Məsuliyyət sığortası Qaydaları
Məsuliyyət sığortası Qaydaları
Ümumi anlayışlar
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;
Sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Faydalanan şəxs(lər) - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;
Aktuari - qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;
Sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığorta obyekti – üçüncü şəxslərin qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta predmeti – üçüncü şəxslərin ölümü, bədən xəsarəti və ya əmlakına dəyən zərərə, həmçinin öz işçilərinin yalnız ölümünə və bədən xəsarətinə görə Sığortalının qanunvеriciliyə əsasən ödəməli olduğu pul məbləğləri;
Sığorta marağı - Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
Sığortanın müddəti – sığorta risklərinin təminatda hesab olunduğu müddət;
Azadolma məbləği – Azadolma məbləği, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur
Gözləmə müddəti - gözləmə müddəti, sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
Əhəmiyyətli hallar – Sığortaçının müqavilədən imtina etmək və ya onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır;
Sığortanın ərazisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları.
Xüsusi anlayışlar:
Bədən xəsarəti – Bədən хəsarəti dеdikdə, psiхi zədələnmə, psiхi sarsıntı və şok da daхil olmaqla, ölüm, хəsarət, хəstəlik və ya bu cür хəsarət və ya хəstəlik nəticəsində ölüm və ya хəstəlik başa düşülür;
Biznеs fəaliyyəti - Sığortalının şəhadətnamədə göstərilən biznеs fəaliyyəti, o cümlədən, aşağıdakılar başa düşülür:
• Sığortalının binalarına sahiblik, onların təmiri və baхımı;
• İşçilər üçün bufеt, sosial, idman və хеyriyyə təşkilatlarının təminatı və idarə еdilməsi;
• Yanğın, ilkin yardım, tibbi, təhlükəsizlik və təcili yardım хidmətlərinin təmin еdilməsi;
• Sığortalının razılığı ilə İşçinin Sığortalının dirеktoru, partnyoru və ya yüksək səviyyəli rəsmisi üçün gördüyü şəхsi iş;
İşçi - Biznеs fəaliyyətini həyata kеçirərkən və bununla bağlı olaraq, Sığortalının rəhbərliyi və nəzarəti altında xxxx və işləyən aşağıdakı şəхslər başa düşülür:
• Sığortalı ilə təhsil və ya хidmət müqaviləsi bağlamış hər hansı şəхs;
• Hər hansı usta və ya sadəcə fəhlə, podratçı və ya onların göndərdiyi şəхs;
• Hər xxxxx xxx-özünün işəgötürəni xxxx şəхs;
• Sığortalı tərəfindən işə götürüldüyü nəzərdə tutulan müqaviləyə əsasən Sığorta Еtdirənin başqa işəgötürəndən muzdlu olaraq tutulmuş hər hansı şəхs;
• İş təcrübəsi kеçən və ya buna oхşar vəziyyətdə xxxx hər hansı şəхs.
Maliyyə itkiləri – maliyyə (pul) və ya iqtisadi itki.
Əmlak zərəri – rеal əmlaka dəyən, itki və ya ziyandır.
Hüquqi xərclər – sığorta hadisəsi nəticəsində Sığortalıya qarşı irəli sürülən iddiaların araşdırılması və müdafiəsi üçün Sığortaçının razılığı ilə Sığortalı tərəfindən çəkilən zəruri xərclər.
Məhkəmə işi - məhkəmə çəkişməsi, arbitraj, vasitəçilik, məhkəmə qərarı və ya mübahisə həllinin digər vasitəsi başa düşülür.
Dənizdə iş -
• gedib gəlmək məqsədilə daşıma vasitəsindən quruya enənədək daşıma vasitəsinə minmə;
• dənizdəki hər hansı struktur, platforma, qurğu və ya yaşama gəmisi arasında tranzit;
• dənizdəki hər hansı strukturda, platformada, qurğuda və ya yaşama gəmisində iş.
İstehlakçı – xxxxxxx, işləri və xidmətləri sifariş verən və ya mallardan, işlərin nəticələrindən və xidmətlərdən istifadə (istehlak) edən istənilən hüquqi-təşkilati mülkiyyət formasına malik hüquqi və ya fiziki şəxs.
İstehsalçı – istehlakçılara satılması üçün nəzərdə tutulan xxxxxxx (məhsulları) istehsal edən istənilən hüquqi-təşkilati mülkiyyət formasına malik hüquqi və ya fiziki şəxs.
İcraçı – əvəzli müqavilə üzrə istehlakçı üçün işləri icra edən və ya xidmətlər göstərən istənilən hüquqi-təşkilati mülkiyyət formasına malik hüquqi və ya fiziki şəxs.
Satıcı – alqı-satqı müqaviləsi üzrə xxxxxxx realizə edən istənilən hüquqi-təşkilati mülkiyyət formasına malik hüquqi və ya fiziki şəxs.
Mal - alqı-satqı müqaviləsi üzrə tələbatlarının ödənilməsi üçün fiziki və hüquqi şəxslərə realizə olunan hazır məhsullar. Xammal, materiallar, komplektləşdirici məhsullar, yarımfabrikatlar və s. mal kimi ancaq alqı-satqı müqaviləsi üzrə istehsalçısı, satıcısı tərəfindən müstəqil əmtəə xxxxxx xxxx realizə edildikdə nəzərdən keçirilə bilərlər.
İş – maddi nəticələri istifadəyə (istehlaka) verilən, sifarişçinin tapşırığı ilə icraçının işi.
Xidmət – icraçının maddi nəticə saxlamayan fəaliyyəti (konsultasiya, tibb, baytar, sanitariya-gigiyena xidmətləri, təhsil, rabitə xidmətləri, rielterlərin, qiymətləndiricilərin, auditorların və digərlərinin xidmətləri, xxxxxx, sığorta, xxxx- tədqiqat, təcrübə-konstruktor və texnoloji işlərin icrasına dair, daşınma, nəqliyyat ekspedisiyası, bank əmanəti, bank hesabı, hesablaşma, saxlanma, tapşırıq, komissiya və əmlakın etibarnamə əsasında idarə olunması müqavilələri üzrə göstərilən xidmətlər), nəticəsi istehlakçılar tərəfindən istifadə olunması.
Məhsulun keyfiyyəti – malın (işin, xidmətin) müəyyən edilmiş və ehtimal olunan tələbata və həmçinin təhlükəsizlik tələblərinə cavab vermə qabiliyyəti ilə bağlı keyfiyyətlərinin məcmusu.
Standart – dövlət standartı, sanitariya normaları və Qaydaları, inşaat normaları və Qaydaları və qanunvericiliyə uyğun olaraq malların, işlərin, xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edən digər sənədlər.
İcbari sertifikatlaşdırma - malın (işin, xidmətin) standartın icbari tələblərinə uyğunluğunun buna səlahiyyəti xxxx orqan tərəfindən təsdiq olunması.
Faydalanan şəxslər qarşısında malların, işlərin, xidmətlərin keyfiyyətinə görə məsuliyyət – Sığortalının çatışmazlıqlarla icra və realizə etdiyi mallardan, xidmətlərdən, işlərin nəticələrindən zərər çəkən şəxsin istifadə (istehlak) etməsi nəticəsində Sığortalının həmin şəxsin həyatına, səhhətinə və ya əmlakına zərər vurması nəticəsində ortaya çıxa biləcək Sığortalının qanunvericiliyə əsasən maddi zərəri ödəmək öhdəliyi.
Malın, işin, xidmətin çatışmazlığı – malın (işin, xidmətin) qanunla nəzərdə tutulmuş və ya qanunun müəyyən etdiyi qaydada qəbul edilmiş icbari tələblərə, bu cür malın (işin, xidmətin) nəzərdə tutulduğu istifadə məqsədinə və ya müqavilə bağlanarkən istehlakçının satıcıya (icraçıya) bildirdiyi məqsədlərə və ya mal nümunəyə və ya təsvirə əsasən satıldıqda, nümunəyə və ya təsvirə uyğun olmaması.
Malın (işin, xidmətin) əhəmiyyətli çatışmazlığı – düzəlməz, və ya ölçüyə gəlməyən vaxt sərf etmədən düzəlməyən və ya dəfələrlə aşkar edilən və ya dəf edildikdən sonra təkrar ortaya çıxan çatışmazlıq.
İstifadə müddəti – məhsulun (işin nəticəsinin, xidmətin) təyinatı üzrə təhlükəsiz və səmərəli istifadəsinin mümkün olduğu istehsalçı (icraçı) tərəfindən müəyyən olunmuş və müşayiət edən texniki sənədlərdə göstərilmiş müddət. İstehsalçı (icraçının) müəyyən etdiyi xidmət müddəti olmadıqda, qüvvədə xxxx qanunvericiliklə müəyyən olunmuş müddət tətbiq olunur.
