Məqsəd Nümunə Maddələri

Məqsəd. Bu Protokolun məqsədi Türkiyə Respublikası tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 215.000 (iki yüz on beş min) ABŞ dolları məbləğində göstəriləcək maliyyə yardımının tətbiq edilməsi əsaslarını müəyyən etməkdir.
Məqsəd. Bu protokolun məqsədi Türkiyə Respublikası tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 240 000 (iki yüz qırx min) ABŞ dollarına qədər göstəriləcək maliyyə yardımının tətbiq edilməsi əsaslarını müəyyən etməkdir.
Məqsəd. Hazırki AM-nun əsas məqsədi Tərəflərin bərabərlik və qarşılıqlı faydalılıq prinsipinə əsaslanan əməkdaşlığı vasitəsilə Azərbaycan Respublikasının mineral ehtiyat yataqlarının tədqiqi və işlənilməsinə KREK-və KGMEİ-nin sərmayə qoyuluşlarını təşviq etməkdir.
Məqsəd. Hazırki Kodeksin məqsədi - Carlsberg Group-un əməkdaşlarını və biznes partnyorlarımızı bizim qurmaq istədiyimiz prinsip və etik dəyərlər ilə xxxxx olmasını təmin etməkdir. Hazırki Kodeks bizim davranış standartlarımızın təsdiqlənməsi və təşviq edilməsi, eləcə də vicdanlı və etik davranışın inkişaf etdirilməsi məqsədilə tərtib edilmişdir. Hazırki Kodeks baş vermis hər bir hadisəya birbaşa şamil edilə bilməz, buna görə də əməkdaşlar və işguzar partnyorlar Qrupun adından çıxış edərkən məntiqə uyğun fikirləri və sağlam düşüncəni rəhbər tutmalıdır. Əməkdaş və ya işguzar partnyor bu Kodeksin hər hansı müddəasının tətbiqində özünü əmin hiss etmədikdə, 0, komplayens məsələlərinə cavabdeh xxxx əməkdaşa vəya hüquqşunasa müraciət etməlidir.
Məqsəd. Bu Vəzifə Təlimatının məqsədi qarşılıqlı maraqları təşviq etmək və Tərəflər arasındakı hərbi əlaqələri daha da inkişaf etdirmək üçün Tərəflərin müştərək maraq sahələrini araşdırmaq, müzakirə etmək, əməkdaşlıq tədbirləri görmək və bu məqsədlə qəbul edilən müştərək qərarları icra etməkdir.
Məqsəd. Bu Sazişin məqsədi Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığı tərəfindən Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinə veriləcək pilotaj təlimləri ilə bağlı prinsip və öhdəlikləri müəyyənləşdirməkdir.
Məqsəd. Bu Sazişin məqsədi Türkiyə Respublikası Hökuməti tərəfindən Azərbaycan Respublikası Hökumətinə maliyyə əməkdaşlığına əsasən Türkiyə Respublikasının milli qanunvericiliyinə uyğun olaraq və illik smeta üzrə təxsisatları çərçivəsində illər üzrə ayrılacaq, ümumilikdə 200.000.000 (iki yüz milyon) Türk lirəsinin ekvivalenti ABŞ dollarının ilk növbədə istəyə bağlı olaraq Türkiyədə 100 faiz yerli istehsalla məşğul xxxx yerli şirkət və müəssisələrdən hərbi məqsədlərlə mal və xidmətlərin satın alınması məqsədilə istifadə edilməsinə dair əsasları müəyyənləşdirməkdir.
Məqsəd. Bu Sazişin məqsədi öz dövlətlərinin milli qanunvericiliyi çərçivəsində Tərəflər arasında energetika və mədənçilik sahələrində, xüsusilə bərpa olunan və təmiz enerji və enerji səmərəliliyi, enerjiyə qənaət edən işıqlandırma vasitələrinin, məişət və sənaye elektrik avadanlıqlarının, o cümlədən fərdi təsərrüfatlar üçün külək və günəş enerji minigeneratorlarının istehsalının təşkili, karbohidrogen, neft-kimya və elektroenergetika sahələrində ikitərəfli xxxx, texniki, texnoloji, hüquqi, inzibati və ticari əməkdaşlığın inkişafını təşviq etməkdir.
Məqsəd. Bu Sazişin məqsədi Tərəflər arasında müdafiə təyinatlı mal və xidmətləri təkmilləşdirilməsi, istehsalı, tədarükü, ardıcıllığı və müvafiq texniki, eləcə də maddi-texniki təminat sahələrində daha səmərəli əməkdaşlıq vasitəsilə Tərəflərin müdafiə sənayesi sahəsində bacarıqlarını inkişaf etdirərək müdafiə sənayesi sahəsində əməkdaşlığı təmin etməkdir.
Məqsəd. Hazırkı Sazişin məqsədi beynəlxalq hüquq normalarına və Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq hər iki Tərəfin müvafiq qurumları arasında bərabərlik və qarşılıqlı hörmət əsasında təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməkdir.