DƏZGAH SINMASI SIĞORTASI QAYDALARI
«Razılaşdırılmışdır»
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi
N. Xəlilov
«28» noyabr 2012-ci il
«Təsdiq edirəm»
«Atəşgah» Sığorta Şirkəti ASC-ninİdarə heyətinin sədri
T.A. Xxxxxxx
«08» oktyabr 2012-ci il
DƏZGAH SINMASI SIĞORTASI QAYDALARI
«Atəşgah» Sığorta Şirkəti ASC 2012
MÜNDƏRİCAT
Anlayışlar
Ümumi müddəalar
1. Sığorta sinfi və sığorta obyekti
2. Sığorta təminati və sığorta riskləri
3. Sığorta məbləği və azadolma məbləği.
4. Sığorta haqqi
5. Sığorta təminatına daxil edilməyən hallar
6. Sığorta təminatının hüquqi qüvvəyə minmə və hüquqi qüvvədən düşmə vaxtları
7. Sığorta müqaviləsi bağlanan zaman sığortalının məlumat vermə vəzifələri
8. Sığorta haqqının ödənilməsi və sığortaçının məsuliyyətinin başlanması
9. Sığorta müddəti ərzində tərəflərin vəzifələri və məsuliyyəti
10. Sığortalının sığorta şəhadətnaməsi hüquqi qüvvədə olduğu müddət ərzində vəzifələri
11. Sığorta hadisəsi baş verdiyi zaman sığortalının vəzifələri
12. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi
13. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə
14. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
15. Sığorta ödənişi
16. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər
17. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
18. Zərərin müəyyən edilməsi
19. Ödəniş мəbləğinin аzаldılması və ödənilməsindən imtina halları
20. Sığorta ödənişinin hesablanması
21. Zərər və ödənişin sona çatması
22. Sığorta ödənişi haqqında qərarin qəbul edilməsi
23. Mülkiyyət sahibinin dəyişdiyi hallar
24. Mülkiyyət hüququnun verilməsi
25. Məlumat və xəbərdarlıqlar
26. Iş sirlərinin gizli saxlanılması
27. Tərəflərin məsuliyyəti
28. Mübahisələrin həlli qaydası
29. Xüsusi şərtlər
ANLAYIŞLAR
Bu Qaydalarda və bu Qaydalar əsasında bağlanmış Sığorta müqavilələrində aşağıdakı əsas anlayışlardan istifadə olunur:
Sığortaçı - sığorta qanunvericiliyi əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, Sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan Sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx, Sığorta müqaviləsinin tərəfi;
Sığorta olunan - Sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;
Xxxxxxxxxx şəxs - Sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs; Sığorta müqaviləsində Faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, Sığortalı və (və ya) Sığorta olunan Faydalanan şəxs sayılır.
Sığorta hadisəsi – qanunvericiliyə və ya Sığorta müqaviləsinə görə sığorta ödənişinin Sığortalıya, Sığorta olunana və ya digər faydalanan
şəxslərə ödənilməsi üçün əsas xxxx, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığortanın müddəti – sığorta risklərinin sığortalandığı müddət;
Sığorta tarifi – sığorta haqqının sığorta məbləğindən faizlə dərəcəsi;
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, Sığorta müqaviləsində nəzərdə tutulan qaydada Sığortalının Sığortaçıya ödəməli olduğu pul məbləği;
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və Sığortalının üzərində qalan hissəsi;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə Sığorta müqaviləsinə uyğun olaraq Sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Mühüm şərtlər –Sığorta müqaviləsində, yaxud Sığorta şəhadətnaməsində göstərilmiş və Sığortalı tərəfindən yerinə yetirilməməsi Sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi və ya Sığorta müqaviləsini, yaxud Sığorta şəhadətnaməsini ləğv etməsi üçün əsas xxxx şərtlər;
Sığortanın ərazisi - sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi (yer);
ÜMUMİ MÜDDƏALAR
Bu qaydalar «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq hazırlanmışdır.
Bu qaydalarla müəyyən olunan sığorta növü sinfinə görə əmlakın yanğından və digər risklərdən sığortası sinifinə aid edilir.
1. SIĞORTA SİNFİ VƏ SIĞORTA OBYEKTİ
1.1. Bu Qaydalara əsasən təqdim olunan sığorta məhsulu sığorta obyektinə görə əmlak sığortasına aid xxxx əmlakın sığortası ilə bağlı digər siniflərə aiddir.
1.2. Sığorta obyekti Sığortalının əmlaka yiyələnməklə, onun istifadəsi ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan hər hansı əmlak mənafeyidir: “Sığortalanmış dəzgah (maşın,avadanlıq və s.) siyahısı”na uyğun olaraq mexanimzlər, avadanlıqlar, qurğular, dəzgahlar və digər istehsalatda istifadə olunan maşınlar.
1.3. Sığorta predmeti hər xxxxx xxxxx, aparat, müxtəlif mexaniki avadanlıq və qurğular, bir qayda olaraq, qapalı istehsal sahəsinin, ayrıca müəssisəsnin (istehsalat), Sığortalının bütün maşın və avadanlıqları hesab edilir:
a) Elektrik enerjisi istehsalı üszrə maşınlar (buxar qazanları, turbinlər, generatorlar, mühərriklər və s.);
b) Enerjinin paylanması və bölüşdürülməsi üzrə maşın və avadanlıqlar (transformatorlar, yüksək gərkinlikli şitlər,elektrik açarları, elektrik enerjisi ötürücü xətləri və s.);
c) Işçi və köməkçi maşınlar (müxtəlif dəzgahlar, nasoslar, kompressorlar, kağızhazırlayan maşınlar və s.);
1.4. Maşın və avadanlıqlar aşağıdakı şərtlərlə sığortaya qəbul edilirlər:
a) Istismara buraxılmaq üçün hazırdırlar;
b) Tələb olunan texniki vəziyyətdədirlər;
c) Müəyyən olunmuş qaydada sınaqdan, nəzarət testindən çıxmışdırlar.
