MÜQAVİLӘ ÖHDӘLİKLӘRINİN YERİNӘ YETİRİLMӘMӘSİNӘ GÖRӘ MÜLKI MӘSULİYYӘTİN SIĞORTASI QAYDALARI
«Razılaşdırılmışdır»
Azәrbaycan Respublikası Maliyyә Nazirliyinin Dövlәt Sığorta Nәzarәti Xidmәtinin rәisi
N. Xәlilov
«03» mart_ 2016-cı il
«Tәsdiq edirәm»
«Atәşgah» Sığorta Şirkәti ASC-nin
Xxxxx xxxxxxxxx sәdri
X.X. Xxxxxxx
«_01» mart 2016-cı il
MÜQAVİLӘ ÖHDӘLİKLӘRINİN YERİNӘ YETİRİLMӘMӘSİNӘ GÖRӘ MÜLKI MӘSULİYYӘTİN SIĞORTASI QAYDALARI
Bakı 2016
Ümumi anlayışlar
Әgәr qaydaların mәzmununda başqa cür nәzәrdә tutulmamışdirsә, bu Qaydalarda istifadә olunan termin vә ifadәlәr aşağıdakı mәnaları daşıyır:
Sığortalı – sığorta haqqı ödәyәn, sığorta obyektinin sığorta etdirilmәsindә sıöorta xxxxxx xxxx sığorta müqavilәsinin tәrәfi;
Sığortaçı – sığorta fәaliyyәtini hәyata keçirmәk üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqavilәsindә nәzәrdә tutulan sığorta hadisәsi baş verdiyi halda qanunvericiliklә vә ya müqavilә ilә müәyyәn olunmuş qaydada sığorta ödәnişini vermәk öhdәliyi daşıyan sığorta müqavilәsinin tәrәfi xxxx yerli hüquqi şәxs;
Faydalanan şәxs(lәr) – sığorta müqavilәsinә uyğun olaraq sığorta ödәnişini almaq hüququ xxxx şәxs;
Aktuari – qanunvericiliyә uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının әsaslarını müәyyәn edәn, hәmçinin sığorta ehtiyatlarını hesablayan mütәxәssis;
Sığorta hadisәsi – qanunvericiliyә vә ya sığorta müqavilәsinә görә sığorta ödәnişinin sığortalıya, sığorta olunana vә ya digәr faydalanan şәxslәrә ödәnilmәsi üçün әsas xxxx, sığorta müqavilәsinin qüvvәdә olduğu müddәt әrzindә baş verәn hadisә vә ya yaranan hal;
Sığorta mәblәği – sığortalanmış risklәr üzrә sığortaçının öhdәliyinin qanunvericilik, yaxud müqavilә ilә müәyyәnlәşdirilmiş mәblәğlә ifadә olunan son hәddi;
Sığorta tәlәbi – sığorta hadisәsi baş verdikdә sığortalının, sığorta olunanın vә ya faydalanan şәxsin sığortaçıya öz vәzifәlәrini qanunvericiliyә vә sığorta müqavilәsinә uyğun olaraq icra etmәsi barәdә müraciәti;
Tәlәb sahibi – mәhkәmәdә sığortalıya qarşı iddia qaldıran vә müqavilә öhdәliklәrinin pozulması ilә bağlı zәrәrin ödәnilmәsini tәlәb edәn şәxs;
Sığorta ödәnişi – sığorta hadisәsi baş verdikdә, qanunvericiliyә, hәmçinin sığorta müqavilәsinә uyğun olaraq sığortaçı tәrәfindәn ödәnilәn maliyyә kompensasiyası;
Sığorta obyekti – üçüncü şәxslәrin qanunazidd olmayan hәr hansı әmlak mәnafeyi;
Sığorta predmeti – üçüncü şәxslәrin ölümü, bәdәn xәsarәti vә ya әmlakına dәyәn zәrәrә, hәmçinin öz işçilәrinin yalnız ölümünә vә bәdәn xәsarәtinә görә Sığortalının qanunvericiliyә әsasәn ödәmәli olduğu pul mәblәğlәri;
Sığorta marağı – Sığorta marağı sığorta hadisәsinin baş verәcәyi tәqdirdә sığortalının maliyyә itkisinә mәruz qalması ehtimalı ilә şәrtlәnәn vә onun sığorta obyektini sığorta etdirmәk hüququnun әsaslandığı mәnafedir.
Sığorta haqqı – risklәrin qәbul edilmәsi vә ya bölüşdürülmәsi müqabilindә sığorta qanunvericiliyinә uyğun olaraq, sığorta müqavilәsindә nәzәrdә tutulan qaydada sığortalının sığortaçıya ödәmәli olduğu pul mәblәği;
Sığorta riski vә ya risk – sığorta obyekti ilә bağlı itkilәrin vә ya zәrәrlәrin yaranmasına sәbәb xxxx hadisәnin baş vermәsi vә ya halın yaranması ehtimalı, hәmçinin bu ehtimala qarşı sığortaçının üzәrinә götürdüyü öhdәlik;
Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına әsasәn müәyyәn edilәn faiz dәrәcәsi;
Sığorta müqavilәsi – sığortalının müvafiq sığorta haqqı ödәmәsi müqabilindә sığortaobyektinin mәruz qala bilәcәyi risklәrlә bağlı itkilәrin, dәyәn zәrәrin әvәzinin vә ya razılaşdırılan pul mәblәğinin müәyyәn bir hadisәnin baş vermәsi әsasında ödәnilmәsinin sığortaçı tәrәfindәn öhdәlik kimi götürülmәsi şәrtlәrinin tәsbit etdiyi razılaşma;
Sığorta şәhadәtnamәsi – sığorta müqavilәsinin bağlanması faktını tәsdiq edәn, sığortaçı tәrәfindәn sığortalıya vә (vәya) olunana verilәn sәnәd;
Sığortanın müddәti – sığorta risklәrinin tәminatda hesab olunduğu müddәt;
Azadolma mәblәği - Azadolma mәblәği, sığorta hadisәsi nәticәsindә yaranan itkilәrin vә ya dәyәn zәrәrin sığorta tәminatı ilә әhatә olunmayan vә sığortalının üzәrindә qalan hissәsidir. Azadolma mәblәği hәr bir halda sığorta müqavilәsinә uyğun olaraq müәyyәn edilәn sığorta ödәnişi mәblәğinә tәtbiq olunur.