Zəmanət müddəti - məhsulun (işin nəticəsinin, xidmətin) gizli çatışmazlıqlarının aşkar olunması üçün istehsalçı (icraçı) tərəfindən müəyyən olunmuş müddət, bu müddət ərzində istehlakçı qanunvericiliklə nəzərdə tutulmuş tələbləri irəli sürə bilər. İstehsalçı (icraçının) müəyyən etdiyi zəmanət müddəti olmadıqda, qüvvədə xxxx qanunvericiliklə müəyyən olunmuş müddət tətbiq olunur. Zəmanət müddəti malın istehlakçıya satıldığı (işin, xidmətin nəticəsinin qəbul edildiyi) gündən, bu tarix müəyyən edilə bilmədikdə - istehlakçı üçün malın istehsal olunduğu və ya işin (xidmətin) icrasının bitdiyi gündən başlayır. Əgər mal nümunə üzrə (poçt vasitəsilə) satıldıqda, zəmanət meddəti mal istehlakçıya çatdırıldığı tarixdən; mövsümlük məhsullar üçün zəmanət müddəti istehlakçı tərəfindən istifadə olunacaq yerin iqlim şəraitindən asılı olaraq, müvafiq mövsümün başlandıqda, başlayır. Malın xüsusi quraşdırılması tələb olunursa, zəmanət müddəti onun qoşulduğu və ya quraşdırıldığı gündən etibarən başlayır.
1. Sığorta sinifi
1.1. Qeyri-Həyat sığorta sahəsində, əmlak sığortasına aid xxxx xxxxx məsuliyyətin sığortası üzrə aşağıdakı siniflər:
1.1.1. İşəgötürənin məsuliyyəti sığortası;
1.1.2. Üçüncü şəxslər qarşısında məsuliyyət sığortası;
1.1.3. Məhsula görə məsuliyyət sığortası;
1.1.4. Peşə məsuliyyəti sığortası.
2. Sığorta predmeti
2.1. Bu qaydalara əsasən Sığortalının üçüncü şəxslərin həyatına və ya sağlamlığına xəsarət yetirilməsi, əmlakına zərər vurulması, həmçinin öz işçilərinin yalnız həyatına və ya sağlamlığına xəsarət yetirilməsi halı sığortanın predmeti hesab olunur.
3. Sığorta obyekti
3.1. Bu qaydalara əsasən sığorta obyekti, sığortalının fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi ilə bağlı əmlak mənafeləridir.
4. Sığorta məbləği
4.1. Sığorta müqaviləsi üzrə sığorta məbləği Sığortalı ilə Sığortaçı arasındakı razılığa əsasən müəyyən edilir.
4.2. Sığorta müqaviləsi bağlanarkən hər bir sığorta hadisəsi üzrə sığorta ödənişinin maksimal məbləği (Sığortaçının məsuliyyət hədləri) müəyyən edilir. Bir sığorta hadisəsi üzrə sığorta ödənişi heç bir halda məsuliyyət həddini aşa bilməz.
4.3. Tərəflərin razılığına əsasən sığorta müqaviləsində məsuliyyət həddi daxilində əmlaka vurulan zərərə, fiziki zərərə, o cümlədən, səhhətə vurulan zərərə və ya ölümə görə ayrı-ayrı maksimal sığorta məbləğləri müəyyən edilə bilər.
5. Sığorta təminatı
5.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsi üzrə başqa hal nəzərdə tutulmayıbsa, Sığortaçı Sığortalıya aşağıda qeyd olunanlar üzrə sığorta təminatı verir:
Bölmə A – İŞƏ GÖTÜRƏNİN MƏSULİYYƏTİ SIĞORTASI
5.1.1. Sığorta hadisələri
5.1.1.1. Sığorta müddəti ərzində müqavilə ərazisində baş vеrən və işçinin sığortalıya işləməsi əsnasında və onun həyata kеçirilməsindən irəli gələn işçinin məruz qaldığı təsadüfi bədən xəsarəti nəticəsində sığortalının zərər kimi ödənilməsinə görə hüquqi məsuliyyət daşıdığı bütün məbləğlər, o cümlədən iddiaçının xərc və məsrəfləri;
5.1.1.2. (a) bu təminata əsasən, təminatın predmeti ola biləcək təsadüfi bədən xəsarətindən irəli gələn hər hansı məhkəmədəki təhqiqat və ya Məhkəmə işində təmsilçilik üçün hüquqi xidmət haqlarının ödənişi; və
(b) bu təminata əsasən iddianın predmetini təşkil edə biləcək hər hansı məsələ ilə bağlı sığortaçının əvvəlcədən razılığı ilə çəkilmiş bütün digər xərc və məsrəflər.
5.1.1.3. Təsadüfi bədən xəsarətlərinə münasibətdə hər hansı iddiaçı və ya bir sıra iddiaçılarla bağlı bu təminata (bu təminatın bütün Genişləndirmələri və Əlavələri daxil olmaqla) əsasən ödənilməli bütün məbləğlər üzrə sığortaçının məsuliyyəti şəhadətnamədə müəyyən edilmiş sığorta məbləğini aşmamalıdır. Bu sığorta məbləği həm sığortalının ödəmələrə görə məsuliyyət daşıdığı iddiaçıların hüquqi xərc və məsrəfləri, həm də sığortaçının əvvəlcədən yazılı razılığı ilə sığortalı tərəfindən çəkilmiş hüquqi xərc və məsrəfləri ehtiva edir.
5.1.1.4. Sığortaçı bu təminata, münasibətdə təsadüfi bədən xəsarətlərindən irəli gələn təzminatın və iddiaçıların xərc və məsrəflərinin ancaq azadolmadan artıq xxxx məbləği üzrə məsuliyyət daşıyır. Azadolma məbləği sığortalının məsuliyyət daşıdığı bütün ödənişlər üzrə sığortalı tərəfindən ödənilir və sığortalanmamış qalır.
5.1.2. Xüsusi İstisnalar 5.1.2.1.Radioaktiv Çirklənmə
Əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, təbiətindən asılı olmayaraq, aşağıdakıların birbaşa və ya dolayı səbəb olduğu və ya təsir еtdiyi və ya onlardan irəli gələn hallar:
(a) ionlaşdırıcı radiasiya və ya hər hansı nüvə yanacağı və ya nüvə yanacağının yandırılmasından ortaya çıхan hər hansı nüvə tullantısından yaranan radioaktivlik tərəfindən çirkləndirmə;
(b) hər hansı nüvə birləşməsinin və ya nüvə komponеntinin radioaktiv, toksik, partlayıcı və ya digər təhlükəli хüsusiyyətləri.Burada hüquqi məsuliyyət aşağıdakı kimidir:
(ı) hər hansı prinsipalın məsuliyyəti; və ya
(ıı) sığortalının razılaşmaya əsasən üzərinə götürdüyü və bu cür razılaşmanın olmaması halında mövcud olmayacaq məsuliyyət.
5.1.2.2. Peşə Xəstəliyi
Peşə xəstəliyindən, o cümlədən, xxxxx bunlarla məhdudlaşmadan asbest, silikoz, pnevmokonioz, bissinoz və/və ya işdə peşə təhlükələri nəticəsində xəstəlikdən irəli gələn hər hansı məsuliyyət.
5.1.2.3.Dənizdə İş
Hər hansı işçinin dənizdə işə cəlb olunduğu əsnada məruz qaldığı təsadüfi bədən xəsarəti. Xxxxx şəhadətnamədə dənizdə iş üzrə təminat qeyd olunduqda, bu istisna tətbiq olunmur.
5.1.2.4. Sosial Müdafiə Subroqasiyası
Azərbaycan Respublikasında və ya işçilər Azərbaycan Respublikası ərazisindən kənarda olarkən də təminat altında olduqlarında hər hansı digər ölkənin hər hansı hökumət orqanı tərəfindən tətbiq olunan mövcud əmək qanunlarının pozulmasına görə cərimələr, sosial müdafiə idarəsi tərəfindən irəli sürülmüş subroqasiya iddiaları və ya məhkəmə işləri üzrə.
5.1.2.5. Müharibə və Tеrrorizm
Müharibənin, tеrrorizmin, müdaхilənin, хarici düşmənin hərəkətinin, düşmənçiliklərin (müharibə еlan olunub olunmamasından asılı olmayaraq), vətəndaş müharibəsinin, qiyamın, inqilabın, qiyamçı və ya hərbi və ya uzurpasiya hakimiyyətinin hər hansı nəticələri.
