Mübahisələrin həlli Nümunə Maddələri

Mübahisələrin həlli. 13.1. Elektron ticarətin iştirakçıları arasında mübahisələr qanunvericiliyə zidd olmayan məhkəmədənkənar vasitələrlə, o cümlədən elektron vasitələrdən istifadə etməklə həll edilə bilər.
Mübahisələrin həlli. Bu Qanundan irəli gələn mübahisələr, tərəflər arasında danışıqlar yolu ilə tənzimlənməsi mümkün olmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada səlahiyyətli orqanlar tərəfindən, o cümlədən məhkəmə qaydasında həll edilir.
Mübahisələrin həlli. Bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı meydana çıxan istənilən mübahisə danışıqlar yolu ilə və diplomatik kanallar vasitəsilə həll olunacaqdır.
Mübahisələrin həlli. Bu Qanundan irəli gələn mübahisələr, tərəflər arasında danışıqlar yolu ilə tənzimlənməsi mümkün olmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada səlahiyyətli orqanlar tərəfindən, o cümlədən məhkəmə qaydasında həll edilir.114
Mübahisələrin həlli. 15.16. Müqavilənin məqsədlərinin həyata keçirilməsi ilə bağlı tərəflər arasında yaranan bütün münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq tənzimlənir.
Mübahisələrin həlli. Bu Anlaşma Memorandumunun təfsiri və ya həyata keçirilməsi ilə əlaqədar meydana çıxan istənilən mübahisələr Tərəflər arasında qarşılıqlı məsləhətləşmələr və danışıqlar vasitəsilə həll ediləcəkdir.
Mübahisələrin həlli. Bu Qanuna əsasən bağlanan sığorta müqaviləsindən irəli gələn mübahisələr üzrə tərəflər arasında qarşılıqlı razılıq əldə edilmədikdə, həmin mübahisələr məhkəmə qaydasında həll edilir.
Mübahisələrin həlli. 31.1. Əmanətçilər kompensasiyaların ödənilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli üçün Fondun Himayəçilik Şurasına və/və ya məhkəməyə müraciət edə bilərlər.
Mübahisələrin həlli. Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı yaranan fikir ayrılıqları Razılığa gələn Tərəflər arasında danışıqların və məsləhətləşmələrin aparılması yolu ilə həll olunur.
Mübahisələrin həlli. Bu Sazişin təfsiri və ya tətbiqi ilə əlaqədar ortaya çıxan mübahisəli məsələlər 6-cı maddədə göstərilən səlahiyyətli orqanlar arasında dostcasına məsləhətləşmələr və diplomatik kanallarla həyata keçirilən danışıqlar vasitəsilə həll edilir. Bu Saziş Tərəflərin digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə xələl gətirmir.