Contract
“MÜŞTƏRI-BANK” XİDMƏTİNİN QOŞULMASI VƏ İSTİFADƏSİNƏ DAİR MÜQAVİLƏ
Bir tərəfdən “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti (sonradan “Bank” adlanacaq) və digər tərəfdən Bankın müştərisi (sonradan “Müştəri” adlanacaq) “Müştəri-Bank” xidmətinə qoşulma və istifadəsinə dair əsas şərt və qaydalarının müddəalarını müəyyənləşdirmək məqsədilə aşağıdakı məzmunda bu müqaviləni imzaladılar:
Bənd 1. MÜQAVİLƏNİN PREDMETİ
Bu müqavilə, Bankın müştərilərinin Bankın “Müştəri-Bank” xidmətinə qoşulması və istifadəsi ilə bağlı Müştəri ilə Bank arasındakı münasibətləri tənzimləyir, tərəflərin hüquq və vəzifələrini müəyyən edir.
Bənd 2. “MÜŞTƏRİ-BANK” XİDMƏTİNƏ QOŞULMA
Bank tərəfindən Müştərinin müraciəti əsasında, onun “Müştəri-Bank” xidmətinə qoşulması təmin edilə bilər. “Müştəri-Bank” xidmətinə qoşulmaq üçün, bu müqavilə və Müştərinin ərizəsi imzalandıqdan sonra müştəriyə istifadəçi adı və birdəfəlik şifrə verilir. Bundan əlavə, informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə, “Müştəri-Bank” xidməti vasitəsilə ödəniş tapşırıqlarının həyata keçirməsi üçün müştəri elektron imza sertifikatının əldə edilməsini öz öhdəsinə götürür .
Bənd 3. “MÜŞTƏRİ-BANK” XİDMƏTİ ÜZRƏ HAQLAR
“Müştəri-Bank” xidmətinə qoşulma və istifadə xidməti üzrə bütün haqlar Bank tərəfindən müəyyən edilmiş tariflərə uyğun olaraq Müştərinin hesabından tutulur. Müştəri Bank tərəfindən xidmət haqqı tariflərində birtərəfli qaydada dəyişikliklərin edilə biləcəyi şərtini qəbul edir.
- Bu xidmətin təhlükəsizliyinin pozulmasının aşkar olunduğu halda dərhal bu xidmətdən istifadə olunmasını dayandırmağı və Bankın müvafiq struktur bölməsinə məlumat verilməsini;
- Müştəriyə verilmiş administrator hüquqlarına malik istifadəçi adından istifadə edərək təşkilatdaxili təhlükəsiz iş rejiminin yaradılmasını;
Müştəri “Müştəri-Bank” xidməti vasitəsilə daxil edilən sənədin kağız daşıyıcıda xxxx müvafiq qaydada imzalanmış və möhürlənmiş sənədə bərabər tutulmasını qəbul edir.
Bənd 6. “MÜŞTƏRİ-BANK” XİDMƏTİNİN FƏALİY- YƏTİNİN DAYANDIRILMASI VƏ LƏĞVİ
Bank, bu müqavilənin müddəalarına ziddiyət təşkil edən halların aşkarlanması və hər hansı bir səbəb göstərməklə Müştərinin “Müştəri-Bank” xidmətinə daxil olma hüququnu məhdudlaşdıra və ya ləğv edə bilər.
Bu müqaviləyə tərəflərdən birinin istəyi ilə 30 gün qabaqcadan yazılı bildirişə əsasən xitam verilə bilər.
Bənd 7. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
Bu müqavilənin icrası zamanı yaranmış mübahisələr danışıqlar yolu ilə həll edilir. Qarşılıqlı razılıq əldə edilmədikdə, mübahisə qüvvədə xxxx Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə məhkəmə qaydasında həll edilir.
Bənd 8. DİGƏR MÜDDƏALAR
Bu müqavilə hər biri eyni hüquqi qüvvəyə xxxxx xxxx iki nüsxədən ibarət olub imzalandığı gündən qüvvəyə minir.
MÜŞTƏRİ:
Bənd 4. “MÜŞTƏRİ-BANK” XİDMƏTİ VASİTƏSİLƏ
APARILAN ƏMƏLİYYATLAR
Müştəri “Müştəri-Bank” xidməti vasitəsilə əməliyyatlar üzrə hesabdan çıxarışların alınması, valyuta məzənnələri və onlardakı dəyişikliklər haqqında məlumatın alınması, hesablaşma hesablarının vəziyyəti və həmin hesablar vasitəsilə aparılan əməliyyatlar haqqında məlumatın alınması, milli valyutada ödənişlərin həyata keçirilməsi,
(imza, xxxxx, vəzifəli şəxsin adı və soyadı)
BANK:
hazırlanmış ödəniş tapşırıqlarının şablon kimi yaddaşda
saxlanması və gələcəkdə onlardan istifadə olunması,
müştərinin kredit və depozitləri haqqında məlumatın alınması kimi əməliyyatlar apara bilər.
Müştəri, bu-xidmət vasitəsilə tərtib edilmiş ödəniş tapşırığında göstərilmiş məbləğin onun hesabından silinməsini qeyd-şərtsiz qəbul edir.
Bənd 5. MÜŞTƏRİNİN ÖHDƏLİKLƏRİ
Müştəri:
- Bankın tarif cədvəlinə uyğun olaraq müvafiq xidmət haqqının ödənilməsini;
- “Müştəri-Bank” xidmətinə aid məlumatları heç kimə verməyəcəyini, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədilə lazımi tədbirləri görəcəyini, hər hansı səbəbə görə “Müştəri-Bank” xidmətinə üçüncü şəxslərin qoşulmasına və onun vasitəsilə aparılan bütün əməliyyatlara görə məsuliyyət daşıdığını, bu barədə Banka şikayət və etiraz etməyəcəyini, belə hallarda Bankın çəkəcəyi ziyanı ödəyəcəyini;
(imza, xxxxx, vəzifəli şəxsin adı və soyadı)