5.1.3. Təminatın genişləndirilməsi
Bu şərtlərin bütün müddəaların, şərtlərinə və istisnalarına əsasən təminat aşağıdakı kimi genişləndirilmişdir. Bu istisnalara əsasən edilmiş bütün ödənişlərin cəmi sığorta məbləğinə əlavə deyil, onun bir hissəsidir. Genişləndirmələrə də azadolma tətbiq olunur.
5.1.3.1. Məhkəmədə iştiraka görə kompensasiya
Bu təminata (İşəgötürənin Məsuliyyəti) əsasən qeyd olunmuş və təmimat verilmiş məhkəmə işi ilə əlaqədar şirkətin konkret yazılı tələbinə əsasən hər hansı sığortalının məhkəmədə xxxxx qismində iştirak etməsi halında şirkət sığortalıların işdə olmadıqlarına görə çəkdikləri bütün ağlabatan xərcləri iştirakın tələb olunduğu hər bir gün üçün ödəyir.
BÖLMƏ B – ÜÇÜNCÜ ŞƏXSLƏR QARŞISINDA MƏSULİYYƏT SIĞORTASI
5.2.1. Sığorta hadisələri
5.2.1.1. Sığorta müqaviləsi qüvvədə olduğu müddət ərzində və Sığortalının və ya məsuliyyət riski sığortalanan şəxsin müvafiq sığorta müqaviləsi ilə müəyyən edilmiş fəaliyyətini həyata keçirməsi ilə bilavasitə xxxxx xxxx hadisə nəticəsində üçüncü şəxslərin həyatına, səhhətinə vurulmuş zərərin və əmlakına vurulmuş real zərərin qanunla müəyyən edilmiş hallarda ödənilməsinə dair məsuliyyət riski sığortalanan şəxsin öhdəliyinin müəyyən edilməsi faktı sığorta hadisəsi hesab edilir.
5.2.1.2. Eyni səbəbdən baş verən itkilər bir sığorta hadisəsi hesab edilir.
5.2.1.3. Sığortalının (məsuliyyət riski sığortalanan şəxsin) bu qaydalardakı və həmçinin konkret sığorta müqaviləsindəki müddəalara, təriflərə və məhdudiyyətlərə riayət etməsi şərtilə, Sığortaçı sığorta hadisəsi baş verdikdə, aşağıdakılar üzrə məsuliyyət daşıyır:
- ölümə, əmək qabiliyyətinin itirilməsinə və ya xəsarətə (bədən xəsarətinə) görə üçüncü şəxs və ya onun hüquqi varisi tərəfindən Sığortalıya (məsuliyyət riski sığortalanan şəxsə) qarşı irəli sürülün iddialar;
- əmlakın məhv edilməsinə və ya ona zərər vurulmasına görə üçüncü şəxs tərəfindən Sığortalıya qarşı irəli sürülün iddialar;
- sığorta hadisələri üzrə işlərin məhkəmə orqanlarında aparılması xərclərinin ödənilməsi.
5.2.2. Xüsusi İstisnalar
5.2.2.1. Əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, aşağıdakıların səbəb olduğu iddia və tələblər sığorta təminatına daxil deyil:
5.2.2.1.1. Peşəkar fəaliyyətin həyata keçirilməsi ilə vurulan və bu cür fəaliyyətin nəticəsi xxxx itkilər;
5.2.2.1.2. Ziyarətçilərə, direktorlara, partnyorlara və əməkdaşlara məxsus şəxsi əşyalar (avtonəqliyyat vasitəsi daxil olmaqla); Sığortalının öz fəaliyyətini həyata keçirmək üçün müvəqqəti tutduğu yerlər, o cümlədən, onlardakı daşınmaz əmlak (icarəyə və lizinqə götürülmüş yerlərdən başqa) xaric, Sığortalının, onun əməkdaşlarının və ya nümayəndələrinin mülkiyyətində, sərəncamında, saxlanmasında və ya idarəsində xxxx əmlaka vurulmuş zərərlər;
5.2.2.1.3. Sığortalının istehsal etdiyi xxxxxxx, onun yerinə yetirdiyi işlərə və eyni zamanda onun tapşırığı ilə və ya onun hesabına istehsal olunan xxxxxxx və ya yerinə yetirilən işlərə vurulan zərər;
5.2.2.1.4. Torpağa, atmosferə və ya su məkanına tüstünün, buxarın, turşuların, qələvilərin, toksik kimyəvi maddlərin, mayelərin və ya qazların, tullantıların və digər çirkləndirici maddələrin sızması və ya atılması; xxxxx bu istisna təsadüfi və gözlənilməz xarakterli göstərilən sızmaların və ya atılmaların nəticəsində Sığortalının məsuliyyətinin yaranması halında tətbiq olunmur;
5.2.2.1.5. Radioaktiv maddələrin, bu cür maddələri ehtiva edən avadanlıq və cihazların və ya ionlaşdırıcı şüanın istənilən mənbəyindən istifadə;
5.2.2.1.6. Müqavilə öhdəliklərinin icra olunmaması ilə bağlı hərəkət və ya hərəkətsizlik;
5.2.2.1.7. Yüksək təhlükə mənbəyi xxxx obyektlərin istifadəsi ilə bağlı hərəkətlər. Yüksək təhlükə mənbəyi xxxx obyektlər dedikdə aşağıdakılar başa düşülür:
- İstənilən idarə olunan və ya idarə olunmayan uçan obyektlər;
- İstənilən üzən obyektlər;
- Avto və dəmir yolu nəqliyyat vasitələri;
- İnşaat və kənd təsərrüfatı texnikası;
5.2.2.1.8. Sığortalının ailə üzvlərinə (məsuliyyət riski sığortalanan şəxslər) dəyən zərər;
5.2.2.1.9. Əmək vəzifələrini yerinə yetirdikləri zaman Sığortalının işçilərinə (məsuliyyət riski sığortalanan şəxslər) vurulan zərər;
5.2.2.1.10. Mənəvi zərər;
5.2.2.1.11. Müqavilə üzrə cərimə sanksiyalarının, zəmanət və ya ona bənzər öhdəliklərin və ya zaminlik müqavilələri kimi müqavilə öhdəliklərinin icrası çərçivəsində Sığortalının (məsuliyyət riski sığortalanan şəxslərin) fəaliyyəti ilə bağlı hərəkətlər;
5.2.2.1.12. Cinayət əməlinin əlamətlərini ehtiva edən hərəkətlər;
5.2.2.1.13. Sığortalının (məsuliyyət riski sığortalanan şəxslərin) və həmçinin Sığortalı ilə əmək münasibətlərində xxxx şəxslərin vicdansız, dələduz, cinayət və ya qəsdən hərəkətləri;
5.2.2.1.14. Səbəbi sığorta müqaviləsinin qüvvədə olduğu ərazi və müddət xaricində baş verən hadisə nəticəsində və ya hərbi hərəkətlərin, tətillərin, xalq iğtişaşlarının, fövqəladə, hərbi və ya xüsusi vəziyyətin daxil olmaqla və ya bununla bağlı soyğunçuluq və ya talançılıq və həmçinin müharibə elan olunub olunmamasında asılı olmayaraq yuxarıda qeyd olunanlara xas istənilən digər hərəkətlərin nəticəsi xxxx xxxxxx;
Aşağıdakı hər hansı şəxs və ya təşkilat tərəfindən və ya hər hansı şəxs və ya təşkilata qarşı və ya hər hansı şəxs və ya təşkilatla bağlı tələblər:
- Sığortalının (məsuliyyət riski sığortalanan şəxslərin) birbaşa və ya dolayı sahibi olduğu və ya Sığortalı (məsuliyyət riski sığortalanan şəxslər) tərəfindən nəzarət edilən və ya idarə olunan hər hansı şəxs və ya təşkilat;
- Sığortalıya (məsuliyyət riski sığortalanan şəxslə) sahib xxxx, xxx nəzarət edən və ya onu idarə edən hər hansı şəxs və ya təşkilat və ya Sığortalının (məsuliyyət riski sığortalanan şəxsin) kompanyon, məsləhətçi və ya xidmətçisi olduğu hər hansə şəxs və ya təşkilat;
5.2.2.1.15. Aşağıdakılarla birbaşa və ya dolayı şəkildə şərtlənən ekoloji zərərin ödənilməsinə dair tələblər:
- bu cür şəxsin öz fəaliyyətinin zərərli nəticələri barədə bildiyi halda, sığortalının və ya məsuliyyət riski sığortalanan şəxsin adi fəaliyyəti;
- bu cür səlahiyyəti olmayan və ya təlimat, yenidən hazırlanma vaxtını buraxmış və həmçinin onların fəaliyyət qabiliyyətlərini məhdudlaşdıran və ya məhdudlaşdırılmasının səbəbi ola biləcək xxxx xəstəliklərdən, epilepsiyadan və digər xəstəliklərdən əziyyət çəkən işçilərin Sığortalının və ya məsuliyyət riski sığortalanan şəxsin fəaliyyətini idarə etməsi;
- normativ müddətdən artıq istismarda xxxx konstruksiya materiallarınıın, avadanlığın köhnəlməsi;
- əgər sığorta müqaviləsində (şəhadətnaməsində) Sığortaçının yeni (yenilənmiş) avadanlığın istismarı ilə bağlı riski üzərinə götürməsinə dair razılığı birbaşa göstərilməyibsə, yeni avadanlığın və həmçinin əsaslı təmirdən və istismara buraxıldıqdan sonra 18 ay ərzində istifadə olunmuş avadanlığın istismarı.
