AZƏRBAYCAN RESPUBLİKASININ TİKİNTİ MƏCƏLLƏSİ
AZƏRBAYCAN RESPUBLİKASININ TİKİNTİ MƏCƏLLƏSİ
I fəsil
Ümumi müddəalar
Maddə 1. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar.
1.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur:
1.0.1. tikinti fəaliyyəti (tikinti) – tikintiyə və layihələndirilməyə aid icazə sənədlərinin alınması, layihə sənədlərinin hazırlanması, bina və qurğuların inşası, əsaslı, xxxx təmiri, yenidən qurulması, bərpası, genişləndirilməsi və demontajı da daxil olmaqla, tikinti işlərinin yerinə yetirilməsi sahəsində həyata keçirilən tədbirlərdir;
1.0.2. tikinti obyektləri (obyektlər) - tikinti fəaliyyəti nəticəsində yeni yaradılan, bərpa olunan, habelə əsaslı təmiri, yenidənqurulması, genişləndirilməsi, texniki təkmilləşdirilməsi yerinə yetirilən bina, qurğu, mühəndis təminatı sistemi və ya onların kompleksidir;
1.0.3. bina - insanların yaşaması və ya fəaliyyəti, onların təbiət təsirlərindən (atmosfer təsirlərindən) mühafizəsi, əhaliyə müxtəlif sosial-mədəni (məişət) xidmətlərin göstərilməsi, habelə istehsalat sahələrini yerləşdirilməsi və maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş yerüstü tikinti obyektidir
1.0.4. qurğu – tikinti fəaliyyətinin ayrıca nəticəsi olaraq, istehsalat prosesinin və ya müxtəlif qeyri-istehsalat funksiyalarının həyata keçirilməsinə xidmət edən inşaat-mühəndis obyektidir.
1.0.5. xxxxxx – müəyyən daxili sahəyə malik, bu və ya digər məqsədlər üçün inşa olunan (uzun və ya qısamüddətli yaşayış, xidmət, istehsalat və sair) daşınmaz əmlakdır
1.0.6. obyektin inşaat (tikinti) pasportu – obyektin layihələndirilməsinə və tikintisinə dair müvafiq icra hakimiyyəti və ya bələdiyyə orqanı tərəfindən verilmiş sənədləri, memarlıq-planlaşdırma göstərişlərini (tapşırığını), tikinti üçün ayrılmış sahənin (sahələrin) topoqrafik koordinatlarını, vəziyyət (situasiya) planını, ayrıc aktını, mühəndis-kommunikasiya xətlərinə dair texniki şərtləri (tapşırıqları) və bu xətlərin sxematik cizgisini, tikinti üçün ayrılmış sahəyə (sahələrə) xxxx sanitariya, yanğın təhlükəsizliyi və ekologiya tələbləri özündə cəmləşdirən sənədlər toplusudur;
1.0.7. risk – insanların həyat və sağlamlığına, hüquqi və fiziki şəxslərin, dövlət və ya bələdiyyə əmlakına, ətraf mühitə, heyvanlar və bitkilər aləminə ziyanın vurulması ehtimalıdır;
1.0.8. əsaslı tikinti – torpaq işlərinin yerinə yetirilməsindən (özüllərin hazırlanması, bünövrələrin qazılması və sair) başlayaraq yükdaşıyan və qoruyucu konstruksiyaların inşası və mühəndis-kommunikasiya xətlərinin çəkilməsinə qədər
kompleks tikinti işlərinin yerinə yetirilməsi nəticəsində təyinat və həcmindən asılı olmayaraq istənilən binanın, tikilinin və ya qurğunun yaradılmasıdır
1.0.9. obyektin bərpası - fiziki aşınmaya məruz qalmış, zədələnmiş və ya müxtəlif səbəblərdən istismara yararsız vəziyyətə düşmüş obyektin xüsusi layihə həlləri əsasında tikinti-quraşdırma işləri yerinə yetirilməklə ilkin vəziyyətinə qaytarılmasıdır;
1.0.10. obyektin əsaslı təmiri - mövcud obyektin fiziki və mənəvi köhnəlməsini aradan qaldırmaq, istismar (istifadə) müddətini uzatmaq və ya istismar (istifadə) keyfiyyətini (xüsusiyyətlərini) yaxşılaşdırmaq məqsədilə yükdaşımayan konstruksiyaların (hissələrin) müvafiq layihə əsasında dəyişdirilməsi və ya gücləndirilməsi, habelə yeni konstruksiya həllərinin tətbiqi və mühəndis-kommunikasiya xətlərinin quraşdırılması ilə əlaqədar tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir;
1.0.11. obyektin xxxx təmiri - mövcud obyektin istismar xüsusiyyətlərinin (istifadə imkanlarının) saxlanılması (yaxşılaşdırılması) üçün yeni tikintilər aparılmadan və yükdaşıyan konstruksiyalarda dəyişikliklər edilmədən tikinti-təmir işlərinin yerinə yetirilməsidir;
1.0.12. obyektin yenidən qurulması (rekonstruksiyası) - obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar (istifadə) şəraitinin müasirləşdirilməsi məqsədilə yeni layihə həllərinin, texnoloji proseslərin və avadanlıqların tətbiqi, habelə bununla əlaqədar xxxx xxxx xxxx, qurğu və ya kommunikasiyaların inşa edilməsi istiqamətində tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin aparılmasıdır;
1.0.13. obyektin genişləndirilməsi və texniki təkmilləşdirilməsi – obyektin mövcud istehsal gücünü və istismar (istifadə) imkanlarını artırmaq məqsədilə onun ərazisində (sahəsində) və ya əlavə ərazilərdə (sahələrdə) yeni bina və qurğuların inşası, habelə istehsalat proseslərini təkmilləşdirmək üçün həmin bina və qurğuların müasir texnoloji və texniki vasitələrlə təchiz edilməsi üzrə tikinti- quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir;
1.0.14. obyektin demontajı – texniki təhlükəsizlik tələblərinə riayət olunmaqla bina və qurğuların konstruktiv elementlərinin hissə-hissə sökülməsidir;
1.0.15. tikinti-quraşdırma işləri - təsdiq olunmuş layihələr əsasında yeni obyektin yaradılması və ya mövcud obyektin əsaslı təmiri, yenidən qurulması, genişləndirilməsi, texniki təkmilləşdirilməsi və ya bərpası məqsədilə yerinə yetirilən işlərdir;
1.0.16. buraxılış-sazlama işləri - obyektlərdə quraşdırılmış texnoloji və ya mühəndis avadanlıqlarının istismara hazır vəziyyətə gətirilməsi üçün yerinə yetirilən işlərdir;
1.0.17. tikinti sahəsi – qanunvericiliyin tələblərinə uyğun olaraq tikinti işlərinin aparılması üçün ayrılmış, aydın şəkildə nişanlanmış torpaq sahəsi və onu ətrafındakı obyektlərdən ayıra normativ məsafə sərhədləridir;
1.0.18. tikinti işləri - tikinti obyektlərinin inşası, mövcud tikinti obyektlərinin təmiri, bərpası, yenidən qurulması, genişləndirilməsi, texniki təkmilləşdirilməsi, demontajı və sair sahələrdə həyata keçirilən əməliyyatlardır;
1.0.19. tikinti prosesi – qanunvericiliklə müəyyənləşdirilmiş qaydada tikintiyə icazənin alınmasına, obyektin inşasına, istismara verilməsinə və digər son tikinti məhsulunun əldə olunmasına yönələn texnoloji baxımdan sıx əlaqədə yerinə yetirilən tikinti işlərinin məcmusudur
1.0.20. tikinti normativ sənədləri - tikintiyə dair texniki normaları, qaydaları və standartları əhatə edən, o cümlədən planlaşdırmaya, tikinti işlərinin aparılmasına, obyektin sökülməsinə, istismara qəbul edilməsinə dair əsas tələbləri, layihə şərtlərini və qaydalarını müəyyən edən və müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş normativ hüquqi aktlardır;
1.0.21. tikinti layihəsi (layihə-smeta sənədləri) – obyektin ərazisində mühəndis-axtarış işləri, baş planı, müfəssəl memarlıq-planlaşdırma və konstruktiv həllini, mühəndis təminatını, tikintinin təşkilini və çəkiləcək xərcləri (smeta) özündə tam əks etdirən işçi cizgiləri və sənədlər toplusudur;
1.0.22. eskiz layihə - obyektin vəziyyət (situasiya) planını, fəza, memarlıq, mühəndisi, texnoloji, dizayn, dekotariv və digər ideya həllərini əks etdirən sadələşdirilmiş sxem formasında xxxx cizgilərdir;
1.0.23. memarlıq layihəsi – təsdiq edilmiş şəhərsalma sənədləri əsasında hazırlanmış və tikinti obyektinin həcm-məkan quruluşunu, planını və bədii-estetik həllini müəyyənləşdirən sənədlərdir;
1.0.24. smeta - tikintiyə sərf ediləcək bütün maliyyə xərclərinin əks olunduğu sənədlər toplusudur;
1.0.25 tikintidə dövlət nəzarəti – bina və qurğuların möhkəmliyinin, dayanıqlığının və istismar etibarlığının təmin edilməsi, yenidənqurma və genişləndirmə işlərinin təsdiq edilmiş layihələrə uyğun aparılması, tikinti materialları, konstruksiyaları və məmulatlarının istehsalı ilə bağlı tikinti fəaliyyətini tənzimləyən dövlət standartlarının, tikinti normativ sənədlərinin tələblərinə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər tərəfindən əməl edilməsinə nəzarəti təmin edən səlahiyyətli dövlət orqanlarının fəaliyyətinin həyata keçirilməsi formasıdır;
1.0.26. tikintidə texniki nəzarət - aparılan tikinti işlərinin layihə-smeta sənədlərinə uyğunluğunu müəyyən etmək məqsədilə sifarişçi tərəfindən həyata keçirilən yoxlamalardır;
1.0.27. tikintidə müəllif nəzarəti - obyektin memarlıq, tikinti, texnoloji və digər texniki həllərinin, həmçinin onun texniki iqtisadi göstəricilərinin təsdiq edilmiş layihələrə uyğunluğunu təmin etmək məqsədilə layihəçi tərəfindən həyata keçirilən yoxlamalardır;
1.0.28. daxili əməliyyat nəzarəti – obyektdə aparılan tikinti işlərinin bütün mərhələlərində tikinti normativ sənədləri ilə müəyyən edilmiş qaydada podratçının mühəndis-texniki personalı tərəfindən həyata keçirilən yoxlamalardır;
1.0.29. qırmızı xətlər – məhəllələrin, mikrorayonların ərazilərini və yaşayış məntəqələrinin planlaşdırma strukturuna aid digər elementlərin ərazilərini yanaşı küçələrdən (keçidlərdən, meydanlardan) ayıran sərhədlərdir. Qırmızı xətlər, bir qayda olaraq, tikinti sahəsinin sərhədlərini tənzimləyir
1.0.30. sarı xətlər – güclü zəlzələlər və digər təbiət və ya texnogen xarakterli fəlakətlər nəticəsində binanın (qurğunun, tikilinin) dağıntılarının ərazidə maksimal yol verilən yayılma sərhədləridir. Sarı xətlər, bir qayda olaraq, bina və qurğular arasındakı məsafələri tənzimləyir;
1.0.31. tikinti materialları – bina və qurğuların inşaat konstruksiyalarının yaradılmasında bilavasitə istifadə olunan və tikinti məmulatlarının hazırlanması üçün nəzərdə tutulan müxtəlif xassəli maddələrdir;
1.0.32. tikinti məmulatları – istehsal müəssisələrində hazırlanan və tikinti obyeklərində hazır məhsul kimi istifadə olunan inşaat materiallarıdır;
1.0.33. inşaat konstruksiyası – təyinatına görə müəyyən yükdaşıyan, qoruyucu və (və ya) estetik funksiyaları yerinə yetirən bina və qurğuların hissəsidir;
1.0.34. tikintinin başlanmasına icazə – təsdiq edilmiş tikinti layihələri əsasında tikinti işlərinin başlanmasına hüqüq verən rəsmi sənəddir;
1.0.35. sertifikat - tikinti materiallarının və məmulatlarının standartlara uyğunluğunu və ya müəyyən növ tikinti işlərini yerinə yetirməli xxxx şəxslərin peşəkarlıq qabiliyyətini təsdiq edən sənəddir;
1.0.36. tikintisi başa çatmış obyekt - layihə-smeta sənədlərinin və tikinti normativ sənədlərinin tələblərinə uyğun olaraq bütün tikinti işlərinin yerinə yetirildiyi bina və qurğulardır;
1.0.37. eyvan - obyektin istehlakçıları (istifadəçiləri) ilə ətraf mühit (təbiət) arasında birbaşa əlaqə yaradan, məhəccərlə haşiyələnmiş və binanın memarlıq kompozisiyası həllini zənginləşdirən mühüm konstruktiv elementdir;
1.0.38. reklam qurğuları - elanlar və ya rabitə qismində çıxış edən və ictimai yerlərdə vizual baxımdan qəbul olunan ümumtamaşa lövhələri, yazılar, təsvirlər, vərəqələr və kağız elanları üçün sütunlar və hamar səthlərdir;
1.0.39. qonşular - tikinti sahəsinə birbaşa xxxxx xxxx torpaqların və ya küçə və digər ictimai ərazi ilə ayrılmış yanaşı torpaq sahələrinin sahibləridir;
1.0.40. yanaşı divarlar - iki qonşu torpağın həddində ayrı-ayrılıqda inşa edilmiş divarlardır;
1.0.41. ortaq divar - iki qonşunun torpaq sahələrinin sərhədində tikilmiş divardır;
1.0.42. qonşu hədd - iki qonşu torpaqlar arasında mövcud və ya layihələndirilən bölgü xəttidir;
1.0.43. mühəndis-kommunikasiya sistemləri – obyektlərin istismarı üçün zəruri xxxx qaz, su, isitmə, isti su, elektrik, məişət, yağış kanalizasiya və digər təchizat vasitələridir;
1.0.44. müvəqqəti tikinti obyektləri - asanlıqla yığılıb-sökülən və yüngül inşaat konstruksiyalarından ibarət olub torpaq üzərində yerləşdirilən tikililərdir;
1.0.45. infrastruktur - mühəndis-kommunikasiya, sosial və məişət xidməti obyektlərinin kompleksidir;
1.0.46. yükdaşıyan konstruksiyalar – bina və qurğulara təsir edən yükləri qəbul edərək onun yükgötürmə qabiliyyətini təmin edən konstruksiya sistemidir;
1.0.47. mühəndis axtarışı – tikinti ərazisinin sərhədi hüdudunda torpaq sahəsinin səmərəli və təhlükəsiz istifadə olunması məqsədilə təbii şəraitin və texnogen təsirin öyrənilməsi, eləcə də ərazinin planlaşdırılması, yeni və ya yenidən qurulacaq tikinti obyektlərinin layihələrinin hazırlanması və əsaslandırılması üçün zəruri xxxx məlumatların toplanmasıdır;
1.0.48. tikinti obyektlərinin deformasiyası - yüklərin, həmçinin təbiət və texnogen hadisələrin təsiri altında forma və ya ölçülərində dəyişikliklərin baş verməsi, yaxud da dayanıqlığın itirilməsidir (sürüşmə, əyilmə, çökmə və sair);
1.0.49. dövlət ekspertizası – tikilməsi nəzərdə tutulan obyektlərin (bina və qurğuların) dayanıqlığının, seysmik davamlılığının və insanların, o cümlədən ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi üçün həmin obyektlərin layihə-smeta sənədlərinin qüvvədə xxxx tikinti xxxxx və qaydalarına, müvafiq standartlara uyğunluğunun yoxlanılmasıdır;
1.0.50. təbii işıqlandırma - binanın xarici qoruyucu konstruksiyalarında yerləşdirilmiş pəncərələr vasitəsilə onun daxili sahələrinin sanitar-texniki və tikinti normalarına uyğun işıqlandırılmasıdır;
1.0.51. insolyasiya - sahələrin mövcud normalara uyğun günəş şüaları ilə işıqlandırılmasıdır;
1.0.52. sifarişçi (investor) - tikintiyə sərmayə qoyan və ya öz funksiyalarını digər fiziki və ya hüquqi şəxsə həvalə edən Azərbaycan Respublikasının vətəndaşı və ya əcnəbi fiziki və ya hüquqi şəxsdir;
1.0.53. layihəçi – tələb olunan ixtisası, peşəkarlığı, təcrübəsi və lisenziyası xxxx, obyektin tikintisinin layihəsini hazırlayan hüquqi və ya fiziki şəxsdir;
1.0.54. podratçı - sifarişçi ilə bağlanmış müqaviləyə (kontrakta) əsasən tikinti işlərini həyata keçirən fiziki və ya hüquqi şəxsdir;
1.0.55. etibarlıq – bütövlükdə obyektlərin və onların yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından normal istismarının təmin edilməsidir;
1.0.56. seysmik rayonlaşdırma (zonalaşdırma) – ölkə ərazisinin potensial seysmik aktivlik göstəricilərinə görə müvafiq coğrafi zonalara (rayonlara) aid edilməsidir;
1.0.57. tikinti obyektlərinin seysmik təhlükəsizliyi - obyektlərdə seysmik dayanıqlığın təmin edilməsi üzrə tədbirlərdir;
1.0.58. drenaj - ərazilərdə su səviyyəsinin aşağı salınması, suyun yığılması və kənarlaşdırılması üçün quraşdırılmış sistemdir
1.0.59. tikinti obyektinin texniki-iqtisadi əsaslandırılması - obyektin tikintisi üçün tətbiq olunacaq texniki həlləri, sərf ediləcək maliyyə vəsaitlərini, əldə olunacaq nəticəni və tələb olunan digər göstəriciləri müəyyən etmək üçün aparılan müqayisəli texniki-iqtisadi hesablama və əsaslandırmaların məcmusudur.
Maddə 2. Azərbaycan Respublikasının tikinti qanunvericiliyi
Azərbaycan Respublikasının tikinti qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Məcəllədən və digər normativ hüquqi aktlardan ibarətdir.
Maddə 3. Azərbaycan Respublikasının tikinti qanunvericiliyinin təyinatı
Azərbaycan Respublikasının tikinti qanunvericiliyi əhalinin əlverişli yaşayış mühiti ilə təmin olunması məqsədilə məskunlaşma zonalarının səmərəli formalaşdırılması, ərazilərin, şəhərlərin və digər yaşayış məntəqələrinin tikintisi və abadlaşdırılması, onların istehsal, sosial, mühəndis, nəqliyyat infrastrukturunun inkişafı, təbiətdən səmərəli istifadə edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması və ətraf mühitin mühafizəsi sahəsində yaranan münasibətləri tənzimləyir.
Maddə 4. Əlverişli yaşayış mühitində yaşamaq hüququ
4.1. Tikinti fəaliyyəti əhalinin əlverişli yaşayış mühitində yaşamaq hüququnun təmin edilməsi məqsədini daşıyır. Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçirilir:
4.1.1. dövlət orqanları tərəfindən məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi, ərazilərin zonalaşdırılması tələblərinin nəzərə alınması, ekoloji təhlükəsizlik və sanitariya-gigiyena normaları tələblərinin yerinə yetirilməsi, ərazinin zəruri infrastrukturla təmin olunması, yaşayış məntəqələrinin yerləşdiyi ərazinin hüdudları daxilində əlverişli məskunlaşma mühitinin yaradılması;
4.1.2. daha əlverişli təbiət və iqlim şəraitinə və landşafta, zəruri müalicəvi, sanitariya-gigiyena şəraitinə, maarifləndirmə, mədəni-kütləvi, idman-sağlamlıq tədbirlərinin səmərəli keçirilməsinə imkan verən və bu məqsədlərə xidmət edən rekreasiya ərazilərinin ayrılması.
4.2. Əhalinin istirahəti üçün ərazilər seçilərkən tarix və mədəniyyət abidələrinə aid edilən obyektlərin mövcudluğu nəzərə alınmalıdır.
Maddə 5. Təbiət və texnogen təsirlərdən təhlükəsizliyin təmin edilməsi
5.1. Tikinti fəaliyyəti həyata keçirilərkən ilk növbədə əhalinin, ərazilərin və yaşayış məntəqələrinin təhlükəli təbiət və texnogen təsirlərindən müdafiəsinə dair qanunvericiliklə müəyyən olunmuş təhlükəsizlik tələblərinin təmin olunması nəzərə alınmalıdır. Bu tələblərə əməl olunması tədbirləri tikinti layihələrində öz əksini tapmalıdır.
5.2. Tikinti normativ sənədlərində əhalinin, ərazilərin və yaşayış məntəqələrinin təbiət və texnogen xarakterli fövqəladə hallar nəticəsində yarana biləcək təhlükəli və ya zərərli təsirlərdən müdafiə tədbirləri haqqında müddəalar öz əksini tapmalıdır.
5.3. Proqnozlaşdırılan təbiət və ya texnogen xarakterli fövqəladə hallar nəticəsində yaranan təhlükəli və ya zərərli təsirlərə meylli xxxx yaşayış məntəqələrinin və ərazilərinin belə təsirlərdən müdafiəsinə dair kompleks layihə sənədləri tərtib olunmalıdır.
Maddə 6. Ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi
6.1. Tikinti fəaliyyəti onun ətraf mühitə təsiri baxımından qiymətləndirilməli və həmin fəaliyyət zamanı təbiət ehtiyatlarından səmərəli istifadəyə, habelə ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsini təmin edilməsinə dair tədbirlər nəzərə alınmalıdır.
6.2. Tikinti layihələrində ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsinə, təbii resurslardan (ehtiyatlardan) səmərəli istifadə olunmasına dair müddəalar öz əksini tapmalıdır.
6.3. Sənaye obyektlərinin və ya ayrıca istehsalat komplekslərinin yerləşdiyi və ekoloji fəlakət zonası elan olunmuş ərazilərdə əhalinin və ətraf mühitin mühafizəsinə dair layihə sənədləri tərtib olunmalıdır.
Maddə 7. Tarix və mədəniyyət abidələrinin qorunması
7.1. Tikinti fəaliyyəti tarix və mədəniyyət abidələrinin olduğu ərazilərin və qanunvericiliklə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərin mühafizəsi təmin olunmaqla həyata keçirilməlidir.
7.2. Tarix və mədəniyyət abidələrinin, xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərin olduğu torpaq sahələrində tikinti fəaliyyətinin həyata keçirilməsini məhdudlaşdıran və ya qadağan edən xüsusi tənzimləmə sərhədləri müəyyən olunur. Bu sərhədlər daxilində xxxx ərazilərdən istifadə qaydaları qanunvericiliklə müəyyən olunur.
II fəsil
Tikinti fəaliyyəti sahəsində dövlət siyasəti və səlahiyyətlər.
Maddə 8. Tikinti fəaliyyəti sahəsində dövlət siyasəti
8.1. Tikinti fəaliyyəti sahəsində dövlət siyasəti dövlətin, fiziki və ya hüquqi şəxslərin maraqlarının qorunması, şəhərlərin və digər yaşayış məntəqələrinin, bütövlükdə isə ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi, tikinti işləri aparılarkən əhalinin həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınması, tikinti sahəsində çalışan işçilərin münasib əmək şəraiti ilə təmin edilməsi, ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsi, tarix və mədəniyyət abidələrinin qorunması, tikintinin şəhərsalma və tikinti normativ sənədlərinin tələblərinə və müasir standartlara uyğun olaraq aparılmasının təmin edilməsi məqsədini daşıyır.
8.2. Tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:
8.2.1. tikinti üçün torpaq sahəsinin ayrılmasının və tikintiyə icazə verilməsinin yalnız ərazi vahidinin Baş planı və digər şəhərsalma sənədləri əsasında, o cümlədən tikinti normativ sənədlərinin tələbləri nəzərə alınmaqla həyata keçirilməsi;
8.2.2. layihə-smeta sənədlərinin müvafiq orqanlar tərəfindən razılaşdırılması zamanı milli və müasir memarlığın, ekoloji, sanitariya-gigiyena, geoloji, texnogen, seysmik, yanğın, qaz və elektrik enerjisi təhlükəsizliyi, əməyin mühafizəsi və təhlükəsizlik texnikası tələblərinin nəzərə alınması;
8.2.3. tikinti fəaliyyəti üzrə bəzi iş növlərinin razılaşdırılması, layihə-smeta sənədlərinin dövlət ekspertizası, tikinti fəaliyyəti sahəsində işçilərin bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada attestasiyasının aparılması, onlara ixtisas-peşə sertifikatlarının verilməsi, tikinti materiallarının və məmulatlarının, tikintidə istifadə olunan avadanlıqların, xüsusi təyinatlı maşın və mexanizmlərin sertifikatlaşdırılması, tikinti sahəsində peşəkar məsuliyyətin sığortalanması;
8.2.4. yeni tikilən obyektlərdə tikinti normativ sənədlərinin tələblərinə uyğun olaraq sosial infrastrukturun, təhsil müəssisələrinin və istirahət yerlərinin, o cümlədən yaşayış binalarında mənzillərin sayından az olmamaq şərti ilə avtomobil dayanacaqlarının (qarajların) inşa edilməsi;
8.2.5. tikinti prosesində layihə-smeta sənədlərinin və tikinti normativ sənədlərinin tələblərinə əməl olunmasına, dövlət standartlarına uyğunluğu təsdiq edilmiş tikinti materiallarından və məmulatlarından, o cümlədən avadanlıqlardan, maşın və mexanizmlərdən istifadə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi.
