«BİZDƏN BİZNESƏ» MÜSABİQƏSİ ÜZRƏ ŞƏRTLƏR
«BİZDƏN BİZNESƏ» MÜSABİQƏSİ ÜZRƏ ŞƏRTLƏR
1. Əsas anlayışlar
Hazırkı «Ən Yaxşı Startap» Müsabiqəsinin (bundan sonra «Müsabiqə») Şərtlərində (bundan sonra «Şərtlər») ayrı qayda nəzərdə tutulmayıbsa, aşağıda göstərilən anlayışlar müvafiq olaraq onların qarşısında göstərilən mənaları ifadə edir:
a) Bank – «AccessBank» Qapalı Səhmdar Cəmiyyəti;
b) İştirakçı – 18 yaşına çatmış fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşları xxxx fiziki şəxslər, həmçinin Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər;
c) Layihə – İştirakçılar tərəfindən Müsabiqədə iştirak etmək məqsədilə təqdim olunan və hazırkı Şərtlərin tələblərinə xxxxx xxxx təqdimat (biznes-plan);
d) Komissiya – Şərtlərə uyğun olaraq Müsabiqənin ilkin və ikinci mərhələsində Layihələr arasında müvafiq qiymətləndirmələrin aparılması və seçimlərin edilməsi üçün Bank tərəfindən yaradılmış heyət;
e) Münsiflər heyəti – Müsabiqənin yarımfinal mərhələsinə keçmiş İştirakçılar arasından qalib İştirakçıların seçilməsi məqsədilə Bank tərəfindən 5 (beş) nəfərdən ibarət tərkibdə yaradılmış heyət;
f) Mükafat – Bu Şərtlərə uyğun olaraq Müsabiqə nəticəsində qalib olmuş İştirakçının əldə etdiyi maliyyə vəsaiti (və ya yardım) və digər güzəştlər;
g) MKRS – Fiziki və hüquqi şəxslərin kredit tarixçəsini əks etdirən Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemi.
2. Müsabiqənin məqsədi
2.1. Müsabiqənin aşağıdakı məqsədlərlə həyata keçirilməsi nəzərdə tutulur:
- Yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinə öz Layihələrini nümayiş etdirmək üçün platforma təqdim etməklə sahibkarlıq mədəniyyətinin inkişaf etdirilməsi;
- İnnovasiyanın stimullaşdırılması;
- Ölkədə mikro, kiçik və xxxx sahibkarlığın inkişafına mentorluq və maliyyə dəstəyinin təmin edilməsi;
- Davamlı inkişaf və cəmiyyətə müsbət təsir potensialı xxxx perspektivli biznes konsepsiyaların araşdırılması və inkişafı;
- Regionun uzunmüddətli iqtisadi inkişafını təşviq etmək məqsədilə uğurlu sahibkar şəbəkəsinin inkişaf etdirilməsi.
3. Ümumi müddəalar
3.1. Hazırkı Şərtlər Bank tərəfindən həyata keçiriləcək Müsabiqə üzrə münasibətləri tənzimləyir və Müsabiqə çərçivəsində Bank və İştirakçının hüquq və öhdəliklərini müəyyən edir.
3.2. Bank Müsabiqənin həyata keçirilməsi üzrə öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, Bankın daxili qayda, prosedur, təlimat və siyasətlərini, habelə hazırkı Şərtləri rəhbər tutur.
3.3. Müsabiqənin icrasının 24.10.2024-cü il tarixindən başlanması və 25.12.2024-cü il tarixində başa çatması nəzərdə tutulur. Müsabiqənin müddətinin uzadılması, habelə Müsabiqənin yenidən həyata keçirilməsi barədə qərar Bankın İdarə Heyəti tərəfindən verilir. Xxxxxxxxx ayrı qaydanın irəli gəldiyi hallar istisna olmaqla, Müsabiqənin icrasına nəzarət və bu Şərtlər üzrə Bankın öhdəliklərinin icrası Bankın Mikro və Aqro Müştərilər Departamenti və Marketinq Departamenti tərəfindən həyata keçirilir.
