AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair” Sazişin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair” 2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2014-cü il
№ 893-IVQ
Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair
Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti (bundan sonra "Tərəflər" adlandırılacaq) əmək miqrasiyasını, xüsusilə iki dövlət arasındakı işçi mübadiləsini tənzimləmək, mövcud dostluq və qardaşlıq münasibətlərini gücləndirmək, əməkdaşlığı və tərəfdaşlığı dəstəkləmək, iqtisadiyyatın inkişafına töhfə vermək məqsədi ilə aşağıdakılar barədə razılıq əldə etmişlər:
Maddə 1
1.1. Bu Saziş hər hansı sahə məhdudiyyəti olmadan bir Tərəfin dövlətinin ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb ediləcək digər Tərəfin dövlətinin vətəndaşlarını əhatə edir.
Maddə 2
2.1. Bu Sazişdə istifadə olunan:
2.1.1. işçi - Tərəflərdən birinin ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul xxxx digər Tərəfin dövlətinin vətəndaşı xxxx əməkçi miqrantı;
2.1.2. iş icazəsi - Tərəflərin ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün Tərəflərin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada verilən icazəni ifadə edir.
Maddə 3
3.1. Bu Sazişin icra edilməsinə məsul xxxx səlahiyyətli orqanlar aşağıdakılardır:
3.1.1. Azərbaycan Respublikası tərəfindən - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti;
3.1.2. Türkiyə Respublikası tərəfindən - Əmək və Sosial Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Türkiyə İş Qurumu.
Maddə 4
4.1. Bir Tərəfin dövlətinin vətəndaşlarının digər Tərəfin dövlətinin ərazisinə girişi, dövlətin ərazisində yaşaması, işləməsi və dövlətin ərazisindən çıxışı bu Sazişin müddəalarına zidd olmamaq şərti ilə, Tərəflərin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
4.2. Tərəflər işçilərin üzləşdiyi və ya üzləşə biləcəyi problemlərin həll edilməsi üçün məlumat mübadiləsi aparır, səlahiyyətləri çərçivəsində zəruri kömək göstərilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirirlər.
4.3. Bu Sazişin müddəaları Tərəflərin dövlətlərinin vətəndaşlarım işlədikləri Tərəfin dövlətinin qanunlarına riayət etmək məsuliyyətindən azad etmir.
Maddə 5
5.1. İş icazəsinin alınması üçün tələb olunan sənədlər işəgötürən tərəfindən səlahiyyətli orqanlara təqdim olunur.
5.2. Azərbaycan Respublikası baxımından - işəgötürən və işçi arasında əmək müqaviləsi iş icazəsi əsasında və iş icazəsinin müddətindən artıq olmayacaq şəkildə bağlanılır.
Türkiyə Respublikası baxımından - iş icazəsi işəgötürənlə işçi arasında bağlanılan əmək müqaviləsi nəzərə alınaraq verilir.
5.3. İş icazəsi ilk müraciətdə bir il müddətinə verilir. Növbəti uzatma tələblərində həmin icazələr hər dəfə bir ildən az olmamaq şərti ilə uzadılır. Bununla bərabər, işəgötürənin daha az müddətə iş icazəsi tələbi də nəzərə alınır.
5.4. İşçiyə iş icazəsinin müddətinə yaşamaq icazəsi verilir.
5.5. İş və (və ya) iş icazəsi əsasında yaşayış icazələri 1 ay ərzində verilir.
5.6. Tərəflərin dövlətlərinin müvafiq qanunvericiliyində nəzərdə tutulan müddətdə müvəqqəti yaşadıqdan sonra həmin dövlətin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada işçiyə daimi yaşamaq icazəsi verilə bilər.
5.7. Bu maddənin 1-6-cı bəndlərinin tələbləri Tərəflərin qanunvericiliyi ilə iş icazəsi xxxxxx tələb olunmayan şəxslərə şamil edilmir.
Maddə 6
6.1. Bir Tərəfin dövlətinin, milli təhlükəsizlik, ictimai asayiş və əhalinin sağlamlığı səbəblərindən milli qanunlara əsasən digər Tərəfin dövlətinin vətəndaşlarının ölkəyə girişinə qadağa qoymaq və onları ölkə hüdudlarından kənara çıxarmaq hüququ saxlanılır.
6.2. Qəbul edən Tərəfin dövlətinin qanunvericiliyi ilə müəyyən edilmiş işləmə və yaşama qaydalarının pozulduğu hallarda, Tərəflər iş icazəsinə vaxtından əvvəl xitam verə və işçinin digər Tərəfə xxxx qayıtmasını tələb edə bilərlər. Belə xxxx hallarda işçi haqqında və xxxx göndərilmə səbəbləri barədə məlumatlar digər Tərəfin həmin dövlətdəki diplomatik nümayəndəliyinə bildirilir.
Maddə 7
7.1. Bu Sazişin təfsiri və tətbiqi zamanı yarana biləcək problemləri həll etmək məqsədi ilə hər iki Tərəfin səlahiyyətli orqanlarından ibarət bir komissiya təşkil edilir. Komissiya Tərəflərin məqsədəuyğun hesab etdiyi yer və tarixdə toplanır.
Maddə 8
8.1. Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz tərkib hissəsi xxxx və bu Sazişin 9-cu maddəsi ilə müəyyən olunan qaydada qüvvəyə minən əlavə protokollarla dəyişikliklər edilə bilər.
Maddə 9
9.1. Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin bir-birlərinə diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
9.2. Bu Sazişin etibarlılıq müddəti 1 (bir) ildir, Tərəflərdən biri Xxxxxxx müddətinin bitməsindən ən azı 3 (üç) ay əvvəl onun ləğv edilməsi barədə digər Tərəfə yazılı bildiriş vermədiyi təqdirdə, Xxxxxxx etibarlılıq müddəti avtomatik olaraq növbəti 1 (bir) illik müddətlərə uzadılır.
9.3. Bu Saziş ləğv edildiyi təqdirdə, Sazişin qüvvədə olduğu müddətdə tərtib olunan iş icazəsi və iş icazəsi əsasında verilən yaşayış icazələri, həmin icazələrin müddətinin başa çatmasına qədər etibarlı olacaqdır.
Maddə 10
10.1. Bu Sazişin qüvvəyə mindiyi tarixdə Tərəflərin dövlətlərinin ərazisində iş icazəsi əsasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olanlar bu Sazişin müddəalarından qarşılıqlı və bərabərhüquqlu şəkildə istifadə edirlər.
Maddə 11
11.1. Bu Saziş Ankara şəhərində 2013-cü il 13 noyabr tarixində, hər biri Azərbaycan və türk dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Azərbaycan Respublikası |
Türkiyə Respublikası |
Hökuməti adından |
Hökuməti adından |
(imza) |
(imza) |