8.3. Tikinti fəaliyyəti sahəsində dövlət siyasətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Maddə 9. Tikinti fəaliyyətinin xxxx-texniki təminatı
9.1. Tikinti fəaliyyətinin xxxx-texniki təminatı tikinti materiallarının və məmulatlarının, konstruksiya və avadanlıqların istehsalı və tətbiqi sahələrində xxxx tədqiqatların aparılmasından, tikinti fəaliyyəti sahəsində proqramların hazırlanmasından ibarətdir.
9.2. Tikinti fəaliyyətinin xxxx-texniki təminatı dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.
Maddə 10. Dövlət tikinti normativ sənədləri sistemi
10.1. Dövlət tikinti normativ sənədləri sistemi – bu Məcəllə də daxil olmaqla tikinti fəaliyyəti sahəsində standartların, xxxxx və qaydaların müəyyən edilməsi məqsədilə qəbul edilmiş normativ hüquqi aktların məcmusunu ifadə edən vahid sənədlər toplusudur.
10.2. Dövlət tikinti normativ sənədləri sistemi dövlətin və onun ərazisində yaşayan əhalinin iqtisadi və sosial maraqlarına, tikinti obyektinin yaradılmasının və istismarının bütün mərhələlərində istehlakçının hüquqlarının müdafiəsinə xidmət edir.
10.3 Tikinti fəaliyyətinin normativ təminatı tikinti sahəsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən normativ hüquqi aktların qəbul olunması yolu ilə həyata keçirilir.
10.4. Tikinti normativ sənədlərinin tələblərinə əməl olunması tikinti fəaliyyətini həyata keçirən bütün fiziki və hüquqi şəxslər tərəfindən məcburidir.
10.5. Dövlət tikinti normativ sənədləri sistemi müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və təsdiq olunur. Həmin sistemin tərkib hissəsi kimi Azərbaycan Respublikasında qüvvədə xxxx tikintiyə normativ sənədlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanları tərəfindən hər il dövri olaraq yenidən baxılır və nəşr edilir.
10.6. Tikinti normativ sənədlərinin hazırlanması, razılaşdırılması, təsdiq edilməsi, qeydiyyatdan keçirilməsi və qüvvəyə minməsi qaydaları qanunvericiliklə müəyyən edilir.
Maddə 11. Dövlət tikinti normativ sənədləri sisteminin tərkibi
11.0. Dövlət tikinti normativ sənədləri sisteminin tərkibinə daxil ola normativ sənədlərin aşağıdakı növləri vardır:
11.0.1. tikinti məmulatlarının standartlaşdırılması və sertifikatlaşdırılması, geodeziya işləri, mühəndis tədqiqatları, tikinti işlərinin təşkili, istismara qəbul, tikintidə təhlükəsizlik tədbirləri ilə bağlı normativlərdən ibarət təşkilati-metodik normativ sənədlər;
11.0.2. qurğuların əsas etibarlıq göstəricilərini, yanğın və partlayış təhlükəsizliyi, təbiət və texnogen xarakterli təhlükəli (zərərli) təsirlərdən müdafiə tələblərini, tikinti materiallarının, məmulat və konstruksiyalarının keyfiyyət və uyğunluğunu müəyyənləşdirən tikinti normativ sənədləri;
11.0.3. mülki və sənaye təyinatlı bina və qurğuların, nəqliyyat, hidrotexniki, meliorasiya qurğularının, o cümlədən magistral xxxx kəmərləri və kommunikasiyalarının layihələndirilməsi və inşası üzrə tikinti normativ sənədləri;
11.0.4. yaşayış məntəqələrinin və ya onların hissələrinin, ayrı-ayrı bina və qurğuların mühəndis təminatına dair tikinti normativ sənədləri;
11.0.5. tikinti materiallarına və məmulatlarına dair tikinti normativ sənədləri;
11.0.6. tikinti və tikinti-quraşdırma təşkilatlarının təchizat vasitələrinə, o cümlədən müvəqqəti və səyyar xxxxxx və avadanlıqlara dair tikinti normativ sənədləri;
11.0.7. qiymətqoyma və smetalar üzrə tikinti normativ sənədləri;
11.0.8. dövlət şəhərsalma kadastrının aparılmasına dair sənədlər;
11.0.9. tikinti, memarlıq və şəhərsalma sahələrində dövlət nəzarətinin həyata keçirməsinə dair tikinti normativ sənədləri
11.0.10. tikintidə xxxxxx işlərinə müsabiqələrin (tenderlərin) elan edilməsi və keçirilməsi sahəsində qanunvericiliyin tətbiqi ilə bağlı tikinti normativ sənədlərini qəbul etmək;
11.0.11. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyənləşdirilmiş tikinti normaları və standartları.
Maddə 12. Tikinti fəaliyyəti sahəsində müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətləri
12.0. Tikinti fəaliyyəti sahəsində müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aşağıdakılar aiddir:
12.0.1. tikinti fəaliyyəti sahəsində dövlət siyasətini həyata keçirmək;
12.0.2. ərazilərin və yaşayış məntəqələrinin səmərəli inkişafı proqramlarının həyata keçirilməsini təmin etmək;
12.0.3. dövlət əhəmiyyətli ərazilərin sərhədlərini və potensial təhlükəli tikinti obyektlərini müəyyən etmək;
12.0.4. şəhərlərin baş planını və dövlət əhəmiyyətli tikinti obyektlərinin layihələrini təsdiq etmək;
12.0.5. yeni tikinti obyektlərinin tikilməsi və mövcud tikinti obyektlərində dəyişikliklərin edilməsi üçün razılığın verilməsi qaydalarını müəyyən etmək;
12.0.6. dövlət əhəmiyyətli tikinti ərazilərindən və təbiət ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədilə tədbirlər görmək;
12.0.7. dövlət əhəmiyyətli obyektlərin layihələndirilməsi və tikilməsi haqqında qərar qəbul etmək;
12.0.8. tikinti obyektlərinin istismara qəbul edilməsi üçün Dövlət qəbul komissiyasını yaratmaq;
12.0.9. bu Məcəllənin tətbiqi məqsədi ilə memarlıq və tikinti fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar qəbul etmək;
12.0.10. tikinti layihələri üzərində ekspertizanın aparılması qaydasını müəyyən etmək;
12.0.11. dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrini təsdiq etmək;
12.0.12. lisenziyalaşdırılmış tikinti fəaliyyətinin həyata keçirilməsi üçün zəruri tələbləri təsdiq etmək;
12.0.13. memarlıq-tikinti nəzarətini həyata keçirən dövlət tikinti müfəttişlərinin attestasiyası qaydasını müəyyən etmək;
12.0.14. tikinti obyektinin mürəkkəb texniki obyekt hesab edilməsinin ümumi qaydalarını müəyyən etmək;
12.0.15. dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinin monitorinqinin aparılması qaydalarını müəyyən etmək;
12.0.16. tikinti layihələrinin dövlət ekspertizasından keçirilməsini təmin etmək;
12.0.17. dövlət tikinti nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etmək və belə nəzarətin xxxx-metodik təminatın təşkil etmək;
12.0.18. tikinti işlərinin başlanmasına icazə vermək;
12.0.19. tikinti-quraşdırma işlərinə daxil xxxx işlərin (xidmətlərin) növlərinin siyahısını təsdiq etmək;
12.0.20. tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;
12.0.21. tikinti obyektlərinin tikintisi üzərində texniki nəzarətin həyata keçirilməsi qaydalarını təsdiq etmək;
12.0.22. tikinti fəaliyyəti sahəsində pozuntulara yol vermiş şəxsləri məsuliyyətə cəlb etmək;
12.0.23. bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş səlahiyyətləri həyata keçirmək.
Maddə 13. Tikinti fəaliyyəti sahəsində yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri
13.0. Tikinti fəaliyyəti sahəsində yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinə aşağıdakılar aiddir:
13.0.1. bələdiyyə ərazilərinin planlaşdırılması layihələrini, o cümlədən şəhərsalma sənədlərini və abadlaşdırma planlarını hazırlamaq və təsdiq etmək;
13.0.2. bələdiyyə ərazilərində mühəndis-texniki və nəqliyyat infrastrukturunu inkişaf etdirmək;
13.0.3. bələdiyyə ərazilərində aparılan tikinti işləri ilə əlaqədar yerli infrastrukturun inkişafı üçün tələb olunan vəsaiti müəyyən etmək;
13.0.4. iri miqyaslı tikinti işləri üçün bələdiyyə ərazilərində yeni torpaq sahələrini ayırmaq, çəkiləcək yolları müəyyən etmək;
13.0.5. bələdiyyə ərazilərində tikinti sahələrinin yeni demarkasiyasını təşkil etmək;
13.0.6. ictimai, özəl və üçüncü şəxslərin maraqlarının qorunması üçün müvafiq tədbirlər həyata keçirmək;
13.0.7. bələdiyyə ərazilərində şəhərsalma sənədlərinin icrasına nəzarəti həyata keçirmək;
13.0.8. bələdiyyə ərazilərində aparılan tikinti fəaliyyətinə dair məlumat sistemini yaratmaq və tətbiq etmək;
13.0.9. bələdiyyə ərazilərində aparılan tikinti fəaliyyəti sahəsində qanunvericiliyə əməl olunmasına nəzarəti həyata keçirmək;
13.0.10. yerli əhəmiyyətli məskunlaşma layihələrini təsdiq etmək;
13.0.11. u Məcəllə və digər normativ hüquqi aktlarla bələdiyyələrin səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.
III fəsil
Tikinti obyektləri
Maddə 14. Tikinti obyektlərinin təyinatına görə təsnifatı
14.1. Təyinatından asılı olaraq tikinti obyektlərinin aşağıdakı növləri vardır:
14.1.1. çoxmənzilli, fərdi və səyyar yaşayış evləri;
14.1.2. ictimai bina və qurğular, o cümlədən tədris, səhiyyə və kurort, idman, dini, mədəni, məişət, nəqliyyat və sair;
14.1.3. inzibati binalar;
14.1.4. sənaye binaları və qurğuları;
14.1.5. kiçik miqyaslı memarlıq formaları;
14.1.6. müvəqqəti tikinti obyektləri.
14.2. Tikinti fəaliyyəti həyata keçirilərkən tikinti obyektlərinin inşasının hər bir növü üçün tikinti normativ sənədləri ilə müəyyən olunmuş tələblərə əməl olunmalıdır.
14.3. Aşağıdakılar müvəqqəti tikinti obyektləri hesab edilir:
14.3.1. yalnız tikinti işlərinin yerinə yetirildiyi müddət üçün layihələndirilmiş və tikinti işlərinin təşkili layihəsinə müvafiq olaraq tikinti obyektinin yerləşdiyi sahədə inşa edilmiş müvəqqəti tikinti obyektləri;
14.3.2. dövlətin mülkiyyətində və ictimai istifadədə xxxx ərazilərdə salınmış, istismar müddəti 3 ildən xxx olmamaqla istismar edilə bilən müvəqqəti bina və qurğular. Bu müddət bitdikdə müvəqqəti bina və qurğular dərhal sökülür və ya ərazidən çıxarılır və bu ərazidə abadlaşdırma işləri aparılır.
Maddə 15. Məsuliyyət səviyyəsinə görə tikinti obyektlərinin təsnifatı
15.1. Bu Məcəllənin məqsədləri üçün tikinti obyektləri aşağıdakı məsuliyyət səviyyələrinə görə təsnif olunurlar:
15.1.1. I - yüksək məsuliyyət səviyyəli bina və qurğulara aid tikinti obyektləri:
15.1.1.1. tutumu 10000 kub metr və daha xxx xxxx neft, neft və kimya məhsullarının saxlandığı çənlər;
15.1.1.2. su və ya istilik elektrik stansiyaları, həcmi 10 milyon kub metr və daha xxx xxxx su anbarları;
15.1.1.3. neft, neft və kimya məhsulları, qaz, su, çirkab suları nəql edən magistral xxxx kəmərləri;
15.1.1.4. üstüörtülü tribunalı idman qurğuları, konsert sərgi salonları, kinoteatrlar, teatrlar, muzeylər, dövlət arxivləri;
15.1.1.5. metropoliten tunelləri və stansiyaları;
15.1.1.6. uzunluğu 50 metr və daha xxx xxxx körpülər və yol ötürücüləri;
15.1.1.7. hündürlüyü 100 metr və daha xxx xxxx rabitə qurğuları;
15.1.1.8. hündürlüyü 100 metr və daha xxx xxxx tüstü boruları;
15.1.1.9. 24 metr və daha xxx aşırımı xxxx üstüörtülü sənaye və ictimai obyektlər;
15.1.1.10. nadir (unikal) bina və qurğular.
15.1.2. II – normal məsuliyyət səviyyəli bina və qurğulara aid tikinti obyektləri:
15.1.2.1. I məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular;
15.1.2.2. yaşayış evləri (12 metr hündürlüyədək yaşayış evləri istisna olmaqla);
15.1.2.3. təhsil və səhiyyə obyektləri;
15.1.2.4. mədəni-məişət, sosial və infrastruktur təyinatlı obyektlər;
15.1.2.5. istehsalat, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə binalar və qurğular;
15.1.3. III - aşağı məsuliyyət səviyyəli bina və qurğulara aid tikinti obyektləri:
15.1.3.1. 12 metr hündürlüyədək fərdi yaşayış evləri;
15.1.3.2. istixanalar, yay pavilyonları, kiçik anbarlar və buna oxşar tikililər.
Maddə 16. Tikinti obyektlərinin tikintisinə dair tələblər
16.1. Tikinti obyektlərinin layihələndirilməsi və tikintisi bu Məcəllə ilə müəyyən edilmiş sənədlər əsasında aparılır.
16.2. Tikinti obyektlərinin tikintisi zamanı istifadə olunan tikinti materialları və məmulatları, o cümlədən avadanlıqlar:
16.2.1. yüklər və digər təsirlər nəticəsində dağılmaya davamlı, dayanaqlığın zəifləməsi və deformasiyaya uğraması ehtimalını istisna edən texniki baxımdan yüksək davamlı və etibarlı olmalı;
16.2.2. suyun, nəmişliyin, o cümlədən kimyəvi, fiziki və ya bioloji proseslərin törədə biləcəyi mənfi təsirlərə qarşı müqavimətli olmalı;
16.2.3. yanğın təhlükəsizliyi baxımından etibarlı, yanğına qarşı davamlı olmalı;
16.2.4. sanitariya xxxxx və qaydalarına, gigiyena normativlərinə cavab verməli, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməli, insan həyatı və sağlamlığı üçün zərərli olmamalı;
16.2.5. istismar təhlükəsizli baxımından etibarlı olmaqla, istismar zamanı arzuolunmaz risklərin (düşmə, sürüşmə, birləşmə, partlayış, elektrik cərəyanla vurma və sair) meydana çıxmasına zəmin yaratmamalı;
16.2.6. səs və vibrasiya təsirlərini insan sağlamlığına təhlükə yaratmayacağı dərəcədə məhdudlaşdırmalı;
16.2.7. istilik təchizatı, ventilyasiya, işıqlandırma (təbii və süni işıqlandırma, insolyasiya və günəş radiasiyası), akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə cavab verməli, enerjiyə qənaətli olmalıdır.
16.4. Tikinti obyektlərinin aşağıdakı ərazilərdə inşasına yol verilmir:
16.4.1. radioaktiv və toksik maddələrlə çirklənmiş və ya zəhərlənmiş ərazilərdə;
16.4.2. potensial su basma, qar uçqunu, çökmə və ya sürüşmə təhlükəsi xxxx ərazilərdə;
16.4.3. şaxtaların, mədənlərin ətrafında və digər sənaye sahələrinin təhlükəli zonalarında;
16.4.4. aktiv dağılma prosesləri gedən ərazilərdə (bu məhdudiyyət fövqəladə hal səbəbindən yaranan istənilən dağıdıcı təsirin aradan qaldırılması və ya minimuma endirilməsi məqsədilə aparılan tikinti işlərinə (obyekt inşasına) və ya sosial maraqların tələb etdiyi ərazilərin abadlaşdırılması üzrə işlərə şamil edilmir).
Maddə 17. Tikinti obyektlərinə dair memarlıq tələbləri
17.1. Tikinti obyektlərinin layihələndirilməsi və inşası prosesində aşağıdakı tələblər nəzərə alınmalıdır:
17.1.1. yaşayış məntəqələrinin tarixi yerləri, habelə landşaft zonalarında yerləşdiriləcək obyektlər üçün qanunvericiliklə müəyyən edilmiş memarlıq və kompozisiya tələbləri;
17.1.2. əsas şəhərsalma parametrləri ilə yanaşı, tikinti obyektləri ətrafında salınmış bina və qurğuların hündürlük göstəriciləri, küçələrin eni, relyefin
mürəkkəbliyi və abadlaşdırma miqyası (yaradılmış mühitin memarlıq və kompozisiya görkəmi pozulmamaq şərti ilə);
17.1.3. fasadın örtüyü, damın vurulması və torpağın abadlaşdırılması məqsədləri üçün, formalaşdırılmış abadlaşdırma mühitinə zidd olmayan, təyinatı baxımdan xxxxx xxxx tikinti materiallarının və məmulatlarının istifadəsi.
17.2. Tikinti obyektlərinin layihələndirilməsi və inşaatı prosesində fasadlar və dam səthləri, aktiv görünüş zonalarında torpaq mühəndis-texniki sistemlər, avadanlıq və mühəndis-kommunikasiya komponentləri (su kəmərləri, kanalizasiya, hava boruları, mühəndis-kommunikasiya və havatəmizləmə qurğuları, istilik- buraxma boruları və bacalar) ilə artıq yüklənə bilməz.
Maddə 18. Tikinti obyektinin sahəsi və həcmi
Tikinti obyektinin sahəsinin və həcmini hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş tikinti normativ sənədləri ilə müəyyən edilir.
Maddə 19. Bina və qurğuların konstruksiya və bünövrələrinin istismar müddəti
19.1. Tikinti obyektinin tələb olunan istismar müddətini təmin etmək üçün obyektin layihələndirilməsi mərhələsində aşağıdakılar nəzərə alınmalıdır:
19.1.1. obyektin təyinatına görə istismar şəraiti;
19.1.2. ətraf mühitin gözlənilən təsiri;
19.1.3. istifadə olunan materialların xassələri, onların zərərli təbiət təsirlərindən mühafizəsi üzrə mümkün vasitələrin tətbiqi, eləcə də materialların xassələrinin dəyişmə ehtimalı.
19.2. Dinamiki yükləri və ya təsirləri qəbul edən konstruksiyaların layihələndirilməsi zamanı gərginliklərin toplanması istisna edilməli, lazım gəldikdə isə xüsusi mühafizə tədbirləri görülməlidir (rəqsləri aradan qaldıran cihazlar, qoruyucu konstruksiyaların perforasiyası və sair). Dinamiki yüklərin təsirinə məruz qalan konstruktiv elementlər onların dözümlüyə və möhkəmliyə hesablanması nəticələri nəzərə alınmaqla layihələndirilməlidir.
19.3. Bina və qurğuların konstruksiya və bünövrələrinin dayanıqlığının təmin edilməsi üzrə bütün zəruri tədbirlər, layihələndirilən obyektlərin konkret istismar şəraitləri və onların təxmini xidmət müddətləri nəzərə alınmaqla, obyektin layihəçisi tərəfindən müəyyənləşdirilməli və sifarişçi ilə razılaşdırmalıdır. Bina və qurğuların təxmini xidmət müddəti aşağıdakı cədvəldə göstərilmişdir:
Obyektlərin adı
Təxmini xidmət müddəti
Müvəqqəti bina və qurğular (işçi və mühafizə heyəti üçün nəzərdə tutulmuş müvəqqəti tikililər, müvəqqəti anbarlar, yay pavilyonları və sair)- 10 il
Güclü aqressiv mühit şəraitlərində istismar olunan qurğular (neft emalı, qaz və kimya sənayesi müəssisələrindəki çənlər, xxxx kəmərləri, dəniz mühitindəki qurğular və sair)- 25 ildən az olmayaraq
Adi şəraitdə istismar olunan kütləvi istifadə binaları və qurğuları (mülki və sənaye təyinatlı binalar)- 50 ildən az olmayaraq
adi bina və qurğular (muzeylərin binaları, stadionlar, teatrlar, hündürlüyü 75 metrdən xxx xxxx binalar, yüksək aşırımlı qurğular və sair)- 100 il və daha artıq
Maddə 20. Texniki avadanlıq və cihazlar
20.1. Texniki avadanlıq və cihazlar insan sağlamlığının, ətraf mühitin qorunması və təhlükəsizlik qaydalarının tələblərinə riayət etmək şərti ilə quraşdırılmalı və istismar edilməlidirlər. Bu avadanlıq və cihazların sahibləri onların müntəzəm olaraq saz vəziyyətdə saxlanmasını və lazım olduqda onlarda yenidən bərpa və xidmət işlərinin aparılmasını təmin etmək məqsədilə ixtisaslı işçi heyəti saxlamalı və ya zərurət olduqda bu cür işlərə işçi heyəti cəlb etməlidir.
20.2. Müvafiq icra hakimiyyəti orqanı hər hansı bir texniki avadanlıq və cihazın insanların narahatçılığına səbəb olması qənaətinə gələrsə, texniki avadanlıq və cihazın yoxlanılmasını, qüsurlar aşkar edildikdə isə onların dərhal aradan qaldırılmasını qurğunun sahibindən tələb etməlidir.
20.3. Liftlər, eskalatorlar və sərnişin ötürücüləri quraşdırılarkən bütün təhlükəsizlik tədbirlərinə riayət edilməklə, insanların sağlamlığına zərər vura biləcək amillər istisna edilməlidir. Liftlərin, eskalatorlar və sərnişin ötürücülərinin yerləşdiyi obyektlərin sahibləri bu qurğuları saz vəziyyətdə saxlamağa borcludurlar.
IV fəsil
Tikinti fəaliyyətinin iştirakçıları, onların hüquq və vəzifələri. Tikinti işləri haqqında ictimaiyyətin məlumatlandırılması
Maddə 21. Tikinti fəaliyyətinin iştirakçıları
Tikinti fəaliyyətinin istənilən mərhələsində bilavasitə iştirak edən bütün hüquqi və fiziki şəxslər, habelə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti fəaliyyətinin iştirakçılarıdırlar.
Maddə 22. Tikintinin investoru
22.1. Tikintinin investoru tikintinin sifarişçisini, layihəçisini, podratçısını qanunvericiliklə müəyyən edilmiş qaydada seçmək hüququna malikdir və bu seçimdə müstəqildir.
22.2. Tikintinin investoru qanunvericiliklə müəyyən edilmiş qaydada tikintinin sifarişçisinin, layihəçisinin və podratçısının funksiyalarını yerinə yetirə bilər.
Maddə 23. Tikintinin sifarişçisi
23.1. Tikintinin sifarişçisi öz funksiyalarını tikintinin investorunun tapşırığı və vəsaiti hesabına yerinə yetirir, fəaliyyətinin nəticələrinə görə onun və istismara qəbul edilmiş və istifadəyə verilmiş obyektin mülkiyyətçisi, icarəçiləri qarşısında qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Maliyyə vəsaiti, ixtisası, peşəkarlığı və maddi-texniki bazası imkan verdiyi və ya belə imkanlara xxxxx xxxx hüquqi şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada tikintinin sifarişçisinin (investorunun), layihəçisinin və podratçısının funksiyalarını yerinə yetirə bilər.
23.2. Tikintisi dövlət büdcəsinin, büdcədənkənar dövlət fondlarının vəsaitləri, dövlət zəmanəti ilə alınmış kreditlər hesabına və digər mənbələrdə maliyyələşdirilən obyektlər üzrə sifarişçi funksiyaları müvafiq icra hakimiyyəti orqanının tapşırığı ilə dövlət orqanlarına və ya təşkilatlarına həvalə edilir.