Gözlәmә müddәti – gözlәmә müddәti, sığorta hadisәsi nәticәsindә hәmin müddәt әrzindә yaranan itkilәrin sığorta tәminatı ilә әhatә olunmayan vә sığortalnın üzәrindә qalan hissәsidir.
Әhәmiyyәtli hallar - sığortaçının müqavilәdәn imtina etmәk vә ya onun şәrtlәrinin müәyyәnlәşidirilmәsi qәrarına tәsir göstәrә bilәn hallar әhәmiyyәtli hallar sayılır;
Sığortanın әrazisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müәyyәn әrazi hüdudları
1. Sığortanın sinfi
1.1. Qeyri-hәyat sığorta sahәsindә әmlak sığortasinә aid xxxx aşağıdakı sinif:
1.1.1.Sığortalı müqavilә şәrtlәrini pozmağa görә mülki mәsuliyyәtini sığorta etdirdiyi hallarda müvafiq sığorta hadisәsinin baş vermәsi ilә әlaqәdar sığorta ödәnişinin hәyata keçirilmәsini nәzәrdә xxxxx xxxxx-hüquqi müqavilә üzrә mülki mәsuliyyәtin sığortası.
2. Sığorta predmeti
2.1. Sığortalının müqavilә öhdәliklәrini yerinә yetirmәmәsi ilә әlaqәdar tәlәb sahiblәrinә zәrәr vә cәrimәlәrin ödәnilmәsi halı sığortanın predmeti hesab olunur.
3. Sığorta obyekti
3.1. Sığortalının müqavilә öhdәliklәrini yerinә yetirmәmәsi ilә әlaqәdar tәlәb sahiblәrinә zәrәr vә cәrimәlәrin әvәzinin ödәnilmәsi ilә bağlı әmlak mәnafelәridir.
4. Sığorta mәblәği
4.1. Sığorta müqavilәsi üzrә sığorta mәblәği tәrәflәr arasında razılşama әsasında müәyyәn edilir.
4.2. Sığortaçı bağlanmış sığorta müqavilәsi üzrә, bu müqavilә ilә müәyyәn edilmiş sığorta mәblәği hәddindә mәsuliyyәt daşıyır. Bir neçә sığorta hadisәsi üzrә ödәnilәn sığorta ödәnişlәrinin ümumi mәblәği, sığorta müqavilәsi ilә müәyyәn olunmuş sığorta mәblәğindәn artıq ola blmәz.
4.3. Sığortaçı sığorta müqavilәsi ilә müәyyәn olunmuş sığorta mәblәği hәddindә Sığorta olunana hәmçinin aşağıdakı hallarda sığorta ödәnişi vermәsinә tәminat verir:
− vurulmuş zәrәrlә bağlı iştar üzrә mәhkәmә xәrclәri (sığorta müqavilәsindә nәzәrdә tutulduqda);
− sığorta hadisәsi üzrә zәrәrlәrin azaldılması üçün bütün әsaslı xәrclәr (sığorta müqavilәsindә nәzәrdә tutulduqda).
5. Sığorta tәminatı
5.1. Bu Qaydalara әsasәn Sığortaçı, aşağıda göstәrilәn sığorta hadisәlәri nәticәsindә sığorta ödәnişi vermәyә tәminat verir:
5.1.1.Sığortalının tәlәb sahibinә vurduğu zәrәrin Sığortalı tәrәfindәn ödәnilmәsini mәcbur edәn mәhkәmә qәrarının qәrarının qanuni qüvvәyә minmәsi.
6. Xüsusi istisnalar
6.1. Әgәr sığorta müqavilәsi ilә başqa hal nәzәrdә tutulmamısdırsa, Sığortaçı sığorta hadisәsinin aşağıdakı amillәrin tәsiri nәticәsindә baş vermәsi hallarında sığorta ödәnişi vermәk öhdәliyindәn azad olunur:
− Nüvә partlayışı, radiasiya vә ya radioaktiv zәhәrlәnmәnin tәsiri;
− Hәrbi әmәliyyatlar, elәcә dә hәrbi manevr vә digәr hәrbi tәdbirlәr;
− Vәtәndaş müharibәsi, istәnilәn növ xalq iğtişaşları vә ya tәtillәr;
− Tәtil, sabotaj;
− terrorizm
6.2. Sığorta müqavilәsi ilә Sığortaçını sığorta ödәnişi vermәk öhdәliyindәn azad edәn digәr hallar da nәzәrdә tutula bilәr vә ya bu bәnddә yuxarıda göstәrilәn hallar sığorta tәminatına daxil edilә bilәr.
7. Sığorta müqavilәsinin tәrәflәri
7.1. Sığortaçı
7.1.1.Bu Qaydalara әsasәn Sığortaçı "Atәşgah” Sığorta Şirkәtidir.