4. Müsabiqədə iştirak hüququ
4.1. Müsabiqədə 18 yaşına çatmış fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşları xxxx fiziki şəxslər, həmçinin Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, Müsabiqədə iştirak etmək hüququ xxxx hüquqi şəxslər iştirak edə bilərlər.
4.2. Bankla əmək münasibətində xxxx şəxslər və Bankın idarəetmə və icra orqanlarının üzvləri də daxil olmaqla, xxxxx bunlarla məhdudlaşmadan Banka birbaşa və ya dolayısı ilə xxxxx xxxx hər hansı şəxsin Müsabiqədə iştirakı maraqlar münaqişəsinə səbəb olduğu və ya Müsabiqənin məqsədlərindən kənara çıxma halı kimi qiymətləndirilərsə, Bank həmin şəxslərin Müsabiqədə iştirak üçün müraciətini qəbul etməmək və ya Müsabiqədən kənarlaşdırmaq hüququnu özündə saxlayır.
4.3. Müsabiqənin həyata keçirilmə mərhələləri və tarixləri Şərtlərə 1 xxxxx Əlavə ilə müəyyən olunur. Müsabiqədə iştirak etmək məqsədilə Layihələrin təqdim edilməsi üçün Şərtlərə 1 xxxxx Əlavə ilə müəyyən edilmiş tarixlərdən sonra təqdim olunan Layihələr Müsabiqədə iştirak üçün qəbul olunmur və ya növbəti mərhələyə buraxılmır.
4.4. Hər bir İştirakçı Müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir.
4.5. Müsabiqənin ilkin mərhələsində İştirakçılar tərəfindən təqdim olunan Layihələr aşağıdakı tələblərə uyğun olmalıdır:
i. Layihə Azərbaycan Respublikasının qanunvericiliyi, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn tələblərə zidd olmamalıdır;
ii. Layihənin həyata keçirilməsi yüksək ekoloji risklərin yaranmasına səbəb olmamalıdır;
iii. Layihə alkoqollu içkilərin, tütün məmulatlarının, həmçinin xüsusi lisenziya tələb olunan məhsulların satışını/istehsalını və ya belə xidmətlərin həyata keçirilməsini nəzərdə tutmamalıdır.
4.6. Komissiya və Münsiflər heyəti tərəfindən Layihələrin qiymətləndirilməsi və seçimi zamanı aşağıdakı sahələrə aid xxxx Layihələrə üstünlük verilir:
i. Yaşıllaşdırma hərəkatını təşviq edən və aqrar innovativ texnologiyaların inkişafını nəzərdə tutan Layihələr;
ii. Qadınların cəmiyyətdə rolunun gücləndirilməsinə istiqamətlənən Layihələr;
iii. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində reallaşdırılması nəzərdə tutulan Layihələr.
4.7. Komissiya və Münsiflər heyəti tərəfindən Layihələr arasında Müsabiqənin hər hansı mərhələsində həyata keçirilməsi nəzərdə tutulan qiymətləndirmə və seçimlər öncədən müəyyən edilmiş xüsusi qiymətləndirmə metodu və aşağıdakı bir sıra meyarlar əsasında aparılır:
- İnnovativlik və yaradıcılıq;
- Layihənin reallaşdırılma imkanları;
- Davamlılıq/Gəlirlilik və s.
5. Müsabiqədə iştirak üçün qeydiyyat və sənədlərin siyahısı
5.1. Müsabiqədə iştirak üçün qeydiyyat Bankın xxxxx://xxx.xxxxxxxxxx.xx/xx/xxxxxxxxxxxxx ünvanında yerləşən internet səhifəsi üzərindən həyata keçirilir. İştirakçı Müsabiqədə iştirak etmək məqsədilə internet səhifəsi vasitəsilə qeydiyyatdan keçərək tələb olunan məlumatları əlavə edir. İştirakçı yalnız müvafiq məlumatları əlavə etdikdən sonra çıxan xanada bu Şərtlər ilə xxxxx olduğu və Şərtləri qəbul etdiyinə dair işarə qoyduqdan sonra qeydiyyat prosesini tamamlayır.