- ətraf təbii mühitin çirkləndirilməsinin genetik nəticələri;
5.2.2.1.16. Məhsulların satışı və ya tədarükü və həmçinin xidmətlərin göstərilməsi;
5.2.2.1.17. Asbest və ya asbest ehtiva edən istənilən materiallardan istifadə ilə bağlı istənilən itkilər, tələblər və ya iddialar;
5.2.2.1.18. Məsuliyyətləri eyni müqavilə ilə sığortalanmış Sığortalıların bir-birinə qarşı irəli sürdükləri tələblər; 5.2.2.1.19. Heyvanlara sahib olmaqla bağlı hərəkətlər və həmçinin Sığortalıya məxsus və ya onun satdığı heyvanların xəstələnməsi nəticəsində üçüncü şəxslərin səhhətinə zərərin vurulması ilə bağlı hərəkətlər.
BÖLMƏ C – MƏHSULA GÖRƏ MƏSULİYYƏT SIĞORTASI
5.3.1. Sığorta hadisələri
5.3.1.1.Bu Şərtlərə əsasən Sığortalının istehsal və realizə etdiyi malın, icra etdiyi işin, göstərdiyi xidmətin çatışmazlığı və ya Sığortalının mallar, işlər, xidmətlər haqqında dürüst və ya kafi olmayan məlumat verməsinin səbəb olduğu Faydagötürənin ölümü, səhhətinə və ya əmlakına zərərin vurulmasının Sığortalı tərəfindən ödənilməsi ilə bağlı ortaya çıxmış Sığortalının öhdəlikləri üzrə məsuliyyət riski sığortalana bilər.
5.3.1.2. Sığortaçının keyfiyyətinə görə məsuliyyəti üzərinə götürdüyü xxxxxxx, işlərin, xidmətlərin konkret siyahısı müqavilə bağlanarkən tərəflərin razılığına əsasən müəyyən edilir.
5.3.1.3 Bu Şərtlərə əsasən sığorta hadisəsi sığorta müqaviləsində nəzərdə tutulmuş hadisələrin baş verməsi nəticəsində zərər çəkən şəxslərə (Faydagötürənlərə) zərər vurulması nəticəsində ortaya çıxan öhdəliklər üzrə Sığortaçının
əvvəlcədən verilmiş razılığına əsasən Sığortalı tərəfindən tanınan və ya məhkəmə qərarı ilə müəyyən edilən məsuliyyətin yaranma faktıdır.
5.3.1.4. Bu Şərtlərə əsasən aşağıdakıların nəticəsində məsuliyyətin yaranması sığorta hadisələri hesab edilir:
a) aşağıdakıların səbəb olduğu Faydagötürənlərin ölümü və ya bədən xəsarəti (ölüm, xəsarət, əmək qabiliyyətinin itirilməsi, fiziki əziyyət):
- malların, işlərin, xidmətlərin çatışmazlığı;
- mallar, işlər, xidmətlər və ya onların istehsalçıları, satıcıları və icraçıları və ya onların iş rejimi, icbari
sertifikatlaşdırmanın aparılması, saxlanma şəraiti, daşınması və məhsulun təhlükəsiz istismarı haqqında dürüst və kafi olmayan məlumatın verilməsi;
b) Aşağıdakılar nəticəsində Faydagötürənlərin əmlakına zərər vurulması:
- malların, işlərin, xidmətlərin çatışmazlığı;
- mallar, işlər, xidmətlər və ya onların istehsalçıları, satıcıları və icraçıları və ya onların iş rejimi, icbari
sertifikatlaşdırmanın aparılması, saxlanma şəraiti, daşınması və məhsulun təhlükəsiz istismarı haqqında dürüst və kafi olmayan məlumatın verilməsi.
5.3.1.5. Bu Şərtlərə əsasən Sığortaçı aşağıdakılara təminat verir:
5.3.1.5.1. Faydagötürənlərin əmlakına vurulmuş zərərlə (itki, məhv olma, zədələnmə və s.) bağlı itki;
5.3.1.5.2. Faydagötürənlərin ölümü və ya onlara bədən xəsarətinin vurulması nəticəsində ortaya çıxan itki;
5.3.1.5.3. bu cür xərclər sığorta ödənişi məbləği ilə birgə müqavilədə müəyyən olunmuş sığorta məbləğini (sığorta ödənişi həddini) aşmadıqda, sığorta hadisəsi nəticəsində istehlakçılara dəymiş zərərin ödənilməsinə dair işlər üzrə Sığortalının məhkəmə xərcləri.
5.3.1.6. Zərərin vurulmasına görə Xxxxxxxxxxxx məsuliyyəti onların keyfiyyətinə dair tələblərin pozulmasının nəticəsi olaraq mallarda, işlərdə, xidmətlərdə istehsalat, konstruksiya, resept və ya digər çatışmazlıqlar olduqda və həmçinin Faydagötürənin əmlaka zərərin vurulmasına (onun itkisi, ona zərər vurulması və s.), ölümünə, səhhətinə zərər vurulmasına səbəb olmuş mallar, işlər, xidmətlər haqqında dürüst və ya kafi olmayan məlumatın verilməsi.
5.3.1.7. Sığorta ancaq sığorta müqaviləsi qüvvədə olduğu müddət ərzində baş vermiş sığorta hadisələrinə təminat
verir. Bununla belə zərər vurma halının bu Şərtlərə əsasən sığorta hadisəsi hesab edilməsi üçün aşağıdakıların sığorta müddəti çərçivəsində olması zəruridir:
- malların istehsalçılarının və ya satıcılarının məsuliyyəti sığortalandıqda – istehlakçılara realizasiya tarixi;
- işlərin (xidmətlərin) icraçılarının məsuliyyəti sığortalandıqda – işin, xidməti nəticələrinin qəbul edildiyi tarix.
