MÜNDƏRİCAT
M Ü L K İİİ
M Ə S U L İİİ Y Y Ə T S I Ğ O R T A S I Q A Y D A L A R I
Bakı - 2011
MÜNDƏRİCAT
MÜNDƏRİCAT | 2 |
SIĞORTA SİNFİ | 3 |
ÜMUMİ ANLAYIŞLAR | 3 |
ÜMUMİ MÜDDƏALAR | 4 |
Maddə 1. SIĞORTANIN ƏHATƏ ETDİYİ ƏRAZİ | 4 |
Maddə 2. SIĞORTAÇININ HÜQUQ VƏ VƏZİFƏLƏRİ | 4 |
Maddə 3. SIĞORTALININ HÜQUQ VƏ VƏZİFƏLƏRİ | 5 |
Maddə 4. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ | 6 |
Maddə 5. SIĞORTA MƏBLƏĞİ | 6 |
Maddə 6. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI, ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ, XİTAM VERİLMƏSİ | 6 |
Maddə 7. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ | 8 |
Maddə 8. ZƏRƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ | 8 |
Maddə 9. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI QAYDASI | 8 |
Maddə 10. SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI VƏ ŞƏRTLƏRİ, SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR | 8 |
Maddə 11. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI | 9 |
Maddə 12. SUBROQASİYA HÜQUQU | 10 |
Maddə 13. SIĞORTA MÜQAVİLƏSİNİN QAYDALAR ÜZƏRİNDƏ ÜSTÜNLÜYÜ | 10 |
Maddə 14. XÜSUSİ ŞƏRTLƏR | 10 |
Maddə 15. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI | 10 |
Maddə 16. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI | 10 |
Maddə 17. SANKSİYALARA DAİR MADDƏ | 10 |
BÜTÜN BÖLMƏLƏRƏ AİD EDİLƏN TƏRİFLƏR | 11 |
İŞƏGÖTÜRƏNİN MƏSULİYYƏTİ | 12 |
ÜMUMİ MƏSULİYYƏT | 14 |
MÜLKİ MƏSULİYYƏT SIĞORTASI İLƏ BİRLİKDƏ VERİLƏ BİLƏCƏK ƏLAVƏ TƏMİNATLAR | 20 |
MÜLKİ MƏSULİYYƏT SIĞORTASI ÜZRƏ ƏLAVƏ İSTİSNALAR | 21 |
SIĞORTA SİNFİ
Bu sığorta qaydaları ilə müəyyən olunan sığorta növü ümumi mülki məsuliyyət sığortası sinfinə aiddir.
ÜMUMİ ANLAYIŞLAR
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
Sığortaçı - sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfidir.
Sığorta olunan - əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir.
Xxxxxxxxxx şəxs - sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır.
Sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir.
Sığorta predmeti - sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır.
Qismən sığorta - müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir.
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur. Sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği müəyyən oluna bilər.
⮚ Şərtli azadolma - məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda zərər məbləğindən azadolma məbləği çıxılmır.
⮚ Şərtsiz azadolma - məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
Sığorta məbləği - Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
1. SIĞORTANIN ƏHATƏ ETDİYİ ƏRAZİ
Tərəflərin başqa cür razılaşdığı və belə razılaşmanın Sığorta müqaviləsində təsbit olunduğu hallar istisna olmaqla, sığorta Azərbaycan Respublikasının ərazisini əhatə edir.
TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ
2. Sığortaçının hüquq və vəzifələri:
2.1. Risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalıdan sığorta haqqını tələb edir.
2.2. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün ilk hissəsi ilə bağlı sığorta müqaviləsi bağlandığı gündən, digər hissələrlə bağlı isə ödəmə tarixindən 1 aydan gec olmamaq şərti ilə yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
2.3. Sığortaçı sığortalanmış risklər üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği həddində öhdəlik daşıyır.
2.4. Sığorta məbləğlərini, sığorta riskləri, sığorta risklərindən istisnaları və (və ya) sığorta təminatında məhdudiyyətləri müəyyən edir.
2.5. Sığortalıdan riskinin dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu hallarda baş verən dəyişikliklər barədə bildiyi və ya bilməli olduğu məlumatları verməsini tələb edir;
2.6. Bu qaydalarla nəzərdə tutulan şərtlərin sığortalı tərəfindən yerinə yetirilməsini tələb edir;
2.7. Sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməməsini tələb edir;
2.8. Sığortalının sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayətlər törətməməsini tələb edir;
2.9. Sığortalının sığortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) və ya ona dəymiş zərərin azaldılması üçün lazımi və mümkün tədbirləri görməsini tələb edir;
2.10.Sığorta predmeti və hadisəsi barədə sığortalıdan aydın və düzgün məlumat verməsini tələb edir, sığortalının bildirdiyi məlumatın yanlış və ya yarımçıq olması məlum olarsa:
2.10.1. Sığortalı bu hərəkəti qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən sığorta müqaviləsini ləğv edə bilər və sığorta hadisəsi baş verərsə, ödəniş verməkdən imtina edə bilər.
2.10.2. Sığortalı hərəkətinin qəsdən etmədiyi müəyyən olarsa, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən sığorta müqaviləsini ləğv edə bilər və ya həmçinin sığorta müqaviləsinin şərtlərini dəyişdirə və ya əlavə sığorta haqqı almaqla sığorta müqaviləsini qüvvədə saxlaya bilər.
2.11.Bu qaydalarda nəzərdə tutulan şərtlərin sığortalı tərəfindən yerinə yetirilməməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsindən imtina edir;
2.12.Sığorta hadisələri təsiri nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişini həyata keçirir.
2.13.Sığortaçı sığorta müqaviləsi bağlanarkən sığortalıdan sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün zəruri və ona məlum xxxx bütün halları və məlumatları tələb edir və əlavə zəruri məlumatların siyahısını tərtib edərək, yazılı müraciət formasında sığortalıya göndərir.
2.14.Sığorta hadisəsinin baş verməsi barədə sığortaçı hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
2.15.Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
2.16.Sığortaçı sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta müqaviləsi ilə müəyyən olunmuş qaydada sığorta ödənişini verir.
2.17.Sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağı mövcud olmadıqda həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir.
2.18.Sığortaçı sığortalının aşkar yazılı təkidi ilə seçilən təkrarsığortaçının öz öhdəliklərini icra edə bilmədiyi həddə müvafiq sığorta müqaviləsi üzrə vəzifəsini yerinə yetirməkdən azad edilir.
2.19.Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir.
2.20.Sığortalının bu sığorta qaydaları ilə razı olduğunu təsdiq etməsi şərti ilə sığortalıya sığorta müqaviləsi verir.
2.21.Sığorta müqaviləsi itdikdə və ya məhv olduqda sığortalı və ya sığorta olunan onun dublikatını sığortaçıdan şifahi və ya yazılı şəkildə tələb edə bilər. Bu tələbin yazılı şəkildə daxil olduğu tarixdən etibarən 3 iş günü müddətində sığortaçı sığortalını və ya sığorta olunanı müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, öz hesabına müvafiq sığorta müqaviləsinin dublikatı ilə təmin edir.
2.22.Sığortaçı sığorta predmeti barəsində sığortalı tərəfindən aydın və düzgün məlumat verilməsini tələb edir. Bu məlumatlarla bağlı sığortalı tərəfindən qəsdən yanlış məlumat verilərsə sığortaçı sığorta predmetinin sığorta müqaviləsində göstərilmiş dəyərini qəbul etməyə bilər.
2.23.Sığorta müqaviləsi bağlanarkən müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə sığortalının xxxxx olmasını təmin edir.
2.24.Sığortalını sığorta şərtləri ilə, yaxud könüllü sığorta müqaviləsinin əsaslandığı sığorta qaydaları ilə xxxxx xxxx.
2.25.Sığorta müqaviləsi bağlayarkən sığortaçı sığortalanan predmetə baxış keçirə, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirə, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədilə sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin edə bilər.
2.26.Sığortaçı sığorta müqaviləsi üzrə sığortalanan əmlakı, həmçinin sığorta risklərini bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs, yaxud müstəqil ekspert vasitəsilə qiymətləndirə bilər. Bu halda müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
2.27.Sığortaçı 6.8-ci bəndində qeyd olunan hallar mövcud olarsa sığorta müqaviləsinə vaxtından əvvəl xitam verir.
2.28.Sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda və müqaviləyə xitam verilməsində maraqlı xxxx sığortaçı digər tərəfi bu barədə xəbərdar edir və ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərir.
2.29.Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin xxxxxxxxxx şəxs hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırır.
2.30.Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədlərin və məlumatların alınması ilə bağlı səlahiyyətli dövlət orqanlarına yazılı sorğunu sığortalıya verərək müvafiq sənədlərin təmin edilməsini tələb edir.
2.31.Bu qaydaların 15-ci maddəsində müəyyən edilmiş subroqasiya hüququndan istifadə edir.
2.32.Qanunvericiliyə və bu qaydalara uyğun digər hüquq və vəzifələrini həyata keçirir.
3. Sığortalının hüquq və vəzifələri:
3.1. Bu qaydalarla nəzərdə tutulan şərtlərin sığortaçı tərəfindən yerinə yetirilməsini tələb edir;
3.2. Sığorta hadisəsinin təsiri nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişini tələb edir;
3.3. Sığorta müqaviləsində qeyd olunan sığorta haqqını ödəyir;
3.4. Sığorta riskləri barədə sığortaçıya məlumat verir;
3.5. Xxxxxx dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu hallarda baş verən dəyişikliklər barədə bildiyi və ya bilməli olduğu məlumatları sığortaçıya bildirir;
3.6. Sığorta predmetinin və hadisəsinin araşdırması üçün sığortaçıya müvafiq şəraiti yaradır:
3.6.1. Sığortalanan əmlaka baxış keçirmək;
3.6.2. Sığortalanan əmlakın olduğu yerləri və yerin yaxınlığındakı xxxxxx (qurğu və ya evin) baxış keçirmək;
3.6.3. Sığortalanan əmlakın real dəyərinin müəyyənləşdirilməsi məqsədi ilə keçirilən ekspertizada iştirak etmək.
3.7. Sığortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) və ya ona dəymiş zərərin azaldılması üçün lazımi və mümkün tədbirləri görür;
3.8. Sığorta predmeti və hadisəsi barədə sığortaçıya düzgün və aydın məlumat verir;
3.9. Bu qaydalarda nəzərdə tutulan şərtləri yerinə yetirir, əks təqdirdə əmlak mənafelərinə dəyən zərərin əvəzinin sığortaçı tərəfindən tam və ya qismən ödənilməsini tələb etmə hüququnu itirir.
3.10.Sığorta müqaviləsi bağlanarkən sığortalı sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün zəruri və ona məlum xxxx bütün halları və məlumatı sığortaçıya bildirir.