7.2. Sığortalı
7.2.1.Bu Qaydalara әsasәn Sığortalı sığorta predmetinә münasibәtdә sığorta xxxxxx xxxx vә sığorta haqqı ödәyәn hәr hansı bir fiziki vә ya hüquqi şәxs hesab olunur.
7.2.2.Bu Qaydalar daxilindә Sığortalının hәrәkәtlәrinә onun işçilәrinin, rәsmi şәxslәrinin, o cümlәdәn Azәrbaycan Respublikasının qanunvericiliyinә, «Sığorta fәaliyyәti haqqında» Azәrbaycan Respublikasının Qanununa, sığorta müqavilәsinә, vәkalәtnamәyә (etibarnamәyә) vә ya vәzifә öhdәliklәrinә әsasәn Sığortalı adından çıxış etmәk sәlahiyyәti xxxx digәr nümayәndәlәrinin hәrәkәtlәri da aid edilir.
8. Sığorta haqqı
8.1. Sığorta haqqı sığorta tariflәrinә әsasәn hesablanır.
8.2. Sığorta haqqı bir dәfәyә ödәnilir vә ya tәrәflәrin razılığına әsasәn hissә-hissә ödәnilә bilәr.
8.3. Sığorta haqqının ödәnildiyi gün, pul vәsaitinin Sığortaçının bank hesabına ya ya kassasına daxil olduğu gün hesab olunur.
8.4. Müqavilәdә başqa cür nәzәrdә tutulmamışdırsa, sığorta müqavilәsi sığorta haqqının ilk hissәsinin vә ya tam ödәnildiyi gün saat 24:00-da, xxxxx şәhadәtnamәdә göstәrilmiş sığorta müddәtinin başlanma tarixindәn tez olmayaraq qüvvәyә minir.
8.5. Sığorta haqqı vә ya onun növbәti hissәsi sığorta müqavilәsindә nәzәrdә tutulmuş müddәtәdәk ödәnilmәdikdә vә ya sığorta müqavilәsindә nәzәrdә tutulduğundan daha az mәblәğdә ödәnildikdә, sığorta müqavilәsindә sığorta haqqının vә ya onun növbәti hissәsinin ödәniş günü kimi nәzәrdә tutulmuş tarixdәn sonrakı gün saat 24:00-xxx Sığortaçı sığorta ödәnişi vermәk öhdәliyından azad edilir.
8.5.1.Bu halda sığortaçı onun ödәnilmәsi üçün bu qaydaların 8.5.2.-ci maddәsinin tәlәbini nәzәrә alaraq, yazılı surәtdә 15 günәdәk әlavә müddәt müәyyәn edә bilәr.
8.5.2.Hәr bir halda sığorta haqqı vә ya onun razılaşdırılmış ilk hissәsi sığorta müqavilәsi bağlandığı gündәn 1 aydan gec olmayaraq ödәnilmәlidir.
8.6. Sığortalı sığorta haqqını vә ya onun növbәti hissәsini sığorta müqavilәsindә nәzәrdә tutulmuş müddәtdә ödәmәdikdә, Sığortaçı sığorta müqavilәsinә xitam verә bilәr vә ya birtәrәfli qaydada müqavilәnin icrasından imtina edә bilәr.
9. Sığortanın әrazisi
9.1. Bu sığorta, sığorta müqavilәsindә başqa hal nәzәrdә tutulmamışdirsә, Azәrbaycan Respublikasının әrazisindә qüvvәdәdir.
9.2. Әgәr sığorta müqavilәsindә sığortanın әrazisi göstәrilmişdirsә, yalnız hәmin әrazidә baş verәn sığorta hadisәlәrinә sığorta tәminatı verilir.
9.3. Sığortanın әrazisi, Sığortaçının bu barәdә qabaqcadan xәbәrdar edilmәsi vә onun yazılı surәtdә razılığının alınması şәrti ilә genişlәndirilә bilәr.
10. Sığorta müddәti
10.1. Sığorta müddәti, sığorta şәhadәtnamәsindә başqa hal nәzәrdә tutulmayıbsa, sığorta müqavilәsinin bağlandığı gün saat 24:00-da başlanır vә sığorta müqavilәsinә әsasәn hәmin müqavilәnin qüvvәdә olduğu sonuncu gün saat 24:00-da başa çatır.
11. Azadolma mәblәği vә/vә ya gözlәmә müddәti
11.1. Sığorta müqavilәsindә şәrtli vә ya şәrtsiz azadolma mәblәği, hәmçinin gözlәmә müddәti Sığortalı ilә Sığortaçı arasındakı razılığa әsasәn müәyyәn oluna bilәr.
11.2. Şәrtli azadolma mәblәğinin nәzәrdә tutulması halında, sığorta hadisәsi nәticәsindә dәyәn zәrәrin hәcmi hәmin mәblәğdәn xxx olduqda, zәrәr mәblәğindәn azadolma mәblәği çıxılmır.
11.3. Şәrtsiz azadolma mәblәği nәzәrdә tutulduqda, hәmin mәblәğ hәr bir halda zәrәr mәblәğindәn çıxılır.
11.4. Sәrtli gözlәmә müddәti müәyyәn edildikdә, sığorta hadisәsinin nәticәlәrinin hәmin müddәtә bәrabәr vә ya ondan artıq müddәtdә davam etmәsi şәrti ilә sığorta tәlәbi vә ya sığorta ödәnişi sığorta hadisәsinin baş vermәsindәn keçәn hәmin müddәt qәdәr vaxt әrzindә yaranan itkilәrә dә şamil edilir.
