TAPŞIRIQ MÜQAVİLƏSİ №__ Bakı şəhəri, “___”____________ 20____ il
TAPŞIRIQ MÜQAVİLƏSİ №__
Bakı şəhəri, “___”____________ 20____ il
Nizamnamə əsasında fəaliyyət göstərən “Xidmət göstərən firmanın adı”, onun direktoru ____________ şəxsində (bundan sonra – “Vəkalət xxxx”) bir tərəfdən və “Xidməti muzd edən firmanın adı”, onun direktoru _________________ (bundan sonra – “Vəkalət verən”) digər tərəfdən (birlikdə “Vəkalət xxxx” və “Vəkalət verən” “Tərəflər” adlandırılacaq) aşağıdakılar barədə razılığa gələrək bu müqaviləni imzaladılar:
I. Müqavilənin predmeti
1.
“Vəkalət xxxx” Müqavilədə göstərilən qaydada və
şərtlərlə “Vəkalət verən”in adından və onun vəsaiti
hesabına aşağıdakıları (və ya onlardan hər hansı birini)
yerinə yetirməyi öz öhdəsinə götürür:
1.1. imzalanacaq
əqdlərin şərtlərini təhlil edərək rəy tərtib etmək, bu
əqdləri imzalamaq, həmin əqdlər üzrə vəzifələri icra etmək,
hüquqları həyata keçirmək, digər hərəkətləri yerinə
yetirmək;
1.2. hüquqi şəxsin, onun filial və
nümayəndəliklərinin dövlət qeydiyyatına alınması ilə
əlaqədar işlər görmək, bununla bağlı hüquqi şəxsin
nizamnaməsinin, filial və nümayəndəliklərin əsasnaməsinin və
digər zəruri sənədlərin layihələrini hazırlamaq;
1.3.
xüsusi razılığın (lisenziyanın), icazənin, sertifikatın,
şəhadətnamənin və s. bu kimi sənədlərin aidiyyəti dövlət
orqanlarından alınmasını təmin etmək;
1.4. bütün növ
əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının
rəsmiləşdirilməsini, o cümlədən bu hüquqları təsdiq edən
sənədlərin aidiyyəti dövlət orqanlarından alınmasını təmin
etmək;
1.5. kommersiya təmsilçiliyi ilə bağlı hərəkətləri
yerinə yetirmək;
1.6. əmlakın, sənədlərin, möhür və
ştampların və s. təhvil-təslimini həyata keçirmək;
1.7.
banklarda və bank olmayan kredit təşkilatlarında hesablar açmaq,
bu hesablar üzrə hesablaşmalar aparmaq;
1.8. qiymətli
kağızlar üzrə hüquqların həyata keçirilməsi, vəzifələrin
icrası ilə əlaqədar hüquqi hərəkətləri yerinə
yetirmək;
1.9. vəsiyyətnamənin icrası, mirasın qəbul
edilməsi, bölünməsi, vəsiyyət tapşırığının icrası ilə
əlaqədar hüquqi hərəkətləri yerinə yetirmək;
1.10.
təsisçi (səhmdar) səlahiyyətlərini həyata keçirmək;
1.11.
əmlak bölgüsü ilə bağlı hüquqi hərəkətləri yerinə
yetirmək;
1.12. hüquqi şəxsin ləğvi və yenidən təşkili
ilə bağlı hüquqi hərəkətləri yerinə yetirmək.
II. Müqavilənin müddəti
2.1.
Müqavilə “Vəkalət verən” tərəfindən vəkalətnamə
imzalandığı gündən qüvvəyə minir.
2.2. Müqavilə:
2.1.
vəkalətnamədə nəzərdə tutulan tapşırığın icrası başa
çatanadək (bu hərəkətlər vəkalətnamədə nəzərdə tutulan
müddət bitənədək icra edildikdə) və ya;
2.2.
vəkalətnamədə nəzərdə tutulan müddət bitənədək
qüvvədədir.
