Sığorta hadisələri Nümunə Maddələri
Sığorta hadisələri. 5.3.1.1. Sığortaçı, yaranan hüquqi məsuliyyət aşağıdakı tələblərə cavab vеrdikdə, Sığortalıya onun hüquqi məsuliyyət daşıdığı zərərlərin əvəzini ödəmək üçün (iddiaçının хərcləri, rüsumları və məsrəfləri daхil olmaqla) müqavilədə göstərilən qaydada sığorta ödənişi vеrməyi öhdəsinə götürür: - İddia təminata daхil еdilən zərərlər üçün olmalıdır (iddiaçının хərcləri və Sığortalının qəbul еdilmiş müdafiə хərcləri və məsrəfləri də daхil olmaqla); - İddia müqavilə müddəti ərzində ilkin olaraq, Sığortalıya qarşı qaldırılmalıdır; - İddia Sığortalının хidmətçiləri və ya işçilərinin səhlənkar əməli, səhvi və ya qüsuru nəticəsində yaranan maliyyə хərcləri üçün ortaya çıхmalıdır;
Sığorta hadisələri. Sığortaçı hadisə (qəza) nəticəsində üçüncü şəxslərə dəyən bədən xəsarəti və ya xəstəlik, yaxud onların əmlakına dəyən zərərin əvəzini ödəmək üçün ortaya çıxan mülki məsuliyyətlə əlaqədar xərclərə görə (pretenziyaçının xərcləri, rüsumları və məsrəfləri daxil olmaqla) Sığortalıya müqavilədə göstərilən qaydada sığorta ödənişi verməyi öhdəsinə götürür.
Sığorta hadisələri. 7.1. Sığortalıya işlədiyi zaman onun işçisinə dəyən bədən xəsarəti və ya xəstəliklə əlaqədar zərərin əvəzini ödəmək üçün ortaya çıxan mülki məsuliyyətlə bağlı xərclərinə görə (pretenziyaçının xərcləri, rüsumları və məsrəfləri daxil olmaqla) Sığortaçı müqavilədə göstərilən qaydada sığorta ödənişi verməyi öhdəsinə götürür.
7.2. Sığorta ödənişinə həmçinin aşağıdakılarla bağlı məsuliyyət halları da daxildir:
7.2.1. hər hansı muzdla tutulmuş və ya başqa iş yerindən müvəqqəti cəlb edilmiş və Sığortalının cavabdeh olduğu işçiyə və yaxud Sığortalının podratçısı ilə xidmət müqaviləsi bağlayan hər hansı başqa şəxsə qarşı yaranan məsuliyyət;
7.2.2. Sığortalının rəhbərlərinin və (və yaxud) rəsmi şəxslərinin öz şəxsi imkanlarında Sığortalının işçilərinə qarşı ▇▇▇▇ məsuliyyəti.
Sığorta hadisələri. Sığorta hadisəsi dedikdə, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən bədbəxt hadisənin nəticəsi ▇▇▇▇ Sığortalının ölümü və ya sağlamlığına zərər vurulması ilə əlaqədar Sığortalıya (Sığorta olunana) sığorta ödənişinin verilməsinə əsas ▇▇▇▇ hadisə başa düşülür.
3.1. Bu sığorta növündə bədbəxt hadisə dedikdə, Sığortalının (Sığorta olunanın) iradəsindən asılı olmayan onun həyatına və sağlamlığına zərər vuran və ya onun ölümü ilə nəticələnən qəfil, öncədən gözlənilməyən, təsadüfi və xarici təsirli hadisə başa düşülür.
3.2. Aşağıdakı hallar da bədbəxt hadisə hesab edilir:
3.2.1. Qəflətən və gözlənilmədən otağa ▇▇▇▇▇ qazların tənəffüsündən baş verən ölüm hadisəsi;
3.2.2. Yanıqlardan və ani bir hərəkət nəticəsində əzələ və sinir sisteminin zədələnməsi, burxulması və qopması;
3.2.3. İlan və ya həşəratların çalması nəticəsində zəhərlənmələr;
3.2.4. Quduzlaşmış heyvanın sığortalını dişləməsi nəticəsində quduzlaşmaya görə baş verən ölüm və ya bədən xəsarəti.
3.3. Bədbəxt hadisə hesab edilməyən hallar:
3.3.1. Bütün növ xəstəliklər və onların nəticələri;
3.3.2. Sığorta təminatına daxil olmayan bədbəxt hadisə nəticəsində baş verən günəş vurması;
3.3.3. Hər hansı düşüncə və ▇▇▇▇ vəziyyətdən asılı olmayaraq ▇▇▇▇▇▇▇ və intihara cəhd;
3.3.4. Spirtli içki qəbulu nəticəsində ölüm və ya sağlamlığına zərər vurulması, sığorta təminatına daxil ▇▇▇▇ bədbəxt hadisənin fəsadlarının və nəticəsinin aradan qaldırılmasının tələb edilmədiyi təqdirdə narkotik maddədən istifadə, dərman və zəhərli maddələrin qəbulu;
3.3.5. Sığorta təminatına daxil ▇▇▇▇ hadisənin fəsadlarının və nəticəsinin aradan qaldırılmasının tələb edilmədiyi təqdirdə, aparılan cərrahiyyə əməliyyatları və müxtəlif növ şüaların qəbulu.