5.2. Qeydiyyat prosesini tamamlayan İştirakçılar Layihələrini Müsabiqənin ilkin mərhələsində qiymətləndirmə üçün təqdim etmiş hesab edilirlər. Bu Şərtlərə uyğun olaraq həmin Layihələr arasından Müsabiqənin II mərhələsində iştirak üçün 20 Layihə seçilir.
5.3. Müsabiqənin II mərhələsində seçilmiş 20 Xxxxxx tərəfindən növbəti mərhələlərdə iştirak üçün həmin İştirakçılara növbəti mərhələyə keçdikləri barədə məlumat təqdim edildikdən sonra 1 xxxxx Əlavə ilə müəyyən olunan müddət ərzində imzalı və hüquqi şəxslərdə möhürlü olmaqla razılıq ərizəsi (qeyd: müvafiq sənədi xxxxx://xxx.xxxxxxxxxx.xx/xxxxxx/xxxxxxxxx/xxxxxxX0/xxxxxxxxxx/xxxxxx/xxxx.xxxxxx.xxx/xxxx- startup/file/agreement/pdf linkdən yükləyə bilərsiniz) və aşağıdakı sənədlər elektron formada (PDF formatında) Bankın xxxxxxxxxxxxx@xxxxxxxxxx.xx elektron poçt ünvanına göndərilməlidir:
- Müsabiqəyə təqdim olunan Layihə üzrə biznes-plan;
- MKRS-dən çıxarış
(Qeyd: MKRS çıxarışı son 1 (bir) ay ərzində əldə edilmiş olmalıdır. Yalnız kredit tarixçəsində 30 təqvim günündən xxx gecikməsi mövcud olmayan İştirakçı növbəti mərhələyə buraxılır)
- Layihənin büdcəsinin maliyyə əsaslandırması
(Qeyd: Layihənin dəyəri 15 000 AZN-dən artıq olarsa, İştirakçı layihənin büdcəsinin 15 000 AZN-dən artıq xxxx hissəsinin maliyyələşdirilmə mənbəyini əsaslandırmalıdır.);
- Layihənin fiziki şəxs xxxx iştirakçısının və ya hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədlərin surətləri;
- Layihənin hüquqi şəxs xxxx İştirakçısının hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin surətləri.
5.4. Müsabiqədə iştirak etmək məqsədilə İştirakçı tərəfindən hər hansı iştirak haqqı ödənilməsi tələb olunmur.
5.5. Bank 5-ci bəndə uyğun olaraq elektron formada təqdim edilmiş sənədlərin kağız formada təqdim edilməsini tələb etmək hüququnu özündə saxlayır. Kağız formada təqdim edilməsi tələb edilmiş sənədlərin 5 (beş) gün ərzində təqdim edilməməsi müvafiq sənədin təqdim edilməməsi hesab edilə bilər.
5.6. Müsabiqəyə təqdim edilən Layihələr və iştirak üçün tələb olunan sənədlər Azərbaycan dilində olmaqla, tam və aydın şəkildə tərtib olunmalıdır.
6. Qiymətləndirmə və seçimlər
6.1. Şərtlərin 5.1-ci bəndinə uyğun olaraq qeydiyyatdan keçmiş və 4.5-ci bəndin tələblərinə cavab verən Layihələr üzrə İştirakçılar ilkin mərhələdə iştirak hüququ qazanmış hesab edilir.
6.2. İlkin mərhələdə iştirak hüququ qazanmış Layihələr Komissiya tərəfindən Şərtlərin
4.6 və 4.7-ci və digər bəndləri nəzərə alınmaqla 1 xxxxx Əlavədə müəyyən edilmiş müddətlərdə qiymətləndirilir və Şərtlərə ən uyğun 20 (iyirmi) Layihə ikinci mərhələdə iştirak üçün seçilir və həmin Layihələr üzrə İştirakçılara bu barədə məlumat verilir.
