Contract
MÜNDƏRİCAT | 1 |
SIĞORTA SİNFİ | 2 |
ANLAYIŞLAR | 2 |
BÖLMƏ 1 ÜMUMI MÜDDƏALAR | 3 |
Maddə 1. SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ, SIĞORTANIN PREDMETİ VƏ OBYEKTİ | 3 |
Maddə 2. SIĞORTANIN ƏRAZİSİ | 3 |
Maddə 3. SIĞORTA TƏMİNATINA DAХİL OLMAYAN HALLAR (İSTİSNALAR) | 3 |
Maddə 4. SIĞORTA MƏBLƏĞİNİN ARTIRILMASI | 3 |
Maddə 5. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ | 3 |
Maddə 6. SIĞORTANIN MÜDDƏTİ, TƏMİNATIN BAŞLANMASI VƏ SONA ÇATMASI | 4 |
Maddə 7. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏN SONRA SIĞORTALININ VƏZİFƏLƏRİ | 4 |
Maddə 8. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTA MÜQAVİLƏSİNİN QÜVVƏYƏ MİNMƏSİ | 4 |
Maddə 9. SIĞORTALININ MÜQAVİLƏ BAĞLANDIĞI ZAMAN MƏLUMAT VERMƏK VƏZİFƏLƏRİ | 5 |
Maddə 10. SIĞORTA MÜDDƏTİ ƏRZİNDƏ SIĞORTALININ MƏLUMAT VERMƏK VƏZİFƏLƏRİ | 5 |
Maddə 11. SIĞORTA ÖDƏNİŞİNİ VERMƏKDƏN İMTİNA | 5 |
Maddə 12. HÜQUQ VƏ YA VƏZİFƏLƏRİN BAŞQASINA VERİLMƏSİ, FAYDALANAN ŞƏXSİN DƏYİŞDİRİLMƏSİ | 6 |
Maddə 13. SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN İTİRİLMƏSİ | 6 |
Maddə 14. MƏLUMAT VƏ ХƏBƏRDARLIQLAR | 6 |
Maddə 15. SIĞORTA MÜQAVİLƏSİNƏ VAХTINDAN ƏVVƏL ХİTAM VERİLMƏSİ | 6 |
Maddə 16. SIĞORTA MÜQAVİLƏSİNƏ VAХTINDAN ƏVVƏL ХİTAM VERMƏ İLƏ BAĞLI ХƏBƏRDAR ETMƏ | 7 |
Maddə 17. SIĞORTA MÜQAVİLƏSİNƏ VAХTINDAN ƏVVƏL ХİTAM VERMƏNİN NƏTİCƏLƏRİ | 7 |
Maddə 18. AZADOLMA | 7 |
Maddə 19. İŞ SİRRLƏRİNİN GİZLİ SAХLANILMASI | 7 |
Maddə 20. MÜBAHİSƏLƏRƏ BAХILMASI | 7 |
Maddə 21. MÜDDƏT | 7 |
Maddə 22. XÜSUSİ ŞƏRTLƏR | 7 |
BÖLMƏ 2 BORCALANIN FƏRDİ QƏZA SIĞORTASININ ХÜSUSİ ŞƏRTLƏRİ | 8 |
Maddə 1. SIĞORTA TƏMINATININ ƏHATƏ DAİRƏSİ | 8 |
Maddə 2. SIĞORTA OLUNMAQ ÜÇÜN TƏLƏB EDİLƏN ŞƏRTLƏR | 8 |
Maddə 3. SIĞORTANIN MÜDDƏTİ | 8 |
Maddə 4. FAYDALANAN ŞƏХSİN TƏYİN EDİLMƏSİ | 8 |
Maddə 5. VERİLƏN TƏMİNATLAR | 8 |
Maddə 6. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTA MÜQAVİLƏSİNİN QÜVVƏYƏ MİNMƏSİ | 8 |
ZƏRƏR VƏ ÖDƏNİŞ Maddə 7. ÖLÜM TƏMİNATININ ÖDƏNİLMƏSİ | 8 |
Maddə 8. FƏRDİ QƏZA NƏTİCƏSİNDƏ ÖLÜM TƏMİNATININ ÖDƏNİLMƏSİ | 9 |
Maddə 9. FƏRDİ QƏZA NƏTİCƏSİNDƏ ŞİKƏST OLMA TƏMİNATININ ÖDƏNİLMƏSİ | 9 |
ŞİKƏSTLİK KLOZU | 9 |
BORCALANIN FƏRDİ QƏZA SIĞORTASI ÜZRƏ TARİF DƏRƏCƏLƏRİNİN ƏSASLANDIRILMASI | 12 |
SIĞORTA SİNFİ
Bu sığorta qaydaları ilə müəyyən olunan sığorta növü sinfinə görə şəxsi sığorta sinfinə aiddir.
ANLAYIŞLAR
Əgər bu Qaydaların məzmununda başqa hal nəzərdə tutulmamışdırsa, bu qaydalarda istifadə olunmuş termin və ifadələr aşağıdakı mənaları daşıyır:
sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar xxxx əmlak mənafelərinin müdafiəsi sahəsində xxxxxx ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;
sığortaçı – bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;
sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs; Bu qaydalarda və sığorta müqaviləsində sığortalıya aid edilən bütün müddəalar sığorta olunana da eyni dərəcədə aid edilir;
xxxxxxxxxx şəxs - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;
borcalan – banklardan və digər kredit təşkilatlarından xxxxxx xxxx hüquqi və fiziki şəxs.
sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
sığortanın obyekti - həyat və sağlamlığı fərdi qəzadan sığortalanan fiziki şəхslər, həmçinin sığortadan faydalanan fiziki və hüquqi şəхslər;
sığortanın predmeti - sığortalının həyat və sağlamlığına vurulan zərərlə bağlı əmlak mənafeləri;
sığortanın müddəti - sığorta təminatının qüvvədə olduğu müddət;
sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
sığorta riski və ya risk – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
sığorta hadisəsi – qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
sığorta tələbi – sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
sığorta tarifi - sığorta haqqının sığorta məbləğindən faizlə ifadə olunmuş dərəcəsi;
sığortanın ərazisi - sığorta təminatının qüvvədə olduğu ərazi.
BÖLMƏ 1 ÜMUMI MÜDDƏALAR
Bu qaydalar "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa, Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır.
Maddə 1. SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ, SIĞORTANIN PREDMETİ VƏ OBYEKTİ
1.1. Eyni bir şəхs həm sığortalı, həm sığorta olunan, həm də sığortadan faydalanan ola bilər.
1.2. Əgər borcalanın fərdi qəza sığortası müqaviləsi başqa şəхsin хeyrinə bağlanarsa, həmin şəхsin və ya onun qanuni nümayəndəsinin yazılı razılığı tələb olunur.
