MÜQAVİLƏ (fiziki şəxslər üçün)
Bank hesabının açılması və hesab üzrə əməliyyatların aparılması haqqında
MÜQAVİLƏ
(fiziki şəxslər üçün)
Bir tərəfdən Azərbaycan Respublikasının qanunları, öz lisenziyası və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən “Premium Bank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra «Bank» adlandırılacaq) və digər tərəfdən «Müştəri», («Müştəri» və «Bank» bundan sonra birlikdə “Tərəflər” adlandırılacaq) aşağıdakı şərtlər əsasında bu müqaviləni (bundan sonra «Müqavilə» adlanacaq) bağladılar.
1. MÜQAVİLƏNİN PREDMETİ
1.1. Bu müqaviləyə görə «Bank» «Müştəri»yə Azərbaycan Respublikasının milli valyutasında və ya xarici valyutalarda bank hesabı açılmasına, açılmış hesaba pul vəsaitinin qəbuluna, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair
«Müştəri»nin sərəncamlarını yerinə yetirməyi və Müştəri “Elektron bank xidmətlərinin göstərilməsi dair Razılaşma”nı qəbul etdikdə internet bankçılıq xidmətinin göstərilməsini, «Müştəri» isə hesabdakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür.
1.2. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra MB) normativ xarakterli aktlarına, “Fərdi məlumatlar haqqında” Qanuna, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - ƏL/TMM Qanununun),
«Müştəri» uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”a (bundan sonra
– MUT qaydalarına) habelə digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
2. HESABIN FƏALİYYƏT REJİMİ
2.1. «Bank» hesabının açılması üçün «Müştəri» ərizə ilə «Bank»a müraciət edir və hesabın açılması üçün qanunvericiliklə və bankdaxili qaydalarla nəzərdə tutulmuş sənədləri təqdim edir;
2.2. «Müştəri»nin vermiş olduğu bank hesablarının açılmasına dair ərizə, onda qeyd edilən valyutada bank hesablarının açılması üçün əsasdır.
2.3. «Müştəri»nin ərizəsi əsasında açılmış bütün valyutalarda xxxx bank hesabları ilə əlaqədar «Bank» ilə
«Müştəri» arasındakı münasibətlər bu müqavilə ilə tənzimlənir.
2.4. Rezident müştəri tərəfindən hesab üzrə xarici, qeyri-rezident müştərinin isə milli və xarici valyutada köçürmə əməliyyatları “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na əsasən aparılır;
2.5. «Müştəri»nin hesabından silinmələrə əsas, qanunvericilikdə və bu Müqavilədə nəzərdə tutulmuş hallar istisna olmaqla, onun təqdim etdiyi ödəniş sənədləridir.
2.6. Ödəniş sənədləri tərtib edildiyi gündən (tərtib edilmə günü nəzərə alınmadan) sonra 3 (üç) iş günü ərzində
«Bank»a təqdim edilə bilər.
2.7. «Müştəri»nin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə qanunvericiliklə, habelə “Bank”la müştəri arasında bağlanılmış müqavilələr, o cümlədən bu Müqavilə ilə müəyyənləşdirilmiş hallarda icazə verilir.
2.8. «Bank»la «Müştəri» arasında hesabın kreditləşdirilməsi haqqında əlavə razılaşma yoxdursa, «Bank»
«müştəri»nin hesabı üzrə əməliyyatları hesabın qalığı çərçivəsində müəyyən olunmuş ardıcıllıq qaydasında aparır. Ödəniş sənədində göstərilən məbləğ müştərinin hesabındakı vəsait qalığından çoxdursa, «Bank» həmin ödəniş sənədini icra etmir.
2.9. Hesabdakı pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etdikdə hesabdan vəsaitin silinməsi «Müştəri»nin sərəncamlarının və hesabdan silinməyə dair digər sənədlərin daxil olduğu təqvim ardıcıllığı ilə həyata keçirilir.
2.10. Hesabdakı pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etmədikdə hesabdan pul vəsaiti qanunvericiliklə nəzərdə tutulmuş ardıcıllıqla silinir.
