Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri
Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən müəllimlər, məktəb rəhbərləri, habelə vətəndaşlar tərəfindən müəllimlərin iş yerlərinin dəyişdirilməsi ilə əlaqədar Bakı şəhəri üzrə Təhsil İdarəsinə daxil xxxx çoxsaylı müraciətləri nəzərə alaraq, bu sahədə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.03.2016-cı il tarixli, 165 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil xxxx ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 3.2-ci və Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamənin 2.30., 5.6.6. və 5.6.8-ci bəndlərini rəhbər tutaraq
əmr edirəm:
1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə 2016-cı ilin may ayında 3 (üç) mərhələli (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) müsabiqə keçirilsin.
2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə işçi qrupu yaradılsın:
Rəhbər | |
Xxxxx Xxxxxxx Üzvlər | Müdir müavini |
Xxxxx Xxxxxxxx | İnsan resursları sektorunun müdiri |
Xxxxxx Xxxxxxxxxxx | İnformasiya təminatı sektorunun müdiri |
Xxxxx Xxxxxxxxxx | Təminat və təchizat sektorunun müdiri |
Xxxx Xxxxxxxxxxxx | İctimaiyyətlə əlaqələr sektorunun müdiri |
Sevinc Rəsulova | Ümumi sektorun müdiri |
İlahə Talıbova | İnsan resursları sektorunun baş məsləhətçisi |
Xxxxx Xxxxxxx | İnsan resursları sektorunun baş məsləhətçisi |
Xxxxx Xxxxxxx | İnsan resursları sektorunun məsləhətçisi |
3. İşçi qrupuna tapşırılsın:
3.1. müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə test tapşırıqlarının hazırlanması və test imtahanı mərhələsinin təşkil edilməsi məqsədilə Təhsil Nazirliyinin İnsan resursları şöbəsi ilə birgə fəaliyyətin qurulmasını, müvafiq təşkilati və texniki dəstəyin əldə edilməsini təmin etsin;
3.2. müsabiqə barədə veriləcək xxxxxx müsabiqənin şərtləri və qaydaları barədə ətraflı şəkildə məlumat verilməsini təmin etsin;
3.3. müsabiqənin test imtahanı mərhələsində müvəffəqiyyət qazanmış şəxslərlə müsahibə keçirilməsini təşkil etsin;
3.4. müsabiqənin nəticələri elan olunduqdan sonra 5(beş) iş günü müddətində nəticələrdən narazı qalan şəxslərin şikayətlərinə baxılmasını təmin etsin.
4. İnsan resursları sektoruna (X.Xxxxxxxx) tapşırılsın:
4.1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant müəllim yerləri haqqında məlumatı müəyyənləşdirsin və idarənin tabeliyindəki bütün ümumi təhsil müəssisələrinə elektron qaydada göndərilməsini, ərizələrin qeydiyyata alındığı internet ünvanında yerləşdirilməsini, eyni zamanda, İctimaiyyətlə əlaqələr sektoru (X.Xxxxxxxxxxxx) ilə birlikdə müsabiqə ilə əlaqədar bu və ya digər zəruri məlumatların Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin;
4.2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müəllimlərin yerdəyişməsi ilə əlaqədar daxil xxxx elektron ərizələrin və təqdim olunan sənədlərin təhlil edilməsini təmin etsin;
4.3. müsabiqədə iştirak etmək üçün müraciət edən şəxslərə ərizələrin elektron qaydada qeydiyyata alınmasında köməklik göstərilməsi məqsədilə müvafiq məntəqənin təşkil edilməsini təmin etsin;
4.4. müsabiqənin müsahibə mərhələsində yerdəyişmə həyata keçiriləcək ümumi təhsil müəssisələri rəhbərlərinin iştirakını təmin etsin;
4.5. müsabiqədə iştirak edən müəllimlərin ərizələrinin qanunvericiliyə uyğun olaraq cavablandırılmasını təmin etsin.
5. Təminat və təchizat sektoruna (Ş.İsgəndərov) tapşırılsın:
5.1. müsabiqədə iştirakla əlaqədar müraciət edən şəxslərə ərizələrin elektron qaydada qeydiyyata alınmasında köməklik göstərilməsi məqsədilə müvafiq məntəqənin təşkil edilməsi üçün Bakı Şəhəri üzrə Təhsil idarəninin inzibati binasında müvafiq otaqların ayrılmasını və zəruri şəraitin yaradılmasını təmin etsin;
5.2. müsabiqənin müsahibə mərhələsinin təşkil edilməsi üçün müvafiq mərkəzin müəyyənləşdirilməsini və lazımi şəraitin yaradılmasını təmin etsin.
6. Ümumi təhsil müəssisələrinin direktorları müsabiqə nəticəsində iş yerini dəyişən müəllimlərlə əmək qanunvericiliyinin tələblərinə uyğun əmək münasibətlərinin tənzimlənməsini təmin etsinlər.
7. Ümumi sektor (S.Rəsulova) bu əmrin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmələrinə və tabeliyindəki ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.
8. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram
Əsas: İnsan resursları sektorunun təqdimatı.
Xxxxxxxx Xxxxxxxx Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
29 aprel 2016-cı il
№169