ANLAYIŞLAR
ANLAYIŞLAR
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortaçı - «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs.
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi.
Xxxxxxxxxx şəxs - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs.
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma.
Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya verilən sənəd.
Sığorta obyekti - sığortalının qanunazidd olmayan hər hansı əmlak mənafeyi.
Sığorta haqqı - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği.
Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi.
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik.
Sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal.
Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti.
Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası.
Sığorta tarifi - sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi.
Sığortanın müddəti - sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət.
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
Əhəmiyyətli hallar - müqavilə bağlanarkən bildirilməli xxxx, sığortaçının müqavilədən imtina etmək və ya onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən və/və ya sığortalıya yazılı şəkildə aydın və birmənalı sorğu verilmiş hallar (faktlar) əhəmiyyətli sayılır.
Sığortanın ərazisi - sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən coğrafi ərazi hüdudları. Mühüm şərtlər - sığortaçıya sığorta ödənişini verməkdən imtina etmək və ya sığorta müqaviləsini ləğv etmək hüququ verən sığorta müqaviləsinin şərtləri.
Üçüncü şəxslər - sığortalı ilə yaxın qohumluq əlaqəsinə, xidmət müqaviləsi öhdəliklərinə və əmək münasibətinə malik olmayan şəxslər.
Yaxın qohumlar - bu Qaydaların məqsədləri üçün ər, arvad, valideynlər, övladlar, övladlığa götürülənlər, bacılar, qardaşlar, ərin və ya arvadın valideynləri, bacıları, qardaşları.
Qəza - heyvanın tələf olmasına və ya bədən xəsarətinə gətirib çıxaran xüsusiyyəti, vaxtı və yeri birmənalı şəkildə təyin edilə bilən xarici amillərin gözlənilməz və ani təsiri.
Məcburi kəsdirilmə (məhv etmə) - sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış heyvanın tələf olma təhlükəsi qaçılmaz olduqda və ya heyvanın gələcəkdə istifadəsi imkanını istisna edən epizootik və ya sağalmaz (əlacsız və müalicəolunmaz) xəstəliklərlə mübarizə ilə əlaqədar olaraq keçirilən tədbirlərdə yalnız baytar həkiminin sərəncamı ilə həyata keçirilən öldürmə.
WD-LVS/001-2
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanununa, digər normativ hüquqi aktlarına müvafiq olaraq işlənib hazırlanmışdır və “Bakı Sığorta” ASC-nin bağladığı bütün heyvanların sığortası müqavilələrinin ayrılmaz tərkib hissəsi kimi qəbul edilir.
Bu Qaydalarla müəyyən olunan sığorta növü heyvanların sığortası və ümumi mülki məsuliyyətin sığortası sinflərinə aiddir.
BÖLMƏ 1. SIĞORTA MÜQAVİLƏSİNİN TƏRƏFLƏRİ
Maddə 1. Sığortaçı
Bu Qaydalara əsasən sığortaçı dedikdə «BakıSığorta» ASC başa düşülür.
Maddə 2. Sığortalı
2.1. Bu Qaydalara əsasən sığortalı dedikdə sığorta obyektinə münasibətdə əmlak mənafeləri xxxx və sığorta şəhadətnaməsində adı göstərilən hər hansı bir fiziki (fəaliyyət qabiliyyəti məhdud xxxx və ya fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan, eləcə də fəaliyyət qabiliyyəti olmayan şəxslərdən başqa) və ya hüquqi şəxs başa düşülür.
2.2. Bu Qaydalar daxilində sığortalının hərəkətlərinə onun işçilərinin, rəsmi şəxslərinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə, «Sığorta fəaliyyəti haqqında» qanuna, sığorta müqaviləsinə, vəkalətnaməyə (etibarnaməyə) və ya vəzifə öhdəliklərinə əsasən sığortalı adından çıxış etmək səlahiyyəti xxxx digər nümayəndələrinin hərəkətləri də aid edilir.
Maddə 3. Faydalanan şəxs
3.1. Sığorta müqaviləsi sığorta obyektinin qorunmasında maraqlı xxxx və sığorta hadisəsi zamanı ödəniş almaq hüququ xxxx hər hansı başqa şəxsin - faydalanan şəxsin xeyrinə də bağlana bilər.
3.2. Xxxxxxxxxx şəxsin adı sığorta müqaviləsində göstərilməlidir.
3.3. Sığorta müqaviləsinin faydalanan şəxsin xeyrinə bağlanması sığortalını müqaviləyə əsasən vəzifə və öhdəliklərindən azad etmir.
3.4. Bu Qaydalar və sığorta müqaviləsi ilə sığortalıya aid edilən bütün müddəalar sığortadan faydalanmaq niyyətində xxxx faydalanan şəxsə də eyni həcmdə aid edilir.
BÖLMƏ 2. SIĞORTANIN OBYEKTİ
Maddə 4. Sığorta obyekti
Sığortalının mülkiyyətində, istifadəsində və ya sərəncamında xxxx heyvanlar ilə bağlı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə zidd olmayan əmlak mənafeləri bu Qaydalar daxilində sığortanın obyekti hesab olunur.
Maddə 5. Sığortalana bilən heyvanlar
5.1. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığortalana bilən heyvanlara aşağıdakılar daxildir:
5.1.1. 6 aylığından 15 yaşına qədər inəklər;
5.1.2. 1 yaşından 15 yaşına qədər camışlar;
5.1.3. 6 aylığından 6 yaşına qədər öküzlər;
5.1.4. 6 aylığından 6 yaşına qədər anac (dişi) qoyunlar və keçilər, 5 yaşına qədər qoçlar;
5.1.5. 4 aylığından 4 yaşına qədər anac donuzlar, 5 yaşına qədər erkək donuzlar (qabanlar);
5.1.6. 1 yaşından 18 yaşına qədər atlar, dəvələr, uzunqulaqlar, qatırlar, marallar;
5.1.7. 4 aylığından xəzli heyvanlar və ev dovşanları;
5.1.8. 5 xxxxxxxxxx xxxxxxxxxxx və ətlik quş cinsləri;
5.1.9. ixtisaslaşdırılmış təsərrüfatlarda (broylerlərdə) istehsal edilən (yetişdirilən) cücələr;
5.1.10. pətəkdəki arı ailələri;
5.1.11. heyvanat parkı, xxxx, dekorativ, ekzotik və s. bu kimi heyvanlar, quşlar və sürünənlər (bu heyvanların (quşların) sığortalanması üçün yaş həddlərindəki məhdudiyyətlər sığorta müqaviləsi bağlanarkən sığortalı ilə sığortaçı arasında razılaşma ilə müəyyən edilir);
5.1.12. qeydiyyatda xxxx 3 aylığından 12 yaşına qədər pişiklər və ev, ov, gözətçi itləri.
5.2. Sığortalana bilməyən heyvanlara aşağıdakılar daxildir:
5.2.1. xəstə, travmaya məruz qalmış, əldən düşmüş, doğumdan əvvəlki və doğumdan sonrakı vəziyyətlə əlaqədar olaraq istifadə edilməyən, həmçinin bruselyoz, vərəm, leykoz və digər yoluxucu xəstəliklərə qarşı ən son aparılan müayinələrdən müsbət reaksiya aşkar edilmiş heyvanlar;
5.2.2. yoluxucu xəstəliklərə tutulmama xüsusiyyətinə malik heyvanlar istisna olmaqla, karantin müəyyən edilmiş yerlərdə və ya təsərrüfatlarda xxxx heyvanlar;
5.2.3. fövqəladə vəziyyət elan edilmiş ərazilərdə xxxx heyvanlar.
BÖLMƏ 3. SIĞORTA TƏMİNATI
Maddə 6. Sığorta riskləri. Sığorta hadisələri
6.1. Aşağıdakı halların baş verməsi nəticəsində sığorta predmetinin (sığortalanmış heyvan(lar)ın) itkisi, tələf olması və ya məcburi kəsdirilməsi bu Qaydalara əsasən sığorta hadisəsi hesab olunur:
6.1.1. bütün növ adi və yoluxucu xəstəliklər, boğaz olma, doğum, axtalama və ya cərrahiyyə əməliyyatı aparılması;
6.1.2. təbii fəlakətlər: daşqın, fırtına, qasırğa, leysan, dolu, uçqun, zəlzələ, ildırım vurması, boran və (təsir gücünə və/və ya növünə görə) həmin yer üçün qeyri-adi hesab olunan digər təbiət hadisələri;
6.1.3. xxxxxx;
6.1.4. qəzalar: partlayış, elektrik cərəyanının təsiri, gün vurma və ya isti vurma, şaxtadan donma, boğulma, zəhərli otlardan və maddələrdən zəhərlənmə, ilan və ya həşəratların sancması, vəhşi heyvanların və itlərin hücumu, suda boğulma, dərəyə düşmə, nəqliyyat vasitəsinin zərbəsi, sığorta müqaviləsində nəzərdə tutulmuş müxtəlif növ tədbirlərdə iştirak zamanı və ya digər xarici təsirlərdən irəli gələn travmatik zədələnmələr;
6.1.5. üçüncü şəxslər tərəfindən sındırmaq yolu ilə edilən oğurluq, soyğun, qarət.
6.2. Sığorta müqaviləsində xüsusi göstərildiyi halda, heyvanların sahiblərinin mülki məsuliyyəti. Mülkiyyətində, istifadəsində və ya sərəncamında xxxx sığortalanmış heyvanların üçüncü şəxslərin həyatına, səhhətinə və/və ya əmlakına vurduqları zərərlə bağlı sığortalının zərərin əvəzini ödəmək öhdəliyinin yaranması bu Qaydalara əsasən sığorta hadisəsi hesab olunur.
6.3. Sığorta təminatı verilən risklərin və hadisələrin konkret siyahısı sığorta müqaviləsində (şəhadətnaməsində) öz əksini tapmalıdır.
Maddə 7. Sığorta təminatına daxil olmayan hallar (istisnalar)
7.1. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, aşağıdakı hadisələr nəticəsində dəyən zərərlər sığortaçı tərəfindən ödənilmir:
7.1.1. manqo, saqqo, at vəbası, heyvan vəbası, vərəm, bruselyoz, yoluxma ciyər ağrısı xəstəlikləri;
7.1.2. müharibə, hər cür hərbi əməliyyatlar və onların nəticələri;
7.1.3. vətəndaş müharibəsi, tədricən xalq üsyanlarına və ya hərbi qiyamlara çevrilən xalq iğtişaşları, əmək intizamsızlığı, terror aktları;
7.1.4. hər hansı atom enerjisinin tətbiq edilməsi, nüvə partlayışı, radiasiya və ya radioaktiv çirklənmənin birbaşa və ya dolayı təsir(lər)i;
7.1.5. hər hansı hökumət və ya yerli hakimiyyət orqanlarının tapşırığı ilə heyvanların müsadirə olunması, rekvizisiyası və yaxud məhv edilməsi;
7.1.6. sığortalının (faydalanan şəxsin) qəsdən edilmiş hərəkət(lər)i, o cümlədən qəsdən: səlahiyyətli orqanlar tərəfindən heyvanların saxlanması və yem ver(il)mə qaydalarının pozulması, heyvanların xəstələnməsi faktı üzrə baytar həkiminə müraciətin vaxtında edilməməsi, xəstəliklərlə mübarizə məqsədi daşıyan profilaktik tədbirlərin keçirilməsi üzrə baytarlıq xidmətinin (idarəsinin) göstərişlərinin, eləcə də heyvanların kəsilməsi barədə sərəncamının yerinə yetirilməməsi;
7.1.7. heyvanların kəsilmə yerinə daşınması, kəsilməsi, dərmanların alınması, xəstəliklərin nəticələrinin ortadan qaldırılması üzrə karantin və digər tədbirlərin keçirilməsi, heyvanların saxlanıldığı binaların və digər yerlərin təmir xərcləri, cərimələr, peniyalar, dəbbə xxxx xxxx dolayı xərclər.
7.2. Mülki məsuliyyət sığortası sığortalının səbəb olduğu mənəvi zərərin, itirilən gəlirin (qazancın) və mənfəətin, əldən çıxan faydanın və s. bu kimi dolayı xərclərin ödənilməsinə şamil edilmir.
Maddə 8. Sığortanın ərazisi
8.1. Bu sığorta, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
8.2. Əgər sığorta müqaviləsində sığortanın konkret ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş verən sığorta hadisələrinə sığorta təminatı verilir.
8.3. Sığortanın ərazisi, sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi və onun yazılı surətdə razılığının alınması şərti ilə genişləndirilə bilər.
Maddə 9. Sığorta təminatının başlanması və sona çatması
9.1. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta təminatı aşağıda qeyd edilmiş hallarda başlanır:
9.1.1. bu Qaydaların 6.1.2 - 6.1.5 və 6.2 bəndlərində nəzərdə tutulmuş risklər üzrə sığorta müqaviləsi qüvvəyə mindiyi andan etibarən;
9.1.2. bu Qaydaların 6.1.1 bəndində nəzərdə tutulmuş risklər üzrə sığorta müqaviləsi qüvvəyə mindiyi andan etibarən ən az 10 təqvim günü keçdikdən sonra.
BÖLMƏ 4. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQI
Maddə 10. Sığorta məbləği
10.1. Sığorta məbləği sığorta müqaviləsi bağlanan zaman heyvanların saxlanıldığı yerdə (ərazidə) heyvanların sığorta (həqiqi) dəyərindən artıq olmamaqla, sığortalı ilə sığortaçı arasında razılaşma əsasında müəyyən edilir. Hadisə baş verdiyi zaman sığortalanmış heyvanların sığorta məbləği sığorta (həqiqi) dəyərindən artıq olarsa, artıq xxxx həmin məbləğ sığortaçı tərəfindən ödənilmir.
10.2. Mülki məsuliyyət sığortası üzrə sığorta məbləği (məsuliyyət həddi) ümumi və/və ya ayrılıqda digər şəxslərin həyatına və sağlamlığına, eləcə də əmlakına vurulan zərərə görə sığortalı ilə sığortaçı arasında razılaşma əsasında müəyyən edilir. Tərəflərin razılaşmasına əsasən heyvanların sahiblərinin mülki məsuliyyətinin sığortasında sığorta ödənişinin həddi ayrıca bir şəxsin həyatına və sağlamlığına vurulan zərərə və ya hər bir sığorta hadisəsinə görə müəyyən edilə bilər.
10.3. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği (məsuliyyət həddi) həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur.
10.4. Kökəltmək məqsədilə yetişdirilən kənd təsərrüfatı əmtəə istehsalçılarına məxsus heyvanların (o cümlədən quşların) sığorta məbləği əmtəə məhsulunun, yəni planlaşdırılmış kəsilmə vaxtında xxxx hesabla dəyərindən artıq olmamaqla müəyyən edilir.
10.5. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalı sığortaçı ilə razılaşma əsasında bu Qaydaların 10.1 və 10.3 bəndləri nəzərə alınmaqla, sığorta məbləğinin artırılmasını tələb edə bilər. Bu halda sığorta müqaviləsinə əlavə tərtib edilməli və əlavə sığorta haqqı ödənilməlidir. Sığorta müqaviləsi üzrə tam olmayan ay üçün sığorta xxxxx xxx ayın xxxxx xxxx ödənilir.
10.6. Bu Qaydalara əsasən sığorta məbləği sığortaçının son məsuliyyət həddi hesab olunur və bir və ya bir neçə sığorta hadisəsi üzrə sığorta ödənişinin məcmu məbləği sığorta məbləğindən yüksək ola bilməz.
Maddə 11. Sığorta haqqı
11.1. Sığorta haqqı sığorta şəhadətnaməsində göstərilən müddətdə və qaydada sığortalı tərəfindən sığorta üçün ödənilən haqdır.
11.2. Sığorta haqqının miqdarı sığorta məbləği, sığorta təminatı verilən risklər, sığorta müddəti, sığorta tarifləri, sığortalanan heyvanların yaşından və saxlanıldığı şəraitdən asılı olaraq hesablanır. Xxxxxxxxxxxx təqdim etdiyi məlumatlar əsasında sığortaçı xxxxxx dərəcəsini və sığorta tarifini müəyyən edir.
11.3. Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığorta hadisəsinin baş verməsi ehtimalını nəzərə alaraq baza sığorta tarif dərəcələrinə artırma və azaltma əmsalları tətbiq edə bilər.