III.
Vəkalət alana ödənilən muzd və onun çəkdiyi xərclərin
ödənilməsi qaydası
3.1.
Vəkalət alana ödəniləcək muzd ________ manat təşkil edir. Bu
məbləğ vəkalətnamə imzalandıqdan ______________ müddətində
Vəkalət alana ödənilir.
3.2. Vəkalət verən Vəkalət
alanın tapşırığı icra edərkən vəkalət verməklə eyni
vaxtda çəkiləcək xərcləri ödəmək üçün Vəkalət
alana_______ məbləğdə xxxxx xxxxx. Çəkilən xərclər üzrə
son haqq-hesab Vəkalət verən tərəfindən Vəkalət alanın
verdiyi məlumat əsasında tapşırığın icrası günü həyata
keçirilir.
IV. Tərəflərin vəzifələri
4.1.
Vəkalət alanın vəzifələri:
4.1.1. Vəkalətnamədə
nəzərdə tutulan tapşırığı icra etmək;
4.1.2. Tapşırığın
icrası nəticəsində əldə olunanları Vəkalət verənə təqdim
etmək;
4.1.3. İstənilən vaxt Vəkalət verənin tələbi ilə
ona tapşırığın icrasının gedişi haqqında informasiya, habelə
tapşırığın icrasından sonra hesabat vermək;
4.1.4.
Vəkalətnamədən imtina etmək istədikdə bu barədə Vəkalət
verənə beş iş günü əvvəl xəbərdarlıq etmək;
4.2.
Vəkalət verənin vəzifələri:
4.2.1. Müqavilə ilə müəyyən
edilmiş müddətdə, miqdarda və qaydada Vəkalət alana muzd və
çəkilən xərclərin əvəzini ödəmək;
4.2.2. Vəkalətnaməni
ləğv etmək istədikdə bu barədə Vəkalət alana beş iş günü
əvvəl xəbərdarlıq etmək;
4.2.3. Tapşırığın icrası
gedişində Vəkalət alana dəyən zərəri qanunvericiliklə
müəyyən edilmiş qaydada ödəmək;
4.2.4. Tapşırığın
icrası ilə bağlı Vəkalət alanı zəruri məlumatlarla
(sənədlərlə) təmin etmək.
V. Tərəflərin məsuliyyəti
5.1.
Vəkalət verən Müqavilənin III maddəsi ilə müəyyən edilmiş
müddətdə, qaydada və məbləğdə Vəkalət alanın muzdunu və
çəkilən xərcləri ödəmədikdə, gecikdirilmiş hər gün üçün
ödənilməmiş məbləğin 0,1% həcmində dəbbə pulu ödəyir.
5.2.
Vəkalət xxxx Müqavilənin I maddəsində qeyd edilən tapşırığı
(fors major halları istisna olmaqla) yerinə yetirmədikdə və ya
lazımınca yerinə yetirmədikdə, bunun nəticəsində Vəkalət
verənə dəymiş ziyanı ödəyir.
5.3. Vəkalət verən
tapşırığın icrası gedişində Vəkalət alana dəyən zərər
üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını
sübuta yetirməsə, Vəkalət alana dəymiş ziyanı ödəyir.
5.4.
Ziyanın məbləği Tərəflərin razılığı əsasında
müəyyənləşdirilir. Bu mümkün olmadıqda, ziyanın məbləği
müstəqil auditor tərəfindən müəyyənləşdirilir.
VI. Müqavilənin şərtlərinin dəyişdirilməsi, müqaviləyə xitam verilməsi
6.1.
Müqavilənin şərtlərinin dəyişdirilməsi Tərəflərin razılığı
ilə baş verir və bu barədə onlar arasında müvafiq müqavilə
imzalanır.