23.3. Tikintinin sifarişçisi istismara qəbul olunan və istifadəyə verilən obyektdə yerinə yetirilmiş tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin tikinti xxxxx və qaydalarının, dövlət standartlarının tələblərinə cavab verməsinə, istifadə edilmiş tikinti material, məmulat, konstruksiya və avadanlığın keyfiyyətinə görə tikinti fəaliyyətinin digər iştirakçıları qarşısında qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır.
23.4. Tikintinin sifarişçisi aşağıdakı əsas vəzifələri yerinə yetirir:
23.4.1. tələb olunan hallarda obyektin tikintisinin texniki-iqtisadi əsaslandırılması və eskiz layihəsinin hazırlanması üzrə işləri təşkil və təmin edir, lazım gəldikdə memarlıq və tikinti layihələrinin tərtibatı üçün ilkin məlumatları, texniki şərtləri və göstərişləri tikinti layihəçisinə təqdim edir;
23.4.2. obyektin tikintisi üçün sahənin (sahələrin) ayrılması barədə müvafiq icra hakimiyyəti və ya yerli özünüidarəetmə orqanına müraciət edir;
23.4.3. obyektin tikintisi üçün torpaq sahəsi ayrıldıqdan sonra həmi sahəni mühafizə edir, zəruri hallarda obyektin tikintisi üçün ayrılmış sahənin mövcud bina və digər tikililərdən azad edilməsini, mühəndis-kommunikasiya xətlərinin və qurğularının yerinin dəyişdirilməsini, tikinti sahəsində yaşayan insanların və ya fəaliyyət göstərən təşkilatların köçürülməsini, sanitariya-gigiyena, yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsini müvafiq qanunvericiliyə uyğun olaraq təşkil edir;
23.4.4. obyektin inşaat (tikinti) pasportunu alır;
23.4.5. qanunvericiliyə uyğun olaraq obyektin layihələndirilməsini həyata keçirir;
23.4.6. obyektin tikintisinin texniki-iqtisadi əsaslandırılmasını, təsdiq edilən memarlıq və tikinti layihələrini, lazım olduqda isə onların smetalarını obyektin investoru ilə, müvafiq dövlət orqanları ilə və ya təşkilatlarla razılaşdırır, həmin sənədləri dövlət ekspertizasından keçirir;
23.4.7. dövlət ekspertizasından keçmiş memarlıq və tikinti layihələrini təsdiq
edir;
23.4.8. tikinti-quraşdırma işlərinin kompleks şəkildə və ayrı-ayrı mərhələlər
üzrə yerinə yetirilməsi üçün tikintinin podratçısını təyin edir, qanunvericiliklə nəzərdə tutulmuş hallarda həmin məsələ ilə bağlı müsabiqə (tender) elan edir, podratçı ilə müqavilə bağlayır və təsdiq edilmiş tikinti layihəsini icra üçün ona təqdim edir;
23.4.9. tikiləcək obyektin müvafiq icra hakimiyyəti və ya yerli özünüidarəetmə orqanlarında qeydiyyatının aparılmasını təmin edir və tikintinin başlanmasına icazə alır;
23.4.10. obyektdə yerinə yetirilən tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin təsdiq edilmiş tikinti layihəsinə, tikinti xxxxx və qaydalarına uyğunluğuna, tikintidə istifadə olunacaq material, konstruksiya, məmulat və avadanlığın dövlət standartlarının tələblərinə cavab verməsinə texniki nəzarəti həyata keçirir;
23.4.11. obyektdə yerinə yetirilən tikinti-quraşdırma işlərinin təsdiq edilmiş tikinti layihəsinə, tikinti xxxxx və qaydalarının, dövlət standartlarının tələblərinə uyğunluğuna tikinti podratçısının özü tərəfindən daxili əməliyyat nəzarətinin aparılmasını yoxlayır;
23.4.12. obyektdə yerinə yetirilən tikinti-quraşdırma işlərinin, istifadə olunan tikinti material, konstruksiya, məmulat və avadanlığın təsdiq edilmiş tikinti layihəsinə, tikinti xxxxx və qaydalarının, dövlət standartlarının tələblərinə uyğunluğuna layihəçi tərəfindən müəllif nəzarətinin aparılmasını, həmçinin bu xxxxx xxxxx edilən qüsur və nöqsanların aradan qaldırılmasını təmin edir;
23.4.13. tikintinin aparılması ilə əlaqədar təyin edilmiş məsafə həddində tikilən obyektin ətrafında yaşayan insanların rahatlığını, bina və digər tikililərin, nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin edir;
23.4.14. obyektin tikintisinə dair bütün yoxlama, sınaq və digər icra texniki sənədlərini və ya onların surətlərini bilavasitə özü tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndədə saxlanılması üçün təqdim edir;
23.4.15. obyektin tikintisinə nəzarətin həyata keçirilməsində müvafiq dövlət orqanları üçün şərait yaradır, həmin orqanların göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirir;
23.4.16. tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi və istifadəyə verilməsini təşkil edir;
23.4.17. obyektin istismar (istifadə) imkanlarının, onun konstruktiv dayanıqlığını təmin edən hissələrin təsdiq edilmiş tikinti layihəsinə və tikinti normativ sənədlərinin tələblərinə uyğunluğu və digər keyfiyyət göstəriciləri barədə istehlakçılara yazılı zəmanət verir. Tikinti obyektinin təyinatı və istismar (istifadə) olunduğu sahələrin xüsusiyyətləri nəzərə alınmaqla zəmanətin müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
23.4.18. qanunvericiliyə uyğun olaraq obyektin tikintisi ilə bağlı müvafiq orqanlara və təşkilatlara mühasibat, statistik və digər hesabatlar verir;
23.4.19. obyektin tikintisi ilə bağlı müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, vətəndaşların, kütləvi informasiya vasitələrinin müraciətlərinə cavab verir;
23.4.20. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
Maddə 24. Tikintinin layihəçisi
24.1. Tikintinin layihəçisi öz fəaliyyətini nizamnaməyə, bağladığı müqavilələrə və tikinti sifarişçisinin layihə tapşırığına uyğun olaraq həyata keçirir.
24.2. Tikintinin layihəçisi aşağıdakı əsas vəzifələri yerinə yetirir:
24.2.1. hazırladığı layihə-smeta sənədlərinin obyektin memarlıq və konstruktiv-texniki həllərinə, inşaat (tikinti) pasportunun tələblərinə, tikinti və təhlükəsizlik xxxxx və qaydalarına, dövlət standartlarının tələblərinə uyğun olmasına görə məsuliyyət daşıyır, onların pozulması ilə əlaqədar müvafiq icra hakimiyyəti və dövlət ekspertiza orqanlarının iradlarını vaxtında aradan qaldırır;
24.2.2. obyektdə yerinə yetirilən tikinti-quraşdırma işlərinin, istifadə olunan tikinti material, konstruksiya, məmulat və avadanlığın təsdiq edilmiş layihəyə, tikinti xxxxx və qaydalarının tələblərinə uyğun olmasına müəllif nəzarətini tikintinin sifarişçisi ilə bağlanmış müqavilə əsasında həyata keçirir, aşkar etdiyi qüsur və pozuntuların aradan qaldırılması barədə tikintinin sifarişçisi və podratçısına məlumat verir. Aşkar edilmiş qüsur və pozuntuların qısa müddətdə aradan qaldırılması istiqamətində sifarişi tərəfindən tədbirlər görülmədikdə, bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir;
24.2.3. tikintisi başa çatmış obyektin istismara qəbul edilməsində iştirak edir, bu mərhələdə mövcud xxxx qüsurların aradan qaldırılmasını tikinti podratçısından tələb edir və bu tələb yerinə yetirilmədikdə obyektin istismara qəbul olunmaması barədə rəyini bildirir.
Maddə 25. Tikintinin podratçısı
25.1. Tikintinin podratçısı öz fəaliyyətini nizamnaməyə və tikintinin sifarişçisi ilə bağladığı müqaviləyə uyğun olaraq həyata keçirir. Tikintinin podratçısı obyektin tikintisi ilə bağlı işlərin yerinə yetirilməsinə subpodratçı təşkilatları cəlb edə bilər. Tikintinin podratçısı ilə subpodratçılar arasındakı münasibətlər onlar arasında bağlanılan müqavilə ilə tənzimlənir.
25.2. Tikintinin podratçısı özünü və subpodratçıların yerinə yetirdiyi işlərin müqavilə şərtlərinə, təsdiq edilmiş tikinti layihəsinə, tikinti xxxxx və qaydaların, dövlət standartlarının tələblərinə uyğunluğuna görə tikinti sifarişçisinin, dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti və ya yerli özünüidarəetmə orqanları qarşısında məsuliyyət daşıyır.
25.3. Tikintinin podratçısı aşağıdakı əsas vəzifələri yerinə yetirir:
25.3.1. müvafiq təşkilati-texniki tədbirləri həyata keçirməklə yerinə yetirdiyi tikinti-quraşdırma işlərinin təsdiq edilmiş tikinti layihəsinə, tikinti xxxxx və qaydaların tələblərinə uyğun olmasını təmin edir, obyektdə istifadə etdiyi tikinti material, konstruksiya, məmulat və avadanlığın dövlət standartlarının tələblərinə uyğun olmasına görə (uyğunluq sertifikatlarının olmasına görə) sifarişçi qarşısında məsuliyyət daşıyır;
25.3.2. tikinti işlərinin yerinə yetirilməsi layihəsini hazırlayır və təsdiq edir, tikinti-quraşdırma işlərinin bütün mərhələlərinin təsdiq edilmiş tikinti layihəsinə, tikinti işlərinin yerinə yetirilməsi layihəsinə, tikinti normativ sənədlərinin tələblərinə uyğun olmasını və qapalı (üstü örtülən) işlərin aktlarla qəbul edilməsi də daxil olmaqla daxili əməliyyət nəzarətinin aparılmasını təmin edir;
25.3.3. tikinti sahəsinin ətrafında yaşayan insanların rahatlığını, nəqliyyatın hərəkətini, ətraf bina və digər tikililərin mühafizəsini, habelə tikinti texnikası və mexanizmlərinin təhlükəsiz istismarını təmin edir;
25.3.4. tikinti işlərinin yerinə yetirildiyi müddətdə tikinti sahəsinin, eləcə də orada yerləşən texnikanın, avadanlıqların, materialların və sairin mühafizəsini təşkil edir;
25.3.5. tikilən obyektdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət nəzarətinin, tikintinin sifarişçisi tərəfindən texniki nəzarətin və tikinti layihəçisi tərəfindən müəllif nəzarətinin aparılması xxxxxx xxxxx olunan qüsur və pozuntuları aradan qaldırır;
25.3.6. ümumi iş jurnalında yerinə yetirdiyi işlərin həcm və dəyərinin uçotunu aparır, ayrı-ayrı iş növləri üzrə (qaynaq, beton, təhlükəsizlik texnikası və sair) xüsusi jurnallar tərtib edir;
25.3.7. obyektin tikintisi üzrə xüsusi işlərin yerinə yetirilməsi üçün bağladığı müqavilələr əsasında subpodratçılardan yerinə yetirilmiş işləri qəbul edir
25.3.8. müəyyən edilmiş müddətdə obyekti bütövlükdə və ya mərhələlərlə tikinti sifarişçisinə təhvil verir.
Maddə 26. Tikinti fəaliyyətində əcnəbi fiziki və ya hüquqi şəxslərin iştirakı
Əcnəbi hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının ərazisində tikinti fəaliyyətinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada məşğul ola bilərlər.
Maddə 27. Tikinti fəaliyyətində əhalinin iştirakı
27.1. Müvafiq icra hakimiyyəti və ya bələdiyyə orqanları tikinti işlərinin aparılması nəzərdə tutulan ərazidə və ya tikinti sahəsinin ətrafında yaşayan əhalinin tikintiyə dair mülahizələrini dinləyərək onlara məlumat verməyə borcludurlar.
27.2. Müvafiq icra hakimiyyəti orqanları və ya bələdiyyə orqanları zərurət yarandığı hallarda obyektin tikintisinə dair məlumatları ictimaiyyətə kütləvi informasiya vasitələrinin köməyi ilə, elektron üsulla və ya ictimai müzakirələrin, sərgilərin, müsabiqələrin təşkili yolu ilə çatdırırlar.
27.3. Obyektin tikintisi bilavasitə maraqlarına toxunan fiziki və ya hüquqi şəxslər layihənin müzakirəsində iştirak edə və planlaşdırılan tikintiyə dair təkliflərini verə bilərlər.
27.4. Sifarişçi və ya investor tikinti sahəsi ilə yanaşı xxxx və ya onunla üzbəüz yerləşən torpağın və ya obyektin sahiblərini obyektin inşası barədə məlumatlandırmalıdırlar.
Maddə 28. Tikinti işləri haqqında ictimaiyyətin məlumatlandırılması
28.0. Tikinti layihələrinin hazırlandığı müddət ərzində tikinti işlərinin aparılması nəzərdə tutulan torpaq sahəsinin görünən hissəsində sifarişçi tərəfindən tikinti işləri və tikinti obyektinin funksional təyinatı haqqında məlumat lövhəsi yerləşdirilir. Məlumat lövhəsində aşağıdakılar göstərilir:
28.0.1. obyektin təyinatı və sifarişçi haqqında məlumat;
28.0.2. obyektin tikilməsinə icazə verən orqan;
28.0.3. tikintinin başlanması və başa çatmasının nəzərdə tutulan müddətləri;
28.0.4. obyektin mərtəbə sayı və qabariti;
28.0.5. tikintinin başlanmasına icazə verən müvafiq icra hakimiyyəti orqanına tikinti barədə öz münasibətini bildirmək və məlumat almaq hüququ haqqında maraqlı şəxslər üçün məlumat;
28.0.6. sifarişçinin hüquqi ünvanı və telefon nömrəsi.
V fəsil
Tikinti fəaliyyətinin peşəkarlıq sahəsi. Peşəkarlığın sertifikatlaşdırılması və
reyestri
Maddə 29. Tikinti fəaliyyətinin peşəkarlıq sahəsi
Tikinti fəaliyyətinin peşəkarlıq sahəsinə mühəndis-axtarış, layihələndirmə, tikinti-quraşdırma, şəhərsalma, planlaşdırma, mexanikləşdirmə və nəql etmə işləri, tikinti material və məmulatlarının istehsalı aiddir.
Maddə 30. Peşəkarlığın sertifikatlaşdırılması
30.1. Tikinti işlərinin aparılmasına görə məsuliyyət daşıyan mütəxəssislər və tikinti işlərində xüsusi peşəkarlığa xxxxx xxxx işçilər müvafiq ertifikat almalıdırlar.
30.2. Sertifikatların verilməsi qaydaları, habelə tikinti işlərinə görə sertifikat xxxxxx xxxx mütəxəssislərin və işçilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 31. Sertifikatların verilməsi üzrə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri
31.0. Tikinti işlərinə görə sertifikatların verilməsində əsas məqsəd tikinti işlərinin yerinə yetirilməsində yüksək ixtisaslı mütəxəssislərin və ixtisas dərəcəsinə malik işçilərin iştirakını təmin etməkdən ibarətdir. Bunun üçün müvafiq icra hakimiyyəti orqanı:
31.0.1. spesifik tikinti işləri üçün peşəkarlıq standartları müəyyən edir və peşələrin (ixtisasların) qeydiyyatını aparır;
31.0.2. mütəxəssis və peşəkarlıq sertifikatları verir və ya onları ləğv edir;
31.0.3. peşəkarlığın reyestrini aparır;
31.0.4. mütəxəssis və peşəkarlıq sertifikatlarının verilməsi ilə bağlı yaranan mübahisələrə baxır
31.0.5. bu Məcəllə ilə müəyyən edilmiş digər məsələləri həll edir.
Maddə 32. Peşəkarlığın reyestri
32.1. Xxxxxxx, sertifikat almış mütəxəssis və işçilərin əmək fəaliyyətinə dair məlumatları özündə əks etdirir.
32.2. Müvafiq icra hakimiyyəti orqanı peşəkarlıq sertifikatlarını verdikdə mütəxəssislərin peşəkar fəaliyyətinə dair məlumatları əks etdirən reyestri aparır.
32.3. Reyestr ictimai əhəmiyyət kəsb edən məlumatlar toplusu olaraq, müvafiq icra hakimiyyəti orqanının dövrü mətbuatında dərc edilmək yolu ilə və ya elektron üsulla ictimaiyyətin nəzərinə çatdırılır. Reyestr ildə iki dəfə yeniləşdirilir və dərc olunur.
VI fəsil
Tikinti fəaliyyətinin əsas prinsipləri, tikintinin növləri. Tikinti obyektlərinin sökülməsi (demontajı)
Maddə 33. Tikinti fəaliyyətinin əsas prinsipləri
33.0. Azərbaycan Respublikasında tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
33.0.1. insanların həyat və sağlamlığının qorunmasına xidmət edən yaşayış mühitinin təmin edilməsi;
33.0.2. tikinti fəaliyyəti iştirakçılarının qanunvericilik çərçivəsində məsuliyyət daşıması;
33.0.3. tikinti fəaliyyəti haqqında ictimaiyyətin məlumatlandırılması;
33.0.4. tikinti fəaliyyəti sahəsində daşınmaz əmlak (obyekt) mülkiyyətçilərinin hüquqlarının qorunması;
33.0.5. istismara qəbul olunan bina və qurğuların təhlükəsizliyinə təminatın verilməsi;
33.0.6. ekoloji tarazlığın, tarix və mədəniyyət abidələrinin qorunması, habelə sanitariya-gigiyena tələblərinə əməl edilməsi;
33.0.7. dövlət, ictimai və özəl maraqlar balansının təmin edilməsi.
Maddə 34. Tikintinin növləri
34.1. Tikintinin aşağıdakı növləri vardır:
34.1.1. əsaslı tikinti;
34.1.2. bərpa (o cümlədən, tarix və mədəniyyət abidələrinin qorunması məqsədilə yerinə yetirilən tikinti işləri);
34.1.3. əsaslı təmir;
34.1.4. xxxx təmir;
34.1.5. yenidənqurma, genişləndirmə və təkmilləşdirmə;
34.1.6. demontaj (xxxxxxx).
34.2. Tikinti obyektlərinin əsaslı tikintisi aşağıdakı işlərin yerinə yetirilməsindən ibarətdir:
34.2.1. layihə sənədləri əsasında obyektdə sahənin planlaşdırılması;
34.2.2. torpaq-qazma işləri;
34.2.3. özüldən başlayaraq tikinti-quraşdırma işləri;
34.2.4. mühəndis-kommunikasiya sistemlərinin quraşdırılması;
34.2.5. tamamlama işləri;
34.2.6. abadlaşdırma işləri.
34.3. Tikinti obyektlərinin bərpası aşağıdakı işlərin yerinə yetirilməsindən ibarətdir:
34.3.1. obyektin texniki vəziyyətini təyin etmək məqsədilə vizual- instrumental müayinə işləri;
34.3.2. müayinə işlərinin nəticələri əsasında mütəxəssislər tərəfindən texniki rəyin verilməsi
34.3.3. texniki rəy və təsdiqlənmiş layihə əsasında bərpa işlərinin aparılması.
34.3.4. Tarixi və mədəniyyət abidələrində bərpa işləri aparılarkən aşağıdakı tələblərə əməl olunmalıdır:
34.3.4.1. ərazinin tərtibatında və abadlaşdırılmasında ətraf mühitin mühfizəsi;
34.3.4.2. qədim memarlıq abidələrinə yeni elementlərin əlavə olunmasının məhdudlaşdırılması;
34.3.4.3. istifadə olunan tikinti materiallarının memarlıq abidələrinin inşasında tətbiq olunmuş ənənəvi tikinti materiallarına uyğunluğunun təmin edilməsi.
34.4. Tikinti obyektlərinin əsaslı təmiri aşağıdakı işlərin yerinə yetirilməsindən ibarətdir:
34.4.1. obyektin texniki vəziyyətini təyin etmək məqsədilə vizual müayinə işlərinin aparılması;
34.4.2. müayinə və qüsur aktlarının tərtib edilməsi;
34.4.3. qüsur aktına əsasən layihə sənədlərinin hazırlanması və layihə əsasında əsaslı təmir işlərinin aparılması
34.4.4. tikinti obyektlərində zədələnmiş və ya aşınmaya məruz qalmış konstruksiyaların möhkəmləndirilməsi və ya əvəz olunması;
34.4.5. tikinti obyektlərinin fasadının qismən dəyişdirilməsi (müəyyən fasad elementlərinin əvəz edilməsi və ya yeni elementlərin əlavə olunması – eyvanlar, qapılar, pəncərələr, memarlıq detalları), yeniləşdirilməsi və ya ayrı cür bəzədilməsi;
34.4.6. tikinti obyektlərinin əsas mühəndis sistemlərinin və ya bu sistemlərin ayrı-ayrı hissələrinin (onların növ və həcminə uyğunluğu əsas götürülməklə) digərləri ilə əvəz olunması;
34.4.7. tikinti obyektlərində ayrı-ayrı mühəndis sistemlərinin quraşdırılması;
34.4.8. tikinti obyektinin texnoloji avadanlıqla, mühəndis-texniki sistemlərlə, kommunal şəbəkələri və nəqliyyat xətləri ilə təmin olunması.
34.5. Tikinti obyektlərinin xxxx təmiri aşağıdakı işlərin yerinə yetirilməsindən ibarətdir:
34.5.1. tikinti obyektlərinin mühəndis sistemlərinin qismən əvəz olunması;
34.5.2. arakəsmələrin yerlərinin dəyişdirilməsi;
34.5.3. tikinti obyektlərində fasadın kiçik elementlərinin dəyişdirilməsi (fasadın təmizlənərək yeniləşdirilməsi, eyvanlar və ya yaşayış evlərinin ayrı-ayrı mənzillərinin şüşələnməsi, pəncərələrin, havatəmizləyən qurğuların və ya digər sahələrin ölçülərinin dəyişdirilməsi və sair);
34.5.4. mühəndis sistemlərində meydana çıxan istənilən qüsurların aradan qaldırılması, istismar müddəti başa çatmış hissələrin növ və həcm eyniliyi dəyişdirilmədən eyni hissələrlə əvəz olunması;
34.5.5. ümumi istifadə üçün nəzərdə tutulan sahələrdə və mənzillərdə yerləşən konstruksiya elementləri dəyişdirilmədən, mənzillərə və ya yaşayış sahələrinə xidmət etmək üçün tikinti obyektlərinin əsas mühəndis sistemlərinin hissələrinin tam və ya qismən əvəz olunması, ümumi istifadə üçün nəzərdə tutulan mənzillərdə və ya digər sahələrdə yerləşən konstruksiya elementlərinin dəyişdirilmədən saxlanılması
34.5.6. texnoloji avadanlıqların, mühəndis sistemlərinin, kommunal şəbəkə və nəqliyyat xətlərinin sadə təmir olunması.
34.6. Obyektdə yenidənqurma (genişləndirmə və təkmilləşdirmə) işlərinin yerinə yetirilməsi üçün obyektdə aparılacaq işlərin həcmindən asılı olaraq texniki- iqtisadi əsaslandırma hazırlanır və bunun əsasında layihə tərtib olunaraq təsdiq edilir.
34.6.1. Yenidənqurma zamanı aşağıdakı işlər yerinə yetirilir:
34.6.1.1. yükdaşıyan konstruksiyalar gücləndirilir və ya yenisi ilə əvəz olunur;
34.6.1.2. obyektin ərazisində yeni bina və qurğular inşa edilir, zərurət yarandıqda yeni tikililər üçün əlavə ərazilər ayrılır;
34.6.1.3. yeni texnologiyaların tətbiqi yolu ilə istehsalat gücü artırılır;
34.7. Mövcud tikinti obyektində yeni texnologiyalar, qurğu və avadanlıqlar quraşdırılmaqla və ya layihə əsasında əlavə konstruksiyalara dəyişikliklər edilməklə, eləcə də əlavə tikinti aparmaqla obyektin təyinatı dəyişdirilə bilər.