11.4. Bir ildən az müddətə bağlanan sığorta müqavilələri üzrə sığorta haqları illik sığorta haqqından aşağıdakı faizlərlə hesablanır:
Sığorta müddəti 1 xxxxx xxx olmazsa Sığorta müddəti 2 xxxxx xxx olmazsa Sığorta müddəti 3 xxxxx xxx olmazsa Sığorta müddəti 4 xxxxx xxx olmazsa Sığorta müddəti 5 xxxxx xxx olmazsa Sığorta müddəti 6 xxxxx xxx olmazsa Sığorta müddəti 7 xxxxx xxx olmazsa Sığorta müddəti 8 xxxxx xxx olmazsa Sığorta müddəti 9 xxxxx xxx olmazsa Sığorta müddəti 10 xxxxx xxx olmazsa Sığorta müddəti 11 xxxxx xxx olmazsa | - - - - - - - - - - - | illik sığorta haqqının 25 % illik sığorta haqqının 30 % illik sığorta haqqının 40 % illik sığorta haqqının 50 % illik sığorta haqqının 60 % illik sığorta haqqının 70 % illik sığorta haqqının 75 % illik sığorta haqqının 80 % illik sığorta haqqının 85 % illik sığorta haqqının 90 % illik sığorta haqqının 95 % |
Maddə 12. Sığorta haqqının ödənilməsi
12.1. Sığorta müqaviləsinə əsasən sığorta haqqı sığortalı tərəfindən nağd və ya köçürmə yolu ilə birdəfəyə və ya hissə-hissə ödənilə bilər. Sığorta haqqının ödənildiyi gün onun sığortaçının bank hesabına və ya nağd ödəmə zamanı sığortaçının kassasına daxil olduğu gün hesab olunur.
12.2. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta haqqı (və ya onun razılaşdırılmış ilkin hissəsi) sığorta şəhadətnaməsi imzalandığı gündən etibarən ən gec 15 gün ərzində (hissə-hissə ödənilməsi razılaşdırılarsa, qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə) sığortaçıya ödənilməlidir.
12.3. Əgər sığorta haqqı (və ya onun ilkin hissəsi) müəyyən olunmuş müddət(lər)də sığortaçıya ödənilməzsə, sığorta şəhadətnaməsi öz qüvvəsini itirir və sığortaçı həmin müqavilə üzrə heç bir məsuliyyət daşımır.
12.4. Əgər sığorta haqqını sığortalının tapşırığı əsasında başqa bir şəxs ödəyirsə, həmin şəxs bununla əlaqədar olaraq sığorta müqaviləsindən irəli gələn heç bir hüquq əldə etmir.
BÖLMƏ 5. SIĞORTA MÜQAVİLƏSİ
Maddə 13. Sığorta müqaviləsinin bağlanması
13.1. Sığorta müqaviləsinin bağlanması üçün sığortalı və yaxud onun nümayəndəsi müqavilə bağlamaq niyyəti barəsində sığortaçıya ərizə-anket formasını doldurmaqla müraciət edir.
13.2. Müraciətdə heyvanlar haqqında dəqiq məlumat (növü, cinsi, yaşı, rəngi, nişanələri, saxlanıldığı yer, sığorta məbləği, seçilən sığorta riskləri, sığorta müddəti və s. bu kimi) və aşağıdakı sənədləri təqdim etməlidir:
13.2.1. sığortalanan heyvanların siyahısı (siyahıda həmçinin əgər varsa, eyniləşdirmə nişanlarını, damğa və ya heyvanın (birka) nömrəsi də qeyd edilməlidir);
13.2.2. rayon baytarlıq idarəsindən heyvanların sağlamlıq vəziyyəti ilə əlaqədar arayış (edilmiş peyvəndlər və onlara qarşı reaksiyalar da qeyd edilməlidir);
13.2.3. sığortalanan heyvanların pasportu (və ya onu əvəz edən digər sənəd).
13.3. Sığorta müqaviləsinin bağlanması faktı bu Qaydalar əsasında hazırlanmış sığorta şərtləri əlavə edilməklə, sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.
13.4. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının (və ya onun razılaşdırılmış ilk hissəsinin) ödənilməsindən sonra qüvvəyə minir.
Maddə 14. Sığorta müqaviləsi bağlanan zaman sığortalı tərəfindən bildirilməli xxxx faktlar
14.1. Sığorta müqaviləsi bağlanarkən sığortalı xxxxxx baş vermə ehtimalının müəyyən edilməsi və mümkün itkilərin həcminin hesablanması üçün əhəmiyyət daşıyan və xəbərdar olduğu bütün faktları və halları bildirməyə borcludur.
14.2. Sığortalının məlumatının yalan, yanlış və yaxud yarımçıq olması hallarında sığortaçı sığorta müqaviləsini imzalamaqdan imtina edir və ya bunu öyrəndikdə və ya bu haqda sığortalı tərəfindən ona məlumat verildikdə:
14.2.1. sığortalı bunu qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi andan etibarən 1 (bir) ay ərzində müqaviləni bir tərəfli qaydada ləğv edir və bu haqda sığortalının sığorta müqaviləsində göstərilmiş sonuncu ünvanına sifarişli məktub vasitəsilə məlumat göndərir. Bu halda sığorta haqqı sığortalıya qaytarılmır. Sığortalının öz öhdəliyini bu bənddə göstərilən qaydada pozması ilə sığorta müqaviləsi ləğv edilənədək keçən müddət ərzində baş vermiş sığorta hadisəsi arasında hər hansı əlaqə olarsa, sığortaçı, sığorta ödənişini verməkdən imtina edə bilər;
14.2.2. sığortalı bu hərəkəti bilmədən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 1 ay ərzində müqaviləni ləğv edə bilər və ya həmin vaxt üçün sığorta haqqının fərqini almaqla müqaviləni davam etdirə bilər. Sığortalı tələb edilən sığorta haqqının fərqini 5 (beş) gün ərzində sığortaçıya ödəməzsə və ya ödəməyi yazılı şəkildə öhdəsinə götürməzsə, sığorta müqaviləsi ləğv edilmiş hesab olunur.
14.3. Sığortaçı tərəfindən tətbiq olunan ləğv etmə, bu haqda sığortalıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixdən 5 iş günü sonra, sığortalı tərəfindən tətbiq edilən ləğv etmə bu haqda sığortaçıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixdən sonrakı gün saat 2400-da hüquqi qüvvəyə minir.
14.4. Sığortalının hərəkətində heç bir qəsd müəyyən edilmədiyi hallarda sığorta hadisəsi
14.4.1. sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl;
14.4.2. müqavilənin ləğv edilməsini tələb edə biləcəyi müddət ərzində, və yaxud;
14.4.3. müqavilənin ləğv edilməsi tələbinin hüquqi qüvvə qazanması üçün xxxxx xxxx müddət ərzində baş verərsə, sığortaçı, sığorta ödənişini sığortalının məlumatına əsasən hesablanan (sığortalı tərəfindən ödənilən) sığorta haqqı ilə həqiqətdə hesablanmalı (sığortalı tərəfindən ödənilməli) xxxx sığorta haqqı arasındakı nisbətə uyğun olaraq ödəyir.
Maddə 15. Sığorta müqaviləsinin Qaydalar üzərində üstünlüyü
15.1. Sığorta müqaviləsi imzalanarkən sığortalı və sığortaçı bu Qaydaların müəyyən müddəalarının dəyişdirilməsi və ya istisna edilməsi, həmçinin ona müəyyən əlavələr edilməsi barədə razılığa gələ bilərlər.
15.2. Tərəflərin imzaladığı bütün dəyişikliklər, əlavələr və düzəlişlər sığorta müqaviləsinin tərkib hissəsidir.
Maddə 16. Mühüm şərtlər
Sığorta müqaviləsində (şəhadətnaməsində) mühüm şərtlər müəyyən oluna bilər.
Maddə 17. Sığorta müddəti
Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi, müqavilədə göstərilən başlanğıc və sona çatma tarixlərində Azərbaycan vaxtı ilə saat 2400-da qüvvəyə minir və Azərbaycan vaxtı ilə saat 2400-da qüvvəsini itirir.