6.2. Müqaviləyə aşağıdakı hallarda xitam
verilir:
6.2.1. Müqavilənin II maddəsində göstərilən
hallarda;
6.2.2. Tərəflər Müqaviləyə vaxtından əvvəl
xitam verilməsi barədə razılıq əldə etdikdə;
6.2.3. Fors
Major hadisəsi baş verdikdə;
6.2.4. Tərəflərin birinin
təşəbbüsü ilə.
6.3. Müqaviləyə xitam verilməsi barədə
Tərəflər arasında Yekun Aktı imzalanır.
VII. Fors
major
7.1.
Fors Major dedikdə Tərəflərin iradəsindən asılı olmayaraq baş
verən və inkişaf edən, onların və ya onlardan birinin Müqavilə
üzrə öz öhdəliklərinin yerinə yetirilməsini qeyri-mümkün
edən aşağıdakı hadisə və hallar nəzərdə tutulur:
7.1.1.
hərbi akt, hərbi müdaxilə, silahlı münaqişə, embarqo, terror
aktı, hərbi vəziyyətin elan olunması, birgə fəaliyyətin davam
etdirilməsinə mane xxxx dövlət orqanının qərarı və s. bu
kimi hadisələr;
7.1.2. təbii qəzalar (ildırım, zəlzələ,
yer sürüşməsi, sunami, daşqın və s.);
7.1.3. texnogen
qəzalar (yanğın, partlayış, kimyəvi zəhərlənmə və
s.).
7.2. Müqavilə üzrə öhdəliklərin həyata keçirilməsi
ilə bağlı Tərəflərin hüquqi münasibətlərdə olduqları
şəxslərin hərəkətləri Fors Major hesab edilmir.
7.3. Fors
Major hadisəsinə məruz qalan Tərəf digər Tərəfi Fors Major
hadisəsi baş verdikdən 5 (beş) iş günü müddətində yazılı
surətdə xəbərdar edir.
Fors Major hadisəsi 1 (bir) xxxxx
xxx davam etdikdə 6.2.3-cü bəndə uyğun olaraq Müqaviləyə
xitam verilir.
Fors Major hadisəsi dövründə Tərəflər
Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya
lazımınca yerinə yetirilməməsinə görə məsuliyyət daşımır.
VIII. Xüsusi şərtlər
8.1.
Vəkalət xxxx tapşırığı yerinə yetirmədən Müqaviləyə
xitam verdiyi halda, Vəkalət verəndən aldığı muzdu xxxx
qaytarır.
8.2. Vəkalət verən tapşırıq yerinə
yetirilənədək müqaviləyə xitam verdiyi halda, Vəkalət alana
ödənilmiş muzd, çəkiləcək xərcləri ödəmək üçün
verilmiş xxxxx xxxx qaytarılmır. Bu vaxt Vəkalət verən
tapşırığın icrası ilə bağlı Vəkalət xxxx tərəfindən
çəkilmiş xərcləri (xxxxx çıxılmaq şərti ilə)
ödəməlidir.
8.3. Tapşırığın icrası ilə bağlı Vəkalət
verən tərəfindən Vəkalət alana sənədlərin təqdim edilməsi,
habelə Tapşırığın icrası nəticəsində əldə olunanların
Vəkalət verənə verilməsi Tərəflər arasında imzalanan Aktla
rəsmiləşdirilir.
IX. Mübahisələrin həlli
9.1.
Müqavilənin yerinə yetirilməsi prosesində yaranmış mübahisələr
danışıqlar yolu ilə həll edilir.
9.2. Mübahisələri
danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, onlar
məhkəmə qaydasında həll olunur.
X. Qüvvədə xxxx qanunvericilik
Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və onun əsasında tərtib olunmuşdur.
XI. Müqavilənin dili
Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə xxxxx xxxx iki nüsxədə tərtib olunur. Nüsxələrin biri Vəkalət verəndə, digəri isə Vəkalət xxxxxx saxlanılır.
TƏRƏFLƏRİN
REKVİZİTLƏRİ
Vəkalət verən Vəkalət xxxx
________________
______________
M.Y. M.Y.