11.5. Sığorta müqavilәsindә şәrtsiz gözlәmә müddәti müәyyәn edildikdә, sığorta tәlәbi vә ya sığorta ödәnişi sığorta hadisәsinin baş vermәsindәn keçәn hәmin müddәt qәdәr vaxt әrzindә yaranan itkilәrә şamil edilmir.
11.6. Sığorta müqavilәsi qüvvәdә olduğu müddәt әrzindә bir neçә sığorta hadisәsi baş verdikdә azadolma mәblәği vә/vә ya gözlәmә müddәti hәr bir hadisә üzrә tәtbiq olunur.
12. Xxxxxx dәrәcәsinin dәyişmәsi
12.1. Sığorta riskinә әhәmiyyәtli dәrәcәdә tәsir edә bilәn risklәr barәdә sorğu forması sığorta müqavilәsi bağlandığı zaman Sığortaçı tәrәfindәn Sığortalıya tәqdim olunur. Sığorta müqavilәsinin qüvvәdә olduğu müddәt әrzindә, Sığortalı, sığorta müqavilәsi bağlanan zaman Sığortaçıya bildirdiyi әhәmiyyәtli halların dәyişilmәsi, hәmçinin sığorta riskinә әhәmiyyәtli dәrәcәdә tәsir edә bilәn vә ona mәlum xxxx bütün digәr hallar barәdә Sığortaçıya darhal mәlumat vermәlidir.
12.2. Sığortaçı sığorta riskinin artmasına tәsir edәn hallar barәdә mәlumatı әldә etdikdәn sonra aşağıda göstәrilәn hәrәkәtlәri etmәk hüququna malikdir:
12.2.1. Sığorta müqavilәsinin şәrtlәrini vә müddәalarını dәyişmәk,
12.2.2. әlavә sığorta haqqının ödәnilmәsini tәlәb etmәk vә ya
12.2.3. belә dәyişikliklәrin baş verdiyi tarixdәn sığorta müqavilәsinә xitam vermәk.
13. Sığorta müqavilәsinә әlavә vә dәyişikliklәrin edilmәsi
13.1. Sığorta müqavilәsinin qüvvәdә olduğu müddәt әrzindә Sığortalı vә Sığortaçı, Faydalanan şәxsin (әgәr varsa) yazılı razılığı ilә müqavilәnin müәyyәn şәrtlәrinin dәyişdirilmәsi, hәmçinin ona müәyyәn әlavalar edilmәsi barәdә razılığa gәlә bilәrlәr.
14. Sığorta müqavilәsinә xitam verilmәsi
14.1. Sığorta müqavilәsinә aşağıdakı hallarda xitam verilir:
14.1.1. Müqavilәnin müddәti bitdikdә;
14.1.2. Sığortaçı müqavilә üzrә Sığortalı qarşısıncla öhdәliklәrini tam hәcmdә icra etdikdә;
14.1.3. Sığortalı sığorta haqqlarını müqavilә ilә müәyyәn olunmuş müddәtdә ödәmәdikdә;
14.1.4. Sığortaçı, Azerbaycan Respublikasının qanunvericiliyә әsasәn lәğv edildikdә;
14.1.5. Sığorta müqavilәsinin etibarsız hesab olunması haqqında mәhkәmә tәrәfindәn qarar qәbul edildikdә;
14.1.6. Sığorta marağı artıq mövcud olmadıqda;
14.1.7. Sığorta predmeti artıq mövcud olmadıqda.
14.1.8. Azәrbaycan Respublikasınin qanunvericiliyi ilә nәzәrdә tutulan digәr hallarda.
14.2. Sığorta müqavilәsinә Sığortalının vә ya Sığortaçının tәlәbi ilә vaxtından әvvәl xitam verilә bilәr.
14.3. Bu barәdә tәrәflәr bir-birini, qanunla müәyyәn edilәn hallar istisna olmaqla, azı 30 (otuz) gün әvvәl yazılı surәtdә xәbәrdar etmәlidirlәr.
14.4. Sığorta müqavilәsinә vaxtından әvvәl xitam vermәnin nәticәlәri
14.4.1. Sığorta müqavilәsinә sığortalının tәlәbi ilә vaxtından әvvәl xitam verildikdә, sığorta quınınvericiliyindә nәzәrdә tutulmuş hallar istisna olmaqla, sığortaçı hәmin müqavilә üzrә işlәrin aparılması xәrclәrini çıxmaqla müqavilәnin qurtarmamış müddәti üçün sığorta haqlarını ona qaytarır;
әgәr bu tәlәb sığortaçının sığorta müqavilәsi üzrә vәzifәlәrini yerinә yetirmәmәsi ilә bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklә sığortalıya qaytarır.
14.4.2. Sığorta müqavilәsinә sığortaçının tәlәbi ilә vaxtından әvvәl xitam verildikdә o, sığorta haqlarını bütünlüklә sığortalıya qaytarır; әgәr bu tәlәb sığortalının sığorta müqavilәsi üzrә vәzifәlәrini xxxxxx yetirmәmәsi ilә bağlıdırsa, sığortaçı hәmin müqavilә üzrә işlәrin aparılması xәrclәri çıxılmaqla, müqavilәnin qurtarmamış müddәti üçün sığorta haqlarını qaytarır.
14.4.3. Sığorta müqavilәsinә vaxtından әvvәl xitam verildiyi halda, әgәr xitam verilmә anınadәk sığortaçı tәrәfindәn sığortalıya ödәnilmiş sığorta haqqına bәrabәr vә ya ondan xxx miqdarda sığorta ödәnişi verilmişdirsә, sığorta haqqı sığortalıya qaytarılmır.
