Universitetin hüquq və öhdəlikləri. 2.1.1. Təhsil prosesinin yüksək xxxx-metodiki səviyyədə aparılmasını təmin edir; 2.1.2. Təhsilalana Universitetin kitabxanasından istifadə etmək hüququ verir; 2.1.3. Təhsilalana təhsilini uğurla başa vurduqdan sonra təhsil haqqında dövlət sənədi verir; 2.1.4. Təhsilalandan təhsil müddətində bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini, habelə Universitetin daxili nizam-intizam qaydalarına riayət edilməsini tələb edir; 2.1.5. Təhsilalanı tədris intizamını, təhsil müəssisəsinin daxili qaydalarını ciddi şəkildə pozduğuna və üzürsüz səbəblərdən müəyyən olunmuş miqdardan xxx dərs buraxdığına görə tələbələr sırasından xaric edir; 2.1.6. Təhsilalanı bu müqavilə üzrə öhdəliklərini pozduğuna görə tələbələr sırasından xaric edir; 2.1.7. Təhsilalanın öz arzusu ilə, akademik uğursuzluğa görə, başqa təhsil müəssisəsinə köçürüldüyünə görə, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən) və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda tələbələr sırasından xaric edir.
Appears in 14 contracts
Samples: Fərdi Müqavilə, Fərdi Müqavilə, Fərdi Müqavilə