5.3.1.8. Bu qaydalara əsasən aşağıdakı şərtlərlə Sığortalının məsuliyyət riski sığortalana bilməz:
- məhsul təsis olunmuş (kütləvi və ya seriyalarla) istehsalatda istehsal olunduqda və ya malın istehsalçısı müəyyən olunmuş qaydada təqdiq edilmiş əmtəə nişanına malik olduqda. Ayrı-ayrı hallarda tərəflərin razılığına əsasən tək və ya unikal məhsulun keyfiyyətinə görə məsuliyyət sığortalana bilər;
- nüvə partlayışının, radiasiyanın və ya radioaktiv çirklənmənin təsiri;
- pozulmalarının sığorta hadisəsinə səbəb olduğu və ya cinayət kimi tövsif edilən, qanunun, qərarların, idarə normaytiv sənədlərinin, standartların, qaydaların, texniki şərtlərin, təlimatların və digər sənədlərin müddəalarına Sığortalının və ya onun işçilərinin (nümayəndələrinin) riayət etməməsi;
- malların, işlərin, xidmətlərin istehlakçılarının qəsdən edilmiş əməlləri. Bu halda ehtimal olunan zərərin baş vermə ehtimalını artıran və bu cür əmələ görə məsuliyyət daşıyan şəxs tərəfindən qəsdən yol verilən (istehlakçıların texniki və ya digər kömək üçün bu sahədə mütəxəssis olmayan şəxslərə müraciət etmələri, texniki cəhətdən mürəkkəb məmulatlarda zavod plomblarının müstəqil şəkildə sökülməsi, komponentlərin müstəqil şəkildə və ya mütəxəssis olmayan şəxslərin köməyi ilə çıxarılması və ya dəyişdirilməsi və s.) hərəkətlər;
- Sığortalının sığorta hadisəsi ilə birbaşa səbəb-nəticə əlaqəsində xxxx qəsdən əməllər törətməsi;
- Faydagötürənin mallardan, işin, xidmətin nəticələrindən istifadə və ya onları saxlama və utilizasiyasına dair müəyyən edilmiş qaydaları pozması, mallardan, işin, xidmətin nəticələrindən təyinatları üzrə istifadə etməməsi;
- Onlarından realizasiyasından əvvəl və ya sığorta müqaviləsi bağlananadək Sığortalıya və ya onun işçilərinə (nümayəndələrinə) məlum xxxx malların, işlərin, xidmətlərin çatışmazlıqları;
- Sığortalının malların, işlərin nəticələrinin xxxx çağrılması, sığorta hadisəsinədək ona məlum xxxx malların (xidmətlərin) təhlükəli xüsusiyyətləri barədə istehlakçıya məlumat vermə öhdəliyini icra etməməsi;
- Sığortalının anbarlarında sığortalanan malların səhv şəkildə saxlanması;
- istehlakçının xxxxxxx, işlərin, xidmətlərin nəticələrinin eksperimental və ya tədqiqat işlərində tətbiq etməsi;
- onlara riayət olunması malların, işlərin nəticələrinin təhlükəsiz istifadəsi üçün zəruridirsə, malların saxlanmasının, daşınmasının və utilizasiyasının xüsusi qaydalarının istehlakçılara çatdırılmaması;
- sığorta hadisəsinin baş vermə ehtimalını artıran, Sığortaçının aradan qaldırılmalarının zərurətini Sığortalıya bildirdiyi Sığortaçı tərəfindən aşkar olunmuş amil və halların Sığortaçı ilə razılaşdırılmış müddət ərzində aradan qaldırılması üzrə tədbirlərin Sığortalı tərəfindən görülməməsi; müvafiq orqanlar tərəfindən verilmiş göstərişlərin Sığortalı tərəfindən icra olunmaması;
- dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qeyri-qanuni hərəkətləri (hərəkətsizliyi), o cümlədən, qeyd olunan orqanlar və vəzifəli şəxslər tərəfindən qanunlara və ya digər hüquqi aktlara uyğun olmayan sənədlərin buraxılması;
- qanunvericiliklə nəzərdə tutulmuş təzminat hədd və məbləğlərindən artıq həcmdə zərərin ödənilməsinə dair istənilən tələblər;
- mallar, işlər, xidmətlər haqqında həqiqətə uyğun olmayan məlumatların, o cümlədən, malların keyfiyyəti, xüsusiyyətləri, texniki göstəriciləri, xidmət (istifadə) müddəti haqqında yalnış məlumatın yayılmasının, həmçinin məhsulun bəyan edilmiş məlumata uyğunsuzluğunun səbəb olduğu zərərin ödənilməsinə dair tələblər və ya iddialar;
- buna səlahiyyəti olmayan və ya təlimatlandırma, yenidən hazırlanma vaxtını keçirmiş və həmçinin psixi pozğunluqlardan, epilepsiyadan və digər xəstəliklərdən əziyyət çəkən şəxslərin istehsalatda (işlərin icrasında, xidmətlərin göstərilməsində) iştirakı;
- sığorta müqaviləsi bağlanarkən müəyyən edildikdə, sığortanın qüvvədə olduğu ərazidən kənarda vurulmuş zərərin ödənilməsinə dair tələblər.
5.3.2.2. Bu şərtlərlə nəzərdə tutulan sığorta aşağıdakılarla bağlı itkilərə təminat vermir:
- torpağa, atmosferə vı ya su mühitinə tüstünün, buxarların, hisin, turşuların, qələvilərin, toksik kimyəvi maddələrin, mayelərin və ya qazların, tullantıların və digər zəhərləyici və çirkləndirici maddələrin sızması və ya atılması, xxxxx bu istisna Sığortalının məsuliyyəti təsadüfi və gözlənilməz xarakter daşıyan qeyd olunan sızma və ya atılmaların
nəticəsində yarandıqda, tətbiq olunmur;
- sığortalanmamış mallar, işlər, xidmətlər üzrə Sığortalının üzərinə götürdüyü zəmanət və oxşar öhdəliklər və ya zəmanət müqavilələri üzrə tələblər;
- sığortalıya işləyən şəxslərin əmək müqavilələri ilə nəzərdə tutulmuş öhdəliklərin icrasına zamanı onlara dəymiş zərərin ödənilməsinə dair tələbləri. Xxxxx zərər onlara iş vaxtından kənar və vəzifə öhdəliklərinin icrası bağlı olmayaraq dəymişdirsə, bu cür zərər bu Şərtlərin müddəalarına əsasən ödənilir;
- eyni Sığortaçı tərəfindən sığortalanmış Sığortalıların bir-birinə qarşı tələbləri;
- faydagötürənin maldan ona məlumat verilmiş və ya ona istehsalçı tərəfindən təqdim olunmuş sənədlərdə göstərilmiş təyinatı üzrə və ya istehsalçının qaydalarına uyğun istifadə etməməsi nəticəsində dəymiş zərər;
- faydagötürənin mallardan, işin, xidmətin nəticələrindən istifadə zamanı sığortalı tərəfindən xəbərdar edildiyi zəruri ehtiyat tədbirlərinə riayət etməməsi nəticəsində dəymiş zərər;
- faydagötürənin mallardan, işin, xidmətin nəticələrindən qanunazidd əməllərin törədilməsi üçün istifadə etməsi nəticəsində dəymiş zərər;
- sığortalının məhsulunun istifadəsinin mümkün olmaması, dövriyyədən çıxarılması, xxxx çağırılması, yoxlanması, təmir olunması, dəyişdirilməsi, komplektləşdirilməsi, kənarlaşdırılması və ya aradan qaldırılması ilə, o cümlədən,
müvafiq dövlət orqanlarının göstərişi ilə bağlı məsrəf və xərclərin vurduğu istənilən zərər - bu cür məhsullar malların, işlərin, xidmətlərin bilinən və ya ehtimal olunan nöqsanı, çatışmazlığı, standartlara uyğunsuzluğu və ya təhlükəli xüsusiyyətləri ilə bağlı bazardan və ya istismardan (istifadədən) xxxx çağırıldıqda;
- faydagötürənin realizasiya üçün nəzərdə tutulmamış mallardan, işlərin, xidmətlərin nəticələrindən istifadə etməsi nəticəsində dəymiş zərər;
- xüsusi olaraq hava gəmilərində və kosmik aparatlarda istifadə və ya quraşdırılma üçün təchiz olunmuş və bu cür gəmilərin və ya aparatların naviqasiya və uçuş keyfiyyətlərinə təsir edə bilən məhsulların istifadəsi;
- asbestdən və ya asbest ehtiva edən istənilən materiallardan istifadə.
5.3.2.3. Konkret sığorta müqaviləsi bağlanarkən Sığortaçının öhdəliklərinin həcmindən əlavə istisnalar nəzərdə tutula bilər.
BÖLMƏ D – PЕŞƏ MƏSULİYYƏTİ SIĞORTASI
5.4.1. Sığorta hadisələri
5.3.1.1. Sığortaçı, yaranan hüquqi məsuliyyət aşağıdakı tələblərə cavab vеrdikdə, Sığortalıya onun hüquqi məsuliyyət daşıdığı zərərlərin əvəzini ödəmək üçün (iddiaçının хərcləri, rüsumları və məsrəfləri daхil olmaqla) müqavilədə göstərilən qaydada sığorta ödənişi vеrməyi öhdəsinə götürür:
- İddia təminata daхil еdilən zərərlər üçün olmalıdır (iddiaçının хərcləri və Sığortalının qəbul еdilmiş müdafiə хərcləri və məsrəfləri də daхil olmaqla);
- İddia müqavilə müddəti ərzində ilkin olaraq, Sığortalıya qarşı qaldırılmalıdır;
- İddia Sığortalının хidmətçiləri və ya işçilərinin səhlənkar əməli, səhvi və ya qüsuru nəticəsində yaranan maliyyə хərcləri üçün ortaya çıхmalıdır;
5.4.2. Xüsusi İstisnalar
5.4.2.1. Bu bölməyə aşağıdakı iddialara görə məsuliyyət halları daхil еdilmir:
- Üçüncü şəхsin öz hüquqlarından imtina еtməsi və ya azad еdilməsindən yaranan məsuliyyət (həmin məsuliyyətin hüquqlardan imtina və ya azad еdilmə olmaması hallarında da mövcudluğu sübut olunmamışdırsa);
- Sığortalının, onun rəhbərinin, işçisinin yaхud Sığortalının) sub-podratçısının və ya agеntinin qеyri-dürüst, saхtakar hərəkətləri, cinayətkar və ya qərəzli əməlləri və ya səhvləri nəticəsində ortaya çıхan hər hansı hüquqi məsuliyyət;
6. Ümumi istisnalar:
6.1. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa aşağıdakı sadalananlar nəticəsində baş verən itki və ziyanlar Sığortaçı tərəfindən ödənilmir:
6.1.1. Terror aktı, istənilən növ müharibə, istənilən növ hərbi hərəkətlər, həmçinin manevrlər və ya digər hərbi tədbirlər, tətil, üsyan, iğtişaş və s. bu xxxx xxxxxx;
6.1.2. Xxxxxxxx, həbs, müvafiq səlahiyyətli orqanın sərəncamı ilə əmlakın məhv edilməsi və ya zədələnməsi
6.1.3. İstənilən formada nüvə enerjisinin təsiri;
6.1.4. Sığortalının və ya faydalanan şəxsin yaxud onların tapşırığı ilə digər şəxslərin qərəzli hərəkəti, qəsdi;
7. Sığorta müqaviləsi
7.1. Sığorta müqaviləsinin bağlanması
7.1.1. Sığorta müqaviləsi Sığortalının yazılı ərizəsi əsasında bağlanır. Ərizə sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi və əsasını təşkil edir.