Maddə 18. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi
18.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
18.1.1. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə;
18.1.2. sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
18.1.3. sığortalanmış heyvanlara hüquqların başqa şəxsə keçməsi ilə əlaqədar olaraq sığorta müqaviləsində sığortalının əvəz edilməsi halları istisna olmaqla, fiziki şəxs (fərdi sahibkar) xxxx sığortalı öldükdə və ya hüquqi şəxs xxxx sığortalı ləğv edildikdə;
18.1.4. məhkəmə tərəfindən sığorta müqaviləsinin etibarsız olduğu haqda qərar qəbul edildikdə;
18.1.5. Azərbaycan Respublikasının qanunvericilik aktları ilə nəzərdə tutulmuş digər hallarda.
18.2. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.
Maddə 19. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə
19.1. Bu Qaydaların 18-ci maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda, müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu haqda xəbərdar etməlidir.
19.2. Sığorta müqaviləsi ilə başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən artıq müddətə bağlanıldıqda 60 gün, 3 aydan az müddətə bağlanıldıqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
Maddə 20. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
20.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə ödənilmiş sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır;
20.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, о, sığortalının (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) sığorta haqlarını bütünlüklə qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) sığortalıya qaytarır;
20.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya
20.3.1. ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi
verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır;
20.3.2. ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 20.1 və 20.2 bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
20.4. Sığorta müqaviləsi bu Qaydaların 18.2 bəndində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla, müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Qaydaların 20.3 bəndi nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
Maddə 21. Sığorta riskindəki dəyişikliklər
Əgər sığortalı bu Qaydaların 22.2.2 bəndinin «b» yarımbəndində göstərilən müddət ərzində sığorta müqaviləsinə edilən dəyişikliklərlə razılaşdığını və yaxud əlavə sığorta haqqını ödəməyi öz öhdəsinə götürdüyünü yazılı şəkildə bildirməzsə, sığorta müqaviləsi bu cür xəbərdarlıq müddəti bitdiyi tarixdən qüvvədən düşmüş sayılır.
BÖLMƏ 6. TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ
Maddə 22. Sığortaçının hüquqları və vəzifələri
22.1. Sığortaçı aşağıdakıları öhdəsinə götürür:
22.1.1. sığortalını sığorta müqaviləsinin şərtləri və bu sığorta Qaydaları ilə xxxxx etmək;
22.1.2. sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta şəhadətnaməsini və bu Qaydalar əsasında hazırlanmış sığorta müqaviləsinin şərtlərini sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün sığortalıya vermək;
22.1.3. sığortalı tərəfindən sığorta hadisəsinin baş vermə ehtimalının və mümkün itkilərin azal(dıl)masına yönəldilmiş tədbirlər həyata keçirildikdə, sığortalının məlumatı əsasında sığorta müqaviləsində bu vəziyyətlə əlaqədar dəyişikliklər etmək;
22.1.4. bu Qaydaların və sığorta müqaviləsinin şərtlərinə riayət etmək;
22.1.5. sığorta hadisəsi hesab edilə bilən hadisə baş verdikdə:
− hadisənin baş vermə şəraitini öyrənmək və onun sığorta hadisəsi olub-olmamasını təyin etmək üçün müvafiq zəruri tədbirlər həyata keçirmək;
− hadisənin sığorta hadisəsi olduğunu qəbul etdikdə, sığorta aktını tərtib etmək, dəymiş zərərin məbləğini müəyyənləşdirmək və sığorta ödənişinin məbləğini hesablamaq;
− hadisənin sığorta hadisəsi olduğunu qəbul etdikdə, sığorta müqaviləsi ilə müəyyən edilmiş müddətdə sığorta ödənişini həyata keçirmək (və ya əsas olduğu halda sığorta ödənişindən imtina etmək). Sığortaçı bu öhdəliyə əməl etmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0.1 xxxxx həcmində dəbbə pulu ödəyir;
22.1.6. peşəkar fəaliyyəti nəticəsində əldə etdiyi sığorta sirri hesab edilən məlumatları qorumaq, həmin məlumatları qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa digər şəxslərə yaymamaq.
22.2. Sığortaçı aşağıdakı hüquqlara malikdir:
22.2.1. sığorta müqaviləsi bağlanan zaman:
− sığorta riskinin qiymətləndirilməsi üçün zəruri xxxx (ərizə-anket forması, sığortalının təsərrüfatında xxxx heyvanların uçot cədvəli, baytarlıq idarəsinin qərarları (rəyləri), səlahiyyətli orqanların göstərişləri və sərəncamları və s. bu kimi) bütün sənədlərlə xxxxx olmaq;
22.2.2. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində:
a) istənilən vaxt sığortalının təqdim etdiyi məlumatların düzgünlüyünü, habelə sığorta müqaviləsinin tələblərini və şərtlərini yerinə yetirməsini yoxlamaq;
b) sığorta müqaviləsi bağlanan zaman sığortalı tərəfindən bildirilən və xxxxxx artmasına təsir edən (sığorta hadisəsinin baş vermə ehtimalını artıran) əhəmiyyətli hallarda dəyişiklik baş verdikdə və ya bu haqda məlumat aldıqda, 1 ay ərzində sığorta müqaviləsinin şərtlərində dəyişiklik etmək və/və ya xxxxx riskə mütənasib olaraq əlavə sığorta haqqının ödənilməsini tələb etmək. Əgər sığortalı (faydalanan şəxs) sığorta müqaviləsinin şərtlərində dəyişiklik edilməsinə və/və ya əlavə sığorta haqqının ödənilməsinə etiraz edərsə, sığortaçı dəyişikliyin baş verdiyi andan sığorta müqaviləsini ləğv etmək hüququna malikdir;
c) sığortalının bu Qaydaların 23.1.2 bəndində göstərilmiş hallarda sığortaçıya bilərəkdən (qəsdən) yalan məlumat verməsi faktı müəyyən edilərsə, sığorta müqaviləsinin etibarsız hesab olunmasını tələb etmək;
22.2.3. sığorta hadisəsi hesab edilə bilən hadisə baş verdikdə:
− hadisənin səbəblərini və baş verdiyi şəraiti müstəqil araşdırmaq;
− itkilər haqqında sığortalının xəbərdarlığını gözləmədən zərərə məruz qalmış heyvanlara və əraziyə baxış keçirmək. Sığortalının sığortaçının bu hərəkətlərinə mane olmaq hüququ yoxdur;
− zəruri tədbirləri görməklə sığortalanmış heyvanların xilas edilməsində və qorunub saxlanmasında iştirak etmək, eləcə də zəruri hallarda zərərin azaldılması üzrə yazılı tövsiyyələr vermək. Xxxxx, sığortalanmış heyvanların xilas edilməsi və qorunub saxlanması üzrə sığortaçının və onun səlahiyyətli nümayəndələrinin hərəkətləri sığortalıya sığorta ödənişini almaq hüququnun tanınması üçün əsas vermir;
− hadisələrin baş verdiyi şəraiti və mümkün itkilərin həcmini müəyyən etmək məqsədilə bütün məlumatları, o cümlədən kommersiya sirri təşkil edən məlumatları sığortalıdan tələb etmək;
− sığortalıdan (faydalanan şəxsdən) və sorğu əsasında müvafiq səlahiyyətli orqanlardan sığorta hadisəsinin səbəbini və şəraitini göstərən rəsmi sənədlərin və aktların əslinin və ya surətlərinin təqdim edilməsini tələb etmək. Təqdim olunan məlumatlar əsasında itkilərin həcmini təyin etmək mümkün olmadıqda, kommersiya sirri təşkil edən məlumatlarla birlikdə digər məlumatları da tələb etmək;
22.2.4. sığortalının bu Qaydaların 23.1.3 bəndində nəzərdə tutulmuş öhdəliyini yerinə yetirməməsi ilə əlaqədar sığorta müqaviləsinin ləğv edilməsinin səbəb olduğu zərərlərin ödənilməsini və sığorta müqaviləsinin ləğv edilməsini tələb etmək;
22.2.5. sığortalıya (faydalanan şəxsə) verilmiş sığorta ödənişi məbləğində subroqasiya qaydasında təqsirkar şəxslərə qarşı tələb irəli sürmək;
22.2.6. sığortalının razılığı ilə onun adından məhkəmədə (arbitraj) işləri aparmaq, eləcə də üçüncü şəxslər tərəfindən irəli sürülən iddia tələblərinə münasibətdə ərizələr, məlumatlar və bəyanatlar vermək (xxxxx sığortaçının bu hərəkətləri onun sığorta ödənişini həyata keçirmək məsuliyyətinin tanınması kimi qiymətləndirilməməlidir).