3.11.Sığorta müqaviləsinə bu qaydaların 6.9-ci bəndinin tələblərinə əsasən sığortalı tərəfindən vaxtından əvvəl xitam verilə bilər. Bu halda:
3.11.1. Sığortalı, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçıdan həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarının ona qaytarmasını tələb edir, əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçıdan sığorta haqlarını bütünlüklə sığortalıya qaytarılmasını tələb edir.
3.11.2. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması bu qaydaların bu qaydaların 10-cu maddəsinin tələblərinə əsasən həyata keçirilir.
3.12. Sığorta hadisəsinin baş verməsi barədə hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verir.
3.13.Sığorta məbləğinin azalmış hissəsinə uyğun olaraq, əlavə sığorta haqqı ödənilməklə sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləğini bərpa edilə bilər.
3.14.Sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar barədə sığortaçıya məlumat verir.
3.15.Sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda və müqaviləyə xitam verilməsində maraqlı xxxx sığortalı digər tərəfi bu barədə xəbərdar edir və ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərir.
3.16.Qanunvericiliyə və bu qaydalara uyğun digər hüquq və vəzifələrini həyata keçirir.
3.17.Xxxx, ziyan və ya zərərin qarşısını xxxx öhdəliyi Sığortalı
(a) sığortalanan Əmlakın saz vəziyyətdə saxlanılması və itki, ziyan və ya zərərin qarşısını almaq üçün öz hesabına bütün mümkün ehtiyat tədbirlərinin görülməsini təmin etməlidir.
(b) işçilərin seçməsində və onlara nəzarətdə ehtiyat göstərməlidir.
(c) hər bir hakimiyyət orqanları tərəfindən müəyyən edilmiş və qoyulmuş öhdəlikləri icra etməlidir.
Mülkləri nəzarət etmək üçün Sığortaçının nümayəndəsinin Mülklərə hər zaman daxil olma imkanı olmalıdır.
4. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
4.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Sığorta müqaviləsində məlumat verməyin müddəti və yaxud üsulu göstərilmişdirsə, o, müəyyən olunmuş müddətdə və həmin üsulla həyata keçirilməlidir.
4.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu qaydaların 7.1-ci bəndi ilə nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə, sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
4.3. Sığortalı baş verən hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat verməyə və qanunvericiliklə ona aid edilmiş bütün öhdəlikləri yerinə yetirməyə borcludur.
4.4. Sığorta hadisəsi zamanı sığortalı mümkün zərərin qarşısını almaq və miqdarını azaltmaq üçün bütün ağlabatan və mümkün tədbirləri görməlidir.
4.5. Belə tədbirlər həyata keçirilərkən sığortalı sığortaçıdan aldığı təlimatları yerinə yetirməlidir.
4.6. Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar sığortalının bütün hərəkətləri üzərində nəzarət etmək və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır.
4.7. Sığortalı sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta predmetini sığortaçı baxış keçirənə qədər sığorta hadisəsindən sonra düşdüyü vəziyyətdə saxlamağa borcludur.
4.8. Zərər xxxxxx əmlak təmir etdiriləcəkdirsə təmir yeri təmir başlanana qədər sığortaçı ilə razılaşdırılmalıdır.
4.9. Sığortalı sığorta hadisəsinə aid bütün sənədləri və məlumatı sığortaçıya təqdim etmək, həmçinin hadisənin digər iştirakçılarının və sığorta hadisəsi ilə bağlı məsələlərə baxan səlahiyyətli dövlət orqanlarının bütün hərəkətləri barədə təxirə salınmadan məlumat vermək öhdəliyi daşıyır.
4.10.Sığortalı sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət etməyə, saziş imzalamağa və ya vəd verməyə haqlı deyildir.
4.11.Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda sığortaçı öz hesabına sığortalının maraqlarını təmsil və müdafiə etməyə haqlıdır.
4.12.Sığorta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin ölçüsünü sübut etmək sığortalının vəzifəsidir.
4.13.Sığorta hadisəsi faktının və şəraitinin, eyni zamanda zərərin miqdarının sübut edilməsi üçün sığortalı malik olduğu və həmçinin qanunvericiliyə və adi təcrübəyə müvafiq olaraq əldə etməli bütün sənədləri sığortaçıya təqdim etməyə borcludur.
5. SIĞORTA MƏBLƏĞİ
Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş öhdəliyinin son həddidir.
5.1. Bu qaydalara əsasən sığorta məbləği sığorta predmetinin sığorta müqaviləsi bağlandığı andakı həqiqi dəyərindən - sığorta dəyərindən xxx olduğu halda (ikili və ya çoxqat sığorta halında), həmin müqavilə sığorta məbləğinin sığorta dəyərindən artıq xxxx hissəsində etibarsızdır.
5.2. Sığorta məbləğinin hər bir sığorta predmeti və ya onun hissəsinə münasibətdə ayrı-ayrı risklər üzrə miqdarı sığorta müqaviləsində qeyd olunur.
6. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANILMASI, ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ, XİTAM VERİLMƏSİ
6.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
6.2. Sığorta müqaviləsi tərəflərin bu qaydalar əsasında yazılı formada tərtib etməsi, qarşılıqlı imzalaması və ya sığortalının bu qaydalar ilə razı olduğunu təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən sığortalıya sığorta müqaviləsinin verilməsi yolu ilə bağlanır.
6.3. Sığorta müqaviləsinə ediləcək əlavə və dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərin qarşılıqlı razılaşması yolu ilə həyata keçirilir.
6.4. Sığorta müqaviləsi müəyyən müddət üçün bağlanılır.
6.5. Sığorta yalnız müqavilənin (şəhadətnamənin) qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrinə təminat verir.
6.6. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.
6.7. Azərbaycan Respublikasının qanunvericiliyində əqdlərin etibarsızlığı ilə bağlı ümumi əsaslarla və aşağıdakı hallarda sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır:
6.8. Sığorta müqaviləsi sığortaçının və ya sığortalının adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandıqda;
6.8.1. sığorta fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan və ya müvafiq sığorta növünü aparmağa icazəsi olmayan şəxs sığortaçı qismində müvafiq sığorta müqaviləsini bağladıqda (bu halda ödənilmiş sığorta haqları tam həcmdə sığortalıya qaytarılır);
6.8.2. Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək sığortaçının və həmin şəxsin razılığı ilə onu dəyişdirmək hüququna malikdir.
6.9. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
6.9.1. Müqavilənin qüvvədə olduğu müddət bitdikdə;
6.9.2. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
6.9.3. Sığortalı sığorta haqqını müqavilədə müəyyən edilən qaydada ödəmədikdə;
6.9.4. Məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;
6.9.5. Sığorta predmeti artıq mövcud olmadıqda;
6.9.6. Aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda:
6.9.6.1. sığorta müqaviləsini bağlamış sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri mülki qanunvericiliklə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir;
6.9.6.2. qanunvericilikdə və ya müqavilədə başqa şərtlər müəyyən edilməmişdirsə, sığortalının hüquq və vəzifələri sığorta predmeti xxxx xxxxx əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünün, həm də sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir;
6.9.6.3. başqa şəxsin xeyrinə həyat sığortası müqaviləsi bağlamış sığortalı vəfat etdikdə onun hüquq və vəzifələri xeyrinə sığorta müqaviləsi bağlanmış şəxsə təqdim edildikdən sonra ona özünün yazılı razılığı ilə keçir;
6.9.6.4. sığortalı xxxx hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə onun həmin müqavilə üzrə hüquq və vəzifələri qanunvericiliyə uyğun olaraq müvafiq hüquq varisinə keçir.
6.9.7. Sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
6.9.8. Sığorta qanunvericiliyində, yaxud sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilə bilər;
6.9.9. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
6.9.10. Sığorta marağı artıq mövcud olmadıqda;
6.9.11. Sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
6.9.12. Azərbaycan Respublikasının Qanunvericiliyi və bu qaydalarla nəzərdə tutulmuş digər hallarda.
7. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ
7.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
7.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
7.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
7.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması bu qaydaların 7.1-ci və 7.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
7.5. Sığorta müqaviləsinə bu qaydalarda və ya qanunvericiliklə müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu maddənin 7.3-cü və 7.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
8. ZƏRƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ
8.1. Bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha xxx sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər.
8.2. Sığorta müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir:
8.1.1. Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
8.1.2. sığortaçı sığorta hadisəsi barədə bu qaydalarla nəzərdə tutulmuş şəkildə məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;
8.1.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.
9. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI QAYDASI
9.1. Sığortalanmış əmlaka vurulan zərərlərin həcmi müəyyən olunduqdan sonra sığorta ödənişinin hesablanması aşağıdakı üsullarla və ardıcıllıqla həyata keçirilir:
9.1.1. Qismən sığorta zamanı - sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbəti əsasında vurulmuş zərərlərə təminat verilir;
9.1.2. Sığorta müqaviləsində azadolma nəzərdə tutulduqda - azadolma məbləği çıxılmaqla zərərlərə təminat verilir;
9.2. Sığorta müqaviləsi üzrə sığorta ödənişlərinin ümumi miqdarı sığorta məbləğini aşa bilməz.
10. SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI VƏ ŞƏRTLƏRİ, SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR
Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
10.1. Sığorta ödənişi aşağıdakılara əsasən həyata keçirilir:
10.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi;
10.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
10.1.3. qanunvericilikdə və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.
10.2.Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını bu qaydaların 13.1-ci bəndində göstərilən sənədlərin və ekspert rəyinin əsasında sığorta müqaviləsi üzrə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Bu zaman sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirə bilər.
10.3.Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər tərəfindən aparılır və bu zaman sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
10.4.Sığortaçı sığorta hadisəsi ilə əlaqədar bütün sənədləri aldıqdan sonra 30 təqvim günü ərzində sığorta ödənişini verir və ya yazılı şəkildə əsaslandırmaqla ödənişi verməkdən imtina edir.
10.5.Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra sığorta hadisəsi üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda həyata keçirilir:
10.5.1. zərər məbləğinin pul şəklində sığortalıya (sığorta olunana) və ya faydalanan şəxsə ödənilməsi;
10.5.2. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi;
10.5.3. sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti xxxx əmlakın dəyişdirilməsi.
10.6.Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
10.7.Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur, bu halda sığorta məbləğinin azalmış hissəsinə uyğun olaraq, əlavə sığorta haqqı ödənilməklə sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği bərpa edilə bilər. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığortaçı sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik edə bilər.
10.8.Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından xxx xxx bilməz.
11. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI 11.1.Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
11.1.1. sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda, habelə zərər dəymiş əmlakın ona təqdim edilməsi ilə bağlı bu qaydaların 11.2-ci bəndinə riayət edilmədikdə;
11.1.2. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
11.1.3. müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
11.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
11.1.5. sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi, o cümlədən bu qaydaların 11.2.1-ci bəndində müəyyən edilmiş məqsədlər üçün zəruri tədbirlərin görülməsi halları istisna olmaqla, digər hallarda əmlakın hadisə yerindən kənarlaşdırılmasının sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
11.1.6. bu qaydaların 14.2-ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
11.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
11.1.8. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
11.1.9. Sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin sığorta müqaviləsində nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, sığortaçının bu barədə yazılı xəbərdarlıqla son ödəmə müddəti müəyyən edilmişdirsə bu müddətin bitməsindən 3 gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
11.1.10. sığorta qanunvericiliyində və ya sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda.