Maddə 35. Bina və qurğuların sökülməsi (demontajı)
35.1. Qanunvericiklə müəyyən edilmiş qaydada aşağıdakı hallarda binanın, qurğunun və ya onun hissəsinin sökülməsi (demontajı) haqqında qərar qəbul edilir:
35.1.1. tikinti obyekti icazəsiz olaraq tikinti aparan tərəfindən özbaşına tutulan torpaq sahəsində inşa edildikdə
35.1.2. tikinti obyekti tikinti-quraşdırma işlərinin aparılmasına icazə alınmadan inşa edildikdə;
35.1.3. tikinti obyekti layihə sənədlərinin tələblərinin kobudcasına pozulması ilə inşa edildikdə;
35.1.4. tikinti obyekti təsdiq edilmiş şəhərsalma sənədlərinə uyğun olmadıqda;
35.1.5. insanların həyatı və sağlamlığına, fiziki və ya hüquqi şəxslərin əmlakının toxunulmazlığına təhlükə törədən, təmir və ya yenidənqurma vasitəsi ilə aradan qaldırılması mümkün olmayan və ya ekoloji təhlükəsizlik tələblərinə cavab verməyən qüsurlar mövcud olduqda;
35.1.6. çirklənmənin (zəhərlənmənin) aradan qaldırılması üçün xüsusi tədbirlərin görülməsi, habelə insan sağlamlığının qorunması tələblərinə cavab verən ekoloji və digər normativ tələblərin təmin edilməsi mümkün olmadıqda.
35.2 Tikinti obyekti yenidən işlənmiş və təsdiq edilmiş şəhərsalma sənədlərinin tələblərinə cavab vermədiyi hallar istisna olmaqla, bina və qurğunun sökülməsi mülkiyyətçi (sahibkar) tərəfindən və ya onun hesabına digər şəxslər tərəfindən həyata keçirilir.
35.3. Yenidən işlənmiş və təsdiq edilmiş şəhərsalma sənədlərinin tələblərinə cavab vermədikdə mülkiyyətçi (sahibkar) tərəfindən aşağıdakı şərtlər qəbul edildikdə bina və qurğular sökülə bilər:
35.3.1. mülkiyyətçiyə (sahibkara) eyni dəyərə xxxxx xxxx tikinti obyektinin təklif edilməsi;
35.3.2. sökülmə haqqında qərarın qəbul edildiyi günə qüvvədə xxxx qiymətlərlə tikinti obyektinin dəyərinin ödənilməsi;
35.3.3. istismar edilən tikinti obyektinin digər əraziyə köçürülməsi.
35.4. Yenidən işlənmiş və təsdiq edilmiş şəhərsalma sənədlərinin tələblərinə cavab verməyən bina və qurğunun sökülməsi (demontajı) ilə əlaqədar mülkiyyətçiyə (sahibkara) dəyən zərərin ödənilməsi qaydası və onların həcminin müəyyən edilməsi qanunvericiliklə təsbit edilir.
Maddə 36. Fərdi tikinti
36.1. Tikinti sahəsinin sahibi tərəfindən şəxsi ehtiyacları üçün və öz vəsaiti hesabına aparılan tikinti işləri fərdi tikinti hesab edilir.
36.2. Tikinti fəaliyyətinin iştirakçıları fərdi tikintinin aparılmasında maliyyə cəhətdən sərbəstdirlər. Tikinti işlərinin icrası və tikinti obyektinin istismara verilməsi sifarişçinin vəsaiti hesabına həyata keçirilir. Tikinti işləri sifarişçinin əmək qüvvəsi, materialları və avadanlıqları vasitəsi ilə aparılır.
36.3. Aşağıdakı fərdi tikinti obyektlərinin inşası üçün yalnız layihənin memarlıq hissəsinin razılaşdırılması tələb olunur:
36.3.1. mərtəbələrinin sayı 3-dən və hündürlüyü 12 metrdən artıq olmayan fərdi yaşayış evləri, köməkçi məişət tikililəri və mühəndis sistemləri;
36.3.2. həcmi 60 kub metrdən və dərinliyi 3 metrdən artıq olmayan yeraltı konstruksiyalar;
36.3.3. sahəsi 30 kvadrat metr, hündürlüyü 5 metrə qədər xxxx və bir mərtəbədən artıq olmayan qeyri-yaşayış obyektləri;
36.3.4. sahəsi 25 kvadrat metrə qədər xxxx xxx mərtəbəli qeyri-yaşayış obyektləri.
36.4. Aşağıdakı obyektlərin tikintisi zamanı memarlıq layihəsi tələb olunmur:
36.4.1. sahəsi 70 kvadrat metrə, hündürlüyü 5 metrə qədər xxxx kənd təsərrüfatı obyektləri;
36.4.2. sahəsi 40 kvadrat metrə qədər xxxx oranjereyalar.
36.5. Bu Məcəllənin 36.3-cü maddəsində nəzərdə tutulmuş fərdi tikintini aparılması üçün torpağın sahibi memarlıq layihəsini razılaşdırmaq üçün müvafiq icra hakimiyyəti və ya yerli özünüidarəetmə orqanlarına müraciət etməlidir. Fiziki və ya hüquqi şəxslərin razılaşdırma üçün müvafiq icra hakimiyyəti orqanına etdikləri müraciətə 30 gün müddətində baxılmadıqda, həmin şəxslər tikinti işlərinə başlaya bilərlər.
36.6. Fərdi tikinti bu Məcəllə və digər normativ sənədlərlə tikinti fəaliyyəti üçün nəzərdə tutulmuş qaydalar əsas götürülməklə həyata keçirilir.
Maddə 37. Tikinti fəaliyyətinin təşkili
37.0. Tikinti fəaliyyətinin təşkilinə aşağıdakılar aiddir:
37.0.1. tikinti obyektinin eskiz layihəsinin hazırlanması və müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması;
37.0.2. sifarişçinin müraciətinə əsasən onun mülkiyyətində və ya icarəsində xxxx sahədə eskiz layihəsi üzrə obyektin tikintisinə və layihələndirilməsinə, yaxud yeni torpaq sahəsinin ayrılmasına icazənin verilməsi barədə qərarın müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilməsi
37.0.3. aidiyyəti təşkilatlardan alınan texniki rəylər əsasında müvafiq yerli icra hakimiyyəti və ya yerli özünüidaretmə orqanı tərəfindən yeni tikiləcək obyektin mühəndisi təminatı üçün şərtlərin (tələblərin) formalaşdırılması, obyektə dair memarlıq-planlaşdırma göstərişlərinin (tapşırıqların) və inşaat (tikinti) pasportunun hazırlanması və tikintinin sifarişçisinə (investoruna) verilməsi;
37.0.4. mühəndis-axtarış işlərinin aparılması və obyektin layihə-smeta sənədlərinin hazırlanması;
37.0.5. hazırlanmış layihə-smeta sənədlərinin ekoloji, sanitariya-gigiyena, geoloji, seysmik, yanğın, qaz, və elektrik təhlükəsizliyi tələblərinə uyğunluğu baxımından müvafiq təşkilatlarla razılaşdırılması;
37.0.6. razılaşdırılmış layihənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət ekspertizasından keçirilməsi;
37.0.7. tikiləcək obyektin sifarişçinin (investorun) müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması və tikintiyə başlanmasına icazə verilməsi;
37.0.8. işin icrasına konkret podratçının cəlb edilməsi və onunla müqavilənin bağlanması;
37.0.9. obyektdə aparılan tikinti-quraşdırma işlərinin layihə-smeta sənədlərinə və tikinti xxxxx və qaydaların tələblərinə uyğunluğuna texniki nəzarətin, daxili əməliyyat nəzarətinin, müəllif nəzarətinin və dövlət nəzarətinin həyata keçirilməsi;
37.0.10. tikintisi başa çatmış obyektin istismara (istifadəyə) verilməsi.
Maddə 38. Tikinti fəaliyyətində dövlət, ictimai və özəl maraqlar
38.1. Tikinti fəaliyyətində dövlət, ictimai və özəl maraqların balansı təmin olunmalıdır.
38.2. Dövlət maraqları – ayrı-ayrı regionların, şəhərlərin (rayonların) və digər yaşayış məntəqələrinin əhalisinin bu ərazilərdə əlverişli yaşayış şəraiti ilə, ekoloji mühitlə təmin olunması, təsərrüfat və digər fəaliyyət nəticəsində təhlükəli və zərərli təsirlərin qarşısının alınması, yaşayış məntəqələrinin infrastrukturunun inkişaf etdirilməsi, tarix və mədəniyyət abidlərinin, xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin qorunub saxlanılması sahəsində ən mühüm maraqlardır.
38.3. İctimai maraqlar - şəhərlərin (rayonların) və digər yaşayış məntəqələrinin, nəqliyyat və mühəndis-kommunikasiya şəbəkələrinin, rabitənin və energetikanın işləməsini və davamlı inkişafını, ətraf mühitin, tarix və mədəniyyət abidələrinin qorunmasına yönəlmiş maraqlarıdır.
38.4. Özəl maraqlar – xüsusi mülkiyyət hüququ ilə fiziki və hüquqi şəxslərə məxsus torpaq sahələrində tikinti işlərinin aparılması ilə bağlı həmin şəxslərin maraqlarıdır.
Maddə 39. Tikinti fəaliyyətinin həyata keçirilməsinə maneənin yolverilməzliyi
Məcəllə ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanından tikintiyə icazə almış fiziki və ya hüquqi şəxslərin sifarişi ilə tikinti fəaliyyətini həyata keçirən layihəçilərin, icraçıların, istehlakçıların və digər şəxslərin işlərinə dövlət orqanları və ya onların vəzifəli şəxsləri tərəfindən hər hansı bir qanunsuz müdaxilənin edilməsi yolverilməzdir.
VII fəsil
Tikinti obyektlərində təhlükəsizlik tədbirləri. Tikinti işlərinin şərtləri, tikintinin məhdudlaşdırılması, dayandırılması və konservasiyası
Maddə 40. Tikinti obyektlərinə qarşı mənfi təbiət və texnogen təsirlərin qarşısının alınması
40.1. Tikinti fəaliyyəti ilə bağlı əsas təhlükəsizlik tələbləri, eləcə də ətraf mühitin mühafizəsinə, zəlzələyə davamlığa, sanitar-gigiyena vəziyyətinə dair tələblər bu Məcəllə və digər tikinti normativ sənədləri ilə müəyyən edilir.
40.2. Tikintiyə dair layihə sənədində tikinti obyektlərinə zərərli təbiət təsirlərindən, həmçinin insan amili nəticəsində meydana çıxa bilən təsirlərdən mühafizə haqqında müddəalar öz əksini tapmalıdır.
40.3. Tikinti fəaliyyəti üçün obyektlərin layihələndirilməsi zamanı tikinti obyektlərinin seysmiklik dərəcələri seysmik rayonlaşdırma (zonalaşdırma) və mikrorayonlaşdırma xəritələri əsasında müəyyən edilir.
40.4. Potensial təhlükəli təbiət və texnogen təsirlərin, həmçinin insan amili nəticəsində fəlakət hallarının baş vermə ehtimalının yüksək olduğu zonalarda qabaqlayıcı mühafizə tədbirlərinin həyata keçirilməsi məqsədilə həmin zonalar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi tədbirlər işlənib hazırlanmalıdır.
40.5. Müvafiq mühəndis və ya geoloji nəzarət sənədləri olmadan tikinti işinə dair sənədləşmələr üzrə hər hansı əməliyyatın keçirilməsi yolverilməzdir.
40.6. Zərərli təbiət və texnogen təsirlərin, həmçinin insan amili nəticəsində meydana çıxa bilən təsirlərin aşkar edildiyi ərazilərdə ətraf mühitin vəziyyəti yoxlanılmalıdır.
Maddə 41. Tikinti işlərinin ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və sanitariya-gigiyena normalarına uyğunluğunun təmin edilməsi
41.1. Tikinti obyektlərində aparılan tikinti işləri ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və sanitariya-gigiyena normalarına uyğun olaraq həyata keçirilməlidir. Bu məqsədlə aşağıdakı tədbirlər görülməlidir:
41.1.1. ekoloji cəhətdən təhlükəli tikinti materiallar və məmulatlarının tikinti işlərində istifadəsinə yol verilir;
41.1.2. müəyyən edilmiş normalardan artıq kimyəvi, bioloji, radioaktiv və digər zəhərli maddələr müşahidə olunduğu hallarda tikinti dayandırılmalı və müvafiq tədbirlər görülməlidir;
41.1.3. dövlət ehtiyacları tələb etdikdə tikinti işləri ekoloji cəhətdən əlverişsiz ərazilərdə aparılarsa, bu ərazilərdə və ya zəhərlənmə səviyyəsinin dərəcəsindən asılı olaraq mövcud zərərin aradan qaldırılması məqsədilə kimyəvi,
bioloji, radioaktiv və digər zəhərli maddələrlə çirklənməyə (zəhərlənməyə) məruz qalmış ərazilərdə xüsusi mühafizə rejimi müəyyən edilməlidir.
41.2. Kimyəvi, bioloji, radioaktiv və digər zəhərli maddələrlə çirklənməyə (zəhərlənməyə) məruz qalmış ərazilərdə inşa edilmiş və insanların yaşaması və ya işləməsi üçün nəzərdə tutulan tikinti obyektlərinin istismarı qadağandır.
Maddə 42. Tarix və mədəniyyət abidələrinin yerləşdiyi ərazilərdə tikinti işləri
Qoruq sərhədi daxilində və mühafizə zonalarında tarix və mədəniyyət abidələri üçün hər hansı təhlükə yarada bilən dövlət əhəmiyyətli tikinti və mühəndis-kommunikasiya işləri müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə görülə bilər. Belə işlərin aparılması "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq həyata keçirilir.
Maddə 43. Tikintidə təhlükəsizlik
43.1. Əsaslı tikinti, təmir, bərpa, yenidənqurma, genişləndirmə və təkmilləşdirmə işləri yerinə yetirilərkən tikinti fəaliyyətinin bütün iştirakçıları tərəfindən təhlükəsizlik normalarının tələblərinə əməl olunmalıdır.
43.2. Tikinti prosesində riayət edilməli xxxx təhlükəsizlik xxxxx və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
Maddə 44. Potensial təhlükəli tikinti obyektləri
44.1. Funksional təyinatına, texnoloji istehsalat proseslərinin xarakterinə və istismar xüsusiyyətlərinə görə texnogen və (və ya) ekoloji fəlakətlərin (qəzaların) baş verməsi, insanların həyat və sağlamlığına zərərin vurulması və digər obyektlərin normal fəaliyyətinin pozulmasına real təhlükə yaradan obyektlər potensial təhlükəli tikinti obyektləri hesab olunurlar.
44.2. Potensial təhlükəli tikinti obyektlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 45. Yaşayış məntəqələrində yanaşı sərhədlərdə tikinti işlərinin aparılmasının əsas şərtləri
45.1. Yaşayış evlərinin tikintisi zamanı aşağıdakılar nəzərə alınmalıdır:
45.1.1. mövcud tikililərlə sərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, tikinti normativ sənədləri ilə müəyyən edilmiş ara məsafələr saxlanılmalıdır;
45.1.2. qarşılıqlı razılaşma əsasında torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq yaşayış evlərinin cütləşdirilməsinə (birləşdirilməsinə) yol verilir;
45.1.3. qarşılıqlı razılaşma əsasında layihəçilərin təklifi nəzərə alınmaqla yaşayış evlərinin tikintisi yanaşı sərhəddəki birgə divar və ya iki paralel divar vasitəsilə həyata keçirilə bilər.
45.2. Qarşılıqlı razılaşma əsasında yeni tikiləcək yaşayış binasının divarı yanaşı sərhəddə mövcud xxxx binanın divarına birləşdirilə (əlavə oluna) bilər.
Maddə 46. Tikinti fəaliyyətinin məhdudlaşdırılması və ya qadağan edilməsi
46.1. Ehtiyatları təsdiq edilmiş faydalı qazıntıların yerləşdiyi sahədə tikinti işləri mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
46.2. Ətraf mühitin, daşınmaz tarixi və mədəniyyət abidələrinin, əhalinin sağlamlığının qorunması məqsədilə, habelə qanunvericiliklə müəyyən edilmiş digər hallarda Azərbaycan Respublikasında həyata keçirilən hər hansı tikinti fəaliyyəti məhdudlaşdırıla və ya həmin fəaliyyətə qadağa qoyula bilər.
46.3. İstirahət zonaları və kurort yerləri məhdud rejimli ərazilərdir. Həmin ərazilərdə aşağıdakı tikinti obyektlərinin inşası qadağandır:
46.3.1. təbii müalicə əhəmiyyətli yerlərin təyinatı və istifadəsi ilə birbaşa əlaqəsi olmayan hər hansı obyekt;
46.3.2. sənaye və kənd təsərrüfatı təyinatlı obyektlər, o cümlədən quşçuluq təsərrüfatı kompleksləri;
46.3.3. fiziki şəxslər üçün müvəqqəti yaşayış evləri və ya sığınacaqlar;
46.3.4. istirahət zonalarının və kurort yerlərinin inkişafı ilə əlaqəsi olmayan obyektlər;
46.3.5. yeni tranzit və avtomobil yolları.
46.3.6. kanalizasiya, su, qaz və digər təchizat sistemlərinin olmadığı ərazilərdə yaşayış evləri.
46.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla, sərhəd və sərhədboyu zolaqda dövlət sərhədinin mühafizəsinin təmin olunması ilə bağlı olmayan hər hansı tikinti işlərinin aparılması qadağandır.
Maddə 47. Yanaşı sərhəddə binaların yerləşdirilməsi
47.1. Torpaq sahələrində yaşayış evləri yerləşdirilərkən şaquli planlaşdırma elə aparılmalıdır ki, arxa yığılan sular və dam örtüyündən axan yağış suları qonşu əraziyə axıdılmasın.
47.2. Yaşayış evi torpaq sərhədindən ən azı 5 metr kənar məsafədə inşa edilməlidir. Yalnız bu halda qonşu sərhədə baxan divarlarda pəncərələr və ya digər dəliklər açıla bilər. İstiqaməti və relyefi nəzərə alınmaqla, habelə qonşu torpaq sahəsində yaşayış evi tikildikdə və evlər arasında heç bir maneə olmadıqda, o cümlədən pəncərələrdən görünmə sahəsi məhdudlaşdırılmadıqda həmin məsafə layihəçi tərəfindən artırıla bilər.
47.3. Abadlaşdırılan və yenidən bərpa olunan ərazilərdə bu Məcəllənin 47.2- ci maddəsində nəzərdə tutulmuş məsafə tikinti normativ sənədlərində müəyyən olunmuş tələblər əsas götürülərək qısaldıla bilər. Belə halda qonşu sərhəddə tikilən divarın heç bir dəliyi olmamalıdır. Tərəflərdən biri bu qaydalara zidd olaraq, pəncərə dəliklərini və ya digər dəlikləri açarsa, o, insolyasiya və təbii işıqlandırma şəraiti ilə təmin olunması məqsədi ilə iddia etmək hüququna malik deyildir.
47.4. Binalar arasında mövcud boş ərazilərdə aşağıdakılara icazə verilə bilər:
47.4.1. oyun meydançalarının və velosipedlər üçün dayanacaq yerlərinin təşkil edilməsi;
47.4.2. torpaq səviyyəsindən 50 santimetr hündürlükdə açıq terrasların təşkil edilməsi;
47.4.3. əlillər üçün pandusların təşkil edilməsi.
Maddə 48. Ortaq divarlar
48.1. İstənilən ortaq divar qonşuların notariat qaydasında təsdiq olunmuş razılığı əsasında inşa oluna bilər. Ortaq divar qonşuların biri tərəfindən öz hesabına inşa olunduqda digər qonşu gələcəkdə həmin ortaq divardan istifadəyə görə razılaşdırılmış müddət ərzində onun torpağında yerləşmiş divar hissəsi üçün kompensasiya ödəməli və ya razılıq əsasında yanaşı divar inşa etməlidir.
48.2. Ortaq divarlar tikinti normalarına və hər iki qonşunun tələbatlarına uyğun olaraq inşa olunmalıdır.
`48.3. Ortaq divarın inşasına başlanarkən qonşulardan biri gələcəkdə özü tərəfindən aparılacaq inşaat üçün istifadə oluna biləcək ortaq divarın özülünün inşasını qonşudan xahiş edə bilər. Ortaq divarın inşa xərcləri iki qonşu arasında notariat qaydasında razılaşdırılmış müqavilə əsasında divarın istifadə payına müvafiq olaraq bölüşdürülməlidir.
48.4. Bina onun sahibi tərəfindən dağıdıldıqda (söküldükdə) və binanın ərazisində gələcəkdə hər hansısa tikinti işlərinin aparılıb-aparılmamasından asılı olmayaraq, həmin binanın sahibi dağılma və ya sökülmə nəticəsində ortaq divarı və ya onun zədə almış hissəsini öz vəsaiti hesabına bərpa etməyə borcludur
48.5. Binada bərpa işləri aparılarkən qonşular arasında əldə olunmuş razılığa və ya müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında mövcud ortaq divar layihə sənədlərinə uyğun olaraq sökülərək yenidən bərpa oluna bilər.
48.6. Qonşulardan biri ortaq divarı və ya onun bir hissəsini digər qonşunun razılığı olmadan sökdükdə, həmin qonşu bu divarı bərpa etmək üçün kompensasiyanın ödənilməsini tələb edə bilər.
Maddə 49. Yanaşı divarlar
49.1. Yanaşı divarların inşası zamanı qonşular inşa etdikləri divarların növü, ölçüləri və yerləşməsi barədə bir birilərini məlumatlandırırlar.
49.2. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divara digər qonşu tərəfindən istənilən konstruksiyanın əlavə edilməsi yalnız həmin qonşudan notariat qaydasında təsdiq olunmuş razılığın əldə olunmasından sonra mümkündür. Bu halda həmin divar ortaq divar hesab olunur.
49.3. Mövcud yanaşı divara əlavə tikilinin inşa edilməsi haqqında tərəflər arasında razılaşma həmin tikilinin inşasına başlamazdan 3 ay əvvəl əldə olunmalıdır. Əlavə tikilinin inşası başlandıqdan sonra əldə olunmuş razılıq birtərəfli qaydada pozula bilməz.
49.4. Qonşulardan biri yanaşı divara əlavə xxxxxx inşa etdikdə, o, digər qonşuya yalnız yanaşı divarın istifadə etdiyi hissəsinin inşasına çəkilən xərclərin yarısını ödəyir.
49.5. Yanaşı divarda əlavə tikilinin inşa edilməsi ilə bağlı kompensasiya məbləği hesablanarkən, yanaşı divarın mövcud vəziyyəti və gələcək istismarı nəzərə alınmalıdır. Kompensasiyanın məbləği tam ödənildikdə, yanaşı divarda əlavə tikilinin inşasına başlana bilər.
49.6. Divar, mövcud qonşu divara paralel tikilirsə və yanaşı divarlar arasındakı məsafə (boşluq) onların istismarına mane olursa, bu boşluq müəyyən tədbirlər vasitəsi ilə atmosfer yağıntılarından mühafizə olunmalıdır. Tədbirlərin görülməsi ilə bağlı xərclər inşaatı aparan qonşu tərəfindən çəkilməlidir.
49.7. İki yanaşı divar eyni vaxtda inşa olunursa, divar birləşmələrinin ümumi xərcləri iki qonşu arasında bölünməlidir. Qonşulardan biri öz tikilisinin özülünü mövcud divarın özülündən dərin qoymaq istəyirsə, o, mövcud divarın zədələnmədən qorunması şərti ilə layihə sənədləri əsasında özülü tələb olunan səviyyəyə qədər dərinləşdirə bilər. Özülün dərinləşdirilməsi üzrə tikinti işlərinin yerinə yetirilməsi nəticəsində qonşu binanın divarı və ya özülü zədələndikdə, zədələnmiş divar və ya özül tikintini aparan qonşu tərəfindən bərpa olunmalı və möhkəmləndirilməlidir.
Maddə 50. Yanaşı divarın ucaldılması və mühəndis xidmətləri
50.1. Yanaşı hasar divarının hündürlüyü 2 metr 20 santimetrdən xxx olmamalıdır.
50.2. İki yanaşı torpaqların səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi kimi torpağın ən yuxarı səviyyəsi qəbul edilir. Bu
halda hasarların üstündə yerləşdirilən məftil toru və ya digər şəffaf çəpər hündürlüyün hesablanmasına daxil edilmir.
50.3. Aşağıdakı hallarda işlərin tikinti normativ sənədlərinin tələblərinə uyğun yerinə yetirilməsi şərti ilə qonşu mühəndis-komminikasiya xətlərinin öz sahəsindən keçməsinə icazə verə bilər:
50.3.1. mühəndis-kommunikasiya xətlərinin çəkilməsi üçün əlverişli həll olmadıqda;
50.3.2. mühəndis-kommunikasiya xətlərinin çəkilməsi təsdiq olunmuş layihə sənədlərində nəzərdə tutulduqda.
50.4. Qonşu torpaqların şaquli planlaşdırılması suyun (atmosfer yağıntılarının, irriqasiya və sair) bir qonşunun torpağından digərinin torpağına axıdılmaması şərti ilə yerinə yetirilməlidir. Bu tələblər nizamlanan sulara (bulaqlar, kanal, çay) şamil olunmur.