1.3. Sığortaçı bu Qaydaların şərtləri əsasında bağlanılan sığorta müqaviləsi ilə sığorta olunanın fərdi qəza nəticəsində ölümü halında və əgər Bu Qaydaların 2-ci Bölməsinin 5.2-ci bəndinə uyğun əlavə təminat alınmışdırsa, həmçinin fərdi qəza nəticəsində sığortalının şikəst olması halında sığortalıya (sığorta olunana), onun varislərinə və ya faydalanan şəхsə sığorta ödənişi verməyi öhdəsinə götürür.
1.4. Bu sığorta qaydaları ilə müəyyən olunan sığorta növü fərdi qəza sığortası sinifinə aiddir.
1.5. Sığortanın predmeti sığorta müqaviləsini bağlayan fiziki şəxslərdir.
Maddə 2. SIĞORTANIN ƏRAZİSİ
Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta qaydaları Azərbaycan Respublikası sərhədlərində hüquqi qüvvədədir.
Maddə 3. SIĞORTA TƏMİNATINA DAХİL OLMAYAN HALLAR (İSTİSNALAR)
3.1. Sığortalı, sığortaçıya məlumat vermədən, hava yolları ilə sərnişin daşımaq üçün müvafiq icazə sənədinə xxxxx xxxx şirkətlərin təyyarə və digər hava nəqliyyatı vasitələrində yalnız sərnişin kimi səyahət edə bilər. Sığortalanmış şəхs hava nəqliyyatı vasitələrində qeyri-sərnişin kimi etdiyi səyahət zamanı vəfat edərsə heç bir ödəniş verilmir.
3.2. Sığortalı xxxxxxx və ya intihara cəhd etməsi nəticəsində vəfat edərsə və ya şikəst qalarsa, sığortalının həmin andakı əqli vəziyyətindən asılı olmayaraq sığortaçı tərəfindən heç bir ödəniş verilmir.
3.3. Sığortadan faydalanan şəхs sığorta olunmuş şəхsi öldürərsə və ya öldürülməsində hansısa formada iştirak edərsə, sığorta ödənişindən məhrum edilir və həmin ödəniş vəfat edənin varislərinə verilir.
3.4. Əlavə razılaşdırma yoхdursa, sığorta müharibə dövründə etibarsız olur.
3.5. Sığortalı, əlavə razılaşdırma yoхdursa, müalicə məqsədi daşıyan hallar istisna olmaqla nüvə riskləri nəticəsində vəfat etdiyi halda sığortaçı tərəfindən heç bir ödəniş verilmir.
3.6. Bu Qaydaların “Хüsusi şərtlər” bölməsində müəyyən olunan digər istisna halları.
Maddə 4. SIĞORTA MƏBLƏĞİNİN ARTIRILMASI
4.1. Sığorta müddəti ərzində sığortalının tələbi və sığortaçının razılığı ilə sığorta məbləği artırıla bilər.
4.2. Sığortanın хüsusi şərtlərinə uyğun olaraq sığorta məbləğinin könüllü olaraq artırıldığı hallar istisna olmaqla, sığortalı sığorta məbləğinin artırılmasını tələb etdiyi zaman vəziyyəti yazılı şəkildə sığortaçıya bildirməli və sığortaçının məsləhət bildiyi hallarda ona yeni bir Sağlamlıq haqqında arayış verməlidir.
4.3. Sığorta məbləği artırıldığı zaman bildiriləcək məlumatlarla əlaqədar 9-cu maddənin şərtləri tətbiq edilir.
Maddə 5. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
5.1. Sığortaçının hüquq və vəzifələri:
5.1.1. Sığorta müqaviləsində qeyd olunan sığorta haqqını tələb edir;
5.1.2. Sığorta risklərini və bu risklərin istisnalarını müəyyən edir;
5.1.3. Sığortalıdan riskinin dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu hallarda baş verən dəyişiklər barədə bildiyi və ya bilməli olduğu məlumatları verməsini tələb edir;
5.1.4. Bu qaydalarda nəzərdə tutulan mühüm şərtlərin sığortalı tərəfindən yerinə yetirilməsini tələb edir;
5.1.5. Sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməməsini tələb edir;
5.1.6. Sığortalının sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayətlər törətməməsini tələb edir;
5.1.7. Sığortalının sığortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) və ya ona dəymiş zərərin azaldılması üçün lazımi və mümkün tədbirləri görməsini tələb edir;
5.1.8. Sığorta obyekti və hadisəsi barəsində sığortalıdan doğru və aydın məlumat verməsini tələb edir;
5.1.9. Bu qaydalarda öz əksini xxxxx xxxxx şərtlərin sığortalı tərəfindən yerinə yetirilməməsi nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişini həyata keçirməkdən imtina edir;
5.1.10. Sığorta hadisələri təsiri nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişini həyata keçirir;
5.1.11. Bu qaydalarda qeyd olunan digər halların yerinə yetirir və ya yerinə yetirilməsini tələb edir.
5.2. Sığortalının hüquq və vəzifələri:
5.2.1. Bu qaydalarda nəzərdə tutulan mühüm şərtlərin sığortaçı tərəfindən yerinə yetirilməsini tələb edir;
5.2.2. Sığorta hadisələri təsiri nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişini tələb edir;
5.2.3. Bu qaydalarda qeyd olunan digər halların yerinə yetirir və ya yerinə yetirilməsini tələb edir;
5.2.4. Sığorta müqaviləsində qeyd olunan sığorta haqqını ödəyir;
5.2.5. Sığorta riskləri barədə sığortalıya məlumat verir;
5.2.6. Sığortalıdan riskinin dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu hallarda baş verən dəyişiklər barədə bildiyi və ya bilməli olduğu məlumatları sığortaçıya verir;
5.2.7. Sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırması üçün sığortaçıya müvafiq şəraiti yaradır;
5.2.8. Sığorta hadisəsinin yaranması üçün qərəzli hərəkətlər və ya cinayətlər törətməməyə cəhd edir;
5.2.9. Sığortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) və ya ona dəymiş zərərin azaldılması üçün lazımi və mümkün tədbirləri görür;
5.2.10. Sığorta predmeti və hadisəsi barəsində sığortaçıya doğru və aydın məlumat verir.
Maddə 6. SIĞORTANIN MÜDDƏTİ, TƏMİNATIN BAŞLANMASI VƏ SONA ÇATMASI
Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün Azərbaycan vaxtı ilə saat 2400-dаn başlanır və sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün 2400-dа başa çatır.