11.2.Sığorta müqaviləsi bağlanarkən və ya bağlandıqdan sonra sığortalı özünə məlum xxxx və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməmişdirsə.
11.3.Sığortalının sığorta qanunvericiliyində və ya bu qaydalarla nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədiyi hallarda.
11.4.Sığorta qanunvericiliyi və bu qaydalarla nəzərdə tutulmuş digər hallarda.
12. SUBROQASİYA HÜQUQU
12.1.Subroqasiya - Sığorta ödənişinin həyata keçirilməsindən sonra, Sığorta olunanın səhhətinə vurulan zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı subroqasiya qaydasında tələb irəli sürmək hüququ, həmin ödəniş məbləği həddində Sığortaçıya keçir.
12.2.Sığortalı (Sığorta olunan) Sığortaçının subroqasiya hüququnun təmin edilməsi üçün öz imkanları çərçivəsində ona hər cür kömək göstərməli və Sığortaçını tələb irəli sürmək üçün zəruri xxxx bütün sənədlər, sübut və məlumatlarla təmin etməlidir.
12.3.Sığortalının(Sığorta olunanın) hər hansı məhkəmədən kənar razılaşma və ya məhkəmə qərarı əsasında zərərə görə məsuliyyət daşıyan şəxslərdən aldığı təminat məbləğləri, ilk növbədə Sığortaçının sığorta müqaviləsi üzrə həyata keçirdiyi sığorta ödənişlərinin əvəzinin ödənilməsinə xərclənəcək.
12.4.Sığortaçı ilə Sığortalı arasında başqa cür razılaşdırıldığı və belə razılaşmanın Sığorta müqaviləsində təsbit olunduğu hallar istisna olmaqla, Sığortalı (Sığorta olunan) zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri Sığortaçıya verməkdən imtina etdikdə, Sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir və ödənilmiş sığorta ödənişinin tam və ya müvafiq hissəsinin qaytarılması hüququnu əldə edir.
13. SIĞORTA MÜQAVİLƏSİNİN QAYDALAR ÜZƏRİNDƏ ÜSTÜNLÜYÜ
Bu Qaydalarda nəzərdə tutulmuş istisnalar və məhdudiyyətlər qanunvericiliyə zidd olmadığı hallarda tərəflərin razılığı ilə sığorta təminatına daxil edilə bilər.
14. XÜSUSİ ŞƏRTLƏR
14.1.Sığorta müqaviləsində qanunvericiliyə, bu qaydalara və bunlarla əlaqədar xxxx əlavə şərtlərə (klozlara) zidd olmayan xüsusi şərtlər də yazıla bilər.
14.2.Sığorta müqaviləsinə əlavə və dəyişikliklər qarşılıqlı razılaşma əsasında yazılı şəkildə rəsmiləşdirilir.
14.3.Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyət daşıyırlar.
14.4.Sığorta predmeti bir və ya bir neçə sığorta müqaviləsi ilə həqiqi dəyərindən artıq məbləğə sığortalandıqda sığorta məbləğinin sığorta dəyərindən artıq xxxx hissəsində sığorta müqaviləsi etibarsızdır.
14.5.Sığortalı ilə sığortaçı arasındakı razılaşmaya görə davamlı olaraq eynicinsli sığorta predmetinin müxtəlif hissələrinin oxşar şərtlərlə ayrı-ayrı dövrlər üzrə sığorta olunması vahid sığorta müqaviləsi tərtib edilməklə bir sığorta müqaviləsi əsasında həyata keçirilə bilər.
14.6.Sığortalı bu qaydaların 14.5-ci bəndində göstərilən əmlakın hər bir hissəsi haqqında sığorta müqaviləsində razılaşdırılmış məlumatları vaxtında, belə məlumatların təqdim edilmə vaxtı müqavilədə nəzərdə tutulmadıqda isə həmin məlumatları əldə etdikdən dərhal sonra sığortaçıya çatdırmalıdır. Məlumatlar əldə edildiyi zaman zərərlərin əvəzinin sığortaçı tərəfindən ödənilməyəcəyi məlum olsa belə sığortalı əldə etdiyi məlumatları sığortaçıya çatdırmalıdır.
14.7.Sığortalı tələb etdikdə sığortaçı bu qaydaların 14.5-ci bəndində nəzərdə tutulan müqavilənin aid olduğu əmlakın ayrı-ayrı hissələri üzrə sığorta müqaviləsi verməlidir.
15. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI
Sığortaçı, sığortalıya aid öyrənəcəyi iş sirlərini gizli saxlamamaqdan dəyən ziyan və zərərlərə görə məsuliyyət daşıyır.
16. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
16.1.Sığorta müqaviləsi üzrə ortaya çıxan mübahisələr tərəflərin danışıqlar yolu ilə həll edilir.
16.2.Razılığa gəlinmədiyi təqdirdə mübahisələrə Azərbaycan Respublikasının mövcud qanunvericiliyində müəyyən olunmuş qaydada aidiyyatı üzrə məhkəmədə baxılır.
16.3.Sığorta müqaviləsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
17. Sanksiyalara dair Maddə
Şirkət bu müqavilənin əhatə etdiyi hər hansı bölmələrinə əsasən məsuliyyət üçün heç bir ödəniş etməyə və ya onun hər hansı bir genişlənməsi çərçivəsində hər hansı ödəniş həyata keçirməyə borclu deyil: bu müqaviləni və/və ya sığortaçı, onun xxx şirkəti və yaxud onun əsas nəzarət qurumunu tənzimləyən hər hansı qanun və/ və ya normativ aktla embarqo qoyulan və ya sığortalıya və ya bu müqavilə əsasında hər hansı başqa faydalanan şəxsə sığortalanma təmin etməyi və ya digər iqtisadi müavinət təklif etməyi sığortaçıya qadağan etməklə nəticələnən digər iqtisadi sanksiya forması tətbiq edilən hər hansı ölkə (ölkələr)də yaranan və yaxud sığortalı və ya bu müqavilənin hər hansı faydalanan şəxsi vətəndaşı və ya qurumu olduğu dövlətdən irəli gələn hər hansı iddia çərçivəsində itki üçün.
BÜTÜN BÖLMƏLƏRƏ AİD EDİLƏN TƏRİFLƏR
1. Bədən Xəsarəti dedikdə, psixi zədələnmə, psixi sarsıntı və şok da daxil olmaqla, ölüm, Xəsarət, Xəstəlik və ya bu cür Xəsarət və ya xəstəlik nəticəsində ölüm və ya xəstəlik başa düşülür;
2. Biznes fəaliyyəti dedikdə, Sığortalının Şəhadətnamədə göstərilən biznes fəaliyyəti, o cümlədən, aşağıdakılar başa düşülür:
(a) Sığortalının binalarına sahiblik, onların təmiri və istismarı;
(b) İşçilər üçün bufet, sosial, idman və xeyriyyə təşkilatlarının təminatı və idarə edilməsi;
(c) yanğın, ilkin yardım, tibbi, təhlükəsizlik və təcili yardım xidmətlərinin təmin edilməsi;
(d) Sığortalının razılığı ilə İşçinin Sığortalının direktoru, şəriki və ya yüksək səviyyəli rəsmisi üçün gördüyü şəxsi iş;
3. Azadolma dedikdə, bu Şərtlərə əsasən Şirkətin ödəniş etmə məsuliyyətindən əvvəl bütün zərər və xərclərlə bağlı Sığortalının ödəməli olduğu cəmi məbləğ başa düşülür. Azadolma Şəhadətnamədə müəyyən edilmiş Təminat Limitini azaltmağa xidmət edir. Azadolma şərtsizdir və hər bir və bütün Hadisələrə tətbiq olunur.
4. İşçi dedikdə Xxxxxx fəaliyyətini həyata keçirərkən və bununla bağlı olaraq, Sığortalının rəhbərliyi və nəzarəti altında xxxx və işləyən aşağıdakı şəxslər başa düşülür:
(a) Sığortalı ilə təhsil və ya xidmət müqaviləsi bağlamış hər hansı şəxs;
(b) hər hansı usta və ya sadəcə fəhlə, podratçı və ya onların göndərdiyi şəxs;
(c) hər xxxxx xxx-özünün işəgötürəni xxxx şəxs;
(d) Sığortalı tərəfindən işə götürüldüyü nəzərdə tutulan müqaviləyə əsasən Sığortalının başqa işəgötürəndən müvəqqəti aldığı hər hansı şəxs;
(e) iş təcrübəsi keçən və ya oxşar vəziyyətdə xxxx hər hansı şəxs.
5. Maliyyə itkisi dedikdə, maliyyə (pul) və ya iqtisadi itki başa düşülür.
6. Sığortalı dedikdə, aşağıdakılar başa düşülür:
(a) Şəhadətnamədə göstərildiyi kimi Sığortalı;
(b) hüquqi məsuliyyət daşıdıqları dərəcədə, xxxxx iddia və ya məhkəmə işi Sığortalıya qarşı qaldırılsaydı, Sığortalının Sığorta müqaviləsinə əsasən sahib olacağı təminat həddində:
(i) Sığortalının hər hansı direktoru, şəriki və ya İşçisi; və
(ii) Sığortalının bufetinin, sosial, idman və xeyriyyə təşkilatlarının, ilkin yardım, tibbi, təhlükəsizlik, yanğın və təcili tibbi yardım xidmətlərinin hər hansı məmuru, komitə üzvü və ya könüllü köməkçisi (xxxxx peşəkar səviyyədə fəaliyyət göstərən tibbi praktikantlar istisna olmaqla);
(c) və Sığortalının tələbinə əsasən itki baş verməmişdən əvvəl hər hansı prinsipal, bu cür prinsipal üçün və ya onun adından Sığortalı tərəfindən yerinə yetirilmiş işdən irəli gələn hüquqi məsuliyyətlə əlaqədar, xxxxx iddia və ya məhkəmə işi Sığortalıya qarşı
qaldırılsaydı, Sığortalının Sığorta müqaviləsinə əsasən sahib olacağı təminat həddində və Sığorta təminatına daxil xxxx hüquqi məsuliyyət üçün və onların hər birinin Sığortalı kimi tətbiq etmələri mümkün xxxx dərəcədə bu Şərtlərə riayət etmələri şərtilə.
7. Məhkəmə işi dedikdə, məhkəmə çəkişməsi, arbitraj, vasitəçilik, məhkəmə qərarı və ya mübahisə həllinin digər vasitəsi başa düşülür.
8. Hadisə dedikdə, hər hansı şəxsə dəyən Şəxsi Xəsarət, Əmlakına dəyən Zərər, hər hansı servitut, hava, işıq, su və ya yol hüququnun ehtiyatsızlıq nəticəsində pozulması, o cümlədən, mahiyyətcə eyni ümumi şərtlərə təkrar olunan məruz qalma başa düşülür.