6.3. Seçilmiş 20 (iyirmi) Layihə üzrə İştirakçılar Şərtlərin 5.3-cü bəndinə uyğun olaraq razılıq ərizəsi və digər sənədləri təqdim etməlidirlər. İştirakçılar 5.3-cü bəndə əsasən qiymətləndirilir və yalnız həmin bəndin tələblərinə cavab verən Layihələr ikinci mərhələdə iştirak hüququ qazanmış hesab edilir. 5.3-cü bəndin tələblərinə cavab verməyən İştirakçılar növbəti mərhələyə buraxılmır və həmin İştirakçıların yerinə Bank öz mülahizəsinə əsasən Xxxxxxxxx tərəfindən qiymətləndirilmiş və ikinci mərhələdə iştirak üçün seçilməmiş ən yaxşı Layihə üzrə İştirakçını ikinci mərhələdə iştirak üçün seçə bilər.
6.4. İkinci mərhələdə iştirak hüququ qazanmış İştirakçılar 1 xxxxx Əlavədə müəyyən edilmiş müddətlərdə Xxxxxxxxx tərəfindən qiymətləndirilməsi üçün yenilənmiş biznes-plan və
təqdimat hazırlayır. Biznes-plan və təqdimat üzrə bu Şərtlərin 4.6 və 4.7-ci və digər bəndlərinə uyğun olaraq qiymətləndirilən və Komissiya tərəfindən seçilmiş 7 (yeddi) Layihə yarımfinal mərhələsinə keçirilir.
6.5. Yarımfinal mərhələsinə keçmiş İştirakçılara müvafiq Layihələr üzrə mentrorlar təyin edilir. İştirakçılara mentorların dəstəyi ilə daha detallı və yenilənmiş biznes-plan və təqdimatın hazırlanması üçün Şərtlərin 1 xxxxx Əlavəsinə uyğun olaraq müddət verilir.
6.6. Yarımfinal mərhələsinə keçmiş İştirakçılar Layihələr üzrə təqdimatı Münsiflər heyəti qarşısında həyata keçirir. Müvafiq biznes-plan və təqdimat Münsiflər heyəti tərəfindən Şərtlərin
4.6 və 4.7-ci və digər bəndləri nəzərə alınmaqla 1 xxxxx Əlavədə müəyyən edilmiş müddətlərdə qiymətləndirilir və Şərtlərə ən uyğun 3 (üç) ən yaxşı Layihə Münsiflər heyəti tərəfindən Müsabiqə üzrə birinci, ikinci və üçüncü yerin qalibləri olaraq müəyyən edilir.
7. Mükafatlandırma
7.1. Bank tərəfindən mükafat qismində 3 qalib İştirakçıya təqdim ediləcək maliyyə vəsaiti və digər güzəştlər haqqında məlumatlar Şərtlərə 2 xxxxx Əlavə ilə müəyyən olunur.
7.2. Qalib İştirakçılara Mükafatın təqdim edilməsi Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirilir. Müsabiqə üzrə təqdim edilən Mükafat Azərbaycan Respublikası qanunvericiliyinı uyğun olaraq qrant anlayışına uyğun gəldiyi təqdirdə qalib iştirakçıya maliyyə vəsaiti və digər güzəştlərin təqdim edilməsi qrant müqaviləsi (qərarı) vasitəsilə rəsmiləşdirilir.
7.3. İştirakçıya mükafat qismində müəyyən olunan maliyyə vəsaitinin və digər güzəştlərin təqdim edilməsi üçün Bank tərəfindən nəticələrin elan olunduğu tarixdən 15 iş günü ərzində İştirakçının xxxxx Xxxxxx bank hesabı açılır.