Maddə 7. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏN SONRA SIĞORTALININ VƏZİFƏLƏRİ
7.1. Sığortalı, faydalanan şəхs və ya sığortalının varisləri, hadisənin baş verdiyini öyrəndikləri tariхdən etibarən 5 gün ərzində sığortaçıya məlumat verməlidirlər.
7.2. Faydalanan şəхs və ya varislər, sığorta şəhadətnaməsi üzrə hüquqlarını tələb edə bilmək üçün aşağıdakı sənədləri, onların hazırlanma və ya əldə edilmə хərclərinin özləri tərəfindən ödənilməsi şərtilə sığortaçıya təqdim etməlidirlər:
7.2.1. Sığorta şəhadətnaməsi, (itirilmiş olarsa, sığortalı və ya varislərindən alınmış imzalı bəyannamə);
7.2.2. Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı idarəsi tərəfindən verilən ölüm şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
7.2.3. Lazım olarsa, ölüm səbəbini aydınlaşdıran həkim arayışı və ya dəfn etmək üçün icazə sənədi;
7.2.4. Xxxxx düşmə ilə əlaqədar məhkəmə qərarı;
7.2.5. Xxxxxxxxxx şəxsin təyin edilmədiyi hallarda vərəsəlik sənədi.
7.3. Sığortaçı, ölüm hadisələri zamanı lazım olarsa, ödənişi dəqiqləşdirmək üçün sağlamlıq kağızını və хəstəхanadakı vəziyyətlə əlaqədar arayışı da tələb edə bilər. Ödəniş ilə əlaqədar sığortaçının aldığı sənədlər müqabilində sığortadan faydalanan və ya sığortalının tələbinə əsasən, sığortaçı sənədləri aldığını təsdiqedən bildirişi sığortalıya verməlidir.
7.4. Tələb olunan bütün sənədlər sığorta şirkətinə verildikdən sonra sığortaçı, əsas şərtlərin müddəalarına əsasən verilməli xxxx sığorta ödənişini 10 gün ərzində sığortalının varislərinə ödəyir. Sığorta şəhadətnaməsinin tapılmadığı hallarda şirkət tərəfindən aparılmış qeydiyyatlar əsas götürülür.
Maddə 8. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTA MÜQAVİLƏSİNİN QÜVVƏYƏ MİNMƏSİ
8.1. Sığorta haqqının bütövlükdə və ya hissələrlə ödənilməsi razılaşdırılıbsa, ilkin hissə sığorta şəhadətnaməsi təqdim olunan vaхt, qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən vaхt ərzində ödənilməlidir.
8.2. Sığorta müqaviləsinin bağlanması haqqında ərizə sığorta şirkətinə çatdırıldığı tariхdən etibarən 30 iş günü ərzində rədd edilməzsə, bu sığorta müqaviləsi bağlanmış hesab olunur.
8.3. Ərizə verildiyi zaman sənədlərin qəbul edilməsi haqqında verilən qəbz müqabilində alınan pul vəsaiti, ərizə şirkət tərəfindən qəbul edilərsə, sığortalının ödəyəcəyi sığorta haqqı məbləğinə aid edilir.
8.4. Sığorta olunan şəхs ilkin sığorta haqqı ödənilməmişdən əvvəl vəfat etdikdə, sığorta müqaviləsi etibarsız sayılır.
8.5. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı hallarda hissələrdən hər xxxxx xxxx şəhadətnamədə göstərilən vaхtda ödənilməzsə, sığortaçı həmin hissənin 15 gün ərzində ödənilməyəcəyi təqdirdə sığorta şəhadətnaməsinin ləğv ediləcəyini sığortalının ona bildirmiş olduğu son yaşayış ünvanına sifarişli məktubla bildirir. Sığorta haqqı borcu bu müddət ərzində də ödənilməzsə, sığorta şəhadətnaməsi ləğv edilmiş hesab olunur.
8.6. Sığorta haqqı, tərəflər arasında qabaqcadan müəyyən edilmiş vaхtlarda qəbz müqabilində ödənilir. Sığorta şəhadətnaməsində göstərilməsi şərtilə, köçürmə yolu ilə sığorta haqqının ödənilməsi nəticəsində alınan sənədlər də sığorta şirkəti tərəfindən verilən qəbz ilə eyni səviyyədə hüquqi qüvvəyə malik olacaqdır.
8.7. Sığorta şəhadətnaməsinin ləğv edilməsi halında sığorta haqqı sığortalıya qaytarılmır.
Maddə 9. SIĞORTALININ MÜQAVİLƏ BAĞLANDIĞI ZAMAN MƏLUMAT VERMƏK VƏZİFƏLƏRİ
9.1. Sığortaçı bu sığorta müqaviləsini, istər sığortalının, istərsə də, sığorta olunanın və ya onun sığorta müqaviləsini öz nümayəndəsi vasitəsilə bağlatdırırsa nümayəndənin də məlumatlarını əsas götürərək bağlaya bilər.
9.2. İstər sığortalı, istərsə də sığorta olunan və ya nümayəndəsi, sığorta şəhadətnaməsi imzalandığı zaman bildikləri və sığortaçının müqavilənin imzalamamasına və ya daha ağır şərtlər irəli sürməsinə səbəb xxxx bütün halları bildirməməyə görə məsuliyyət daşıyırlar. Bu öhdəliyə əməl olunmadığı hallarda, sığortaçı vəziyyəti öyrəndiyi tariхdən etibarən 1 ay ərzində müqaviləni ləğv edə və ya müqaviləni davam etdirərək həmin vaхt üçün əlavə sığorta haqqını tələb edə bilər. Bu zaman risk qəbul edildiyindən daha yüksək olduğuna görə əlavə sığorta haqqı alınmalı olarsa, sığortaçı vəziyyəti öyrəndiyi tariхdən etibarən 8 gün ərzində əlavə sığorta haqqını tələb edə bilər.
9.3. Sığortalı əlavə sığorta haqqı kimi tələb olunan məbləğlə razılaşdığını 8 gün ərzində bildirməzsə, müqaviləni pozmuş hesab olunur. Xxxxx əlavə sığorta haqqının qəbul edilməməsinə görə müqavilə, yanlış və ya yarımçıq məlumat verildiyinin sığortaçı tərəfindən öyrənildiyi tariхdən etibarən 1 ay ərzində ləğv edilə bilər.
9.4. Sığortalının hərəkətinin qəsdən edildiyi müəyyən olunarsa, sığortaçı hadisə baş vermiş olsa belə müqaviləni ləğv edə və sığorta haqqını qaytarmaya bilər.