50.5. Sahənin relyef mürəkkəbliyi səbəbindən atmosfer yağıntılarının düşməsi nəticəsində yaranan suların qonşu ərazilərindən keçməklə kənarlaşdırılması mümkün qədər nizamlı qaydada təmin edilməlidir.
Maddə 51. Tarix və mədəniyyət abidələrinin əlamətləri aşkar olunduqda tikinti işlərinin dayandırılması
51.1. Mülkiyyət formasından asılı olmayaraq fiziki və hüquqi şəxslər tərəfindən yerinə yetirilən geoloji-axtarış və torpaq-qazma işləri zamanı tarix və mədəniyyət abidələrinin əlamətləri aşkar olunduqda, iş icracısı bu barədə sifarişçini xəbərdar etməli, sifarişçi isə öz növbəsində tikinti işlərini dərhal dayandıraraq, bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.
51.2. Məlumat daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı bu cür obyektdə tikinti işlərinin dayandırılması və zəruri tədbirlərin görülməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada qərar qəbul etməlidir.
Maddə 52. Tikinti işlərinin müvəqqəti dayandırılması
52.1. Tikinti işləri xxxxxx müqaviləsi ləğv edilmədən və tikintidə (tikinti işlərinin icrası zamanı) texnoloji fasilələrlə əlaqədar olmayan səbəblərdən müvəqqəti olaraq 3 ay müddətinə dayandırıla bilər.
52.2.Tikinti işləri aşağıdakı hallarda dayandırılır:
52.2.1. tikintidə dövlət nəzarətini həyata keçirən orqanların qərarı olduqda;
52.2.2. tikinti işlərinin sifarişçi tərəfindən podratçının lazımi material və avadanlıqlarla təmin edilməməsi səbəbindən tikinti işləri bir aydan artıq müddətə yerinə yetirilmədikdə;
52.2.3. sifarişçi tikinti obyektini konservasiya etmək niyyətində olduqda və ya tikintini davam etdirmək istəmədikdə;
52.2.4. tikinti obyektinin təhlükəsizliyinə və etibarlığına təhlükə yarada biləcək ciddi qüsurlar aşkar edildikdə.
Maddə 53. Tikintisi tamamlanmamış obyektin uzun müddətə dayandırılması (konservasiyası)
53.1. Tikintisi tamamlanmamış obyektin konservasiyasını aşağıdakı işlər əhatə edir:
53.1.1.layihə sənədlərində nəzərdə tutulan tikinti işlərinin icrasının dayandırılması;
53.1.2.tikinti obyektinin mühafizəsi üçün xxxxx xxxx tədbirlərin görülməsi; 53.1.3.aparılmış tikinti işləri üçün podratçı ilə sifarişçi (investor) arasında
hesablaşmaların tamamlanması və xxxxxx müqaviləsinin ləğvi;
53.1.4.mühafizəsini və təhlükəsizliyini təmin etmək məqsədilə sifarişçi (investor) və cəlb olunmuş mütəxəssislər tərəfindən tikintisi tamamlanmamış və konservasiya edilmiş obyektə vaxtaşırı baxışın keçirilməsi.
Maddə 54. Tikintisi tamamlanmamış obyektin konservasiya edilməsini şərtləndirən hallar
54.2. Tikintisi tamamlanmamış obyektin konservasiyası haqqında qərar aşağıdakı hallarda qəbul edilir:
54.2.1. tikintinin layihə sənədlərinin tələblərinə və tikinti xxxxx və qaydalarına uyğun olmaması aşkar edildikdə;
54.2.2. obyektin inşası prosesində layihə sənədlərinə zəruri dəyişikliklərin edilməsini şərtləndirən yeni əsaslar üzə çıxdıqda;
54.2.3. tikintinin davam etdirilməsi üçün sifarişçidə (investorda) lazımi maliyyə vəsaitlərinin olmaması və yaxud müqavilə ilə nəzərdə tutulan müddət ərzində tikintinin material və avadanlıqlarla təmin edilməsi mümkün olmadıqda;
54.2.4. xxxxxx müqaviləsində və ya qanunvericiliklə nəzərdə tutulan digər əsaslar olduqda.
Maddə 55. Tikintisi tamamlanmamış obyektin konservasiyası haqqında qərarın qəbul edilməsi qaydası
55.1. Tikintisi tamamlanmamış obyektin konservasiyası haqqında qərar:
55.1.1. dövlət büdcəsi vəsaiti və digər mənbələr hesabına inşa edilən obyektlər üzrə - müvafiq icra hakimiyyəti orqanı və ya onun tərəfindən təyin edilmiş səlahiyyətli orqan;
55.1.2. bələdiyyə vəsaitləri hesabına inşa edilən obyektlər üzrə - bələdiyyə orqanları;
55.1.3. şəxsi vəsaitlər hesabına inşa edilən obyektlər üzrə - sifarişçilər tərəfindən qəbul olunur.
55.1.4. 3 aylıq müddət bitdikdən sonra bu Məcəllənin 55.1-ci maddəsində göstərilən tikinti fəaliyyətinin iştirkçıları 1 ay ərzində tikintisi müvəqqəti dayandırılmış obyektin konservasiyası haqqında qərar qəbul etməlidirlər.
55.2. Tikintisi tamamlanmamış obyektin konservasiyası haqqında qərarda işlərin dayandırılması tarixi, maliyyələşdirmə mənbələri, konservasiyanın həyata keçirilməsi üçün sənədlərin hazırlanması müddəti, habelə obyektin mühafizəsi üzrə tədbirlər əks etdirilir.
55.3. Tikintisi tamamlanmamış obyektin konservasiyası haqqında qərarın qəbul edildiyi tarixdən başlayaraq sifarişçi (investor) podratçı ilə birlikdə 15 gün ərzində aşağıdakı sənədləri tərtib edir:
55.3.1. obyektin konservasiyası haqqında aktda konservasiyaya qədər yerinə yetirilmiş tikinti işlərinin smeta dəyərini, həmçinin istifadə olunmamış tikinti materiallarını və quraşdırılmamış avadanlıqları əks etdirən cədvəllər
55.3.2. konservasiya edilmiş obyektin və ya onun konstruktiv elementlərinin saxlanılmasının təmin olunması üçün zəruri xxxx işlərin və xərclərin siyahısı.
55.4. Tikintisi tamamlanmamış obyekt 3 ildən artıq konservasiya vəziyyətində qala bilməz. Tikintisi tamamlanmamış obyektin konservasiyası səbəbləri aradan qaldırıldıqdan sonra tikintinin bərpa edilməsi haqqında qərar bu Məcəllənin 55.1-ci maddəsində göstərilən orqanlar tərəfindən qəbul edilir. Tikintinin davam etdirilməsi bu Məcəllə və digər qanunvericilik aktları ilə müəyyən edilən qaydada həyata keçirilir. Tikintisi tamamlanmamış obyekt tikintisi davam etdirilməsi üçün müvafiq akt əsasında podratçıya təhvil verilir. Podratçiya həm də obyektin texniki vəziyyəti haqqında layihəçinin rəyi təqdim edilir.
55.5. Konservasiya edilmiş obyektin saxlanılması dövlət maraqlarına zidd olduqda, bu cur obyektin qanunvericiliklə müəyyən edilmiş qaydada sökülməsi (demontajı) həyata keçirilə bilər.
VIII fəsil
Tikinti materialları və məmulatları
Maddə 56. Tikinti material və məmulatlarının keyfiyyətinə xxxx tələblər
56.1. İstənilən tikinti material və məmulatları texniki və iqtisadi əsaslandırılmalara, layihə həllərinin tələblərinə, tikinti işlərinin təyinat və xüsusiyyətlərinə uyğun olaraq seçilir.
56.2. Bina və qurğuların layihələndirilməsində və tikintisində ətraf mühitə və sağlamlığa xxxxx xxxx biləcək tikinti material və məmulatlarının istifadəsi yolverilməzdir.
56.3. Layihə həllərində, eləcə də tikinti prosesində yalnız müvafiq dövlət standartlarına cavab verən və sertifikatı xxxx tikinti materiallarından istifadə oluna bilər.
56.4. Layihə həllərində və tikinti prosesində yalnız bir-biri ilə uyğunlaşan tikinti materiallarından istifadə oluna bilər. Tikintidə tez alışan materiallarla digər xassəli materialların birgə istifadəsinə zərurət yarandıqda, materialın tez alışqanlıq xassəsini qismən və ya tam aradan qaldıra və ya onların oda davamlılıq dərəcəsini artıra biləcək materiallardan istifadə olunmalıdır. Tez alışan tikinti materialının digər materiallarla birlikdə əlaqəli şəkildə istifadəsi zamanı onun tez alışmaya qarşı mühafizəsi təmin olunarsa, işlədilə bilər.
56.5. Təsdiq olunmuş layihə sənədlərində tikintidə istifadə olunacaq tikinti materiallarının tam spesifikasiyası verilməlidir.
56.6. Tikinti materialları və məmulatları texniki nəzarətçi və iş icraçısının bilavasitə cavabdehliyi altında, akkreditasiya olunmuş laboratoriya tərəfindən tikinti xxxxx və qaydalarına və keyfiyyət göstəricilərinə uyğunluğu yoxlanıldıqdan sonra istifadə olunur. Müvafiq standartlara, tikinti xxxxx və qaydalarına cavab verməyən tikinti material və məmulatlarının istifadəsi qadağandır.
56.7. Tikinti material və məmulatlarının nişanlanmasında qanun pozuntusuna yol verildikdə, tikintidə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı həmin material və məmulatlardan istifadəni qadağan edə bilər.
56.8. Tikinti material və məmulatlarının satışına, keyfiyyətinə, təhlükəsizliyinə dair tələblər tikinti normativ sənədləri ilə müəyyən edilir.
Maddə 57. Tikinti material və məmulatlarının tikinti normativ sənədlərinin tələblərinə uyğunluğunun təmin edilməsi
57.1. Tikinti material və məmulatlarının tikinti normativ sənədlərinin tələblərinə uyğunluğu yoxlanmalıdır. Belə uyğunluğun yoxlanılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunmuş laboratoriyalar tərəfindən həyata keçirilir.
57.2. Tikinti material və məmulatlarının keyfiyyətinin standartlara və normativ tələblərə uyğunluğu yoxlanılarkən zəruri hallarda mənşə ölkəsində qəbul edilmiş keyfiyyətin yoxlama üsulu tətbiq oluna bilər.
57.3. Tikinti material və məmulatlarının keyfiyyət uyğunluğunun yoxlanılması ilə bağlı xərclər istehsalçı və ya idxalçı tərəfindən ödənilir.
57.4. Tikinti material və məmulatlarının keyfiyyət uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 58. Tikinti material və məmulatlarının digərləri ilə əvəz olunması
58.1. Zərurət yarandıqda tikinti prosesində tikinti materialları və məmulatları digərləri ilə əvəz oluna bilər.
58.2. Tikinti material və məmulatlarının uyğun xassəli digər tikinti materialları və məmulatları ilə əvəz edilməsi layihənin müəllifi və sifarişçi ilə razılaşdırılır.
58.3. Tikinti materialları və məmulatları fərqli xassəli digər tikinti materialları və məmulatları ilə əvəz olunduqda və belə əvəz olunma dövlət və ictimai maraqlarla bağlı olduqda, yeni icazə tələb olunur.
IX fəsil
Tikinti prosesi və işləri
Maddə 59. Tikinti prosesinin əsas mərhələləri
59.0. Tikinti prosesi aşağıdakı əsas mərhələləri əhatə edir:
59.0.1. sifarişçinin müraciətinə əsasən onun mülkiyyətində və ya istifadəsində xxxx sahədə obyektin tikintisinə və layihələndirilməsinə, yaxud tikinti üçün yeni torpaq sahəsinin ayrılmasına icazənin verilməsi barədə qərarın müvafiq icra hakimiyyəti orqanı və ya yerli özünüidarəetmə orqanı tərəfindən qəbul edilməsi
59.0.2. tikinti obyektinin eskiz layihəsinin hazırlanması və müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması;
59.0.3. aidiyyəti təşkilatlardan alınan texniki rəylər əsasında müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən obyektin memarlıq-planlaşdırma göstərişlərinin və mühəndis təminatı üçün şərtlərin formalaşdırırlması və obyektin inşaat pasportunun hazırlanması;
59.0.4. mühəndis-axtarış işlərinin aparılması və obyektin layihə-smeta sənədlərinin hazırlanması;
59.0.5. hazırlanmış tikinti layihə-smeta sənədlərinin ekoloji, sanitariya- gigiyena, geoloji, seysmik, yanğın, qaz və elektrik təhlükəsizliyi tələblərinə uyğunluğu baxımından müvafiq təşkilatlarla razılaşdırılması;
59.0.6. razılaşdırılmış layihənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət ekspertizasından keçirilməsi;
59.0.7. işin icrasına konkret podratçının (inşaatçının) cəlb edilməsi (qanunla tələb olunduğu hallarda tender keçirilməklə) və onunla tikinti xxxxxx müqaviləsinin bağlanması;
59.0.8. tikiləcək obyektin, sifarişçinin (investorun) müraciətinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması və tikintiyə başlanmasına icazə verilməsi;
59.0.9. obyektdə tikinti-quraşdırma işlərinin aparılması və onun layihə-smeta sənədlərinə, habelə istifadə olunan tikinti material va məmulatlarının dövlət standartlarına uyğun olmasına, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin və müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət nəzarətinin həyata keçirilməsi;
59.0.10. tikintisi başa çatmış obyektin istismara (istifadəyə) verilməsi.
Maddə 60. Tikinti prosesinin idarə olunması
60.1. Xüsusi tikinti işləri də daxil olmaqla, tikinti işlərinin istənilən növü tikinti normativ sənədləri ilə müəyyən olunan texniki şərtlər və standartlar, qaydalar və normalar nəzərə alınmaqla aparılır.
60.2. Podratçı (inşaatçı) müxtəlif tikinti-quraşdırma işlərinin mövcud tikinti normativ sənədlərinin tələblərinə uyğun olaraq aparılmasını təmin edir. Tikinti işlərinin aparılması zamanı inşaatçı (podratçı) aşağıdakıları təmin etməlidir:
60.2.1. küçələr və ictimai ərazilər də daxil olmaqla, ətraf mühiti istehsalat tullantıları və çirkab sularla çirklənməsinin qarşısını almaq;
60.2.2. səsin, vibrasiyanın, havanın çirklənməsinin və sair təsirləri tikinti normativ sənədləri ilə müəyyənləşdirilmiş dərəcədə saxlanmasını təmin etmək;
60.2.3. əsas tikinti işlərinə başlamazdan əvvəl tikinti sahəsində və sərhədlərindən kənarda hazırlıq işlərini aparmaq;
60.2.4. tikinti işləri aparılarkən enerji və su təchizatına ehtiyac olduqda müvafiq icazə almaqla mövcud sistemlərdən müvəqqəti enerji və su xətti çəkmək.
Maddə 61. Tikinti işlərinin təşkili və həyata keçirilməsi
61.1. Tikinti işlərinin təşkili və həyata keçirilməsi onun iştirakçıları arasında bağlanan müqaviləyə (kontrakta) əsaslanır. Müqaviləyə (kontrakta) əsasən həyata keçirilən tikinti işləri zamanı tikinti fəaliyyəti iştirakçılarının qarşılıqlı öhdəlikləri onlar arasında imzalanmış müqavilə (kontrakt) ilə müəyyən edilir.
61.2. Müqaviləni (kontraktı) imzalayacaq tərəf müqabilinin seçilməsi, qarşılıqlı öhdəliklər və digər məsələlər tikinti fəaliyyətinin iştirakçıları tərəfindən müəyyən olunur.
61.6. Tikinti işlərinin təşkilinə və həyata keçirilməsinə dair tikinti fəaliyyətinin iştirakçıları arasında heç bir müqavilə (kontrakt) olmadan fərdi tikinti aparıla bilər.
Maddə 62. Tikinti prosesinə görə məsuliyyət daşıyan şəxslər
62.1. Tikinti layihələrini maliyyələşdirən sifarişçi tikinti prosesinin idarə olunmasını, müəllif və texniki nəzarətin həyata keçirilməsini təmin edir.
62.2. Layihəçi sifarişçinin tapşırığı ilə tələb olunan layihə sənədlərini tərtib edir, layihənin mərhələlərinə aid materialları hazırlayır, layihənin tikinti normativ sənədlərinə uyğunluğuna görə məsuliyyət daşıyır və tikinti prosesi zamanı müəllif nəzarətini həyata keçirir.
62.3. Tikinti obyektinin podratçısı qanunvericiliklə müəyyən olunmuş qaydada sifarişçi ilə bağlanmış müqaviləyə əsasən tikinti işlərinə rəhbərliyi həyata keçirməklə, tikilməkdə xxxx obyektin layihəyə uyğunluğuna, tikinti işlərinin texniki şərtlərə və təhlükəsizlik tələblərinə, o cümlədən tikinti normativ sənədləri
ilə müəyyən olunmuş digər tələblərə uyğun yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
Maddə 63. Tikinti meydançası
63.1. Tikinti meydançasının ərazisi və sərhədləri tikinti layihələri əsasında müəyyənləşdirilir. Tikinti meydançasının sərhədləri bir qayda olaraq tikinti sahəsinin sərhədləri ilə üst-üstə düşməlidir. Tikinti meydançasının sərhədləri tikinti sahəsinin sərhədləri ilə üst-üstə düşmədikdə, sifarişçiyə məxsus olmayan torpaqdan istifadənin şərtləri sifarişçi ilə torpaq sahibi arasında qanunvericiliyə uyğun olaraq bağlanmış müqavilə əsasında müəyyənləşdirilir.
63.2. Tikinti meydançasının təşkil edilməsində əsas məqsəd tikinti işlərinin insan sağlamlığının və ətraf mühitin təhlükəsizliyi tələblərinə, eləcə də tikinti normativ sənədləri ilə müəyyən olunmuş digər tələblərə uyğun olaraq aparılmasını təmin etməkdən ibarətdir.
63.3. Tikinti işlərinin aparılması zamanı üçüncü şəxslərə xəsarətin yetirilməsi və ya onlara ziyanın vurulması hallarını istisna etmək məqsədilə tikinti meydançası tikinti işlərinə başlamazdan əvvəl xxxxxx alınmalı və xəbərdarlıq nişanları quraşdırılmalıdır. Hasarlar tikinti işlərinin aparılması zamanı tikinti materiallarının tikinti meydançasından kənara düşməsinin qarşısını xxxx qurğularla və işıqlandırma vasitələri ilə təchiz olunmalıdır.
63.4. Tikinti işlərinin aparılmasına mane xxxx ağaclar, xxxxxx və yaşıllıqlar yalnız müvafiq icra hakimiyyəti orqanının buna razılığı olduqda kəsilir və ya digər ərazilərə köçürülür. Ərazidə qalan ağaclar və xxxxxx tikinti işləri zamanı müvafiq tədbirlər vasitəsilə mühafizə olunmalıdır.
63.6. Tikinti meydançasına yanaşı torpaqların, küçələrin, yol örtüyünün çirklənməsinin qarşısı alınmalı və orada təmizliyə riayət olunmalıdır. Tikinti meydançasında yerləşən yeraltı kommunikasiya xətlərinin və konstruksiyaların mühafizəsi təmin olunmalıdır.
63.7. Tikinti meydançasında hazırlıq işləri aparılarkən mövcud mühəndis- kommunikasiya xətlərinin və qurğularının sökülməsi və ya ərazidən köçürülməsi tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirilir.
63.10. Məlumat lövhəsi tikinti sahəsinin görünən yerində yerləşdirilməlidir və orada bu Məcəllənin 28-ci maddəsində nəzərdə tutulmuş məlumatlar öz əksini tapmalıdır.
Maddə 64. Tikinti meydançasına yanaşı torpaq sahibləri ilə münasibətlər
64.1. Tikinti sahəsinə yanaşı xxxx sahələrdən tikinti sahəsinə hər hansısa ziyan vurma ehtimalı olduqda, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanı yanaşı torpaq sahibinin üzərinə öz torpaq sahəsində müvafiq tədbirlər görmək öhdəliyini qoya bilər.
64.2. Tikinti sahəsi ilə əlaqəni təmin etmək və tikinti prosesində texniki xidmət göstərmək üçün müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə boş torpaq sahəsindən istifadə etməyə icazə verə bilər.
Maddə 65. Abadlaşdırılmış sahələrdə və məhdud ərazidə tikinti işlərinin aparılması
65.1. Abadlaşdırılmış sahələrdə və məhdud ərazidə tikinti prosesi həyata keçirilirkən sifarişçi, layihəçi və podratçı tikinti işlərinin yaxınlığındakı obyektlərdə və onun elementlərində deformasiya və zədələnmə hallarına yol verməməli və həmin obyektlərin normal fəaliyyət rejimini pozmamalıdırlar.
65.2. Məhdud şəraitdə tikilməkdə xxxx obyektlərin sifarişçiləri layihə-axtarış işlərini yerinə yetirərkən yanaşı binaların konstruksiyalarını təfsilatla öyrənməli, planlaşdırılan tikinti işlərinin mövcud obyektlərə potensial təsirini qiymətləndirməlidirlər.
65.3. Mühəndis-axtarış işlərinin nəticələri ilə əsaslandırıldıqda, tikinti işlərinin idarə olunması zamanı layihəçi obyektin layihəsində yanaşı bina və qurğuların daimi müşahidəsini nəzərdə tutmalıdır. Deformasiya aşkar edildikdə, podratçı bu barədə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırır.
Maddə 66. Tikinti işlərinin əsas mərhələləri
66.0. Bina və qurğularda aparılan tikinti işləri aşağıdakı əsas mərhələlərdən ibarətdir:
66.0.1. tikinti üçün sahənin hazırlanması;
66.0.2. torpaq-qazma işləri;
66.0.3. bünövrə işləri;
66.0.4. tikinti-quraşdırma işləri:
66.0.4.1. beton və dəmir-beton işləri
66.0.4.2. divar-hörgü işləri;
66.0.4.3. dam işləri;
66.0.4.4. izolyasiya və antikorroziya işləri;
66.0.5. tamamlama işləri:
66.0.5.1. suvaq işləri;
66.0.5.2. döşəmə işləri;
66.0.5.3. boya-bəzək işləri;
66.0.5.4. fasad işləri;
66.0.6. mühəndis-kommunikasiya işləri:
66.0.6.1. su, qaz, kanalizasiya, istilik, elektrik təchizatı sistemləri və şəbəkələri;
66.0.6.2. havanı qızdırma, ventilyasiya və kondisionerləşdirmə sistemləri, havatəmizləmə qurğuları;
66.0.6.3. aşağı cərəyanlı şəbəkələr və siqnalizasiya sistemləri;
66.0.7. texniki avadanlığın quraşdırılması;
66.0.8. texnoloji avadanlığın quraşdırılması;
66.0.9. xarici mühəndis-kommunikasiya sistemlərinin quraşdırılması;
66.0.10. obyektin və yanaşı ərazilərin abadlaşdırılması və sair işlər.
Maddə 67. Tikintinin başlanılması üçün hazırlıq işlərinin aparılması
67.1. Tikinti işlərinə yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikinti işlərinin başlanmasına icazə alındıqdan, qanunvericiliyə uyğun olaraq podratçı ilə müqavilə bağlandıqdan və müvafiq icra hakimiyyəti orqanını bu barədə məlumatlandırdıqdan sonra başlanılır.
67.2. Əsas tikinti işlərinə başlamazdan əvvəl tikinti meydançasında bu Məcəllənin 63-cü maddəsində müəyyən olunmuş tədbirlər həyata keçirilir, hazırlıq və su kənarlaşdırma işləri aparılır. Tikinti işləri başlandıqda icazə və tikinti ilə bağlı sənədlər tikinti obyektində saxlanılmalıdır.
67.3. Sifarişçi tikintiyə başlamazdan əvvəl qeydiyyata alınmaq üçün yazılı məlumatı tikintidə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
67.4. Tikinti işlərinə başlamazdan əvvəl meydançadaxili və meydançadankənar təhlükəsizlik tədbirləri və meydançada tikintinin başlanmasına hazırlıq işləri yerinə yetirilməlidir.
67.5. Planlaşdırma şərtlərinə uyğun olaraq aşağıdakı meydançadankənar işlər yerinə yetirilməlidir:
67.5.1. tikinti sahəsinə giriş yolunun inşası;
67.5.2. təmizləmə qurğuları ilə kanalizasiya kollektorlarının inşası;
67.5.3. transformator qurğuları ilə elektrik enerjisi xətlərinin çəkilməsi.