Maddə 23. Sığortalının hüquqları və vəzifələri
23.1. Sığortalı aşağıdakıları öhdəsinə götürür:
23.1.1. sığorta müqaviləsində göstərilmiş müddətdə sığorta haqqını sığortaçıya ödəmək;
23.1.2. sığorta müqaviləsi bağlanan zaman:
− özünə məlum xxxx və sığorta riskinin qiymətləndirilməsində mühüm əhəmiyyətə malik bütün hallar barədə sığortaçını məlumatlandırmaq;
− sığorta obyektinə münasibətdə mövcud xxxx və ya bağlanma mərhələsində xxxx sığorta müqavilələri və onların şərtləri barədə məlumatı sığortaçıya təqdim etmək;
23.1.3. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində:
− bu Qaydaların 23.1.2 bəndində qeyd edilmiş hallardan sığorta riskinin dərəcəsini artıran hər hansı bir əhəmiyyətli kənara çıxmalar olduqda, bu barədə xəbərdar olduqdan sonra dərhal və ya ən gec 1 (bir) iş günü ərzində sığortaçıya xəbərdarlıq məktubu (bildiriş) göndərmək;
− sığortalanmış heyvanların saxlanıldığı yerdə təhlükəsizlik texnikası qaydalarına və ümumi qəbul edilmiş saxlanılma və onlara qulluq (lazımi səviyyədə yemləmə, sulama, peyvənd və baytar müayinəsinin təşkil edilməsi) normalarına riayət etmək;
23.1.4. bu Qaydaların müddəalarına riayət etmək;
23.1.5. sığorta hadisəsi baş verdikdə:
− sığorta hadisəsinin səbəb olduğu zərərin qarşısını almaq və həcminin azaldılması məqsədi ilə özündən xxxxx xxxx bütün ağlabatan və zəruri tədbirləri görmək, hadisə ilə əlaqədar müvafiq səlahiyyətli orqanları vaxtında xəbərdar etmək, sığorta hadisəsinin və onun baş verdiyi şəraitin rəsmiləşdirilməsi üçün tədbirlər görmək və sığorta hadisəsinin baş verməsindən xəbərdar olduğu andan etibarən (istirahət və bayram günləri istisna olmaqla) dərhal və ya ən gec 1 (bir) iş günü ərzində sığortaçıya sığorta hadisəsi haqqında məlumat vermək və əgər belə göstərişlər sığortaçı tərəfindən bildiriləcəksə, sığortaçının bütün göstərişlərinə əməl etmək;
− sığorta hadisəsinin baş vermə səbəblərinin, onun səbəb olduğu nəticələrin müəyyənləşdirilməsi üçün bütün zəruri tədbirləri görmək və hadisə ilə əlaqədar səlahiyyətli orqanlara: xəstəlik hallarında - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq
Xidmətinə; yanğın hallarında - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinə, hüquq-mühafizə orqanlarına, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə; təbii fəlakət hallarında - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə; qəza hallarında - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə, hüquq-mühafizə orqanlarına; sındırmaqla oğurluq, soyğun, qarət hallarında - hüquq-mühafizə orqanlarına müraciət etmək;
− zərərin vurulması ilə bağlı sığortalıya qarşı əsassız iddialar irəli sürüldükdə, onun maraqlarını məhkəmədə və məhkəmədən kənar müdafiə etməsi üçün sığortaçıya lazımi şəraiti yaratmaq;
− tələblərin və həmçinin məhkəmə qaydasında mülki iddiaların nizama salınmasında mümkün olduğu qədər sığortaçının istirakını təmin etmək;
− heyvanların saxlanılmasına dair bütün qeydləri və sənədləri, o cümlədən sığorta obyektinə və baş verən hadisəyə aid xxxx yemlə(n)mə rasionu haqqında məlumatlar, yem(lər)in verilməsinə dair sənədlər və hesabdan silinməsinə dair aktlar, heyvanların artıb-azalması barədə hesabat, baytarlıq idarəsinin rəyi (qərarı), sanitar-epidemioloji, baytarlıq və zootexniki tədbirlərin keçirilməsi planı, AR-nın FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin sərəncamları və göstərişləri və s. bu kimi sənədləri qoruyub saxlamaq;
− sığortaçının nümayəndələrinə tələf olmuş heyvan(lar)a, həmçinin hadisənin baş verdiyi yerə sərbəst və maneəsiz baxış keçirmək, sığorta hadisəsinin baş vermə səbəblərinin, onun səbəb olduğu zərərin həcminin və başqa şəraitin müəyyənləşdirilməsi üçün imkan vermək və müvafiq şəraiti yaratmaq;
− təqsirkar şəxsə qarşı zərərin əvəzinin ödənilməsi tələbinin həyata keçirilməsi üçün mövcud qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri görmək;
23.1.6. sığortaçıya sığorta hadisəsinin baş vermə səbəblərini və şəraitini özündə əks etdirən rəsmi sənədləri onun tələbi ilə təqdim etmək;
23.1.7. vurulmuş zərərlərə görə təqsirkar üçüncü şəxs(lər)dən zərərin əvəzini aldığı andan etibarən dərhal və ya ən gec 3 (üç) gün ərzində sığortaçıya bu barədə məlumat vermək.
23.2. Sığortalı aşağıdakı hüquqlara malikdir:
23.2.1. sığorta müqaviləsi bağlanan zaman:
− kommersiya sirri olmayan sığortaçının maliyyə sabitliyi ilə bağlı məlumatı tələb etmək;
− sığorta müqaviləsinin şərtləri ilə xxxxx olmaq;
23.2.2. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində:
− sığorta müqaviləsi itirildikdə, onun dublikatını almaq;
− Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bu Qaydalar ilə nəzərdə tutulmuş qaydada sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermək;
− əlavə sığorta haqqını ödəməklə, sığorta dəyərindən az məbləğə sığortalanmış heyvanların sığorta məbləğinin sığorta dəyərinədək artırılması üçün sığorta müqaviləsinə (şəhadətnaməsinə) əlavənin edilməsini tələb etmək;
23.2.3. sığorta müqaviləsinin şərtlərinə və bu Qaydalara uyğun olaraq sığorta ödənişini almaq;
23.2.4. sığorta müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsini sığortaçıdan tələb etmək.
BÖLMƏ 7. ÖDƏNİLƏN ZƏRƏRLƏR
Maddə 24. Ödənilən zərərlər
24.1. Sığortaçı, sığorta hadisəsi nəticəsində ortaya çıxan aşağıdakı xərcləri ödəyir:
24.1.1. sığorta obyektinə (sığortalanmış heyvanlara) dəyən zərər(lər)i;
24.1.2. heyvanların sahiblərinin üçüncü şəxslər qarşısında məsuliyyəti sığortalanıbsa, sığortalanmış heyvanların üçüncü şəxslərin səhhətinə və əmlakına vurduqları ziyana görə üçüncü şəxslərin iddiası ilə bağlı zərərlər.
Maddə 25. Sığorta obyektinə (sığortalanmış heyvanlara) dəyən zərər
25.1. Sığоrtalanmış heyvanlarla bağlı sığortalıya (faydalanan şəxsə) dəyən zərər aşağıdakı xərclərdən ibarətdir:
25.1.1. sığortalanmış heyvanlar tələf/məhv olduqda (tam məhv olma) - sığorta müqaviləsinə əsasən hər bir sığortalanmış heyvanın növünə və yaş qrupuna görə sığorta məbləği dairəsində;
25.1.2. sığortalanmış heyvanlar baytar rəyinə əsasən məcburi kəs(dir)ildikdə - sığorta məbləğindən artıq olmamaqla, ətin, dərinin və qida üçün yararlı əlavə məhsulların bazar dəyəri miqdarında. Ətin və əlavə məhsulların qida üçün yararlı olub-olmamasını baytarlıq xidməti müəyyən edir. Əgər heyvanlar baytar rəyinə əsasən məcburi kəs(dir)ildikdə baytarlıq xidməti ətin və əlavə məhsulların qida üçün tam yararsız olduğunu təsdiq etmişdirsə, onda sığorta ödənişi bu Qaydaların 25.1.1 bəndində nəzərdə tutulmuş qaydada hesablanacaqdır.