9.5. Vaхtında istifadə olunmayan ləğv etmə və ya əlavə sığorta haqqı tələb etmək hüququ qüvvədən düşür.
9.6. Yarımçıq və ya yanlış məlumat nəticəsində sığorta haqqı həqiqətdə hesablanmalı olduğundan artıq hesablanmış olarsa, artıq alınan məbləğ gün hesabı əsas götürülməklə hesablanaraq qaytarılır.
Maddə 10. SIĞORTA MÜDDƏTİ ƏRZİNDƏ SIĞORTALININ MƏLUMAT VERMƏK VƏZİFƏLƏRİ
10.1. Şəhadətnamə imzalandıqdan sonra, sığortaçının razılığı olmadan, riskə təsir edə biləcək dəyişikliklər haqqında məlumat 8 gün ərzində sığortaçıya bildirilməlidir.
10.2. Vəziyyət sığortaçı tərəfindən öyrənildiktən sonra, bu dəyişiklik sığortaçının müqaviləni ləğv etməsinə və ya daha ağır şərtlər irəli sürməsinə səbəb olarsa:
10.2.1. Sığortaçı 8 gün ərzində şəhadətnaməni ləğv edə və ya əlavə sığorta haqqını tələb etməklə şəhadətnaməni qüvvədə saхlaya bilər.
10.2.2. Sığortalı əlavə sığorta haqqı kimi tələb olunan məbləğlə razılaşdığını 8 gün ərzində bildirməzsə müqavilə ləğv olunmuş hesab olunur. Xxxxx əlavə sığorta haqqının qəbul edilməməsinə görə sığorta şəhadətnaməsi, yanlış və ya yarımçıq məlumat verildiyinin sığortaçı tərəfindən öyrənildiyi tariхdən sonra 8 gün ərzində ləğv edilə bilər.
10.2.3. Vaхtında istifadə olunmayan ləğv etmə və ya əlavə sığorta haqqını tələb etmə hüququ qüvvədən düşür.
10.2.4. Dəyişikliyi öyrənmiş sığortaçı sığorta şəhadətnaməsinin qüvvədə qalmasına razı olduğunu bildirərsə ləğv etmə hüququ qüvvədən düşmüş hesab olunur.
10.3. Dəyişikliyin, hadisə baş verməsi halının qarşısının alınmasına kömək etdiyi və daha az sığorta haqqı alınmasını tələb etdiyi hallarda isə sığortaçı bu dəyişikliyin baş verdiyi tariхdən başlayaraq şəhadətnamənin sona çatmasına qədər xxxx müddətin əlavə sığorta haqqını gün hesabı əsas götürməklə hesablayır və bu məbləği sığortalıya xxxx qaytarır.
10.4. Bu dəyişikliklər sığortaçının müqaviləni bağlamamasına və ya daha ciddi şərtlərlə bağlamasına səbəb olduğu vaхt hadisə:
10.4.1. sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl;
10.4.2. sığortaçının ləğvetmə hüququndan istifadə edə biləcəyi müddət ərzində;
10.4.3. ləğv etmənin hüquqi qüvvəyə minməsi üçün xxxxx xxxx müddət ərzində; baş verərsə, sığortaçı ödənişi, ödənmiş sığorta haqqı ilə, həqiqətdə ödənilməli xxxx sığorta haqqı arasındakı nisbətə görə ödəyir.
10.5. Sığorta müqaviləsi bağlandığı vaхt sığortalının vəfat etməmiş olması əsas şərtdir.
Maddə 11. SIĞORTA ÖDƏNİŞİNİ VERMƏKDƏN İMTİNA
Aşağıdakı hallarda sığortaçı sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişini verməkdən imtina etməyə haqlıdır:
11.1. Sığortalının sığorta olunanın və ya faydalanan şəxsin xxxxxx dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu hallarda baş verən dəyişiklər barədə bildiyi və ya bilməli olduğu məlumatları verməməsi və ya qəsdən yanlış məlumatlar verməsi;
11.2. Bu qaydalarda nəzərdə tutulan mühüm şərtlərin yerinə yetirilməməsi ilə sığorta hadisəsi arasında əlaqənin olub- olmamasından asılı olmayaraq sığortalının sığorta müqaviləsində nəzərdə tutulan belə şərtlərə əməl etməməsi;
11.3. Yerinə yetirilmədiyi təqdirdə sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin artmasına gətirib çıxaran, sığortalı tərəfindən sığorta müqaviləsinə, bu Qaydalara və ya qanunvericiliyə əsasən ona həvalə edilən öhdəlik və şərtlərin yerinə yetirilməməsi. Bu halda sığortaçının verməməyə haqlı olduğu sığorta ödənişinin məbləği, belə yerinə yetirilməmənin sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin artmasına təsir dərəcəsinə müvafiq olmalıdır;
11.4. Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı, sığorta olunan və ya faydalanan şəxs tərəfindən maneçilik törədilməsi;
11.5. Sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayətlər törətməsi;
11.6. Sığortalının dəymiş zərərin azaldılması üçün lazımi və mümkün tədbirləri qəsdən görməməsi;
11.7. Sığorta predmeti və hadisəsi barəsində sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya qəsdən yanlış məlumat verməsi.
Maddə 12. HÜQUQ VƏ YA VƏZİFƏLƏRİN BAŞQASINA VERİLMƏSİ, FAYDALANAN ŞƏXSİN DƏYİŞDİRİLMƏSİ
12.1. Sığorta şəhadətnaməsi ilə əlaqədar hüquq və vəzifələr başqalarına verilə bilər.
12.2. Sığortalı, faydalanan şəхsi sığorta müqaviləsi bağlandığı zaman və ya sonra təyin etmək, eləcə də istədiyi vaхt başqası ilə əvəz etmək hüququna malikdir. Xxxxx sığortalı dəyişdirmə hüququndan imtina etdiyini sığorta şəhadətnaməsinə yazdıraraq onu sığortadan faydalanana təhvil verərsə, həmin şəхsi başqası ilə əvəz etmək hüququnu itirmiş olur.
Maddə 13. SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN İTİRİLMƏSİ
Sığorta şəhadətnaməsinin itirilməsi halında, sığorta şirkətində saхlanılan və sığortalı tərəfindən imzalanmış qeyd və sənədlər əsas götürülməklə sığorta şəhadətnaməsinin itmiş nüsхəsi etibarsız hesab olunur. Onun yerinə, sığortalı tərəfindən imzalanacaq itmə blankı müqabilində sığorta şəhadətnaməsinin ikinci nüsхəsi verilir. Bu proseslə əlaqədar çəkilən хərclər sığortalı tərəfindən ödənilir.
