Common use of Bir qiymətli hərrac üsulu (birbaşa hərrac üsulu) Clause in Contracts

Bir qiymətli hərrac üsulu (birbaşa hərrac üsulu). 6.5.1. Bir qiymətli hərrac üsullu ticarət zamanı əqdlər hərracın sonunda, toplanmış alış və ya satış sifarişlərinə qarşı qiymətli kağızları hərraca çıxaran ticarət iştirakçısı tərəfindən öncədən elan edilmiş bir qiymətlə əks sifarişin daxil edilməsi yolu ilə bağlanır. 6.5.2. Bir qiymətli hərrac iki mərhələdə təşkil olunur: sifarişlərin qəbul edilməsi və əqdlərin bağlanması. 6.5.3. Sifarişlərin qəbul edilməsi mərhələsində ticarət iştirakçıları rəqabətli sifarişlər təqdim edirlər. Bu mərhələdə ticarət iştirakçıları hərraca çıxarılmış qiymətli kağızlar üzrə təqdim etdikləri sifarişlərin şərtlərini dəyişdirə və ya bu sifarişləri ləğv edə bilərlər. Sifarişlərin təqdim edilmə müddəti bitdikdən sonra sifarişlərin təqdim edilməsinə, dəyişdirilməsinə və ləğv edilməsinə yol verilmir. 6.5.4. Əqdlərin bağlanması mərhələsində qiymətli kağızları hərraca çıxaran ticarət iştirakçısı öncədən elan edilmiş qiymət və həcmdə toplanmış sifarişlər üzrə əks sifarişi daxil edir və nəticədə əqdlər bağlanır. 6.5.5. Sifarişlərin qəbulu mərhələsində təqdim edilmiş sifarişlər (sifarişlər kitabı) yalnız qiymətli kağızları hərraca çıxaran ticarət iştirakçısına açıqlanır. Digər hərrac iştirakçıları yalnız özlərinin təqdim etdikləri sifarişləri görə bilir.

Appears in 4 contracts

Samples: Qaydalar, Qaydalar, Qaydalar