2.11. «Bank» tərəfindən «Müştəri»nin ödəniş sənədləri qəbul edilərkən qanunvericilik ilə müəyyən edilmiş tələblərə uyğun yoxlanılır. Ödəniş sənədlərinin məzmunu və forması qanunla və xxx xxxxx müəyyənləşdirilmiş bank qaydaları ilə nəzərdə tutulmuş tələblərə uyğun gəlməlidir. Bu tələblərin pozulması ilə tərtib edilmiş, habelə qüsurlu ödəniş sənədləri icraya qəbul edilmir.
2.12. «Müştəri»nin hesabı üzrə sərəncam vermək hüququ yalnız «Bank»a təqdim edilmiş imza nümunəsi vərəqəsində qeyd edilmiş imza səlahiyyətinə xxxxx xxxx şəxsə və ya həmin şəxsin etibarnamə əsasında çıxış edən şəxsə məxsusdur. İmza vərəqəsində birinci və ikinci imzaya malik iki və ya daha xxx şəxsin imzası qeyd olunduqda, həmin imzalardan istifadə qaydası bu barədə imza vərəqəsində edilmiş qeydə əsasən aparılır (bu qayda məsafədən bank hesabının açılması zamanı tətbiq edilmir).
2.13. Sadələşdirilmiş və gücləndirilmiş müştəri uyğunluğu tədbirləri ƏL/TMM Qanununun, habelə MUT Qaydalarının tələblərinə uyğun olaraq həyata keçirilir.
2.14. «Bank» və «Müştəri» razılaşır ki, qanunvericilikdə nəzərdə tutulmuş hallarda müştərinin «Bank»da mövcud hesabları (hesab üzrə qalıq və aparılmış əməliyyatlar) barədə məlumatların müvafiq dövlət orqanlarına verilməsi ilə bağlı bildirişin, habelə digər hər hansı məlumatın (xəbərdarlıq) «Bank» tərəfindən hesab sahibinə məxsus və bu müqavilədə qeyd olunmuş elektron poçt ünvanına göndərilməsi tərəflər arasında rəsmi məlumatlandırılma/çatdırılma hesab edilir və gələcəkdə sübut kimi qiymətləndiriləcəkdir.
3. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
3.1. «Bank»ın vəzifələri:
3.1.1. MB-nin normativ xarakterli aktlarına və «Bank»ın qaydalarına uyğun olaraq təqdim edilən sənədlər,
«Müştəri»nin ərizəsi və digər zəruri sənədlər əsasında müvafiq valyutalarda hesab açmaq;
3.1.2. «Müştəri»yə hesablaşma-xxxxx xidmətləri göstərmək:
- «Müştəri»nin hesablarına daxil xxxx pul vəsaitini qanunvericilik və MB-nin normativ xarakterli aktları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, «Bank»a daxil olduğu günün ertəsi günündən gec olmayaraq hesaba salmaq;
- «Müştəri»nin təqdim etdiyi ödəniş sənədlərini «Bank»a daxil olduğu günün ertəsi günündən gec olmayaraq icra etmək;
- «Müştəri»yə xxxxx xidmətləri göstərmək;
- «Müştəri»nin hesabından çıxarışları ona təqdim etmək;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq müştərinin hesab üzrə verdiyi digər sərəncamlarını yerinə yetirmək;
3.1.3. «Müştəri»nin bank hesabı, həmin hesab üzrə aparılan əməliyyatların və «Müştəri» haqqında məlumatların məxfiliyini, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, bank sirrini təşkil edən məlumatları qorumaq;
3.1.4. «Müştəri»nin sərəncamı əsasında dövrü ödənişləri həyata keçirmək;
