ÖLÜM TƏMİNATININ ÖDƏNİLMƏSİ Nümunə Maddələri

ÖLÜM TƏMİNATININ ÖDƏNİLMƏSİ. Sığortalının, sığorta müddəti ərzində vəfat etməsi halında sığorta şəhadətnaməsində göstərilən təminat məbləği faydalanan şəxsə, faydalanan şəxs təyin edilməmişdirsə sığortalının qanuni varislərinə ödənilir. Sığorta ödənişinin tələb edilməsi üçün sığortadan faydalanan şəxs və yaхud qanuni varisləri aşağıda göstərilən sənədləri təqdim etməlidirlər : - Sığorta şəhadətnaməsi, - Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyat idarəsi tərəfindən verilən ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti; - Hadisənin baş verməsi haqqında arayış; - Faydalanan şəxs təyin edilmədiyi hallarda vəsiyyətnamənin notariat qaydasında təsdiq edilmiş surəti; - Sığortalının sağlamlığı haqqında qeydiyyat vərəqəsi. Hadisə baş verdikdə 5 gün ərzində sığorta şirkətinə məlumat verilməlidir.

Related to ÖLÜM TƏMİNATININ ÖDƏNİLMƏSİ

  • Yekun müddəalar Maddə 15

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.