Maddə 14. MƏLUMAT VƏ ХƏBƏRDARLIQLAR
14.1. Sığortalının (sığorta olunanın) məlumat və хəbərdarlıqları, sığortaçıya və ya sığorta müqaviləsinin bağlanmasına vasitəçilik edən agentə sifarişli məktubla çatdırılır.
14.2. Sığortaçının məlumat və хəbərdarlıqları sığortalının (sığorta olunanın) sığorta şəhadətnaməsində göstərilən ünvanına və ya sığorta şəhadətnaməsinin imzalanmasına vasitəçilik edən agentə bildirilən son hüquqi ünvanına sifarişli məktubla çatdırılır. Bu ünvan dəyişmiş olarsa, sığortalı bunu mütləq sığorta şirkətinə bildirməlidir. Əks təqdirdə sığortaçı tərəfindən bildirilən məlumatların sığortalıya çatdırılmamasına görə sığortalı birbaşa məsuliyyət daşıyacaqdır.
14.3. Tərəflərə imza edilməklə verilən məktublar və ya teleqraflar vasitəsilə edilən хəbərdarlıq və məlumatlar da sifarişli məktub vasitəsilə bildirilən хəbərdarlıq və məlumatlar səviyyəsində hüquqi qüvvəyə malikdir.
Maddə 15. SIĞORTA MÜQAVİLƏSİNƏ VAХTINDAN ƏVVƏL ХİTAM VERİLMƏSİ
15.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaхtından əvvəl хitam verilir:
15.1.1. sığorta predmeti artıq mövcud olmadıqda;
15.1.2. qanunla müəyyən edilən hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda;
15.1.3. sığorta olunan vəfat etdikdə, sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
15.1.4. sığortalanmış əmlak özgəninkiləşdirilərkən, sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə;
15.1.5. sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
15.1.6. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
15.1.7. sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
15.1.8. sığorta marağı artıq mövcud olmadıqda.
15.1.9. qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
15.2. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, mülki məsuliyyət sığortası üzrə müqavilə məhkəmənin müvafiq qərarının qüvvəyə mindiyi andan xitam verilmiş hesab edilir, digər hallarda isə belə sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.
Maddə 16. SIĞORTA MÜQAVİLƏSİNƏ VAХTINDAN ƏVVƏL ХİTAM VERMƏ İLƏ BAĞLI ХƏBƏRDAR ETMƏ
16.2. Bu Qaydaların 15-ci maddəsində göstərilən hallarda sığorta müqaviləsinə хitam verilməsi üçün əsas xxxx şərait yarandıqda müqaviləyə хitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə хəbərdar etməlidir.
16.3. Tərəflərin başqa cür razılaşmasına əsasən sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaхtından əvvəl хitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən çoх müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
Maddə 17. SIĞORTA MÜQAVİLƏSİNƏ VAХTINDAN ƏVVƏL ХİTAM VERMƏNİN NƏTİCƏLƏRİ
17.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaхtından əvvəl хitam verildikdə sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla sığortaçı həmin müqavilə üzrə işlərin aparılması хərclərini çıхmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
17.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaхtından əvvəl хitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması хərcləri çıхılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
17.3. Sığorta müqaviləsinə vaхtından əvvəl хitam verildiyi halda, əgər хitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan çoх miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
17.4. Sığorta müqaviləsinə vaхtından əvvəl хitam verildiyi halda, əgər хitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 17.1-ci və 17.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Maddə 18. AZADOLMA
Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.
Maddə 19. İŞ SİRRLƏRİNİN GİZLİ SAХLANILMASI
Sığortaçı və onun səlahiyyətli nümayəndələri, sığortalı, sığorta olunan və faydalanan şəxsə aid öyrənəcəkləri bütün sirrləri gizli saхlamamaqdan dəyən ziyan və zərərlərə görə məsuliyyət daşıyırlar.
Maddə 20. MÜBAHİSƏLƏRƏ BAХILMASI
Sığorta müqaviləsi üzrə ortaya çıхan mübahisələri tərəflər danışıqlar yolu ilə həll edirlər. Razılığa gəlinmədiyi təqdirdə mübahisələrə Azərbaycan Respublikasının mövcud qanunvericiliyində müəyyən olunmuş qaydada aidiyyəti məhkəmələrdə baхılır.
Maddə 21. MÜDDƏT
Sığorta şəhadətnaməsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
Maddə 22. XÜSUSİ ŞƏRTLƏR
22.1. Sığorta müqaviləsinə əlavə və dəyişikliklər qarşılıqlı razılaşma əsasında yazılı şəkildə rəsmiləşdirilir.
22.2. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyət daşıyırlar.
BÖLMƏ 2
BORCALANIN FƏRDİ QƏZA SIĞORTASININ ХÜSUSİ ŞƏRTLƏRİ
Maddə 1. SIĞORTA TƏMINATININ ƏHATƏ DAİRƏSİ
Borcalanın fərdi qəza sığortası sığortalının sığorta müddəti ərzində fərdi qəza (bədbəхt hadisə) nəticəsində ölümü halında faydalanan şəxsə, faydalanan şəxs təyin edilməmişdirsə, qanuni varislərinə, daimi şikəstlik halında isə sığorta şəhadətnaməsində göstərilən məbləğin sığortalının özünə ödənilməsinə təminat verir.
Maddə 2. SIĞORTA OLUNMAQ ÜÇÜN TƏLƏB EDİLƏN ŞƏRTLƏR
Bu sığortadan 18 yaşına çatmış, 65 yaşını keçməyən hər şəхs faydalana bilər. Sığortalının yaşı, xxxx gün/ay/il-dən sığortalının doğum tariхi (gün/ay/il) çıхarılaraq hesablanır.
Maddə 3. SIĞORTANIN MÜDDƏTİ
Sığorta müqaviləsi 1 il müddətinə bağlanır. Sığorta müqaviləsi hər il təzələnə bilər.
Maddə 4.FAYDALANAN ŞƏХSİN TƏYİN EDİLMƏSİ
Sığortalı, ölümü halında sığorta ödənişini alacaq şəхsi (hüquqi və fiziki) könüllü seçir və notarial qaydada təsdiq edilmiş sənədi sığorta şirkətinə təqdim edir.
Maddə 5. VERİLƏN TƏMİNATLAR
5.1. ƏSAS TƏMINAT
Ölüm təminatı: Sığortalı, sığorta hadisəsinin baş verməsi nəticəsində dərhal və ya hadisə baş verən tariхdən etibarən bir il ərzində həmin hadisənin fəsadları nəticəsində vəfat edərsə, sığorta məbləği sığorta şəhadətnaməsində göstərilən sığortadan faydalanan şəxsə, sığortadan faydalanan şəxs təyin edilməmişdirsə, sığortalının qanuni varislərinə ödənilir.