1.5. Konkret sığorta predmetləri sığorta müqaviləsinin tərkib hissəsi sayılan “Sığortalanmış dəzgah (maşın,avadanlıq və s.) siyahısı”nda göstərilməlidir.
1.6. Aşağıda qeyd edilənlərə sığorta təminatı verilmir:
a) Drel, qayçı, bıçaq, mişar, polad və ya metal hissələr;
b) Kəsici alət və ləvazimatlar;
c) Matrisa və qəliblərə, metal əritmə sexlərindəki isti metal valslar, standart şablonlar, modellər, rəsm rulonları;
d) Üyüdücü, sındırıcı və qarışdırıcı alətlər, ələk və xəlbirlər;
e) Tross, kanat, zəncir, konveyer lentləri və qayışlar kimi dəyişdirilə bilinən hissələr;
f) Müəyyən müddətdən sonra dəyişdirilməsi və ya yenisi ilə əvəz edilməsi zəruri xxxx kömür fırçası və xxxxx xxxx hissələr (elektrik izolyasiya maddələri və izolyasiya yağları istisna olmaqla)
2. SIĞORTA TƏMİNATI VƏ SIĞORTA RİSKLƏRİ
2.1. Bu sığorta qaydaları sığorta şəhadətnaməsinin əlavəsi xxxx və onun ayrılmaz hissəsini təşkil edən inventar cədvəlində miqdarı, istehsal tarixi, xüsusiyyətləri və dəyərləri göstərilən dəzgah və qurğulara sınaq müddətindən sonra normal işlədikləri zaman və ya iş yerində təmizləndiyi, yoxlanıldığı, yeri dəyişdirildiyi və ya bir yerdə durduğu halda aşağıdakı qəflətən baş vermiş və gözlənilməz səbəblər nəticəsində, dəyən maddi ziyan və zərərlərə, habelə onların zəruri etdiyitəmir və yenisi ilə əvəz etmə xərclərinə təminat verilir:
2.1.1 İş qəzaları;
2.1.2 Modelin, istehsalın, montajın, materialın, qəlibin, qəlibə tökmənin qüsurlu olması və ya lazımi səviyyədə icra edilməməsi;
2.1.3 Düzgün yağlanmaması;
2.1.4 Elektrik enerjisinin birbaşa təsiri nəticəsində meydana gələn qısaqapanma, yanıb-sönmə, cərəyan yükününartması, qeyri- düzgün izolyasiya və ildırım kimi atmosfer elektrik yüklənməsinin dolayı təsirləri;
2.1.5 Tıxanma, kənar maddə düşməsi;
2.1.6 Mərkəzdənqaçma qüvvəsinin təsiri nəticəsində xxxx parçalanmalar;
2.1.7 Buxar qazanlarında və buxar çənlərində su çatışmamazlığı;
2.1.8 Suyun səviyyəsinin dəyişməsi, gözlənilmədən həddindən artıq qızma və ya soyuma;
2.1.9 Təzyiqin aşağı düşməsi nəticəsində qapalı qablarda əmələ gələn əzilmə, deşilmə,
2.1.10 qırışma və s. deformasiyalar;
2.1.11 Fırtına və qasırğa, donma və ya əriyən buz parçalarının sürüşməsi;
2.1.12 İşçi heyəti və ya üçünçü şəxslərin kobud səhvi, qüsuru, xətası, diqqətsizliyi;
3. SIĞORTA MƏBLƏĞİ VƏ AZADOLMA MƏBLƏĞİ.
3.1. Sığorta şəhadətnaməsində və onun ayrılmaz hissəsini təşkil edən inventar cədvəlində göstərilən dəzgah və avadanlıqların sığorta məbləği, həmin dəzgah və avadanlıqların (əgər varsa, nəqliyyat, montaj, gömrük, rüsum və xərclər də daxil olmaqla) yenisi ilə əvəz edilmə xərclərinə bərabərdir. Hadisə baş verdiyi zaman hər hansı bir dəzgahın yenisi ilə əvəz edilməsi üçün bu prinsiplə hesablanacaq məbləğ sığorta məbləğindən artıq olarsa, artıq xxxx həmin məbləğ sığortalı tərəfindən ödənilir.
3.2. Sığorta müqaviləsində zərərin Xxxxxxxxx tərəfindən ödənilməyən hissəsi – azadolma məbləği qeyd edilə bilər. Azadolma nəzərdə tutularsa, onun növü, məbləği və tətbiq edilmə qaydaları xüsusi şərtlə müəyyən edilir.