9. Dənizdə iş dedikdə dənizdəki hər hansı struktura, platformaya, qurğuya və ya yaşama gəmisinə:
(a) gedib gəlmək məqsədilə bu cür daşıma vasitəsindən quruya enənədək daşıma vasitəsinə minmə;
(b) dənizdəki hər hansı struktur, platforma, qurğu və ya yaşama gəmisi arasında tranzit;
(c) dənizdəki hər hansı strukturda, platformada, qurğuda və ya yaşama gəmisində iş başa düşülür.
10. Şəxsi Xəsarət dedikdə, Bədən Xəsarəti, səhvən həbs, şəxsi həyat hüququnun pozulması, tutma, səhvən məhbus etmə, səhvən evdən çıxarılma, ayrıseçkilik, böhtan, iftira və ya nüfuzuna zərər vurma başa düşülür.
11. Müqavilənin Ərazisi dedikdə:
A. 1-ci Bölmə (İşəgötürənin Məsuliyyəti) üzrə: ancaq Azərbaycan Respublikası.
Buna baxmayaraq, Şirkət İşçilərə onların Biznes Fəaliyyətində Sığortalıya işləmələri əsnasında və bundan irəli gələn və Sığorta Müddəti ərzində səbəb olunmuş dünyanın istənilən yerində baş vermiş zərərlərə və iddiaçıların xərclərinə görə təzminat ödəyir, xxxxx bu şərtlə ki, İşçi xxx xxxxx yuxarıda 11.A bəndində göstərilmiş ölkənin rezidentidir və iddia və ya Məhkəmə İşi müstəsna şəkildə yuxarıda 11.A bəndində göstərilmiş ölkədə irəli sürülmüşdür.
B. 2-ci Bölmə (Üçüncü Şəxslərə Qarşı Məsuliyyət) üzrə: ancaq Azərbaycan Respublikası.
12. Məhsullar dedikdə, Sığortalının sahibliyindən və ya nəzarətindən çıxdıqdan sonra Sığortalı tərəfindən istehsal edilmiş, quraşdırılmış, təmir olunmuş, xidmət olunmuş, emal edilmiş, satılmış, təchiz olunmuş və ya çatdırılmış hər hansı əmtəə və ya məhsullar başa düşülür.
13. Əmlaka dəyən Zərər dedikdə, maddi əmlaka fiziki zərər, onun itkisi və ya məhv olması başa düşülür.
BÖLMƏ 1 - İŞƏGÖTÜRƏNİN MƏSULİYYƏTİ
Şirkət aşağıdakıları Sığortalıya ödəyir:
1. Sığorta Müddəti ərzində Müqavilə Ərazisində baş verən və İşçinin Sığortalıya işləməsi əsnasında və onun həyata keçirilməsindən irəli gələn İşçinin məruz qaldığı təsadüfi bədən xəsarəti nəticəsində Sığortalının zərər kimi ödənilməsinə görə hüquqi məsuliyyət daşıdığı bütün məbləğlər, o cümlədən iddiaçının xərc və məsrəfləri.
2. (a) bu 1-ci Bölməyə əsasən təminatın predmeti ola biləcək təsadüfi bədən xəsarətindən irəli gələn hər hansı məhkəmədəki təhqiqat və ya Məhkəmə İşində təmsilçilik üçün hüquqi xidmət haqlarının ödənişi; və
(b) bu 1-ci Bölməyə əsasən iddianın predmetini təşkil edə biləcək hər hansı məsələ ilə bağlı Şirkətin əvvəlcədən razılığı ilə çəkilmiş bütün digər xərc və məsrəflər.
Təsadüfi bədən xəsarətlərinə münasibətdə hər hansı iddiaçı və ya bir sıra iddiaçılarla bağlı Şərtlərin bu 1-ci Bölməsinə (o cümlədən 1- ci Bölməyə bütün Genişləndirmələrə və Əlavələrə) əsasən ödənilməli bütün məbləğlər üzrə Şirkətin məsuliyyəti Şəhadətnamədə müəyyən edilmiş Təminat Limitini aşmamalıdır. Bu məsuliyyət limiti istər Sığortalının ödənilmələrinə görə məsuliyyət daşıdığı
iddiaçıların hüquqi xərc və məsrəfləri, istərsə də Şirkətin əvvəlcədən yazılı razılığı ilə Sığortalı tərəfindən çəkilmiş hüquqi xərc və məsrəfləri ehtiva edir.
Şirkət 1-ci Bölməyə münasibətdə təsadüfi bədən xəsarətlərindən irəli gələn təzminatın və iddiaçıların xərc və məsrəflərinin ancaq Azadolmadan artıq xxxx məbləği üzrə məsuliyyət daşıyır. Azadolma məbləği Sığortalının məsuliyyət daşıdığı bütün ödənişlər üzrə Sığortalı tərəfindən ödənilir və sığortalanmamış qalır.
Buna baxmayaraq, razılaşdırılmışdır ki, Sığortalı Azərbaycan Respublikasında İşçilərə qarşı icbari məsuliyyət sığortasına dair hər hansı qanunun müddəaları olmasaydı Şirkətin ödəməli olmayacağı bütün məbləğləri Şirkətə xxxx ödəyir.
1-Cİ BÖLMƏ ÜZRƏ İSTİSNALAR – İŞƏGÖTÜRƏNİN MƏSULİYYƏTİ
Bu Bölmə aşağıdakılarla bağlı bütün məsuliyyəti istisna edir:
1. Radioaktiv Çirklənmə
Təbiətindən asılı olmayaraq, aşağıdakıların birbaşa və ya dolayı səbəb olduğu və ya təsir etdiyi və ya onlardan irəli gələn hallar:
(a) ionlaşdırıcı radiasiya və ya hər hansı nüvə yanacağı və ya nüvə yanacağının yandırılmasından ortaya çıxan hər hansı nüvə tullantısından yaranan radioaktivlik tərəfindən çirkləndirmə;
(b) hər hansı nüvə birləşməsinin və ya nüvə komponentinin radioaktiv, toksik, partlayıcı və ya digər təhlükəli xüsusiyyətləri, burada hüquqi məsuliyyət aşağıdakı kimidir:
(i) hər hansı prinsipalın məsuliyyəti; və ya
(ii) Sığortalının razılaşmaya əsasən üzərinə götürdüyü və bu cür razılaşmanın olmaması halında mövcud olmayacaq məsuliyyət.
2. Peşə Xəstəliyi
Peşə xəstəliyindən, o cümlədən, xxxxx bunlarla məhdudlaşmadan asbest, silikoz, pnevmokonioz, bissinoz və/və ya işdə peşə təhlükələri nəticəsində xəstəlikdən irəli gələn hər hansı məsuliyyət.
3. Dənizdə İş
Hər hansı İşçinin Dənizdə İşə cəlb olunduğu əsnada məruz qaldığı təsadüfi bədən xəsarəti üzrə, xxxxx istisna şəhadətnamədə Dənizdə İş üzrə təminat limiti olduqda, tətbiq olunmur.
4. Sosial Müdafiə Subroqasiyası
Azərbaycan Respublikasının və ya işçilər Azərbaycan Respublikası ərazisindən kənarda olarkən də təminat altında olduqlarında hər hansı digər ölkənin hər hansı hökumət orqanı tərəfindən tətbiq olunan mövcud əmək qanunlarının pozulmasına görə cərimələr, sosial müdafiə idarəsi tərəfindən irəli sürülmüş subroqasiya iddiaları və ya Məhkəmə İşləri üzrə.
5. Müharibə və Terrorizm
Müharibənin, terrorizmin, müdaxilənin, xarici düşmənin hərəkətinin, düşmənçiliklərin (müharibə elan olunub olunmamasından asılı olmayaraq), vətəndaş müharibəsinin, qiyamın, inqilabın, qiyamçı və ya hərbi və ya uzurpasiya hakimiyyətinin hər hansı nəticələri.
1-Cİ BÖLMƏ ÜZRƏ GENİŞLƏNDİRMƏLƏR – İŞƏGÖTÜRƏNİN MƏSULİYYƏTİ
Bu şərtlərin bütün müddəaların, şərtlərinə və istisnalarına əsasən təminat aşağıdakı kimi genişləndirilmişdir. Bu istisnalara əsasən
edilmiş bütün ödənişlərin cəmi Məsuliyyətinə Limitinə əlavə deyil, onun bir hissəsidir. Genişləndirmələrə də Azadolma tətbiq olunur.
1. Məhkəmədə iştiraka görə kompensasiya:
Bu Şərtlərin 1-ci Bölməsinə (İşəgötürənin Məsuliyyəti) əsasən qeyd olunmuş və təminat verilmiş Məhkəmə İşi ilə əlaqədar Şirkətin konkret yazılı tələbinə əsasən hər hansı Sığortalının məhkəmədə xxxxx qismində iştirak etməsi halında Şirkət Sığortalıların işdə
olmadıqlarına görə çəkdikləri bütün ağlabatan xərcləri iştirakın tələb olunduğu hər bir gün üçün günə aşağıdakı tariflə ödəyir:
(a) Sığortalının hər hansı direktoru və ya partnyoru AZN 50;
(b) hər hansı İşçi AZN 20.
2. Avtomatik əldəetmə:
Bu Şərtlərlə verilən təminat bütün əməliyyatlara, o cümlədən Sığorta Müddəti ərzində əldə edilmiş, təsis edilmiş və ya yaradılmış binalara avtomatik tətbiq edilir, xxxxx hər xxxxx o şərtlə ki:
(a) Sığortalı tam anderraytinq məlumatı ilə Şirkəti aşağıdakı şəkildə xəbərdar edir:
(i) İllik dövriyyə Sığortalının hesabat verilmiş sonuncu illik dövriyyəsinin 5%-dən artıq olmadıqda və Biznes Fəaliyyətinə və ya riskə dair əhəmiyyətli dəyişiklik olmadıqda yeni əldəetmələr üçün 90 gün ərzində;
(ii) yuxarıda (i) bəndində göstəriləndən başqa yeni əldəetmələr üçün mümkün olduğu qədər tez;
(iii) yuxarıdakı (i) və (ii) bəndlərindən tez olduqda, hər hansı yeni Sığorta Müddətinin əvvəlində;
(b) Müqavilə tənzimlənən əsasda bağlandıqda, hər hansı yeni əldəetmələr üçün dövriyyə 10-cu Şərtə (Tənzimləmə) müvafiq bəyan edilir;
(c) Şirkətə aşağıdakılara dair hüququnu saxlayır:
(i) Müqavilə tənzimlənməyən əsasda bağlandıqda və yeni əldəetmələrin məcmu illik dövriyyəsi Sığorta Müddətinin əvvəlində təqdim edilmiş dəyərin 10%-dən artıqdırsa, ayrıca tarif dərəcəsi və sığorta haqqı və müvafiq hallarda şərtlər müəyyən etmək;
və ya
(ii) yeni əldəetmə Biznes Fəaliyyətinə və ya riskə dair əhəmiyyətli dəyişiklik təşkil etdikdə, bildiriş verildikdə təminatı qəbul etmək və ya ondan imtina etmək və hər hansı bu cür təminat üçün ayrıca tarif dərəcəsi və sığorta haqqı və müvafiq hallarda şərtlər müəyyən
etmək.