7.1.2. Sığorta müqaviləsi bağlanarkən Sığortalı sığortaya qəbul edilən əmlaka dair xxxxxx dərəcəsinin müəyyən edilməsi üçün əhəmiyyətli və ona məlum xxxx bütün hallar haqqında Sığortaçıya məlumat verməlidir. Sığortalının ərizə formasında qeyd etdiyi hallar həmçinin əhəmiyyətli hallar hesab edilir.
Sığorta müqaviləsi bağlandıqdan sonra Sığortalının Sığortaçıya bilərəkdən yalan məlumatlar verməsi müəyyən edilərsə, Sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilər.
7.1.3. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, Sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.
7.2. Sığorta müqaviləsinin tərəfləri
7.2.1. Sığortaçı
7.2.1.1.Bu Qaydalara əsasən Sığortaçı “Paşa Sığorta” ASC-dir.
7.2.2. Sığortalı
7.2.2.1. Sığortalı dеdikdə, aşağıdakılar başa düşülür:
- Şəhadətnamədə göstərildiyi kimi Sığortalı;
- Hüquqi məsuliyyət daşıdıqları dərəcədə, xxxxx iddia və ya məhkəmə işi sığortalıya qarşı qaldırılsaydı, sığortalının sığorta müqaviləsinə əsasən sahib olacağı təminat həddində:
(i) Sığortalının hər hansı dirеktoru, partnyoru və ya İşçisi; və
(ii) Sığorta Еtdirənin bufеtinin, sosial, idman və хеyriyyə təşkilatlarının, ilkin yardım, tibbi, təhlükəsizlik, yanğın və təcili tibbi yardım хidmətlərinin hər hansı məmuru, komitə üzvü və ya könüllü köməkçisi (xxxxx pеşəkar səviyyədə fəaliyyət göstərən tibbi praktikantlar istisna olmaqla);
8. Sığorta haqqı
8.1. Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır.
8.2. Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılğına əsasən hissə-hissə ödənilə bilər.
8.3. Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına və ya kassasına daxil olduğu gün hesab olunur.
8.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün saat 24:00-da, xxxxx şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez olmayaraq qüvvəyə minir.
8.5. Sığorta haqqı və ya onun növbəti hissəsi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətədək ödənilmədikdə və ya sığorta müqaviləsində nəzərdə tutulduğundan daha az məbləğdə ödənildikdə, sığorta müqaviləsində sığorta haqqının və ya onun növbəti hissəsinin ödəniş günü kimi nəzərdə tutulmuş tarixdən sonrakı gün saat 24:00-xxx Sığortaçı sığorta ödənişi vermək öhdəliyindən azad edilir.
8.5.1 Bu halda sığortaçı onun ödənilməsi üçün bu qaydaların 8.5.2-cı maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək əlavə müddət müəyyən edə bilər.
8.5.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
8.6. Sığortalı sığorta haqqını və ya onun növbəti hissəsini sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə ödəmədikdə, Sığortaçı sığorta müqaviləsinə xitam verə bilər və ya birtərəfli qaydada müqavilənin icrasından imtina edə bilər.
9. Sığorta ərazisi.
9.1. Sığorta ərazisi – sığorta müqaviləsi ilə razılaşdırılmış ərazi hüdudlarında təminatda hеsab olunur.
10. Sığorta müddəti
10.1. Sığorta müddəti, sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta müqaviləsinin bağlandığı gün saat 24:00-da başlanır və, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat 24:00-da başa çatır.
11. Azadolma məbləği və/və ya gözləmə müddəti
11.1. Sığorta müqaviləsində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti Sığortalı ilə Sığortaçı arasındakı razılığa əsasən müəyyən oluna bilər.
11.2. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır.
11.3. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
11.4. Şərtli gözləmə müddəti müəyyən edildikdə, sığorta hadisəsinin nəticələrinin həmin müddətə bərabər və ya ondan artıq müddətdə davam etməsi şərti ilə sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə də şamil edilir.
11.5. Sığorta müqaviləsində şərtsiz gözləmə müddəti müəyyən edildikdə, sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmir.
11.6. Sığorta müqaviləsi qüvvədə olduğu müddət ərzində bir neçə sığorta hadisəsi baş verdikdə azadolma məbləği və/və ya gözləmə müddəti hər bir hadisə üzrə tətbiq olunur.
12. Xxxxxx dərəcəsinin dəyişməsi
12.1.Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, Sığortalı, sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi əhəmiyyətli halların dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən və ona məlum xxxx bütün digər hallar barədə Sığortaçıya dərhal məlumat verməlidir.
12.2.Sığortaçı sığorta riskinin artmasına təsir edən hallar barədə məlumatı əldə etdikdən sonra aşağıda göstərilən hərəkətləri etmək hüququna malikdir:
12.2.1.sığorta müqaviləsinin şərtlərini və müddəalarını dəyişmək, 12.2.2.əlavə sığorta haqqının ödənilməsini tələb etmək və ya
12.2.3.belə dəyişikliklərin baş verdiyi tarixdən sığorta müqaviləsinə xitam vermək.
13. Şərikli sığorta
13.1. Şərikli sığorta bir neçə sığortaçının aralarında bağladıqları müqaviləyə müvafiq olaraq, sığorta ödənişi üzrə öhdəlikləri bölüşdürməklə sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta risklərini eyni zamanda sığortalamaları ilə bağlı fəaliyyət və bununla əlaqədar yaranan münasibətlərdir.
13.2. Sığorta obyekti bir müqavilə ilə bir neçə sığortaçı tərəfindən sığortalana bilər. Bu müqavilədə hər bir sığortaçının razılaşdırılmış paylar əsasında hüquq və vəzifələrini müəyyən edən şərtlər olmalıdır.
13.3. Sığortalı qarşısında öhdəliyi öz payı miqdarında olmaqla şərikli sığortaçılardan biri sığortalı ilə münasibətdə bütün şərikləri təmsil edə bilər.
13.4. Müvafiq sığorta növü üzrə fəaliyyət göstərməyə icazəsi olmayan sığortaçı şərikli sığortada iştirak edə bilməz.
14. Sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi
14.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalı və sığortaçı, müqavilənin müəyyən şərtlərinin dəyişdirilməsi, həmçinin ona müəyyən əlavələr еdilməsi barədə razılığa gələ bilərlər.
15. Sığorta müqaviləsinə xitam verilməsi
15.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
15.1.1. Müqavilənin müddəti bitdikdə;
15.1.2. Sığortaçı müqavilə üzrə Sığortalı qarşısında öhdəliklərini tam həcmdə icra etdikdə;
15.1.3. Sığortalı sığorta haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətdə ödəmədikdə;
15.1.4. Sığortaçı, Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında ləğv edildikdə;
15.1.5. Sığorta müqaviləsinin etibarsız hesab olunması haqqında məhkəmə tərəfindən qərar qəbul edildikdə;
15.1.6. Sığorta marağı artıq mövcud olmadıqda;
15.1.7. Sığorta predmeti artıq mövcud olmadıqda.
15.1.8. Azərbaycan Respublikasınin qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
15.2. Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər.
15.3. Bu barədə tərəflər bir-birini, qanunla müəyyən edilən hallar istisna olmaqla, azı 30 (otuz) gün əvvəl yazılı surətdə xəbərdar etməlidirlər.
15.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
15.4.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
15.4.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
15.4.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
15.4.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı
məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu maddənin 15.4.1-ci və 15.4.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
15.4.5. Sığorta müqaviləsi məhkəmə qərarı əsasında (sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa) xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu maddənin 15.4.3.-cü və 15.4.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
15.4.6. Keyfiyyətinə görə məsuliyyətin sığortalandığı məhsulun istehsalına və realizasiyasına dair lisenziya (icazə) ləğv edildikdə və həmçinin dayandırıldıqda və ya xxxx çağrıldıqda (bölmə C üzrə);
16. Tərəflərin hüquq və öhdəlikləri
16.1. Sığortalının aşağıdakı hüquqları var:
16.1.1. Sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq;
16.1.2. Sığortaçıdan sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək;
16.1.3. Sığortaçıdan kommersiya sirri olmayan, onun maliyyə sabitliyi ilə bağlı məlumatı istəmək;
16.1.4. Sığorta müqaviləsinə əlavə və dəyişiklik etmək;
16.1.5. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermək;
16.1.6. İtirilmiş şəhadətnamənin yerinə dublikatını almaq;
16.1.7. Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar.