3.1.5. Qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər üçün ona hesablaşma hesabından nağd pul vəsaiti vermək.
3.1.6. Bu müqaviləyə zidd olmayan digər vəzifələri yerinə yetirmək.
3.2. «Bank»ın hüquqları:
3.2.1. «Müştəri»nin, səlahiyyətli nümayəndəsinin və ya benefisiar mülkiyyətçinin bank hesabı açılması üçün təqdim etdiyi sənədlər «Bank»ın və qanunvericiliyin tələblərinə uyğun olmadıqda, habelə müştəri uyğunluğu tədbirlərinin tətbiqi mümkün olmadıqda bank hesabı üzrə əməliyyatları icra etməkdən imtina etmək;
3.2.2. «Müştəri»nin Bank qarşısında bu və ya digər müqavilə üzrə hər hansı bir icra olunmamış pul öhdəliklərini (kredit, ipoteka və s.), habelə hesabındakı pul vəsaiti ilə aparılan əməliyyatlar üzrə bankdaxili tariflərdə nəzərdə tutulmuş məbləğdə bank xidmətlərinin haqqını, həmçinin ödəniş tapşırığı digər müxbir banklar tərəfindən icra edildikdə «Müştəri»nin ödənişi ilə əlaqədar «Bank»a ünvanlanan müvafiq sorğular müqabilində müxbir banklar tərəfindən tətbiq olunan xidmət haqqlarını «Müştəri»nin sərəncamı və razılığı olmadan akseptsiz qaydada onun bank hesabındakı pul vəsaitindən silmək;
3.2.3. «Müştəri»nin hesabında xxxx pul vəsaitinə dair «Müştəri»nin maneəsiz sərəncam vermək hüququna təminat verməklə (qanunla müəyyən edilmiş hallar istisna olmaqla) bu vəsaitdən istifadə edir.
3.2.4. Qanunvericilikdə baş vermiş dəyişiklik və ya «Bank» tərəfindən «Müştəri» haqqında əlavə məlumat əldə etmək zərurəti yarandığı hallarda tələb olunan əlavə sənədlərin təqdim edilməsini «Müştəri»dən tələb etmək;
3.2.5. «Müştəri»nin ərizəsinə uyğun olaraq bu müqavilənin şərtləri nəzərə alınmaqla ona digər valyutalarda da bank hesabı açmaq;
3.2.6. Birtərəfli qaydada xidmətlərin göstərilməsinə dair mövcud Tariflərdə dəyişiklik etmək;
3.2.7. «Müştəri» tərəfindən təqdim edilən sənədlərdə saxta məlumatlar aşkar edildikdə və ya saxta sənəd təqdim edildikdə müqaviləyə xitam vermək;
3.2.8. Qanunvericilikdə və bankın daxili tələbləri ilə nəzərdə tutulmuş hallarda müştərinin bank hesabı üzrə əməliyyatlara limitlər tətbiq etmək;
3.2.9. Hər hansı əməliyyat səhvi nəticəsində Müştərinin hesabına mədaxil edilmiş vəsaiti birtərəfli qaydada həmin hesabdan silmək;
3.2.10. Azərbaycan Respublikasının hüquqi aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə və sazişlərdən irəli gələn hallarda Müştəridən onun pul axını, maliyyə mənbələri, həmçinin imza hüququ xxxx şəxslərin eyniləşdirilməsinə dair məlumatları tələb etmək;
3.2.11. Müştəri tələb olunan məlumatları təqdim etmədikdə onunla mövcud xxxx münasibətlərə xitam vermək;
3.2.12. Müştərinin Bank qarşısında öhdəlikləri və ya müvafiq məhkəmə qərarı mövcud olduqda, habelə qanunvericiliklə müəyyən edilmiş digər hallarda Müştərinin razılığı və sərəncamı olmadan onun hesabındakı pul vəsaitini silmək;
3.2.13. Davamlı nəzarət tədbirlərinin tətbiqi nəticəsində uyğunsuzluqlar müəyyən edildikdə, gücləndirilmiş müştəri uyğunluğu tədbirləri üzrə ƏL/TMM Qanununu, MUT qaydaları, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatları təqdim edilməsini Müştəridən tələb etmək;