BÖLMƏ 2 - ÜMUMİ MƏSULİYYƏT
Şirkət Sığortalıya aşağıdakılara dair təminat verir:
1. Bu Sığortanın tətbiq olunduğu Sığorta Müddəti ərzində Müqavilə Ərazisində baş verən və Biznes fəaliyyətindən və onun həyata kEçirilməsindən irəli gələn Hadisə nəticəsində Sığortalının ödənilməsinə görə hüquqi məsuliyyət daşıdığı bütün məbləğlər, o şərtlə ki, ödənişlə bağlı Sığortalıya qarşı Müqavilə Ərazisindəki məhkəmədə iddia qaldırılmış olsun.
2. İddiaçının 2-ci Bölmənin 1-ci bəndi ilə bağlı Xərclərinə görə hüquqi məsuliyyət.
3. (a) II Bölməyə əsasən təminata daxil xxxx və bu Bölmənin 1-ci bəndində göstərilmiş Hadisə ilə nəticələnən qanuni öhdəliyin pozulması və ya buna cəhddən irəli gələn istintaqda və ya hər hansı məhkəmənin araşdırmasında təmsilçiliyə görə vəkillərin haqlarının ödənilməsi;
(b) Şirkətini daha əvvəlki razılığı ilə ortaya çıxan və bu Bölməyə əsasən iddianın və ya Məhkəmə işinin predmetini təşkil Edə biləcək hər hansı məsələ ilə bağlı bütün digər Xərclər.
Şirkətin hər hansı iddiaçının və ya iddiaçıların Hadisə ilə bağlı Şərtlərin (II Bölməyə bütün Genişləndirmə və Əlavələr daxil olmaqla) bu Bölməsinə əsasən ödənilməli bütün təzminatlar üzrə məsuliyyəti Şəhadətnamədə göstərilmiş Təminat Limitindən artıq ola bilməz.
Şirkət Hadisədən irəli gələn və II Bölmə ilə bağlı zərərlərin və iddiaçıların Xərclərinin yalnız Azadolmadan artıq xxxx məbləği üçün məsuliyyət daşıyır. Sığortalının məsuliyyət daşıdığı bütün ödənişlərdə Azadolma məbləği Sığortalı tərəfindən ödəniləcəkdir və
Sığortalanmayacaqdır.
2-Cİ BÖLMƏ ÜZRƏ İSTİSNALAR – ÜMUMİ MƏSULİYYƏT VƏ MƏHSULA GÖRƏ MƏSULİYYƏT
Bu Bölmə aşağıdakılarla bağlı məsuliyyəti istisna edir:
1. İşəgötürənin məsuliyyəti
Sığortalıya işləyərkən bundan irəli gələn işçinin qəza nəticəsində Xəsarət xxxxxx ilə bağlı.
2. İşçilərə Təzminat
Hər hansı işçilərə təzminat proqramına, işsizliyə görə təzminat və ya əlilliyə görə ödənişlərlə bağlı qanunlara əsasən və ya digər buna bənzər qanunlara əsasən Sığortalı və ya onun Sığortaçısının öhdəliyi.
3. Nəqliyyat vasitəsinə, gəmiyə və hava nəqliyyat vasitəsinə görə məsuliyyət
Sığortalı tərəfindən və ya onun adından aşağıdakılara sahiblik və ya onlardan istifadədən irəli gələn hallar:
(a) Sığortalının bu cür nəqliyyat vasitəsinə aid qanunvericiliyə əsasən Sığortalamalı və ya buna müvafiq təminat əldə etməli olduğu və ya təminatın hər hansı başqa Sığorta tərəfindən verildiyi hallarda, hər hansı mexaniki hərəkət edən nəqliyyat vasitəsi, o cümlədən, ona qoşulmuş hər hansı qoşqu və ya aparat;
(b) 8 metrdən daha qısa dəniz nəqliyyat vasitələri xaric, hər hansı gəmi və ya üzmək üçün düzəldilmiş və ya üzməsi nəzərdə tutulan dəniz nəqliyyat vasitəsi;
(c) hər hansı hava nəqliyyat vasitəsi.
4. Məsləhət, Dizayn, Spesifikasiya və Peşə Vəzifəsi
Şəxsi Xəsarət və ya Əmlaka dəyən Zərərlə bağlı iddialar və ya Məhkəmə işlərindən başqa, haqq müqabilində verilmiş:
(a) məsləhətdən;
(b) dizayndan;
(c) spesifikasiyadan irəli gələn hallar.
Bu istisna Sığortalının binalarında ilkin tibbi yardım və digər tibbi Xidmətlərin göstərilməsi üçün işə götürülmüş həkimlər, tibb bacıları və diş həkimləri tərəfindən peşəkar tibbi məsləhət verilməsinə və ya verilməməsinə tətbiq olunmur.
5. Himayə və Nəzarət
Əmlaka dəyən Zərər üzrə aşağıdakılar xaric, Sığortalıya aid xxxx və ya onun və ya onun hər hansı işçisinin himayəsi və ya nəzarətində xxxx əmlak:
(a) Sığortalının hər hansı rəhbər işçisinə, partnyoruna, işçisinə və ya qonağına aid xxxx şəxsi əşyalar, o cümlədən, nəqliyyat vasitələri və onların içindəkilər;
(b) məsuliyyətin razılaşmada nəzərdə tutulması və bu cür razılaşmanın olmaması halında məsuliyyətin də olmayacağı hallar xaric, Sığortalı tərəfindən icarəyə verilmiş və ya götürülmüş binalar, o cümlədən, qurğular;
(c) Sığortalıya aid olmayan və ya onun tərəfindən icarəyə verilməmiş və ya götürülməmiş, xxxxx Sığortalının Biznes fəaliyyəti ilə bağlı işlədiyi binalar və onlardakı daşınar əmlak.
6. Üzərində iş gedən əmlak
Əmlaka dəyən Zərər üzrə itki və ya zərərin bu cür işdən irəli gəldiyi hallarda Sığortalının işlədiyi və ya işləməkdə olduğu əmlakın
həmin hissəsi.
7. Məhsullara dəyən Zərər
(a) Məhsullara dair Əmlaka dəyən Zərər;
(b) Məhsulların yoxlanması, təmiri, əvəz edilməsi, daşınması və ya xxxx çağırılması ilə bağlı hər hansı xərclər.
8. Aviasiya məhsulları
Sığortalının məlumatına əsasən uçmaq üçün düzəldilmiş və ya uçması nəzərdə tutulan hava nəqliyyat vasitəsinin bir hissəsi xxxx Məhsuldan irəli gələn hallar.
9. Çirkləndirmə Aşağıdakılara dair:
(a) tüstünün, buxarların, hisin, turşuların, qələvilərin, toksik maddələrin, xxxX və ya qazların, tullantıların və ya digər qıcıqlandırıcı maddələrin və ya çirkləndirici maddələrin torpağın, atmosferin və ya hər hansı su axımının və hövzəsinin üzərinə və ya içinə boşalması, yayılması və ya sızmasının birbaşa və ya dolayı olaraq nəticəsində və ya bunun təsiri ilə və ya bundan irəli gələn çirklənmə;
(b) torpağın, atmosferin və ya hər hansı su axımının və hövzəsinin üzərinə və ya içinə boşalmış, yayılmış və ya sızmış tüstünün, buxarların, hisin, kifin, turşuların, qələvilərin, toksik maddələrin, xxxX və ya qazların, tullantıların və ya digər qıcıqlandırıcı maddələrin və ya çirkləndirici maddələrin yığılması, müşahidə olunması, test edilməsi, saxlanması, zərərsizləşdirilməsi, neytrallaşdırılması, aradan qaldırılması və ya təmizlənməsi Xərci;
(c) yuxarıda 9-cu maddənin (a) bəndində göstərilən şərtlərlə bağlı cərimələr, cəzalar, cəzalandırıcı və ya cərimə tədbirləri.
Xxxxx xxxx baxmayaraq, bu cür boşalma, yayılma və ya sızma aşağıdakı 5 (beş) şərtin hamısına uyğun gəlirsə bu istisna 9-cu maddənin (a) və (b) bəndlərinə tətbiq olunmur:
(1) boşalma, yayılma və ya sızma gözlənilməməli və həmçinin Sığortalı tərəfindən nəzərdə tutulmamalıdır; və
(2) boşalma, yayılma və ya sızma Sığorta Müddəti ərzində başlamalıdır; və
(3) boşalma, yayılma və ya sızma başladıqdan sonra 72 saat ərzində Sığortalıya və ya digər tərəflərə fiziki olaraq aşkar olmalıdır; və
(4) boşalma, yayılma və ya sızmanın səbəb olduğu ilkin Bədən Xəsarəti və ya Əmlaka dəyən Zərər boşalma, yayılma və ya sızma başladıqdan sonra 72 saat ərzində ortaya çıxmalıdır; və
(5) bu Şərtlərdə əksinə hər hansı bir şeyin olmasına baxmayaraq, bu təminata əsasən Sığortalının Hadisə baş verdikdə, iddia irəli sürüldükdə və ya Məhkəmə işi halında və ya hər hansı digər şərtlər çərçivəsində vəzifələri, bütün irəli sürülmüş iddialar və Sığortalıya qarşı Məhkəmə işləri haqda Şirkətə praktiki cəhətdən mümkün xxxx ən qısa müddət ərzində, xxxxx Sığorta müqaviləsinə Xitam verildikdən (müddəti bitdikdən) sonra 30 gündən gec olmayaraq məlumat verilməlidir.
10. Müqavilə üzrə Məsuliyyət
Sığortalının hər hansı müqavilə və ya razılaşmaya əsasən üzərinə götürdüyü məsuliyyət, xxxxx bu istisna bu cür müqavilənin və ya razılaşmanın olmaması halında belə mövcud olacaq məsuliyyətə tətbiq olunmur.
11. Böhtan və iftira
Aşağıdakı böhtan və iftiradan irəli gələn hallar:
(a) bu Sığortanın qüvvəyə mindiyi tarixədək baş verən böhtan və iftira;
(b) böhtan xarakterli olmasını bildiyi halda Sığortalı tərəfindən edilmiş və ya yönləndirilmiş böhtan və iftira;
(c) Sığortalı tərəfindən və ya onun adından idarə olunan reklam, yayım və televiziya yayım fəaliyyəti ilə, o cümlədən, elektron poçtdan başqa internet fəaliyyəti ilə bağlı böhtan və iftira.
12. Maliyyə itkisi
Bu Şərtlərə əsasən təminat verilmiş Şəxsin Xəsarət və ya Əmlakına dəyən Zərərin birbaşa nəticəsi xxxx maliyyə itkisindən fərqli Maliyyə itkisi.