67.6. Əsas tikinti işlərinə başlamazdan əvvəl aşağıdakı hazırlıq işləri aparılır:
67.6.1. təmizləmə və səthin hamarlanması (planlama);
67.6.2. mövcud bina və qurğuların köçürülməsi;
67.6.3. mövcud mühəndis-texniki şəbəkələrin tənzimlənmsəi;
67.6.4. su, enerji təchizatı, telekommunikasiya, kanalizasiya və digər mühəndis-kommunikasiya sistemlərinin quraşdırılması;
67.6.5. müvəqqəti bina və tikililəri inşası.
67.7. Hazırlıq işlərinin başa çatmasına iki həftə qalmış sifarişçi tikintidə dövlət nəzarəti həyata keçirən orqana hazırlıq işlərini qəbul etmək üçün müraciət edir.
Maddə 68. Tikinti zamanı qəzalar (bədbəxt hadisələr)
68.1. Bina və qurğularda qəza, onların və ya hissələrinin, öz yükünü daşıyan və yükdaşıyan konstruksiya elementlərinin dağılması deməkdir. Qəza həmçinin torpaq sürüşməsi, qazma, özül işləri aparılarkən və digər hallarda da baş verə bilər. Bina və qurğuların tikintisi, yenidən qurulması, sökülməsi və digər işlərin yerinə yetrilməsi zamanı qəza baş verdikdə, podratçı (fərdi tikinti olduqda - sifarişçi) dərhal aşağıdakı tədbirləri həyata keçirməlidir:
68.1.1. xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsinin təşkil edilməsi;
68.1.2. qəzaların artmasının qarşısının alınması üçün tələb olunan ilkin tədbirlərin görülməsi;
68.1.3. qəzanın səbəblərini araşdırmaq üçün qəza ərazisinin mühafizə edilməsi;
68.1.4. müvafiq icra hakimiyyəti orqanının qəza haqqında dərhal məlumatlandırılması;
68.1.5. sifarişçiyə, layihəçiyə və texniki nəzarətçiyə qəza haqqında məlumatın verilməsi;
68.1.6. hər hansı bir şəxs yaralandıqda bu barədə müvafiq hüquq mühafizə orqanlarına və əməyin mühafizəsi üzrə dövlət müfəttişliyinə məlumatın verilməsi.
68.1.7. qəza nəticəsində ətraf mühitin çirklənməsi təhlükəsi yarandıqda və ya ətraf mühit çirkləndikdə, bu barədə müvafiq icra hakimiyyəti orqanının məlumatlandırılması.
68.2. Qəzanın yüksək təhlükəli qurğularla əlaqəsi olduqda, yüksək təhlükəli qurğuların istismarına cavabdeh xxxx müvafiq orqana bu barədə məlumat verilir. Tikinti işləri aparılarkən baş vermiş qəza yüksək təhlükəli qurğuların sıradan çıxmasına və ya onların zədələnməsinə səbəb olduqda, bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir.
Maddə 69. Bina və qurğuların yerləşdiyi mövcud ərazilərin inkişafı
69.1. Bina və qurğuların yerləşdiyi mövcud ərazilərin inkişafı məhəllə, mikrorayon və ya onun hissələrinin sərhədləri hüdudlarında həyata keçirilir. Mövcud ərazilərin inkişafı haqqında qərar təsdiq olunmuş şəhərsalma infrastrukturunun inkişaf planına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin təşəbbüsü ilə, şəhərsalma reqlamentinin, habelə bu ərazinin sosial və kommunal-məişət təyinatlı, mühəndis infrastrukturlu obyektlərinə xxxx tələbatı nəzərə alınmaqla qəbul edilir.
69.2. Mövcud ərazilərin inkişafı haqqında qərar qanunvericilikdə nəzərdə tutulmuş qaydaya uyğun olaraq aşağıdakı hallarda qəbul olunur:
69.2.1. qəza vəziyyətində xxxx xxxx və qurğular olduqda;
69.2.2. sökülməsi nəzərdə tutulan bina və qurğular olduqda;
69.2.3. sökülməsi və yenidən tikilməsi nəzərdə tutulan çoxmənzilli binalar.
69.3. Mövcud ərazilərin inkişafı haqqında qəbul edilmiş qərarda həmin ərazinin yeri və sahəsi, sökülməli və yenidən qurulmalı xxxx xxxx və qurğuların ünvanlarının siyahısı tərtib olunmalıdır.
69.4 Müvafiq icra hakimiyyəti orqanı tərəfindən inkişafı barədə qərar qəbul edilmiş mövcud ərazinin sərhədləri hüdudunda fiziki və hüquqi şəxslərə hərrac və ya müsabiqə yolu ilə tikinti üçün torpaq sahəsi ayrılır.
69.5. Bina və qurğuların yerləşdiyi mövcud ərazilərin inkişafına dair keçirilmiş hərrac və ya müsabiqənin qalibi ilə qanunvericilklə nəzərdə tutulmuş qaydada müqavilə bağlanılır. Müqavilədə tərəflərin öhdəlikləri, hüquq və vəzifələri, işlərin yerinə yetirilməsi şərtləri, müddəti, dəyəri va sair məsələlər öz əksini tapmalıdır.
X fəsil
Tikinti obyektlərinin layihələndirilməsi
Maddə 70. Tikinti layihələrinin hazırlanması üçün zəruri sənədlər
70.1. Bu Məcəllə ilə müəyyən olunmuş istənilən növ tikinti işləri yalnız layihə sənədləri əsasında həyata keçirilə bilər. Layihə sənədlərinin hazırlanması üçün zəruri sənədlər aşağıdakılardır:
70.1.1. yeni tikintilər üçün sifarişçinin müraciətinə əsasən onun mülkiyyətində və ya istifadəsində xxxx sahədə obyektin tikintisinə və layihələndirilməsinə, yaxud tikinti üçün yeni torpaq sahəsinin ayrılmasına icazənin verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı;
70.1.2. obyektin inşaat pasportu;
70.1.3. obyektin layihələndirilməsinə dair sifarişçinin layihə tapşırığı.
70.2. Digər tikinti növləri üçün isə sifarişçinin layihə tapşırığı əsasında müvafiq qaydada yerinə yetirilir.
Maddə 71. Tikinti layihələrinin və layihə həllərinin tərtibatı üçün hüquqi əsaslar
71.1. Layihələndirmə müqaviləyə əsaslandıqda layihə sənədlərinin tərtib edilməsi üçün hüquqi əsas sifarişçi və layihəçi (fiziki və ya hüquqi şəxs) arasında qanunvericiliyə uyğun olaraq bağlanmış müqavilə və sifarişçi tərəfindən təsdiq olunmuş layihə tapşırığıdır.
71.2. Layihə həllərinin tərtibatı üçün hüquqi əsas kimi sifarişçi tərəfindən təsdiq olunmuş layihə tapşırığı, eskiz layihəsinin müvafiq memarlıq və şəhərsalma orqanı ilə razılaşdırması götürülür.
71.3. Layihə həlləri üçün hüquqi əsas şəhərsalma sənədləri, tikinti normativ sənədlərinə əsasən hazırlanmış tikinti layihəsidir. Sifarişçi layihənin müəllifi ilə yanaşı müvafiq icra hakimiyyəti orqanına tikinti layihəsinə dair ilkin qərarların verilməsi xahişi ilə müraciət edə bilər. Belə qərarın qəbul olunması üçün müvafiq icra hakimiyyəti orqanına ilkin ərizə təqdim olunmalıdır. Bu ərizə əsasında layihəçiyə tikinti layihəsinə dair yazılı ilkin qərar təqdim olunmalıdır. İlkin qərar 3 il ərzində etibarlıdır.
Maddə 72. Sifarişçinin layihə tapşırığı
72.1. Layihə tapşırığı sifarişçi tərəfindən təsdiq olunmalıdır. Layihə tapşırığı ilkin layihənin əsas tələblərinin, şərtlərinin, məqsədlərinin və vəzifələrinin siyahısını əks etdirir. Layihə tapşırığını tərtib edərkən sifarişçi obyektin tikintisi üçün nəzərdə tutulan bütün hüquqi və şəhərsalma sənədlərinin tələblərini nəzərə almalıdır.
72.2. Layihəçi və ya layihə üzrə menecer, zəruri olduqda, obyektin tikintisi ilə əlaqədar digər təşkilatlar sifarişçinin təlimatı əsasında layihə tapşırığının hazırlanmasında iştirak edə bilərlər.
72.3. Sifarişçi tərəfindən təsdiq olunmuş layihə tapşırığı bu Məcəllə ilə müəyyən olunmuş prinsiplərin, tikinti fəaliyyətinin, bina və qurğuların inşası zamanı irəli sürülən tələblərin yerinə yetirilməsini təmin edir.
72.4. Xüsusi texnologiyalara xxxxx xxxx tikinti obyektlərinin layihə tapşırığına texnoloji tapşırıqlar əlavə olunmalıdır.
Maddə 73. Tikinti sahəsindən istifadənin şərtləri (şəhərsalma tələbləri)
73.1. Tikinti sahəsindən istifadənin şərtləri tikinti normativ sənədləri ilə müəyyənləşdirilmiş və layihə həlləri qəbul olunarkən əməl edilməsi məcburi xxxx bütün zəruri tələbləri əks etdirməlidir. Bu tələblər tikinti işlərinin məqsədlərini, tikinti obyektlərinin yerləşməsini və üçüncü şəxslərin qanuni maraqlarının müdafiəsini nəzərə almaqla, aşağıdakılardan ibarətdir:
73.1.1. tikinti işlərinin memarlıq və tikinti sahəsinin abadlaşdırılması sahəsində irəli sürülən şəhərsalmanın təhlükəsizlik tələbləri (şəhərsalma layihələndirilməsinin şərtləri);
73.1.2. ictimai və yerli mühəndis-kommunikasiya şəbəkələrinin salınması, nəqliyyat infrastrukturunun təmin edilməsinə dair tələblər (texniki şərtlər);
73.1.3. ətraf mühitin, tarix və mədəniyyət abidələrinin qorunmasına dair tələblər (lazım gəldikdə).
73.2. Qanunvericiliklə ya şəhərsalma sənədləri ilə müəyyən edilmiş hallar istisna olunmaqla, sifarişçinin və ya layihə müəllifinin hüquqlarını məhdudlaşdıran hər hansı bir tələb layihə şərtlərinə daxil edilə bilməz.
73.3. Mövcud mühəndis-kommunikasiya şəbəkələrinin, nəqliyyat xətlərinin genişləndirilməsi və ya yeni xətlərin inşası zərurəti meydana çıxdıqda, sifarişçi ilə şəbəkə və xətt sahibləri arasında qanunvericiliklə müəyyən olunmuş qaydada müqavilə bağlanır. Müqavilədə mühəndis-kommunikasiya şəbəkəsinin, nəqliyyat xətlərinin inşasının maliyyələşdirilməsi, tikintisi tamamlandıqdan sonra istismarı və sahiblik hüquqları kimi məsələlər nəzərdə tutulur. Müqavilə obyektin layihə şərtlərinə əlavə olunmalıdır.
73.4. Planlaşdırılan tikintinin ehtiyacları və həyata keçirilməsi üçün zəruri xxxx xxxxxx istisna olunmaqla, mövcud mühəndis-kommunikasiya şəbəkəsinin,
nəqliyyat xətlərinin təmiri və ya bərpası tələbləri layihə şərtlərinə sonradan daxil edilə bilməz.
73.5. Layihənin şərtlərini tərtib etmək üçün hüquqi əsas olmadıqda və ya bu əsaslar tikinti məqsədləri üçün kifayət etmədikdə, şəhərsalma layihələndirilməsinin əsaslandırılması və ya memarlıq layihəsi daxil olmaqla, ilkin layihə işlərinin əsasında layihə şərtləri müəyyən olunur.
73.6. Sifarişçi müvafiq icra hakimiyyəti orqanının tapşırığı əsasında ilkin layihə işlərinin icrasının təmin etməlidir. Xüsusi şəhərsalma layihələndirilməsi tələbləri nəzərdə tutulduqda, layihə şərtlərinin müəyyənləşdirilməsi və ən yaxşı memarlıq həllinin tapılması və ictimaiyyətin rəyinin nəzərə alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında və sifarişçinin razılığı ilə memarlıq və ya şəhərsalma layihələndirilməsi üzrə tender elan edilə bilər.
73.7. Memarların yaradıcılıq təşkilatları layihə həllərinin qiymətləndirilməsində iştirak etməlidirlər. Layihə həlləri üçün şərtlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmalıdır.
73.8. Layihə şərtlərinin tərtibatında, əlaqələndirilməsində, təsdiq edilməsində və layihə sənədlərinin hazırlanmasında qanunvericiliyin və tikinti normativ sənədlərinin tələblərinin pozulmasına yol vermiş şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 74. Texniki şərtlər
74.1. Texniki şərtlər tikinti obyektinin yerləşdirilməsinə və mühəndis- komminikasiya təchizatına dair təsbit olunmuş tələblərin məcmusudur. Texniki şərtlərdə aşağıdakılar nəzərə alınmalıdır:
74.1.1. obyektin yerləşdirilməsi və mühəndisi təchizatına tələblər;
74.1.2. su, istilik, elektrik enerji və qaz təchizatı mənbələri;
74.1.3. müvafiq mühəndis-kommunikasiya şəbəkəsinə qoşulma nöqtələri, birləşdirici dəstin yerləşdirilməsinə xxxx tələblər;
74.1.4. mövcud mühəndis-kommunikasiya şəbəkələrinin genişləndirilməsinin əsaslandırılması;
74.1.5. infrastrukturun inkişafına tələb olunan məsrəflər, yeni tikinti işlərinin faiz nisbəti.
74.2. Aidiyyəti orqanlar tərəfindən texniki şərtlər müvafiq icra hakimiyyəti orqanının və ya sifarişçinin müraciəti əsasında verilməlidir.
Maddə 75. Texniki şərtlərin təsbit edilməsi
75.1. Obyektin yerləşdirilməsi ilə bağlı texniki şərtlər şəhərsalma və tikinti normativ sənədlərinə uyğun olaraq müfaviq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
75.2. Texniki şərtlərin alınması üçün, sifarişçi yaxud müvafiq icra hakimiyyəti və ya yerli özünüidarəetmə orqanı, torpağın yerləşmə planını, obyektin istismarı üçün təchizata xxxx tələbat parametrlərini və digər zəruri sənədləri əlavə etməklə, aidiyyəti təşkilatlara sorğu göndərir.
75.3. Aidiyyəti təşkilatlar 10 gün ərzində texniki şərtləri müəyyən edərək, sorğuya cavab verməlidirlər.
75.4. Müvafiq icra hakimiyyəti və ya yerli özünüidarəetmə orqanı lazım gəldikdə ictimai, dövlət və özəl maraqları nəzərə almaqla, mühəndis- kommunikasiya şəbəkələrinin, nəqliyyat xətlərinin sahibləri (istehlakçıları) ilə, habelə tarix və mədəniyyət abidələrinin mühafizəsi üzrə təşkilatlarla məsləhətləşmələr apardıqdan sonra müvafiq dəyişikliklər etməklə texniki şərtləri təsdiq edir.
Maddə 76. Mühəndis-axtarış işləri
76.1. Mühəndis-axtarış işləri yeni tikinti obyektlərinin layihə sənədlərinin hazırlanması, habelə obyektlərin inşası və yenidən qurulması məqsədilə yerinə yetirilir.
76.2. Sifarişçi və ya podratçı tərəfindən müqavilə əsasında cəlb edilən fiziki və hüquqi şəxslər mühəndis-axtarış işlərini yerinə yetirə bilərlər.
76.3. Mühəndis-axtarış işləri aşağıdakılarda ibarətdir:
76.3.1. mühəndis-geodeziya axtarış işləri
76.3.2. mühəndis-geologiya axtarış işləri;
76.3.3. mühəndis-hidrogeologiya axtarış işləri;
76.3.4. mühəndis-hidrofizioloji axtarış işləri;
76.3.5. mühəndis-hidrometereoloji axtarış işləri
76.3.6. mühəndis-ekoloji axtarış işləri.
76.4. Mühəndis-axtarış işləri aşağıdakı həllərin (tədbirlərin) müəyyən edilməsinə xidmət edir:
76.4.1.bina və qurğuların yerləşdirilməsi və məkanın planlaşdırılması həlləri;
76.4.2. tikinti sahəsinə, tikinti obyektlərinə dair mühəndis-texniki baxımından təhlükəsizlik tədbirləri;
76.4.3. tikinti işlərinin təşkili layihəsinin həlləri.
76.5. Mühəndis-axtarış işlərinin ayrı-ayrı növlərinin tətbiqi zərurəti aşağıdakılarla müəyyən edilir:
76.5.1. bina və qurğuların funksiyası və növü;
76.5.2. bina və qurğuların struktur xassələri, texniki mürəkkəbliyi və yüksək təhlükəliliyi;
76.5.3. topoqrafik, mühəndis-geoloji, ekoloji, hidrotexniki, iqlim və sair şəraitlərin mürəkkəbliyi.
76.6. Mühəndis-axtarış işlərinin ayrı-ayrı növlərinin yerinə yetirilməsi zəruriliyi, onların tərkibi, həcmi və yerinə yetirilməsi üsulu tikinti obyektlərinin təyinatından və növündən, onların konstruktiv xüsusiyyətlərindən, texniki mürəkkəbliyindən və potensial təhlükə səviyyəsindən, memarlıq layihələndirmə mərhələsindən, habelə tikinti obyektlərinin inşası və yenidən qurulması planlaşdırılan ərazinin topoqrafik, mühəndis-geoloji, ekoloji, hidroloji, meteoroloji, iqlim və sair şəraitlərin mürəkkəbliyindən, bu şəraitlərin lazımınca öyrənilməsi dərəcəsindən asılı olaraq, tikinti aparanın və ya sifarişçinin tapşırığı əsasında işlənib hazırlanmış mühəndis-axtarış işləri proqramının texniki reqlamentlərinin tələbləri nəzərə alınmaqla müəyyən edilir.
76.7. Tikinti layihələrinin hazırlanması, əsaslı tikinti obyektlərinin tikintisi, yenidən qurulması üçün mühəndis-axtarış işlərinin növləri, onların yerinə yetirilməsi qaydası, habelə mühəndis-axtarış işlərinin nəticələrinə dair materiallar, nəticələrin tərkibi və forması, mühəndis-axtarış işləri üzrə material və məlumatların dövlət fondunun formalaşdırılması və aparılması qaydası, şəhərsalma fəaliyyətinin informasiya təminatı sisteminin tələbləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 77. Layihə sənədlərinin memarlıq həlləri
77.1. Tikinti obyektlərinin layihələrinin digər hissələrindən fərqli olaraq, insanın yaşayışı, işi və digər məqsədlər üçün nəzərdə tutulmuş istənilən yerüstü, yeraltı (sualtı) tikinti obyektləri üçün layihələndirmənin memarlıq həllərinin müəyyən edilməsi mütləq şərtdir.
77.2. Yaşayış binaları və ya inzibati binalar layihələndirilərkən memar (layinənin baş memarı), layihənin memarlıq hissəsi ilə yanaşı, layihənin müxtəlif bölmələrinin uzlaşdırılmasına rəhbərlik edir. Digər növ tikinti obyektləri (qeyri- yaşayış və qeyri-inzibati binalar) layihələndirildikdə, memar yalnız tikinti obyektlərinin layihə sənədlərinin memarlıq hissəsinə rəhbərlik edir və layihənin baş mühəndisinə hesabat verir.
Maddə 78. İlkin (eskiz) layihələndirmə işləri (şəhərsalma
layihələndirilməsinin əsaslandırılması və obyektin yerləşməsinə dair memarlıq layihəsi)
78.1. Müvafiq şəhərsalma sənədləri mövcud olmadıqda və ya mövcud şəhərsalma sənədlərinə dəyişikliklərin edilməsi zərurəti yarandıqda, memarlıq, tarixi-mədəni, sosial-iqtisadi, sanitariya-gigiyena və ekoloji şərtləri nəzərə alınmaqla, obyektin yerləşdirilməsinin şəhərsalma əsaslandırılması yolu ilə yeni obyektin ayrı-ayrı torpaqlarda inşasının mümkünlüyü müəyyən edilməlidir.
78.2. Planlaşdırılan obyektin şəhərsalma əsaslandırılmasının layihəsi tikintiyə icazənin verilməsi üçün tələb olunan sənədlərin bir hissəsidir və müvafiq icra hakimiyyəti orqanına təqdim olunan ərizəyə əlavədir.
78.3. Şəhərsalma əsaslandırılmasının layihəsinin tərkibi və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan tikinti normativ sənədləri ilə müəyyən olunur.
78.4. Müvafiq icra hakimiyyəti və ya yerli özünüidarəetmə orqanı tərəfindən tikintiyə icazəni verilməsi üçün eskiz layihəsinin təqdim olunması mütləq şərtdir. Belə bir layihə yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilmədikdə təqdim olunmaya bilər.
78.5. İlkin (eskiz) layihələndirmə və obyektin şəhərsalma əsaslandırılması həlləri sifarişçinin və ya layihəçinin qərarı ilə layihələndirmənin müstəqil mərhələsi və ya layihə sənədlərinin komponenti kimi istifadə oluna bilər.
78.6. Eskiz layihəsinə aşağıdakılar daxil edilməlidir:
78.6.1. layihə tapşırığı;
78.6.2. memarlıq və şəhərsalma həllərinin qısa təsviri;
78.6.3. texnoloji həllərin qısa təsviri (istehsalat məqsədləri üçün);
78.6.4. xxxxxxxx (yerin relyefini göstərən) planı;
78.6.5. ərazinin baş planı (yeraltı kommunikasiyaları göstərən topoqrafik xəritə);
78.6.6. ərazinin abadlaşdırılması planı;
78.6.8. əsas küçələr üzrə yanaşı binalarla kompozisiya həlli;
78.6.9. fasad rənglərinin və materiallarının təsviri;
78.6.10. mərtəbələrin planları, özül və mansarda mərtəbələri daxil olmaqla;
78.6.13. obyektin üçölçülü görünüşləri və ya maket.
Maddə 79. Layihə sənədlərinin tərkibi
79.1. Layihə sənədləri aşağıdakı hissələrdən ibarətdir:
79.1.1. mühəndis-axtarış işləri;
79.1.2. memarlıq-planlaşdırma və konstruksiya hissəsi;
79.1.3. mühəndis- kommunikasiya təchizatı hissəsi;
79.1.4. texnologiya hissəsi;
79.1.5. tikinti işlərinin təşkili hissəsi;
79.1.6. smeta hissəsi.
79.2 Layihə sənədlərinin forması, tərkibi, məzmunu və hazırlanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan tikinti normativ sənədləri ilə müəyyənləşdirilir.
Maddə 80. Tikinti işlərinin təşkili layihəsi
80.1. Tikinti işlərinin təşkili layihəsi layihə sənədlərinin müstəqil tərkib hissəsidir.
80.2. Tikinti işlərinin təşkili layihəsi tikinti prosesinin aşağıdakı şərtlərini müəyyən edir:
80.2.1. tikinti prosesinin mərhələləri və müddəti;
80.2.2. təhvil mərhələsi və müddəti;
80.2.3. tikinti işlərinin aparılması formaları və üsulları.
80.3. Tikinti işlərinin təşkilinin əsas tənzimləyici hissəsi tikinti sahəsinə tələbləri müəyyən edən tikinti işlərinin baş planıdır.
Maddə 81. Tikinti işlərinin dövrləri
81.1. Tikinti işlərinin davam etməsi dövrü tikinti layihələri əsasında müəyyənləşdirilir və tikintinin başlanmasına icazəyə daxil olunur. Layihələndirmə, tikinti, nəzarət, istismara qəbul və digər işlərin yerinə yetirilməsini asanlaşdırmaq üçün tikinti işləri dövrlərə və mərhələlərə bölünə bilər.
81.2. Tikinti işlərinin əsas dövrləri aşağıdakılardır:
81.2.1. tikinti prosesinin hazırlıq dövrü;
81.2.2. tikinti prosesinin əsas dövrü.
81.3. Tikinti işlərinin əsas dövründə istənilən bina və ya qurğuların layihə, memarlıq, texnoloji, konstruktiv, həcmin planlaşdırılması həllərindən asılı olaraq, tikinti işlərinin ardıcıllığı müəyyən oluna bilər. Ayrı-ayrı bina və qurğuların inşası 2 dövrdə həyata keçirilir.
81.4. İnşası 2 ildən artıq müddət tələb edən iri miqyaslı tikinti işlərinin yerinə yetirilməsi zamanı bu tikinti işləri, bir qayda olaraq, bir neçə dövr çərçivəsində planlaşdırıla bilər. Tikinti işlərinin ardıcıllığı sifarişçinin tapşırığı və ya planlaşdırma şərtləri, həmçinin layihə sənədlərinə (tikinti işlərinin təşkili layihəsinə) əsasən müəyyən olunur.
