SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ Nümunə Maddələri

SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ. Bu sığorta qaydaları ilə, sığorta şəhadətnaməsinin əlavəsi xxxx və onun ayrılmaz hissəsini təşkil edən inventar cədvəlində miqdarı, istehsal tarixi, xüsusiyyətləri və dəyərləri göstərilən dəzgah və qurğulara sınaq müddətindən sonra normal işlədikləri zaman və ya iş yerində təmizləndiyi, yoxlanıldığı, yeri dəyişdirildiyi və ya bir yerdə durduğu halda aşağıdakı qəflətən baş vermiş və gözlənilməz səbəblər nəticəsində, dəyən maddi ziyan və zərərlərə, habelə onların zəruri etdiyi təmir və əvəz etmə xərclərinə təminat verilir;
SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ. Bu sığorta qaydalara əsasən sığorta təminatı aşağdakı bölmələr üzrə verilə bilər:
SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ. Bu sığorta qaydaları ilə, sığorta şəhadətnaməsinə daxil xxxx əmlaklara, sığorta müddəti ərzində, montaj sahəsində olduqları zaman və inşaat işləri aparılarkən, əvvəlcədən bilinməyən və gözlənilməz səbəblərə görə dəyən ziyan və zərərlərə bu sığorta şəhadətnaməsində və bu qaydalarda göstərilən istisnalar nəzərə alınmaqla təminat verilir.
SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ. A) Bu sığorta qaydaları ilə, (B) bəndində növ və xüsusiyyətləri göstərilən heyvanların;
SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ. Fərdi qəza sığortası üzrə sığortaçı bu şərtlər daxilində sığortalının sığorta müddəti ərzində məruz qalacağı bədbəxt hadisələrin nəticələrinə qarşı təminat verir.
SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ. 2.1. Daşınmaz əmlaklar üzrə:
SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ. Bu sığorta şərtləri ilə, hansısa bir kommersiya fəaliyyəti həyata keçirilən zaman istifadə edilən daşınan və daşınmaz əmlaklara, əmlakın yanğın və digər risklərdən sığortası ilə təminat verilən risklərlə əlaqədar dəyən zərər və itkilər nəticəsində kommersiya fəaliyyətinin qismən və ya tamamilə dayandırılması və yaxud istehsalın zəifləməsinə görə meydana gələn gəlir itkilərinə, sığortaçı tərəfindən sığorta müqaviləsində göstərilən sığorta məbləği həddində təminat verilir. Sığortaçının gəlir itkisi sığortası üzrə ödəniş verməsi üçün, sığortalının kommersiya fəaliyyətini həyata keçirərkən istifadə etdiyi bina, avadanlıq, dəzgah, qurğu və əmtəələrin, qüvvədə xxxx əmlakın yanğın və digər risklərdən sığortası müqaviləsi ilə təminat verilən hadisənin baş verməsi nəticəsində zərərə düşməsi və meydana gələn zərərin sığortaçı tərəfindən ödənilməsi və ya ödəniş cavabdehliyinin qəbul edilməsi əsas götürülür. Bu sığorta şərtləri tətbiq edildiyi zaman “kommersiya fəaliyyəti” dedikdə, qazanc əldə etmək üçün həyata keçirilən bütün növ fəaliyyətlər; “gəlir itkisi” dedikdə isə, kommersiya fəaliyyətinin dayanması və ya istehsalın zəifləməsi nəticəsində, sığоrta təminat müddətində ümumi mədaxildə baş verən azalmanın və bu azalmanın aradan qaldırılması üçün çəkilən xərclərin səbəb olduğu xalis gəlir itkisi nəzərdə tutulur.
SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ. Fərdi qəza və xəstəlik sığortası, sığortalı şəxsin sığorta müddəti ərzində xəstəlik və fərdi qəza (bədbəxt hadisə) nəticəsində ölümü halında sığortadan faydalanana, sığortadan faydalanan təyin edilməmişdirsə, qanuni varislərinə, daimi şikəstlik halında isə sığorta şəhadətnaməsində göstərilən məbləğin sığortalının özünə ödənilməsinə təminat verir.
SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ. 8.1. Sığorta, şəhadətnamədə qeyd olunan marşrut hüdudlarında, təminatda hesab olunur.
SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ. 13.1. Bu sığorta şərtləri ilə dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələrinə, yaxud onlarla əlaqədar sığorta etdirilə bilən digər əmlaklara sığorta şəhadətnaməsində göstərilən müddət ərzində dəyə biləcək ziyan və zərərlərə sığorta şəhadətnaməsinin şərtləri daxilində təminat verilir.