16.2. Sığortalının aşağıdakı vəzifələri var:
16.2.1. Sığorta müqaviləsi bağlanarkən, Sığortaçıya sığorta riskinin qiymətləndirilməsi üçün əhəmiyyətli xxxx və ona məlum xxxx xxxxxx, həmçinin bu sığorta obyekti ilə bağlı bağlanmış və ya bağlanan sığorta müqavilələri haqqında məlumat verməlidir;
16.2.2. Ziyanın qarşısının alınması və azaldılması üçün bütün zəruri tədbirlər görməli, sığorta haqqını vaxtında ödəməli;
16.2.3. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum xxxx və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir, xxxxxx dərəcəsinin sonradan dəyişilməsi barədə sığortaçıya məlumat verməli;
16.2.4. Sığorta müqaviləsi qüvvədə olduğu müddət ərzində sığorta müqaviləsi bağlanarkən Sığortaçıya bildirdiyi hallarda sığorta riskinin artmasına əhəmiyyətli dərəcədə təsir edə biləcək əhəmiyyətli dəyişikliklər haqqında ona məlum olduqdan sonra dərhal Sığortaçıya məlumat verməlidir;
16.2.5. Sığorta hadisəsi faktının mövcudluğunu sübut etmək vəzifəsi Sığortalının üzərinə düşür və Sığortalı qanunvericilik və formalaşmış təcrübə ilə tələb olunan sənədlər də daxil olmaqla Sığortaçını bütün zəruri sənədlərlə təmin etməlidir;
16.2.6. Bu Şərtlərin və sığorta müqaviləsinin müddəalarına riayət etmək;
16.2.7. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığortaçıya istehsal olunan (satılan, icra olunan) məhsulların keyfiyyətinə və istehsalat, həmçinin daşınma, saxlanma və realizasiya şəraitinə nəzarət etmək imkanını təmin etmək (bölmə C üzrə);
16.2.8. Sığorta hadisəsi baş verdikdə:
- sığorta hadisəsinin səbəblərinin, gedişinin və nəticələrinin araşdırılması üçün zəruri bütün tədbirləri görmək;
- dərhal, xxxxx hər bir halda 3 gündən gec olmayaraq (istirahət və bayram günlərindən başqa) məlumat faktını təsbit etməyə imkan verən mümkün xxxx üsülla bu haqda Sığortaçıya və səlahiyyətli orqanlara məlumat vermək;
- sığorta hadisəsi ilə xxxxx xxx qarşı irəli sürülən tələblər haqqında Sığortaçıya dərhal məlumat vermək;
- zərərin qarşısının alınması və ya təsirinin azaldılması və zərər vurulmuş şəxslərin həyatlarının xilas edilməsi üçün bütün mümkün və məqsədəuyğun tədbirləri görmək;
- imkanı daxilində Sığortaçının zərər dəymiş əmlaka (o cümlədən, torpaq sahələri və su mühiti) baxışın keçirilməsində və vurulmuş zərərin həcminin müəyyən edilməsində iştirakını təmin etmək;
- sığorta hadisələri üzrə zərərin ödənilməsinə dair tələblər irəli sürüldükdə, Sığortaçıya məhkəmə və məhkəmədən kənar müdafiədə bütün mümkün dəstəyi göstərmək;
- sığorta hadisəsinin səbəblərinin, gedişinin və nəticələri, vurulmuş zərərin xarakteri və həcmi haqqında mülahizə yeritməyə imkan verən bütün mümkün məlumat və sənədləri Sığortaçıya təqdim etmək;
-sığortaçı sığorta hadisəsi ilə bağlı həm onun, həm də Sığortalının maraqlarının müdafiəsi üçün öz vəkilini və ya digər səlahiyyətli şəxsin təyin olunmasını zəruri hesab etdikdə - bu cür maraqların müdafiəsi üçün Sığortaçının göstərdiyi şəxslərə etibarnamə və ya digər zəruri sənədləri vermək. Sığorta hadisəsi ilə bağlı məhkəmədə Sığortalının maraqlarını təmsil etmək və ya digər şəkildə Sığortalının hüquqi müdafiəsini həyata keçirmək Sığortaçının öhdəliyi deyil, hüququdur. Sığortaçı məhkəmədə Sığortalının maraqlarını təmsil etməkdən imtina etdikdə, o, bu cür proseslərdə Sığortalının maraqlarını müdafiə edən vəkillərin xidmətlərinin ödənilməsi üzrə faktiki xərcləri Sığortalıya ödəməlidir. Bu cür xərclər sığorta müqaviləsinin müəyyən etdiyi məsuliyyət həddində ödənilir;
- sığortaçının razılığı olmadan, ödəniş verməmək, sığorta hadisəsi ilə xxxxx xxx qarşı irəli sürülən tələbləri qismən və ya tam qəbul etməmək, həmçinin bu cür tələblərin tənzimlənməsi üzrə hər hansı birbaşa və ya dolayı öhdəliklər qəbul etməmək;
- sığortalının mütəmadi ödənişlərin (renta) dayandırılmasını və ya azaldılmasını tələb etmək imkanı ortaya çıxdıqda
- Sığortaçıya bu haqda məlumat vermək və bu cür ödənişlərin dayandırılması və ya azaldılması üçün bütün mümkün tədbirləri görmək.
16.2.6. Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr.
16.3. Sığortaçının aşağıdakı hüquqları var:
16.3.1. Sığortalının bildirdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
16.3.2. Sığorta hadisələrinin qarşısının alınması üzrə Sığortalıya tövsiyyələr vermək;
16.3.3. Sığorta hadisəsinin səbəb və hallarını müstəqil şəkildə araşdırmaq, zəruri hallarda sığorta hadisəsi faktı üzrə səlahiyyətli orqanlara sorğu göndərmək
16.3.4. Sığorta hadisəsinin səbəb və hallarını müstəqil şəkildə araşdırmaq, zəruri hallarda sığorta hadisəsi faktı üzrə səlahiyyətli orqanlara sorğu göndərmək;
16.3.5. Sığortalı sığorta müqaviləsinin şərtlərini və bu Şərtləri yerin yetirmədikdə, sığorta müqaviləsinin icrasından birtərəfli qaydada imtina etmək və ya sığorta müqaviləsinə xitam verilməsini tələb etmək;;
16.3.6. Xxxxxx dərəcəsi dəyişdikdə, sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini tələb etmək;
sığorta hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsinə dair Sığortalının adından danışıqlar aparmaq və razılığa gəlmək;
16.3.7. Sığortalının maraqlarını məhkəmədə təmsil etmək və ya digər şəkildə sığorta hadisəsi ilə bağlı Sığortalının hüquqi müdafiəsini həyata keçirmək. Sığortaçının bu hüququ onun öhdəliyi deyil.
16.3.8. Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar
Sığortaçının öz peşəkar fəaliyyəti nəticəsində Sığortalı (məsuliyyət riski sığortalanan şəxs), zərər çəkmiş üçüncü şəxs və onların əmlak vəziyyəti haqqında əldə etdiyi məlumatı açıqlamaq hüququ yoxdur.
Sığorta sirrinin pozulmasına görə Sığortaçı pozulmuş hüquqların növündən və xarakterindən asılı olaraq mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
16.4. Sığortaçının aşağıdakı vəzifələri var:
16.4.1. Sığortalını sığorta qaydaları ilə xxxxx etməli;
16.4.2. Sığorta haqqı və ya onun birinci hissəsi ödənildikdən sonra Sığortalıya sığorta müqaviləsinin bağlanması üçün əsas xxxx sığorta şəhadətnaməsini (sığorta müqaviləsi vahid sənəd şəklində bağlanmadıqda) və sığorta şərtlərinin bir nümunəsini vermək (onlar daha əvvəl Sığortalıya verilməyibsə);
16.4.3. Bu qaydaların və sığorta müqaviləsinin müddəalarına riayət etmək;
16.4.4. Qanunvericliklə nəzərdə tutulmuş hallardan başqa, Sığortalı şəxsin əmlak vəziyyəti, o cümlədənkommersiya xxxxx xxxx məlumatları yaymamaq;
16.4.5. Sığorta hadisəsinin baş verməsi haqqında məlumat aldıqdan sonra zərərin tənzimlənməsi ilə bağlı məsələlərin baxılmasına başlamaq, sığorta hadisəsinin hallarını aydınlaşdırmaq, sığorta aktını tərtib etmək və zərərin həcmini müəyyən etmək;
16.4.6. Sığorta hadisəsi üzrə zəruri sənədləri aldıqdan sonra sığorta ödənişinin məbləğini hesablamaq və sığorta müqaviləsinin müəyyən etdiyi müddət ərzində sığorta ödənişini vermək (və ya əsas olduqda ödənişdən imtina etmək).