14.4.4. Sığorta müqavilәsinә vaxtından әvvәl xitam verildiyi halda, әgәr xitam verilmә anınadәk sığortaçı tәrәfindәn sığortalıya ödәnilmiş sığorta haqqından az miqdarda sığorta ödәnişi verilmişdirsә, hәmin sığorta haqqı mәblәği ilә sığorta ödәnişi mәblәği arasındakı fәrq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafıq olaraq bu maddәnin 14.4.1-ci vә 14.4.2-ci bәndlәrindә nәzәrdә tutulmuş qaydada hәyata keçirilir.
14.4.5. Sığorta müqavilәsi mәhkәmә qәrarı әsasında (sığortalı mәhkәmәnin qәrarı ilә fәaliyyәt qabiliyyәti olmayan hesab edilmişdirsә, yaxud onun fәaliyyәt qabiliyyәti mәhkәmәnin qәrarı ilә mәhdudlaşdırılmışdırsa) xitam verilmiş hesab edildikdә, sığortaçı hәmin müqavilә üzrә işlәrin aparılması xәrclәrini çıxmaqla müqavilәnin qurtarmamış müddәti üçün sığorta haqlarını, bu maddәnin 14.4.3.-cü vә 14.4.4-cü bәndlәrinin tәlәblәri nәzәrә alınmaqla, sığortalının qanuni nümayәndәsinә qaytarır.
15. Tәrәflәrin hüquq vә vәzifәlәri
15.1. Sığortalının aşağıdakı hüquqları var:
15.1.1. Sığorta hadisәsi baş verdikdә sığorta ödәnişi almaq;
15.1.2. Sığortaçıdan sığorta müqavilәsi üzrә öhdәliklәrin icrasını tәlәb etmәk;
15.1.3. Sığortaçıdan kommersiya sirri olmayan, onun maliyyә sabitliyi ilә bağlı mәlumatı istәmәk;
15.1.4. Sığorta müqavilәsinә әlavә vә dәyişiklik etmәk;
15.1.5. Sığorta müqavilәsinә vaxtından әvvәl xitam vermәk;
15.1.6. İtirilmiş şәhadәtnamәnin yerinә dublikatını almaq;
15.1.7. Mövcud qanunvericilikdә nәzәrdә tutulmuş digәr hüquqlar.
15.2. Sığortalının aşağıdakı vәzifәlәri var:
15.2.1. sığorta riskinә әhәmiyyәtli dәrәcәdә tәsir edә bilәn risklәr barәdә sorğu forması sığorta müqavilәsi baglandığı zaman Sığortaçı tәrәfindәn Sığortalıya tәqdim olunur. Sığortalı öz növbәsindә sorğu formasındakı sualları dürüst vә düzgün şәkildә cavablandırmalı vә sığorta müqavilәsi qüvvәdә olun müddәti xxxxxx dәrәcәsi dәyişilәrsә bu barәdә sığortaçıya mәlumat vermәli;
15.2.2. Ziyanın qarşısının alınması vә azaldılması üçün bütün zәruri tәdbirlәr görmәli, sığorta haqqını vaxtında ödәmәli;
15.2.3. Sığorta hadisәsi faktının mövcudluğunu sübut etmәk vәzifәsi Sığortalının üzәrinә düşür vә Sığortalı qanunvericilik vә formalaşmış tәcrübә ilә tәlәb olunan sәnәdlәr da daxil olmaqla Sığortaçını bütün zәruri sәnәdlәrlә tәmin etmәlidir;
15.2.4. Bu qaydaların vә sığorta müqavilәsinin müddәalarına riayәt etmәk;
15.2.5. Sığorta hadisәsi baş verdikdә:
- sığorta hadisәsinin sәbәblәrinin, gedişatını vә nәticәlәrinin araşdırılması üçün zәruri bütün tәdbirlәri görmәk;
- dәrhal, xxxxx hәr bir halda 3 gündәn gec olmayaraq (istirahәt vә bayram günlәrindәn başqa) mәlumat faktını tәsbit etmәyә imkan verәn mümkün xxxx üsülla bu haqda Sığortaçıya vә sәlahiyyәtli orqanlara mәlumat vermәk;
- sığorta hadisәsi ilә xxxxx xxx qarşı irәli sürülәn tәlәblәr haqqında Sığortaçıya dәrhal mәlumat vermәk;
- zәrәrin qarşısının alınması vә ya tәsirinin azaldılması vә zәrәr vurulmuş şәxslәrin hәyatlarının xilas edilmәsi üçün bütün mümkün vә mәqsәdәuyğun tәdbirlәri görmәk;
- imkanı daxilindә Sığortaçının zәrәr dәymiş әmlaka (o cümlәdәn, torpaq sahәlәri vә su mühiti) baxışın keçirilmәsindә vә vurulmuş zәrәrin hәcminin müәyyәn edilmәsindә iştirakını tәmin etmәk;
- sığorta hadisәlәri üzrә zәrәrin ödәnilmәsinә dair tәlәblәr irәli sürüldükdә, Sığortaçıya mәhkәmә vә mәhkәmәdәn kәnar müdafıәdә bütün mümkün dәstәyi göstәrmәk;
- sığorta hadisәsinin sәbәblәrinin, gedişinin vә nәticәlәri, vurulmuş zәrәrin xarakteri vә hәcmi haqqında mülahizә yeritmayә imkan verәn bütün mümkün mәlumat vә sәnәdlәri Sığortaçıya tәqdim etmәk;