3.2.14. Bu müqavilə və qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirtmək.
3.3. «Müştəri»nin vəzifələri:
3.3.1. Hesabın açılması üçün AR hüquqi aktlarından irəli gələn və «Bank» tərəfindən tələb edilən məlumat və müvafiq sənədləri «Bank»a təqdim etmək;
3.3.2. Qanunvericiliyə uyğun olaraq hesab üzrə nağd və nağdsız qaydada əməliyyatlar aparmaq;
3.3.3. Ödəniş sənədlərini MB-nin normativ xarakterli aktlarına uyğun olaraq tərtib edərək «Bank»a təqdim etmək;
3.3.4. Hesabda xxxx pul vəsaitindən ƏL/TMM Qanunu və MUT qaydaları da daxil olmaqla, mövcud qanunvericiliyə uyğun olaraq istifadə etmək;
3.3.5. Müştəri uyğunluğu tədbirlərinin davamlı tətbiqi nəticəsində uyğunsuzluqlar müəyyən edildikdə, bunun
səbəblərini açıqlayan məlumatları və onları təsdiq edən sənədləri «Bank»ın tələbi bildirildiyi andan etibarən 5 (beş) iş günü ərzində yazılı surətdə «Bank»a təqdim etmək;
3.3.6. «Bank» tərəfindən bu müqaviləyə uyğun olaraq əlavə sənədlər tələb edildikdə, həmin sənədləri tələb olunan müddətdə «Bank»a təqdim etmək;
3.3.7. «Bank»a əvvəllər təqdim etmiş olduğu məlumatlarda hər hansı dəyişiklik olduqda, həmin dəyişiklik baş verdiyi andan etibarən «Bank»ı 3 (üç) iş günü ərzində yazılı qaydada xəbərdar etməli və bu dəyişiklikləri təsdiq edən sənədləri «Bank»a təqdim etməlidir. Əks halda, əvvəllər təqdim edilmiş rekvizitlər üzrə
«Bank»ın «Müştəri»yə göndərdiyi bildirişlər «Müştəri» tərəfindən qəbul olunmuş hesab olunacaq.
3.3.8. «Müştəri» faktiki yaşayış ünvanını, qeydiyyatda olduğu ünvanını, istifadəsində xxxx telefon nömrəsini, elektron poçt ünvanını və digər zəruri məlumatların dəyişdiyi zaman «Bank»a dərhal məlumat verməlidir.
3.3.9. Azərbaycan Respublikasının hüquqi aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə və sazişlərdən irəli gələn hallarda öz pul axını, maliyyə mənbələri, həmçinin imza hüququ xxxx şəxslərin eyniləşdirilməsinə dair məlumatları «Bank»a təqdim etmək;
3.3.10. Hesab üzrə icrası nəzərdə tutulan əməliyyatların təyinatı, xxxxx edilən limitləri barədə «Bank»a məlumat vermək;
3.3.11. Hesabına yanlış daxil olma olduqda, bu barədə dərhal «Bank»a məlumat vermək və həmin məbləği xxxx qaytarmaq və ya hesabdan həmin məbləğin «Bank» tərəfindən birtərəfli qaydada silinməsini qəbul etmək və buna qarşı hər hansı etiraz irəli sürməmək;
3.3.12. «Müştəri» tərəfindən məlumatların təqdim edilməməsi və ya vaxtında təqdim edilməməsi nəticəsində «Bank»a dəyən ziyana görə «Müştər»i maddi məsuliyyət daşıyır.
3.3.13. «Bank»ın qüvvədə xxxx Tarifləri ilə bu müqavilənin 10.3-cü bəndində göstərilənlərə əsasən xxxxx olmaq və əməliyyat gününə qüvvədə xxxx tariflərə uyğun olaraq xidmət haqqlarını ödəmək;
3.3.14. «Müştəri» vergi qanunvericiliyinin tələblərinə riayət etmək öhdəliyi daşıyır.
3.3.15. Bu müqavilədən və qüvvədə xxxx qanunvericilikdən irəli gələn vəzifələri yerinə yetirmək.
3.4. «Müştəri»nin hüquqları:
3.4.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Hesabdan istifadə etmək;
3.4.2. Hesab üzrə aparılan əməliyyatlara dair və hesabda xxxx pul vəsaitinin qalığı barədə «Bank»xxx məlumatların ona verilməsini tələb etmək;
3.4.3. Yeni bank hesablarının açılması ilə əlaqədar Banka ərizə ilə müraciət etmək.
3.4.4. Bu müqavilədən irəli gələn digər hüquqları həyata keçirtmək.
4. MÜQAVİLƏNİN MÜDDƏTİ VƏ LƏĞVİ QAYDALARI
4.1. Bank hesabına aid müddəalar «Müştəri»yə hesabın açıldığı gündən qüvvəyə minir və qeyri-müəyyən vaxt ərzində qüvvədədir (müqaviləyə xitam verilməsi halı istisnadır).