Maddə 82. Layihəni təsdiq edilməsi
82.1. Layihə-smeta sənədləri bütün aidiyyəti təşkilatlarda razılaşdırmalar- xxx və dövlət ekspertizasından keçdikdən sonra inşa ediləcək obyektin sifarişçisi
(investoru) tərəfindən təsdiq olunur. Layihə-smeta sənədlərinin təsdiq edilməsi layihə sənədləri ilə razılaşmaq deməkdir.
82.2. Tikinti layihə sənədlərinin təsdiq edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 83. Dövlətin sərmayə proqramına daxil edilmiş xüsusi
əhəmiyyətli tikinti obyektlərinə dair tikinti işlərinin layihə sənədlərinin təsdiq edilməsi
Xüsusi əhəmiyyətli və ya dövlətin sərmayə proqramına daxil edilmiş tikinti obyektlərinin layihə sənədləri tikintiyə razılıq alınmazdan əvvəl, dövlət ekspertizasından keçdikdən sonra sifarişçi tərəfindən təsdiq olunur.
Maddə 84. Layihəyə müəlliflik hüquqları
84.1. Memarlıq layihəsi müəlliflik hüququnun obyektidir. Memarlıq layihəsinin icrası məqsədi ilə müəyyən olunmuş həcmdə memarlıq layihəsi əsasında hazırlanmış layihə sənədlərinin memarlıq komponenti müəlliflik hüququnun əhatə dairəsinə aid deyildir.
84.2. Memarlıq layihəsi əsasında tərtib olunmamış layihə sənədləri olduqda, müəlliflik hüququ layihə sənədlərinin memarlıq hissələrinə aid edilir. Memarlıq layihəsi və ya layihə sənədlərinin memarlıq hissələrinin müəllifi memarlıq obyektinin müəllifi, yəni memarlıq işinin müəllifidir. Memarlıq layihəsinin və layihə sənədlərinin tərtibi prosesində müəlliflik hüquqları bu Məcəllə və Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə qorunur.
84.3. Memarlıq funksiyasını həyat keçirərkən layihə sənədlərinin memarlıq hissələrinə və ya memarlıq layihəsinin müəllifinə texniki və ya təşkilatı yardım göstərən, layihə və tikinti proseslərini idarə edən və ya layihə-inşaat işlərinin icrasına nəzarəti həyat keçirən şəxslərə müəlliflik hüququ xxxxx xxxxxxx.
XI fəsil
Tikinti işlərinin başlanmasına icazənin verilməsi
Maddə 85. Tikinti işlərinin başlanmasına icazə almaq üçün tələb olunan sənədlər
85.1. Tikinti işlərinin başlanmasına icazə almaq üçün aşağıdakı sənədlər təqdim olunur:
85.1.1. ərizə;
85.1.2. layihəyə müvafiq təşkilatların razılaşdırmaları və dövlət ekspertizasının rəyi;
85.1.3. xxxxxxxxx tərəfindən təsdiq olunmuş layihə-smeta sənədləri;
85.1.4. obyektdə müəllif nəzarətinin aparılması barədə sifarişçi ilə layihə təşkilatı və ya layihəçi arasında bağlanmış müqavilə;
85.1.5. sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin aparılmasının təşkil olunması barədə sənədlər;
85.1.6. obyektdə istifadə olunan tikinti materiallarının və konstruksiyaların keyfiyyətinin yoxlanılması üçün müvafiq akkreditasiya olunmuş laboratoriya ilə bağlanmış müqavilə.
85.2. Zərurət yarandıqda, tikinti işlərinin başlanmasına icazənin verilməsi üçün, qeyd olunan sənədlərdən əlavə, dövlət ekspertizası orqanına təqdim olunmuş texniki və digər sənədlərin surətləri tələb oluna bilər.
Maddə 86. Tikinti işlərinin başlanmasına icazə tələb olunmayan tikinti obyektləri
86.0. Aşağıdakı tikinti obyektlərində tikinti işlərinin başlanmasına icazə tələb olunmur:
86.0.1. mərtəbələrinin sayı 3-dən və hündürlüyü 12 metrdən artıq olmayan fərdi yaşayış evləri, köməkçi məişət tikililəri və mühəndis sistemləri;
86.0.2. sahəsi 30 kvadrat metr, hündürlüyü 5 metrə qədər xxxx və bir mərtəbədən artıq olmayan qeyri-yaşayış obyektləri;
86.0.3. 60 kubmetr tutumu xxxx və dərinliyi 3 metrdən xxx olmayan quyular, yeraltı su və çirkab su anbarları (rezervuarları);
86.0.4 sahəsi 70 kvadrat metrə, hündürlüyü 5 metrə qədər xxxx kənd təsərrüfatı obyektləri;
86.0.5. qonşu sərhəddə və küçələr boyu (təbii və xxxx xxxxxx hasarlar daxil olmaqla) 2 metr 20 santimetrə qədər hündürlüklü hasarlar;
86.0.6. 8 metrədək hündürlükdə enerji və işıqlandırma dirəkləri və antenaları, o cümlədən tutumu 10 kubmetr xxxx xx çənlərinin qüllələri;
86.0.7. məzarlıqlarda abidələr, xatirə lövhələri, konstruksiyalar;
`86.0.10. kiçik memarlıq formaları (köşklər, örtüklər, çiçəkliklər və buna bənzər digər obyektlər), açıq idman və oyun meydançaları, açıq avtomobil dayanacaqları;
86.0.11. tamaşa mərasimlərinin, milli bayramların və satış sərgilərinin keçirilməsi üçün nəzərdə tutulmuş müvəqqəti bina və qurğular;
86.0.12. tablosunun (lövhəsinin) üz sahəsi 30 kvadrat metrdən xxx olmayan reklam qurğuları;
86.0.13 binanın fasadında mövcud ölçülər dəyişdirilmədən təmir işlərinin aparıldığı tikinti obyektləri;
86.0.14. təmir işlərinin həyata keçirildiyi yol və mühəndis-kommunikasiya şəbəkələri;
86.0.15. sahəsi 40 kvadrat metrə qədər xxxx oranjereyalar.
Maddə 87. Tikinti işlərinin başlanmasına icazə verən orqanın öhdəliyi
87.1. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllə ilə müəyyən olunmuş qaydada tikinti işlərinin başlanmasına icazənin verilməsi barədə qərar qəbul etdikdən sonra 3 iş günü ərzində tikinti işlərinin başlanmasına icazə sənədini sifarişçiyə təqdim etməli və dövlət nəzarətini həyata keçirən müvafiq orqana bu barədə məlumat verməlidir.
87.2. Müvafiq icra hakimiyyəti orqanı dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə tikinti işlərinin başlanmasına dair icazə sənədinin və təsdiq edilmiş tikinti layihəsinin bir nüsxəsini özündə saxlaya bilər.
Maddə 88. Tikinti işlərinin başlanmasına dair icazənin verilməsindən imtina
88.1. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti işlərini başlanmasına icazənin verilməsindən imtina edə bilər:
88.1.1. tikinti işlərinin başlanmasına icazənin verilməsi üçün təqdim olunmuş ərizəyə əlavə olaraq bu Məcəllənin 85-ci maddəsində göstərilmiş sənədlərdən hər xxxxx xxxx olmadıqda;
88.1.2. təqdim olunmuş sənədlər ərazinin planlaşdırılması sxemlərinin tələblərinə uyğun olmadıqda;
88.1.3. sifarişçi tikinti işlərinin başlanmasına icazənin alınmasından imtina etdikdə.
88.2. Maraqlı şəxslər tikinti işlərinin başlanmasına icazənin verilməsindən imtina edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının qərarından qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət edə bilərlər.
Maddə 89. Tikinti işlərinin başlanmasına dair icazənin qüvvədə olma müddəti
89.1. Tikinti işlərinin başlanmasına dair icazə sənədi təsdiq edilmiş layihə- smeta sənədləri əsasında verilir.
89.2. Tikinti işlərinin başlanmasına icazə verildikdən sonra 6 ay müddətində tikinti aparılmadıqda, həmin icazə qüvvədən düşmüş hesab edilir.
89.3. Bu Məcəllənin 89.2-ci maddəsində müəyyən edilmiş müddət layihə- smeta sənədlərində nəzərdə tutulmuş tikinti işlərinə başlandığı günə qədər hesablanır.
89.4. Tikintiyə başlamazdan əvvəl tikinti layilərində memarlıq və konstruktiv dəyişikliklər edildikdə, tikinti layihəsi müvafiq icra hakimiyyəti orqanına təkrar olaraq təqdim edilməklə tikintinin başlanmasına yeni icazə sənədi alınmalıdır.
Maddə 90. Tikinti işlərinin başlanmasına icazənin alınması üçün ərizə
90.0. Tikinti işlərinin başlanmasına icazənin alınması üçün təqdim olunan ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:
90.0.1. ərizəçinin adı, əlaqə məlumatı, sahibkarlıq fəaliyyətinin qeydiyyat kodu;
90.0.2. tikiləcək obyektin yerləşdiyi ünvan;
90.0.3. obyektin təyinatı;
90.0.4. tikintinin başa çatma müddəti;
90.0.4. obyektin layihə sənədlərinin müəllifinin adı, əlaqə məlumatı, sahibkarlıq fəaliyyətinin qeydiyyat kodu;
90.0.5. tikinti sahəsində axtarış işləri aparılıbsa, axtarış işlərini aparan şəxsin adı, əlaqə məlumatı, sahibkarlıq fəaliyyətinin qeydiyyat kodu;
90.0.6. obyektin əsas texniki-iqtisadi göstəriciləri;
90.0.7. müvəqqəti bina və qurğuların təxmini istifadə müddəti;
90.0.8. rüsumların ödənilməsinə dair qəbz.
Maddə 91. Reklam qurğuları üçün tələb olunan sənədlər
91.1. Reklam qurğularının inşası, quraşdırılması, həmin qurğulara əlavələrin edilməsi və ya onların əvəz olunması üçün ərizəyə aşağıdakı tikinti sənədləri əlavə olunur:
91.1.1. tikinti sxemləri;
91.1.2. tələb olunduqda, tikinti işlərinin təsviri;
91.1.3. ərazi xəritəsinin, məskunlaşma planının və sabitlik sertifikatının
surəti.
91.2. Ən azı 1:500 miqyasındakı məskunlaşma planında aşağıdakılar
göstərilməlidir:
91.2.1. küçənin adı, binanın nömrəsi və ya daşınmaz əmlak reyestrində və ya kadastrında torpağın müvafiq adı;
91.2.2. torpağın kadastr üzrə hədləri;
91.2.3. abadlaşdırma planı və ya şəhərsalmaya dair digər normalara müvafiq tikinti sahəsinin növü;
91.2.4. tikinti işlərinin müəyyənləşdirilmiş xətləri və sərhədləri;
91.2.5. reklam birləşdiriləcəyi bina və ya konstruksiya;
91.2.6. layihələndirilən reklam qurğusunun quraşdırılması yeri və ya ona əlavənin yerləşməsi;
91.2.7. ictimai hərəkət sahələrinə və yaşıllıq zonalarında layihələndirilən reklam qurğularının məsafələri və hündürlükləri (küçənin sinfi müəyyən olunmaqla).
91.3. Tikinti sxemində aşağıdakıları göstərir:
91.3.1. ən azı 1:50 miqyasında layihələndirilən reklam qurğusu;
91.3.2. rəngin nömrəsi göstərməklə və rəng reyestrindən dəstəkləyici nişanı ilə birlikdə layihələndirilən reklam qurğusunun görünən hissələrinin rəngli təsviri;
91.3.3. üzərinə və ya yaxınlığında birləşdiriləcəyi konstruksiya ilə layihələndirilən reklam qurğusu, 1:100 miqyasında;
91.3.4. mövcud reklam qurğuları, qonşu torpaqlarda olanlarla birlikdə.
91.4. Tikinti işlərinin təsvirində aşağıdakılar göstərilir:
91.4.1. xxxxxxxx;
91.4.2. layihələndirilən qurğunun növü və ölçüləri;
91.4.3. layihələndirilən qurğuda istifadə olunan materiallar və rənglər;
91.4.4. tikinti ərazisinin növü;
91.4.5. yanaşı xəbərdarlıq cihazları və yol hərəkəti işarələri.
XII fəsil
Layihə-smeta sənədlərinin ekspertizası
Maddə 92. Dövlət ekspertizasının əsas məqsədləri
92.1. Dövlət ekspertizasının məqsədləri aşağıdakılardan ibarətdir:
92.1.1. I və II məsuliyyət səviyyəli bina və qurğuların layihə-smeta sənədlərinin, habelə bina və qurğuların tikintisinin, yenidən qurulmasının, genişləndirilməsinin, müəssisənin yenidən texniki təchizatının texniki-iqtisadi hesablamalarının, texniki-iqtisadi əsaslandırmaların qüvvədə xxxx dövlət tikinti xxxxx və qaydalarına uyğunluğunun müəyyənləşdirilməsi;
92.1.2. layihə-smeta sənədlərinin texniki şərtlərə və tələblərə, layihələndirmə tapşırığına, tikinti xxxxx və qaydalarına uyğunluğunun, eləcə də bina və qurğuların dayanıqlığının (o cümlədən seysmik davamlılığının) tikinti normativ sənədləri ilə müəyyən edilmiş tələblərə cavab verməsinin yoxlanılması;
92.1.3. dövlət büdcəsi hesabına maliyyələşdirilən tikinti obyektlərinə ayrılmış vəsaitləri səmərəli istifadəsinin qiymətləndirilməsi.
Maddə 93. Dövlət ekspertizasının aparıldığı layihə-smeta sənədləri
93.7. I və II məsuliyyət səviyyəli bina və qurğuların aşağıdakı layihə-smeta sənədlərinin dövlət ekspertizası aparılır:
93.0.1. dövlət büdcəsi və büdcədənkənar vəsaitlər, həmçinin dövlət borcu və dövlət zəmanəti yolu ilə və ya dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən cəlb edilən xarici investisiyalar hesabına inşa edilən obyektlər üzrə tikinti layihələri - tam həcmdə;
93.0.2. digər mənbələr hesabına inşa olunan bina və qurğuların seysmik dayanıqlığı, layihə-smeta həllərinin təsdiqlənmiş şəhərsalma normalarına uyğunluğu və müvafiq orqanlarla razılaşdırılması baxımından tikinti layihələrinin hissələri;
93.0.3. fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı smeta dəyərindən asılı olmayaraq bütün layihələr - tam həcmdə;
93.0.4. tikintinin smeta dəyərindən və maliyyələşdirmə mənbəyindən asılı olmayaraq birtipli və sınaq layihələri.
Maddə 94. Dövlət ekspertizasının aparılması şərtləri və əhatə dairəsi
94.1. Dövlət ekspertizasına təqdim edilən layihə-smeta sənədləri dövlət tikinti xxxxx və qaydalarına uyğun olaraq tərtib edilməlidir.
94.2. Layihə-smeta sənədləri dövlət ekspertizasına təqdim edilməzdən əvvəl aidiyyəti orqanlarla razılaşdırılmalıdır.
94.3. Dövlət ekspertizasından keçmiş layihə-smeta sənədlərinə müvafiq əlavə və dəyişikliklər edildikdə, onlar təkrar dövlət ekspertizasından keçməlidir.
94.4. III məsuliyyət səviyyəli bina və qurğuların (mərtəbələrinin ümumi sayı üçdən xxx olmayan və hündürlüyü 12 metrə qədər xxxx fərdi yaşayış evləri və sair) layihə-smeta sənədləri dövlət ekspertizasından keçirilmir.
Maddə 95. Dövlət ekspertizasının mərkəzləşdirilmiş qaydada aparılması
95.1. Dövlət ekspertizası rəyinin alınması üçün layihə-smeta sənədləri 4 nüsxədə müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Müvafiq icra hakimiyyəti orqanı 15 gün müddətində mərkəzləşdirilmiş qaydada aşağıdakıları həyata keçirir:
95.1.1. ixtisaslaşdırılmış ekspertiza orqanlarının iştirakının zəruriliyini, rəylərin verilməsi müddətlərini və ekspertizanın aparılması üçün tələb olunan xərcləri müəyyən edir;
95.1.2. təqdim olunmuş layihə-smeta sənədləri müəyyən olunmuş tələblərə cavab verdikdə, ixtisaslaşdırılmış ekspertiza orqanları ilə birlikdə dövlət ekspertizasının aparılması üçün tələb olunan ümumi məbləğ həddində ekspertizanın aparılması haqqında müqavilə hazırlayır;
95.1.3. hazırlanmış müqavilə sifarişçi ilə (investorla) əvvəlcədən razılaşdırıldıqdan sonra imzalanmaq üçün onlara təqdim edir;
95.1.4. təqdim olunmuş layihə-smeta sənədləri müəyyən olunmuş tələblərə cavab vermədikdə və əlavə sənədlər tələb olunduqda, bu barədə sifarişçiyə (investora) məlumat verir;
95.1.5. sifarişçi (investor) 10 gün müddətində dövlət ekspertizasının aparılması haqqında müqaviləni almadıqda və dövlət ekspertizasının aparılması ilə bağlı müəyyən olunmuş pul məbləğini ödəmədikdə, yaxud bu müddət ərzində tələb olunan əlavə sənədləri müvafiq icra hakimiyyəti orqanına təqdim etmədikdə, layihə-smeta sənədlərinin dövlət ekspertizası aparılmır və 3 gün ərzində həmin sənədlər sifarişçiyə (investora) xxxx qaytarılır. Layihə-smeta sənədlərinin aparılması barədə sifarişçi (investor) tərəfindən bağlanmış müqavilə əsasında tələb olunan rüsum ödənildiyi gündən dövlət ekspertizasının aparılması müddətinin axımı başlanır. Ödəniş edildiyi gündən etibarən 20 gün ərzində layihə-smeta sənədlərinə müvafiq rəy verilməlidir. Sifarişçi layihə-smeta sənədlərinin dövlət ekspertizasından keçirilməsi vəzifəsini bağlanmış müqavilə əsasında layihəçiyə həvalə edə bilər.
95.2. Dövlət və xüsusi əhəmiyyətli, iri həcmli, mürəkkəb, kompleks obyektlərin və bu kimi digər obyektlərin layihə-smeta sənədlərinin dövlət ekspertizasının aparılması müddəti 3 aya qədər uzadıla bilər.
95.3. Dövlət ekspertizasının aparılmasının tarif qiyməti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsbit edilmiş normativlər əsasında müəyyən olunur.
95.4. İxtisaslaşdırılmış dövlət ekspertiza təşkilatlarının iştirakı ilə mərkəzləşdirilmiş qaydada dövlət ekspertizasının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
95.5. Xarici ölkələrin fiziki və hüquqi şəxsləri tərəfindən hazırlanmış texniki-iqtisadi əsaslandırmalar, texniki-iqtisadi hesabatlar və layihə-smeta sənədləri mütləq qaydada Azərbaycan Respublikasında Dövlət ekspertizasından keçirilməlidir.
Maddə 96. Dövlət ekspertizasının maliyyələşdirilməsi
96.1. Tikintisi tam və ya qismən dövlət büdcəsi hesabına aparılan tikinti obyektinin, eləcə də potensial təhlükəli və ya texniki (konstruktiv) baxımdan xüsusi mürəkkəb konstruksiyalı tikinti obyektlərinin layihə-smeta sənədlərinin ekspertizası, tikinti işlərinin maliyyə mənbəyindən və mülkiyyət formasından asılı olmayaraq, dövlət vəsaiti hesabına aparılır.
96.2. Potensial təhlükəli və ya texniki (konstruktiv) baxımdan xüsusi mürəkkəb konstruksiyalı tikinti obyektləri istisna olmaqla, sifarişçinin (investorun) öz vəsaiti hesabına inşa edilən tikinti obyektlərinin dövlət ekspertizası bu şəxslərin öz vəsaitləri hesabına aparılır.
Maddə 97. Dövlət ekspertizasının rəyi
97.1. Dövlət ekspertizası aparıldıqdan sonra layihə-smeta sənədlərinə dair ekspert rəyi tərtib olunur. Dövlət ekspertizasının rəyi tikinti fəaliyyətinin subyektləri üçün məcburidir.
97.2. Dövlət ekspertizasının rəyi obyektin ekoloji və texniki təhlükəsizlik tələblərinə, memarlıq-planlaşdırma, dayanıqlıq, o cümlədən seysmik təsirlərə davamlılıq üzrə normativ tələblərə, layihə həllərinin təsdiq edilmiş tikinti xxxxx və qaydalarına uyğunluğu, həmçinin aidiyyəti orqanlarla razılaşdırılmaları özündə əks etdirməlidir.
97.3. Dövlət ekspertizası zamanı layihə-smeta sənədlərində aşkarlanmış iradların içşi qaydasında aradan qaldırılıması mümkün olmadıqda, layihə-smeta sənədləri aşkarlanmış iradların aradan qaldırılması üçün geriyə qaytarılır.
97.4. Dövlət ekspertizasının müsbət rəyi olduqda, layihə-smeta sənədləri təsdiq edilməklə, tikinti-quraşdırma işlərinin başlanmasına müəyyən edilmiş qaydada icazə verilir.
97.5. Qüvvədə xxxx tikinti normativ və şəhərsalma sənədlərində yeni tələblər nəzərdə tutulmadıqda, layihə-smeta sənədlərinə dair verilən dövlət ekspertizasının müsbət rəyi tikinti işlərinin başlanmasına qədər 3 il müddətində etibarlıdır.
Maddə 98. Ekspertin məsuliyyəti
98.1. Ekspert layihə-smeta sənədlərinə verdiyi rəyə görə qüvvədə xxxx qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
98.2. Ekspert dövlət ekspertizasına təqdim edilmiş layihə-smeta sənədlərindəki qanunla qorunan məlumatların məxfiliyinə dair tələblərin pozulmasına görə məsuliyyət daşıyır.
XIII fəsil
Tikinti sahəsində nəzarət
Maddə 99. Tikinti sahəsində nəzarətin məqsədi və növləri
99.1. Tikinti sahəsində nəzarət, tikinti fəaliyyətinin iştirakçıları tərəfindən tikintiyə hazırlıq, tikinti üçün layihə sənədlərinin hazırlanması, tikinti işlərinin aparılması, tikintisi tamamlanmış obyektin istismara qəbulu, həmçinin zəmanət müddəti dövründə onun istismarı zamanı bu Məcəlləyə və tikinti normativ sənədlərinin tələblərinə riayət olunmasını təmin etmək məqsədilə həyata keçirilir.
99.2. Tikinti fəaliyyəti sahəsində nəzarətin aşağıdakı növləri vardır:
99.2.1. tikintidə dövlət nəzarəti;
99.2.2. tikintidə sifarişçinin (investorun) texniki nəzarəti;
99.2.3. tikintidə layihəçinin müəllif nəzarəti;
99.2.4. tikintidə podratçının daxili əməliyyat nəzarəti;
99.2.5. qanunvericiliklə nəzərdə tutulmuş digər nəzarət növləri.
Maddə 100. Tikintidə dövlət nəzarəti
100.1. Tikintidə dövlət nəzarətinin həyata keçirilməsinin məqsədi tikinti fəaliyyətinin iştirakçıları tərəfindən yerinə yetirilən işlərin qanunvericiliyə, layihəyə və qüvvədə xxxx tikinti xxxxx və qaydalarının tələblərinə uyğunluğunu təmin etməkdir.
100.2. Tikinti fəaliyyəti sahəsində dövlət nəzarətinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və təsdiq edilir
100.3. Tikinti fəaliyyəti iştirakçıları tikintidə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşkar edilən irad və qüsurların aradan qaldırılmasına dair tapşırıqları müəyyən edilmiş müddətdə yerinə yetirməlidirlər. Həmin tapşırıqları yerinə yetirməyən tikinti fəaliyyəti iştirakçıları qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 101. Tikintidə texniki nəzarət
101.1. Tikintidə sifarişçinin texniki nəzarəti onun özü və ya müvafiq qaydada təyin etdiyi hüquqi və ya fiziki şəxs tərəfindən həyata keçilir.