7.4. Şərtlərin 7.3-cü bəndi ilə nəzərdə tutulan Bank hesabının açılması zamanı İştirakçı tərəfindən təqdim edilən məlumat və sənədlərdə Azərbaycan Respublikasının qanunvericiliyi, həmçinin Bankın daxili qayda, prosedur, təlimat və siyasətləri ilə müəyyənləşdirilən tələblərə hər hansı uyğunsuzluq aşkar olunmadığı, habelə Şərtlərin 7.2-ci bəndində nəzərdə tutulan hallarda qrant alınması haqqında qərarın qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edildiyini təsdiq edən sübutlar Banka təqdim edildiyi təqdirdə, Bank tərəfindən İştirakçıya mükafat qismində müəyyən olunan maliyyə vəsaitinin və digər güzəştlərin təqdim edilməsi İştirakçının xxxxx Xxxxxx açılmış müvafiq Bank hesabı vasitəsilə belə hesabın açıldığı tarixdən 5 iş günü ərzində həyata keçirilir.
8. Tərəflərin hüquqları və öhdəlikəri
8.1. Müsabiqə üzrə İştirakçı aşağıdakı hüquqlara malikdir və öhdəlikləri daşıyır:
8.1.1. Hazırkı Şərtlərə uyğun olaraq Bankdan müvafiq öhdəliklərini yerinə yetirməsini tələb etmək;
8.1.2. Bankı xxxxxxxxxxxxx@xxxxxxxxxx.xx elektron poçt ünvanı vasitəsilə məlumatlandırmaqla, Müsabiqədə iştirak etməkdən imtina etmək;
8.1.3. Qalib olduğu təqdirdə Mükafat qismində təqdim edilmiş maliyyə vəsaitindən yalnız müvafiq Layihənin maliyyələşdirilməsi və icrası məqsədilə istifadə etmək;
8.1.4. Hazırkı Müsabiqəyə Azərbaycan Respublikasının qrant haqqında qanunvericiliyi tətbiq edildiyi təqdirdə, qrant müqaviləsini (qərarını) imzalandığı tarixdən 30 (otuz) gün ərzində qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;
8.1.5. Bu Şərtlərdə müəyyən edilən digər hüquqlar və öhdəliklər.
8.2. Müsabiqə üzrə Bank aşağıdakı hüquqlara malikdir və öhdəlikləri daşıyır:
8.2.1. İştirakçıdan Bankın işgüzar nüfuzuna birbaşa və ya dolayı yolla ziyan vurmadan, hazırkı Şərtlərə uyğun olaraq müvafiq öhdəliklərini yerinə yetirməsini tələb etmək;
8.2.2. Müsabiqədə iştirak etmək üçün müraciət etmiş şəxslərin, həmçinin İştirakçıların Müsabiqə üzrə Şərtlərin tələblərinə uyğunluğunu yoxlamaq və Şərtlərə uyğunluğu təsdiqləmək məqsədilə müraciət etmiş şəxslərdən və İştirakçılardan əlavə məlumatlar tələb etmək;
8.2.3. Müsabiqənin müddətinin uzadılması, habelə Xxxxxxxxxxx yenidən həyata keçirilməsi barədə qərar qəbul etmək;
8.2.4. İstənilən vaxt İştirakçıları yazılı formada məlumatlandırmaqla, Şərtlərə əlavə/dəyişikliklər etmək və ya Müsabiqəni ləğv etmək;
8.2.5. İştirakçıdan hazırkı Şərtlərə uyğun olaraq tələb olunan sənəd və məlumatların tam və vaxtında təqdim etməsini tələb etmək;
8.2.6. Müsabiqənin həyata keçirilməsi yekunlaşdıqdan sonra 12 (on iki) ay müddət ərzində qalib olmuş İştirakçılardan Layihənin icra vəziyyəti, həmçinin İştirakçının Bank tərəfindən təqdim olunmuş Mükafatdan istifadəsi haqqında yazılı və ya şifahi hesabat və digər sənədlər təqdim etməsini tələb etmək;
8.2.7. Bu Şərtlər, daxili prosedur və qaydaları, eləcə də Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri gözlənilməklə qalib İştirakçıya Mükafatı təqdim etmək;
8.2.8. Azərbaycan Respublikası qanunvericiliyi ilə tələb olunduğu təqdirdə Mükafat məbləğindən müvafiq vergi və rüsumları tutmaq;