13. Radioaktiv Çirklənmə
Təbiətindən asılı olmayaraq, aşağıdakıların birbaşa və ya dolayı səbəb olduğu və ya təsir etdiyi və ya onlardan irəli gələn hallar:
(a) ionlaşdırıcı radiasiya və ya hər hansı nüvə yanacağı və ya nüvə yanacağının yandırılmasından ortaya çıxan hər hansı nüvə tullantısından yaranan radioaktivlik tərəfindən çirkləndirmə;
(b) hər hansı nüvə birləşməsinin və ya nüvə komponentinin radioaktiv, toksik, partlayıcı və ya digər təhlükəli xüsusiyyətləri, burada hüquqi məsuliyyət aşağıdakı kimidir:
(i) hər hansı prinsipalın məsuliyyəti; və ya
(ii) Sığortalının razılaşmaya əsasən üzərinə götürdüyü və bu cür razılaşmanın olmaması halında mövcud olmayacaq məsuliyyət.
14. Müharibə və Terrorizm
Müharibənin, terrorizmin, müdaxilənin, xarici düşmənin hərəkətinin, düşmənçiliklərin (müharibə elan olunub olunmamasından asılı olmayaraq), vətəndaş müharibəsinin, qiyamın, inqilabın, qiyamçı və ya hərbi və ya uzurpasiya hakimiyyətinin hər hansı nəticələri.
15. Asbest
Asbest məhsullarının, asbest liflərinin və ya asbest tozunun və ya tərkibinə qeyd olunanlardan hər hansı birinin daxil olduğu əmlak və ya materialların, istehsalı, çıxarılması, istifadəsi, satışı, quraşdırılması, qiymətləndirilməsi və ya tədqiqi, idarə olunması, yığışdırılması, paylanması, mövcudluğu, və ya təhlükəsinin birbaşa və ya dolayı olaraq səbəb olduğu və ya səbəb olduğu iddia olunan və ya bunların bütövlükdə və ya qismən təsir etdiyi, bunlardan irəli gələn hallar, o cümlədən, məhdudiyyət qoyulmadan, iddiaçıların və ya
Sığortalının ona qarşı hər hansı iddia və ya Məhkəmə işinin araşdırılması, müdafiəsi və/və ya tənzimlənməsi ilə bağlı ortaya çıxan hüquqi və ya digər xərclərinin ödənilməsi üzrə bütün məsuliyyət.
2-Cİ BÖLMƏ ÜZRƏ GENİŞLƏNDİRMƏLƏR – ÜMUMİ MƏSULİYYƏT VƏ MƏHSULA GÖRƏ MƏSULİYYƏT
Bu Şərtlərin bütün müddəalarına, şərtlərinə və istisnalarına əsasən təminat aşağıda göstərildiyi kimi genişləndirilir. Bu genişləndirmələrə əsasən verilmiş bütün ödənişlər Məsuliyyət Limitinə əlavə deyil onun bir hissəsi olacaqdır. Genişləndirmələrə həmçinin Azadolma tətbiq olunacaqdır.
1. Birgə Məsuliyyət
Sığortalı bir neçə şəxsdən ibarətdirsə Şirkət onların hər biri ilə ayrıca Müqavilə bağlanmış kimi hər birinə eyni şəkildə və eyni dərəcədə təminat verəcəkdir, o şərtlə ki, Şirkətin Sığortalıların hər xxxxx xxxx və ya hamısının məsuliyyəti ilə bağlı ümumi məsuliyyəti Şəhadətnamədə göstərilmiş Məsuliyyət Həddindən artıq olmasın.
2. Məhkəmədə iştiraka görə kompensasiya:
Bu Şərtlərin 1-ci Bölməsinə (İşəgötürənin Məsuliyyəti) əsasən qeyd olunmuş və təminat verilmiş Məhkəmə İşi ilə əlaqədar Şirkətin konkret yazılı tələbinə əsasən hər hansı Sığortalının məhkəmədə xxxxx qismində iştirak etməsi halında Şirkət Sığortalıların işdə
olmadıqlarına görə çəkdikləri bütün ağlabatan xərcləri iştirakın tələb olunduğu hər bir gün üçün günə aşağıdakı tariflə ödəyir:
(a) Sığortalının hər hansı direktoru və ya partnyoru AZN 50;
(b) hər hansı İşçi AZN 20.
3. Xaricdə Şəxsi Məsuliyyət
Şirkət Sığortalıya və Sığortalı bu cür tələb etdikdə, Biznes Fəaliyyəti ilə əlaqədar müvəqqəti olaraq normal yaşayış ölkələrindən kənarda olduqları zaman bu cür fərdlər tərəfindən şəxsən törədilmiş Şəxsi Bədən Xəsarəti və ya Əmlaka vurulmuş Zərərlə bağlı hüquqi məsuliyyətə qarşı bu cür şəxsləri müşayiət edən aşağıdakı şəxslərə təminat verir:
(a) Sığortalının direktoru və ya partnyoru;
(b) İşçi; və ya
(c) yuxarıdakı (a) və (b) bəndlərində təsbit edilmiş şəxslərin həyat yoldaşı, partnyoru və ya onun himayəsində xxxx şəxs xxxxx hər xxxxx o şərtlə ki, təminat aşağıdakılarla bağlı məsuliyyətə tətbiq edilmir:
(i) torpaq və ya binalara sahiblikdən və ya istifadədən irəli gələn;
(ii) hər hansı digər sığorta ilə təminat verildikdə;
(iii) hər hansı mexaniki ötürücülü vasitə, o cümlədən ona qoşulmuş hər hansı treyler və aparat və uçmaq və ya üzmək üçün düzəldilmiş və ya nəzərdə tutulmuş hər hansı gəmi və ya təyyarəyə bu cür şəxslərin və ya onların adından sahiblikdən və ya istifadədən irəli gələn.
4. Avtomatik əldəetmə:
Bu Şərtlərlə verilən təminat bütün əməliyyatlara, o cümlədən Sığorta Müddəti ərzində əldə edilmiş, təsis edilmiş və ya yaradılmış binalara avtomatik tətbiq edilir, xxxxx hər xxxxx o şərtlə ki:
(a) Sığortalı tam anderraytinq məlumatı ilə Şirkəti aşağıdakı şəkildə xəbərdar edir:
(i) İllik dövriyyə Sığortalının hesabat verilmiş sonuncu illik dövriyyəsinin 5%-dən artıq olmadıqda və Biznes Fəaliyyətinə və ya riskə dair əhəmiyyətli dəyişiklik olmadıqda yeni əldəetmələr üçün 90 gün ərzində;
(ii) yuxarıda (i) bəndində göstəriləndən başqa yeni əldəetmələr üçün mümkün olduğu qədər tez;
(iii) yuxarıdakı (i) və (ii) bəndlərindən tez olduqda, hər hansı yeni Sığorta Müddətinin əvvəlində;
(b) Müqavilə tənzimlənən əsasda bağlandıqda, hər hansı yeni əldəetmələr üçün dövriyyə 10-cu Şərtə (Tənzimləmə) müvafiq bəyan edilir;
(c) Şirkətə aşağıdakılara dair hüququnu saxlayır:
(i) Müqavilə tənzimlənməyən əsasda bağlandıqda və yeni əldəetmələrin məcmu illik dövriyyəsi Sığorta Müddətinin əvvəlində təqdim edilmiş dəyərin 10%-dən artıqdırsa, ayrıca tarif dərəcəsi və sığorta haqqı və müvafiq hallarda şərtlər müəyyən etmək;
və ya
(ii) yeni əldəetmə Biznes Fəaliyyətinə və ya riskə dair əhəmiyyətli dəyişiklik təşkil etdikdə, bildiriş verildikdə təminatı qəbul etmək və ya ondan imtina etmək və hər hansı bu cür təminat üçün ayrıca tarif dərəcəsi və sığorta haqqı və müvafiq hallarda şərtlər müəyyən
etmək.
BÜTÜN BÖLMƏLƏRƏ TƏTBİQ OLUNAN ÜMUMİ ŞƏRTLƏR
1. Təqdimatlar və Müşahidə:
Bu şərtləri qəbul etməklə Sığortalı razılaşır ki:
(a) Təklifnamədəki məlumatlar dəqiq və tamdır və təsdiq edir ki, Şirkət bu müqaviləni həmin təqdimatlara əsasən bağlamışdır.
(b) nəyinsə edilməli və ya riayət edilməli olması əlaqədar olduqları həddə bu Şərtlərə Sığortalı tərəfindən lazımi şəkildə riayət edilməsi Şirkətin hər hansı məsuliyyətinin ilkin şərtidir.
2. Məqsədəuyğun Qayğı:
Sığortalı bədən xəsarəti və ya itkinin və ya zərərin qarşısını almaq və binaları, avadanlığı və bütün digər biznes vəsaitlərini yaxşı vəziyyətdə saxlamaq və bütün qanuni öhdəliklərə və normalara riayət etmək üçün bütün məqsədəuyğun qayğını göstərir.
Sığortalı hər hansı nöqsanı və ya təhlükəni aradam qaldırır və aşkar etdikdən sonra tələb oluna biləcəyi kimi bu cür əlavə qarşısınıalma tədbirlərini mümkün olduğu qədər tez görür.
3. Xxxxxx, İddia və ya Məhkəmə İşi halında vəzifələr:
Bu Şərtlərə əsasən iddiaya və ya Məhkəmə İşinə səbəb ola biləcək Hadisə baş verdikdə, Sığortalı:
(a) ağlabatan şəkildə mümkün olduğu qədər tez
(i) bu cür Hadisəni Şirkətə bildirir;
(ii) Şirkətin tələb edə biləcəyi kimi bu cür təfərrüatı və məlumatı yazılı şəkildə təqdim edir;
(b) dərhal
(i) hər bir məktubu, iddianı, Məhkəmə İşini, iddia ərizəsini, məhkəməyə çağırışı, məhkəmənin göstərişini və ya Sığortalı və ya onun nümayəndəsinə qarşı irəli sürülmüş digər sənədi aldıqda onu Şirkətə yönəldir;
(ii) məhkəmədə icraatda xxxx hər hansı təhqiqat, araşdırma, sorğu və ya proses haqqında Şirkətə məlumat verir; Şirkəti tələb edə biləcəyi kimi -
(i) onlarla bağlı hər hansı bir şeyi saxlayır;
(c) hər cür köməklik göstərir;
Xxxxxx öz hesabına eyni şərtlərdən irəli gələn digər Şəxsi Xəsarətinin və ya Əmlaka Vurulmuş Zərərin qarşısını almaq üçün bütün məqsədəuyğun addımları atır, xxxxx bu cür xərclər bu Şərtlərə əsasən ödənilmir.
4. Məsuliyyətin qəbul edilməsi:
Sığortalı Şirkətin əvvəlcədən yazılı razılığı olmadan:
(a) məsuliyyəti qəbul etmir;
(b) məsuliyyətin qəbulu kimi şərh edilə biləcək hər hansı hərəkət etmir;
(c) hər hansı iddianı və ya Məhkəmə İşini rədd və ya həll etmir; və ya
(d) hər hansı təzminat hüquqlarından imtina etmir.
