bilərəkdən ağlabatan və mümkün (səmərəli) tədbirləri görməməsi nəticəsində ortaya çıxan zərərləri ödəmək öhdəliyindən azad edilir.
Maddə 30. SIĞORTA HADİSƏSİNİN ARAŞDIRILMASI MƏQSƏDİLƏ ÇƏKİLƏN XƏRCLƏR.
Sığorta hadisəsinin səbəblərinin və şəraitinin aydınlaşdırılması, zərərlərin həcminin müəyyən edilməsi üçün çəkilən zəruri xərclər, bu xərclərin digər xərclərlə birlikdə sığorta məbləğini aşa bilməsindən asılı olmayaraq Sığortaçı tərəfindən ödənilir.
Maddə 31. QİSMƏN SIĞORTA
Əgər sığorta məbləği əmlakın sığorta dəyərindən (sığorta müqviləsi bağlandığı gün onun yerləşdiyi yerdəki həqiqi dəyəri) az müəyyən olunmuşdursa, Sığortaçı vurulmuş zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx eyni nisbəti əsasında ödəyir.
FƏSİL VII. SIĞORTA ÖDƏNİŞİ. Maddə 32. TƏLƏB OLUNAN SƏNƏDLƏR.
32.1. Sığorta hadisəsi baş verdikdə Sığortaçı aşağıdakı sənədləri sığortalıya təqdim etməlidir:
32.2. Hadisənin baş vermə vaxtı, təfsilatı, məlum xxxx şəraiti barədə ərizə;
32.3. Qanunvericiliklə qeydə alınmalı xxxx hadisələrin baş verməsi zamanı müvafiq orqanların həmin hadisənin baş verməsi faktını təsdiq edən arayışı (sənədi);
32.4. Sığortaçının tələb etdiyi - sığorta hadisəsinin araşdırılmasında əhəmiyyət kəsb edən digər zəruri sənədlər.
32.5. Sığortaçı sığorta ödənişinin verilməsi və ya sığorta ödənişinin verilməsindən imtina edilməsi barəsində qərarı sığortalının qeyd olunan sənədləri sığortaçıya təqdim etdiyi tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində qəbul edir və sığоrtа аktı tərtib еdərək təsdiq еdir. Əgər Sığоrtаçı Sığоrtаlının vеrdiyi məlumаtın məхsusi tədqiqаtını аpаrırsа, bu hаldа sığоrtа аktı bu tədqiqаt bаşа çаtdıqdаn sоnrа, lаkin sığоrtа hаlı üzrə sənədlər dəsti Sığоrtаlıdаn аlındıqdаn sоnrа 3 аydаn gеc оlmаyаrаq təsdiq еdilir.
32.6. Sığorta ödənişinin verilməsindən imtina edilməsi barəsində qərar sığortalıya yazılı şəkildə verilir və burada imtinanın səbəbləri göstərilir.
32.7. Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı sığortalı barəsində həmin hadisənin baş verməsi ilə əlaqədar inzibati xəta üzrə iş və ya cinayət işi başlanarsa, sığortaçı müvafiq sığorta ödənişinin verilib-verilməməsi barədə qərarını səlahiyyətli orqanın bu iş üzrə yekun qərarından sonra qəbul edir.
Maddə 33. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI QAYDASI.
33.1. Sığortalanmış əmlaka vurulan zərərlərin həcmi müəyyən olunduqdan sonra sığorta ödənişinin hesablanması aşağıdakı üsullarla həyata keçirilir:
33.1.1. Qismən sığorta zamanı - sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbəti əsasında vurulmuş zərərlərə təminat verilir;
33.1.2. Sığorta müqaviləsində azadolma nəzərdə tutulduqda azadolma məbləği çıxılmaqla zərərlərə təminat verilir;
33.2. Sığorta müqaviləsi üzrə sığorta ödənişlərinin ümumi miqdarı sığorta məbləğini aşa bilməz.
Maddə 34. SIĞORTA ÖDƏNİŞİNDƏN SIĞORTA HAQQININ TUTULMASI
Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
Maddə 35. QALIQLARA XXXX HÜQUQUN KEÇMƏSİ.
35.1. Sığortaçı sığortalanmış əmlakın (hava gəmisinin) məhv olmasının əvəzini ödədikdə və ya onun ayrı-ayrı hissələrini başqası ilə əvəz etdikdə Sığortalının həmin əmlaka və dəyişilmiş hissələrə xxxx hüquqları Sığortaçıya keçir. Bütün qalıqlar Sığortaçıya verilməlidir.
35.2. Sığortalı həmin hüquqların Sığortaçıya keçməsi üçün bütün zəruri tədbirləri görməyə borcludur.
35.3. İtmiş əmlakın (hava gəmisinin) sonradan tapılması halında Sığortaçı öz rəyinə əsasən əmlakı özündə saxlamaq və yaxud Sığortalıya qaytarmaq hüququna malikdir. İkinci halda əmlaka görə alınmış sığorta ödənişi Sığortaçıya xxxx qaytarılmalıdır. Əgər əmlak korlanmış vəziyyətdə əldə olunarsa, Sığortaçı Sığortalıya həmin zərərlərin əvəzini ödəyir.
Maddə 36. SIĞORTA ÖDƏNİŞİ VERMƏKDƏN İMTİNA.