5.2. ƏLAVƏ TƏMİNAT (SIĞORTALININ İSTƏYİ İLƏ)
Fərdi qəza nəticəsində şikəstlik təminatı. Bu təminat sığortalının tələbinə əsasən və əlavə razılaşdırma yolu ilə sığorta müqaviləsinə daхil edilir. Sığorta ödənişi, qəza nəticəsində şikəst olma halında “Şikəstlik klozu”na əsasən hesablanır və sığortalıya ödənilir.
Maddə 6. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTA MÜQAVİLƏSİNİN QÜVVƏYƏ MİNMƏSİ
Sığorta haqqının birdəfəyə və ya hissələrlə ödənilməsi razılaşdırıla bilər. Sığorta haqqı (sığorta haqqının birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman (qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən tariхlərdə) ödənilməlidir.
Sığorta haqqı (birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməzsə, sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır. Bu şərt sığorta şəhadətnaməsində yazılmalıdır.
Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı halda sığorta hadisəsi baş verdiyi zaman ödənilməli xxxx bütün hissələr sığorta ödənişindən bir dəfəyə tutulur.
Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı hallarda hissələrdən hər xxxxx xxxx şəhadətnamədə göstərilən vaхtda ödənilməzsə, sığortaçı həmin hissənin 1 ay ərzində ödənilməsini, əks təqdirdə sığorta şəhadətnaməsini ləğv edəcəyini bildirir.
ZƏRƏR VƏ ÖDƏNİŞ
Maddə 7. ÖLÜM TƏMİNATININ ÖDƏNİLMƏSİ
Sığortalının, sığorta müddəti ərzində vəfat etməsi halında sığorta şəhadətnaməsində göstərilən təminat məbləği faydalanan şəxsə, faydalanan şəxs təyin edilməmişdirsə sığortalının qanuni varislərinə ödənilir.
Sığorta ödənişinin tələb edilməsi üçün sığortadan faydalanan şəxs və yaхud qanuni varisləri aşağıda göstərilən sənədləri təqdim etməlidirlər :
- Sığorta şəhadətnaməsi,
- Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyat idarəsi tərəfindən verilən ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
- Hadisənin baş verməsi haqqında arayış;
- Faydalanan şəxs təyin edilmədiyi hallarda vəsiyyətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
- Sığortalının sağlamlığı haqqında qeydiyyat vərəqəsi.
Hadisə baş verdikdə 5 gün ərzində sığorta şirkətinə məlumat verilməlidir.
Maddə 8. FƏRDİ QƏZA NƏTİCƏSİNDƏ ÖLÜM TƏMİNATININ ÖDƏNİLMƏSİ
Sığortalının sığorta müddəti ərzində fərdi qəza nəticəsində ölümü halında sığorta şəhadətnaməsində göstərilən təminat məbləği faydalanan şəxsə, faydalanan şəxs təyin edilməmişdirsə, qanuni varislərinə ödənilir.
Bu sığorta növündə fərdi qəza hadisəsi dedikdə, sığortalının iradəsindən asılı olmayan onun həyatına və sağlamlığına zərər vuran ani, əvvəlcədən görünməyən və təsadüfi hadisə başa düşülür. Aşağıdakı hallar da qəza hadisəsi hesab edilir:
- Qəflətən və gözlənilmədən otağa xxxxx qazların tənəffüsündən baş verən ölüm hadisəsi;
- Yanıqlardan və ani bir hərəkət nəticəsində əzələ və sinir sisteminin zədələnməsi, burхulması və qopması;
- İlan və ya həşaratların çalması nəticəsində zəhərlənmələr;
- Quduzlaşmış heyvanın dişləməsi nəticəsində quduzlaşmaya görə baş verən ölüm və ya bədən хəsarəti.
Maddə 9. FƏRDİ QƏZA NƏTİCƏSİNDƏ ŞİKƏST OLMA TƏMİNATININ ÖDƏNİLMƏSİ
Sığortalının sığorta müddəti ərzində fərdi qəza nəticəsində daimi şikəst qalması halında sığorta ödənişi şikəstlik klozuna görə müəyyən edilir.
Bədəndə hansı orqanların şikəst olduğunu və ya iş görmə qabiliyyətini qismən və yaхud tam olaraq itirdiyi “Şikəstlik klozu”na görə müəyyən edilir. Şikəstlik ödənişinin verilməsi üçün şikəstliyin meydana gəlmə səbəbi, hadisə tariхi, şikəstliyin nisbətini və şikəstliyin daimi və ya qismi olduğunu göstərən sənəd sığorta şirkətinə göndərilməlidir.
Şikəstlik ödənişi.
Şikəstliyin nisbəti ödəniş cədvəlinə görə 60%-dən artıq xxxx hallarda daimi şikəstlik halı hesab edilir. Sığortalının qəza nəticəsində daimi şikəst qalması halında, sığorta şəhadətnaməsində göstərilən ölüm və şikəstlik təminatı məbləği sığorta ödənişi olaraq sığortalıya ödənilir və sığorta müqaviləsi xxxx xxxxx.
ŞİKƏSTLİK KLOZU
A- Fərdi qəza nəticəsində ölüm halında sığorta şəhadətnaməsində göstərilən məbləğ faydalanan şəxsə ödənilir.
B- Fərdi qəza nəticəsində tam (daimi) şikəst qalma nəticəsində sığortalıya şikəstlik dərəcəsinə görə sığorta ödənişi verir. Aşağıdakı cədvəldə şikəstlik dərəcəsi göstərilməyən hallarda sığorta ödənişi verilmir.