5. İddiaların və ya Məhkəmə İşlərinin aparılması və ya onlara nəzarət: Şirkətin aşağıdakı hüquqları var:
(a) Sığortalıya qarşı hər hansı iddia və ya Məhkəmə İşindən müdafiə olunmaq;
(i) hər hansı iddia və ya Məhkəmə İşindən müdafiənin və ya onun həllini öz üzərinə götürmək və aparmaq;
(ii) öz xeyrinə təminat və ya kompensasiya və ya başqa şey üçün hər hansı iddia və ya Məhkəmə İşini Sığortalının adından qaldırmaq;
(c) Şirkət tərəfindən təminat verildikdən əvvəl və ya sonra hər hansı şəxs və ya təşkilata qarşı Sığortalının bütün təzminat hüquqlarının subroqasiyasına malik olmaq;
(d) Xxxxxx tərəfindən təminat verildikdən əvvəl və ya sonra hər hansı Məhkəmə İşinin aparılmasında və hər hansı iddia və ya Məhkəmə İşinin həllində tam mühakiməyə sahib olmaq.
6. Xxxxxx dəyişdirilməsi
Sığortalı Şəhadətnamədə göstərilmiş Biznes Fəaliyyətinə hər hansı əhəmiyyətli dəyişiklik barədə 30 (otuz) gün ərzində
Şirkətə məlumat verir. Şirkət bu cür bildiriş verildikdə təminatı qəbul etmək və ya ondan imtina etmək və Şəhadətnamədə göstərilmiş Biznes Fəaliyyətinə hər hansı bu cür dəyişiklik üçün ayrıca tarif dərəcəsi və sığorta haqqı müəyyən etmək hüququnu saxlayır.
7. Müqavilə Şərtlərindən imtina və ya onların dəyişdirilməsi
Müqavilənin şərtləri ancaq Şirkət tərəfindən buraxılan və bu Müqavilənin bir hissəsini təşkil edən yazılı əlavə və ya razılaşma ilə dəyişdirilə və ya onlardan imtina oluna bilər.
8. Tənzimləmə Şirkət:
(a) hər hansı iddia, Məhkəmə İşi və ya iddialar və ya Məhkəmə İşləri seriyasının həllini həyata keçirmək üçün Azadolma
məbləğinin hər hansı hissəsini və ya hamısını ödəyə bilər və bu halda Sığortalı Şirkət tərəfindən ödənilmiş Azadolma məbləğini dərhal Şirkətə ödəyir;
(b) hər hansı iddia, Məhkəmə İşi və ya iddialar və ya Məhkəmə İşləri seriyası ilə bağlı öz müstəsna mühakiməsinə əsasən müvafiq Təminat Limitini (artıq ödənilmiş hər hansı məbləğ və ya məbləğləri çıxdıqdan sonra) və ya bu cür iddianın (iddiaların) və ya Məhkəmə İşinin (Məhkəmə İşlərinin) həll oluna biləcəyi daha az məbləği Sığortalıya ödəyə bilər. Bu halda Şirkət idarəni və nəzarəti buraxır və bu cür ödənişdən əvvəl çəkilmiş hər hansı əlavə ödənilməli xərclərdən başqa bu cür iddia (iddialar) və ya Məhkəmə İşi(Məhkəmə İşləri) ilə əlaqədar heç bir məsuliyyət daşımır.
Sığortalının kompensasiya üçün Təminat Limitindən artıq məbləği ödəmək məsuliyyəti ilə nəticələnən iddia, Məhkəmə İşi və ya iddialar və ya Məhkəmə İşləri seriyası halında bunların Təminat Limitinə əlavə olaraq ödənilməli olduğu hallarda xərc və məsrəflər üzrə Şirkətin məsuliyyəti Təminat Limitinin həll olunma zamanı Sığortalı tərəfindən və ya onun adından ödənilmiş ümumi məbləğə nisbətinə müvafiq məbləğdən artıq olmur.
9. Digər Sığorta
Qanunla başqa cür tələb olunmursa, bu şərtlərə əsasən verilmiş hər hansı sığorta bunların məbləğindən və Sığortalı tərəfindən bu cür müqavilənin faktiki olaraq qüvvədə saxlanıb saxlanmamasından asılı olmayaraq ancaq hər hansı digər etibarlı və alına bilən
sığortadan, hər hansı tətbiq oluna bilən məsuliyyət sığortasından, özünü sığorta proqramından və ya hər hansı buna bərabər müqavilədən artıq məbləğə tətbiq olunur.
10. Tənzimləmə
Bu Müqavilə üçün sığorta haqqı Sığortalı tərəfindən hər bir Sığorta Müddəti bitdikdən sonra 3 ay ərzində təqdim olunan smetalara əsasən hesablanırsa, Sığortalı depozit sığorta haqqını tənzimləmək üçün tələb olunduğu kimi bu cür məlumatı Şirkətə təqdim edir və fərq hər hansı təyin edilmiş minimal sığorta haqqına əsasən Sığortalı tərəfindən və ya ona ödənilir.
11. Xitam vermə
Şirkət Sığortalıya və ya onun nümayəndəsinə sifarişli məktubla 30 (otuz) gün əvvəlcədən bildiriş verməklə bu Müqaviləyə xitam verə bilər və bu halda Sığortalının Sığorta Müddətinin bitməmiş hissəsinə mütənasib sığorta haqqı hissəsinin qaytarılmasına
hüququ vardır. Sığortalı müqaviləyə xitam verdikdə, Şirkət sığorta haqqının qısa müddətli sığortaya müvafiq hissəsini özündə saxlayır.
12. Yurisdiksiya, Tənzimləyən Qanunvericilik və Mübahisələrin Həlli
Bu müqavilənin şərhinə, etibarlığına və ya qüvvəsinə dair hər hansı mübahisə və ya şərhdəki fərq Azərbaycan Respublikasının qanunlarına və bu müqavilənin mətninə əsasən tənzimlənir.
Bu müqaviləyə xitam verildikdən və ya o bitdikdən sonra ona əsasən və ya onunla bağlı ortaya çıxan hər hansı mübahisə və ya fərq Sığortalının seçiminə əsasən aşağıdakı mübahisə həlli proseduralarının birinə yönəldilir:
(i) MAC (Dəniz Arbitraj Komissiyası) tərəfindən akkreditə edilmiş hər hansı vasitəçilik agentliyinin tövsiyələrinə uyğun olaraq məcburi olmayan vasitəçilik;
(ii) Sığortaçı və Sığortalı (Şirkətin mübahisə etdiyi Sığortalının adından) arasında razılaşmaya əsasən və ya arbitraja müraciətdən sonra 30 gün ərzində bu cür razılaşma əldə edilmədikdə, LCİA-in Prezidenti və ya onun lazımi qaydada təyin olunmuş müavini tərəfindən təyin olunmuş tək arbitr tərəfindən London Beynəlxalq Arbitraj Məhkəməsinin (LCİA) həmin tarixdə qüvvədə Qaydalarına əsasən məcburi xarakterli arbitrajı. Arbitrin təyin olunması üçün LCİA-in Prezidentinə verilmiş sorğu mübahisəli məsələni ədalətli həll etməsi üçün arbitrin təcrübəyə malik olmalı olduğu sahələri nəzərdə tutmalıdır.
Sığortalı (i) proseduranı seçdikdə:
vasitəçilik bitdikdən və sonrakı fikirləşmə və danışıqlar üçün ən azı 30 gün keçənədək heç bir məhkəmə prosesi başladılmır; başqa cür razılaşdırılmayıbsa, vasitəçilik xərcləri mübahisənin tərəfləri arasında bərabər bölünür;
mübahisəyə tərəf xxxx hər hansı Sığortalı vasitəçilik bitdikdən 30 gün sonra mübahisə ilə (ii) prosedura əsasən məcburi arbitraja müraciət edə bilər.
Bununla belə, bu müddəa bu müqaviləyə əsasən Sığortalının və Şirkətin hüquqi vasitələrinə və hüquqlarına təsir etmir.
Bu müqavilə üzrə hər hansı kompensasiya və müdafiə xərclərinin ödənilməsi üçün Məhkəmə İşləri qanunla icazə verilən minimal məhdudiyyət müddəti bitdikdən sonra irəli sürülmürlər.
Sığortalı (ii) proseduranı seçdikdə:
Arbitrin xərcləri və LCİA-ə haqq hər bir halda bərabər şəkildə bir tərəfdən Şirkət, digər tərəfdən isə müvafiq Sığortalı tərəfindən ödənilir;
Hər bir halda hər bir tərəf arbitrajla bağlı öz xərclərini özü çəkir və arbitrdən bu nəticə ilə ziddiyyət təşkil edən məhkəmə xərclərinin bölgüsü ilə bağlı qərar qəbul etməsi tələb olunmur;
əlaqədar məsələlərlə bağlı Şirkətlə bir neçə Sığortalı arasında ayrı-ayrı mübahisələr ortaya çıxdıqda, bu mübahisələrə arbitrin müvafiq hesab etdiyi şəkildə ya birgə, ya xx xxx-arda baxılır.
13. Baxış
13.1 Şirkətin Sığortalının sağlamlıq və təhlükəsizlik siyasətinə və qaydalarına və onların gündəlik monitorinqinə və icrasına baxış keçirmək hüququ vardır (“Baxış”). Şirkət Baxışı Sığortalıya əvvəlcədən bildiriş vermədən istənilən zaman, o cümlədən Şirkətin müstəsna mühakiməsinə əsasən zəruri və məsləhətli hesab etdiyi yerdə keçirə bilər, xxxxx Şirkət hər hansı nəzərdə tutulan Baxış haqqında Sığortalıya məqsədəuyğun bildiriş vermək üçün məqsədəuyğun səy göstərəcəkdir.
13.2 Sığortalı Şirkətin, onun agentlərinin, nümayəndələrinin, işçilərinin və ya məsləhətçilərinin (bundan sonra – “Baxışı Keçirənlər”) binaların və digər biznes fəaliyyəti yerlərinə daxil olmalarına;
və
Baxışı Keçirənin zəruri hesab etdiyi bu cür araşdırmaları keçirmələrinə, o cümlədən (məhdudiyyət qoymadan) işçilərlə müsahibə yolu ilə icazə verir;
və
ümumiyyətlə Baxışı həyata keçirərkən Şirkət və ya Baxışı Keçirənin tələb edə biləcəyi əməkdaşlıq və köməkliyi təmin edir.
Baxışın bütün yazılı qeydləri Şirkət tərəfindən saxlanılır.
13.3 Şirkət Baxışın tapıntıları barədə Sığortalıya məlumat verir və ağlabatan şəkildə Sığortalı tərəfindən aradan qaldırıla biləcək mənfi tapıntı Baxışı Keçirən tərəfindən aşkarlandıqda, Sığortalı Baxış hesabatında göstərildiyi kimi bu cür aradan qaldırma
hərəkətlərini bu məqsədlə Baxış hesabatında göstərilmiş müddət ərzində etmək üçün bütün məqsədəuyğun səyləri göstərir.