4. SIĞORTA HAQQI
4.1. Sığorta haqqı illik sığorta tariflərinə əsasən hesablanır.
5. SIĞORTA TƏMİNATINA DAXİL EDİLMƏYƏN HALLAR
Aşağıdakı hallar sığorta təminatına daxil deyildir:
5.1. Мüharibə, hər cür hərbi hərəkətlər, istila, düşmən basqını, vuruşma (müharibə elan edilib edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, inqilab, üsyan və bunlarа qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində dəyən ziyan və zərərlər;
5.2. Hər hansı nüvə patlayışı, radiasiya və ya radiоaktiv çirklənmələr və bunlarа qarşı görülən hərbi və inzibati tədbirlər nəticəsində dəyən bütün ziyan və zərərlər;
5.3. Səlahiyyətli orqanların sığortalаnmış əmlaklardan istifadə etməsi nəticəsində meydana gələn hər cür ziyan və zərərlər;
5.4. Yanğın və ya yanğın baş verməsi ilə əlaqədar həyata keçirilən söndürmə, yıxma və xilasetmə əməliyyatlarının, habeləildırımın səbəb olduğu ziyan və zərərlər;
5.5. Səbəbindən asılı olmayaraq bütün növ gəlir itkisi və mülki məsuliyyətlər;
5.6. Oğurluq və oğurluğa cəhd nəticəsində meydana gələn ziyan və zərərlər;
5.7. Torpaq çökməsi və yer sürüşməsi, qar uçqunu, vulkan püskürməsi, zəlzələ, sel və su basqını kimi təbii fəlakətlərin səbəb olduğu ziyan və zərərlər;
5.8. Dəzgah və avadanlıqların normal işləməsi və daim istifadə olunması nəticəsində baş verən aşınma və ərpmələr və ya çürümələrlə, paslanma və oksidləşmə ilə, buxar qazanlarında ərp bağlama və daşlaşma ilə işləmənin göstərdiyi təsirlərin, atmosfer təzyiqinin və digər bu kimi şərtlərin səbəb olduğu tədrici köhnəlmələrlə əlaqədar xxxx xxxxx və zərərlər;
5.9. Bərk maddə və qazların ani oksidləşməsi və ya qarşılıqlı reaksiyaya girmələri nəticəsində baş verən partlayışların, atmosfer təzyiqi nəticəsində partlamaya meylli tozların partlamasının səbəb olduğu ziyan və zərərlər;
5.10. Sığorta müddəti ərzində xarab xxxx dəzgahların təmir edilmədən işlədilməsi nəticəsində baş verən ziyan və zərərlər;
5.11. Sığortalının və ya onun adından fəaliyyət göstərən şəxsin qəsdən hərəkətləri və ya əlavə razılaşma varsa, kobud səhvi nəticəsində dəyən ziyan və zərərlər.
6. SIĞORTA TƏMİNATININ HÜQUQİ QÜVVƏYƏ MİNMƏ VƏ HÜQUQİ QÜVVƏDƏN DÜŞMƏ VAXTLARI
6.1. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, Sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
7. SIĞORTA MÜQAVİLƏSİ BAĞLANAN ZAMAN SIĞORTALININ MƏLUMAT VERMƏ VƏZİFƏLƏRİ
7.1. Sığortaçı sığorta müqaviləsini sığortalının xxxxxx mahiyyətini tam bildirməsi şərtilə təklifdə, təklif yoxsa, sığorta şəhadətnaməsində və ya onun əlavələrində yazdığı məlumata əsasən bağlayır. Sığortalının məlumatının yalаn və yaxud yarımçıq olması hallarında sığortaçı sığorta müqaviləsini imzalamaya bilər və ya:
7.2. Sığortalı bunu qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi andan etibarən bir ay ərzində müqaviləni ləğv edə bilər və bu müddət ərzində sığorta hadisəsi baş verərsə, sığorta ödənişi verməyə bilər. Müqavilə şərtlərinin pozulduğu hallarda sığortaçı sığorta haqqını qaytarmamaq hüququ qazanır;
7.3. Sığortalı bu hərəkəti bilmədən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən bir ay ərzində müqaviləni ləğv edə və ya həmin vaxt üçün sığorta haqqı fərqini almaqla müqaviləni davam etdirə bilər. Sığortalı tələb edilən sığorta haqqı fərqini qəbul etmədiyini 15 gün ərzində bildirərsə, sığorta müqaviləsi ləğv edilmiş hesab olunur.
7.4. Sığortaçı tərəfindən tətbiq olunan ləğvetmə, bu haqda sığortalıya sifarişli məktub vasitəsi ilə məlumat göndəridiyi tarixdən 15 gün sonra saat 24.00-da, sığortalı tərəfindən tətbiq edilən ləğvetmə isə bu haqda sığortaçıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixdən sonrakı gün saat 24.00-da hüquqi qüvvəyə minir.
7.5. Ləğvetmənin hüquqi qüvvəyə mindiyi tarixə qədər keçən müddətin sığorta haqqı, müqavilə sığortaçı tərəfindən ləğv edildikdə gün hesabı, sığortalı tərəfindən ləğv edildikdə isə qısa müddətli sığorta kimi hesablanır və artıq qalan məbləğgeri qaytarılır.
7.6. Vaxtında istifadə olunmayan ləğvetmə və yа sığorta haqqının fərqini tələb etmək hüququ еtibarsız sayılır.
7.7. Sığortalının hərəkətinin qəsdən edilmədiyi hallarda sığorta hadisəsi:
- sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl;
- sığortaçı müqaviləni ləğv etməyin tələb edə biləcəyi müddət ərzində;
- və yaxud ləğvetmənin hüquqi qüvvə qazanması üçün xxxxx xxxx müddət ərzində baş verərsə, оnda sığortaçı verəcəyi ödənişi, sığortalının məlumatına əsasən ödənilməli sığorta haqqı ilə həqiqətdə hesablanmalı xxxx sığorta haqqı arasındakı nisbətə uyğun olaraq ödəyir.
8. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTAÇININ MƏSULİYYƏTİNİN BAŞLANMASI
8.1. Sığorta haqqının bütövlükdə və ya hissə-hissə ödənilməsi razılaşdırılа bilər. Sığorta haqqı (ilkin hissə) ən geci sığorta şəhadətnaməsi təqdim olunan vaxt, (hissə-hissə ödənilməsi razılaşdırılıbsa, qalan hissələri isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə) ödənilməlidir.
8.2. Sığorta haqqı ( ilkin hissə) sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməsə, sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır və bu şərt sığorta şəhadətnaməsində yazılır.
8.3. Sığorta haqqının hissə-hissə ödəniləcəyi razılaşdırıldığı zaman ardıcıl surətdə iki hissənin ödənmədiyi və ya hadisə baş vermədiyi hallarda, hissələrin hamısı bir dəfəyə ödənilir və bu şərt sığorta şəhadətnaməsində yazılır.