25.2. Heyvanın tələf olduğu tarixdə sığortalının eyni növ və yaşda xxxx sığortalanmış heyvanlardan artıq xxxxx (miqdarda) heyvanı olubsa və hansı heyvanın sığortalandığını təyin etmək mümkün deyilsə, sığorta müqaviləsi ilə həmin növdə və yaşda xxxx bütün heyvanlar üçün müəyyən edilmiş sığorta məbləği hadisənin baş verdiyi tarixdə sığortalının malik olduğu bu cür heyvanların faktiki sayısına bölünür. Bu halda sığorta ödənişi bu Qaydaların 25.1.2 bəndi nəzərə alınmaqla, tələf olmuş heyvanın üzərinə düşən məbləğdə ödənilir. Qalan heyvanlar müqavilənin qüvvədən düşmə tarixinədək müvafiq olaraq azaldılmış sığorta məbləğləri həddində sığortalanmış hesab olunur.
25.3. Tədarükçülər tərəfindən dərilərin tam yararsız olması səbəbindən qəbul edilmədiyi hallarda təsərrüfatda komissiyanın sərbəst formada tərtib etdiyi məhv edilmə səbəbləri göstərilməklə, dərilərin məhv edilməsinə dair akt sığortaçıya təqdim edilir.
Maddə 26. Üçüncü şəxslərə vurulmuş zərər
26.1. Bu Qaydalar və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə, sığorta ödənişi, sığortalıya qarşı irəli sürülmüş və əsaslandırılmış hesab edilən pretenziya və ya məhkəmənin qüvvəyə minmiş qərarı ilə nəzərdə tutulmuş üçüncü şəxslərə vurulmuş zərər miqdarında sığorta müqaviləsində təsbit edilən sığorta məbləği (sığortaçının məsuliyyət həddi) dairəsində müəyyən edilir.
26.1.1. üçüncü şəxslərin əmlakına zərər vurulduqda, sığorta ödənişi, itirilən gəlir istisna olmaqla, əmlakın itkisi və zərər ilə əlaqədar zərərin miqdarına əsasən aşağıdakı miqdarlarda müəyyən edilir:
a) əmlak tam məhv olduqda - sığorta müqaviləsində göstərilən sığorta məbləğindən artıq olmamaqla, zərərə məruz qalmış əmlakın faktiki (həqiqi) dəyəri həcmində;
b) əmlak və yaxud onun hər hansı bir hissəsi zədələndikdə - zərərə məruz qalmış əmlakın bərpa edilməsinə (əvvəlki vəziyyətinə qaytarılmasına) çəkilən xərclər. Əmlakın bərpa edilməsi xərcləri hesablanarkən təmir üçün zəruri materialların və ehtiyat hissələrinin alınması xərcləri və işlərin görülməsinə ödənilən haqq nəzərə alınır. Əmlakın bərpası xərclərindən təmir prosesində dəyişdirilən istifadəyə yararlı hissələrin, detalların və ləvazimatların qalıq dəyəri çıxılır. Təmir prosesində dəyişdirilən ayrı hissələrin, detalların və ləvazimatların qalıq dəyəri sığorta ödənişinin məbləğindən çıxılmalıdır. Bununla yanaşı istifadəyə yararlı qalıqların dəyəri sığorta hadisəsinin səbəb olduğu ucuzlaşma (köhnəlmə xxxxx) nəzərə alınaraq hesablanır.
26.1.2. üçüncü şəxslərin səhhətinə zərər vurulduqda, sığorta ödənişinin miqdarı aşağıdakılara görə müəyyən edilir:
a) səhhətinə vurulmuş zərər nəticəsində əmək qabiliyyətini itirmiş üçüncü şəxs(lər)in itirdiyi əmək haqqının (qazancın) miqdarı;
b) üçüncü şəxs(lər)in səhhətinin bərpası üçün zəruri xxxx əlavə xərclərin (müalicə, əlavə qidalanma, dərmanların alınması, protez qoyma, kənar şəxslərin qulluğu, sanatoriya-kurort müalicəsi) miqdarı.
26.1.3. üçüncü şəxslərin həyatına zərər vurulduqda, sığorta ödənişinin miqdarı aşağıdakılara görə müəyyən edilir:
a) dəfn xərcləri;
b) ailə başçısının ölümü ilə əlaqədar zərərin əvəzini almaq hüququna malik, vəfat etmiş üçüncü şəxs həyatda olarkən onun öhdəsində xxxx və onun vəsaiti hesabına yaşamaq hüququ xxxx şəxslərin üzərinə düşən hissədə (payda) vəfat etmiş şəxsin əmək haqqı (qazancı).
26.2. Sığortaçı sığorta məbləğinin 3 % həddində üçüncü şəxslərin irəli sürdükləri iddia tələbləri ilə əlaqədar vəkil haqqları istisna olmaqla, məhkəmə işinin gedişində sığortalının çəkdiyi xərclərin əvəzini ödəyir.
BÖLMƏ 8. SIĞORTA ÖDƏNİŞİ
Maddə 27. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər
27.1. Sığorta obyektinə dəyən zərərlərdə:
27.1.1. sığortalanmış heyvan(lar) tələf olduqda:
− hadisənin baş vermə səbəbi və şəraiti göstərilməklə, hadisə ilə əlaqədar müvafiq səlahiyyətli orqanlarının arayışı və ya aktı;
− qida üçün yararlı əlavə məhsulların (ətin, dərinin) satılmasından əldə olunan gəlirləri təsdiq edən sənədlər;
− tələf olmuş sığorta obyektinin foto şəkilləri.
27.1.2. sığortalanmış heyvan(lar) məcburi kəs(dir)ildikdə:
− məcburi kəs(dir)ilmənin səbəbini özündə əks etdirən baytarlıq xidmətinin qərarı (sərəncamı);
− baytarlıq xidmətinin qərarı əsasında qida üçün yararlı əlavə məhsulların (ətin, dərinin) satılmasından əldə olunan gəlirləri təsdiq edən sənədlər.
27.2. Sığorta müqaviləsi ilə heyvanların sahiblərinin mülki məsuliyyətinə sığorta təminatı verildiyi hallarda, sığortalanmış heyvanların üçüncü şəxslərin səhhətinə və/və ya əmlakına vurduqları zərər ilə əlaqədar sığortalıya qarşı pretenziyalar və ya məhkəmənin qüvvəyə minmiş qərarına əsaslanmış tələblər (bu halda aşağıda göstərilən sənədlərdən başqa məhkəmənin qüvvəyə minmiş qərarının surəti də sığortalının ərizəsinə əlavə edilməlidir) irəli sürüldükdə:
27.2.1. zərərçəkən şəxsin itirdiyi əmək haqqının (qazancın) əvəzinin ödənilməsi tələbi irəli sürüldükdə:
− zərərçəkən şəxsin əmək qabiliyyətini itirmə müddəti və aldığı şikəstliyin, diaqnozun mahiyyəti göstərilmiş müvafiq müəssisənin tibbi rəyi;
− zərərçəkən şəxslərin əmək qabiliyyətini itirmə dərəcəsini, o cümlədən əlillik qrupunu göstərən tibbi-sosial və ya məhkəmə-tibbi ekspert komissiyasının rəyi;
− zərərçəkən şəxsin qazancının (pensiyanın, əmək haqqının, təqaüdün) miqdarını göstərən iş yerindən, sosial müdafiə fondundan və ya təhsil müəssisəsindən arayış;
− zərərçəkən şəxsin gəlirlərini təsdiq edən və itirdiyi qazancın hesablanmasında nəzərə alınan digər sənədlər.