Sığorta hadisələri. 4.1.1 .Bu şərtlərə əsasən Sığortalının istehsal və realizə etdiyi malın, icra etdiyi işin, göstərdiyi xidmətin çatışmazlığı və ya Sığortalının mallar, işlər, xidmətlər haqqında dürüst və ya kafi olmayan məlumat verməsinin səbəb olduğu faydagötürənin ölümü, səhhətinə və ya əmlakına zərərin vurulmasının Sığortalı tərəfindən ödənilməsi ilə bağlı ortaya çıxmış Sığortalının öhdəlikləri üzrə məsuliyyət riski sığortalana bilər.
Sığorta hadisələri. 16.1 Sığortaçı, yaranan mülki məsuliyyət aşağıdakı tələblərə cavab verdikdə, Sığortalıya onun mülki məsuliyyət daşıdığı zərərlərin əvəzini ödəmək üçün (pretenziyaçının xərcləri, rüsumları və məsrəfləri daxil olmaqla) müqavilədə göstərilən qaydada sığorta ödənişi verməyi öhdəsinə götürür:
16.1.1. məsuliyyət təminata daxil edilən zərərlər üçün olmalıdır (pretenziyaçının xərcləri və Sığortalının qəbul edilmiş müdafiə xərcləri və məsrəfləri də daxil olmaqla);
16.1.2. məsuliyyət müqavilə müddəti ərzində ilk olaraq Sığortalıya qarşı qaldırılmalıdır;
16.1.3. məsuliyyət Sığortalının xidmətçiləri və ya işçiləri tərəfindən törədilən səhlənkar akt, səhv və ya qüsur nəticəsində yaranan maliyyə xərcləri üçün ortaya çıxmalıdır;
16.1.4. məsuliyyət müqavilədə göstərilən qaydada Sığortalı tərəfindən xidmətlərin göstərilməsi gedişində yaranmalıdır.
Sığorta hadisələri. 5.1.1.1. Sığorta müddəti ərzində müqavilə ərazisində baş vеrən və işçinin sığortalıya işləməsi əsnasında və onun həyata kеçirilməsindən irəli gələn işçinin məruz qaldığı təsadüfi bədən xəsarəti nəticəsində sığortalının zərər kimi ödənilməsinə görə hüquqi məsuliyyət daşıdığı bütün məbləğlər, o cümlədən iddiaçının xərc və məsrəfləri;
(a) bu təminata əsasən, təminatın predmeti ola biləcək təsadüfi bədən xəsarətindən irəli gələn hər hansı məhkəmədəki təhqiqat və ya Məhkəmə işində təmsilçilik üçün hüquqi xidmət haqlarının ödənişi; və
(b) bu təminata əsasən iddianın predmetini təşkil edə biləcək hər hansı məsələ ilə bağlı sığortaçının əvvəlcədən razılığı ilə çəkilmiş bütün digər xərc və məsrəflər.
5.1.1.3. Təsadüfi bədən xəsarətlərinə münasibətdə hər hansı iddiaçı və ya bir sıra iddiaçılarla bağlı bu təminata (bu təminatın bütün Genişləndirmələri və Əlavələri daxil olmaqla) əsasən ödənilməli bütün məbləğlər üzrə sığortaçının məsuliyyəti şəhadətnamədə müəyyən edilmiş sığorta məbləğini aşmamalıdır. Bu sığorta məbləği həm sığortalının ödəmələrə görə məsuliyyət daşıdığı iddiaçıların hüquqi xərc və məsrəfləri, həm də sığortaçının əvvəlcədən yazılı razılığı ilə sığortalı tərəfindən çəkilmiş hüquqi xərc və məsrəfləri ehtiva edir.
5.1.1.4. Sığortaçı bu təminata, münasibətdə təsadüfi bədən xəsarətlərindən irəli gələn təzminatın və iddiaçıların xərc və məsrəflərinin ancaq azadolmadan artıq ▇▇▇▇ məbləği üzrə məsuliyyət daşıyır. Azadolma məbləği sığortalının məsuliyyət daşıdığı bütün ödənişlər üzrə sığortalı tərəfindən ödənilir və sığortalanmamış qalır.
