Common use of Marketmeyker statusunun verilməsi proseduru Clause in Contracts

Marketmeyker statusunun verilməsi proseduru. 8.2.1. Marketmeyker statusunun əldə edilməsi üçün Xxxxx üzvü bu barədə ərizə ilə Xxxxxxxx İdarə Heyətinə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: a) Ərizəçinin bu Qaydaların 8.1 bəndinin tələblərinə cavab verməsini təsdiq edən sənədlər; b) Marketmeyker fəaliyyəti ilə məşğul olmaq üçün müraciət forması (Əlavə №2); c) Üzərinə götürdüyü gündəlik minimal alış həcmi öhdəliyinə bərabər miqdarda pul vəsaitinin Birjanın hesabına köçürülməsini təsdiq edən sənəd və ya həmin həcmdə bank təminatı; d) Marketmeykerin adından ticarətdə iştirak edəcək bu Qaydaların 8.1.1-ci bəndinin “c” yarımbəndindəki tələblərə cavab verən səlahiyyətli treyder barədə məlumat; e) Marketmeykerin klirinq təşkilatında xxxx hesab nömrəsi. 8.2.2. Marketmeyker statusunun əldə edilməsinə dair ərizəyə onun təqdim edildiyi tarixdən 5 (beş) iş günü ərzində Xxxxxxxx İdarə Heyəti tərəfindən baxılır. 8.2.3. Xxxxxxxx İdarə Heyəti ərizəçinin müraciəti üzrə müsbət qərar qəbul etdikdə onunla marketmeyker müqaviləsi bağlanır. Müqavilədə aşağıdakı müddəalar nəzərdə tutulur: a) Marketmeyker öhdəliklərinin həcmi; b) Kotirovka spredi (Xxxxx tərəfindən hər bir alət üzrə təyin olunmuş minimal və maksimal qiymət həddindən artıq olmamaq şərti ilə); c) Nəzərdə tutulduğu halda, marketmeykerin öhdəliklərindən azad olunması şərtləri; x) Xxxxx tərəfindən marketmeykerə tətbiq edilən güzəştlər və onların tətbiqi şərtləri; e) Marketmeykerin adından ticarətdə iştirak edəcək treyderi barədə məlumat;

Appears in 4 contracts

Samples: Qaydalar, Qaydalar, Qaydalar