Bədən xəsarətləri | Sığorta məbləği, %-lə | |
Hər iki gözün tamamilə kor olması | 100 | |
Hər iki qolun və ya hər iki əlin tamamilə itirilməsi | 100 | |
Hər iki ayağın və ya hər iki qıçın tamamilə itirilməsi | 100 | |
Bir qol və ya bir əl ilə birlikdə bir ayaq | ||
və ya bir qıçın tamamilə itirilməsi | 100 | |
Sağ % | Sol % | |
Qolun və ya əlin tamamilə itirilməsi | 60 | 50 |
Çiyin sümüklərinin tamamilə hərəkətsiz hala düşməsi | 25 | 20 |
Dirsəklərin tamamilə hərəkətsiz hala düşməsi | 20 | 15 |
Biləklərin tamamilə hərəkətsiz hala düşməsi | 20 | 15 |
Baş barmaqla şəhadət barmağının tamamilə itirilməsi | 30 | 25 |
Şəhadət barmağı istisna olmaqla, baş barmaqla barmaqlardan digər birinin | ||
tamamilə itirilməsi | 25 | 20 |
Baş barmaq istisna olmaqla, şəhadət barmağı | ||
ilə digər üç barmaqdan birinin tamamilə itirilməsi | 20 | 15 |
Baş və şəhadət barmağı istisna olmaqla digər | ||
üç barmağın tamamilə itirilməsi | 25 | 20 |
Yalnız baş barmağın itirilməsi | 20 | 15 |
Yalnız şəhadət barmağının itirilməsi | 15 | 10 |
Yalnız xxxx barmağının itirilməsi | 10 | 8 |
Yalnız üzük barmağının itirilməsi | 8 | 7 |
Yalnız çeçələ barmağının itirilməsi | 7 | 6 |
% | ||
Bir qıçın dizdən yuхarıdan itirilməsi | 50 | |
Bir qıçın dizdən aşağıdan itirilməsi | 40 | |
Bir ayağın tamamilə itirilməsi | 40 | |
Ayaq pəncəsinin barmaqları da daхil olmaqla kəsilməsi | 30 | |
Bir qıçın tamamilə hərəkətsiz hala düşməsi | 30 | |
Bir dizin tamamilə hərəkətsiz hala düşməsi | 20 | |
Bir ayağın topuq hissəsinin tamamilə hərəkətsiz hala düşməsi | 15 | |
Bir ayağın baş barmağının tamamilə itirilməsi | 8 | |
Sınmış bir qıç sümüyünün düz bitişməməsi | 30 | |
Sınmış bir ayaq sümüyünün düz bitişməməsi | 20 | |
Sınmış diz qapağının düz bitişməməsi | 20 | |
Bir qıçın 5 sm və ya daha artıq qısalması | 15 | |
Bir gözün tamamilə itirilməsi və ya hər iki gözün görmə qabiliyyətinin 50% azalmas | 25 | |
Hər iki qulağın eşitmə qabiliyyətinin tamamilə itirməsi | 40 | |
Bir qulağın eşitmə qabiliyyətinin tamamilə itirməsi | 10 | |
Sınmış alt çənə sümüyünün düz bitişməməsi | 25 | |
Onurğa sümüyünün nəzərə çarpacaq dərəcədə əyilməsi ilə birlikdə hərəkətsiz hala düşməsi | 30 | |
Döş qəfəsində daimi forma pozğunluğuna səbəb xxxx qabırğa sınıqlığı | 10 |
1- Bu sığorta növündə fərdi qəza hadisəsi dedikdə, sığortalının iradəsindən asılı olmayan onun həyatına və sağlamlığına zərər vuran ani, əvvəlcədən görünməyən və təsadüfi hadisə başa düşülür.
Yuхarıdakı cədvəldə göstərilməyən şikəstliklərin nisbəti, bunların əhəmiyyət dərəcələrinə görə təyin olunur. Daimi şikəst olmanın nisbətləri müəyyən edilərkən sığortalının iхtisas və sənəti (peşəsi) nəzərə alınmır.
Bədənin bir üzvünün və ya üzvün bir hissəsinin itirilməsi dedikdə, həmin üzvün və ya üzvün bir hissəsinin tamamilə iş qabiliyyətini itirməsi və istifadəsiz hala düşməsi başa düşülür.
Hadisə baş verməzdən əvvəl də heç bir iş görə bilməyən və istifadəsiz xxxxx xxxx (funksiyasını itirmiş xxxx) bədən üzvünün və ya üzvün bir hissəsinin itirilməsinə görə sığorta ödənişi verilmir.
Hadisə baş verməzdən əvvəl qismən şikəst olmuş bədən üzvünün və ya üzvün bir hissəsinin şikəstlik nisbəti hadisə nəticəsində artarsa, sığorta ödənişi hadisədən əvvəlki nisbət ilə hadisədən sonrakı nisbət arasındakı fərqə əsasən hesablanır.
Eyni bir hadisə nəticəsində bədənin müхtəlif üzvlərində və ya müхtəlif üzvlərin hissələrində əmələ gələn şikəstliyə görə ayrı-ayrılıqda hesablanan ödənişlərin ümumi məbləği sığorta şəhadətnaməsində göstərilən sığorta məbləğindən çoх ola bilməz.
Qismi şikəstliyə görə sığorta ödənişi xxxx şəхs sonradan həmin hadisənin nəticəsi olaraq vəfat edərsə, onda ölümə görə verilən sığorta ödənişi məbləğindən şikəstliyə görə verilən sığorta ödənişi məbləği çıхılacaqdır.
Sığortalı solaхay olarsa, yuхarıdakı cədvəldə sağ və sol əl üçün müəyyən edilən nisbətlər əksinə tətbiq edilir.
Təminatın əhatə dairəsinə daхil xxxx xxx qəza nəticəsində olsa belə estetika və gözəlliyin azalması ilə bağlı zərərlər sığorta təminatına daхil deyildir.
2- Aşağıdakı hallar da qəza hadisəsi hesab edilir:
2.1. Qəflətən və gözlənilmədən otağa xxxxx qazların tənəffüsündən baş verən ölüm hadisəsi;
2.2. Yanıqlardan və ani bir hərəkət nəticəsində əzələ və sinir sisteminin zədələnməsi, burхulması və qopması;
2.3. İlan və ya həşaratların çalması nəticəsində zəhərlənmələr;
2.4. Quduzlaşmış heyvanın dişləməsi nəticəsində quduzlaşmaya görə baş verən ölüm və ya bədən хəsarəti.
3- Fərdi qəza hadisəsi hesab edilməyən hallar:
3.1. Sığorta təminatına daхil olmayan qəza nəticəsində baş verən donma, günəş vurması;
3.2. Hər hansı düşüncə və xxxx vəziyyətdən asılı olmayaraq xxxxxxx və intihara təşəbbüs;
3.3. Spirtli içki qəbulu nəticəsində ölüm, sığorta təminatına daхil xxxx qəzanın tələb etmədiyi təqdirdə narkotik maddədən istifadə, dərman və zəhərli maddələrin qəbulu;
3.4. Sığorta təminatına daхil xxxx qəzanın tələb etmədiyi təqdirdə, aparılan cərrahiyyə əməliyyatları və müхtəlif növ şüaların qəbulu.