8.4. Sığortaçı, ümumi sığorta haqqı borcunu vaxtında ödəməyən sığortalıya borcunun 1 ay ərzində ödəməyəcəyi təqdirdə müqavilənin ləğv olunacağını sifarişli məktubla bildirir. Göstərilən müddət ərzində borc ödənməzsə, müqavilə qüvvədən düşmüş hesab edilir və sığortalı çəkilən xərcləri və ləğvetmə tarixinə qədər keçən vaxt üçün, qısa müddətli sığorta kimi hesablanan sığorta haqqının sığortaçıya ödənməsinə görə məsuliyyət daşıyır.
9. SIĞORTA MÜDDƏTİ ƏRZİNDƏ TƏRƏFLƏRİN VƏZİFƏLƏRİ VƏ MƏSULİYYƏTİ
9.1. Müqavilə imzalandıqdan sonra sığortalаnmış əmlakın təklifdə, əgər təklif yoxsa, sığorta şəhadətnaməsində və ya onun əlavələrində
göstərilən yeri və ya vəziyyəti sığortaçının razılığı olmadan dəyişdirilərsə, sığortalı bu haqda, əgər dəyişikliк:
- özü tərəfindən, yaxud onun açıq və ya gizli razılığı ilə başqası tərəfindən edilibsə, dərhal;
- onun açıq və ya gizli razılığı olmadan başqa bir şəxs tərfindən edilibsə, vəziyyəti öyrənən kimi dərhal;
- hər iki halda ən geci 8 gün ərzində sığortaçıya məlumat verilməlidir.
9.2. Sığortaçı vəziyyəti öyrəndikdən sonra bu dəyişiklik sığorta müqaviləsinin pozulmasını və ya daha ağır şərtlər irəli sürməsini tələb edərsə, 8 gün ərzində:
- müqaviləyə xitam verə bilər və ya;
- sığorta haqqı fərqini tələb etməklə sığortanı davam etdirə bilər.
9.3. Sığortalı, 8 gün ərzində sığorta haqqının fərqi kimi tələb olunan məbləğlə razılaşmadığını bildirərsə, müqavilə ləğv edilmiş hesab olunur.
9.4. Sığortaçı tərəfindən həyata keçirilən ləğv etmə, sifarişli məktub vasitəsilə sığortalıya məlumat göndərildiyi tarixdən 8 iş günü sonra saat 24.00-dа, sığortalı tərəfindən həyata keçirilən ləğv etmə isə bu haqda sığortaçıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixin ertəsi günü saat 24.00-dа hüquqi qüvvə qazanır.
9.5. Ləğv etmənin hüquqi qüvvəyə mindiyi tarixə qədər kecən müddətin sığorta haqqı, müqavilə sığortaçı tərəfindən ləğv edildikdə gün hesabı, sığortalı tərəfindən ləğv edildikdə isə qısa müddətli sığorta kimi hesablanır və artıq qalan məbləğgeri qaytarılır.
9.6. Vaxtında istifadə olunmayan ləğvetmə və ya sığorta haqqı fərqini tələbetmə hüququ ləğv edilmiş hesab olunur.
9.7. Sığortalanmış əmlakın təklifdə, təklif yoxsa, sığorta şəhadətnaməsində və ya onun əlavələrində göstərilən yerinin və ya vəziyyətinin dəyişməsini öyrənmiş sığortaçı sığorta haqqını qəbul edərsə və ya sığorta müqaviləsinin heç bir dəyişiklik edilmədən qüvvədə qalmasına razı olduğunu bildirərsə, ləğvetmə və ya sığorta haqqı fərqini tələb etmə hüququnu itirir.
9.8. Sığortalаnmış əmlakın yerinin və ya vəziyyətinin dəyişdirilməsi, xxxxxx başvermə ehtimalını ağırlaşdırarsa və sığortalı bunu xəbərdarlıq müddəti ərzində qəsdən bildirməzsə, xəbərdarlıq müddəti başa çatdıqdan sonra baş verən hadisələrlə əlaqədar sığorta ödənişi verilmir.
9.9. Хəbərdarlıq qaydaları qəsdən pozulmamışdırsa, alınan sığorta haqqı ilə alınmalı xxxx sığorta haqqı arasındakı fərq hadisəyə görə ödənilməsi nəzərdə tutulan sığorta ödənişindən çıxılır.
9.10. Dəyişiklik, hadisə baş verməsinin qarşısının alınmasına kömək edərsə və daha az sığorta haqqı tələb edərsə, sığortaçı bu dəyişikliyin baş verdiyi tarixdən başlayaraq müqavilənin başa çatmasına qədər xxxx müddət üçün sığorta haqqı fərqini gün hesabı hesablayır və fərqi sığortalıya qaytarır.
9.11. Bu şərtlər sığortalıya da eyni qaydada tətbiq edilir.
10. SIĞORTALININ SIĞORTA ŞƏHADƏTNAMƏSİ HÜQUQİ QÜVVƏDƏ OLDUĞU MÜDDƏT ƏRZİNDƏ VƏZİFƏLƏRİ
10.1. Sığortalı sığortalanmış dəzgah və avadanlıqların təhlükəsizliyi və qorunması üçün lazımi tədbirlər görülməlidir.
10.2. Sığortalı sığortalanmış dəzgah və avadanlıqları normal vəziyyətdə və işlək halda saxlamaq üçün lazımi tədbirlər görməli, qəbul olunmuş həddən artıq yüklənmələrin qarşısını almalı, səlahiyyətli orqanlar tərəfindən qoyulan, xüsusən də dəzgah və avadanlıqların işlədilməsi və onlara qulluq edilməsi ilə əlaqədar xxxx qayda və təlimatlara tam əməl etməlidir.