Razılaşdırılmışdır ki, Sığortalı tərəfindən bu cür aradan qaldırma hərəkətləri edildiyi müddət ərzində Şirkət Müqaviləyə əsasən təminatı davam elətdirir.
13.4 13.3-cü Şərtə xələl gətirmədən, aşağıdakı hallarda:
Baxışı Keçirənin mənfi tapıntısı Sığortalı tərəfindən aradan qaldırıla bilmədikdə; və ya
Sığortalı Baxış hesabatında müəyyən edilmiş müddət ərzində Baxışı Keçirəni və ya Şirkəti qane edəcək şəkildə aradanqaldırma hərəkətlərini edə bilmədikdə,
Şirkətin aşağıdakı 14-cü Şərtə əsasən bu Müqaviləyə xitam vermək hüququ vardır.
14. Qanuna İstinad
Bu Şərtlərdə hər hansı qanun müddəasına istinadlar zaman dəyişdirildiyi, əlavə edildiyi, yenidən qəbul edildiyi və ya əvəz edildiyi kimi həmin qanun müddəasına istinadlar kimi şərh olunurlar və həmin qanun müddəasına əsasən qəbul edilmiş və ya qanuni
qüvvəsi həmin qanun müddəasına əsaslanan hər hansı sərəncamları, təlimatları, sənədləri və ya digər qanun qüvvəli normativ aktları ehtiva edir.
15. Sığorta haqqının ödənilməsi
Bu müqaviləyə əsasən ödənilməli sığorta haqları Sığortaçı tərəfindən Sığortalıya hesabın verildiyi tarixdən etibarən 14 gün ərzində tam həcmdə ödənilməlidir. Sığortalı bu müddət ərzində sığorta haqqını ödəyə bilmədikdə, sığorta haqqının 2%-i məbləğində əlavə sığorta haqqı Sığortalının üzərinə qoyulur və hesabın verildiyi tarixdən etibarən 28 gün ərzində ödənilməlidir. Sığortalı sığorta haqqını əlavə haqla birgə ödəyə bilmədikdə, müqavilə sığorta haqqının ödənilməməsinə dair şərtlərə uyğun olaraq avtomatik şəkildə ləğv edilir və müvafiq “Riskdə xxxx vaxt haqqı” Sığortalı tərəfindən ödənilir.
16. Subroqasiya
Bu şərtlərə əsasən iddia və ya Məhkəmə İşi üzrə ödəniş halında Şirkət bu cür ödəniş həddində ödəniş üzrə Sığortalının bütün təzminat hüquqlarına dair reqress hüququ əldə edir və bu cür hüquqları Sığortalının adından təqib və tətbiq edə bilər və istər Şirkətin ödəniş verməsindən əvvəl, istərsə də sonra bu cür hərəkətlər zəruri olduqda, Sığortalı Şirkətə tələb olunan bütün məqsədəuyğun köməkliyi və əməkdaşlığı göstərir, o cümlədən tələb olunan bütün sənədləri imzalayır və hər hansı hüquqların müdafiəsi üçün zəruri ola biləcək hər şeyi edir, o cümlədən Şirkətin Sığortalı adından etibarlı iddia qaldırmasına imkan verilməsi üçün zəruri xxxx hər hansı sənədləri
imzalayır. Sığortalı həmin hüquqlara xələl gətirən heç bir şey etmir. Şirkətin ümumi ödənişindən artıq əlavə edilmiş məbləğ bu cür əldəetmə ilə bağlı Şirkətin xərcləri çıxılmaqla Sığortalıya ödənilir.
17. Bildiriş və Səlahiyyət
Razılaşdırılmışdır ki, Sığortalı bu şərtlər üzrə aşağıdakılar da daxil olmaqla, xxxxx onlarla məhdudlaşmadan Sığortalıların bütün hüquqlarının tətbiqi və onların bütün vəzifələrinin icrası üzrə bütün Sığortalıların adından hərəkət edir:
1. təminatın şərtlərinə dair danışıqlar aparmaq;
2. məcburi təminat;
3. iddia və ya Məhkəmə İşi barədə bildiriş;
4. xitamverməyə dair hər hansı bildirişin verilməsi və ya alınması;
5. ödənilməli sığorta haqqının ödənilməsi və xxxx qaytarılmalı hər hansı sığorta haqqının alınması;
6. Azadolmanın ödənilməsi;
7. hər hansı əlavəyə dair danışıqların aparılması və qəbul edilməsi;
8. iddia və ya Məhkəmə İşini müdafiə etmək üçün hüquqşünasların təyin edilməsi;
9. bu şərtlərə əsasən Şirkətin ödəməli olduğu məbləğlərin qəbul edilməsi.
18. Hüquqların ötürülməsi
Bu müqavilə və ya bu müqavilə üzrə hər hansı hüquqlar Şirkətin yazılı razılığı olmadan ötürülə bilməzlər.
19. Başlıqlar və kursivlə yazılar
Başlıqlar ancaq rahatlıq üçün daxil edilmişdirlər və şərtlərin şərhinə təsir etmirlər. Tək xxxxx xxxx sözlər cəm halı da ehtiva edirlər və əksinə. Kursivlə yazılmış və böyük hərflə başlayan sözlər xüsusi məna daşıyırlar və onların tərifi verilmişdir. Xüsusi olaraq tərifləri verilməmiş sözlər onlara xxx xxxxx aid edilən mənaları daşıyırlar.
20. Dələduz xarakterli iddialar
Şirkət məbləğə dair və ya başqa şəkildə yanlış və ya dələduz xarakterli olduğunu bilə-bilə hər hansı iddia və ya Məhkəmə İşi barədə bildiriş verdikdə, bu cür iddia və ya Məhkəmə İşi bu şərtlərə əsasən təminatdan çıxarılır və Şirkət bu müqaviləni bütövlükdə etibarsız hesab etmə hüququnu özündə saxlayır, Şirkət bu müqavilə etibarsız hesab etdikdə isə bu müqavilə üzrə bütün iddia və ya Məhkəmə İşləri etibarsız sayılırlar.
MÜLKİ MƏSULİYYƏT SIĞORTASI
İLƏ BİRLİKDƏ VERİLƏ BİLƏCƏK ƏLAVƏ TƏMİNATLAR
Quyuların İdarə Edilməsi (Nəzarət) Dəyəri Məsuliyyəti (Cost of Well Control). Bu zaman sığortalının konkret sığorta müqaviləsində göstərilən qanuni olaraq ödəmək üçün məsuliyyət daşıdığı aşağıdakı itkilər sığorta edilir:
• Nəzarətsiz (idarəsiz) qalmış hər hansı quyunun (quyuların) yenidən nəzarətə alınması üzrə;
• belə quyuda (quyularda) yanğının söndürülməsi üzrə;
• qəzadan qalmış qırıntıların yığışdırılması üzrə;
• müdafiə xərcləri kimi, müstəqil ekspertlərin xərci daxil olmaqla, məhkəmə xərcləri ilə məhdudlaşmayan və sığortalıya qarşı istənilən müdafiə iddiasından yığılan digər xərclər üzrə;
• konkret sığorta müqaviləsində göstərilmiş digər müvafiq xərclər üzrə.
Quyunun İtirilməsi / Zədələnməsi (Well Loss / Damage). Bu zaman Sığortalının işlətdiyi quyunun (quyuların) itirilməsi / zədələnməsi nəticəsində meydana çıxan məsuliyyət sığortalanır.
Məhsul və xidmətlərə görə məsuliyyət (Product Liability Efficiancy). Bu zaman məhsulun xxxx qaytarılması, təmiri və əvəzedilməsi üçün Sığortalının çəkdiyi təmiz maliyyə itkisi və xaricləri üzrə daşıdığı məsuliyyəti sığortalanır.
Radioaktiv Çirklənməyə görə Məsuliyyət (Radioactive Contamination). Bu zaman Sığortalının radioaktiv materialların istifadə etməsi nəticəsində meydana çıxan və üzrə qanuna görə ödəməli olduğu itkilər sığortalanır.
Ətraf Mühitə Dəyən Zərərə görə Məsuliyyət (Envoirenmental Impairment Liability.
Ekoloji Çirklənmənin Aradan Qaldırılması və Nəzarət (Pollution Clean-up and Control) üzrə Məsuliyyət.
İntellektual Mülkiyyət Hüquqlarının Pozulmasına görə Məsuliyyət (Intellectual Propperty Rights Infringement Liability). Xətalar və Nəzərdənqaçırmalar üzrə Məsuliyyət – Mühəndislik Xidmətləri (Errors and Omissions – Engineering Services)
Xətalar və Nəzərdənqaçırmalar üzrə Məsuliyyət – Məlumatların İşlənməsi Xidmətləri (Errors and Omissions – Data Processing Services)
Müqavilə Öhdəliklərin Yerinə Yetirilməməsi (Breach of Warranty) üzrə məsuliyyət. Fırıldaq və Zorla Tələb Edilmə (Fraud and Extortion) üzrə məsuliyyət.
Peşəkar xidmətlər (hüquqi, məsləhət, tibbi, mühəndislik, brokerlik və s.) göstərən təşkilatların və fiziki şəxslərin peşə məsuliyyəti (Professional Indemnity).
Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq üçüncü şəxslər qarşısında digər məsuliyyət növləri.
Konkret sığorta müqaviləsində adıçəkilən növlərin hər biri üzrə ayrılıqda və ya onların kombinasiyası üzrə sığortalama aparıla bilər.
MÜLKİ MƏSULİYYƏT SIĞORTASI ÜZRƏ ƏLAVƏ İSTİSNALAR
Mövcud Çirklənmə İstisnası Məlumat İtməsi İstisnası
Tibbi/Repatriasiya Xərclərin İstisnası
Yeraltı Ehtiyatların və Avadanlığın İstisnası
Gözlənilməz və Təsadüfi Vaxt Elementi Çirklənmə Sərnişinlərin Üçüncü Tərəf kimi İstisnası
Müəyyən Kontraktlarla Bağlı Olmayan Partlayıcılardan İstifadə İstisnası Partlayıcıların Daşınma və Saxlanma İstisnası
İşəgötürənin Məsuliyyətinin İstisnası Peşə Məsuliyyətinin İstisnası
Məhsullara görə Məsuliyyətin İstisnası Xalis Maliyyə İtkiləri İstisnası
Asbest İstisnası
Müharibə və Terrorizm İstisnası Mənəvi Zərərin İstisnası
Təchizatın Yerinə Yetirilməməsi İstisnası Tam Çirklənmə İstisnası
Sığortalının Himayə, İstifadə və Nəzarətində Xxxx Əmlakın İstisnası Radioaktiv Çirklənmə İstisnası
Dəniz Məsuliyyəti İstisnası
Xxxxxx və Onun İçindəkilərə Dəyən Zərərin İstisnası Müqavilələr üzrə Öhdəliklərin İstisnası
Silisium Oksidi İstisnası
Qaraj Sahibinin Məsuliyyətinin İstisnası Yüksəkliklərdə işlərin aparılması İstisnası