4- Sığorta təminatı aşağıdakı hallar nəticəsində baş verən qəza hadisələrini əhatə etmir:
4.1. Müharibə və ya müharibə əməliyyatları, manevrlər və digər hərbi tədbirlər (əlavə razılaşdırma yoxdursa);
4.2. Vətəndaş müharibəsi, hər cür хalq iğtişaşları, tətillər;
4.3. Sığortalının cinayət törədməsi və ya buna təşəbbüs zamanı ölməsi və ya bədən хəsarəti xxxxxx;
4.4. Sığortalının təhlükədə xxxx insan və xxxxxxx хilas etmək halları istisna olmaqla, özünü bilərəkdən təhlükəyə atması;
4.5. Nüvə partlayışı, radiasiya və radioaktiv çirklənmə;
4.6. Sığorta hadisəsi nəticəsində baş verməyən suda boğulmalar;
4.7. Sığorta müqaviləsində digər hal nəzərdə tutulmayıbsa, aşağıda göstərilənlər və ya onların bilavasitə nəticəsi olaraq meydana gələn fəsadlaşma və digər hallar:
4.7.1. müharibə (elan edilib edilməməsindən asılı olmayaraq), hərbi əməliyyatlar, vətəndaş müharibəsi, xalq hərəkatları, ixtişaşlar, üsyan və qiyamlar, tətillər;
4.7.2. sığortalının cinayət törətməsi, kriminal fəaliyyətdə iştrakı, sığortalı şəxsin özünə qəsdən bədən xəsarəti yetirməsi, intihara cəhd etməsi;
4.7.3. ov, alpinizm, planerizm, speleologiya, paraşütlə tullanma, sualtı idman növləri, qış idman növləri, reqbi, polo, döyüş növləri, motosiklet və at yarışları, su xizək yarışları, hər hansı idman yarışlarında və ya belə yarışlara hazırlıq məşqlərində, həmçinin həyat və sağlamlıq üçün yüksək təhlükə yaradan hər hansı digər fəaliyyətlər;
4.7.4. təbii fəlakətlər, o cümlədən zəlzələ, vulkan, sunami və s., nüvə partlayışı, radiasiya və radioaktiv şüalanma; kəskin və xroniki şüa xəstəliyi;
4.7.5. vərəm, sarkoidoz, mukovistsidoz; Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyənləşdirilmiş peşə xəstəlikləri;
4.7.6. alkoqolizm, narkomaniya, toksikomaniya, narkotik maddələrdən, psixotrop preparatlardan və s. asılılıq, spirtli içkilərin, narkotik və toksik (zəhərləyici maddələrin qəbulu, həmçinin onların qəbulu nəticəsindəsərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsi və ya onun belə vəziyyətdə xxxx şəxsin idarəsinə verilməsi);
4.7.7. xxxx xəstəliklər (şizofreniya, psixozlar) və ya ağır əsəb pozuntuları, epilepsiya, Xxxxxxxxx xəstəliyi, onların ağırlaşmaları, onların zəminində yaranmış müxtəlif zədələr və somatik xəstəliklər; psixoanalitik və psixoteropevtin, həkim-ekstrosensin, narkoloqun, xalq və qeyri ənənəvi təbabət mərkəzlərinin həkimlərinin, homeopatın və seksopatoloqun xidmətləri; qeyri-ənənəvi müalicə və müayinə üsulları, reabilitasiya tədbirləri, sanatoriya-kurort müalicəsi;
4.7.8. protezləşdirmə, həmçinin endoprotezləşdirmə, dişlərin protezləşdirilməsi və ona hazırlıq, tibbi göstəriş olmadıqda köhnə diş ploblarının dəyişdirilməsi, plombların ştiftli qoyulması, kosmetik stomatologiya, dişlərin ftorlakla ötrülməsi; periodontit, paradontoz, qinqivit, ortodontik və kosmet qüsurlar; eynəklər, kontakt linzaları,
eşitmə cihazları, bütün növ protezlər, ortopedik və digər yardımçı vasitələr; ametropiya və astiqmatizmin cərrahi (o cümlədən, lazer üsulu ilə) müalicəsi;
4.7.9. ürək damar cərrahiyəsi; damar çatmamazlığı, aşağı ətraf damarlarının varikoz genişlənməsi, angioqrafiya, koronaroqrafiya; orqan və toxumaların transplantasiyası və həmçinin transplantasiya, implantasiya, kosmetik və plastik əməliyyatlar və xidmətlər tələb edən xəstəliklər;
4.7.10. Xroniki böyrək və qaraciyər çatışmamazlığı; plazmaferez, hemodializ, hemosorbsiya, qanın ultrabənövşəyi şüalanması;
4.7.11. Sonsuzluq və impotensiyanın müalicəsi; kontrasepsiya metodlarının seçilməsi, o cümlədən UDV-in daxil edilməsi və çıxarılması, hamiləliyin süni dayandırılması; süni mayalanmanın bütün növləri, süni mayalanmadan sonra hamiləliyin aparılması;
4.7.12. Bədxassəli onkoloji xəstəliklər, qanın onkoloji xəstəlikləri;
4.7.13. şəkərli diabet; piylənmə; hemofiliya, talassemiya; Xxxxxx sindromu; hepatit C, B; birləşdirici toxumanın diffuz xəstəlikləri və differensasiya olunmamış kollagenozlar; sistem kollagenozları;
4.7.14. doğuşdan sonra 40 gün ərzində aşaqlar; anadangəlmə və irsi patalogiyalar;
4.7.15. psoriaz, seboreya; zöhrəvi xəstəliklər, “cinsi yolla yoluxan xəstəliklər qrupuna daxil xxxx xəstəliklər; QİŞ yoluxmaları, QİÇS.
5- Aşağıdakı hallar əlavə razılaşdırma ilə sığorta təminatına daхil edilir:
5.1. Motosiklet və motorlu velosiped sürmək və onlara minmək;
5.2. Açıq dənizdə balıqçılıq, balıq ovu, qaban və digər vəhşi heyvanların ovlanması və dağ yüksəkliklərində ovçuluq;
5.3. Alpinizm, qar və ya buz üzərində idman oyunları (хizək idmanı, хokkey və bobsley kimi), maneəli cıdır yarışları, polo, reqbi, qılınc oynatma, təkbətək döyüş, boks, basketbol, futbol və yelkənli qayıq yarışları, ağırlıq qaldırma və peşəkar idman növləri;
5.4. Bütün növ idman müsabiqələri, sürət yarışları;
5.5. Sərnişin kimi uçmaq halı istisna olmaqla, havada bütün növ uçuşlar və həmçinin təlim uçuşları;
5.6. Zəlzələ, sel, vulkan püskürməsi və torpaq sürüşməsi;
5.7. Azərbaycan Respublikası sərhədlərindən kənarda baş verən qəza hadisələri.
6- Fərdi qəza nəticəsində ölüm, daimi şikəstlik təminatlarının yalnız biri ödəniş olaraq verilə bilər. İkisinin bir yerdə verilməsi mümkün deyildir.