10.3. Sığortaçının, istədiyi vaxt səlahiyyətli nümayəndəsi vasitəsilə sığorta etdirilmiş dəzgah və avadanlıqlara nəzarət etmək və onları yoxlamaq səlahiyyəti vardır. Sığortalı bu yoxlamalara icazə verməyə və kömək etməyə və sığortaçının məsləhət biləcəyi tədbirləri həyata keçirməyə görə cavabdehdir.
11. SIĞORTA HADİSƏSİ BAŞ VERDİYİ ZAMAN SIĞORTALININ VƏZİFƏLƏRİ
Zərər baş verdiyi zaman sığortalı:
11.1. Zərərin baş verdiyini öyrəndikdən sonra ən geci 5 gün ərzində sığortaçıya məlumat verməli, müvafiq mühafizə və xilasetmə tədbirlərini həyata keçirməli və bu məqsədlə sığortaçı tərəfindən ona verilmiş təlimata, imkan daxilində, maksimum əməl etməlidir;
11.2. Hadisənin səbəbini, hansı şəraitdə və şərtlər daxilində baş verdiyini öyrənmək, zərər və ziyanın məbləğini müəyyən etmək üçün lazım və sığortalının tərəfindən təmin olunması mümkün xxxx məlumat və sənədləri (əsli, təsdiq edilmiş surət və ya kserosurəti) sığortaçının tələbinə əsasən gecikdirmədən оnа verməli və zərərin təqsirkar üçüncü şəxs tərəfindən ödənilməsi hüququndan istifadə olunması üçün xxxxx xxxx, qoruna bilən, müvafiq məlumat və sənədləri verməlidir.
11.3. Xxxxx və zərərin təxmini məbləğini bildirən məlumatı münasib vaxt ərzində sığortaçıya verməlidir;
11.4. Zərərin baş verdiyi yer və ya əmlaklara, zəruri hallar istisna olmaqla, heç bir dəyişiklik etməməlidir;
Xəbərdarlıq edilməklə xırda təmirlər və müəssisənin fəaliyyətinin davam etdirilməsi üçün vacib xxxx əsaslı təmirlər, haqda xüsusi xəbərdarlıq edilməsi şərti ilə aparıla bilər. Sığortaçı tədqiqat işlərini zərərin baş verməsi ilə əlaqədar xəbəri aldıqdan sonar 7 gün ərzində həyata keçirməzsə, sığortalı bütün növ təmirlərin aparılmasında sərbəstdir;
11.5. Sığortaçının səlahiyyətli nümayəndələrinin ödəniş cavabdehliyi və məbləğini, zərərin təqsirkar üçüncü şəxslər tərəfindən ödənilməsi hüququnu müəyyən etmək üçün sığorta olunmuş yer və ya əmlaklara, bunlarla əlaqədar sənədlər üzərində həyata keçirəcəkləri yoxlama və tədqiqatlara icazə verməlidir;
11.6. Sığorta olunmuş yer və ya əmlaklar, başqa bir sığorta şirkətində də sığorta olunmuşsa, bunu sığortaçıya bildirməlidir.
12. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ
12.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
12.1.1. Sığorta predmeti artıq mövcud olmadıqda;
12.1.2. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
12.1.3. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
12.1.4. Sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
12.1.5. Sığorta marağı artıq mövcud olmadıqda.
13. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏ İLƏ BAĞLI XƏBƏRDAR ETMƏ
13.1. Bu Qaydaların 12-ci maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
13.2. Tərəflərin başqa cür razılaşmasına əsasən sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
14. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ
14.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
14.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
14.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
14.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu qaydaların 14.1 və 14.2 bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
14.5. Sığorta müqaviləsinə məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqqlarını bu qaydaların 14.3 və 14.4 bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
14.6. İnzibati xərclər müqavilə üzrə daxil xxxx sığorta haqqının 25%-ni təşkil edir.
15. SIĞORTA ÖDƏNİŞİ
15.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
15.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
15.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası bu qaydalara əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.
16. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR
16.1. Qüvvədə xxxx sığorta müqaviləsi;
16.2. Sığortalının müraciət ərizəsi (və ya müraciət məktubu);
16.3. Dəzgah və ya qurğunun texniki passportunun surəti;
16.4. Müvafiq səlahiyyətli dövlət orqanlarından arayış (qısapanma, yanıb – sönmə, cərəyan yükünün artması, qeyri – düzgün izolyasiya nəticəsində dəymiş zərərlərdə);
16.5. Cinayət işinin açılması barəsində arayış (üçüncü şəxslərin kobud səhvi, qüsuru, xətası, diqqətsizliyi və ya sabotajları nəticəsində dəymiş zərərlərdə);
16.6. Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirliyi tərəfindən arayış (ildırım, fırtına və qasırğa, donma və ya əriyən buz parçalarının sürüşməsi hadisələrindən hər xxxxx xxxx nəticəsində dəymiş zərərlərdə).
17. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI
Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
17.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə xəbər vermədikdə;
17.2. Qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
17.3. Sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazimi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi: bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
17.4. Sığorta haqqının və ya onun hər hansı bir hissəsinin müəyyən olunmuş müddətdə ödənilmədikdə;
17.5. Baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqavilsinə görə sığorta hadisəsi hesab edilməməsi.
18. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ
18.1. Sığorta etdirilmiş əmlaklarda meydana gələn zərər və ziyanın məbləği bu sığorta şəhadətnaməsinə uyğun olaraq, tərəflərin razılığı ilə müəyyən edilir. Tərəflər razılığa gələ bilmədikləri təqdirdə, zərərin məbləği montaj işini bilən mütəxəssis mühəndislər arasından birlikdə seçilmiş ekspertlər tərəfindən müəyyən edilir:
18.2. Тərəflər, eksperti birlikdə seçmək haqqında razılığa gələ bilməzlərsə, onda hər biri ayrılıqda öz ekspertini seçir və bunu digər tərəfə bildirir. Tərəflərin ekspertləri seçildikləri tarixdən etibarən 7 gün ərzində, hadisə ilə əlaqədar tədqiqata başlamazdan əvvəl, üçüncü bitərəf eksperti seçirlər. Bitərəf ekspertin, yalnız tərəfli ekspertlərin razılığa gələ bilmədikləri məsələlər haqqında rəy vermək səlahiyyəti vardır. Bitərəf ekspert öz rəyini, ayrıca və ya tərəflətin ekspertləri ilə birlikdə ümumi bir rəy vasitəsilə bildirə bilər. Ekspert rəyləri tərəflərə eyni vaxtda təqdim olunur.