101.2. Texniki nəzarəti həyata keçirən mütəxəssis aşağıdakı səlahiyyətlərə malikdir:
101.2.1. obyektdə aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün tikinti işlərinin dayandırılmasına zərurət yaranarsa və ya nöqsanların aradan qaldırılmasına dair tikintiyə dövlət nəzarətini həyata keçirən orqanın və ya layihəçinin göstərişləri tikintinin podratçısı tərəfindən yerinə yetirilmədiyi halda, tikinti işlərinin aparılmasını dayandırmaq;
101.2.2. mütəmadi olaraq qanunvericiliyin, qüvvədə xxxx tikinti xxxxx və qaydalarının və tikinti layihələrinin tələblərini pozan, habelə texniki nəzarətin aparılması zamanı sifarişçinin (investorun) və ya onun təyin etdiyi digər hüquqi şəxsin verdiyi göstərişləri yerinə yetirməyən vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması haqqında tikintinin podratçısı qarşısında məsələ qaldırmaq.
101.3. Texniki nəzarəti həyata keçirərkən sifarişçinin (investorun) və ya onun tərəfindən təyin edilmiş digər hüquqi və ya fiziki şəxsin vəzifələri aşağıdakılardan ibarətdir:
101.3.1. obyektin tikintisi üçün ayrılmış vəsaitlərin məqsədli və səmərəli şəkildə istifadəsinə və təyin edilmiş müddətdə tikintisi başa çatmış obyektlərin istismara verilməsinə nəzarəti həyata keçirmək;
101.3.2. tikinti obyektinin hüdudlarının onun üçün ayırılmış torpaq sahəsinin (sahələrin) hüdudlarına uyğunluğunu yoxlamaq;
101.3.3. obyektin tikintisi üzrə geodeziya nişanlanmaların qəbulu və tikintinin podratçısına verilməsində iştirak etmək, obyektin tikintisi başa çatdırılana qədər onun mühafizəsinə nəzarəti həyata keçirmək;
101.3.4. tikinti işlərinin müddətini, həcmini və keyfiyyətini, istifadə edilən tikinti materiallarının, məmulatlarının, konstruksiya və avadanlığın keyfiyyətini təsdiq edən sənədlərin olmasını və düzgün rəsmiləşdirilməsini yoxlamaq;
101.3.5 sonradan qapalı (üstü örtülən) tikinti işlərinin təşkil və qəbulunu təmin etmək;
101.3.6. obyektin tikintisi üzrə layihəçinin müəllif nəzarəti və tikintiyə dövlət nəzarəti həyata keçirilərkən aparılan yoxlamalarda iştirak etmək, tikintinin podratçısı tərəfindən bu yoxlamalarla bağlı verilən göstəriş və tapşırıqların icrasına nəzarət etmək;
101.3.7. tikintinin podratçısı tərəfindən obyektin inşası üzrə tərtib olunan icra sənədlərinin mövcudluğunu və düzgünlüyünü qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq.
Maddə 102. Tikintidə müəllif nəzarəti
102.1. Tikintidə layihəçinin müəllif nəzarəti layihənin memarlıq, konstruktiv, texnoloji və digər hissələrinin layihələrə uyğunluğunun təmin olunması məqsədilə onların müəllifləri tərəfindən aparılır.
102.2. Tikintidə layihəçinin müəllif nəzarəti tikintinin sifarişçisi ilə yalnız layihəçisi arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
Maddə 103. Tikintidə daxili əməliyyat nəzarəti
103.1. Tikintidə podratçının daxili əməliyyat nəzarəti tikinti işlərini yerinə yetirən təşkilatın mühəndis-texniki heyəti tərəfindən müntəzəm olaraq obyektin tikintisinin bütün mərhələlərində təmin edilməlidir.
103.2. Tikintidə podratçının daxili əməliyyat nəzarəti üzrə vəzifələri aşağıdakılardır:
103.2.1. obyektin tikintisinin təsdiq edilmiş layihənin, qüvvədə xxxx tikinti xxxxx və qaydalarının, dövlət standartlarının tələblərinə uyğun aparılması;
103.2.2. sonradan üstü örtülən (qapalı) işlərin və yükdaşıyan konstruksiyaların qəbulu aktlarının vaxtlı-vaxtında tərtib edilməsi;
103.2.3. quraşdırılmış avadanlıq, texnoloji xxxx kəmərlərinin, daxili və xarici su, istilik, qaz təchizatı və kanalizasiya sistemlərinin, drenaj qurğuların, elektrik, radio, telefon, televiziya qurğu və xətlərinin, partlayış, yanğın və ildırımdan mühafizə vasitələrinin sınaq və qəbul aktlarının tərtib edilməsi;
103.2.4. obyektin tikintisində istifadə olunan tikinti materiallarının, məmulatlarının və konstruksiyalarının tikinti normativ sənədlərinin tələblərinə uyğun istehsal edildiyini təsdiq edən sertifikatların və ya digər texniki sənədlərin mövcudluq və düzgünlüyünü yoxlanılması;
103.2.5. dövlət nəzarətinin, sifarişçinin texniki nəzarəti və layihəçinin müəllif nəzarətinin aparılması xxxxxx xxxxx edilmiş nöqsanların müəyyən edilmiş müddətdə aradan qaldırılması, bununla bağlı verilən tapşırıqları vaxtında icra edilməsi
103.2.6. bütün tikinti işləri yüksək keyfiyyətlə və tam həcmdə başa çatdırıldıqdan sonra obyektin müəyyən edilmiş qaydada istismara qəbul üçün hazırlanması.
XIV fəsil
Tikinti xxxxxx müqaviləsi, peşəkar məsuliyyətin sığortası və tikinti sahələrində servitut
Maddə 104. Tikinti xxxxxx müqaviləsi
104.1. Tikinti xxxxxx müqaviləsinə əsasən podratçı sifarişçinin tapşırığına uyğun olaraq müəyyən tikinti obyektinin müqavilə ilə müəyyənləşdirilmiş müddətdə inşa edilməsi və ya digər tikinti işlərinin yerinə yetirilməsi öhdəliyini, sifarişçi isə işlərin icrası üçün lazımi şəraitin yaradılması və işlərin razılaşdırılmış dəyərinin ödənilməsi öhdəliyini öz üzərinə götürür.
104.2. Tikinti xxxxxx müqaviləsinin forması, məzmunu və şərtləri, habelə bu müqavilə üzrə tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir.
Maddə 105. Tikintidə peşəkar məsuliyyətin sığortası
105.1. Tikintidə peşəkar məsuliyyət xüsusi icazə (lizenziya) əsasında sığortaçı tərəfindən həyata keçirilən tikinti fəaliyyəti prosesində üçüncü şəxslərə ziyanın vurulması səbəbindən yaranır və sığortaçınin mülki qanunvericiliklə müəyyən edilmiş məsuliyətini nəzərdə tutur.
105.2. Tikintidə peşəkar məsuliyyətin sığorta qaydaları qanunvericiliklə müəyyən edilir.
Maddə 106. Tikinti sahələrində servitut
106.1. Tikinti sahəsinin planlaşdırılması və abadlaşdırılması prosesi zamanı həmin sahələr üçün ictimai və özəl servitutlar müəyyən olunur.
106.2. İctimai servitutlar qanunvericiliyə uyğun olaraq dövlət maraqları nəzərə alınmaqla hazırlanmış şəhərsalma sənədlərinin tələblərinə əsaslanan yerli özünüidarəetmə orqanlarının qərarları ilə müəyyən olunur.
106.3. Özəl servitutlar tikinti sahəsinə birləşən torpağa və ya digər daşınmaz əmlaka aid digər obyektin məhdudlaşdırılmış istifadəsi üçün aşağıdakılar təmin olunmaqla müəyyən edilə bilər:
106.3.1. tikinti obyektlərinin inşası, yenidən bərpası, təmiri və ya istismarı;
106.3.2. mühəndis və ya nəqliyyat infrastrukturunun inşası, yenidən bərpası, təmiri və ya istismarı;
106.3.3. ərazilərin mühəndis-texniki baxımından qiymətləndirilməsi və mühafizəsi;
106.3.4. giriş yollarının salınması.
106.4. Özəl və ya ictimai servitutların müəyyən olunması Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həyata keçirilir.
XV fəsil
Tikinti obyektinin istismara qəbul edilməsi
Maddə 107. Tikinti obyektinin istismara qəbul edilməsi şərtləri
107.1. Bu Məcəlləyə uyğun olaraq obyektin tikintisinə başlanması və aparılmasına aid icazə sənədləri, o cümlədən layihə-smeta sənədləri dövlət ekspertizasından keçmiş və təsdiq edilmiş, eləcə də tikintisi qüvvədə xxxx tikinti xxxxx və qaydalarına, dövlət standartlarının tələblərinə riayət edilməklə aparılmış obyekt istismara qəbul edilir.
107.2. İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə məhsul istehsal edən və xidmət göstərən müəssisələr istismara qəbul edilərkən onların fəaliyyətində özünəməxsus tələblər və xüsusiyyətlər, bu obyektlərin istismar etibarlığı və təhlükəsizliyini təmin edən amillər nəzərə alınmalı, bütün hallarda tikinti sahəsində qüvvədə xxxx qanunvericiliyə, tikinti xxxxx və qaydalarına, dövlət standartlarının tələblərinə əməl edilməlidir.
107.3. Tikinti işlərinin gedişində təsdiq edilmiş layihədən kənara çıxmaqla inşa edilən və bu halda obyektin istismar etibarlılığına, təhlükəsizliyinə, ekoloji, sanitariya-gigiyena və yanğından mühafizə tələblərinə, əməyin mühafizəsi və texniki təhlükəsizliyə və sair tikinti xxxxx və qaydalarına, dövlət standartlarının tələblərinə cavab verməyən, həmçinin layihə üzrə yollar, səkilər və mühəndis- kommunikasiya xətləri çəkilməmiş, bina daxilində elektrik, su, qaz sayğacları quraşdırılmamış, abadlaşdırma işləri tamamlanmamış obyektin istismara qəbul edilməsinə yol verilmir.
Maddə 108. Tikinti obyektinin istismara qəbul edilməsi qaydası
108.1. Tikinti fəaliyyətinə dövlət nəzarətini həyata keçirən orqanın obyekt və yaxud onun tikinti mərhələsi üzrə konstruktiv elementlərin layihəyə uyğunluğu barədə rəyi olduqda, müvafiq icra hakimiyyəti orqanı və yaxud sifarişçi funksiyalarını yerinə yetirən hüquqi və ya fiziki şəxs istismara qəbulun prosedurası ilə bağlı işlərin təşkili və icrasını təmin edir.
108.2. İstismara qəbul üçün təqdim edilən obyekt və yaxud onun tikinti mərhələsi təsdiq olunmuş layihəyə, qüvvədə xxxx tikinti xxxxx və qaydalarına, dövlət standartlarının tələblərinə uyğun tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti mərhələsində radiasiya və yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekologiya, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə uyğun, həmçinin insanların yaşayışı, istirahəti, əmək və ictimai fəaliyyəti üçün hər cür şərait yaradılmalıdır.
108.3. Obyekt istismara bütövlüklə və yaxud layihədə nəzərdə tutulduğu halda hissə-hissə (tikintinin mərhələləri kimi) qəbul edilə bilər.
Maddə 109. İstismara qəbul edilən tikinti obyektlərinə dair tələblər
109.0. Tikinti obyektləri aşağıdakı tədbirlər görüldükdən sonra istismara qəbul olunurlar:
109.0.1. istehsal təyinatlı obyektlər istismara tam hazır vəziyyətə gətirilməli, (istehsalat sahəsində (sahələrində) sanitariya-gigiyena xxxxx və qaydalarına uyğun iş şəraiti yaradılmalı, əməyin mühafizəsi və texniki təhlükəsizliyin təminatı üzrə işlər başa çatdırılmalı, obyekt enerji daşıyıcıları ilə təmin edilməli və obyektdə xxxx qüsurlar aradan qaldırılmalı), obyektlərin təyinatına görə məhsulun sınaq nümumələrinin istehsalı təmin olunmalıdır;
109.0.2. ictimai əhəmiyyətli obyektlərdə və yaşayış binalarında (kompleksləri) təsdiq edilmiş layihəyə əsasən bütün tikinti-quraşdırma və mühəndis-kommunikasiya işləri başa çatdırılmalı, ərazi abadlaşdırılmalı, avadanlıqlar quraşdırılıb və sınaqdan keçirilərək istismara hazır vəziyyətə gətirilməli və inventarlarla təmin edilməlidir;
109.0.3. yeni yaşayış rayonları və əraziləri formalaşmış şəhərsalma kompleksləri kimi istismara qəbul edildikdə, bu komplekslərdə təsdiq olunmuş layihə üzrə əhali üçün nəzərdə tutulmuş sosial və xidmət obyektlərinin tikintisi, habelə mühəndis təminatı üzrə bütün işlər görülüb başa çatdırılmalı, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması tam yerinə yetirilməlidir;
109.0.4. bütün daxili və xarici mühəndis təminatı sistemləri və qaldırıcı qurğular quraşdırılmalı, sınaqdan keçirilməli və qüsursuz işləməsi yoxlanmalıdır.
Maddə 110. Tikinti obyektini istismara qəbul edən orqanlar
110.1. Tikinti obyektinin (mülkiyyət formasından, maliyyələşmə mənbəyindən, dəyərindən, tabeliyindən, təyinatından və inşaat işlərinin aparılması üsullarından asılı olmayaraq yeni tikilən, yenidən qurulan, genişləndirilən, texniki təkmilləşdirilən və bərpa olunan müəssisə, bina, qurğu, mühəndis təchizatı sistemləri, şəhərsalma və tikinti kompleksləri və sair) istismara qəbul edilməsi müvafiq icra hakimiyyəti orqanı, Dövlət qəbul komissiyası və ya sifarişçinin (investorun) təşkil etdiyi qəbul komissiyası tərəfindən həyata keçirilir. Dövlət qəbul komissiyasının və sifarişçinin (investorun) təşkil etdiyi qəbul komissiyasının yaradılması və onun fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
110.2. Dövlət büdcəsi və büdcədənkənar vəsaitlər, həmçinin dövlət borcu və dövlət zəmanəti yolu ilə maliyyələşdirilən və ya dövlət təşkilatları tərəfindən cəlb edilən xarici investisiyalar hesabına maliyyələşdirilən beynəlxalq, dövlətlərarası, respublika və regional layihə və proqramlar əsasında respublika ərazisində tikilən dövlət əhəmiyyətli obyektlər Dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilir.
110.3. Tikintisi büdcə və büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, bu Məcəllənin 110.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, istehsalat, nəqliyyat, rabitə, energetika, su təsərrüfatı, xxxx-tədqiqat təyinatlı və müvafiq icra hakimiyyəti orqanının sifarişi ilə hərbi şəhərciklərdə inşa
olunan obyektlər bu orqanın təyin etdiyi qəbul komissiyası tərəfindən istismara qəbul edilir. .
110.4. Tikintisi büdcə və büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, bu Məcəllənin 110.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, başqa sosial-məişət, inzibati, yaşayış və kommunal təsərrüfatı obyektləri müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi qəbul komissiyası tərəfindən istismara qəbul edilir.
110.5. Dövlət müəssisə və təşkilatların öz vəsaiti, o cümlədən aldıqları kredit hesabına tikilən obyektlər aidiyyəti dövlət orqanlarının təyin etdiyi qəbul komissiyaları tərəfindən istismara qəbul edilir;
110.6. Qeyri-dövlət vəsaitləri hesabına tikilən sosial-məişət, yaşayış və kommunal təsərrüfatı obyektləri müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi dövlət qəbul komissiyası, yerli təyinatlı istehsalat (ağac, metal, beton, keramik və sair tikinti və məişət məmulatlarını hazırlayan sexlər, kənd təsərrüfatı məhsullarını emal müəssisələri) və xidmət (camaşırxana, fərdi paltar tikişi, təmiri və təmizlənməsi, bərbərxana, gözəllik salonu, iaşə müəssisələri və s.) obyektləri isə sifarişçinin (investorun) təyin etdiyi qəbul komissiyası tərəfindən istismara qəbul edilir.
110.7. III məsuliyyət səviyyəli tikinti obyektləri, yəni 12 metr hündürlüyədək fərdi yaşayış və bağ evləri və 150 kubmetr və daha az həcmli sosial-məişət və iaşə obyektlərinin istismara qəbulu yerli icra hakimiyyəti və ya yerli özünüidarəetmə orqanları tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 111. Tikinti obyektini istismara qəbul edən orqanların tərkibi
111.1. Dövlət qəbul komissiyasının, sifarişçinin (investorun) qəbul komissiyasının tərkibinə sifarişçinın (investorun), podratçının, subpodratçının, layihəçinın, istismarçının, müvafiq icra hakimiyyəti orqanlarının şəhərsalma və memarlıq xidmətlərinin nümayəndələri daxil edilirlər.
111.2. Obyektin təyinatından, memarlıq, texnoloji və konstruktiv həlindən, istismar və başqa xüsusiyyətlərindən asılı olaraq sifarişçi (investor) tərəfindən, yaxud yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin təklifi ilə dövlət qəbul komissiyası və sifarişçinin (investorun) qəbul komissiyalarına digər aidiyyəti orqan və xidmətlərin nümayəndələri, o cümlədən müstəqil ekspertlər (mütəxəssislər) daxil edilə bilərlər.
Maddə 112. Tikinti obyektini istismara qəbul edən orqanların səlahiyyətləri
112.1. Dövlət qəbul komissiyası, sifarişçinin (investorun) qəbul komissiyası bu Məcəllənin 113-cü maddəsində nəzərdə tutulan sənədlər əsasında obyektin istismara qəbulu üzrə fəaliyyətini müstəqil şəkildə müəyyən edir.
112.2. Bu fəaliyyətin həyata keçirilməsi prosesində dövlət qəbul komissiyası və sifarişçinin (investorun) qəbul komissiyası:
112.2.1. obyektin təyinatı üzrə inşa edildiyini, tikinti-quraşdırma işlərinin, radiasiya, partlayış və yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və texniki təhlükəsizliyi (istehsalat, sosial-məişət və iaşə obyektləri üzrə), ətraf mühitin qorunması, təbiət təsirlərindən (zəlzələ, dəniz və çay sularının səviyyəsinin qalxması, torpaq sürüşmələri, sel, ildırım və sair) mühafizə üzrə tədbirlərin layihə sənədlərinə və qüvvədə xxxx tikinti xxxxx və qaydalarına, dövlət standartlarının tələblərinə uyğun yerinə yetirilməsini yoxlayır;
112.2.2. Bu Məcəllənin 113.1.1-ci və 113.1.13-cü maddələrində göstərilən sənədlər istisna olunmaqla, 113.1-ci maddədə nəzərdə tutulan sənədlər - sertifikatları, pasportları, aktları və arayışları, işçi komissiyasının aktını, obyektin qabaqcadan istismara verilmiş (nəzərdə tutulduğu hallarda) tikinti mərhələsinin (mərhələlərinin) qəbul aktını (aktlarını), həmçinin müvafiq dövlət nəzarət orqanlarının, sifarişçinin texniki, layihəçinin müəllif və podratçının daxili əməliyyat nəzarəti ilə bağlı qeydləri nəzərə alır;
112.2.3. Dövlət qəbul komissiyası və ya sifarişçinin (investorun) qəbul komissiyası zərurət yarandıqda aktlarla əvvəllər qəbul edilmiş işlərin təkrar yoxlanılmasını və həmçinin, quraşdırılmış avadanlıq, qurğu, mühəndis sistem və xətlərin təkrar sınağını keçirə bilərlər.
Maddə 113. Tikinti obyektinin istismara qəbul edilməsi üçün zəruri sənədlər
113.1. Sifarişçi və podratçı Dövlət qəbul komissiyasına və ya sifarişçinin (investorun) qəbul komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:
113.1.1. obyektin tikintisi üçün torpaq sahəsinin (sahələrinin) ayrılması və ya tikintiyə icazə verilməsi haqqında sənədləri və tikinti işlərinin başlanılması və aparılması üçün verilən icazə sənədini;
113.1.2. obyektin təsdiq edilmiş layihə sənədlərini və əsas texniki-iqtisadi göstəriciləri haqqında arayışı;
113.1.3. təsdiq edilmiş layihəyə əsasən obyektin tikintisi üzrə podratçı və ya sifarişçi tərəfindən naturada yerinə yetirilmiş geodeziya nişanlanma işlərinə aid sənədləri;
113.1.4. obyekt və yaxud onun tikinti mərhələsinə (mərhələlərinə) görə konstruktiv elementlərin layihəyə uyğunluğu yerinə yetirilməsi barədə müvafiq icra hakimiyyəti orqanının rəyini;
113.1.5. obyektin tikintisində istifadə olunan material, məmulat və konstruksiyaların keyfiyyətini, radiasiya və yanğın təhlükəsizliyini təsdiq edən sertifikatları və yaxud digər sənədləri, quraşdırılmış avadanlıq və mexanizmlərin pasportlarını;
113.1.6. tikinti-quraşdırma işlərinin görülməsi üzrə ümumi iş jurnalını, müəllif nəzarəti və xüsusi işlərin (tələb olunan halda) aparılması jurnallarını;
113.1.7. sonradan üstü örtülən (qapalı) işlərin və məsul konstruksiyaların qəbul aktlarını;
113.1.8. avadanlıq, texnoloji xxxx kəmərləri, qaldırıcı qurğular, daxili və xarici su, kanalizasiya və drenaj sistemləri, istilik, qaz və elektrik enerjisinin
təchizatı, radio, telefon və televiziya qurğu və xətləri, partlayış, yanğın və ildırımdan mühafizə vasitələrinin sınaq və qəbul aktlarını;
113.1.9. obyektin xarici su, kanalizasiya, istilik, qaz, elektrik enerjisi təchizatı və rabitə kommunikasiyalarının istismara qəbul edilməsi barədə müvafiq istismar təşkilatlarının arayışlarını;
113.1.10. obyektdə səs və radiasiya fonunun tikinti normativ sənədlərinin tələblərinə uyğunluğu haqqında yerli sanitariya-gigiyena nəzarət oqanlarının arayışlarını;
113.1.11. hissə-hissə (tikintinin mərhələləri kimi) istismara qəbul edilən obyektlər üçün, bütövlüklə qəbula qədər qabaqcadan obyektin istismara verilmiş hissələrinin (tikinti mərhələlərinin) qəbul aktlarını;
113.1.12. sifarişçinin (investorun) təşkil etdiyi işçi komissiyası tərəfindən tikintisi başa çatmış obyektin istismara hazırlığının yoxlanılması haqqında aktı (obyekt dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edildiyi halda);
113.1.13. dövlət büdcəsi vəsaiti hesabına tikilən obyekt üzrə sifarişçi tərəfindən tikintiyə ayrılmış maliyyə vəsaitlərinin xərclənməsi barədə arayışı.
Maddə 114. Tikinti obyektini istismara qəbul edən orqanların yekun aktı
114.1. Sifarişçinin (investorun) işçi komissiyasının yekun qərarı 2 nüsxədən ibarət akt formasında rəsmiləşdirilir, sifarişçi (investor) tərəfindən təsdiq edilir və aktın bir nüsxəsi podratçıda, o biri isə sifarişçidə (investorda) qalır.
114.2. Dövlət qəbul komissiyası və sifarişçinin (investorun) qəbul komissiyası gördükləri işlərin nəticəsində obyektin istismara qəbul edilməsi və ya edilməsindən imtina haqqında qərar qəbul edir. Bu komissiyaların qərarları hər biri müvafiq akt formasında rəsmiləşdirilir və obyekt istismara qəbul edildikdə komissiyaları təyin edən orqan tərəfindən təsdiq edilir. Təsdiq edilmiş aktların nüsxələri müvafiq icra hakimiyyəti orqanına, sifarişçiyə (investora), podratçıya, layihəçiyə və istismarçıya təqdim olunur
114.3. Dövlət qəbul komissiyası, sifarişçinin (investorun) qəbul və işçi komissiyaları obyektin istismara qəbul edilməsini mümkün hesab etmədikdə, bu komissiyaları təyin edən orqana əsaslandırılmış rəy təqdim edilir, surəti isə sifarişçiyə (investora) və podratçıya göndərilir.
114.4. Dövlət qəbul komissiyası və sifarişçinin (investorun) qəbul komissiyası tərəfindən istismara qəbul edilməmiş obyekt daşınmaz əmlakın dövlət reyestrinə daxil edilə bilməz, həmin obyektə kommunal xidmətlər (su, kanalizasiya, elektrik enerjisi, qaz və istilik təchizatı) göstərilmir.
114.5. Dövlət qəbul komissiyası, sifarişçinin (investorun) qəbul və işçi komissiyalarının səlahiyyətləri obyektin istismara qəbul edilməsi aktları təsdiq edildiyi vaxtdan, obyekt istismara qəbul edilmədikdə isə bu barədə komissiyaların əsaslandırılmış rəyləri onları təyin edən orqan və ya təşkilat tərəfindən qəbul edildiyi və razılaşdırdıqları vaxtdan başa çatmış hesab olunur.