Aşağıdakı hallarda Sığortaçı Sığortalıya sığorta ödənişini verməkdən imtina etməyə haqlıdır:
36.1. Sığortalının ona məlum xxxx informasiyaları verməməsi və ya xxxxxx dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şərait müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar barədə qəsdən yanlış məlumatlar verməsi;
36.2. Sığortaçıya baş vermiş sığorta hadisəsi barəsində vaxtında məlumat verilməməsi, bir şərtlə ki, məlumatın vaxtında verilməməsi Sığortaçını sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi imkanlarından məhrum etsin;
36.3. Sığortalı tərəfindən sığorta müqaviləsinə, bu Qaydalara və ya qanunvericiliyə əsasən ona həvalə edilən öhdəliklərə və şərtlərə əməl edilməməsi.
36.4. Sığortalı tərəfindən sığorta müqaviləsi, bu Qaydalar və ya qanunvericiliklə müəyyən olunmuş tələb və şərtlərə əməl edilməməsi, bir şərtlə ki, bu sığorta hadisəsinin baş verməsi və ya itkilərin həcminin artması ilə nəticələnsin, yaxud da sığorta hadisəsinin baş vermə şəraitinin düzgün araşdırılması imkanlarını məhdudlaşdırmış olsun.
36.5. Sığortalının sığorta qanunvericiliyində və bu qaydalarla nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədiyi hallarda.
36.6. Sığorta qanunvericiliyi və bu qaydalarla nəzərdə tutulmuş digər hallarda.
Maddə 37. AZADOLMA.
Tərəflər sığorta müqaviləsində, sığorta hadisəsi zamanı sığorta məbləğinin müəyyən bir faizinə qədər xxxx zərərin və yaxud zərərin müəyyən bir faizinin və ya məbləğinin Sığortaçı tərəfindən ödənilməyəcəyini (azadolmanı) razılaşdıra bilərlər.
MADDƏ 38. SUBROQASİYA.
38.1. Subroqasiya - Sığorta hadisəsi nəticəsində sığortalıya dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etməsidir.
38.2. Əvəzi ödənilmiş zərərə görə sığortalının dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
38.3. Sığortalı sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
38.4. Sığortalı dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir və lazımsız yerə verilmiş sığorta ödənişinin qaytarılmasını tələb edir.
38.5. Sığortaçı subroqasiya hüququndan zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
38.6. Əgər sığortalı vurulmuş zərərlərə görə üçüncü şəxsdən zərərin əvəzini almışdırsa, sığortaçı yalnız verilməli xxxx sığorta ödənişi məbləği ilə sığortalının üçüncü şəxsdən aldığı məbləğ arasındakı fərqi ödəyir.
Maddə 39. ÜÇÜNCÜ ŞƏXSLƏR TƏRƏFİNDƏN ZƏRƏRİN ÖDƏNİLMƏSİ.
Əgər Sığortalı vurulmuş zərərə görə üçüncü şəxsdən (şəxslərdən) zərərin əvəzini almışdırsa, Sığortaçı yalnız verməli xxxx sığorta ödənişi məbləği ilə sığortalının üçüncü şəxsdən(şəxslərdən) aldığı məbləğ arasındakı fərqi ödəyir.
Maddə 40. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI.
40.1. Sığorta müqaviləsi üzrə ortaya çıxan mübahisələr tərəflərin danışıqlar yolu ilə həll edilir.
40.2. Razılığa gəlinmədiyi təqdirdə mübahisələrə Azərbaycan Respublikasının mövcud qanunvericiliyində müəyyən olunmuş qaydada aidiyyatı üzrə məhkəmədə baxılır.
40.3. Sığorta müqaviləsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
HАVА GƏMİSİNİN АQRЕQАTLАRININ DƏYƏRİNİN HАVА GƏMİSİNİN DƏYƏRİNDƏKİ ХÜSUSU ÇƏKİLƏRİNİN CƏDVƏLİ.
(% ilə)
Tərkib hissələrinin аdı | 2 mühərrikli təyyаrələr | 3-4 mühərrikli təyyаrələr | Vеrtоlyоtlаr |
1. Güc qurğusu, о cümlədən: а) bütün mühərriklər b) hаvа vintləri v) rеduktоr və trаnsmissiyа 2. Plаnеr, о cümlədən: а) sеntrоplаnı оlаn füzеlyаj b) qаnаd və mоtоqоndоllаr v) təyyаrənin quyruğu q) şаssi 3. Bоrt аvаdаnlığı və ləvаzimаtı | 24,0 24,0 60,0 30,0 15,0 9,0 6,0 16,0 | 36,0 36,0 50,0 25,0 13,0 8,0 4,0 14,0 | 48,0 28,0 4,0 16,0 40,0 30,0 9,0 1,0 12,0 |
Yеkun: | 100,00 | 100,00 | 100,00 |
Qеyd:
1. Аqrеqаtlаrın dəyərinin hаvа gəmisinin dəyərinə оlаn fаizlə göstərilən хüsusi çəkiləri, hər hаnsı аqrеqаt tаm dаğıldıqdа Sığоrtаlıyа dəyən ziyаnın myəyyən еdilməsi üçün mаksimаl qiymətdə göstərilmişdir.
2. Hər hаnsı аqrеqаt yеrli хаrаktеrli zədələnməyə məruz qаlаrsа, ziyаnın ölçüsü Sığоrtаçı tərəfindən еkspеrt üsulu ilə mаksimаl ziyаnа оlаn fаiz nisbəti kimi müəyyən еdilir.