AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
F Ə R M A N I
Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti
arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında 2017- ci il aprelin 3-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan
Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx Xxxxxx Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 23 iyun 2017-ci il.
Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar
sahəsində əməkdaşlıq haqqında SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti,
iki dövlət arasında tarixi, mədəni əlaqələri inkişaf etdirməyin zəruriliyini nəzərə alaraq,
milli və mədəni potensialın formalaşmasında, onun mübadiləsində, həmçinin ikitərəfli ticarət-iqtisadi və xxxx-texniki əlaqələrin inkişaf etdirilməsində müəlliflik hüququ və əlaqəli hüquqların əhəmiyyətini nəzərə alaraq,
müəlliflik hüququ və əlaqəli hüquqların qorunması üçün qarşılıqlı faydalı şəraitin yaradılmasının vacibliyini dərk edərək,
Tərəflərin dövlətlərinin iştirakçısı olduqları 1886-cı il 9 sentyabr tarixli Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasının və 1993-cü il 24 sentyabr tarixli Müəlliflik hüququ və əlaqəli hüquqların müdafiəsi sahəsində əməkdaşlıq haqqında Sazişin müddəalarını nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflərin hər biri digər Tərəfin fiziki və hüquqi şəxslərinə və onların hüquqi varislərinə məxsus müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinə ilk dərc olunma yerindən asılı olmayaraq müəlliflik hüququnu və əlaqəli hüquqları tanıyır.
Tərəflər əmlak və şəxsi qeyri-əmlak hüquqlarının qorunmasını öz dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq təmin edirlər.
Maddə 2
Tərəflər elm, ədəbiyyat və incəsənət əsərlərinə hüquqların qorunması və istifadəsi sahəsində əməkdaşlığı qarşılıqlı fayda və bərabərlik əsasında bu Sazişə və üzvü olduqları digər beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirirlər.
Maddə 3
Tərəflərin hər biri digər Tərəfin müəlliflərinin, ifaçılarının, fonoqram istehsalçılarının, efir və kabel yayımı təşkilatlarının müəlliflik hüququ və əlaqəli hüquqlarının obyektlərinə xxxx hüquqlarının qorunmasını Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq təmin edir.
Maddə 4
Tərəflərin əməkdaşlığı aşağıdakılara yönəldilib:
müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinə xxxx hüquqların qorunması və istifadəsi ilə bağlı məsələlərin tənzimlənməsinə;
məlumat, normativ və digər sənədlərin, həmçinin müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində iş təcrübəsinin mübadiləsinə.
Maddə 5
Tərəflərin hər biri müəlliflik hüququ və (və ya) əlaqəli hüquqların obyektlərindən istifadə olunarkən digər Tərəfin dövlətinin müəlliflərinin və digər hüquq sahiblərinin müəlliflik hüququ və əlaqəli hüquqlarının pozulmasının qarşısının alınması üzrə tədbirlər görür.
Öz dövlətinin ərazisində pozuntular aşkar edildiyi halda hər bir Tərəf öz dövlətinin milli qanunvericiliyinin tələblərinə və Tərəflərin dövlətlərinin iştirakçısı olduğu beynəlxalq müqavilələrə uyğun olaraq müvafiq tədbirlər görür.
Maddə 6
Bu Saziş onun qüvvəyə mindiyi tarixə qədər qorunma müddəti bitməmiş müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinə şamil edilir.
Maddə 7
Bu Saziş çərçivəsində Tərəflərin səlahiyyətli orqanları aşağıdakılardır: Azərbaycan Respublikasının Hökumətindən - Azərbaycan Respublikası
Müəllif Hüquqları Agentliyi;
Qazaxıstan Respublikasının Hökumətindən - Qazaxıstan Respublikasının Ədliyyə Nazirliyi.
Səlahiyyətli orqanlarının adlarında və ya funksiyalarında dəyişiklik olduğu halda Tərəflər bu barədə ləngimədən diplomatik kanallar vasitəsi ilə bir-birinə məlumat verirlər.
Maddə 8
Bu Sazişin tətbiqi və təfsiri zamanı yaranan mübahisəli məsələlər Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə, yaxud Tərəflərin razılaşdırdığı digər prosedur vasitəsi ilə həll edilir.
Maddə 9
Bu Saziş çərçivəsində əməkdaşlığın həyata keçirilməsi üçün işçi dil rus
dilidir.
Maddə 10
Bu Saziş Tərəflərin hər birinin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.
Maddə 11
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə dəyişiklik və əlavələr edilə bilər. Belə dəyişiklik və əlavələr bu Sazişin ayrılmaz hissəsi olaraq protokollar şəklində rəsmiləşdirilir və bu Sazişin 12-ci maddəsində nəzərdə tutulmuş qaydada qüvvəyə minir.
Maddə 12
Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsi ilə alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş beş il müddətinə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə altı ay qalmış onu ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsi ilə digər Tərəfə yazılı bildiriş göndərməzsə, bu Saziş avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır.
Bakı şəhərində “3” aprel 2017 -ci il tarixində hər biri Azərbaycan, qazax və rus dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər qüvvəyə malikdir.
Bu Sazişin müddəalarının təfsiri məqsədləri üçün Tərəflər rus dilindəki mətndən istifadə edirlər.