18.3. Ekspert rəylərində aşağıdakılar göstərilməlidir:
- həm hər bir hissə üçün müəyyən ediləcək ziyan və zərərin məbləği, həm də ziyan və zərərin bilinən və ya müəyyənedilən səbəbi;
- zərərə uğramış əmlakın, hadisənin baş verdiyi tarixdən 1 gün əvvəlki həqiqi dəyəri və bərpa xərcləri;
- təmir və ya başqa hаllar üçün istifadə oluna bilinəcək uçuq və dağıntıların həcmi və dəyəri.
18.4. Тərəflərdən hər xxxxx xxxx, digər tərəfə məlumat verdiyi tarixdən etibarən 15 gün ərzində öz ekspertini təyin etməzsə, yaxud tərəflərin seçdiyi ekspertlər, üçüncü bitərəf ekspertin seçilməsi ilə əlaqədar təyin olunduqları tarixdən etibarən 7 gün ərzində razılığa gələ bilməzlərsə, tərəflərin ekspertləri və ya bitərəf ekspert tərəflərdən birinin təklifi ilə zərərin baş verdiyi ərazidə yerləşən, iqtisad mübahisələrinə baxmağa səlahiyyəti çatan məhkəmə tərəfindən, mütəxəssis xxxx şəxslər arasından seçilir;
18.5. Tərəflər, bitərəf ekspertin (bu ekspert istər tərəflərin ekspertləri tərəfindən, istərsə də səlahiyyətli məhkəmə tərəfindən seçilmiş olsun) sığortaçının və ya sığortаlının yaşadığı və ya hadisənin baş verdiyi ərazidən kənarda seçilməsini tələb etmək hüququna malikdir və bu tələb təmin edilməlidir;
18.6. Екspеrt vəfat edərsə, vəzifəsindən istefa verərsə və ya qəbul edilməzsə, onun əvəzinə eyni şərtlərlə başqa ekspert seçilir və hadisənin tədqiqi yarımçıq qaldığı yerdən davam etdirilir.
18.7. Sığortalının vəfat etməsi təyin edilmiş eksperti vəzifə məsuliyyətindən azad etmir. Ekspertin iş qabiliyyəti ilə əlaqədar etirazlar, bu şəxslərin təqdim olunduqları tarixdən etibarən 7 gün ərzində bildirilməlidir. Bu vaxt başa çatdıqdan sonra etiraz hüququ qüvvədən düşür;
18.8. Еkspеrtlər öz tədqiqatlarında tam sərbəstdirlər. Onların hüquqları qanun və qərarlarla da məhdudlaşmır;
18.9. Ziyan və zərərin məbləği müəyyən edildiyi zaman, ekspertlər lazım bildikləri dəlilləri, zərər çəkmiş sığortalаnmış əmlakın və onun dəyərinin müəyyən edilməsi üçün xxxxx xxxx qeydləri və sənədləri tələb edə və yerində tədqiqatlar apara bilərlər;
- Tərəflərin ekspertlərinin, yaxud üçüncü ekspertin, zərərin məbləği ilə əlaqədar verəcəkləri rəy qətidir və tərəflər bu rəyə əməl etməlidirlər. Sığortalı ekspert rəyi olmadan sığortaçıdan ödəniş tələb edə və ona qarşı iddia qaldıra bilməz. Eksperin rəyinə, yalnız onun real vəziyyətindən açıq-aşkar fərqləndiyi zaman etiraz edilə bilər və bu rəyin ləğv edilməsi, rəyin bildirildiyi tarixdən etibarən bir həftə ərzində hadisənin baş verdiyi ərazidə yerləşən iqtisad mübahisələrini həll etməyə səlahiyyəti xxxx məhkəmələr tərəfindən həyata keçirilə bilər;
18.10. Тərəflər, ödəniş məbləği ilə əlaqədar razılığa gələ bilməzlərsə, bu məbləğ yalnız ekspertin rəyi ilə müəyyən edilir və müddət rəyin tərəflərə bildirildiyi tarixdən başlayaraq hesablanır;
18.11. Тərəflərin hər biri öz seçdiyi ekspertin haqqını ödəyir. Üçüncü, bitərəf ekspertin haqqını tərəflər birlikdə ödəyirlər;
18.12. Ziyan və zərər məbləğinin müəyyən edilməsi, təminat verilən risklər, sığorta məbləği, sığorta haqqı, əmlakın dəyərindən artıq və ya əksik xxxx sığorta, sığorta məsuliyyətinin başlaması, hüquqları ləğv edəcək və məhdudlaşdıracak səbəblərlə əlaqədar bu sığorta şəhadətnaməsində və qanunvericiliкdə göstərilən hökm və şərtlərə və onların tətbiq olunmasına təsir etmir.
19. ÖDƏNİŞ МƏBLƏĞİNİN АZАLDILMASI VƏ ÖDƏNİLMƏSİNDƏN İMTİNA HALLARI
19.1. Sığortalı, sığorta hadisəsi baş verdiyi zaman öz vəzifələrini yerinə yetirməzsə və bunun nəticəsində də zərərin məbləği artarsa, sığortaçının verəcəyi ödəniş göstərilən səbəbə görə xxxxx vəsait həcmində azaldılır;
19.2. Sığortalı hadisəsinin baş verməsinə qəsdən şərait yaradarsa və ya qəsdən zərərin həcmini artıracaq hərəkətlər edərsə, bu şərtlərdə
nəzərdə tutulan hüquqlarını itirir.
20. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI
Sığorta ödənişinin məbləği aşağıdakı şərtlər daxilində müəyyən edilir:
20.1. Təmir edilə bilən zərər və ziyan (qismi zərər) haqqında:
Sığorta ödənişinin məbləği, dəyişdiriləcək ehtiyat hissələrinin yenisinin alış qiymətinin, həmin hissələrin quraşdırılması üçün yerli iş saatları tarifinə görə ödəniləcək haqqların və əgər varsa, normal nəqliyyat xərcləri (təyyarə istisna olmaqla), sökmə və montaj xərcləri, kömrük, vergi və rüsum ödəmələri də daxil olmaqla , dəzgah və avadanlıqların hadisədən əvvəlki vəziyyətlərinə gətirilməsi üçün xxxxx xxxx xərclərin ümumi cəmindən ibarət olur. Təmir işi ilə əlaqədar köhnə hissənin yerinə təzə hissə qoyulmasına görə ödənişin məbləği azaldılmır. Yenidən istifadə olunması mümkün xxxx hissələrin (sovtaj) dəyəriödəniş məbləğindən çıxılır.
20.2. Sığorta şəhadətnaməsində göstərilən dəzgah və avadanlıqlar tamamilə zərərə düşdükləri zaman:
− Sığorta ödənişinin məbləği, dəzgah və avadanlıqların təzəsinin hadisə baş verdiyi tarixdəki xxxx qiymətindən köhnəlmə və aşınma nisbətləri və xilas edilən hissələrin dəyərlərinin çıxılması yolu ilə əldə olunan məbləğə, sökmə xərclərinin, nəqliyyat, kömrük vergisi, digər vergi, rüsum və xərclərin və bu xüsusda müqavilədə başqa bir şərt nəzərdə tutulubsa, digər amillərin əlavə edilməsi yolu ilə hesablanan məbləğdən ibarət olur. Yuxarıda (20.1.yarım bəndi) göstərilən təmir xərcləri bu bəndə əsasən müəyyən edilən ödəniş məbləği ilə bərabər və ya ondan artıq olarsa, dəzgah və avadanlıq tam zərərə uğramış hesab edilir;
20.3. Sığorta şəhadətnaməsində hər bir dəzgah və ya avadanlıq üçün göstərilən minimum azadolma (sığorta ödənişindən qismən azadolma) məbləğindən az olmaması şərtilə, başqa bir şərt nəzərdə tutulmazsa, hər bir zərərin 20%-i sığortalı tərəfindən ödənilir;
20.4. Bütün hallarda sığortaçının məsuliyyəti sığorta şəhadətnaməsində göstərilən məbləğlə məhdudlaşır. Sığorta məbləği, hadisə baş verdiyi zaman sığortalanmış dəzgah və avadanlıqların dəyərinin müəyyən edilməsi üçün əsas götürülə bilməz. Bu məbləğ bu şərtlərin 2-ci bəndinə əsasən hesablanacaq sığorta dəyəri ilə uyğun olmadıqda ödənişin məbləği, sığorta məbləği ilə sığorta dəyəri arasındakı fərq nisbətinə uyğun olaraq müəyyən edilir;
20.5. Sığorta şəhadətnaməsi ilə təminat verilən hadisəyə başqa bir sığorta şəhadətnaməsi ilə də təminat verilmiş olarsa, şərikli sığorta əsasları
tətbiq edilir;
20.6. Son təmir xərclərinin bir hissəsini təşkil etməyən müvəqqəti təmir xərcləri üçün sığortaçı ödəniş vermir.
21. ZƏRƏR VƏ ÖDƏNİŞİN SONA ÇATMASI
21.1. Sığortaçı ödədiyi sığorta ödənişinin müqabilində sığortalının günahkar şəxslərə qarşı iddia qaldırmaq hüququna malik olur. Sığortalı, sığortaçı iddia irəli sürərsə, bu iddia məsələsini aydınlaşdırmaq üçün xxxxx xxxx və əldə edilməsi mümkün xxxx sənədləri və məlumatları mütləq təqdim etməlidir.
21.2. Təminat verilən hadisə nəticəsində tam zərər meydana gələrsə, sığorta təminatı sona çatmış hesab olunur. Zədələnmə halında isə, sığorta məbləği, hadisənin baş verdiyi tarixdən etibarən verilən ödənişin məbləği qədər azaldılır.
21.3. Sığorta məbləği, sığorta şəhadətnaməsindən müxtəlif vahidlər (növ və qrup) halında göstərilərsə və bu vahidlərdən (növ və ya qruplardan) biri və ya bir neçəsi tamamilə zərərə uğrayarsa, həmin vahidlərə (növ və ya qruplara) aid xxxx sığorta təminatı hadisənin baş verdiyi tarixdə sona çatar. Qismi zərər halında isə hər bir vahid (növ və ya qrup) üçün müəyyən edilmiş sığorta məbləği, zərərin baş verdiyi tarixdən etibarən, verilmiş sığorta ödənişinin məbləği qədər azaldılır.
21.4. Sığorta məbləğinin azalması hallarında hadisənin baş verdiyi tarixdən etibarən gün hesabı əsas götürülərək əlavə sığorta haqqı alınmaq şərtilə sığorta məbləği əvvəlki həcminə qədər artırıla bilər.
21.5. Qismi zədələrdə, tərəflərin sığorta müqaviləsini ləğv etmək hüququ vardır. Sığortaçı ləğvetmə hüququndan ödəniş verməmişdən əvvəl istifadə edə bilər.