16.4.7. sığorta hadisəsinin baş verməsi haqqında məlumat aldıqdan sonra:
- sığorta hadisəsinin baş verdiyi yerə baxış keçirmək, sığorta aktını tərtib etmək və Sığortalının təqdim etdiyi sənədlər əsasında zərərin həcmini müəyyən etmək;
- sığorta ödənişinin məbləğini hesablamaq;
- bu Şərtlərlə müəyyən edilmiş müddətdə sığorta aktı və zərərin məbləğinin hesablanması əsasında sığorta ödənişini vermək.
16.4.8. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr
17. Zərərin müəyyən edilməsi və sığorta ödənişinin verilməsi:
17.1. Sığorta hadisəsinin baş verməsinə, zərərçəkənin sığorta ödənişi almaq hüququna və Sığortalının (məsuliyyət riski sığortalanmış şəxsin) onu ödəmək öhdəliyinə, sığorta hadisəsi ilə dəymiş zərər və onun həcmi arasında səbəb- nəticə əlaqəsinin olmasına dair mübahisə olmadıqda, irəli sürülmüş tələblər təmin olunur və sığorta ödənişi məhkəmədən kənar qaydada verilir.
17.2. Bu halda zərərin və sığorta ödənişi məbləği Sığortaçı tərəfindən vurulmuş zərərin halları və nəticələri barədə səlahiyyətli orqanların (tibb müəssisələri, tibbi-əmək ekpert komissiyaları, sosial təminat orqanları və s.) sənədləri əsasında və həmçinin çəkilmiş xərcləri təsdiq edən arayışlar, hesablar və digər sənədlər nəzərə alınmaqla müəyyən edilir. Sığorta ödənişinin məbləği müəyyən edilərkən, zəruri hallarda Sığortalı da dəvət oluna bilər.
Yuxarıda qeyd olunmuş sənədlərin əsasında Sığortaçının, Sığortalının (məsuliyyət riski sığortalanmış şəxsin) və zərərçəkənin imzaladığı ödənişə dair razılaşma tərtib olunur.
Sığortaçı bu Şərtlərdə göstəilmiş sığorta hadisələrinin baş verməsi nəticəsində dəymiş faktiki zərərin müəyyən edilməsi üçün müstəqil ekspertləri cəlb edə bilər.
17.3. Sığorta ödənişinin verilməsi üçün Sığortalı Sığortaçıya aşağıdakı sənədləri təqdim etməlidir:
- üçüncü şəxslərə zərərin vurulmasına səbəb olmuş sığorta hadisəsinin səbəblərini və mümkün nəticələri ehtiva edən ekspert komissiyası tərəfindən tərtib olunmuş qəza şəhadətnaməsi;
- baş vermiş hadisə ilə bağlı Sığortaçıya qarşı irəli sürülmüş iddialar;
- sığorta müqaviləsi üzrə Sığortaçının məsuliyyət həddinə daxil edilən sığorta hadisəsinin baş verməsi ilə bağlı ödənilməli məbləğləri ehtiva edən məhkəmə orqanının qərarı;
- sığorta şəhadətnaməsi (sığorta müqaviləsinin əsli)
17.3. Sığorta ödənişinin məbləğinin aşağıdakılar daxildir:
17.3.1. Xxxxxx şəxsin səhhətinə zərər vurulması və ya onun ölümü halında:
- əmək qabiliyyətinin itirilməsi nəticəsində zərərçəkənin məhrum olduğu qazanc və ya dəymiş xəsarətin və ya səhhətə digər şəkildə zərər vurulmasının nəticəsində onun azalması;
- sağlamlığın bərpası üçün tələb olunan əlavə xərclər (gücləndirilmiş qidalanma, sanatoriya-kurort müalicəsi, kənar şəxsin qulluğu, protezləşdirmə, nəqliyyat xərcləri, ödənişli tibbi xidmət xərcləri və s.);
- zərərçəkənin saxladığı və ya ondan təminat xxxx hüququ xxxx əmək qabiliyyəti olmayan şəxslərin zərərçəkənin ölümü nəticəsində məhrum olduqları qazancın hissəsi;
- işçinin aldığı əmək haqqını nəzərə alrarq məhkəmənin qərarına əsasən onun varislərinə ödəniləcək aylıq təzminat (bölmə A təminatı üzrə)
- basdırılma xərcləri;
- ehtimal olunan sığorta hadisələri üzrə məhkəmə orqanlarında işlərin aparılması xərcləri;
17.3.2. Fiziki və ya hüquqi şəxsin əmlakına zərər vurulması halında:
- əmlakın məhv edilməsi və ya ona zərər vurulmasına səbəb xxxx birbaşa həqiqi zərər halında: əmlak tam məhv olduqda – köhnəlmə dəyəri çıxılmaqla, onun həqiqi dəyəri həcmində; qismən zərər dəydikdə - onun sığorta hadisəsinə qədər olduğu vəziyyətə qaytarılması üçün tələb olunan zəruri xərclər həcmində;
- bu hadisə sıorta hadisəsi hesab edildikdə, halların və Sığortalının təqsirinin həddinin ilkin araşdırılması üçün məqsədəuyğun xərclər;
- sığorta hadisələri üzrə işlərlə bağlı məhkəmə xərcləri;
17.4. Sığorta ödənişi sığorta hadisəsi üzrə bütün zəruri sənədlər alındıqdan və bütün maraqlı tərəflərlə onun məbləği razılaşdırıldıqdan və ya məhkəmənin (arbitraj məhkəməsinin) qərarı qanuni qüvvəyə mindikdən sonra Sığortaçı tərəfindən Sığortalının ərizəsi və sığorta aktı əsasında 15 günlük müddət ərzində (istirahət və bayram günləri xaric) ödənilir.
17.5. Şərikli sığorta zamanı - sığorta ödənişi əmlakın hər bir Sığortaçı tərəfindən sığortalandığı sığorta məbləğlərinin nisbətinə uyğun şəkildə bölünür.
17.6. Azadolma tətbiq olunarsa - sığorta ödənişi azadolma miqdarı çıxılmaqla vеrilir;
17.7. Sığorta şəhadətnaməsi üzrə sığorta ödənişlərinin ümumi miqdarı sığorta məbləğini aşa bilməz.
18. Subroqasiya
18.1. Bu şərtlərə əsasən iddia və ya məhkəmə işi üzrə ödəniş halında sığortaçı bu cür ödəniş həddində ödəniş üzrə sığortalının bütün təzminat hüquqlarına dair reqres hüququ əldə edir və bu cür hüquqları sığortalının adından təqib və tətbiq edə bilər və istər Şirkətin ödəniş verməsindən əvvəl, istərsə də sonra bu cür hərəkətlər zəruri olduqda, sığortalı sığortaçıya tələb olunan bütün məqsədəuyğun köməkliyi və əməkdaşlığı göstərir, o cümlədən tələb olunan bütün sənədləri imzalayır və hər hansı hüquqların müdafiəsi üçün zəruri ola biləcək hər şeyi edir, o cümlədən sığortaçının sığortalı adından etibarlı iddia qaldırmasına imkan verilməsi üçün zəruri xxxx hər hansı sənədləri imzalayır. Sığortalı həmin hüquqlara xələl gətirən heç bir şey etmir. Sığortaçı ümumi ödənişindən artıq əladə edilmiş məbləğ bu cür əldəetmə ilə bağlı sığortaçının xərcləri çıxılmaqla sığortalıya ödənilir.
19. Ödənişdən imtinanın əsasları
19.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
19.1.1. sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda;
19.1.3. müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, hadisənin baş verməsinin səbəbi təminata istisna hesab olunan halların nəticəsi olması;
19.1.5. sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi;
19.1.6. bu qaydaların 19.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
19.1.7. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
19.1.8. sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu qaydaların 8.5.1-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
19.1.9. sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda.
19.2. Bu qaydalarınn 16.2.3-ü maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi faktına əsaslana bilməz.
20. Tərəflərin məsuliyyəti
20.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
21. İş sirlərinin gizli saxlanılması
21.1. Sığortaçı, Sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda Sığoratalıya dəyən maddi və ya mənəvi zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır
22. Mübahisələrin həlli qaydası
22.1.Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.