Müştəri Ilə Ümumi Şərtlər Sample Contracts

Bolt Qida çatdırılması xidmətinin Müştəri ilə Ümumi Şərtləri
Müştəri Ilə Ümumi Şərtlər • March 7th, 2023

Bu Ümumi Şərtlər Bolt Qida Platformasının (aşağıda müəyyən edilmiş) istifadə edilməsi ilə əlaqədar Bolt və İstifadəçi arasındakı bütün münasibətlərə, həmçinin Bolt Qida Platforması (aşağıda müəyyən edilmiş) vasitəsilə bağlanmış Alğı-satqı Müqavilələri və Çatdırılma Müqavilələrinin müəyyən aspektlərinə şamil edilir. Bolt Qida Platformasına üzv olmaqla İstifadəçi bu Ümumi Şərtlərin tətbiq edilməsinə və məzmununa dair razılığını verir və Bolt Qida Platformasında qeydiyyat və ondan istifadə zamanı açıqlanmış fərdi məlumatlarının bu Ümumi Şərtlərdə müəyyən edilmiş şərtlər əsasında işlənməsi barədə məlumatlandırılır. Siz həmçinin razılaşırsınız ki, sizin məlumatlarınız (Balans daxil olmaqla) müxtəlif Bolt platformaları (məs., sərnişinlərin çatdırılması platforması) arasında paylaşıla bilər.