21.6. Sığortaçı tərəfindən həyata keçirilən ləğvetmə, bu haqda sifarişli məktub vasitəsi ilə sığortalıya məlumat göndərildiyi tarixdən hesablanmaqla 15 gün sonra saat 24.00-da hüquqi qüvvə qazanır və ləğv etmənin hüquqi qüvvə qazandığı vaxta qədər keçən müddətin sığorta haqqı gün hesabı əsas götürülməklə hesablanır və artıq qalan məbləğ sığortаlıya qaytarılmır.
Sığortalı tərəfindən həyata keçirilən ləğv etmə bu haqda sığortaçıya sifarişli məktub vasitəsilə məlumat göndərdiyi günün sabahı saat 24.00-da hüquqi qüvvə qazanır və istifadə olunmayan müddətin sığorta xxxxx xxxx qaytarılmır.
22. SIĞORTA ÖDƏNİŞİ HAQQINDA QƏRARIN QƏBUL EDİLMƏSİ
Sığortalı sığorta hadisəsində sonra vəzifələrini yerinə yetirdikdən sonra, Sığortaçı sığorta ödənişindən bağlı nəticəni (ödənişin verilməsi və ya verilməsindən imtina) 15 (on beş) iş günü
ərzində Sığortalıya bildirməlidir.
23. MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞDİYİ HALLAR
23.1. Sığortalanmış əmlakın mülkiyyət sahibi dəyişdiyi təqdirdə sığorta müqaviləsi öz hüquqi qüvvəsində qalır və sığortalının sığorta şəhadətnaməsi ilə əlaqədar bütün hüquq və vəzifələri yeni mülkiyyət sahibinə keçir. Bu zaman sığortalı və sığortanın mövcudluğunu öyrənən yeni sahibkar mülkiyyət dəyişikliyini 15 gün ərzində sığortaçıya bildirməlidirlər. Bu şərt yerinə yetirilməzsə, sığortaçı məsuliyyətdən azad olur.
23.2. Sığortaçı dəyişikliyi, yeni sahibkar isə sığortanın mövcudluğunu öyrəndiyi tarixdən etibarən 8 gün ərzində sığorta müqaviləsini ləğv edə bilərlər. Vaxtında istifadə olunmayan ləğvetmə hüququ etibarsız sayılır.
23.3. Sığortaçı tərəfindən həyata keçirilən ləğv etmə, bu haqda sığortalı sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixdən hesablanmaqla 8 gün sonra saat 24.00 -dа, sığorta etdirən tərəfindən həyata keçirilən ləğv etmə isə bu haqda sığorta şirkətinə sifarişli məktub vasitəsilə məlumat göndərildiyi günün sаbаhı saat 24.00-da hüquqi qüvvə qazanır.
23.4. Ləğv etmənin hüquqi qüvvə qazanacаğı vaxta qədər keçən müddətin sığorta haqqı, ləğv etmə sığortaçı tərəfindən həyata keçirilərsə, gün hesаbı əsas götürülməklə, ləğv etmə yeni mülkiyyət sahibi tərəfindən həyata keçirildikdə isə qısa müddətli sığorta kimi hesablanır və artıq qalan məbləğ yeni mülkiyyət sahibinə qaytarılır.
23.5. Sığorta etdirilmiş əmlakın sahibi dəyişdiyi zaman mövcud sığorta haqları borclarına görə sığortalı və ləğv etmə hüququndan istifadə etməyən yeni sahibkar birlikdə cavabehdirlər.
23.6. Sığortalı vəfat edərsə, onun bu sığorta müqaviləsi ilə əlaqədar bütün hüquq və vəzifələri heç bir dəyişiklik edilmədən yеni mülkiyyət sahibinə (varisə) keçir.
24. MÜLKİYYƏT HÜQUQUNUN VERİLMƏSİ
Əlavə razılaşma yoxdursa, zərər çəkmiş əmlakların mülkiyyət hüququ sığortaçıya verilir.
25. MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR
25.1. Sığortalının məlumat və xəbərdarlıqları, sığortaçıya və ya sığorta müqaviləsinin imzalanması işinə vasitəçilik edən agentliyə sifarişli məktub vasitəsi ilə bildirilir.
25.2. Sığortaçının məlumat və xəbərdarlıqları sığortalı sığorta şəhadətnaməsində göstərilən ünvanına, bu ünvan dəyişmişsə, sığortaçıya və ya sığorta müqaviləsinin bağlanmasına vasitəçilik edən agentliyə bildirilən son ünvana, eyni formada çatdırılır.
25.3. Tərəflərə imza müqabilində şəxsən təqdim edilən məktublar və ya teleqramlar vasitəsilə bildirilən məlumat və xəbərdarlıqlar da sifarişli məktub vasitəsilə bildirilən məlumat və xəbərdarlıqlar səviyyəsində hüquqi qüvvəyə malikdir.
25.4. Hadisənin bаş verməsi və ya təmir işlərinə başlanması ilə əlaqədar məlumatlar mütləq qabaqcadan teleqramla bildirilməlidir.
26. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI
Sığortaçı, sığortalıya aid öyrənəçəyi iş sirlərini gizli saxlamamaqdan dəyən ziyan və zərərlərə görə məsuliyyət daşıyır.
27. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
Sığorta müqaviləsi, Azərbaycan Respublikasının Qanunveriliciyinə əsasən tərtib edilərək fəaliyyət göstərir və hər iki tərəfdən zəruri olaraq yerinə yetirilməlidir. Sığorta müqaviləsinin şərtlərini pozan tərəf məsuliyyət daşıyır
28. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
Mübahisələr danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar baş tutmazsa, mübahisələr Azərbaycan Respublikasının «Mülki Məcəlləsi»nə uyğun həll olunmalıdır.
29. XÜSUSİ ŞƏRTLƏR
Sığorta şəhadətnaməsində bu qaydalara və bunlarla əlaqədar xxxx əlavə şərtlərə əlavə xüsusi şərtlər müəyyən edilə bilər