4.2. «Müştəri» istədiyi vaxt ərizə ilə «Bank»a müraciət edərək müqaviləni ləğv edə bilər. Müqavilənin ləğvi barədə «Müştəri» tərəfindən «Bank»a ərizə daxil olduğu anından müqavilə ləğv edilmiş sayılır. Bununla belə müqavilənin ləğv edilməsi «Müştəri»nin bu müqavilə üzrə icra edilməmiş öhdəliklərinin xitamına səbəb olmur. «Müştəri» tərəfindən bütün öhdəlikləri tam yerinə yetirilməmişdirsə, bu Müqavilə həmin öhdəliklər tam yerinə yetirilənədək qüvvədə qalır;
4.3. Aşağıdakı hallarda «Bank» müqaviləni birtərəfli qaydada ləğv edə bilər və bu halda «Bank» «Müştəri» qarşısında heç bir məsuliyyət daşımır:
• «Müştəri» tərəfindən 1 (bir) il ərzində bank hesabı üzrə əməliyyatlar aparılmadıqda;
• «Müştəri»nin hesabında saxlanan pul vəsaitinin məbləği «Bank»ın daxili qaydaları ilə nəzərdə tutulmuş minimum miqdardan az olduqda, bir şərtlə ki, belə məbləğ «Bank»ın bu barədə xəbərdarlıq etdiyi gündən bir ay ərzində bərpa edilməmiş olsun;
• müştəri uyğunluğu tədbirlərinin davamlı tətbiqi mümkün olmadıqda;
• Bu müqavilənin 3.2.7-ci yarımbəndlərində nəzərdə tutulmuş halda;
• Bu müqavilənin 3.3.5-ci yarımbəndində göstərilən müddətdə «Bank»ın tələbi yerinə yetirilmədikdə;
• Bu müqavilənin 3.2.11-ci yarımbəndinə əsasən məlumatlar verilmədikdə;
• Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında;
• Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.
4.4. Müqavilə ləğv edildikdə «Müştəri»nin hesabı bağlanılır.
4.5. Bu müqavilənin 4.3-cü bəndində göstərilmiş əsaslarla bu müqaviləyə «Bank» tərəfindən birtərəfli qaydada xitam verildikdə, «Bank» bu barədə «Müştəri»yə 1 (bir) iş günü ərzində elektron (email, mobil nömrəyə, teleqraf, teleks, faks və s. analoji üsullarla) və ya kağız daşıyıcıda məlumat verir.
4.6. Hesab bağlandıqda hesabdakı pul vəsaitinin qalığı «Müştəri»yə verilir və ya müştərinin göstərişi ilə onun müvafiq yazılı ərizəsinin alındığı gündən ən geci 7 (yeddi) təqvim günü keçənədək başqa hesaba köçürülür.
4.7. Hesabın qalığı müştəri tərəfindən xxxx alınmadıqda və ya vəsaitin köçürülməli olan yeni hesab «Bank»a bildirilmədikdə, həmin vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesablarının uçotu aparılan hesaba köçürülür və «Müştəri»yə bu barədə yazılı məlumat verilir. Həmin hesabda saxlanılan pul vəsaitinin hüquqi rejimi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
5. BANK SİRRİ
5.1. Bank sirri təşkil edən məlumatlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət orqanlarına, vəzifəli və digər şəxslərə təqdim edilir.
5.2. Bu müqavilənin 5.1-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, bank fəaliyyətinin təmin edilməsi məqsədilə xidmət göstərən şəxslərə bank sirri təşkil edən məlumatlar tam və ya qismən verilə bilər (məlumatların konfidensiallıq rejiminin qorunması şərtilə). Bu məlumatların ötürülməsi üçün Müştərinin əlavə yazılı razılığı tələb olunmayacaq.
6. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
6.1. Tərəflər bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrin lazımınca yerinə yetirilməməsinə görə Azərbaycan Respubliksının qüvvədə xxxx qanunvericiliyi ilə məsuliyyət daşıyırlar;
6.2. «Bank» müvafiq normativ qaydalara uyğun tərtib olunmamış ödəniş sənədlərinin icrasına və ya ödəniş sənədlərində düzgün göstərilməyən məlumatlara görə məsuliyyət daşımır;
6.3. Xidmətlərin göstərilməsi (ödəniş tapşırıqlarının icrası və s. əməliyyatlar zamanı) «Bank»xxx xxxxx olmayan səbəblərdən mümkün olmadıqda, həmçinin öz müxbir banklarının və ya digər üçüncü şəxslər tərəfindən xidmətlər lazımi səviyyədə göstərilmədikdə, yəni ödənişin icrasının gecikdirilməsi və ya digər səbəblərdən məbləğlərin dondurulması hallarında «Bank» məsuliyyət daşımır;
6.4. «Müştəri»nin verdiyi ödəniş sənədlərinə əsasən aparılmış əməliyyatların onun tərəfindən təqdim edilmiş saxta sənədlər üzrə həyata keçirildiyi aşkar edilərsə, aparılmış əməliyyatların nəticələri üçün «Müştəri» tam məsuliyyət daşıyacaqdır. Bu halda «Bank» «Müştəri» qarşısında heç bir məsuliyyət daşımayacaq;
6.5. «Bank» qanunda nəzərdə tutulan hallarda hesabdakı pul vəsaiti üzərinə həbs qoyulduğu və ya hesablar üzrə əməliyyatların dayandırıldığı hallarda ödəniş sənədlərinin icrasına görə məsuliyyət daşımır.
6.6. «Müştəri»nin təqdim etdiyi əlaqə vasitələri (mobil nömrə, e-mail, faks, ünvan və digər) müvafiq ərizə formalarında düzgün qeyd edilməmişdirsə və ya dəyişikliklər barədə «Bank»a yazılı məlumat verilməmişdirsə, bu zaman «Bank», hesab üzrə göstərilən xidmətlərlə və ya ondakı dəyişikliklərlə bağlı məlumatın vaxtında «Müştəri»yə çatdırılmamasına görə heç bir məsuliyyət daşımır.
6.7. «Müştəri»nin özünə, rezidenti olduğu və ya hər hansı əlaqəsi olduğu ölkəyə Azərbaycan Respublikası, hər hansı digər dövlət və ya hər hansı Beynəlxalq Təşkilat tərəfindən sanksiya qoyulduqda, «Bank»
«Müştəri»nin hesabındakı vəsaiti dondura, əməliyyatların aparılmasına məhdudiyyət qoya və digər hərəkətlər edə bilər.
7. HESABIN KREDİTLƏŞDİRİLMƏSİ ŞƏRTLƏRİ
7.1. «Müştəri»nin bank hesabında pul vəsaiti olmadıqda «Bank» «Müştəri»yə kredit verməklə (hesabın kreditləşdirilməsi) ödənişləri həyata keçirə bilər, bu zaman kreditdən istifadə qaydaları «Bank» ilə
«Müştəri» arasında bağlanacaq kredit müqaviləsinə əsasən tənzimlənir.
7.2. «Müştəri» «Bank»xxx aldığı kredit məbləğini və kreditdən istifadəyə görə hesablanmış faizləri «Bank» ilə «Müştəri» arasında bağlanacaq kredit müqaviləsinin şərtlərinə əsasən ödəməlidir.
8. FORS-MAJOR HALLAR
8.1. Fors-major (daşqın, uçqun, sel, zəlzələ, yer sürüşməsi, yanğın, müharibə, epidemiya silahlı iğtişaşlar, dövlət orqanlarının müvafiq qərarları, moratorium və digər hallar) hallarında Tərəflər müqavilə şərtlərinin tam və ya qismən yerinə yetirilməməsinə görə bir-biri qarşısında heç bir maddi və digər məsuliyyət daşımırlar. Göstərilən səbəblərdən müqavilənin icrası mümkün olmadıqda onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.
9. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
9.1. Bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll ediləcəkdir.
9.2. Bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, MB-nin normativ xarakterli aktları, «Bank»ın daxili qaydaları və qüvvədə xxxx digər hüquqi aktlar ilə tənzimlənir.