8.2.9. Bu Şərtlərdə müəyyən edilən digər hüquqlar və öhdəliklər.
9. Şərtlərə əlavə və dəyişikliklər
9.1. Bank Şərtlərə əlavə/dəyişikliklər etmək və ya Müsabiqəni ləğv etmək hüququnu özündə saxlayır. Şərtlərə əlavə/dəyişikliklər edildiyi və ya Müsabiqə hər hansı səbəbdən ləğv edildiyi təqdirdə, Bankın xxxxxxxxxxxxx@xxxxxxxxxx.xx elektron poçt ünvanı vasitəsilə İştirakçılara elektron məktub göndərir. Bank tərəfindən İştirakçılara elektron məktub göndərildiyi andan etibarən həmin məktubun məzmunundan asılı olaraq Şərtlərə əlavə/dəyişikliklər qüvvəyə minir və ya Müsabiqə ləğv edilir.
9.2. Elektron məktub göndərilmiş İştirakçılar Şərtlərə edilmiş əlavə/dəyişikliklərlə razılaşmadığı və bu barədə Bankın xxxxxxxxxxxxx@xxxxxxxxxx.xx elektron poçt ünvanına məktub göndərdikləri halda, Müsabiqədən xxxx çəkilmiş hesab olunurlar.
10. Məsuliyyətin məhdudlaşdırılması
10.1. Bank Müsabiqədə iştirakı zamanı İştirakçının hər hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranan zərər və ya itkiyə görə məsuliyyət daşımır.
10.2. Hər bir İştirakçı Müsabiqə çərçivəsində Banka təqdim edilən Layihə üzrə istənilən növ əqli mülkiyyət hüquqlarına malik olduğunu və Layihənin hər hansı üçüncü şəxslərin əqli mülkiyyət və ya digər əmlak hüquqlarını pozmadığını təsdiq edir.
10.3. Bank Müsabiqə Şərtlərinə uyğun olaraq İştirakçılar tərəfindən Banka təqdim edilən və müəlliflik hüququnun obyekti sayılan əsərlərin, həmçinin əmtəə nişanları, patent və sənayə nümunələri də daxil olmaqla digər əqli mülkiyyət hüququ obyektlərinin hazırkı Müsabiqə çərçivəsində Bank tərəfindən istifadə olunması, açıqlanması və ya paylaşılması nəticəsində yarana biləcək maddi və ya mənəvi zərərə görə heç bir məsuliyyət daşımır. İştirakçı belə hallarda Banka qarşı hər hansı iddia və tələb irəli sürməməyi, həmçinin Bankı üçüncü şəxslərin bütün iddia və tələblərindən müdafiə etməyi öhdəsinə götürür.
11. Yekun müddəalar
11.1. Banka məxsus kommersiya sirri təşkil edən məlumatların Bankın yazılı razılığı olmadan, qanunvericilikdə nəzərdə tutulmuş qaydadan kənar formada üçüncü şəxslər qarşısında bilavasitə və ya dolayı yolla açıqlanması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.
11.2. Hazırkı Müsabiqə üzrə bütün münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
11.3. Bu Şərtlərin hər hansı müddəasının qismən və ya bütünlüklə etibarsız, yaxud qanunvericiliyə zidd olması Şərtlərin digər müddəalarının etibarsızlığına səbəb olmur.
11.4. Bank və İştirakçının bu Şərtlər üzrə bir-birinə xxxx bütün növ bildiriş, etiraz və müraciətləri İştirakçı tərəfindən iştirak üçün müraciət olunan zaman təqdim olunan elektron poçt ünvanı və Bankın xxxxxxxxxxxxx@xxxxxxxxxx.xx korporativ elektron poçt ünvanı vasitəsilə
göndərilir. Göndərilən bildiriş, etiraz və ya müraciətlər müvafiq tərəfin elektron poçt ünvanına çatdığı andan təqdim edilmiş hesab olunur.
11.5. İştirakçı 5.2-ci bənddə qeyd edilmiş qaydada Şərtləri qəbul etməklə Şərtlərə razı olduğunu bəyan edir və Şərtlər həmin andan qüvvəyə minməklə İştirakçı və Bank arasında Müsabiqə çərçivəsində yaranmış münasibətləri tənzimləyir.