27.2.2. ailə başçısının ölümü ilə əlaqədar zərərin əvəzinin ödənilməsi tələbi irəli sürüldükdə:
− ölüm haqqında şəhadətnamə;
− həlak olmuş şəxsin öhdəsində xxxx və onun vəsaiti hesabına yaşamaq hüququ xxxx şəxslər və ailə üzvləri tərəfindən ərizə;
− ailə başçısının ölümü ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə zərərin əvəzinin hesablanması üçün həlak olmuş şəxsin (aldığı pensiya, ömürlük təqaüd, rentalar və s. bu kimi) gəlirlərini təsdiq edən arayış;
− həlak olmuş şəxsin sığorta hadisəsinin baş verdiyi tarixdə öhdəsində həddi-buluğa çatmamış uşaqları olmuşdursa, doğum haqqında şəhadətnamə(lər);
− həlak olmuş şəxsin öhdəsində sığorta hadisəsinin baş verdiyi tarixdə əlil şəxslər olmuşdursa, zərər çəkmiş şəxslərin əlillik dərəcəsini göstərən tibbi-sosial və ya məhkəmə-tibbi ekspert komissiyasının arayışı;
− həlak olmuş şəxsin öhdəsində sığorta hadisəsinin baş verdiyi tarixdə təhsil müəssisəsində təhsil xxxx şəxslər olmuşdursa, zərərin əvəzini almaq hüququ xxxx ailə üzvünün həmin təhsil müəssisəsində təhsil xxxxxx barədə arayış;
− həlak olmuş şəxsin öhdəsində sığorta hadisəsinin baş verdiyi tarixdə kənar şəxslərin qulluğuna ehtiyacı xxxx şəxslər olmuşdursa, bunu təsdiq edən sosial təminat orqanının (tibb müəssisəsinin, yerli özünüidarə orqanının, məşğulluq xidmətinin arayışı) rəyi;
− həlak olmuş şəxsin öhdəsində sığorta hadisəsinin baş verdiyi tarixdə onun xəstə qohumlarına baxmaqla məşğul xxxx, işləməyən ailə üzvləri olmuşdursa, bunu təsdiq edən sosial təminat orqanının (tibb müəssisəsi, yerli özünüidarə orqanı, məşğulluq xidməti) arayışı.
27.2.3. həlak olmuş şəxsin dəfn xərclərinin əvəzinin ödənilməsi tələbi irəli sürüldükdə:
− ölüm haqqında şəhadətnamə;
− dini mərasimlə əlaqədar xxxx xidmətləri və dəfn üçün çəkilən xərcləri təsdiq edən sənədlər.
27.2.4. üçüncü şəxsin əmlakına zərər vurulduqda:
− vurulan zərərin miqdarını təsdiq edən sənədlər;
− zərərə məruz qalan əmlakın foto şəkilləri.
Maddə 28. Sığorta ödənişinin hesablanması və verilməsi qaydası
28.1. Sığortaçı sığorta müqaviləsi ilə təminat verilmiş hadisələr baş verdikdə, sığorta ödənişini sığortalının ərizəsinə (sığorta tələbinə), hadisə ilə əlaqədar və bu Qaydaların 27-ci maddəsinə əsasən sığortaçının tələb etdiyi sənədlərə və sığortaçının nümayəndəsinin tərtib etdiyi sığorta aktına əsasən ödəyir.
28.2. Sığortalanmış maraqlara vurulan zərərlərin həcmi müəyyən olunduqdan sonra sığorta ödənişinin hesablanması aşağıdakı yollarla həyata keçirilir:
28.2.1. qismən sığorta zamanı - vurulmuş zərərlərə sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində təminat verilir;
28.2.2. sığorta müqaviləsində azadolma məbləği nəzərdə tutulduqda - azadolma məbləği çıxılmaqla zərərlərə təminat verilir.
28.3. Ailə başçısının ölümü ilə əlaqədar üçüncü şəxslərə dəyən zərərin əvəzi həmin şəxslərlə razılaşma əsasında, onların qarşısında məsuliyyət daşıdığı müddət ərzində sığortaçı tərəfindən müntəzəm və ya birdəfəlik ödənişlə ödənilə bilər.
28.4. Tələb olunan bütün sənədlər təqdim olunduqdan 15 gün ərzində sığortaçı sığorta ödənişini həyata keçirir və ya sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə sığortalıya (və ya faydalanan şəxsə) səbəbini yazılı surətdə göstərməklə məlumat verir.
28.5. Sığorta hadisəsinin baş verdiyi tarixdə sığorta obyektinə münasibətdə eyni risklərdən digər sığortaçılarla bağlanmış sığorta müqavilələri qüvvədə olmuşdursa, sığortaçı, sığorta ödənişini sığortaçı ilə bağlanmış heyvanların sığortası müqaviləsi üzrə sığorta məbləğinin sığortalının qüvvədə xxxx bütün sığorta müqavilələrinin sığorta məbləğlərinin cəminə xxxx nisbətində həyata keçirir.
28.6. Sığorta hadisəsi (zərərin meydana gəlməsi) faktı üzrə cinayət işi açılıbsa və yaxud məhkəmə prosesi başlayıbsa, sığorta ödənişinin verilməsi barədə qərar açılmış cinayət işi üzrə ibtidai (ilkin) istintaq orqanlarının və yaxud məhkəmənin qüvvəyə minmiş qəti qərarının qəbul edilməsinə, istintaqın və ya məhkəmədə işin baxılmasının sonunadək təxirə salına bilər.
Maddə 29. Ödənilməmiş sığorta haqqının nəzərə alınması
Əgər sığorta ödənişi verildiyi anda sığorta xxxxx xxx ödənilməmişdirsə, sığortaçı ödəniş zamanı sığorta haqqının ödənilməyən hissəsini hesablanmış sığorta ödənişi məbləğindən tutmaq hüququna malikdir.
Maddə 30. Sığorta ödənişinin verilməsindən imtina
30.1. Aşağıdakı hallarda sığortaçı sığortalıya sığorta ödənişini verməkdən imtina etmək hüququna malikdir:
30.1.1. sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin (və yaxud onların nümayəndələrinin) qəsdi nəticəsində sığorta hadisəsi baş verdikdə;
30.1.2. bu Qaydaların 23.1.5-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda;
30.1.3. əgər həmin sənədlərin olmaması baş vermiş sığorta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin miqdarını sübut etmək imkanını vermirsə, üçüncü şəxslərin qeyri-qanuni hərəkətləri (sındırma yolu ilə oğurluq, soyğun, qarət) nəticəsində sığortalanmış heyvanların tələf olmasına və ya məcburi kəsdirilməsinə dair səlahiyyətli orqanlardan alınmış sənədlər təqdim edilmədikdə;
30.1.4. sığorta hadisəsinin baş verməsinə və/və ya onun səbəb olduğu zərərin miqdarının artmasına gətirib çıxaran kobud dərəcədə laqeydliyə yol verdikdə;
30.1.5. sığortalanmış heyvanlar yararsız (qısırlığın, keçirilmiş müxtəlif xəstəliklərin və s. amillərin səbəb olduğu məhsuldarlığın azalması ilə əlaqədar olaraq heyvanların sığortalının təsərrüfatında saxlanılmasının iqtisadi cəhətdən əlverişsiz) hesab edilib məcburi kəs(dir)ildikdə və ya kəsilməyə verildikdə;
30.1.6. sığortalı və ya faydalanan şəxs tərəfindən heyvanların saxlanılmasına dair ümumi olaraq qəbul edilmiş qaydalara və/və ya baytarlıq idarəsinin və digər səlahiyyətli orqanların göstərişlərinə əməl edilmədikdə, həmçinin sığortalanmış heyvan(lar) yaşlılıq və ya yemsizlik və/və ya tarazlaşdırılmamış yemlə(n)mə rasionu nəticəsində əldən düşməsi səbəbindən tələf olduqda;
30.1.7. sığortalının risklə əlaqədar ona məlum xxxx məlumatları vermədikdə və ya xxxxxx dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar barədə qəsdən yanlış məlumatlar verdikdə;
30.1.8. sığortalı riskdə baş verən əhəmiyyətli dəyişikliklər barədə sığortaçıya vəziyyəti öyrəndiyi və ya öyrənməli olduğu andan 24 saat ərzində yazılı surətdə bildirmədikdə (bu Qaydaların 23.1.3 bəndinə əməl etmədikdə);
30.1.9. sığorta hadisəsinin və ya onun səbəb olduğu zərərlərin baş vermə şəraitinə dair sənədləri saxtalaşdırdıqda;
30.1.10. yerinə yetirilmədiyi təqdirdə sığorta hadisəsinin baş verməsinə və ya zərərlərin həcminin artmasına gətirib çıxarmış, yaxud da sığorta hadisəsinin şəraitinin düzgün aydınlaşdırılması imkanlarını pozmuşdursa, sığortalı tərəfindən sığorta müqaviləsinə, bu Qaydalara və ya qanunvericiliyə əsasən ona həvalə edilən öhdəlik və şərtlərə əməl edilmədikdə;
30.1.11. sığorta müqaviləsi üzrə hər hansı bir iddia ortaya çıxan zaman sığorta obyektinin digər sığorta şirkəti tərəfindən eyni risklərdən sığortalandığı müəyyən edildikdə.