10. ƏLAVƏ ŞƏRTLƏR
10.1. Bu müqavilənin müddəaları «Müştəri»nin «Bank»da açılan bütün hesablarına şamil edilir və tərəflər arasında həmin hesablarla əlaqədar xxxx münasibətlər bu müqavilənin şərtləri ilə tənzimlənir. Bu müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən «Müştəri» ilə bağlanmış əvvəlki müqavilələrin bu müqavilə ilə ziddiyyət təşkil edən müddəaları qüvvədən düşmüş hesab olunur.
10.2. Bu müqavilə Azərbaycan dilində tərtib edilmiş, “Tərəflər” arasında «Bank hesabının açılması və hesab üzrə əməliyyatların aparılması haqqında» Müqaviləsinin şərtlərinin qəbul edilməsi barədə «Müştəri» və
«Bank» arasında Razılaşma imzalandığı və möhürü xxxx tərəfin möhürü vurulduğu andan və ya «Bank» tərəfindən məsafədən hesabların açılması xidmətinin göstərildiyi təqdirdə “Tərəflərin” gücləndirilmiş elektron imza/ və ya gücləndirilmiş müştəri autentifikasiyası (video zəng və ya video çəkiliş) ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir. Bu halda məsafədən bağlanan bank hesabı müqaviləsi bank tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir.
10.3. Tarif dərəcələrinin dəyişdirilməsi halları istisna olmaqla, bu müqaviləyə bütün əlavələr və dəyişikliklər müvafiq sənədin tərtib edilməsi yolu ilə, hər iki tərəfdən imzalandıqdan və möhürü xxxx tərəfin möhürü
ilə və ya gücləndirilmiş elektron imza ilə təsdiq edildikdən sonra qüvvəyə minir və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Hər bir bank xidməti üzrə faiz, komissiya və xidmət haqqı «Bank»ın rəsmi internet səhifəsində yerləşdirilmiş qüvvədə xxxx Tarifləri ilə müəyyən edilir (xxxxx://xxx.xxxxxxxxxxx.xx/xx/xxx-xxxx/xxxxx-xx-xxxxxxxxxx/xxxxxxx/). «Müştəri» bankın təklif etdiyi hər bir xidmət üzrə xidmət haqqı, tarif, limitlər, digər ödənişlərdə, qayda və ya şərtlərdə edilmiş dəyişikliklərin mövcudluğunu hər hansı əməliyyat aparmamışdan əvvəl «Bank»ın müvafiq internet informasiya resurslarında mütəmadi olaraq yoxlamalıdır, əks təqdirdə buna görə «Bank» heç bir məsuliyyət daşımır.
10.4. «Müştəri» bu Müqavilə ilə göstərilənlərdən başqa, zərurət olduğu təqdirdə, lazımi fərdi məlumatlarının “Fərdi məlumatlar haqqında” AR qanununun tələblərinə müvafiq olaraq «Bank» tərəfindən üçünсü şəxslərə ötürülməsinə razı olduğunu bildirir.
10.5. “Tərəflər” təsdiq edirlər ki, müvafiq xidmətin göstərilməsi üçün xxxxx xxxx bütün sənədlər müvafiq Razılaşma ilə birlikdə «Bank»a təqdim edilmişdir.
10.6. Gələcəkdə bu Müqavilənin hər hansı bir bəndinin etibarsız hesab edilməsi müqavilənin bütövlükdə etibarsız hesab edilməsinə səbəb olmur.
Müraciətlərə (şikayət, ərizə və təkliflər) baxılması üçün əlaqə:
1) “Premium Bank” ASC, Müraciətlərə Baxılması bölməsi Ünvan: Baxx xxxxxx, Xxxxxx 00(042A) tel: (000) 0000000 - dax 9627, fax: (000) 0000000, email poçt ünvanı:
xxxxxxxxx@xxxxxxxxxxx.xx website: xxx.xxxxxxxxxxx.xx, qaynar xətt: 012 931;
2) Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanı: AZ1014, Azərbaycan Respublikası,Bakı şəh., R.Behbudov küç. 90, qaynar xətti: +994124935058; +99412966