Sığorta hadisələri. Sığortaçı sığorta müddəti ərzində Məhsuldan və ya onunla əlaqədar əmələ gələn hər hansı bir bədən xəsarəti və ya ziyana görə Sığortalının müqavilədə göstərilən qaydada mülki məsuliyyət daşıdığı (müqavilə ilə sığorta təminatına daxil edilib-edilməməsindən asılı olmayaraq, A, B və ya D Bölmələrinə aid ▇▇▇▇ təminatlardan başqa) zərərin əvəzini ödəmək üçün ortaya çıxan məbləğlərinə görə (pretenziyaçının xərcləri, rüsumları və məsrəfləri daxil olmaqla) sığorta ödənişi verməyi öhdəsinə götürür.
Sığorta hadisələri. Sığortaçı sığorta müddəti ərzində Məhsuldan və ya onunla əlaqədar əmələ gələn hər hansı bir bədən xəsarəti və ya ziyana görə Sığortalının müqavilədə göstərilən qaydada mülki məsuliyyət daşıdığı (müqavilə ilə sığorta təminatına daxil edilib- edilməməsindən asılı olmayaraq, A və ya B Bölmələrinə aid ▇▇▇▇ təminatlardan başqa) zərərin əvəzini ödəmək üçün ortaya çıxan məbləğlərinə görə (pretenziyaçının xərcləri, rüsumları və məsrəfləri daxil olmaqla) sığorta ödənişi verməyi öhdəsinə götürür.
Sığorta hadisələri. 28.1. Sığorta müqaviləsində nəzərdə tutulmuş ▇▇▇▇ və baş verməsi nəticəsində Sığortaçının sığorta ödənişi verməsi öhdəliyini yaranan hallar sığorta hadisəsi hesab edilir.
28.2. O hallar sığorta hadisəsi hesab edilir ki, onlar sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş olsun və səlahiyyətli orqanlar tərəfindən verilmiş sənədlərlə sübuta yetirilsin:
28.2.1. Sığortalının və ya onun yaxın qohumunun ölməsi, səhhətinin qəfil pozulması halları, hansı ki, səfərin başlama tarixindən əvvəl yaranmışdır və həmin səfərin baş tutmasına maneə törətmişdir. Bu Qaydalara əsasən yaxın qohum dedikdə, ata və ▇▇▇, uşaqlar (övladlığa götürülənlər daxil olmaqla), həmçinin doğma bacı və qardaşlar nəzərdə tutulur;
28.2.2. ▇▇▇▇▇▇▇▇▇▇▇▇ və ya onun yaxın qohumunun və ya həyat yoldaşının ölməsi, səhhətinin qəfil pozulması halları, hansı ki, səfərin başlama tarixindən əvvəl yaranmışdır və həmin səfərin baş tutmasına maneə törətmişdir;
28.2.3. Sığorta müqaviləsi qüvvəyə mindikdən sonrakı dövrdə məhkəmə orqanı tərəfindən verilmiş qərara əsasən Sığortalının sığorta müddəti ərzində məhkəmə işinə baxılmasında iştirakı tələb edildikdə;
28.2.4. ▇▇▇▇▇▇▇▇▇▇▇▇, onun həyat yoldaşının, yaxın qohumun xəstələnməsi və/ və ya ölümü ilə bağlı olaraq, həkim məsləhətinə əsasən Sığorta olunanın xaricdən vaxtından əvvəl ▇▇▇▇ qayıtması;
28.2.5. Səfərin son tarixinin keçməsinə baxmayaraq, ▇▇▇▇▇▇▇▇▇▇▇▇ onunla birlikdə səfər edən həyat yoldaşının və ya yaxın qohumların ölümü, bədbəxt hadisə baş verməsi və ya xəstəliyi səbəbilə xəricdən ▇▇▇▇ qayıtmasının gecikməsi.
28.3. Yuxarıda göstərilən hallar aşağıdakılar hallarla əlaqədar baş verdikdə sığorta hadisəsi hesab edilmir: 28.3.1.Sığorta olunanın sərxoş, narkotik və ya toksik maddələrin təsiri altında olması; 28.3.2.Sığorta olunanın ▇▇▇▇▇▇▇ etməsi (intihara cəhd etməsi); 28.3.3.nüvə partlayışı, radiasiya, radioaktiv və ya digər növ yoluxmanın təsiri; 28.3.4.təbii fəlakət və onların nəticələri, epidemiyalar, karantin, meteoroloji şərait; 28.3.5.hər hansı hakimiyyət və inzibati orqanların hərəkətləri; 28.3.6.Sığorta hadisəsinin baş verməsi məqsədilə Sığorta olunanın və / və ya maraqlı üçün tərəflərin qəsdən etdiyi hərəkətləri; 28.3.7.Sığorta olunan tərəfindən sığorta hadisəsinin baş verməsi ilə birbaşa səbəb-nəticə əlaqəsinə ▇▇▇▇▇ ▇▇▇▇ qanunsuz hərəkətlərin icra edilməsi; 28.3.8.Sığorta olunanın özünün idarə etdiyi uçan aparatda uçması, peşəkar pilot tərəfindən idarəedilən mülki aviasiya təyyarəsində sərnişin kimi uçduğu hallar istisna olmaqla; ...
