Qeydə alınmış əmtəə nişanına və coğrafi göstəriciyə dair hüquqların pozulması Nümunə Maddələri

Qeydə alınmış əmtəə nişanına və coğrafi göstəriciyə dair hüquqların pozulması. Bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. Tərkibində coğrafi göstərici saxlayan şərab və spirtli içkilər üçün əmtəə nişanından nişan sahibinin razılığı olmadan istifadə qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. Göstərilən mənşəyə dəxli olmayan şərablar və spirtli içkiləri müəyyənləşdirən coğrafi göstəricidən ibarət əmtəə nişanının qeydə alınmasından maraqlı tərəfin tələbi ilə imtina edilir və ya qeydiyyat etibarsız sayılır. Coğrafi göstərici məlum olarsa, mənşə adından tərcümə edilərsə, “cins”, “tip”, “təqlid” və başqa ifadələrlə birgə işlənərsə, eləcə də şəhadətnaməsi olmayan şəxslər tərəfindən xüsusiyyətləri istehlakçıları yanılda bilən bircinsli əmtəələr (o cümlədən, şərab və spirtli içkilər) barəsində eyni və ya oxşar nişandan istifadə edilərsə, bu hal qeydə alınmış coğrafi göstəriciyə dair hüquqların pozulması sayılır. Paris Konvensiyasının 10bis maddəsinə uyğun olaraq haqsız rəqabət sayılan hər bir istifadə hərəkəti. Aşağıdakı hallar internet şəbəkəsində, xüsusilə domen adlarda və ya ünvanlamanın başqa üsullarında əmtəə nişanının və ya firma adının sahibinin hüquqlarının pozulması hesab edilir: domen adları eyni mallar və ya xidmətlərə görə firma adları və əmtəə nişanları ilə eynilik təşkil etdikdə; domen adları kommersiya məqsədləri üçün istifadə edildikdə. Domen adı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanının təkrarlandığı, ona oxşadıldığı, tərcümə və ya transliterasiya edildiyi hallarda qeydiyyata alınmışsa və ya internet şəbəkəsində haqsız istifadə edilərsə, (xüsusən domen adlarında və ya ünvanlamanın başqa üsullarında), geniş tanınmış əmtəə nişanının sahibinin hüquqlarının pozulması hesab edilir. Geniş tanınmış əmtəə nişanının sahibi məhkəmə qaydasında tələb edə bilər ki, qarşıdurma yaradan domen adının qeydiyyatını aparan orqan onun qeydiyyatına xitam versin və ya həmin xxx xxxxx tanınmış əmtəə nişanının sahibinə qaytarsın. Azərbaycan Respublikasında qeydiyyata xxxxxx xxxxx tanınmış əmtəə nişanının başqa şəxs tərəfindən bütün növ əmtəələrdə və xidmətlərdə istifadə edilməsi onun sahibinə ziyan vurduqda bu xal geniş tanınmış əmtəə nişan sahibinin hüquqlarının pozulması hesab edilir. Mühafizə edilən əmtəə nişanı və coğrafi göstəricinin istifadəsi ilə bağlı aşağıdakılar qadağan olunur: əmtəənin, göstərilən xidmətin və ya sahibkarlıq fəaliyyətinin başqası ilə qarışdırılmasına səbəb ...

Related to Qeydə alınmış əmtəə nişanına və coğrafi göstəriciyə dair hüquqların pozulması

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Yekun müddəalar Maddə 15