30.2. Bilavasitə və ya dolayısı ilə sığortalı tərəfindən mühüm şərtlərin yerinə yetirilməməsi səbəbindən sığorta hadisəsi baş verdiyi və ya zərərin məbləği artdığı halda sığortaçı müvafiq olaraq sığorta ödənişindən imtina etmək və ya zərər məbləğinin artdığı həcmdə sığorta ödənişini azaltmaq hüququna malikdir.
30.3. Epizootik vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin sənədləri (yazılı göstərişləri) əsasında heyvanların məhv edildiyi hallar istisna olmaqla, sığortalının bu Qaydaların 23.1.5 bəndinin tələblərini yerinə yetirmədikdə, sığorta ödənişi verilmir.
Maddə 31. Zərərin dəyməsində təqsirli xxxx şəxslər tərəfindən zərərin ödənilməsi
31.1. Əgər sığortalı vurulmuş zərərlərə görə zərərin əvəzini zərərin dəyməsində təqsirli xxxx şəxsdən almışdırsa, sığortaçı yalnız verilməli xxxx sığorta ödənişi məbləği ilə sığortalının təqsirli xxxx şəxsdən aldığı məbləğ arasındakı fərqi ödəyir.
31.2. Sığortalıya (faydalanan şəxsə) vurulmuş zərərin əvəzi zərərin dəyməsində təqsirli xxxx şəxs tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini həyata keçirmir, həyata keçirdiyi halda isə sığorta ödənişi sığortaçıya qaytarılmalıdır. Əks halda sığortaçı sığortalıya (faydalanan şəxsə) qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddia irəli sürmək hüququna malikdir.
31.3. Zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda, sığortaçı, sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edir.
BÖLMƏ 9. DİGƏR MÜDDƏALAR
Maddə 32. Marağın keçməsi
Sığorta obyektinin satılması və yaxud onlara hüquqların digər şəxsə verilməsi halında, sığortaçının razılığı olmazsa, sığorta müqaviləsi ilə verilən sığorta təminatı, alıcıya və ya əmlaka hüquqları xxxx hər hansı digər şəxsə aid edilmir.
Maddə 33. Subroqasiya hüququ
33.1. Xxxxxxxxxxx hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
33.2. Xxxxxxxxxx şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
33.3. Xxxxxxxxxx şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
33.4. Xxxxxxxxxx şəxs zərərvuran şəxsə iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində sığorta ödənişi verməkdən azad edilir. Xxxx xxxxxxxxxx şəxsin təqsiri ucbatından bu hüququn həyata keçirilməsi mümkün olmazsa, sığortaçı bütünlüklə və ya qismən sığorta ödənişini vermək öhdəliyindən azad olunur və lüzumsuz yerə verilmiş sığorta ödənişinin qaytarılmasını tələb etmək hüququna malikdir.
33.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
Maddə 34. Qismən sığorta
Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir.
Maddə 35. İkili (çoxqat) sığorta
35.1. Sığorta məbləği sığorta obyektinin (sığortalanan heyvanın) sığorta müqaviləsi bağlandığı andakı həqiqi dəyərindən - sığorta dəyərindən xxx olduğu halda (ikili və ya çoxqat sığorta), həmin müqavilə sığorta məbləğinin sığorta dəyərindən artıq xxxx hissəsində etibarsızdır.
35.2. Sığorta obyektinin bir neçə sığortaçıda sığortalanması nəticəsində sığorta məbləğlərinin ümumi cəmi onun sığorta dəyərindən artıq olduğu halda (ikili və ya çoxqat sığorta), bütün sığortaçılar yalnız sığorta dəyəri miqdarında məsuliyyət daşıyırlar. Belə halda hər bir sığortaçı özünün bağladığı müqaviləyə müvafiq sığorta məbləğinin bütün bağlanmış müqavilələr üzrə ümumi sığorta məbləğinə xxxx nisbətinə mütənasib xxxx miqdarında məsuliyyət daşıyır.
35.3. Əgər sığortalanan heyvanların sahiblərinin məsuliyyəti bir neçə sığortaçıda sığorta edilibsə (ikiqat sığorta), hər bir sığortaçı özünün bağladığı müqavilədə müəyyənləşdirilmiş məsuliyyətinə müvafiq xxxx miqdarda məsuliyyət daşıyır.
Maddə 36. Azadolma məbləği və gözləmə müddəti
36.1. Sığorta müqaviləsi ilə şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər.
36.2. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.
36.3. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır.
36.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
36.5. Sığorta müqaviləsində gözləmə müddəti nəzərdə tutulduqda, sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin əvəzinin ödənilməsi sığortalının üzərində qalır.
36.6. Şərtli gözləmə müddəti müəyyən edildikdə, sığorta hadisəsinin nəticələrinin həmin müddətə bərabər və ya ondan artıq müddətdə davam etməsi şərti ilə sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə də şamil edilir.
36.7. Sığorta müqaviləsində şərtsiz gözləmə müddəti müəyyən edildikdə, sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmir.
Maddə 37. Xxxxxxx haqqında qeyd-şərt
37.1. Sığorta məbləğlərinin, azadolmaların və tələblərin xarici valyuta ilə ifadə olunduğu hallarda, bütün ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının ödənişin həyata keçirildiyi tarixə və ya ödənişə əsas verən sənədin tərtib edilməsi tarixinə xxxx rəsmi məzənnəsi əsasında Azərbaycan manatı ilə, ya da Azərbaycan Respublikasının valyuta qanunvericiliyinə müvafiq olduğu hallarda hər hansı xarici valyuta ilə həyata keçirilə bilər.
37.2. Əgər sığorta ödənişinin verilməsi üçün əsas xxxx sənədlər Azərbaycan manatı və ya müqavilənin valyutasından fərqli valyutada ifadə olunmuşdursa, sığorta müqaviləsinin ifadə olunduğu valyutaya çevirmə Azərbaycan Respublikası Mərkəzi Bankının həmin sənədin buraxıldığı tarixə uyğun rəsmi məzənnəsi əsasında həyata keçirilir.
Maddə 38. İş sirlərinin gizli saxlanılması
Sığortaçı, sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda dəyən zərərə görə məsuliyyət daşıyır.
Maddə 39. Mübahisələrin həlli qaydası
Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
Maddə 40. İddia müddəti
Sığorta şəhadətnaməsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
SIĞORTA TARİFLƏRİ VƏ ONLARIN İQTİSADİ ƏSASLANDIRILMASI
Tarİf dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netlo-dərəclərin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1) Sığorta hadisəsinin baş vcrməsi ehtimalı (q) - 0,02;
2) Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği (So) - 1 000 manat;
3) Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi (Sö) - 700 manat;
4) Bağlanılacaq sığorta müqaviləlorinin sayı (n) - 50.
! Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dəracəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək. Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablamr:
Tə = 100qSö/So = 0,02 * 100 * 700 / 1 000 = 1,4 manat.
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0,95 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a = 1,645 olur. Risk Üstəliyi aşağıdakı düsturla hesablanır:
1/2 1/2
Tr = 1,2 * Tə * a * ((l-qV(nq)) = 1,4 * 1,2 * 1,645 * ((l-0,02)/(50 + 0,02)) - 2,73 manat ' Tn - Tə + Tr = 1,4 + 2,73 = 4,13 manat.
Tarif dərəcəsinin strukturu : netto-dərəcə - 70 %, yüklənmə - 30 %. O cümlədən, işlərin aparılması xərcləri - 28,7
%, sığorta sektorunda dövlət tənzimlənməsi və nəzarətinin həyata keçirilməsinin maliyyələşdrrilməsi - 0,3 %, tarif mənfəəti - 1 %. Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hcsablanması dtisturuna əsasən
Tb - Tn /(1-0 - 4,13/(1-0,3) - 3,43 manat
Sığortanm şərtlərindən asılı olaraq tarif dərəcələri aşağıdakı həcmlərdə müəyyən edilir:
1) İri buynuzlu mal-qara (südlük) - 1 - 8 %;
2) İri buynuzlu mal-qara (ətlik) - 1 - 6 %;
3) Xırda buynuzlu hcyvanlar - 2 - 8 %;
4) Donuzlar-2,5-8%;