- sığortaçı sığorta hadisәsi ilә bağlı hәm onun, hәm dә Sığortalının maraqlarının müdafıәsi üçün öz vәkilini vә ya digәr sәlahiyyәtli şәxsin tәyin olunmasını zәruri hesab etdikdә - bu cür maraqların müdafiәsi üçün Sığortaçının göstәrdiyi şәxslәrә etibarnamә vә ya digәr zәruri sәnәdlәri vermәk. Sığorta hadisәsi ilә bağlı mәhkәmәdә Sığortalının maraqlarını tәmsil etmәk vә ya digәr şәkildә Sığortalının hüquqi müdafıәsini hәyata keçirmәk Sığortaçının öhdәliyi deyil, hüququdur. Sığortaçı mәhkәmәdә Sığortalının maraqlarını tәmsil etmәkdәn imtina etdikdә, o, bu cür proseslәrdә Sığortalının maraqlarını müdafıә edәn vәkillәrin xidmәtlәrinin ödәnilmәsi üzrә faktiki xәrclәri Sığortalıya ödәmәlidir. Bu cür xәrclәr sığorta müqavilәsinin müәyyәn etdiyi sığorta mәblәği hәddindә ödәnilir;
- sığortaçının razılığı olmadan, ödәniş vermәmәk, sığorta hadisәsi ilә xxxxx xxx qarşı irәli sürülәn tәlәblәri qismәn vә ya tam qәbul etmәmәk, hәmçinin bu cür tәlәblәrin tәnzimlәnmәsi üzrә hәr hansı vә ya dolayı öhdәliklәr qәbul etmәmәk;
- sığortalının mütәmadi ödәnişlәrin (renta) dayandırılmasını vә ya azaldılmasını tәlәb etmәk imkanı ortaya çıxdıqda
- Sığortaçıya bu haqda mәlumat vermәk vә bu cür ödәnişlәrin dayandırılması vә ya azaldılması üçün bütün mümkün tәdbirlәri görmәk.
15.2.6. Mövcud qanunvericilikdә nәzәrdә tutulmuş digәr vәzifәlәr.
15.3. Sığortaçının aşağıdakı hüquqları var:
15.3.1. Sığortalının bildirdiyi mәlumatların düzgünlüyünü yoxlamaq;
15.3.2. Sığorta hadisәlәrinin qarşısının alınması üzrә Sığortalıya tövsiyyәlәr vermәk;
15.3.3. Sığorta hadisәsinin sәbәb vә hallarını müstәqil şәkildә araşdırmaq, zәruri hallarda sığorta hadisәsi faktı üzrә sәlahiyyәtli orqanlara sorğu göndәrmәk
15.3.4. Sığortalı sığorta müqavilәsinin şәrtlәrini vә bu Şәrtlәri yerin yetirmәdikdә, sığorta müqavilәsinin icrasından birtәrәfli qaydada imtina etmәk vә ya sığorta müqavilәsinә xitam verilmәsini tәlәb etmәk;
15.3.5. Sığorta riskinә әhәmiyyәtli dәrәcәdә tәsir edә bilәn risklәr barәdә sorğu forması sığorta müqavilәsi zaman Sığortalıya tәqdim etmәli. Xxxxxx dәrәcәsi dәyişdikdә, sığorta müqavilәsinin şәrtlәrinin dәyişdirilmәsini tәlәb etmәk. Әhәmiyyatli hal haqqında әrizә formasında yanlış mәlumatlar olduğu sonradan aşkarlanarsa, Sığortaçı müqavilәdәn imtina edә bilәr
15.3.6. sığorta hadisәsi nәticәsindә vurulmuş zәrәrin ödәnilmәsinә dair Sığortalı ilә danışıqlar aparmaq vә razılığa gәlmәk;
15.3.7. Sığortalının maraqlarını mәhkәmәdә tәmsil etmәk vә ya digәr şәkildә sığorta hadisәsi ilә bağlı Sığortalının hüquqi müdafiәsini hәyata keçirmәk. Sığortaçının bu hüququ onun öhdәliyi deyil.
15.3.8. Mövcud qanunvericilikdә nәzәrdә tutulmuş digәr hüquqlar.
Sığortaçının öz peşәkar fәaliyyәti nәticәsindә Sığortalı (mәsuliyyәt riski sığortalanan şәxs), zәrәr çәkmiş üçüncü şәxs vә onların әmlak vәziyyәti haqqında әldә etdiyi mәlumatı açıqlamaq hüququ yoxdur.
Sığorta sirrinin pozulmasına görә Sığortaçı pozulmuş hüquqların növündәn vә xarakterindәn asılı olaraq mülki qanunvericiliklә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyır.
15.4. Sığortaçının aşağıdakı vәzifәlәri var:
15.4.1. Sığortalını sığorta qaydaları ilә xxxxx etmәli;
15.4.2. Bu qaydaların vә sığorta müqavilәsinin müddәalarına riayәt etmәk;
15.4.3. Qanunvericliklә nәzәrdә tutulmuş hallardan başqa, Sığortalı şәxsin әmlak vәziyyәti, o cümlәdәn kommersiya xxxxx xxxx mәlumatları yaymamaq;
15.4.4. Sığorta hadisәsinin baş vermәsi haqqında mәlumat aldıqdan sonra zәrәrin tәnzimlәnmәsi ilә bağlı mәsәlәlәrin baxılmasına başlamaq, sığorta hadisәsinin hallarını aydınlaşdırmaq, sığorta aktını tәrtib) etmәk;
15.4.5. Sığorta hadisәsi üzrә bütün zәruri sәnәdlәri aldıqdan sonra 15 iş günü әrzindә sığorta ödәnişini vermәk (va ya әsas olduqda ödәnişdan imtina etmәk).