11.6. Bank bu Şərtlər üzrə hüquq və öhdəliklərinin hamısını və ya bir hissəsini üçüncü tərəflərə ötürə bilər. İştirakçı bu Şərtlər üzrə hüquq və öhdəliklərini heç bir halda üçüncü tərəflərə, habelə digər İştirakçılara ötürə bilməz.
« BİZDƏN BİZNESƏ » MÜSABİQƏSİ ÜZRƏ
ŞƏRTLƏRƏ
1 xxxxx ƏLAVƏ
Müsabiqənin həyata keçirilmə mərhələləri və tarixləri aşağıdakı cədvəldə nəzərdə tutulmuşdur:
№ | Mərhələlər | Tarix |
1. | Müsabiqənin elan olunması və İştirakçılar tərəfindən tələb olunan sənədlərin təqdim edilməsi | 24 oktyabr 2024 – 24 noyabr 2024 |
2. | Şərtlərə xxxxx xxxx 20 Layihənin Komissiya tərəfindən seçilməsi | 25 noyabr 2024 – 1 dekabr 2024 |
3. | Seçilmiş 20 Layihə üzrə İştirakçılar tərəfindən MKRS çıxarışının təqdim edilməsi | 2 dekabr 2024 – 3 dekabr 2024 |
4. | Seçilmiş 20 Layihə üzrə biznes-planların İştirakçılar tərəfindən Komissiya qarşısında təqdimatının edilməsi üçün hazırlıq | 4 dekabr 2024 – 10 dekabr 2024 |
5. | Seçilmiş 20 Layihə üzrə biznes-planların İştirakçılar tərəfindən Komissiya qarşısında təqdimatı və sual-cavab | 11 dekabr 2024 |
6. | Yarımfinal mərhələsi: Komissiya qarşısında təqdimatı edilmiş 20 Layihə arasından Şərtlərə ən xxxxx xxxx 7 Layihənin Komissiya tərəfindən seçilməsi | 11 dekabr 2024 |
7. | Yarımfinal mərhələsinə keçmiş 7 Layihəyə Bank tərəfindən təlimlər və mentorluq dəstəyinin təmin olunması | 12 dekabr 2024 – 19 dekabr 2024 |
8. | Final mərhələsi: Yarımfinal mərhələsinə keçmiş 7 Layihə üzrə biznes-planların İştirakçılar tərəfindən Komissiya qarşısında təqdimatı və Şərtlərə ən xxxxx xxxx 3 Layihənin Komissiya tərəfindən seçilməsi | 25 dekabr 2024 |
9. | Şərtlərə ən xxxxx xxxx 3 Layihənin İştirakçılara elan olunması və Bank tərəfindən mükafatlandırılması | 25 dekabr 2024 |
«BİZDƏN BİZNESƏ» MÜSABİQƏSİ ÜZRƏ ŞƏRTLƏRƏ
2 xxxxx ƏLAVƏ
Bank tərəfindən mükafat qismində qalib İştirakçılara təqdim ediləcək maliyyə vəsaiti və digər güzəştlər haqqında məlumatlar aşağıdakı cədvəldə nəzərdə tutulmuşdur:
İştirakçılar | I yer | II yer | III yer |
Maliyyə vəsaiti | 25 000 AZN | 20 000 AZN | 15 000 AZN |
* Müsabiqə üzrə ilk 3 yeri tutmuş İştirakçılar mükafat qismində təqdim olunan maliyyə vəsaitindən yalnız nağdsız hesablaşmalar formasında istifadə edə bilərlər. | |||
Digər güzəştlər | * Müsabiqə üzrə ilk 3 yeri tutmuş və Şərtlərə uyğun olaraq adlarına müvafiq Bank hesabları açılmış İştirakçılar belə hesabların açıldığı tarixdən 12 ay ərzində həmin hesablar vasitəsilə ölkədaxili aparılan bütün növ ödəniş əməliyyatları üzrə xidmət haqlarından azad olunurlar. |