15.4.6. Mövcud qanunvericilikdә nәzәrdә tutulmuş digәr vәzifәlәr
16. Zәrәrin müәyyәn edilmәsi vә sığorta ödәnişinin verilmәsi.
16.1. Sığorta hadisәsi nәticәsindә baş vermiş zәrәrin mәblәği aidiyyatı üzrә mәhkәmәdә hәll edilir. Bu zaman bütün sığorta ödәnişlәri sığorta müqavilәsi ilә müәyyәn olunmuş mәblәğ hәddindә verilir. Sığorta ödәnişi zamanı azadolma haqqında şәrtlәr nәzәrә alınır.
16.2. Sığorta ödәnişinin verilmәsi üçün tәlәb olunan sәnәdlәr aşağıdakılardır:
16.2.1. sığortalının sığorta müqavilәsindә nәzәrdә tutulmuş müddәtdә sığortaçıya ünvanladığı tәlәbi (әrizә, müraciәt);
16.2.2. sığorta hadisәsi hesab edilә bilәn hadisә ilә bağlı qanunvericiliyә uyğun olaraq, hәr hansı dövlәt orqanına mәlumat verilmәlidirsә, hәmin orqanın hadisә barәdә tәqdim etdiyi müvafıq sәnәd;
16.2.3. Sığortalının zәrәr üzrә öhdәliyini sübut edәn mәhkәmәnin qәtnamәsi;
16.3. Müqavilәdә başqa hal nәzәrdә tutulmayıbsa, bu minimal zәruri xxxx sәnәdlәrin toplusudur. Sığortaçı zәrurәt yarandıqda sığortalıdan sığorta hadisәsinin baş vermәsi sәbәblәrini vә faktını, hәmçinin dәyәn zәrәrin hәcminin müәyyәn edilmәsi üçün zәruri xxxx digәr sәnәdlәrin tәqdim edilmәsini tәlәb etmәyә haqlıdır.
16.4. Sığorta müqavilәsindә nәzәrdә tutulduğu halda ödәnilәn zәrәr mәblәğinә hәmçinin sığorta hadisәsi zamanı zәrәrin azaldılması vә ya qarşısının alınması üçün görülәn mәqsәdyönlü tәdbirlәrә çәkilәn xәrclәr da daxil edilәcәkdir, xxxxx ödәniş mәblәği sığorta müqavilәsi ilә müәyyәn olunmuş sığorta mәblәğindәn artıq ola bilmәz.
16.5. Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn olunmuş tәlәb etmә müddәtlәrindә Sığortaçının sığorta ödәnişi vermәsindәn imtina etmәsinә әsas verәn hallar müәyyәn edilәrsә, Sığortalı almış olduğu sığorta ödәnişi mәblәğini Sığortaçıya xxxx qaytarmalıdır.
16.6. Sığorta olunan, mülki mәsuliyyәtini başqa sığortaçılarda da eyni risklәrә qarşı vә eyni müddәtә sığorta etdirmişdirsә, sığorta hadisәsi baş verdikdә, Sığortaçılar zәrәri proporsional qaydada ödәyirlәr.
17. Subroqasiya
17.1. Subroqasiya hüququ sığorta ödәnişi almış şәxsin ona dәymiş zәrәrә görә mәsuliyyәt daşıyan üçüncü şәxsә qarşı malik olduğu hüquqlardan vә vasitәlәrdәn hәmin ödәnişi vermiş sığortaçının istifadә etmәk hüququdur.
17.2. Sığortalı sığorta ödәnişini aldıqda, subroqasiya hüququnun hәyata keçirilmәsi üçün özündә xxxx bütün lazımi sәnәdlәrlә sığortaçını tәmin etmәlidir.
17.3. Sığortalı zәrәrvuran şәxsә qarşı iddiadan vә ya tәlәbi tәmin edәn hüquqlardan, yaxud lazımi sәnәdlәri sığortaçıya vermәkdәn imtina etdikdә, sığortaçı sığorta ödәnişi vermәkdәn zәrәrvuran şәxsәn subroqasiya qaydasında ala bilәcәyi mәblәğ hәcmindә azad edilir.
17.4. Sığortaçı subroqasiya hüququndan zәrәrvuran şәxsin özünә vә (vә ya) müvafıq sığorta hadisәsi ilә bağlı risklәr üzrә hәmin şәxsin mәsuliyyәtini sığortalamış sığortaçıya, hәmçinin qanunvericiliyә әsasәn, dәyәn zәrәrә görә sığortalı qarşısında maddi mәsuliyyәt daşıya bilәn digәr qarşı istifadә edә bilәr.
18. Ödәnişdәn imtinanın әsasları
18.1. Sığortaçının sığorta ödәnişi vermәkdәn imtina etmәsi әsasları aşağıdakılardır:
18.1.1. Sığortalının sığorta hadisәsinin baş vermәsinә yönәlәn qәrәzli hәrәkәtlәri;
18.1.2. Sığortalının sığorta hadisәsi ilә bilavasitә sәbәb әlaqәsindә xxxx qәsdәn törәdilmiş cinayәt әmәllәri;
18.1.3. Sığorta olunanın sığorta obyekti vә ya sığorta hadisәsi haqqında Sığortaçıya qәsdәn yalan mәlumatlar vermәsi;
18.1.4. Sığortalının sığorta müqavilәsi üzrә sığorta riskinin sәviyyәsinin artması haqqında mәlumat vermәmәsi;
18.1.5. Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş digәr hallar.
18.2. Sığorta müqavilәsindә sığorta ödәnişi vermәkdan imtina etmәya әlavә әsaslar nәzәrdә tutula bilәr.
18.3. Sığorta ödәnişi vermәkdәn imtina edilmәsi haqqında qәrar Sığortaçı tәrәfindәn qәbul edilir vә Sığorta olunana, imtinanın әsaslandırılmış sәbәblәri göstәrilmәklә müqavilә ilә müәyyәn olunmuş müddәtlәrdә yazılı surәtdә bildirilir.
19. Tәrәflәrin mәsuliyyәti
19.1. Bu Qaydaların şәrtlәrinin yerinә yetirilmәmәsinә ya ya lazımı qaydada yerinә yetirilmәmәsinә görә tәrәflәr qanunvericiliklә müәyyәn edilmiş qaydada mәsuliyyәt daşıyırlar.
20. İş sirlәrinin gizli saxlanılması
20.1. Sığortaçı, Sığortalıya aid öyrәndiyi vә ya iş prosesindә öyrәnәcәyi iş sirlәrini gizli saxlamadığı halda Sığortalıya dәyәn maddi vә ya mәnәvi zәrәrә görә qanunvericilikdә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyır.
21. Mübahisәlәrin hәlli qaydası
21.1. Bu Qaydalara әsasәn bağlamış sığorta müqavilәsındәn irәli gәlәn bütün mübahisәlәr ilkin olaraq danışıqlar yolu ilә pretenziya qaydasında, tәrәflәr arasında razılığa gәlinmәdiyi tәqdirdә isә Aızәrbaycan Respublikasının qanunvericiliyinә müvafıq olaraq mәhkәmәlәr vasitәsilә hәll edilir.
"Atәşgah Sığorta" ASC
Öhdәliklәrin yerinә yetirilmәmәsinә görә mülki mәsuliyyәtin sığortası üzrә tarif dәrәcәlәrinin әsaslandırılması
1. Bu sığorta növü üzrә bu әlavәnin 2-ci bәndindә göstәrilәn hallar nәzәrә alınmaqla Sığortaçı tәrәfindәn 0,3-9% arasında sığorta tarifi tәtbiq edilә bilәr. Hәr bir xxxxx xxxxxx fәrdi xarakteristikası nәzәrә alınaraq, bu tariflәr Sığortaçı tәrәfindәn artırıla vә ya azaldıla bilәr.
2. Sığorta riskinin sәviyyәsi Sığortaçı tәrәfindәn, müqavilә iştirakçılarının balansının likvidliliyi vә ödәnilmәsindәn; müqavilәnin sәmәrәliliyindәn; müqavilә iştirakçılarının ödәniş qabiliyyyәtliliyi vә maliyyә sabitliyindәn; müqavilәnin qüvvәdә olma müddәtindәn; müqavilәdә iştirakçı tәrәflәrdәn; razılaşma vә ya müqavilәnin növündәn, öhdәliklәrin icrası qaydasından, müqavilәnin icrasına dair әlavә tәminatların olub-olmamasından, inflyasiyanın sığortalanan sәviyyәsindәn, sığorta müqavilәsinin müddәtindәn, sığortalanan risklәrin növü vә sayından asılı olaraq müәyyәn edilir.
3. Müqavilәlәr 1 ildәn az müddәtdә bağlandıqda sığorta mükafatı 1 xxxxx cәdvәl әsasında ümumi illik sığorta mükafatının әmsala hasili kimi faizlә müәyyәn edilir.
1 xxxxx cәdvәl
Müqavilәnin aylarla qüvvәdә olma müddәti | ||||||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
Ümumi illik mükafatın xxxxx | ||||||||||
20 | 30 | 40 | 50 | 60 | 70 | 75 | 80 | 85 | 90 | 95 |
4. Әgәr sığorta müqavilәsinin qüvvәdә olduğu müddәtdә tәrәflәrin razılığı әsasında Sığortaçının mәsuliyyәt limiti artırsa, bu halda әlavә sığorta haqqı aşağıdakı düstur әsasında hesablanır:
SHәlav = (SM2 – SM1) T/12
Burada:
SM 1, SM2 - il әrzindә mәsuliyyәtin ilkin vә son limiti üzrә sığorta mükafatı; T - müqavilәnin sonuna qәdәr tam ayların sayı.
5. Sığorta müqavilәsinә vaxtından әvvәl xitam verildikdә sığorta haqqının qaytarılmalı hissәsi aşağıdakı düstur әsasında müәyyәn edilir:
SHq = SM1 (1-Ә)
Burada:
SM1 - illik sığorta mükafatı;
Ә – sığorta mükafatının istifadә әmsalı (2 xxxxx cәdvәl üzrә müәyyәn edilir)
2 xxxxx cәdvәl
Müqavilәnin aylarla qüvvәdә olma müddәti | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
Әmsal (ә) | 0,2 | 0,35 | 0,5 | 0,6 | 0,65 | 0,7 | 0,75 | 0,8 | 0,85 | 0,9 | 0,95 | 1 |
Sığortanın xarakteristikasından, sığorta riskinin dәrәcәsinә tәsir edәn faktorlardan, azadolma mәblәğindәn vә s. sәbәblәrdәn asılı olaraq yuxarıda xxxxxx xxxxx tarif dәrәcәsinә azaldıcı (0,1 - 1) vә artırıcı (1 - 9) әmsallar tәtbiq edilә bilәr.
6. Tarif dәrәcәsinin strukturu: netto-dәrәcә-50%,yüklәnmә -50%. O cümlәdәn işlәrin aparılması xәrclәri - 44%,qarşısıalınmaz tәdbirlәr fonduna ayırma - 0,3%, tarif mәnfәәti - 5,7%.